I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaz təchizatı sistemlərinin qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq hansı kateqoriyalara ayrılırlar ?



Yüklə 493,24 Kb.
səhifə13/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   9   10   11   12   13   14   15   16   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaz təchizatı sistemlərinin qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq hansı kateqoriyalara ayrılırlar ?

  • I kateqoriyalı yüksək təzyiqli qaz kəmərləri – təbii qaz və qaz-hava qarısığı ucun qazın isci təzyiqi 0,6 MPa-dan (6kqq/sm2-dən) yuxarı 1,2 MPa-ya (12kqq/sm2-ə) qədər (daxil olmaqla), mayeləşdirilmiş karbohidrogen qazı (MKHQ) uçun 1,6MPa-ya (16 kqq/sm2-ə) qədər;

  • II kateqoriyalı yüksək təzyiqli qaz kəmərləri – isci təzyiqi 0,3 MPa-dan (3kqq/sm2-dən) yuxarı 0,6MPa-ya (6kqq/sm2-ə) qədər;

  • orta təzyiqli qaz kəmərləri – qazın isci təzyiqi 0,005MPa-dan (0,05 kqq/sm2-dən) yuxarı 0,3MPa-ya (3 kqq/sm2-ə) qədər;

  • alcaq təzyiqli qaz kəmərləri – qazın isci təzyiqi 0,005MPa-ya (0,05 kqq/sm2-ə) qədər (daxil olmaqla);

  1. Torpaqda qoyulan qaz kəmərlərində sökülə bilən (yivli) birləşmələr qoyula bilərmi?

Torpaqda qoyulan qaz kəmərlərində sökülə bilən birləşmələrin nəzərdə tutulmasına yol verilmir.
Həmçinin yaşayıs binalarının və qeyri-istehsalat xarakterli ictimai binaların pəncərələrinin və balkonlarının altından çəkilən qaz kəmərlərində sökulən birləşmələrin nəzərdə tutulmasına yol verilmir.

  1. Yeraltı qaz kəmərləri istilik şəbəkəsi kanalları, kommunikasiya kollektorları və digər müxtəlif təyinatlı kanallarla kəsişdiyi yerlərdə hansı tələblər gözlənilməlidir?

Yeraltı qaz kəmərləri istilik şəbəkəsi kanalları, kommunikasiya kollektorları və digər müxtəlif təyinatlı kanallarla kəsişdiyi yerlərdə (kəsişən qurğuların altından və ya üstündən keçməklə), kəsişdiyi qurğuların xarici divarlarından hər tərəfə 2 m çıxmaqla futlyarda qoyulmalıdırlar. Eyni zamanda kəsişmə hüdudlarında və kəsişən qurğuların xarici divarlarından hər tərəfə 5 m məsafədə bütün qaynaq birləsmələri dağıdıcı təsiri olmayan nəzarət usulu ilə yoxlanılmalıdır. Futlyarın bir ucunda mühafizə qurğusunun altına çıxan nəzarət borucuğu nəzərdə tutulmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin