Humanitar fənər


Elmi işlər barədə təqdimatların hazırlanması



Yüklə 1,13 Mb.
səhifə101/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   97   98   99   100   101   102   103   104   ...   109
Humanitar f n r

Elmi işlər barədə təqdimatların hazırlanması. Təqdimatın hazırlanmasına başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir. Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən keçirək. Dissertasiya işinin müdafiəsi Bu ən qısa təqdimatlardandır, 5-10 dəqiqə. Məsələnin qoyuluşu və alınan nəticələrin sadalanması üzərində diqqəti cəmləşdirmək lazımdır. Attestasiya komissiyasına qoyulan problemin mürəkkəbliyi aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə yaxşılaşdıra bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və onun terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar üzərində dayanmaq lazım deyildir. Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında göstərilə bilər. Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək məsləhət görülür. Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə suallar verəcəkdir. Təqdimatda işin şəxsən müəllif tərəfindən təklif edildiyi qeyd edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda tövsiyə edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır. Adətə fəlsəfə doktoru dissertasiyası 15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqiqə çəkir. Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi və onun mühüm məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun xırdalanma dərəcəsi onu başa düşə biləcək dinləyicilərin sayından asılı olmalıdır. Təqdim edilən slaydları auditoryanın heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin fərdiliyinizi qeyd edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayındırmamalıdır.
Seminarda çıxış. Təqdimat üslubu sizə nə qədər vaxt ayrılmasından asılıdır. Bu konferensiya və tərəfdaş qarşısında olan çıxış arasında ortaq bir şeydir. Sizin məqsədiniz təqdimatın auditorya tərəfindən tam başa düşülməsidir. Ona görədə təqdimat kütləvilikdən daha mürəkkəb texniki xardalıqlara qədər rəvan keçidlə təmin edilməlidir. Mühazirə saat yarım çıxış edən şəxs bu halda daha geniş imkanlara malikdir və mövzunu tam açmaq üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Ancaq bu qədər müddət ərzində dinləyicilərin diqqətini saxlamaq olduqca mürəkkəbdir. Dinləyicilərin maraqlarını itirməmək əvvəlcə toxunulan məsələnin nə üçün lazım olduğu onlara çatdırılmalı, istifadə sahələri haqqında qısada olsa məlumat verilməlidir. Əgər çıxış edən auditoriya qarşısında özünü inamsız hiss edirsinizsə onda mətn yazılmalı və əzbərdən öyrənilməlidir. Səhifə yarım materialın çıxışı təxminən 7 dəqiqə çəkir (format А4, keql 12 р1). Səliqəli olmağın mənası var. Səliqəsiz slaydlar şübhə doğurur və məruzəçinin işə ciddi yanaşmadığına dəlalət edir. Titul səhifəsində mövzu və müəllif haqqında məlumat olmalıdır. Müdafiə zamanı elmi rəhbərin adı və familiyası təşkilatın adı göstərilməlidir. Konferensiyalarda konferensiyanın adı və vaxtı göstərilməlidir. Bu həmkarlar arasında informasiya mübadiləsi olduqda və təqdimat İnternetə qoyulduqda əlavə şərhə ehtiyac olmaması üçün edilir. Optimal slaydların sayı 6-11 arasında olmalıdır. Mətnin böyük həcmi və kiçik şrift təqdimatın qavranmasını ağırlaşdırır. Digər tərəfdan mətnin azlığı təqdimatın səthi və pis hazıralnamsı təəssüratını yaradır. Ən geniş yayılmış səhv slaydı sözbəsöz oxumaqdır. Yaxşı hal slayda materialın ətraflı təqdim edilməsi, müəllifin isə onun mahiyyətin izah etməsidir. Slayddakı məlumat nitqdən fərqli olaraq ciddi və səliqəli olmalıdır. Bir slaydan digərinə keçid 1-2 dəqiqə ərzində, mühazirələr zamanı isə 5 dəqiqəyə qədər. Qısa çıxışlarda 1-2 slayddan istifadə edilməsinə yol verilir. Dinləyicilər həm slayddan həmdə eşitdiklərindən məlumatı mənimsəmək imkanına malik olmalıdırlar. Slaydlarda əsas məlumatların üstündə mümükün qədər dayanmaq olar. Qrafikli slaydları üstündən tez keçmək olar. Cədvəllər üzərində dayanarkən sətir və sütünların müvafiq olaraq nəyə uyğun olduğunu göstərmək lazımdır. Məruzənin əsas ideyasını başa düşmək üçün lazım olan işarə və anlayışları daxil edin. İstənilən işarəyə onun istifadəsinə qədər izahat vermək lazımdır. İzahları mümkün qədər qısa və dolğun vermək lazımdır. Ağır ifadələri mümkün qədər sadələşdirmək lazımdır. Qısa çıxışlarda eyni fikri müxtəlif sözlərlə ifadə etmək vaxta qənaət nöqteyi nəzərindən məqsədəuyğun deyildir. Mühazirələrdə əksinə olaraq deyilən mühüm fikirlərə yenidən qayıtmaq, onlara digər nöqteyi nəzərdən baxmaq alqışlanır. Başa düşülməyən ifadələri təqdimatdan çıxarmaq lazımdır. Təqdimatın davam etmə vaxtı və hazırlıq dərəcəsi təqdimat üçün ona veriləcək vaxtı müəyyənləşdirir. Elə fikirləşmək lazım deyildir ki, təqdimata üç saat vaxt sərf edilərsə o yaxşı çıxış olacaqdır. Slaydda ən vacib sözləri və hissələri rəngləməklə fərqləndirmək olar. • Söz və slaydlar üst-üstə düşməməlidirlər, onda təqdimat “həcmli” alınır. Slaydlar daha çox texniki xarakterli məlumatlara malik olmalıdırlar (cədvəl, qrafiklər, sxemlər və s.). • Təqdimat hazırlanması mərhələləri: • 1. Birinci və ikinci səviyyəli təqdimat, əsas ideyaların ayrılması, planının tərtib edilməsi. • Elmi təqdimatın quruluşu təxminən elmi məqalələnin quruluşu kimidir: • MS PowerPoint Təqdimat üçün ən çox edilən seçimdir. Əgər slaydda ifadələr (formullar) çoxdursa onları tam MS Word vasitəsilə yığmaq lazımdır.


Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya və s.) yazmaq və hazırlanması qaydalarına aid nümunələr üzrində praktik işlər



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin