Humanitar fənər


Kommunikasiya haqqında anlayış



Yüklə 1,13 Mb.
səhifə2/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   2   3   4   5   6   7   8   9   ...   109
Humanitar f n r

Kommunikasiya haqqında anlayış. Kommunikasiya [communikato-rabitə, əlaqə] latın sözü olub, informasiya mübadiləsi, informasiyanin ötürülməsi mənalarda istifadə olunur. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar. Ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur:

  • ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi;

  • ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;

  • ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi.

Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik:

  • maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə);

  • koqnitiv ünsiyyət (bilik mübadiləsi);

  • kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi);

  • motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi);

  • işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).

Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal qeyri-verbal növləri xüsusilə diqqəti cəlb edir.
Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər


Tapşırıq: Suallara cavab verin.



  1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsədi nədir?

  2. Kommunikasiya haqqında nə bilirsiniz?

  3. Ünsiyyətin mühüm tərəfləri hansılardır?

  4. Məzmunundan asılı olaraq ünsiyyətin hansı növlərini göstərə bilərsiniz?

  5. İşgüzar fəaliyyətlə bağlı ünsiyyət deyəndə nə başa düşürsünüz?




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin