HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 33,31 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix02.01.2022
ölçüsü33,31 Mb.
#2598
1   ...   19   20   21   22   23   24   25   26   ...   57
HEYDƏR ƏLİYEV FONDUNUN 
RUSİYA NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi 2007­ci 
ilin may ayından açılmışdır. Nümayəndəliyin rəhbəri Leyla Əliyevadır. Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyevin qızı, Rusiya Azərbaycanlı 
Gənclər Təşkilatının (RAGT) sədri, İslam Konfransı Təşkilatının Gənclər Fo­
rumunun baş əlaqələndiricisi Leyla İlham qızı Əliyeva 3 iyul 1986­cı ildə ana-
dan olmuşdur.
Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada təhsil alıb, Moskva Dövlət 
Beynəlxalq  Münasibətlər  İnstitutunda  (MDBMİ)  (rusca:  Московский  Госу­
дарственный  Институт  Международных  Отношений  –  МГИМО)  magistr 
dərəcəsi almışdır.
2006­cı il aprel ayının 30­da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun 
oğlu  Emin Ağalarov  ilə  ailə  həyatı  qurub.  1  dekabr  2008­ci  il  tarixində  əkiz 
oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.
Heydər Əliyev Fondu təşkilatçılığı ilə 2007­ci il may ayının 10­da Rusiya 
Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda 
(Universitetində) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 84­cü il 
dönümünə xatirə gecəsi keçirilmişdir.
Heydər Əliyev Fondu tərəfindən MDBMİ­nin foyesində Ümummilli Li­
derin  həyat  və  fəaliyyətinin  müxtəlif  dövrlərini  əks  etdirən  fotosərgi  təşkil 
olunmuşdu.
MDBMİ  (U)­nun  prorektoru  İvan  Tyulin  gecənin  məhz  bu  ali  məktəbdə 
keçirilməsinin rəmzi məna daşıdığını vurğulayaraq bildirdi ki, Heydər Əliyev 
Moskvada  işləyərkən  onun  inkişafına  böyük  diqqət  yetirirdi.  O  xatırlatdı  ki, 
böyük dövlət xadimi Heydər Əliyevin xidmətlərini nəzərə alaraq, vaxtilə ona 
MDBMİ­nin  Fəxri  doktoru  adı  verilmişdi.  İ.Tyulin  vurğuladı  ki, Azərbaycan 
Prezidenti İlham Əliyev MDBMİ­ni bitirmişdir, hazırda isə burada Heydər Əli-
yevin  nəvəsi  Leyla  Əliyeva  təhsil  alır.  Prorektor  dedi:  “Hazırda  MDBMİ­də 
Azərbaycandan  yüzdən  çox  gəncin  təhsil  aldığını  qeyd  etməyə  bilmərəm. 
MDBMİ onlar üçün doğma evə çevrilmişdir”.
Leyla Əliyeva babasının həyat və fəaliyyətindən, onun Azərbaycanın müa-
sir  tarixindəki  rolundan  və  şəxsən  onun  üçün  necə  böyük  əhəmiyyət  daşıdı-
ğından söz açaraq bu böyük insanın müstəqil Azərbaycanın Prezidenti olarkən 
indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratdı-


111
ğını, Heydər Əliyev Fondunun üç il ərzində ölkə əhalisinin bütün təbəqələrini 
dəstəklədiyini və etimadını qazandığını qeyd etmişdir. 
Leyla Əliyeva çıxışında demişdir: “Bu gün Heydər Əliyev haqqında təkcə 
siyasi  xadim  və  ictimai  lider  kimi  danışmaq  mənim  üçün  bir  qədər  çətindir, 
çünki o, mənə doğma, yaxın və sevimli İnsan idi. Ürəyimi aça biləcəyim bir 
İnsan. O, həmişə məni dəstəkləyir, məsləhət verir, başa salır və sakitləşdirirdi. 
İşinin  həddən  artıq  çoxluğuna,  ağırlığına  baxmayaraq,  o,  həmişə  ailəsi  üçün 
vaxt  tapırdı.  O,  mənim  babam,  dostum,  dəstəyim  və  dayağım  idi.  Mən  onun 
yoxluğunu  həmişə  hiss  edəcəyəm.  Bəzən  deyirlər  ki,  əvəzolunmaz  adamlar 
yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm, o, əvəzolunmaz insan idi”.Gecədə 
Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, tarixçi və tədqiqatçı, 
“Taleyin  dolanbacları.  Heydər  Əliyev”  kitabının  müəllifi  Nikolay  Zenkeviç, 
Rusiya Federasiyasının UNESCO­dakı komissiyasının sədri, senator Aleksandr 
Dzasoxov,  Rusiya  Dövlət  Duması  Mədəniyyət  Komitəsinin  sədri  İosif  Kob-
zon Heydər Əliyev şəxsiyyətinin miqyasından və onun ölkələrimizin ən yeni 
tarixindəki misilsiz rolundan danışmışlar.
2007­ci il sentyabr ayının 28­də Heydər Əliyev Fondunun Rusiya Federa-
siyasındakı  rəsmi  nümayəndəsi  Leyla  xanım  Əliyeva Tver  vilayətinin  vitse­
qubernatoru  K.Buyeviç,  Tver  şəhərinin  meri  O.Lebedev,  gənclər  komitəsinin 
sədri xanım O.Sukova ilə rəsmi görüşlər keçirmişdir. Adı çəkilən regionda 25 
min nəfərə yaxın azərbaycanlı yaşayır. 
Fondun bilavasitə yardımı ilə azərbaycanlı gənclərin Azərbaycanda gedən 
proseslərdən  geri  qalmamaları,  ən  vacibi  isə Azərbaycan  dilini  unutmamaları 
üçün respublikamız və xalqımız haqqında doğma dildə kitablarla təmin olun-
maları, Tver şəhərinin meri ilə əldə edilmiş razılığa əsasən “Bazar Günü” mək-
təbinin  açılması,  Tverdə  yaşayan  azərbaycanlı  gənclərin  internet  səhifəsinin 
yaradılması qərara alınmışdır. 
2007­ci  il  oktyabr  ayının  15­də  Heydər  Əliyev  Fondunun  Rusiya  Fede-
rasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım  Əliyeva  Moskvadakı 
Azərbaycan  və  gürcü  etnik­mədəni  təhsil  komponentli  1331  №­li  məktəbə 
səfər etmişdir.
Leyla xanım Əliyeva məktəbin müəllim və şagirdləri ilə görüşmüş, Heydər 
Əliyev Fondunun ölkəmizin təhsil sisteminin inkişafı sahəsində fəaliyyəti, Fon-
dun Rusiyadakı nümayəndəliyinin xaricdəki Azərbaycan məktəblərinin dəstək-
lənməsinə yönəlmiş işləri barədə məlumat vermişdir. Leyla xanım Əliyeva ilk 
dəfə gəldiyi bu məktəbi bundan sonra daim diqqət mərkəzində saxlayacağını, 
qarşıya çıxan problemin həllinə lazımi kömək göstərəcəyini bildirmişdir.
Gürcü dilində təhsil qrupunun müəllimləri Heydər Əliyev Fondunun nü ma­
yəndəliyinin  bu  məktəbə  göstərdiyi  diqqətdən  məmnun  olduqlarını  bildirmiş, 
azərbaycanlı uşaqların yüksək səviyyəsini vurğulamışlar.


112
Azərbaycan  həqiqətlərinin  dünyaya  çatdırılması  məqsədi  ilə  Leyla  xanım 
Əliyeva  məktəbin  kitabxanası  və  muzeyinə  Heydər  Əliyev  Fondu  haqqında 
kitabın suvenir nəşrini və nəfis tərtibatlı “Qarabağ xanəndələri” musiqi albo-
munu hədiyyə etmişdir.
Həmin il oktyabrın 19­da İvanovo vilayətinə səfər edən Heydər Əliyev Fon-
dunun  Rusiyadakı  nümayəndəliyinin  rəhbəri,  Rusiyadakı  azərbaycanlı  gənc-
lərin lideri Leyla Əliyeva burada gənclər siyasəti, gənc azərbaycanlılar klubu-
nun yaradılması məsələlərini müzakirə etmiş və Rusiyanın digər regionlarında 
da  cəmiyyətdə  tolerantlığın  formalaşmasına,  xalqlarımızın  mədəniyyətlərinin 
yaxınlaşmasına xidmət göstərən klubların yaradıldığını nəzərə çatdırmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin baş-
çısı,  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunun  (MDBMİ)  Azər-
baycan klubunun lideri Leyla Əliyeva 2007­ci il oktyabrın 26­da RF­nin Tula 
vilayətində  L.N.Tolstoy  adına  Tula  Pedaqoji  İnstitutuna  getmiş,  bu  ali  mək-
təbdə təhsil alan gənclərlə, o cümlədən azərbaycanlı tələbələrlə görüşmüşdür. 
O,  burada  Heydər  Əliyev  Fondunun  fəaliyyətindən,  xüsusən  Fondun  Rusiya-
dakı  nümayəndəliyinin  məqsəd  və  vəzifələrindən  söz  açaraq  bildirmişdir  ki, 
Fondun  Rusiyadakı  nümayəndəliyi  ölkənin  bütün  regionlarında  azərbaycanlı 
gənclərin Azərbaycan klubları yaratmasına və gənclərin həmin klublarda birləş-
məsinə kömək etmək niyyətindədir və bu məqsədlə də Tula vilayətinin quber-
natoru Vyaçeslav Dudka və şəhər administrasiyasının başçısı Albert Ukolov ilə 
müzakirələr aparmışdır. 
Leyla  Əliyeva  bu  səfərin  Tula  vilayətində  yaşayan  gənc  soydaşlarımızla, 
Azərbaycan diasporu ilə sıx əlaqə yaratmaq, Fondun Rusiya­Bakı nümayəndə-
liyinin qarşısında Azərbaycanın mədəniyyətini, tarixini, elmini bu ölkədə təbliğ 
etmək və bununla da Azərbaycan və rus xalqları arasında dostluğun və qarşılıqlı 
anlaşmanın möhkəmlənməsinə kömək etmək məqsədi daşıdığını bildirmişdir.
Leyla Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu “Təhsilin dəstək-
lənməsi”  layihəsi  çərçivəsində  mühüm  aksiyalar  həyata  keçirməklə  Mosk-
vada azərbaycanlı uşaqların da təhsil aldığı ümumtəhsil məktəbləri ilə Fondun 
əməkdaşlığını fəallaşdırmağa nail olmuşdur. Belə ki, Heydər Əliyev Fondunun 
RF­dəki  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  2007­ci  il  noyabrın  16­da 
Moskvadakı  544  nömrəli  orta  məktəbdə  olaraq  orada  təhsil  prosesi  ilə  tanış 
olmuş, məktəbin müəllim kollektivi və şagirdləri ilə görüşmüşdür. O, Heydər 
Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti, ölkəmizdə 
ümumtəhsil  sisteminin  inkişaf  etdirilməsi  sahəsindəki  planlar,  Azərbaycanda 
və xarici ölkələrdə soydaşlarımızın da təhsil aldığı orta məktəblərin hərtərəfli 
dəstəklənməsinə  yönəlmiş  iş  barədə  məlumat  verərək  demişdir:  “Fond  millə-
tin təhsilinə böyük əhəmiyyət verir. Son illərdə təkcə “Yeniləşən Azərbaycana 
yeni  məktəb”  layihəsi  çərçivəsində  Azərbaycanda  200­dən  çox  müasir  tipli 


113
ümumtəhsil məktəbi tikilmiş və yenidən qurulmuşdur və bu proses davam edir. 
Kitabxanalara  əlavə  ədəbiyyat  verilməsi,  təlimin  keyfiyyətinə  təsir  göstərən 
problemlərin həllinə kömək məsələləri də Fondun diqqət mərkəzindədir”. Ley
la  Əliyeva  bu  fikirlərin  təsdiqi  kimi,  Heydər  Əliyev  Fondunun  dəstəyi  sayə-
sində  nəşr  edilmiş Azərbaycan  ədəbiyyatı  nümunələrini,  o  cümlədən  Nizami 
Gəncəvinin,  Mirzə  Şəfi  Vazehin,  Səməd  Vurğunun,  Mir  Cəlalın  əsərlərinin 
xeyli nüsxəsini 544 nömrəli məktəbə hədiyyə etmişdir.
Məktəbin  rəhbərliyi  və  şagirdləri,  o  cümlədən  burada  təhsil  alan  24  azər-
baycanlı şagird Heydər Əliyev Fondunun RF­dəki nümayəndəliyinin bu mək-
təbə diqqətinə görə, Azərbaycan xalqının qədim və zəngin mədəniyyətini daha 
yaxşı öyrənməyə və başa düşməyə kömək edəcək nəşrlərə Azərbaycan ədəbiy-
yatının gözəl nümunələrinin məktəbə hədiyyə edilməsinə görə Leyla Əliyeva-
nın fəaliyyətini yüksək qiymətləndirmişlər. 
2007­ci il noyabr ayının 28­də Moskvadakı “Mir” kino­konsert salonunda 
Rusiyanın  40  regionunu  təmsil  edən  gənclər  təşkilatlarının  fəalları,  diaspor 
rəhbərləri,  Ümumrusiya  Azərbaycan  Konqresinin  və  Federal  milli­mədəni 
muxtariyyətin 200­dən çox nümayəndəsinin iştirakı ilə Heydər Əliyev Fondu-
nun  Rusiya  Federasiyasındakı  nümayəndəliyi  tərəfindən  tədbir  keçirilmişdir. 
Tədbirdə  Heydər  Əliyev  Fondunun  Moskvadakı  nümayəndəliyinin  fəaliyyəti 
nəticəsində  Rusiyanın  müxtəlif  ali  məktəblərində  azərbaycanlı  gənclər  klub-
ları  yaradıldığı,  bununla  bağlı  olaraq  bir  sıra  regionlarda  yerli  administrasiya 
və diasporlarla görüşlər keçirildiyi, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin 
nümayiş etdirildiyi, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsi istiqamə-
tində  təqdirəlayiq  işlərin  görüldüyü, Azərbaycan  və  Rusiya  xalqları  arasında 
dostluğun möhkəmləndirilməsinə xidmət edən digər tədbirlərin təşkili yüksək 
qiymətləndirilmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev qeyd 
etmişdir  ki,  Azərbaycan  diasporunun  sıx  birləşdirilməsi  ideyası  xalqımızın 
Ümummilli  Lideri  böyük  Heydər  Əliyevə  məxsusdur.  Bu  ideyanın  reallaşdı-
rılması ÜAK­ın yaradılması ilə nəticələnmişdir və bu gün Konqresin gördüyü 
işlər Ulu Öndərimizin ideyalarının təcəssümüdür.
Rusiyanın  müxtəlif  regionlarını  təmsil  edən  gənclər  Fondun  Rusiyadakı 
nümayəndəliyinin  gənclərin  sıx  birləşməsini  və  onların  Rusiya  cəmiyyətinə 
inteqrasiya  etməsini  dəstəklədiyinə,  müxtəlif  layihələrin  həyata  keçirilməsinə 
köməyinə,  azərbaycanlı  gənclərin  Rusiyanın  ictimai­siyasi  həyatında  rolu-
nun  və  nüfuzunun  artmasına  şərait  yaratdığına  görə  nümayəndəliyə  təşəkkür 
etmişlər.  Regionların  kitabxana  və  məktəblərinin  zəruri  ədəbiyyat,  dərsliklər 
və  müxtəlif  vəsaitlərlə  təmin  olunmasında  Fondun  fəal  iştirakı  xüsusi  olaraq 
dəstəklənmişdir.


114
Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyada fəaliyyətinin əsas pri-
oritetləri barədə söhbət açaraq xüsusi vurğulamışdır ki, müasir dünyada anla-
şılmazlıqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur. Bu şəraitdə mədəni 
dialoq  bir  sıra  problemlərin  həllinin  universal  açarıdır.  Nümayəndəliyin  pri-
oritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun 
inkişaf etdirilməsi və genişləndirilməsidir. Bununla əlaqədar Rusiya­Azərbaycan 
münasibətlərindən bəhs edən Leyla Əliyeva qeyd etmişdir ki, bu münasibət-
lər  bir  sıra  istiqamətlər  üzrə  dinamik  inkişaf  edir  və  dövlətlərimizin  başçı-
ları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər. O, bu münasibətlərin 
inkişaf etdirilməsində gənc nəslin xüsusi rol oynamasını vurğulayaraq demiş-
dir ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli, 
onun ictimai­siyasi həyatına fəal cəlb edilməli, lakin, eyni zamanda öz milli 
mədəniyyətini  qoruyub  saxlamalıdırlar.  Azərbaycan  klublarının,  bazar  günü 
məktəblərinin  və  digər  mədəni  mərkəzlərin  əhatə  dairəsinin  genişləndiril-
məsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini 
öyrənmək,  eyni  zamanda, Azərbaycanda  baş  verən  prosesləri  izləmək  imka-
nından istifadə etməlidirlər.
Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yara-
dılmasına böyük ümidlər bəslədiyini bildirərək demişdir: “İnanıram ki, RAGT 
elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər 
bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazana-
caqdır. Biz istəyirik ki, bu təşkilat bir­birini sevmək, dostluq etmək, ünsiyyət 
saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına 
öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun”.
“Единая Россия” Partiyası Ali Şurası katibinin müavini, RF Dövlət Duma-
sında “Единая Россия” fraksiyasının sədr müavini Valeri Ryazanski demişdir 
ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və “Единая Россия” üçün çox 
məsul bir məqamda – Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə 
də bu aksiyanın ucsuz­bucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış 
azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir.  
2007­ci il oktyabr ayının 12­də Moskvada Heydər Əliyev Fondunun Rusiya 
Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə “İnterfaks” informasiya agent-
liyi tərəfindən nəşr edilmiş, agentliyin xəbər lentləri materialları əsasında Azər-
baycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  1990­2003­cü  illərdəki 
çıxışları və bəyanatları toplanmış “Heydər Əliyev haqqında teleqraf mətni ilə” 
kitabının  təqdimatı  keçirilmişdir. Təqdimat  mərasimində  Heydər  Əliyev  Fon-
dunun  RF­dəki  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva,  RF  Ticarət­Sənaye 
Palatasının (TSP) prezidenti Yevgeni Primakov, Azərbaycan Prezidentinin İcra 
Aparatının sektor müdiri Fuad Axundov iştirak etmişlər.


115
RF TSP prezidenti Yevgeni Primakov təqdimatı keçirilən kitabın təkcə Azər-
baycan miqyasında deyil, həm də dünya miqyasında böyük insan, dahi siyasi 
xadim  və  şəxsiyyət  olan  Heydər  Əliyevin  irsinin  öyrənilməsi  üçün  mühüm 
tarixi sənəd olduğunu bildirmiş və əminliklə vurğulamışdır ki, əgər Azərbay-
canın  müstəqilliyinin  ilk  illərində  hakimiyyət  sükanı  Heydər  Əliyevin  əlində 
olsaydı,  o,  qan  tökülməsinə  və  münaqişənin  hərbi  mərhələyə  çatma sına  yol 
verməzdi. O demişdir: “Böyük sürətlə inkişaf etməkdə olan müasir Azərbay-
canın indi malik olduğu dəyərlər Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsi-
dir.  Müasir Azərbaycanın  həyatın  bütün  sahələrində  qazandığı  böyük  uğurlar 
onunla  bağlıdır  ki,  ölkənin  indiki  Prezidenti  İlham  Əliyev  Heydər  Əliyevin 
xəttini inamla davam etdirir. Respublikada görülən işlər buna sübutdur. Bütün 
bunlar  onu  göstərir  ki,  İlham  Əliyevin  siyasəti  Azərbaycanı  daha  böyük 
tərəqqiyə doğru aparır”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva qeyd etmişdir ki, “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının 
xüsusi dəyəri və maraqlı olması onunla bağlıdır ki, bu kitabda məşhur siyasət-
çinin və görkəmli insanın ən dramatik dövrlərindən biri – 1990­cı il yanvarın 
20­də Bakıda törədilmiş qanlı hadisələrlə əlaqədar dövrü təsvir edilir. O vaxt 
Heydər  Əliyev  öz  xalqı  ilə  həmrəy  olaraq,  “İnterfaks”  agentliyinə  gəlmiş  və 
tarixi  bəyanatla  çıxış  etmişdir.  Agentliyə  təzyiq  göstərilməsinə  baxmayaraq, 
həmin bəyanat yayılmışdır. O dövr üçün bu, cəsarətli addım idi, xüsusən ona 
görə  ki,  sovet  rəhbərliyi  bu  agentliyi  bağlamağa  və  söz  azadlığını  boğmağa 
çalışırdı. Jurnalistlər riskə gedərək, bəyanatın tam mətnini dərc etmişlər. Hey-
dər Əliyev “İnterfaks” jurnalistlərinin cəsarətini və prinsipiallığını çox yüksək 
qiymətləndirmişdi”.  Bununla  yanaşı,  Leyla  Əliyeva  Heydər  Əliyev  haqqında 
kitab yazmaq niyyətində olduğunu da bildirmişdir. 
2007­ci il dekabr ayının 20­də Moskvada, “Ritts­Karlton” mehmanxanası­
nın  dəbdəbəli  salonunda  Azərbaycandan  və  onun  paytaxtından,  ölkəmizin 
zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən 
söhbət açan “Bakı” jurnalının birinci nömrəsinin təntənəli təqdimatı olmuşdur. 
Moskva elitasının toplaşdığı mərasimdə Azərbaycanın birinci xanımı, Heydər 
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO­nun xoşməramlı səfiri, Milli 
Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Yeni nəşrin konsepsiyasını jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev 
Fondunun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  başçısı  Leyla  Əliyeva 
bu  hadisənin  əhəmiyyətini  belə  qiymətləndirmişdir:  “Biz  heyranlıq  doğuran 
faktların, şəxsi səciyyəli müsahibələrin və qeyri­adi tarixçələrin təqdim olun-
duğu yeni və orijinal mənbə yaradırıq. Bütün bunları qısa “Baku” kəlməsi bir-
ləşdirəcəkdir.  “Baku”  jurnalının  təqdimatı  mənim  üçün  çox  fərəhli,  eyni  za­
manda həyəcan doğuran hadisədir. Çünki biz bu jurnal vasitəsilə şəhərimizin 


116
bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bu gün Bakı iqtisadi 
inkişaf, müasirliklə qovuşmuş milli ənənələr, zəngin mədəni dəyərlər demək-
dir.  Bakı  həmişə  tolerantlığı,  qonaqpərvərliyi  ilə  seçilmişdir.  O  ən  müxtəlif 
millətlərin  nümayəndələri  üçün  doğma  şəhərdir.  Bu  gün  biz  bu  jurnalın  təq-
dimatı  ilə  Azərbaycanın  qədim  mədəniyyətinin  bir  zərrəsini  Rusiya  paytax-
tına gətirməyə çalışmışıq və sizin üçün milli musiqidən ibarət maraqlı konsert 
hazırlamışıq.  “Ümidvaram  ki,  “Baku”  jurnalı  Azərbaycanla  Rusiya  arasında 
mədəni dialoqu daha da inkişaf etdirəcək, həm ölkəmizdə, həm də Rusiyada 
maraqlı informasiya mənbəyi olacaqdır”.
“Baku”  jurnalının  nəşrinin  əhəmiyyəti  haqqında Azərbaycanın  birinci  xa­
nımı Mehriban Əliyeva demişdir: “Mən bu gün ikiqat sevinc içindəyəm, çünki 
mənə  doğma  olan  insanların  bu  əlamətdar  hadisəyə  birbaşa  aidiyyatı  vardır. 
Layihənin məharətlə həyata keçirilməsi münasibətilə Leyla Əliyevanı və onun 
komandasını ürəkdən təbrik edirəm. Nəşriyyat işində ikinci dərəcəli məsələlər 
olmur,  jurnalistlərin  işindən  tutmuş  material  və  fotoşəkil  seçiminə,  tərtibata-
dək bütün işlər vacibdir. Bir sözlə, bu prosesdə hər şey çox mühüm rol oyna-
yır.  Zənnimcə,  bu  gənc  komanda  çox  qısa  müddətdə  böyük  zövqlə  gözəl  və 
maraqlı jurnal yarada bilmişdir. Yəqin, Leylanın dediyi kimi, onlar bu işə qəl-
bən yanaşmışlar və təbii ki, nəticədə çox gözəl və ciddi bir jurnal ərsəyə gəl-
mişdir.  Oxucu  auditoriyası  formalaşdıraraq,  uzun  illər  öz  oxucusunu  axtaran 
bir çox nəşrlər var, lakin “Baku” jurnalının vəziyyəti tamamilə başqadır: böyük 
auditoriya uzun illər öz nəşrini gözləmiş və nəhayət, istədiyinə çatmışdır. Mən 
inanıram ki, bu jurnal təkcə Bakı ilə Moskva arasında deyil, həm də Rusiyanın 
müxtəlif regionları arasında özünəməxsus körpü yaradacaqdır. Ümidvaram ki, 
“Baku” təkcə Rusiyada yaşayan azərbaycanlıların deyil, həm də Azərbaycanı 
sevən, ölkəmizlə, onun mədəniyyəti və tarixi ilə maraqlananlar, bir sözlə, bütün 
dostlarımız üçün sevimli nəşrlərdən birinə çevriləcəkdir”.
Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyeva  “Baku”  adlı  yeni  jurnalın 
birinci nömrəsinin nəşri ilə bağlı Rusiya və Azərbaycanın mətbuat nümayən-
dələrinin  suallarına  cavab  verərək  demişdir:  “Azərbaycanla  Rusiya  arasında, 
iki dövlətin başçıları arasında münasibətlər strateji tərəfdaşlıq kimi qiymətlən-
dirilir. Bu o deməkdir ki, biz fəaliyyətimizin, əslində, bütün sahələrində əmək-
daşlıq edirik. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıqdır. Bil-
diyiniz kimi, 2005­ci il Rusiyada Azərbaycan İli, 2006­cı il isə Azərbaycanda 
Rusiya  İli  elan  edilmişdi.  Bu  mədəni  mübadilə  çərçivəsində  həm  Moskvada, 
həm də Bakıda çoxlu tədbirlər, konsertlər, sərgilər təşkil olundu. Ölkələrimizi 
uzun illər ərzində mehriban qonşuluq münasibətləri bağlayır və mən çox şadam 
ki, bu gün həmin ənənələr davam etdirilir.
Jurnal mədəni dialoqun inkişafında çox böyük rol oynayacaqdır. Bildiyiniz 
kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda lider-


117
dir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu prosesləri 
əyani şəkildə görmək üçün Bakıya gəlmək lazımdır. Bakıda böyük tikinti işləri 
gedir,  körpülər  salınır,  məktəblər  inşa  olunur,  tarixi  abidələr,  teatrlar,  muzey-
lər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaq-
dır. Ümidvaram ki, bütün bunlar təkcə xaricdə yaşayan həmvətənlərimiz üçün 
maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir. 
Nəşrin konsepsiyası təkcə Bakı və Moskvadakı hadisələri işıqlandırmağı deyil, 
həm də bütövlükdə Rusiyanın və Azərbaycanın mədəni həyatında baş vermiş 
hadisələri  əhatə  etməyi  nəzərdə  tutur. Azərbaycan  oxucusu  ölkəmizin  hüdud-
larından kənarda baş verən hadisələri maraqla izləyəcəkdir. Bir sözlə, “Baku” 
jurnalının gələcəyi böyükdür”.
Mehriban xanım Əliyeva Azərbaycanın turizm perspektivlərini şərh edərək 
bildirmişdir  ki,  nadir  təbiəti  olan  ölkəmizdə  dünyadakı  11  iqlim  qurşağından 
9­u  var.  Birinci  xanım  vurğulamışdır:  “Bakı  dünyanın  dəniz  sahilində  yerlə­
şən az sayda paytaxt şəhərlərdən biridir. Əlbəttə, bütün bunlar turizmin inki-
şafı üçün böyük imkanlar açır. Hazırda Azərbaycanda turizm sahəsi fəal inki-
şaf edir, mehmanxanalar tikilir, turizm bazaları açılır və zənnimcə, bu sahənin 
böyük gələcəyi vardır. İnanıram ki, Azərbaycanda güclü turizm sənayesi yara-
dılacaq və bu mövzu da “Baku” jurnalında öz əksini tapacaqdır”. 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  “Baku”  jurnalının  redaksiyasına  ün­
vanlanmış təbrik məktubunda “Baku” adlı yeni jurnalın birinci nömrəsinin nəş-
rini belə dəyərləndirmişdir: “Baku” adlı yeni jurnalın birinci nömrəsinin nəşri 
münasibətilə redaksiyanın bütün əməkdaşlarını təbrik edirəm. Jurnal paytaxtı-
mızın şərəfinə adlandırılmışdır. Bu, məsuliyyət deməkdir, axı, Bakı nadir şəhər-
dir, onun müasir siması, qədim küçələrinin gözəlliyi, Bakı buxtasının misilsiz 
mənzərəsi  Bakıda,  heç  olmazsa,  bircə  dəfə  olan  insanların  yaddaşından  uzun 
müddət  silinmir.  Bu,  Bakının  son  dərəcə  gözəlliyinin  ab­havası  jurnalda  çox 
yaxşı əksini tapmışdır. Onun səhifələrində tariximizdən faktlar, bizim günlərin 
daha  parlaq  hadisələri  ahəngdarlıqla  uzlaşır.  Zənnimcə, Azərbaycan  sakinləri 
və diasporumuzun nümayəndələri, turistlər gözəl hədiyyə almışlar. Ümidvaram 
ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda jurnalın oxucu 
dairəsi daim genişlənəcəkdir.
Bu gün Azərbaycan dinamik inkişaf edir, müxtəlif sahələrdəki nailiyyətləri-
miz bir çox yazılarda və nəşrlərdə öz əksini tapır. Lakin indiyədək Azərbaycan 
haqqında  rus  dilində  obyektiv  informasiya  verən  illüstrasiyalı  jurnalımız  yox 
idi. Jurnal, şübhəsiz, bu informasiya boşluğunu aradan qaldıracaqdır. Bununla 
yanaşı,  onun  səhifələrində  Rusiyada  yaşayan  azərbaycanlılarla  tanış  olmaq, 
onların  nailiyyətləri  və  problemləri  barədə  daha  çox  məlumat  almaq  imkanı 
verilir. Əminəm ki, “Baku” jurnalı tezliklə başqa dillərdə də çıxmağa başlaya-
caq, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi öz ətrafında birləşdirəcəkdir. 
Bu  nəşrin  ərsəyə  gəlməsinə  kömək  edənlərin  hamısına  xoşbəxtlik,  cansağlığı 
və firavanlıq arzulayıram.


118
Xatırladaq ki, “Baku” jurnalının ərsəyə gəlməsinə “Krokus İntənəşnl” şir­
kətinin kommersiya direktoru Emin Ağalarov da əhəmiyyətli töhfə vermişdir. 
Artıq 2008­ci ildən başlayaraq Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əli-
yev  Fondunun  Rusiyadakı  nümayəndəliyinin  fəaliyyəti  genişmiqyas  alaraq 
daha  uğurlu  layihələr  həyata  keçirməyə  başladı.  Təqdirəlayiq  məsələ  isə,  bu 
layihələrdə  Rusiya  tərəfinin  marağının  artması  idi.  Sankt­Peterburqun  quber-
natoru Valentina Matviyenko 2008­ci il fevralın 2­də Fondun Rusiyadakı nü­
mayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  ilə  görüşdə  demişdir:  “Biz  humanitar 
əməkdaşlığa xüsusi  əhəmiyyət  verilən  birgə  fəaliyyətdə  –  təhsil,  mədəniyyət, 
tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq. 
Biz  təklif  etmək  istərdik  ki,  Sankt­Peterburq  Fondun  gələcək  fəaliyyəti  üçün 
dayaq  meydançası  olsun,  çünki  bundan  ötrü  çox  böyük  potensial  var”.  Hey-
dər  Əliyev  Fondunun  Rusiyadakı  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva 
isə  bu  xüsusda  demişdir:  “Heydər  Əliyev  Fondunun  fəaliyyəti  genişlənir  və 
bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiy-
yət  kəsb  edir.  Biz  Fondun  fəaliyyətinin  təkcə Azərbaycanla  məhdudlaşa  bil-
məyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, 
təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. O, ətraflı məlu-
mat  verərək  vurğulamışdır  ki,  Fondun  təşəbbüsü  ilə  son  üç  ildə  Azərbay-
canda  300­ə  yaxın  məktəb  tikilmiş  və  təmir  edilmişdir,  bu  proses  davam 
edir. Artıq  Fransada,  Rumıniyada,  Böyük  Britaniyada  və Türkiyədə  Fondun 
filialları açılmışdır və onun fəaliyyət coğrafiyası genişlənməkdə davam edir. 
Fond səhiyyə sahəsində, xüsusən talassemiya və diabet kimi ağır xəstəliklərə 
qarşı  mübarizə  üzrə  bir  sıra  mühüm  layihələr  həyata  keçirir.  Fondun  təşəb-
büsü ilə Talassemiya Mərkəzi tikilir, xəstə uşaqlara kömək üçün bir sıra başqa 
layihələr  həyata  keçirilir.  Fevralın  10­da  Fond  Moskvada  əlil  uşaqlar  üçün 
xeyriyyə konserti təşkil edəcəkdir.
Muğam  mərkəzi  tikilir,  istedadlı  gənclər,  rəssamlar,  artistlər  dəstəklənir. 
Ümumiyyətlə, Fondun mövcud olduğu dörd ilə yaxın müddətdə çox işlər gö­
rülmüşdür və biz öz fəaliyyətimizin bütün məsuliyyətini hiss edirik”.
Heydər  Əliyev  Fondu  ilə  Rusiya  Milli  Kitabxanası  arasında  əməkdaşlıq 
haqqında sazişin imzalanması Sankt­Peterburqun və Azərbaycanın mədəni hə­
yatında  çox  mühüm  hadisə  olmuşdur.  Bu  sənədi  Leyla  Əliyeva  və  kitabxana-
nın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva Fondun adın-
dan kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan 
kitablarını  hədiyyə  etmişdir.  O  bildirmişdir  ki,  Fond  kitab  nəşrinə  çox  böyük 
əhəmiyyət verir, xüsusən internetin və elektron KİV­in inkişaf etdiyi, adamların 
çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. 
Leyla Əliyeva KİV nümayəndələri ilə söhbətində imzalanmış sənədin əhə-
miyyətindən danışarkən Fond və onun Rusiyada cəmi bir il bundan əvvəl açıl-


119
mış  nümayəndəliyi  Azərbaycan  ilə  Rusiya  arasında  mədəni  dialoqu  inkişaf 
etdiyini bildirmişdir. Leyla Əliyeva demişdir: “Mədəni dialoq xüsusən gənclər 
üçün ən vacib məsələdir. Güman edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni 
dialoqun genişlənməsinə nail ola biləcəyik. Bu, çox zəngin kitabxanadır. Xoşa-
gələn haldır ki, burada Azərbaycan dilində bu qədər kitab var və onları qay-
ğıkeşliklə qoruyub saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana ilə müna-
sibətlərimiz daha da inkişaf edəcək, biz kitab mübadiləsi edəcək, buraya yeni 
nəşrlər göndərəcəyik. Cəmi bir ay bundan əvvəl “Baku” jurnalının ilk nömrəsi 
çapdan çıxmışdır. Bu nəşri Moskva və Sankt­Peterburq oxucuları da görəcək-
lər.  Jurnal  onların  ölkəmiz  haqqında  daha  çox  məlumat  əldə  etməsinə  imkan 
verəcəkdir. Ölkələrimiz arasında həmişə çox yaxşı mədəni münasibətlər olmuş-
dur.  Azərbaycanda  rus  mədəniyyətinə,  rus  ədəbiyyatına  həmişə  yaxşı  bələd 
olmuş,  onları  sevmişlər. Azərbaycan  məktəblərində  rus  dilinin  tədrisi  indi  də 
tam həcmdə davam edir”.
Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyev  1994­cü  ildə 
M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi kitabxanasından 400­dən çox 
nəşr hədiyyə etmiş, bununla da kitaba qayğı ilə yanaşmaq nümunəsi göstərmiş-
dir. Bu gün də bu ənənəni Heydər Əliyevin nəvəsi, onun adını daşıyan Fondun 
nümayəndəliyinin rəhbəri davam etdirir. 
Leyla  Əliyeva  və  V.Zaytsev  Rusiya  Milli  Kitabxanasında  təşkil  edilmiş 
Azərbaycan  ədəbiyyatı  sərgisini  açmışlar.  Heydər  Əliyev  Fondunun  RF­dəki 
nümayəndəliyinin rəhbəri Azərbaycan kitablarının nadir nüsxələrinin nümayiş 
etdirildiyi sərgi ilə tanış olmuşdur.
Leyla  Əliyeva  Sankt­Peterburq  ictimaiyyətinin  nümayəndələri  qarşısında 
çıxış  edərək,  demişdir:  “Sankt­Peterburq  qəribə  şəhərdir,  o,  insanı  daim  hey-
rətləndirir, biz də öz tərəfimizdən qədim Azərbaycan mədəniyyətinin bir zərrə-
sini sizlərə bəxş etmək, adət və ənənələrimiz barəsində söhbət açmaq və bizim 
istedadları  sizlərə  təqdim  etmək  üçün  əlimizdən  gələni  etməyə  çalışmışıq. 
Azərbaycan çox qədim tarixə və çox zəngin mədəniyyətə malik olan bir ölkə-
dir, böyük şairlərin, bəstəkarların və yazıçıların vətənidir. Harada olmasından 
asılı olmayaraq, hər bir azərbaycanlı üçün Qarabağ bülbülləri oxuyur, Abşeron 
günəşi onun üçün parlayır, Xəzərin dalğaları onun üçün səslənir. Azərbaycan-
lılar çox qonaqpərvər xalqdır, bu gün də çoxsaylı millətlərin və dini məzhəb-
lərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayırlar. Bizə çox 
xoşdur ki, Rusiya­Azərbaycan münasibətləri günbəgün möhkəmlənir və bir sıra 
sahələrdə bu münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan məktəblə-
rində rus dilinin tədrisi tam həcmdə davam edən az sayda dövlətlərdən biridir, 
Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bu gün bizim 
qarşımızda, Rusiyada yaşayan gənclər qarşısında bir məsələ durur: bu münasi-
bətləri daha da möhkəmlətmək və vətənimizi ləyaqətlə təmsil etmək”.


120
2008­ci  il  fevralın  3­də  Leyla  Əliyevanın  Sankt­Peterburqa  səfəri  çərçi­
vəsində  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  Sankt­ 
Peterburqda ucaldılmış abidəsini ziyarət edərək demişdir ki, Nizami dünyaya 
“Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi və başqa misilsiz 
əsərlər bəxş etmiş dahi şair və mütəfəkkirdir. Nizami həmişə Azərbaycan xalqı-
nın fəxri olaraq qalacaqdır. Bu böyük insana dünyanın ən gözəl şəhərlərindən 
birində abidə qoyulması Azərbaycanla Rusiya arasında olan böyük dostluğu və 
qarşılıqlı hörməti bir daha sübut edir.
Böyük Nizamiyə Sankt­Peterburqda abidə qoyulması və öz mədəniyyətinə 
qayğıkeş  münasibət Azərbaycan  diasporuna  başucalıq  gətirməsi  və  mədəniy-
yətlərin  qarşılıqlı  zənginləşməsi  prosesinə  çox  güclü  təsir  göstərməsi  xüsusi 
olaraq vurğulanmışdır. 
Leyla  Əliyeva  başda  olmaqla  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri 
Qoroxovaya  küçəsindəki,  6  nömrəli  binada  Ümummilli  Lider  Heydər  Əliye-
vin xatirə lövhəsini də ziyarət etmişlər. Xatırladaq ki, 1940­cı illərin axırları – 
1950­ci illərin əvvəllərində Heydər Əliyev həmin binada yerləşən SSRİ Dövlət 
Təhlükəsizliyi Nazirliyinin rəhbər heyət məktəbində təhsil almışdır.
Rusiyada  Azərbaycan  gəncləri  hərəkatının  lideri  Leyla  Əliyeva  gəncləri 
RF­nin  ictimai­siyasi  həyatında  daha  fəal  iştirak  etməyə,  Rusiya  cəmiyyətinə 
daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə 
qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. O 
bildirmişdir  ki,  indi  Fondun  əsas  vəzifələrindən  biri  regionlarda Azərbaycan 
dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılma-
sını  təşviq  edir  və  onların  tədris  ədəbiyyatı,  kompüterlərlə  təchiz  olunmasına 
kömək  edir.  Fond  indiyə  qədər  İvanovo, Tula, Tver  və  Surqut  şəhərlərindəki 
bazar  günü  məktəblərinə  kömək  etmişdir.  Bununla  yanaşı,  müxtəlif  xeyriyyə 
tədbirləri, o  cümlədən əlil  uşaqlar üçün “Biz həyatı sevirik” adlı konsert, bir 
neçə  kitabın  təqdimat  mərasimləri  hazırlanır.  Bu  günlərdə  təşkilatın  internet 
saytı açılacaqdır, gənclər bu saytda Azərbaycanın gerçəklikləri barədə məlumat 
ala biləcəklər. Ayda bir dəfə çıxacaq “Baku” jurnalı da xalqımızın mədəniyyəti, 
incəsənəti və ənənələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. 
Belə bir jurnal yox idi, onu hamı gözləyirdi, indi isə onu Rusiyada da almaq 
mümkün olacaqdır.
Gənclərin nümayəndələri Heydər Əliyev Fonduna gənclər siyasətini dəstək-
ləyərək  bildirmişlər  ki,  Leyla  Əliyevanın  başçılıq  etdiyi  təşkilat  yaradılandan 
sonra gənclər onu özlərinə arxa hesab edir və birləşmə hərəkatı fəallaşmışdır. 
4 fevral 2008­ci ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı 
nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  Sankt­Peterburqa  səfəri  çərçivə-
sində  Primorski  inzibati  rayonundakı  uşaq  ev­məktəbində  olmuşdur.  Leyla 
Əliyeva məktəbin şagirdləri qarşısında çıxışında demişdir ki, təhsilə və mək-


121
təblərə kömək Fondun fəaliyyətinin üstün istiqamətlərindən biridir. O xüsusi 
vurğulamışdır ki, Azərbaycan uşaqları da biliklərə yiyələnməyə, təhsilə can 
atırlar. O, gənclərə hansı ixtisası seçmələrini məsləhət görməyi barədə suala 
cavabında media sahəsinin adını çəkərək demişdir ki, bu, çox perspektivli və 
maraqlı işdir.
Məktəb  rəhbərliyi  Heydər  Əliyev  Fondunun  Rusiyadakı  nümayəndəliyi-
nin rəhbərinə rusiyalı uşaqlara diqqətinə görə təşəkkür edərək demişdir ki, bu 
səfər gələcək dostluğun və əməkdaşlığın təməli olacaqdır. Uşaq diplomatiyası 
ən güclü diplomatiyadır və biz ümid edirik ki, Azərbaycanla daha yaxından 
tanış olacağıq.
2008­ci il fevral ayının 4­də  Heydər Əliyev Fondunun Rusiya Federasiya-
sındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə yeni, 
nəfis tərtibatlı “Baku” jurnalının Rusiyanın şimal paytaxtında keçirilmiş təqdi-
mat mərasimi mühüm hadisə olmuşdur. 
Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş oxucu audi-
toriyası  üçün  nəzərdə  tutulmuş  bu  jurnalın  təqdimatının  şəhərin  mərkəzində 
yerləşən, Şərq üslubunda tərtib olunmuş gözəl “Baku” restoranında keçirilməsi 
rəmzi  məna  daşıyır.  Mərasimdə  Sankt­Peterburqda  akkreditə  edilmiş  diplo-
matik  missiyaların  rəhbərləri,  tanınmış  mədəniyyət  xadimləri  və  ictimaiyyə-
tin nümayəndələri, şəhərin biznes elitasının, eləcə də Azərbaycan diasporunun 
təmsilçiləri iştirak etmişlər.
“Baku” jurnalının naşiri və baş redaktoru Leyla Əliyeva bu nəşrin konsep-
siyası  və  məqsədləri  barədə  məlumat  verərək  demişdir:  “Baku”  jurnalı  geniş 
auditoriya üçün nəzərdə tutulmuşdur. Biz bu jurnal vasitəsilə şəhərimizin bütün 
gözəlliklərini və hərarətini oxuculara çatdırmağa çalışmışıq. Bakı deyəndə göz-
lərimiz önündə mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti və 
qədim  tarixi  canlanır.  Güman  edirəm  ki,  bu  jurnal Azərbaycanla  Rusiya  ara-
sında dostluğun möhkəmlənməsinə, mədəni dialoqun inkişafına kömək edəcək-
dir. Ümidvaram ki, xalqların qarşılıqlı sevgisindən, tarixindən və dostluğundan 
bəhs edən bu jurnalı hamı məmnuniyyətlə oxuyacaqdır”. O, xüsusi vurğuladı 
ki, bu jurnal siyasi nəşr deyil, burada əsasən mədəniyyət, tarix, müxtəlif ma­
raqlı  şəxsiyyətlər  haqqında  söhbət  açılır  və  başlıca  vəzifə  ondan  ibarətdir  ki, 
bu  nəşr Azərbaycanı  sevən,  ölkəmiz  haqqında  daha  çox  məlumat  əldə  etmək 
istəyən hər kəs üçün maraqlı olsun. “Baku” jurnalının təkcə Azərbaycan üçün 
nəzərdə tutulmadığını bildirən Leyla Əliyeva dedi ki, Azərbaycan tolerant döv-
lətdir, bu ölkədə çoxsaylı millətlərin nümayəndələri yaşayır. Bu jurnal həm də 
onlar üçün, eləcə də bütün başqa millətlər və xalqlar üçündür. Jurnalın növbəti 
nömrəsi martın 15­də çapdan çıxacaq və güman edirəm ki, arzu edənlərin hər 
biri onu əldə edə biləcəkdir. Mən çox istərdim ki, “Baku” jurnalı bütün Rusi-
yada, gələcəkdə isə bütün MDB məkanında populyar olsun”.


122
Dünya şöhrətli böyük rus müğənnisi, SSRİ xalq artisti, Lenin mükafatı və 
SSRİ  Dövlət  mükafatı  laureatı  Yelena  Obraztsova  “Baku”  jurnalının  nəşrini 
çox mühüm hadisə adlandıraraq, onun səhifələrində Sankt­Peterburq barəsində 
də materiallar dərc edilməsi arzusunu bildirdi ki, bakılılar bu şəhərin mədəniy-
yəti barədə daha çox məlumat əldə etsinlər. Sankt­Peterburq administrasiyası-
nın  mədəniyyət  komitəsinin  sədri  Nikolay  Burov  öz  çıxışında  dedi  ki,  jurnal 
gözəl  tərtib  olunmaqla  bərabər,  məzmunca  da  zəngindir.  İctimai­siyasi,  ədəbi ­
bədii nəşr üçün çox düzgün istiqamət seçilmişdir. Orada hər şey var – bir qədər 
reklam, çoxlu tarixi məlumat, tanınmış mədəniyyət xadimlərinin gözəl fotoşə-
killəri... Jurnalın rus dilində nəşr edilməsi isə çox mühümdür.
Tarixi  abidələrin  qorunması  üzrə  komitənin  sədr  müavini  Olqa  Taratı-
nova,  Ukraynanın  baş  konsulu  Nikolay  Rudko,  tatar  diasporunun  nümayən-
dəsi Əlfiyyə Raxmatulina, “Yevropa” hotelinin baş direktoru Tomas Noll və 
başqaları  öz  çıxışlarında  demişdirlər  ki,  “Baku”  jurnalının  təqdimatı  Sankt­
Peterbur qun  mədəni  həyatında  mühüm  hadisə  kimi  mədəni  dialoqun  inki-
şafı  üçün  çox  böyük  əhəmiyyət  kəsb  edr.  “Baku”  jurnalı  iki  şəhər  arasında 
əlaqələndirici körpü rolu oynayacaq, onun sayəsində iki dost xalq bir­birinə 
daha da yaxınlaşacaqdır. Arzu edirik ki, bu jurnal vasitəsilə rusiyalılar Azər-
baycanı  tanısın,  azərbaycanlılar  isə  öz  ölkələri  ilə  Sankt­Peterburq  arasında 
sıx  dostluq  əlaqələri  barədə,  bu  şəhərin  həyatı  və  mədəniyyəti  barədə  daha 
çox informasiya əldə etsinlər.
Qonaqlara “Baku” jurnalının nüsxələri təqdim edildi, eləcə də jurnala abunə 
yazılmaq üçün vizit vərəqələri arasında “uduş tirajı” keçirilmiş və “Mebel İspa-
nii” şirkətinin baş direktoru Yevgeni Simonov jurnala pulsuz abunə yazılmaq 
hüququ qazanmışdır. 
11 fevral 2008­ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasın-
dakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) və “Zəif 
eşidənlər dünyası” adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada 
əlil  uşaqlar  üçün  geniş  xeyriyyə  tədbiri  keçirmişdir.  Tədbirə  fiziki  qüsurları 
olan 300­dən çox uşaq və onların ailə üzvləri dəvət edilmişdi.
“Biz həyatı sevirik” devizi altında keçirilmiş xeyriyyə aksiyasında Rusiya 
ictimaiyyətinin  nümayəndələri,  parlament  üzvləri,  mədəniyyət  və  incəsənət 
xadimləri, Rusiyadakı Azərbaycan diasporunun və müxtəlif milli diasporların 
nümayəndələri iştirak etmişdirlər.
Aksiyanın təşəbbüsçüsü və təşkilatçısı, Heydər Əliyev Fondunun RF­dəki 
nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  Heydər  Əliyev  Fondunun Azərbay-
canda sosial sahədə, təhsil və səhiyyə sahələrində geniş iş apardığını, mədəniy-
yətin inkişafı və mədəni irsin qorunub saxlanması məsələlərinə, müasir məktəb-
lərin tikintisinə, tarixi abidələrin bərpasına, kitab nəşrinə və başqa humanitar 
məsələlərə böyük diqqət yetirdiyini bildirmişdir. 


123
Fondun  Rusiyadakı  nümayəndəliyinin  bayram  ab­havası  yaratmaq  üçün 
lazım olan hər şeyi etməyə çalışdığını bildirən Leyla Əliyeva demişdir: “Mən 
bu salonda çoxlu gözəl, şən və ilhamlı uşaqlar görürəm. Arzu edirəm ki, onlar 
həmişə belə həyatsevər və mərd olsunlar. Biz də öz tərəfimizdən mümkün olan 
hər şeyi edəcəyik ki, Rusiya torpağında sizin arzularınız reallığa çevrilsin”.
RF  Dövlət  Dumasının  Ailə,  Qadın  və  Uşaq  məsələləri  komitəsi  sədri-
nin  müavini  Natalya  Karpoviç  xeyriyyə  aksiyasının  təşkilatçılarına  təşəkkü-
rünü bildirərək demişdir: “Heydər Əliyev Fondu çox böyük və bizim hamımız 
üçün yaxşı işlər görür. Belə tədbirlər həm fiziki qüsurları olan insanları, həm 
də dolğun həyat sürənləri birləşdirir. Bu isə çox vacibdir. Bu aksiya bizim bir­ 
birimizə daha yaxın olmağımıza, bu salondakı uşaqlardan hər birinin faciəsini 
başa düşməyə və onu öz faciəmiz kimi qəbul etməyimizə kömək edir. Bu da 
çox vacibdir ki, bu tədbir həmin uşaqların böyük ölkəmizin tamdəyərli vətən-
daşları olduqlarını başa düşməsinə imkan verir”.
Bayrama qonaq kimi dəvət edilmiş məşhur rusiyalı rəqqas, Böyük Teatrın 
solisti, Maris Liyepa adına Xeyriyyə Fondunun idarə heyətinin sədri Andris 
Liyepa  müştərək  xeyriyyə  layihələrinin  əhəmiyyətini  dəyərləndirmişdir.  O 
demişdir  ki,  rəqs  dili  zəif  görən  və  zəif  eşidən  uşaqların  öz  hisslərini  daha 
tam ifadə etmələrinə kömək edə bilər.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva  KİV  nümayəndələrinə  müsahibəsində  Moskvada  keçirilmiş  aksiyanın 
əhəmiyyətini vurğulayaraq demişdir ki, “Fond Rusiya paytaxtında ilk dəfədir 
ki, bu cür geniş xeyriyyə tədbiri keçirir. Bu cür aksiyalar çox vacibdir. Fond 
Azərbaycanda buna oxşar tədbirləri çox keçirmişdir. Fondun Rusiya nümayən-
dəliyi  də  müxtəlif  tədbirlər  keçirmiş,  məktəblərə,  internatlara  baş  çəkmişdir, 
lakin hamının bir yerə yığılması birinci dəfədir və güman edirəm ki, bu, bizim 
axırıncı  xeyriyyə  aksiyamız  olmayacaqdır.  Fondun  Rusiyadakı  nümayəndə-
liyi cəmi yarım ildir ki, Moskvada fəaliyyət göstərir. Bunlar hələ yalnız baş-
lanğıcdır. Heç şübhəsiz, gələcəkdə bu cür tədbirlərin sayı qat­qat çox olacaq, 
çünki  onlar  çox  əhəmiyyətlidir.  Mən  indicə  konsertdən  çıxmışam,  hisslərim 
aşıb­ daşır. Uşaqları öz yanında görəndə, onların sevinməsini, çöhrələrindən nur 
yağmasını görəndə başa düşürsən ki, bütün başqa məsələlərin əhəmiyyəti azdır. 
Əsas məsələ budur ki, uşaqlar görsünlər ki, onları xatırlayırlar, sevirlər və onlar 
da bütün başqa uşaqlar kimidirlər. Bu gün həmin uşaqlar bunu öz yaradıcılığı 
ilə sübut etdilər. Onların bəzi qüsurlarının olmasını hiss etmələrinə yol vermək 
olmaz,  onlara  ümid  vermək,  diqqət  göstərmək  lazımdır,  çünki  onlardan  ötrü 
əsas məsələ maddi dəyərlər deyil, diqqətdir”.
“Xocalı  faciəsi  öz  miqyasına  və  qəddarlığına  görə  bəşəriyyət  əleyhinə  ən 
ağır  cinayətlərlə  bir  sıraya  qoyula  bilər.”  Heydər  Əliyev  Fondunun  RF­dəki 
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun 


124
Rusiyadakı nümayəndəliyi tərəfindən 2008­ci il fevralın 27­də Moskvada təşkil 
edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi­praktik konfransda demişdir.
Leyla  Əliyeva  qeyd  etmişdir  ki,  Xocalı  faciəsi  Ermənistan­Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olmuşdur. Bu münaqişə nə­
ticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. O demişdir: “1992­
ci  il  fevralın  25­dən  26­na  keçən  gecə  erməni  təcavüzkarları  Azərbaycanın 
Xocalı şəhərini zəbt etmiş və şəhərin 613 dinc sakinini, o cümlədən 106 qadını, 
63 uşağı və 70 nəfər ahıl insanı amansızlıqla qətlə yetirmişlər. Xocalı yaraları 
hər bir azərbaycanlının ürəyində əbədi qalacaqdır.
Azərbaycan üçün çox ağır və çətin illər arxada qalıb və indi ölkəmiz gün-
bəgün inkişaf edir, çiçəklənir. Azərbaycan iqtisadi artım sürətinə görə dalbadal 
üçüncü ildir ki, dünyada birinci yeri tutur, insanların həyat səviyyəsi yaxşılaşır, 
əhalinin əmək haqqı və pensiyaları artır, işsizlik və yoxsulluq azalır.
Ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq, 
bu gün bircə çadır şəhərciyi də qalmamışdır, qaçqınların və məcburi köçkünlə-
rin hamısı üçün normal həyat şəraiti yaradılmışdır.
Artıq  15  ildir  ki,  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həlli üzrə danışıqlar prosesi gedir. Biz çox ümid edirik ki, dünya birliyi səsi-
mizi  eşidəcək  və  bu  problem  tezliklə  öz  ədalətli  həllini  tapacaqdır,  çünki  bu 
gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yox-
dur. Mən inanıram ki, azərbaycanlılar lap yaxın gələcəkdə öz doğma torpaqla-
rına qayıdacaqlar”.
Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutu,  MDU,  Seçenov  adına 
Tibb Akademiyası  və  Moskva  Dövlət  Linqvistika  Universiteti  kimi  tanınmış 
ali  məktəblərin  tələbələri,  aspirantları  və  magistrləri  Ermənistan­Azərbaycan 
münaqişəsinin  tarixi­hüquqi  və  siyasi  aspektləri,  bu  münaqişənin  nəticələri 
haqqında məruzələrlə çıxış etmişdirlər. Konfrans iştirakçıları tələbələrdən Olqa 
Kuraşın “80­ci illərin axırları – 90­cı illərin əvvəllərində Qarabağ münaqişəsi­
nin  tarixi”,  Andrey  Kurakinin  “Xocalı  soyqırımı  beynəlxalq  cinayət  kimi”, 
Natiq  Əliyevin  “Ermənistan­Azərbaycan  münaqişəsinin  siyasi­hüquqi  aspekt-
ləri”,  Ceyhun  Hüseynovun  “Qarabağın  tarixi”,  Anarə  Axundovanın  “90­cı 
illərdə Qarabağ haqqında jurnalist işlərinin nümunələri” və Əşrəf Həsənovun 
“Xocalı  soyqırımının  azərbaycanlı  qaçqınlar  üçün  nəticələri”  mövzusunda 
məruzələrini böyük maraqla dinləmişdirlər.
Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalıda azərbay-
canlıların soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəb-
büsü ilə Azərbaycanın RF­dəki səfirliyində Böyük Vətən müharibəsi veteran-
ları ilə qeyri­rəsmi dostluq görüşü keçirilmişdir.


125
Veteranlar  qeyri­rəsmi  görüşün  təşkilinə,  onlara  göstərilən  diqqət  və  qay-
ğıya görə dərin minnətdarlıqlarını bildirərək qeyd etmişdirlər ki, belə əlaqələr 
xalqlarımız  və  ölkələrimiz  arasında  dostluq  və  əməkdaşlığın  möhkəmlənmə-
sinə xidmət edir. Öz xatirələrini bölüşən veteranlar azərbaycanlıların rəşadətini 
və qəhrəmanlığını, faşizm üzərində Qələbədə bütövlükdə ölkəmizin rolunu xü­
susi vurğulamışdırlar. 
Azərbaycanın  paytaxtına  Döyüş  Şöhrəti  Şəhəri  adının  verilməsi,  Moskva 
torpağında  həlak  olmuş  azərbaycanlı  döyüşçülərin  xatirəsini  əbədiləşdirmək 
təklif edilmişdir. 
Məşhur  Rusiya  Dövlət  Kitabxanası  (keçmiş  Lenin  adına  kitabxana)  Hey-
dər  Əliyev  Fondunun  nəşr  etdirdiyi Azərbaycan  kitabları  ilə  zənginləşmişdir. 
Fondun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva 
kitabxanaya  kifayət  qədər  Azərbaycan  dilində  kitablar  hədiyyə  etmişdir.  Bu 
kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə 
olunmuşdur. 
Leyla  Əliyevanın  bu  xidmətlərini  Rusiya  Dövlət  Kitabxanasının  direk-
toru Viktor Fyodorov belə qiymətləndirmişdir: “Bu, çox fərəhli hadisədir və 
şübhəsiz,  iki  ölkə  arasında  mədəni  əlaqələrin  möhkəmlənməsində  mühüm 
rol oynayacaqdır”. 
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin təşəbbüsü ilə Rusiya 
Federasiyası Sankt­Peterburq şəhəri Primorsk rayonundakı 46 saylı uşaq evi ­
məktəbinin yetirmələri və müəllim heyəti 2008­ci il avqustun 17­də Fondun 
Moskva  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyevanın  Sankt­Peterburq  şəhə-
rinə  səfəri  zamanı  vilayətin  qubernatoru  Valentina  Matvienko  ilə  qarşılıqlı 
razılaşma  əsasında  təşkil  olunmuş  yay  tətili  günlərində  Azərbaycana  dəvət 
edilmişdirlər.
10 günlük səfər çərçivəsində rusiyalı qonaqlar Bakı şəhərindəki Nizami ra­
yonunun yeni təmir olunmuş 1 saylı uşaq evində və Şüvəlan qəsəbəsindəki yay 
düşərgəsində  istirahət  etmişdirlər.  Proqram  çərçivəsində  səmərəli  istira hətlə 
yanaşı,  onların  şəhər  və  şəhərətrafına  gəzintisi,  qədim  və  zəngin  mədəniyyə-
timizlə,  tarixi  abidələrimizlə  tanışlığı,  idman  və  əyləncəli  oyunlarda  iştirakı 
təmin olunmuşdur.
Rusiyalı qonaqlar Suraxanıda, Yanardağda, Atəşgahda olmuş, tarixi­mədəni 
abidələr haqqında ətraflı məlumat almışlar. Tarix muzeyi və Xalça muzeyi ilə 
tanışlıqdan sonra “Azəriilmə” şirkətində olan uşaqlar dünya şöhrətli xalçaları-
mız haqqında maraqlı məlumat əldə etmişlər.
Avqustun 27­dək davam edən səfər zamanı uşaq evinin yetirmələri Qobus-
tan Dövlət Qoruğu, Pir Həsən ziyarətgahı, eləcə də Mərdəkan, Ramana, Qala 
qəsəbələrində tarixi abidələrlə tanış olmuş və Amburan əyləncə­istirahət mər­
kəzində dincəlmişlər. 


126
Səfər proqramı Azərbaycan və qonaqsevər xalqımız, qədim və zəngin mə­
dəniyyətimiz  haqqında  dolğun  təəssüratın  yaranması  ilə  yanaşı,  xalqlararası 
münasibətlərin  yaxınlaşmasını,  anoloji  qurumlarla  əməkdaşlıq  münasibətinin 
qurulmasını əsas məqsəd daşımışdır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin sifarişi ilə əfsanəvi 
Azərbaycan geoloqu, Sibir neftinin ilk kəşfiyyatçısı Fərman Salmanovun büs
tü  hazırlanmışdır.  F.Salmaov  1928­ci  ildə  Şəmkir  rayonunda  doğulmuşdur. 
1954­cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini dağ 
mühəndisi­geoloq  ixtisası  üzrə  bitirmişdir.  1957­1962­ci  illərdə  Yuqansk  və 
Surqut  neft  kəşfiyyatı  ekspedisiyalarının  rəisi  işləmişdir.  1970­ci  ildə  Lenin 
mükafatı laureatı, 1976­cı ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Fərman 
Salmanov  1970­1978­ci  illərdə Tümen  Baş  Geologiya  İdarəsinin  neft  və  qaz 
üzrə baş geoloqu olmuş, 1978­ci ildən idarə rəisi işləmişdir. F.Salmanovun, bi­
lavasitə iştirakı ilə Mamontovsk, Megion, Pravdinsk, Ust­Balık neft yataqları 
kəşf edilmişdir. 
F.Salmanov 2002­ci ildən Rusiyanın “İtera” Neft­Qaz Şirkətinin Direktorlar 
Şurası sədrinin müşaviri işləmişdir. 
Heydər Əliyev Fondu tərəfindən Fərman Salmanovun büstü onun uzun illər 
işlədiyi Surqut şəhərinə hədiyyə edilmişdir. Büst Surqut şəhərində ilk cığıraçan 
geoloqların  xatirə  kompleksinə  qoyulmuşdur.  Büstün  müəllifi  tanınmış  hey-
kəltəraş, Ümummilli Lider Heydər Əliyevin Sankt­Peterburqdakı Qoroxovaya 
küçəsi, 6 nömrəli evin (Ulu Öndər 1949­1950­ci illərdə burada oxumuşdur) fa­
sadında qoyulmuş barelyefini düzəltmiş Y.Neymandır. 
15  dekabr  2008­ci  ildə  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnsti­
tutunda (MDBMİ) Azərbaycan klubu Heydər Əliyev Fondunun RF­dəki nü ma­
yəndəliyinin  dəstəyi  ilə  xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyevin  anım 
gecəsini keçirmişdir. 
Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl Ulu Öndərə Rusiyanın bu mötəbər 
ali məktəbinin fəxri doktoru adı verilmişdi. Həmin gün də XX əsrin görkəmli 
siyasi  xadiminin  xatirəsini  anmaq  üçün  buraya  tələbələr,  professor­müəllim 
heyəti, Azərbaycan səfirliyinin nümayəndələri gəlmişdilər. 
Xatirə gecəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərə-
findən təqdim olunmuş və Ümummilli Liderin həyatının müxtəlif mərhələlərini 
əks etdirən sənədli film nümayiş edilmişdir.
Gecəyə dəvət olunmuş dramaturq Rüstəm İbrahimbəyov, Heydər Əliyevin 
köməkçisi,  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavininin  müşaviri  Yuri 
Soloduxin,  Nazirlər  Şurası  Sədri  Katibliyinin  müdir  müavini Vladimir  Uxov, 
DTK­nın  polkovniki  Georgi  Pozdorovkin  dahi  siyasi  xadim  və  nurlu  insan 
barədə  unudulmaz  xatirələrini  bölüşmüş,  Ulu  Öndərlə  işlədikləri  vaxtlarda 
onun həyatından maraqlı epizodlar danışmışlar. 


127
2009­cu il fevralın 26­da Heydər Əliyev Fondunun Rusiyadakı nümayən-
dəliyinin dəstəyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17­ci 
ildönümü ilə əlaqədar “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi təşkil edil-
mişdi.  Tədbirdə  Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin  rəh-
bəri Leyla Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, İraq, 
Özbəkistan, Tacikistan, Mali, Sudan, Qırğızıstan səfirləri, Qazaxıstan, Misir, 
Fələstin səfirliklərinin əməkdaşları, habelə Rusiya elmi ictimaiyyətinin, Azər-
baycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat işçiləri 
iştirak etmişdilər.
Görkəmli ictimai və siyasi xadimlər Heydər Əliyev Fondunun RF­dəki nü­
mayəndəliyinin rəhbəri İslam Konfransı Təşkilatının Gənclər Forumunun  baş 
əlaqələndiricisi  Leyla  Əliyevanın  təşəbbüsünü  xüsusi  vurğulayaraq  bildirmiş-
lər  ki,  bu  qurumun  gənclər  qanadı  Xocalı  faciəsi  və  Ermənistan­Azərbaycan 
münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda 
dünyanın  bir  neçə  iri  ölkəsində  aksiyalar  keçirir.  Bu,  bir  daha  təsdiq  edir  ki, 
böyüməkdə  olan  nəsil Azərbaycanı  bütün  dünyada  tanıdacaq  və Azərbaycan 
xalqımızın üzləşdiyi faciələrin unudulmasına imkan verməyəcəkdir. 
Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin  rəhbəri  Leyla  Əli-
yeva demişdir: “Bu faciə Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələr-
dən biri kimi həmişəlik yazılmışdır. 1992­ci il fevralın 25­dən 26­na keçən 
gecə  erməni  işğalçıları  Azərbaycanın  Xocalı  şəhərini  tutmuşdur.  Nəticədə 
şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63 
uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın, 
bu vəhşiliyin səbəbi nə idi? 
Lakin  zaman  göstərdi  ki, Azərbaycan  xalqının  əzmi  qırılmamışdır  və  heç 
vaxt qırıla bilməz. Dəhşətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törə-
dilmiş və indiyə qədər beynəlxalq birlik tərəfindən bu fakta siyasi­hüquqi və 
ən başlıcası, mənəvi qiymət verilməmişdir. Biz xalqımızın məruz qaldığı qəd-
darlığa və haqsızlığa qarşı etiraz səsini ucaltmış bütün insanlara, o cümlədən 
rusiyalılara minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, işğal altın-
dadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan hökuməti bu 
insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq, Azərbaycanda bir 
dənə də çadır şəhərciyi qalmamışdır, bütün qaçqın və məcburi köçkünlər üçün 
normal həyat şəraiti yaradılmışdır.
Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət yetirir, hər il bu möv-
zuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edi­
lir. Bu gün Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr 
edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alimlər, tarixçilər, kulturoloqlar, gənclər 
və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mə­
dəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008­ci il 
mayın 8­də “Xocalıya ədalət” aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. 


128
Bu aksiyanın məqsədi faciə haqqında məlumatı beynəlxalq birliyə çatdırmaq-
dır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb­saytının təq-
dimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tap-
maq mümkündür”. 
Xatirə  gecəsində  Heydər  Əliyev  Fondunun  köməyi  ilə  çəkilmiş,  günahsız 
qurbanların  işıqlı  xatirəsinə  həsr  olunmuş  sənədli  film  nümayiş  etdirilmişdir. 
Səfirliyin foyesində fotosərgi təşkil edilmiş, Xocalı hadisələrinə dair müxtəlif 
nəşrlər, “İRS­Naslediye” jurnalının nüsxələri paylanmışdır. Jurnalın bu nömrə-
sində o qanlı qırğını törətmiş hərbi canilərin adları ilk dəfə dərc edilmişdir. 
2009­cu il fevral ayının 27­də Heydər Əliyev Fondunun Rusiya nümayən-
dəliyi  İslam  Konfransı  Təşkilatının  Gənclər  Forumu  ilə  birlikdə  Moskvanın  
“Bakı”  kinokonsert  kompleksində  Xocalı  faciəsinin  17­ci  ildönümü,  habelə 
“Xocalıya ədalət” informasiya kampaniyasının veb­saytının təqdimatı ilə əla­
qədar genişmiqyaslı aksiya keçirmişdir. 
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri,  İslam  Kon­
fransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədə-
niyyətlərarası  dialoq  üzrə  baş  əlaqələndiricisi  Leyla  Əliyeva  tədbiri  açaraq 
demişdir ki, 17 il əvvəl Xocalı faciəsi baş vermiş, günahsız insanlar – qadınlar, 
uşaqlar, qocalar kütləvi surətdə qətlə yetirilmişlər. O, bu faciəni erməni işğalçı­
larının suveren Azərbaycan ərazisində həyata keçirdiyi təcavüzkar, millətçi və 
etnik  təmizləmə  siyasətinin  nəticəsi,  bəşəriyyətə  qarşı  cinayət  adlandırmışdır. 
Leyla Əliyeva bu xüsusda  demişdir: “Bütün müharibələr dəhşətlidir, yüzlərlə 
və minlərlə insana bədbəxtlik, müsibət gətirir. Lakin müharibədə günahsız in­
sanların qətlə yetirilməsi, xüsusilə dəhşətli və faciəlidir. Xocalı şəhərində məhz 
bu  baş  vermişdir:  erməni  silahlı  qüvvələri  heç  bir  hərbi  təhlükə  törətməyən, 
şəhəri tərk edən dinc sakinləri – qadınları, qocaları və uşaqları bilərəkdən qətlə 
yetirmişlər. Bu insanlar hiyləgərliklə tələyə salınmış və amansızlıqla güllələn-
mişlər. Heç bir günahı olmayan bu insanlar yalnız etnik mənsubiyyətinə görə 
məhv edilmişlər. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı, atalarımıza, ana-
larımıza, bacı və qardaşlarımıza qarşı şüurlu surətdə törədilmiş qırğın idi. Eyni 
zamanda bu, düşünülmüş kütləvi qorxutma aksiyası idi. Lakin tarix göstərdi ki, 
Azərbaycan xalqının iradəsi o vaxt da qırılmadı və heç vaxt qırılmayacaqdır. 
Xocalı faciəsi Azərbaycanın tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi 
yazılsa da, xalqımızın gücünün, möhkəm iradəsinin nümunəsidir. 
Azərbaycan xalqı əzəli torpaqlarının işğal altında qalması ilə heç vaxt barış-
mayacaq və ölkənin ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 
Bu  gün  biz  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  nəticə-
sində həlak olmuş soydaşlarımızın, Xocalı faciəsi qurbanlarının xatirəsini yad 
edir və bir daha dünya birliyini bu faciəyə hüquqi və mənəvi qiymət verməyə 
çağırırıq. XXI əsrdə kiminsə qərəzli və millətçi niyyətlərinə görə dinc insanla-


129
rın qətlə yetirilməsi yolverilməzdir və bizim məqsədimiz bu münaqişə barədə 
həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır”. 
Leyla Əliyeva bildirmişdir ki, İslam Konfransı Təşkilatının Gənclər Foru-
munun  mədəniyyətlərarası  dialoq  üzrə  baş  əlaqələndiricisi  kimi  o,  ötən  il 
mayın  8­də  “Xocalıya  ədalət”  kampaniyasının  keçirilməsi  təşəbbüsünü  irəli 
sürmüşdü. Aksiyadan məqsəd bu faciə və ümumən münaqişə barədə dünya bir-
liyini düzgün məlumatlandırmaqdır. Bu gün burada həmin aksiya barədə ətraflı 
öyrənmək, habelə “Xocalıya ədalət” veb­saytını görmək olar. Hazırda bir çox 
ölkələrdə  kampaniyanın  və  saytın  təqdimatı  keçirilir.  Doğma  torpaq  uğrunda 
həlak olmuş heç bir azərbaycanlı unudulmayacaqdır. Azərbaycanın ərazi bütöv-
lüyü bərpa olunacaq və beləliklə də ədalət zəfər çalacaqdır. 
Ermənilərin  Xocalıdakı  cinayətlərinə  qarşı  etirazını  bildirən  ilk  rusiyalı 
yazıçı, “Qarabağ qan içində” kitabının müəllifi Yuri Pompeyev demişdir: “Düşü-
nürəm ki, hər bir faciədə, xüsusilə azərbaycanlıların başına gətirilən bu geniş-
miqyaslı xalq faciəsində ədalətin axtarılması asan deyil, ancaq bu 17 il ərzində 
böyüyən  nəsil  buna  qadirdir.  Bu  hadisələrin  şahidləri  Azərbaycan  xalqının 
gücünü nümayiş etdirirlər”. Yazıçı vurğulamışdır ki, vətənpərvər yazıçı Musa 
Mərcanlı 17 il ərzində ilk dəfə “İRS­Naslediye” jurnalında 1992­ci il fevralın 
26­na keçən gecə Xocalıda törədilmiş soyqırımında, bilavasitə iştirak etmiş 38 
nəfərin  soyadını  dərc  etdirmişdir.  Zənnimcə,  ədalətin  bərpa  olunması  bu  qır-
ğında, bu quldurluqda təqsiri olanlar üçün ən böyük cəzadır”. 
2009­cu il aprelin 18­də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşki-
latının (RAGT) təsis konfransı keçirilmişdir.
Konfransda  Rusiyanın  60­dan  çox  regionunda  fəaliyyət  göstərən  83 Azər-
baycan gənclər klubundan və təşəbbüs qruplarından 300­dək nümayəndə, habelə 
Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
konfransda çıxış edərək demişdir: “Bu gün bu salonda RAGT­nin məqsədlərini 
dəstəkləyən və Rusiya Federasiyasının, demək olar ki, bütün regionlarını əhatə 
edən Azərbaycanlı  Gənclər  Təşkilatı  çərçivəsində  bizim  fəaliyyətimizin  daha 
da inkişaf etdirilməsinə tərəfdar olan Rusiya gənclərinin 300­ə yaxın nümayən-
dəsi toplaşmışdır.
İndiyə qədər ciddi işlər görülmüşdür. Bu təşkilat gənclərin təkcə Moskvada 
deyil,  həm  də  müxtəlif  regionlarda  fəaliyyət  göstərən  təşəbbüs  qruplarını  sıx 
birləşdirmişdir. İşin gedişində müxtəlif tədbirlər, konsertlər, sərgilər, görüşlər, 
birbaşa dialoqlar təşkil edilmiş, xeyriyyə işləri görülmüşdür.
Bu  gün  Rusiyanın  hər  yerində  Azərbaycan  gənclər  klubları  açılmışdır. 
Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edir. Sizin çoxunuz 
ümumi  işimizin  inkişafına  öz  töhfənizi  vermisiniz.  Bu  gün  bu  salonda  çoxlu 
tanış  simalar  görürəm,  qonaqlarımızın  çoxu  növbəti  məsul  addım  atmaq  və 


130
RAGT­nin rəsmən təsis olunması haqqında qərar qəbul etmək üçün uzaq regi-
onlardan buraya gəlmişlər”.
Beləliklə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ilə bağ
lı səsvermə keçirilmiş, qurumun nizamnaməsi qəbul edilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliye­
vanın  təşkilatın  sədrliyinə  namizədliyi  irəli  sürülmüş  və  təklif  yekdilliklə 
qə bul edilmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva Rusiyanın 
Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasının əhəmiyyəti haqqında demişdir:
“Bizim təşkilatda hansısa vəzifələrin əhəmiyyəti yoxdur, başlıcası odur ki, 
biz hamımız Azərbaycanın hüdudlarından kənarda yaşayan, öz ölkəsini sevən, 
onun  qədim  tarixinə,  zəngin  mədəniyyətinə  hörmət  bəsləyən  və  öz  Vətəninə 
faydalı olmağı arzu edən Azərbaycan gənclərinin bir hissəsiyik.
Milliyyətindən, yaşından, dini etiqadından və başqa fərqlərdən asılı olma-
yaraq, RAGT­də hamıya yer var. Mən bu təşkilatın bütün üzvlərini, Azərbayca-
nın imicini saxlamaq üçün iş görən, səy göstərən, Vətənimizi ləyaqətlə təmsil 
edən insanların hamısını salamlayıram.
Bununla bərabər, mən RAGT­yə daxil olmasalar da, Azərbaycan mədəniy-
yətinin təbliğinə kömək edən bütün təşkilatlara dərin hörmət bəsləyirəm. Mən 
onların seçiminə hörmət edirəm onlarla işləməyə, əməkdaşlıq etməyə, əlimdən 
gələn kömək və dəstəyi göstərməyə hazıram.
Zənnimcə, belə desəm səhv etmərəm ki, Azərbaycanın bütün gəncləri öz 
Vətəni ilə fəxr edir. Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə və böyük 
istedadlara  malik  olan  ölkədir.  Müstəqil  dövlət  kimi  hələ  çox  gənc  olmağı-
mıza baxmayaraq, qısa müddət ərzində ölkəmiz çox böyük nəticələrə nail ola 
bilmişdir. Yəqin  hamınıza  məlumdur  ki, Azərbaycan  iqtisadi  inkişafın  sürə-
tinə  görə  dalbadal  bir  neçə  ildir  dünyada  liderdir.  Ölkəmizdə  nəqliyyat  və 
energetika sahələrində iri regional layihələr həyata keçirilir. Sosial problemlər 
həll edilir. Belə bir misal göstərmək kifayətdir ki, son beş ildə ölkədə yoxsul-
luğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Əlbəttə, bu, son hədd deyil-
dir. Ümumiyyətlə, yoxsulluq olmamalıdır. Biz buna çalışırıq və mən inanıram 
ki, buna nail olacağıq.
Azərbaycan  təhsil  sahəsinə  böyük  sərmayə  qoyur.  Son  dörd  ildə  ölkədə 
1700 yeni məktəb tikilmişdir. Hər bir məktəbin öz kompüter sinfi var. Mədə-
niyyətin  inkişafı  Azərbaycan  dövlətinin  fəaliyyətinin  prioritet  istiqamətidir. 
Tarixi abidələr, binalar bərpa olunur, muzeylər, teatrlar təmir edilir və eyni za­
manda yeniləri tikilir.
Mən xüsusi vurğulamaq istəyirəm ki, bütün bunlar təkcə Azərbaycanın pay-
taxtında deyil, bütün regionlarda da baş verir. Bir sözlə, həyatın bütün sahələ-


131
rində inkişaf və yeniləşmə prosesi hiss edilir. Lakin təəssüf ki, ölkəmizin qar-
şısında  hələ  həll  edilməmiş  problemlər  də  var.  Bu  problemlərin  ən  böyüyü 
öl kəmizin  ərazisinin  20  faizinin  işğal  olunması  ilə  nəticələnmiş  Ermənistan ­
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkədə bir milyon qaçqın və məc-
buri  köçkün  var.  Azərbaycan  rəhbərliyi  və  xalqımız  dəfələrlə  vurğulamışdır 
ki, münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü 
çərçivəsində dinc yolla həllinə tərəfdardır. Danışıqlar prosesi 15 ildən çoxdur 
davam edir və mən inanıram ki, bu münaqişə yaxın vaxtlarda öz ədalətli həl-
lini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar 
və məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər. Zənnimcə, belə 
desəm, səhv etmərəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur.
Bu gün biz Rusiyada ölkəmizi təmsil edirik. Bizi bir­birimizə çox şeylər – 
tarixi və mədəni əlaqələr, ortaq keçmişimiz bağlayır. Azərbaycanda zəngin rus 
mədəniyyətinə, böyük rus dilinə çox qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır 
ki,  müstəqillik  dövründə Azərbaycanda  rus  məktəblərinin  heç  biri  bağlanma-
mışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Lakin ən 
başlıcası isə, insanlarımız arasında, xalqlarımız arasında dostluq münasibətləri 
mövcuddur.  Biz  Rusiyaya  minnətdarıq  ki,  burada  özümüzü  rahat  hiss  edirik, 
dünyada ən yaxşılardan sayılan təhsil almaq imkanımız var”.
Həmin gün Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayən-
dəliyinin  başçısı,  “Baku”  jurnalının  baş  redaktoru  Leyla  Əliyeva  “Rossiya” 
televiziyasının  “Vesti”  xəbərlər  kanalına  müsahibə  verərək  Fondun  çoxşaxəli 
fəaliyyəti, özünün təşəbbüsü ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təş-
kilatının  vəzifələri  haqqında  məlumat  verərək  yaratdığı  təşkilatın  məqsədinin 
Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyə-
tinə inteqrasiyasına kömək göstərmək, habelə Azərbaycan mədəniyyətini təb-
liğ etmək olduğunu bildirmişdir. Leyla xanım ölkəmizin tarixi və mədəniyyəti 
haqqında,  dünyanın  müxtəlif  guşələrində  yaşayan  istedadlı  həmvətənlərimiz 
barədə geniş oxucu auditoriyasına söhbət açmış, “Baku” jurnalından danışar­
kən  demişdir  ki, Azərbaycan  haqqında  bütün  informasiyanı  əhatə  edən,  Bakı 
haqqında nəfis jurnal buraxmaq onun çoxdankı arzusu idi.
Leyla  Əliyeva  gənclər  məsələsinə  toxunaraq  bildirmişdir  ki,  Azərbaycan 
gəncləri Rusiya gənclərindən heç nə ilə fərqlənmir, Azərbaycanda isə Şərq ilə 
Qərb arasında böyük fərq hiss edilmir.
Azərbaycan  Respublikası  Prezidentinin  mətbuat  xidmətinin  köməyi  ilə 
hazırlanmış  layihə  əsasında  “İzvestiya”  qəzetinin  2009­cu  il  30  aprel  tarixli 
nömrəsində  Rusiyanın  Azərbaycanlı  Gənclər  Təşkilatının  fəaliyyətinə,  ölkə-
mizdə uşaqlara və gənclərə dövlət qayğısına həsr olunmuş tematik əlavə veril-
mişdir.  Sözü  gedən  materialı  oxuculara  çatdırmağı  vacib  hesab  etdik.  Çünki 
burada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin 


132
başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Baku” jurnalının 
baş redaktoru Leyla Əliyevanın fəaliyyətinə obyektiv şəkildə nəzər salınmışdır.
“Sülalə telləri ilə bağlı olan nüfuzlu və tanınmış siyasətçi nəsillərinə dün-
yanın  hər  bir  dövlətində  rast  gəlmək  olar.  Əliyevlər  ailəsi  müasir Azərbay-
canın  aparıcı  sosial­siyasi  və  mədəni  sülalələrindən  biridir.  Əlbəttə,  hər  bir 
ölkə  üçün  yüksək  elitanın  tanınmış  soyadlarını  daşıyan  üzvlərinin  vətəndən 
kənarda  irəli  getməsi,  müvəffəqiyyət  qazanması  ictimai  diplomatiyanın  xey-
rinədir, iki ölkənin birlikləri arasında sosial­humanitar əlaqələr yaradılmasına 
kömək  edən  qeyri­formal  resursları  gücləndirir.  Heydər  Əliyev  Fondunun 
Rusiyadakı  nü ma yəndəliyinin  rəhbəri,  Azərbaycan  Prezidenti  İlham  Əliye-
vin qızı, “Baku” jurnalının baş redaktoru və RAGT­nin rəhbəri Leyla Əliyeva 
məhz bu cür, iki ölkəni birləşdirən şəxsdir. O, məlahətli gənc qadın, maraqlı 
müsahib və parlaq şəxsiyyət olmaqla yanaşı, həm də Azərbaycanın və Rusiya-
nın gənclər siyasətinin elçisidir.
RAGT­nin yaradılması Rusiya kimi böyük bir ölkənin müxtəlif guşələrində 
yaşayan, işləyən və təhsil alan, lakin tarixi vətənləri ilə sıx əlaqələri qoruyub 
saxlamağa  çalışan  gənc  azərbaycanlıları  birləşdirmək  üçün  Leyla  Əliyevanın 
komandasının  uzun  müddət  ərzində  apardığı  gərgin  işin  yekunu  olmuşdur. 
Moskvada  keçirilən  təsis  konfransına  azərbaycanlı  gənclərin  80­dən  yuxarı 
klub və təşəbbüs qrupunu təmsil edən 300­ə yaxın nümayəndə gəlmişdi.
Onların buraya toplaşmaqda məqsədi nə idi? RAGT­nin Rusiya gənclərinin 
müxtəlif etnik qrupları arasında tolerantlıq və qarşılıqlı anlaşma mühiti yarat-
maq çağırışı bütün rusiyalılara ünvanlanmışdır. Məhz bu səbəbdən Rusiyanın 
ən  ucqar  regionlarından  gəlmiş  gənc  nümayəndələr  Rusiyada  yaşayan  bütün 
millətlərdən olan gənclərə müraciətlərində bir neçə mühüm məqamı vurğula-
mışlar. Birincisi, RAGT bu qəbildən olan bütün tolerant ictimai təşkilatlar üçün 
açıqdır və RAGT­nin üzvləri birgə layihələrdə iştirak etməyə hazırdırlar. İkin-
cisi, RAGT­nin üzvləri savadlılıq, uğurlu fəaliyyət nümunəsi olmağa, Rusiya-
nın ictimai həyatında fəal iştirak etməyə hazır olmağa çalışacaqlar. Bu, özlü-
yündə heç də az əhəmiyyət kəsb etmir. Üçüncüsü, aydındır ki, RAGT həmfikir 
və dost insanların kollektividir. Lakin bu təşkilatda birləşən gənclər, ilk növ-
bədə, Rusiyanın məsuliyyətli və vətənpərvər əhval­ruhiyyəli vətəndaşları kimi 
göstərməyə çalışacaqlar.
Bu çağırış Azərbaycanın ənənəvi diaspor təşkilatlarının nümayəndələri tərə-
findən əvvəllər də bu və ya digər formada səslənmişdir. Lakin indiki halda söh-
bət sovet mentallığı, habelə Rusiya ilə müttəfiq respublika kimi Azərbaycanın 
qarşılıqlı münasibətlərinin əvvəlki tarixi ilə demək olar ki, əlaqəsi olmayan yeni 
nəsildən gedir. Ona görə də çağırış indi daha səmimi və ümidverici səslənir.
Konfransda və qeyri­rəsmi görüşlərdə Azərbaycanın Rusiyadakı imici haq­
qında çox söhbətlər olmuşdur. Leyla Əliyeva yeni təşkilatın üzvlərini salamla-


133
yaraq, diqqəti Azərbaycanın humanitar sahədə irəliləməsi mexanizmlərinin tək-
milləşdirilməsi məsələsinə yaradıcılıqla yanaşmağın zəruriliyinə cəlb etmişdir. 
RAGT­nin  lideri  qeyd  etmişdir  ki, Azərbaycan  mədəniyyətinin  daha  adekvat 
təbliğ edilməsi üçün yeni üsullar fikirləşib tapmaq lazımdır, RAGT Rusiya ilə 
Azərbaycanın bu istiqamətdə qarşılıqlı fəaliyyətinin yeni ideyalarının mənbə-
yinə çevrilə bilər. Leyla Əliyeva demişdir: “İnanıram ki, RAGT fəal struktur 
olacaq, bizim bütün ideya və planlarımız gənclərimizin sıx birləşməsinə, Azər-
baycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edən 
konkret layihələr şəklində gerçəkləşəcəkdir”.
Konfransda  çıxış  edən  nümayəndələrin  əksəriyyəti  qızlar  idi.  Onların 
çıxışlarında  müsbət  enerji,  işin  uğuruna  inam  hiss  olunurdu.  Məsələn,  İva-
novo  vilayətindən  gəlmiş  Failə  Quliyeva  qeyd  etmişdir  ki,  yeni  təşkilatın 
bu  vilayətdə  fəaliyyəti  yerli  sosial  layihələrin  həyata  keçirilməsinə  kömək 
etməyə yönəlmişdir və bütün işlər uğurlu nəticələr verir. “Gəlinlər şəhəri”nin 
nümayəndəsi RAGT­nin internet saytının yaradılmasını da yüksək qiymətlən-
dirərək demişdir ki, bu sayt azərbaycanlı gənclərin regionlar arasında əlaqələ-
rin  tənzimlənməsinə  yönəlmiş  səylərini  birləşdirməyə  şərait  yaradacaqdır. 
RAGT­nin Vladivostokdakı təşəbbüs qrupunun nümayəndəsi Adım Qazıyev də 
əmindir ki, gənclərin işində çox şey bu və ya digər regionda fəaliyyət göstərən 
diaspor  təşkilatlarından  asılıdır.  O  demişdir:  “Vətəndən  uzaqda  olsaq  da,  hər 
birimiz öz köklərimizə sıx bağlıyıq”.
Gənclər təşkilatının bütün fəalları öz qarşılarında ilk baxışda bir­birinə zidd 
olan iki məqsəd görürlər: gənc həmvətənlərinin Rusiya cəmiyyətinə inteqrasi-
yasına  kömək  etmək  və Azərbaycan  mədəniyyətini, Azərbaycan  dilini, Azər-
baycan ənənələrini qoruyub saxlamaq. Bütün bunlar inteqral şəkildə əlaqələn-
dirilə  bilər.  Xüsusən  ona  görə  ki,  gənclər  başa  düşürlər:  əgər  sən  öz  tarixi 
vətəninlə  əlaqələri  itirmirsənsə,  bu,  çox  yaxşıdır,  lakin  bundan  daha  vacibi  – 
həmin vətənin Rusiyada səlahiyyətli təmsilçisi olmaqdır.
Çox şey gənclər mühitində formalaşan əhvali­ruhiyyədən asılıdır. Bu halda 
şəxsi şəbəkə əlaqələri, formal maneə və məhdudiyyətləri aradan qaldıran inter-
net kimi qeyri­formal kommunikasiya kanalları mühüm rol oynayır. Leyla Əli-
yeva hazırda təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun-
dakı azərbaycanlı gənclər klubuna rəhbərlik edir. Prezident qızının Rusiyanın 
müxtəlif ali məktəblərində təhsil alan və müxtəlif şəhərlərdə yaşayan azərbay-
canlı  gəncləri  öz  ətrafında  cəmləşdirən  şəxsə  çevrilməsi  qanunauyğun  haldır. 
O, həm də bir etnik submədəniyyətin məhdudiyyət çərçivələrini aradan qaldı-
ran  körpü  yaradır.  Heydər  Əliyev  Fondunun  Moskvadakı,  Leyla  Əliyevanın 
başçılıq etdiyi nümayəndəliyi və RAGT Rusiya və Azərbaycan ali məktəbləri 
arasında əlaqələrin möhkəmlənməsinə birlikdə kömək edəcəkdir, gələcəkdə isə 


134
onlar rusiyalı tərəfdaşları ilə birlikdə Rusiya məktəblilərini və tələbələri Azər-
baycanla, azərbaycanlı məktəbli və tələbələri Rusiya ilə tanış etmək formatında 
mədəni  mübadilə  proqramlarını  həyata  keçirmək  niyyətindədirlər.  Şübhəsiz, 
perspektivdə  bu  fəaliyyət  ölkələrimizin  qarşılıqlı  münasibətlərində  hələ  möv-
cud olan bir sıra neqativ stereotipləri aradan qaldırmağa kömək edəcəkdir”.
“Heydər  Əliyev  ölkəni  xilas  etmiş  və  müasir Azərbaycanın  təməlini  qoy-
muşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin başladığı işləri 
uğurla davam etdirir. Azərbaycan ən qabaqcıl ölkələrlə bir sırada durur. Bütün 
bunlar böyük Heydər Əliyevin xalqı bir araya gətirməsi, ölkəni səfərbər etməsi 
sayəsində mümkün olmuşdur. 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinin keçi-
rilməsi  Fondun  dəstəyi  ilə  dünyanın  bir  sıra  böyük  şəhərlərində  olduğu  kimi 
Moskvada  ənənə  şəklini  almışdır.  13  may  2009­cu  il  tarixdə  Heydər  Əliyev 
Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Rusiya Dövlət Kitab­
xanasının Şərq Ədəbiyyatı Mərkəzində Ümummilli Lider Heydər Əliyevin ana-
dan olmasının 86­cı ildönümünə həsr olunmuş gecə keçirilmişdir. 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü şərəfinə belə 
bir tədbirin Rusiya kitabxanasında keçirilməsi rəmzi xarakter daşımışdır, çünki 
Heydər Əliyev mədəniyyətin, mənəvi kamilliyin inkişafına, vahid mədəni mə­
kanın saxlanılmasına böyük töhfələr vermişdir. 
Heydər  Əliyevin  böyüklüyü  onun  bir  dövlət  xadimi  kimi  mədəni­mənəvi 
əlaqələrin inkişafının əhəmiyyətini başa düşməsində idi. Azərbaycanın mədəni­
mənəvi  əlaqələri  qoruyub  saxlaması  Heydər  Əliyevin  dövlət  xadimi,  yeni 
demokratik Azərbaycanın  qurucusu  kimi  böyük  xidmətidir.  Onun  rus  dili  və 
mədəniyyətinə  münasibəti,  Bakı  Slavyan  Universitetinin  yaradılması,  Rusiya 
Dilçilik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması 
Heydər Əliyevin unudulmaz xatirələrinə ən gözəl abidələrdir.
Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov gecəni açaraq bil-
dirmişdir ki, Heydər Əliyev həm SSRİ, həm Azərbaycan üçün, həm də Rusiya­ 
Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Hey-
dər Əliyevin fəaliyyətinə necə yüksək qiymət verilirsə­verilsin, yenə də azdır, 
çünki ən yüksək qiyməti tarixin özü verir. O demişdir: “Artıq aydındır ki, Hey-
dər Əliyev tərəfindən qoyulmuş təməlin əsasında həm müasir geosiyasi vəziy-
yəti  ən  incəliyinə  qədər  bilən  dövlət  xadiminin,  həm  də  öz  vətənini  ürəkdən 
sevən bir insanın müdrikliyi durur”. 
Rusiyanın  görkəmli  elm  xadimləri  insanların  ürəklərində  silinməz  izlər 
qoymuş Azərbaycan xalqının Ulu Öndərini sonsuz səmimiyyət və məhəbbətlə 
xatırlayaraq  bildirmişlər  ki,  Heydər  Əliyevlə  görüşmək  və  onunla  ünsiyyətə 
girmək həyatlarında ən parlaq və unudulmaz məqamlar olmuşdur. 


135
Azərbaycanın  və  Rusiyanın  əməkdar  incəsənət  xadimi  Janna  Dozortseva 
demişdir:  “Heydər  Əliyev  yüksək  mədəniyyətə  malik  son  dərəcə  gözəl  insan 
olmaqla yanaşı, həm də səmimi və mehriban idi. O, intellektinə, ziyalılığına və 
zəngin biliyinə görə bənzərsiz şəxsiyyət idi”. 
Heydər  Əliyev  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavini  vəzifəsində 
işləyərkən  onun  köməkçisi  olmuş Yuri  Soloduxin  bu  böyük  insanı  xatırlaya-
raq demişdir: “Heydər Əliyevlə işləmək hamı üçün məktəb idi. O, fəaliyyətinin 
əməli nəticələri, xüsusi iş üslubu olan siyasi xadim idi. Böyük, nadir intellek-
tual  potensialı  da  onun  geniş  dünyagörüşündə  özünü  büruzə  verirdi.  Heydər 
Əliyev  mədəniyyətə  və  mənəvi  inkişafa  böyük  diqqət  yetirirdi.  Onun  kino 
sənayesi üçün büdcədən pul ayrılmasına nail olmasını və Tretyakov qalereya-
sının yeni binasının tikintisinin başa çatmasına kömək etməsini hamı xatırlayır. 
O, böyük siyasi xadim idi. Heydər Əliyev dahiliyi sağlığında etiraf edilmiş şəx-
siyyətlərdən idi”. 
“Exo planetı” jurnalının baş redaktorunun müavini Valeri Calaqoniya Hey-
dər Əliyevin KİV nümayəndələrinə münasibətindən danışaraq bildirmişdir ki, 
heç  bir  sovet  xadimi  jurnalistlərə  bu  qədər  diqqət  ayırmırdı.  Heydər  Əliyev 
KİV­in rolunu Kremldəki həmkarlarından daha yaxşı başa düşürdü. 
Şərq Ədəbiyyatı Mərkəzinin salonunda Ümummilli Lider Heydər Əliyevin 
həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi, iki ekspozisiyadan – onun həyat 
və fəaliyyətindən söhbət açan və Heydər Əliyev Fondu tərəfindən buraxılmış 
kitablardan ibarət sərgi açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 28 May Respublika günü-
nün Rusiyada qeyd olunmasını dəstəkləyərək Azərbaycanın dövlətçilik dəyər-
lərinin  zənginliyinin  təbliğ  edilməsi  istiqamətində  mühüm  tədbirlər  həyata 
keçirmişdir.  Belə  ki,  2009­cu  il  may  ayının  28­də  Moskvada  Heydər  Əliyev 
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya Xarici İşlər 
nazirinin müavini Aleksandr Yakovenko, Rusiya Federal Məclisinin və Dövlət 
Dumasının üzvləri, ictimai­siyasi xadimlər, xarici ölkələrin səfirlərinin iştirakı 
ilə 28 May Respublika gününə həsr edilmiş mərasim keçirilmişdir. 
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Yakovenko çıxışında bay-
ram  münasibətilə Azərbaycan  xalqını  təbrik  edərək  vurğulamışdır  ki,  Rusiya 
Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır və bu əlaqələrə 
böyük dəyər verir. 
Heydər Əliyevin həyatında çox şey Moskva ilə bağlı olmuşdur. Burada o, 
güclü  dəstək  almış,  siyasi  və  dövlət  fəaliyyətində  yüksəlmiş  və  son  nəticədə 
sovet rəhbərlərinin ikiüzlülüyü və ədalətsizliyi ilə qarşılaşmışdır. Heydər Əli-
yev bu çətinlikləri ona xas olan insani və vətəndaş dəyanəti ilə qarşılamış və 
doğma respublikaya qayıtdıqdan sonra qüvvəsini, istedadını və biliyini bütün-
lüklə  dövlət  müstəqilliyi  yoluna  qədəm  qoymuş Azərbaycan  xalqına  həsr  et­
mişdir. Heydər Əliyev şəxsiyyətinin miqyası o qədər geniş idi ki, onun intellek­


136
tual  və  insani  keyfiyyətləri  Azərbaycan  sərhədlərindən  çox­çox  uzaqlarda 
tanınmış, beynəlxalq aləmdə qiymətləndirilmişdir. 
Heydər Əliyev onun taleyinə düşən əzablı yolları və şəxsi iztirabları şərəflə 
dəf  edən  müdrik  və  uzaqgörən  siyasi  xadim  kimi  qəbul  olunmuşdur.  Heydər 
Əliyevin ətrafında MDB­nin siyasi, dövlət elitasında layiq olduğu əsl hörmət 
və ehtiram mühiti yaranmışdı. 
Heydər  Əliyev  dərin  ensiklopedik  biliyə  malik  insan,  bədii  istedadların 
mahir hamisi olmuşdur. Azərbaycan ədəbiyyatı, incəsənəti və memarlığının əsl 
intibahı  onun  adı  ilə  bağlıdır.  Heydər  Əliyevin  şəxsiyyəti  rus  və Azərbaycan 
xalqlarının  dostluğunun,  milli  mədəniyyətlərinin,  əbədi  əlaqələrinin  təcəs-
sümü idi. Həm sovet və həm də postsovet dövründə Heydər Əliyevin həyatının 
mənası  və  məqsədi  yalnız  yaratmaq  idi.  O,  ölkəsini  hərtərəfli  coşqun  inkişaf 
yoluna çıxarmış, kiçik respublikanı energetika dövləti səviyyəsinə yüksəltmiş, 
Azərbaycanın siyasi təsiri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyətə 
malik olmuşdur. O, öz xalqına zəngin irs qoymuşdur və belə oğulları yetirən 
ölkə daim bəxtiyar olacaqdır. 
2009­cu ildə 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar Moskvada Azər-
baycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  xatirəsinə  həsr  olunmuş 
“Qloballaşma  dövründə  mədəniyyətlərin  qarşılıqlı  təsiri”  mövzusunda  bey-
nəlxalq konfrans keçirilmişdir. Konfrans Heydər Əliyev Fondunun Moskvadakı 
nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.V.Lomono-
sov adına MDU­nun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və 
Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilmişdir.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əli-
yeva Azərbaycan xalqının 15 iyun tarixini Milli Qurtuluş günü kimi qeyd etmə-
sini  vurğulayaraq  demişdir:  “Azərbaycan  müstəqilliyini  bərpa  etdikdən  sonra 
ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı. İqtisadi tənəzzül keçirən, Ermə-
nistan  tərəfindən  hərbi  müdaxiləyə  məruz  qalan Azərbaycan Vətəndaş  müha-
ribəsi  astanasında  idi.  Çoxdan  gözlənilən  müstəqillik  təhlükə  qarşısında  qal-
mışdı. Yalnız Heydər Əliyevin 1993­cü il iyunun 15­də hakimiyyətə qayıdışı 
vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin 
əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, vətəninə həsr etmişdi, 
onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir. 
Azərbaycan iqtisadi inkişaf sürətinə görə bir neçə ildir ki, lider mövqeyindədir, 
ölkədə nəqliyyat, energetika sahələri üzrə iri regional layihələr həyata keçirilir, 
sosial problemlər həll olunur. Bir sözlə, həyatın bütün sahələrində inkişaf aydın 
hiss edilir. 
Bu gün Heydər Əliyev cismən aramızda yoxdur, lakin müstəqil Azərbaycan 
yaşayır, Ümummilli Liderin bütün həyatını həsr etdiyi iş, onun ideyaları yaşa-


137
yır, bu il yaradılmasının beş ili tamam olmuş Heydər Əliyev Fondu yaşayır. Bu 
dövr ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının, demək olar ki, bütün 
təbəqələrinin etimadını və dəstəyini qazanmışdır. Bu gün Fond təkcə Azərbay-
canda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və təməli Heydər 
Əliyev tərəfindən qoyulmuş xeyirxah işləri davam etdirir. 
Mənim üçün xoşdur ki, qloballaşan dövrdə mədəniyyətlərin qarşılıqlı təsiri 
mövzusunda keçirilən bugünkü konfrans Heydər Əliyevin xatirəsinə həsr edil-
mişdir. Nadir geosiyasi mövqeyə malik, Qərblə Şərq arasında əsl körpü olan və 
qədim İpək yolunda yerləşmiş Azərbaycan, həm Şərq və həm də Qərb mədə-
niyyətini  özündə  əks  etdirir.  Xalqımız  əsrlər  boyu  tolerantlıq  və  dözümlü lük 
ruhunda tərbiyə edilmişdir. Biz adət və ənənələrimizi dərindən qiymətləndirir, 
eyni  zamanda  dünya  ölkələrinin  bir­birindən  fərqli  mədəniyyətlərinə  böyük 
hörmət  bəsləyirik.  Bu  gün  kifayət  qədər  mükəmməl  dünya  birliyində  Azər-
baycan  tolerantlıq  nümunəsi  ola  bilər.  Bugünkü  mövzu  –  qloballaşma  möv­
zusu  kifayət  qədər  genişdir  və  birmənalı  deyildir.  Şübhə  doğurmayan  yalnız 
odur  ki,  müasir  dünya  inteqrasiya  edir  və  qloballaşma  dünyanın  demək  olar 
bütün ölkələrinə və xalqlarına təsir göstərir. Əminəm ki, bugünkü konfrans çox 
maraqlı və səmərəli olacaqdır. Sevindirici haldır ki, konfrans Azərbaycanın milli 
bayramı ilə eyni vaxta düşmüşdür və mən bunda rəmzi xarakter və xoş məna 
görmək istərdim. Bütün iştirakçılara konfransın işində uğurlar arzulayıram”. 
Konfransda MDU­nun fakültə dekanı, tarix elmləri doktoru Georgi Alekse-
yev, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məm-
mədzadə, MDU­nun qlobal proseslər fakültəsinin dekanı İlya İlin, RF hökuməti 
yanında  Moskva  Turizm  Akademiyasının  kafedra  müdiri  Olqa  Çistyakova, 
Rusiya  Fəlsəfə  Cəmiyyətinin  birinci  vitse­prezidenti,  fəlsəfə  elmləri  doktoru, 
professor Aleksandr Çumakov, RF XİN Diplomatiya Akademiyasının kafedra 
müdiri, fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqovun və digər alim-
lərin çıxışları dinlənilmişdir. 
Konfransın  nəticəsi  olaraq  iştirakçılar  işçi  qaydada  qətnamə  qəbul  etmişlər. 
Qətnamədə mövzunun aktuallığı və əhəmiyyəti vurğulanmış, hər il Azərbaycan 
xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Əliyev qira­
ətlərinin, habelə sosial­siyasi, fəlsəfi qiraətlərin keçirilməsi təklif olunmuşdur. 
2009­cu il iyun ayının 16­da Heydər Əliyev Fondunun Moskva nümayən-
dəliyinin  başçısı  Leyla  Əliyevanın  rəhbərlik  etdiyi  Rusiyanın  Azərbaycanlı 
Gənclər Təşkilatı (RAGT) hər il iyunun 14­də qeyd olunan Ümumdünya Qan 
Donoru gününə həsr edilmiş “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə 
aksiyasını keçirmişdir. 
RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) Azərbay-
canlı Gənclər Klubunun dəstəyi ilə “Qanın milliyyəti yoxdur, həyat bəxş elə – 


138
donor ol!” devizi altında qanvermə xeyriyyə aksiyasına start vermişdir. Aksiya 
paytaxtın ali məktəblərindəki azərbaycanlı tələbə klublarının iştirakı ilə Seçe-
nov adına MTA­nın həmyerlimiz Əliheydər Rəhimovun başçılıq etdiyi kliniki 
hematologiya  və  transfuziologiya  kafedrasında  keçirilmişdir.  Təxminən  100­
dək azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən 
əziyyət çəkənlər üçün qan vermişlər. 
Heydər Əliyev Fondu dini dəyərlərə böyük hörmətlə yanaşan və tollerant-
lığa əsaslanan bu dəyərlərin yayılması işində fəal mövqe nümayiş etdirən bir 
qurum  kimi  tanınmışdır.  Ölkəmizdə  əsas  din  islam  dinidir,  əhalinin  böyük 
əksəriyyəti bu dinə etiqad edir, buna baxmayaraq, Azərbaycanda islamla bəra-
bər bütün dinlərə böyük hörmət və ehtiram bəslənilir, bütün dindarlar bərabər 
hüquqlara malikdirlər. Xüsusən son illərdə Azərbaycanda müsəlman məscidləri 
ilə yanaşı, kilsələr, məbədlər, sinaqoqlar da tikilir və bərpa edilir. Məlumdur ki, 
Bakıda katolik kostyolu tikilmişdir. Onun planı şəxsən Roma Papası ilə razılaş-
dırılmışdır. Buna görə də deyə bilərik ki, bu gün Azərbaycan cəmiyyəti həm-
rəylik, sülh, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır.
2009­cu  il  sentyabr  ayının  16­da  Moskva  hökumətinin,  “Nadejda”  Mədə-
niyyət və Təhsil Fondunun, habelə Azərbaycan Respublikasının Rusiya Fede-
rasiyasındakı səfirliyinin dəstəyi ilə Rusiya Müftilər Şurası və Rusiyanın Azər-
baycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən “Poklonnaya Qora”da yerləşən 
məscidin yaxınlığında açılmış “Ramazan çadırı”nda iftar süfrəsi açılaraq Azər-
baycan Respublikası gecəsi keçirilmişdir. 
Rusiyanın  bütün  regionlarında  gənclər  RAGT­ın  yaradılmasını  və  irimiq-
yaslı fəaliyyətini alqışlayırlar. Ulu Öndər diasporumuzun problemlərinə həmişə 
çox diqqətlə yanaşırdı. Dünya Azərbaycanlılarının I qurultayı Heydər Əliyevin 
təşəbbüsü  və  iştirakı  ilə  keçirilmişdir.  Bu  gün  həmin  xətti Azərbaycan  Prezi-
denti İlham Əliyev uğurla davam etdirir və təkcə Rusiyada deyil, bütün dün-
yada Azərbaycan diasporu ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. 
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Rusiyada 
təhsil alan həmvətənlərimizin daima diqqət və qayğı altında saxlayır və onlarla 
mütəmadi  olaraq  görüşlər  keçirtməkdədir.  Belə  görüşlərdən  biri  də  2009­cu 
il  oktyabr  ayının  28­də  Moskvada,  “Yunost”  mehmanxanasında  Heydər  Əli-
yev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın 
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın 
və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələ-
bələri ilə görüşü olmuşdur.
RAGT­ın sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması 
münasibətilə onları təbrik edərək bildirmişdir ki, Rusiya ali məktəblərində təh-
sil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı baza-
dır. Təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq, 


139
həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək 
də  vacibdir.  Rusiyanın Azərbaycanlı  Gənclər  Təşkilatının  məhz  bu  məqsədlə 
yaradıldığını  xüsusi  vurğulayan  Leyla  Əliyeva,  qurumun  Rusiyanın  60  regio-
nundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açmışdır. 
Gənclər təşkilatının başçısı bildirmişdir ki, RAGT fəal və uğurlu iş aparır. 
O demişdir: “Gənclərimizin ünsiyyət saxlamaları, müsabiqələrdə iştirak etmə­
ləri,  maraqlı  xəbərlərin  müzakirələrinə  qatılmaları  üçün  qurumun  saytı  yara-
dılmışdır. RAGT Rusiya ali məktəblərinin rəhbərliyi ilə yaxından əməkdaşlıq 
edir. Onların əksəriyyətində, özü də təkcə Moskvada deyil, Rusiyanın bir çox 
regionlarında  da  azərbaycanlı  tələbə  klubları  artıq  fəaliyyət  göstərir  və  açıl-
maqdadır. Hərəkatımız daim inkişaf edir, dostlarımızın və məsləkdaşlarımızın 
sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın 
zəngin mədəniyyətini, qədim tarixini, milli ənənələrini layiqincə təmsil etmələ-
rinə nail olmaqdır”. Leyla Əliyeva diqqəti belə bir fakta yönəltmişdir ki, hər 
il Rusiyanın bir çox ali məktəblərində Azərbaycan mədəniyyəti və tolerantlıq 
günləri,  həftələri,  konfranslar  keçirilir,  konsertlər,  fotosərgilər  təşkil  olunur. 
RAGT hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirir. 
RAGT­ın  xeyriyyəçiliyə  böyük  diqqət  yetirdiyini  bildirən  Leyla  Əliyeva 
iki dəfə təşkil olunmuş və indən belə hər il keçiriləcək “Qanın milləti yoxdur” 
aksiyasını, gənclərin uşaq evlərinə, qocalar və əlillər üçün evlərə baş çəkdiklə-
rini xatırlatmışdır. O demişdir: “Heç şübhəsiz, gənclərin idman və intellektual 
nailiyyətləri, ŞHK komandalarının çıxışları, nərd turnirləri, “Nə? Harada? Nə 
vaxt?” oyunu qurumun diqqət mərkəzindədir. Baharın sonunda Heydər Əliyev 
kuboku  uğrunda  mini­futbol çempionatı keçirmişik. Çempionatda Moskvanın 
16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər il keçiriləcəkdir”. 
Azərbaycan  dili,  tarixi,  ədəbiyyatı,  milli  rəqsləri  siniflərinin,  habelə  Mos-
kvada Azərbaycan  məktəbinin  açılması  planlarından  söz  açan  Leyla  Əliyeva 
demişdir: “Bugünkü görüş belə bir əminlik yaradır ki, biz vahid komanda ola 
bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız 
getdikcə genişlənir. Təkcə Moskvada RAGT üzvlərinin sayı artıq mini ötmüş-
dür, bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır. RAGT qurumun üzvü 
olan və olmayan azərbaycanlı gənclərin hamısına kömək etməyə hazırdır. Biz 
bütün  ideyalarınızı,  təşəbbüsləri  dəstəkləməyə  hazırıq.  Tələbələrimiz  üçün 
əlavə  stimul  kimi  əlaçıların  mükafat  fondunu  təsis  etmişik.  Mükafatlar  təhsil 
ilinin sonunda veriləcəkdir”. 
MDBMİ­nin  xarici  tələbələrin  təhsili  kafedrasının  dekanı  Vladimir  Şış-
kin, Seçenov adına Moskva Tibb Akademiyasının prorektoru Renat Alyautdin, 
Moskva  Dövlət  Hüquq  Akademiyasının  beynəlxalq  əlaqələr  şöbəsinin  rəisi 


140
Nikolay Molçanov çıxış edərək, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının 
və  ali  məktəblərdəki  azərbaycanlı  tələbə  klublarının  fəaliyyətini  yüksək  qiy-
mətləndirmişlər. 
V.Şışkin  bildirmişdir  ki,  RAGT  Azərbaycan  mədəniy­yətini,  milli  adət­ 
ənənələrini və xalqımızın həyatını rusiyalılara daha yaxşı çatdırmaq üçün bun-
dan da çox iş görə bilər. O demişdir: “RAGT­nin fəaliyyəti bu yolda tədricən 
bərpa olunan beynəlmiləlçilik ideyasının təcəssümüdür”. 
2009­cu il noyabr ayının 27­də Moskvadakı “Manej” Mərkəzi Sərgi Salo-
nunda məşhur fotorəssam Georgi Pinxasovun “Bakıya məhəbbətlə” adlı fo to­
sərgisinin təntənəli açılış mərasimi olmuşdur. Fotosərgini “Baku” jurnalı “Mos-
kovski dom fotoqrafii” muzeyi, Moskva Hökuməti və Moskvanın Mədəniyyət 
Departamenti ilə birlikdə təşkil etmişdir. 
Moskva fotoqrafiya evinin direktoru Olqa Sviblova gecəni layihənin təşəb-
büskarı olan “Baku” jurnalının bayramı adlandırmışdır. 
“Baku”  jurnalının  baş  redaktoru,  Heydər  Əliyev  Fondunun  Rusiya  Fede-
rasiyasındakı nümayəndəliyinin başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təş-
kilatının (RAGT) sədri Leyla Əliyeva tədbiri açaraq demişdir: “Artıq iki ildir 
“Baku” jurnalını təsis etmişik. İstəyirik ki, o, şəhərimizin misilsiz ab­havasını 
hiss etməkdə və sevməkdə oxuculara kömək etsin. Jurnalımızın səhifələrində 
ölkəmizin  və  paytaxtımızın  müasir  simasında  mədəniyyətdən,  adət­ənənələri­
mizdən  və  tariximizdən  söhbət  açırıq.  Ən  başlıcası  isə  qeyri­adi  taleyi  olan 
böyük insanlardan, böyük istedad və zəka sahiblərindən, habelə sadə, eyni za­
manda çox maraqlı taleyi olan insanlardan danışırıq. Bir sözlə, biz bakılılardan 
danışırıq. Biz bakılılar öz şəhərimizi hədsiz sevdiyimiz üçün, onun barəsində 
həmişə məhəbbətlə söz açırıq. Bugünkü gecə bunu təsdiq edir.
Bakının alleqorik adları çoxdur: “Küləklər şəhəri”, “Odlar yurdu”, “Xəzərin 
incisi” və s. Azərbaycanın paytaxtı haqqında deyilən bütün bu sözlər həqiqət-
dir. Bakı çox müxtəlifdir: burada qədimlik və müasirlik, geniş prospektlər və 
dar,  dolanbac  küçələr,  Qız  qalası  və  ultramüasir  tikililər,  urbanizasiyaya  aid 
tipik mənzərələr və ənənəvi həyat tərzi yanaşıdır. Bakı, əslində, bütün iri şəhər-
lər  kimi  bəzən  hay­küylü,  tələskən  və  narahat,  eyni  zamanda  çoxəsrlik  tarixi 
ilə cəzb edən sirli­sehrli möhtəşəm bir şəhərdir. Bakı haqqında saatlarla danışa 
bilərəm,  lakin  “yüz  dəfə  eşitməkdənsə,  bir  dəfə  görmək  yaxşıdır”  məsəli  ilə 
tam razıyam”.  
Tanınmış fotorəssam, məşhur “Maqnum Fotos” agentliyində çalışan yeganə 
rusiyalı  maestro  Georgi  Pinxasov  bildirmişdir  ki,  Bakı  həqiqətən  çox  gözəl, 
günəşli və ecazkar şəhərdir və o, hamını buna inandırmağa çalışmışdır. Dünya 
şöhrətli  foto  ustası  demişdir:  “Əgər  buna  nail  olmuşamsa,  çox  xoşbəxtəm”. 


141
Onun sözlərinə görə, ilk dəfə Bakıda 1976­cı ildə olsa da, burada qısa müddət 
işləmişdir. G. Pinxasov demişdir: “Bu, may ayında 10 gün çəkən çox qısa dövr 
idi. Düşündüklərimi həyata keçirə bilməyəcəyim məni çox həyəcanlandırırdı. 
Lakin gördüyünüz kimi, artıq nəticə vardır və bu uğur təkcə mənə aid deyildir. 
Mən “Baku” jurnalına, özündə bu layihəni həyata keçirmək cəsarəti tapmış baş 
redaktor Leyla Əliyevaya və həmin layihədə iştirak edən bütün insanlara min-
nətdarlığımı bildirmək istəyirəm”. 
Fotosərgidə Bakı baharını əks etdirən 60 əsər nümayiş etdirilmişdir. Rusiya 
ictimaiyyəti  tanınmış  ustadın  qayğı  və  məhəbbətlə  yaratdığı  fotoşəkillərdə 
Azərbaycan paytaxtının gözəlliyini “Baku” jurnalının sayəsində duya bilmişlər. 
2009­cu  il  noyabr  ayının  28­də  Heydər  Əliyev  Fondunun  Rusiya  Federa-
siyasındakı  nümayəndəliyi  Moskvada  Rusiya  Müftiləri  Şurası  ilə  birlikdə 
müqəddəs Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir. 
Fondun  və  Şuranın  nümayəndələri  43  nömrəli  ixtisaslaşdırılmış  uşaq 
evinə, azərbaycanlı və rus müharibə veteranlarının yaşadıqları evlərə qurban 
əti paylamışlar. 
Uşaq  evinin  rəhbərliyi  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiyasın-
dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və qurumun nümayəndələrinə 
uşaqlara  göstərilən  qayğı  və  diqqətə  görə  dərin  minnətdarlığını  bildirmiş,  bu 
xeyriyyə tədbirini humanizm, mərhəmət və qayğı aksiyası kimi qiymətləndir-
mişdir. Qeyd edilmişdir ki, aksiya yüksək mənəvi ideallara gözəl nümunədir və 
mənəvi əlaqələrimizi möhkəmləndirir. 
2009­cu  il  noyabrın  30­da  Rusiyanın  Azərbaycanlı  Gənclər  Təşkilatı  – 
RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Azərbaycan klubunun 
köməyi ilə “Sağlamlığına əmin ol, xəstəliyə yox de!” devizi altında xeyriyyə 
aksiyası keçirmişdir. 
Piroqov  adına  Rusiya  Tibb  Universitetinin  urologiya  kafedrasının  profes-
soru Səfər Həmidovun başçılıq etdiyi “İntelMed” özəl klinikasında həmvətən-
lərimiz və rusiyalılar pulsuz müayinə olunmuşlar. Aksiya RAGT­ın Azərbaycan 
klubları  nümayəndələrinin  klinikanın  həkimləri  tərəfindən  hərtərəfli  müayinə 
olunması  məqsədi  daşımışdır.  Yüksək  ixtisaslı  həkimlərin  (uroloq,  terapevt, 
dermatoloq,  stomatoloq,  kardioloq,  endokrinoloq,  bütün  orqanların  ultrasəs 
müayinəsi, periferiya damarlarının dupleks skanlaşdırılması, Exo­KQ və EKQ) 
müayinəsindən 70­dən yuxarı aksiya iştirakçısı keçmişdir. 
İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının aspirantı, RAGT­ın nə za rət­
təftiş komissiyasının üzvü Samir Əliyev bildirmişdir ki, aksiya RAGT­ın sədri, 
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva-
nın rəhbərliyi və dəstəyi ilə təşkil olunmuşdur. O bildirmişdir ki, Azərbaycan 
gənclərinin  sağlamlığına  qayğı  göstərilməsi  RAGT­ın  xüsusi  diqqət  yetirdiyi 
prioritet istiqamətlərdən biridir. 


142
Bu aksiya gənclər təşkilatının hamı üçün açıq olduğunu bir daha nümayiş 
etdirmişdir.  Həm  həmvətənlərimiz,  həm  də  Rusiya  vətəndaşları  pulsuz  müa-
yinə olunmaq imkanı qazanmışdırlar. Hər bir aksiya iştirakçısı bir neçə həkim 
tərəfindən  müayinə  olundu  və  ixtisaslı  məsləhətlər  aldı.  Həmin  gün  200­dək 
müxtəlif tibbi müayinə aparılmışdı. 
Şübhəsiz,  Rusiyanın  tibb  və  səhiyyə  sahəsində  xeyli  azərbaycanlı  həkimin 
çalışması, onların böyük uğurlar qazanması və yüksək peşəkar səviyyədə iş lə­
məsi əlamətdar faktdır. Hazırda Azərbaycanda başqa sahələrlə yanaşı, səhiyyə 
və  tibb  sahəsi  də  fəal  inkişaf  edir  –  son  texniki  avadanlıqla  təchiz  edilmiş 
yeni xəstəxanalar, poliklinikalar, tibbi mərkəzlər tikilir. Rusiya və Azərbayca-
nın tibb və səhiyyə işçiləri arasında təcrübə mübadiləsi və daimi əlaqələr bu 
baxımdan  xüsusi  əhəmiyyət  kəsb  edir  və  Heydər  Əliyev  Fondunun  RF­dəki 
nümayəndəliyi ilə sıx əməkdaşlıq bu məsələnin həlli ilə əlaqədar münasibətlə-
rin inkişafına təkan verir.
2009­cu  il  dekabrın  3­də Azərbaycanın  Rusiyadakı  səfirliyində  Rusiyanın 
səhiyyə  və  tibb  sistemində  işləyən  azərbaycanlılarla  görüş  olmuşdur.  Heydər 
Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyi,  Rusiyanın  Azərbaycanlı  Gənclər 
Təşkilatı  (RAGT)  və  ölkəmizin  Rusiyadakı  səfirliyi  tərəfindən  təşkil  edilmiş 
tədbirdə səhiyyə sahəsinin 50­yə yaxın işçisi iştirak etmişdir. 
Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin  rəhbəri,  RAGT­nin 
sədri Leyla Əliyeva çıxışında peşəsi insan həyatını xilas etmək olan adamlarla 
görüşlərin xüsusi əhəmiyyətini vurğulamışdır. O, görüş iştirakçılarına müraciət 
edərək demişdir: “Siz insanlara ümid bəxş edir, onlara böyük kömək göstərir-
siniz. Həkim peşəsi ən mühüm və məsul peşələrdən biri olmaqla bərabər, həm 
də ən vacib və ən çox ehtiyac olan peşələrdən biridir. Bu nəcib işinizə görə sizə 
təşəkkür edirəm”. 
Leyla  Əliyeva  Heydər  Əliyev  Fondunun  RF­dəki  nümayəndəliyinin geniş 
fəaliyyəti  haqqında  məlumat  vermişdir.  Onun  sözlərinə  görə,  Heydər  Əliyev 
Fondunun  Rusiyadakı  nümayəndəliyinin  yaradılmasından  iki  ildən  çox  keçir. 
Bu müddətdə mədəniyyət, elm, idman və təhsil sahələrində fəal iş aparılmış-
dır  və  indi  də  aparılır,  lakin  Fondun  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri, 
heç şübhəsiz, səhiyyə sahəsidir. Leyla Əliyeva xüsusi vurğulamışdır ki, Heydər 
Əliyev Fondu Azərbaycanda həm müstəqil şəkildə, həm də Səhiyyə Nazirliyi 
ilə birgə müxtəlif proqramlar və layihələr işləyib hazırlayır və həyata keçirir, 
xüsusi qayğıya ehtiyacı olan insanlara, ən zəif müdafiə olunan sosial qruplara – 
uşaqlara, yeniyetmələrə, habelə uşaq evlərinə, qocalar evlərinə, qaçqın və məc-
buri  köçkün  ailələrinə,  aztəminatlı  ailələrə  və  müxtəlif  xəstəliklərdən  əziyyət 
çəkən uşaqlara kömək edir. 
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin tibbi istiqaməti barədə 
məlumat  vermiş  və  bu  sahədə  bir  neçə  layihənin  adını  çəkmişdir.  Məsələn,  


143
o qeyd etmişdir ki, Fond 2004­cü ildən “Şəkərli diabetdən əziyyət çəkən uşaq-
lara ən yüksək qayğı” proqramını həyata keçirir. Bu proqram çərçivəsində yaş-
lılara da ciddi kömək göstərilir; 2005­ci ilin fevralından “Talassemiyasız həyat 
naminə”  proqramı  həyata  keçirilir,  Bakıda  müasir  Talassemiya  Mərkəzi  tiki-
lib  istifadəyə  verilmişdir;  yeni  səhiyyə  obyektləri  tikilir,  mövcud  müəssisələr 
yenidən qurulur, bu il Uşaq Psixonevroloji Mərkəzi açılmışdır; Xəzər rayonu-
nun Türkan qəsəbəsindəki poliklinika, Şüvəlan qəsəbəsindəki xəstəxana, Zirə 
qəsəbəsindəki  müalicə­diaqnostika  mərkəzi  təmir  edilmiş  və  lazımi  avadan-
lıqla təchiz olunmuşdur, 2008­ci ilin aprelində Qala qəsəbəsində müasir tibb 
mərkəzi tikilmişdir, 2007­2009­cu illərdə “Təbəssüm” uşaq sanatoriyası əsaslı 
təmir  edilmiş,  avadanlıqla  təchiz  olunmuş,  bir  sıra  digər  işlər  görülmüşdür. 
Heydər Əliyev Fondu dünyanın bir sıra məşhur şirkətləri ilə əməkdaşlığı inki-
şaf etdirir və genişləndirir. 
Beş il müddətində Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın 10 min-
dən çox sakininə tibbi yardım göstərilmiş, 763 cərrahiyyə əməliyyatı aparılmış, 
100­ə yaxın xəstə müayinə və müalicə üçün xaricə göndərilmişdir. Leyla Əli-
yeva demişdir: “İstərdik ki, ümumiyyətlə xəstələr olmasın, lakin təəssüf ki, bu 
mümkün deyil. Heydər Əliyev Fondu əldə edilən nailiyyətlərlə kifayətlənmək 
fikrində deyil, o, bütün dünyada, o cümlədən Rusiyada yaşayan azərbaycanlı-
lara kömək göstərməkdə davam edəcəkdir”. 
Heydər Əliyev Fondunun RF­dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
Rusiya tibbi ictimaiyyətinin nümayəndələrinə fəxri fərmanlar təqdim etmişdir. 
Səhiyyə və təhsil sisteminin görkəmli işçilərinə – professorlara, akademiklərə, 
praktiki  həkimlərə,  habelə  tibb  sahəsində  perspektivli  gənc  mütəxəssislərə 
“Kadrların hazırlanmasına və RAGT­nin humanitar aksiyalarının təşkilinə fəal 
kömək etdiklərinə görə” təşəkkür edilmişdir. Təşəkkürnaməyə layiq görülənlər 
arasında  akademik  Valeri  Sandrikov,  Dövlət  Dumasının  Sağlamlığın  Qorun-
ması Komitəsinin sədrinin köməkçisi, tibb elmləri doktoru Yevgeni Gelfqard, 
professorlar – Əliheydər Rəhimov, Aleksandr Yeremenko, Yuri Barsukov, Adil 
Məmmədov,  Səfər  Həmidov,  İsmixan  Qəhrəmanov,  Kima Abdullayeva,  gənc 
mütəxəssislər – Samir Əliyev, Pərviz Səfərov və Əşrəf Həsənov da olmuşdur. 
2009­cu il dekabr ayının 17­də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi-
nin  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunda  (Universitetində) 
(MDBMİ (U)) Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr edil-
miş konfrans keçirilmişdir. 
Naxçıvan  Muxtar  Respublikası Azərbaycanın  ayrılmaz  bir  hissəsidir.  Bu 
qədim  diyar Azərbaycana  və  bütün  dünyaya  Ümummilli  Lider  Heydər  Əli-
yev  kimi  böyük  şəxsiyyəti  bəxş  etmişdir.  Son  10­12  ildə  Naxçıvan  bütün 
sahələrdə uğurla inkişaf edir. 


144
Naxçıvan  Muxtar  Respublikasının  yubileyinin  Moskvada  keçirilməsi  əla­
mətdar hadisə idi, çünki Rusiya bizim böyük qonşumuz, strateji tərəfdaşımız-
dır. Rusiyada çoxsaylı Azərbaycan diasporu yaşayır və Rusiyanın rifahı naminə 
çalışır.  Diaspor  Azərbaycanla  bağlı  bütün  məsələlərə  ciddi  maraq  göstərir. 
Rusiyada əslən Naxçıvandan olanlar da çoxdur.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım 
Əliyeva NMR­in yubileyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğu-
layaraq demişdir: “Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə bu yubileyi 
Moskvada qeyd edir və bizə verilmiş imkana görə Moskva Dövlət Beynəlxalq 
Münasibətlər  İnstitutunun  rəhbərliyinə  təşəkkürümüzü  bildiririk.  Bu  yubiley 
Azərbaycan xalqı üçün çox əzizdir. Biz haqlı olaraq bununla fəxr edirik. Biz öz 
mədəni və tarixi köklərimizi, adət və ənənələrimizi öyrəndikcə, müasir dövrün 
gerçəklikləri və bir­birimizin uğurları ilə tanış olduqca, qarşılıqlı anlaşmaya və 
qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı öyrənirik.
Naxçıvan Azərbaycanın  ayrılmaz  tərkib  hissəsidir.  O,  ilk  növbədə,  yaşı 
minilliklərlə hesablanan, tarixi maraqlı faktlarla zəngin olan qədim diyardır. 
Əminəm ki, bu gün Naxçıvanın təbiəti haqqında, onun tarixi və müasir döv-
rdə inkişafı haqqında çox sözlər deyiləcəkdir. Siz bu Muxtar Respublikanın 
üzləşdiyi  çətinliklər  haqqında,  naxçıvanlıların  qismətinə  düşmüş  ağır  sınaq-
lardan  ləyaqətlə  çıxması  haqqında  eşidəcək,  öyrənəcəksiniz.  Konfransda  siz 
Naxçıvan sakinlərinin Azərbaycan tarixinə verdiyi dəyərli töhfələr haqqında 
eşidəcəksiniz.  Naxçıvandan  olan  azərbaycanlıların  şöhrəti  hamıya  məlum-
dur. Bu gün siz Naxçıvanın – qədim tarixə malik bu bərəkətli diyarın müasir 
siması ilə tanış olacaq, onun büllur kimi saf havası ilə nəfəs alacaq, əzəmətli 
dağlarının  gözəlliyindən  zövq  alacaq,  canlı  əfsanə  ilə  təmasda  olacaqsınız. 
Çünki  Naxçıvan  torpağı  Nuh  peyğəmbərin  dəfn  olunduğu  yer  və  bir  sıra 
başqa sirli məqamlar məkanıdır”. 
NMR  baş  nazirinin  müavini  Təranə  Quliyeva  “Naxçıvanın  sosial­iqtisadi 
inkişafı” mövzusunda, tarixçi professor Rudolf İvanov “Görkəmli naxçıvanlı-
lar  Rusiya  dövlətinin  tarixində”,  MDU  yanında  Postsovet  Məkanını  Öyrənən 
Mərkəzin  baş  direktorunun  müavini  Aleksandr  Karavayev  “NMR  regional 
siyasətdə” mövzularında məruzələrlə çıxış etmişlər. 
Tanınmış  yazıçı­publisist,  Milli  Məclisin  deputatı,  “Heydər  Əliyev.  Şəx­
siyyət  və  zaman”  adlı  çoxcildliyin  müəllifi  Elmira Axundovanın  şərti  olaraq 
“Naxçıvan  Heydər  Əliyevi  xilas  etdi,  Heydər  Əliyev Azərbaycanı  xilas  etdi” 
adlandırdığı  məruzəsi  xüsusi  maraqla  qarşılandı.  E.Axundova  Ümummil li 
Lider  Heydər  Əliyevin  1990­1993­cü  illərdə  siyasi  fəaliyyətinin  əsas  mər hə­
lələri, onun Naxçıvana qayıtması, daha sonra dövlətimizi xilas etmək naminə 


145
Bakıya  gəlməsi  faktları  üzərində  dayanmış,  ölkəmizin  tarixində  Heydər  Əli­
yevin şəxsiyyətinin rolu və onun irsi barədə ətraflı məlumat vermişdir. 
2010­cu il fevralın 16­da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxa-
sovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilmişdir. Sərgi Hey-
dər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri,  “Baku”  jurnalının 
təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Brita-
niyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur. 
İngiltərənin məşhur “Maqnum Fotos” agentliyinin dünya şöhrətli fotoqrafı 
Georgi Pinxasovun Bakı ilə bağlı 2009­cu ildə çəkdiyi 60­a yaxın foto paytax-
tımız haqqında London sənətsevərlərinə kifayət qədər maraqlı məlumat verir. 
Bu fotolarda Xəzərin sahilində yerləşən, həm Şərqin, həm də Qərbin ovqatın-
dan yoğrulan füsunkar Bakı mənzərələri vardır. 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurna-
lının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə Avropa 
insanına  təqdim  olunan  bu  son  dərəcə  maraqlı,  özündə  kifayət  qədər  kolorit 
daşıyan fotolar bir daha Azərbaycan paytaxtının tükənməyən gözəlliklərindən 
xəbər  verir.  Elə  paytaxtımızı  gəzən  Pinxasov  da  avropalı  turistlərin  çoxuna 
məlum olmayan maraqlı anları çəkmişdir. Qafqazın ən böyük şəhəri olan Bakı 
bu fotolarda nəhəng neft­qaz yataqlarına malik Azərbaycanın paytaxtı və əsas 
liman  şəhəri,  çimərlikləri,  təbii  və  mədəni  sərvətləri,  turizm  potensialı  olan 
nəhəng  bir  dünya  kimi  təqdim  olunur:  qala  divarları,  tarixi  məkanları,  mən-
zərəli labirintləri ilə diqqəti çəkən İçərişəhər, dar küçələr, qədim binalar. Məhz 
bu dərin təəssüratın nəticəsidir ki, Pinxasovun Bakı silsiləsi müxtəlif mövzu-
ları,  memarlıq  abidələrini,  limanın  səs­küyündən  sakit  şəhər  kənarınadək  hər 
bir məqamı əhatə edir. Bir sözlə, bu fotoların baş qəhrəmanı hər şeyi ilə, bütün 
yaşadıqları və yaşananları ilə doğma Azərbaycanın döyünən ürəyi – Bakıdır. 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurna-
lının təsisçisi və baş redaktoru Leyla xanım Əliyeva tədbirin əhəmiyyətindən 
danışaraq  bildirmişdir  ki,  “Bakıya  sevgi  ilə”  adlanan  sərgidə  salamlayım  və 
“Xoş gəlmisiniz” deyim. Vaxt tapıb gəldiyinizə görə sizə təşəkkür edirəm. İki 
il öncə Moskvada “Baku” jurnalını təsis etdik. Məqsədimiz əziz oxucularımıza 
gözəl  paytaxtımız  haqqında  daha  çox  məlumat  vermək,  Bakının  ab­ havasını 
çatdırmaq, onlarda Bakıya məhəbbət yaratmaq və Azərbaycan paytaxtının sirli 
tərəflərini  onlara  sevdirmək  idi.  Biz  jurnalımızın  səhifələrində  mədəniyyə-
timizi, adət­ənənələrimizi təqdim edirik. Biz təkcə Azərbaycan tarixinə nəzər 
salmırıq, həmçinin onu XXI əsrin ölkəsi kimi təqdim edirik. Uzun əsrlər boyu 
Azərbaycanın paytaxtı Bakıya müxtəlif adlar verilib: “Küləklər şəhəri”, “Odlar 
diyarı”, “Xəzərin mirvarisi”. Bakının bir neçə siması var: qədim və müasir – 
onun geniş prospektlərindən tutmuş, dar orta əsr dalanlarınadək, orta əsrlərə aid 
Qız qalasından başlayaraq, ən müasir şəhər mənzərələrinədək. Bakı dünyanın 


146
iri şəhərləri kimi qaynayır, amma qədim sərvətə sahib Qobustanın timsalında o, 
həm də sirlidir. 
Mən saatlarla Bakı haqqında danışa bilərəm. Amma bunun əvəzində, icazə 
verin, sizi bizim şəhəri öz gözlərinizlə görməyə, çox istedadlı fotoqraf Georgi 
Pinxasovun gözəl əsərlərinə baxmağa dəvət edim. Gördüyünüz kimi, bu foto-
lar yüksək incəsənət nümunələridir və bizim üçün onun fotolarını London kimi 
gözəl bir şəhərdə təqdim etmək çox xoşdur. O şəhər də ki mən ömrümün bir 
neçə xoş ilini burada keçirmişəm”.
2010­cu il may ayının 4­də Heydər Əliyev Fondunun Rusiya nümayəndəli-
yinin dəstəyi ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı 
fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitab ərsəyə gəlmişdir. 
Nəşr  Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyevin  xatirəsinə 
həsr olunmuş və 2009­cu il iyunun 15­də Rusiya Elmlər Akademiyasının Fəl-
səfə  İnstitutunda  keçirilmiş  beynəlxalq  elmi  konfransın  materialları  əsasında 
hazırlanmışdır. 
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliye-
vanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991­ci ildə müstəqilli-
yini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yal-
nız 1993­cü il iyunun 15­də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 
vəziyyət kökündən dəyişmiş, Ulu Öndər suveren Azərbaycan dövlətinin yara-
dılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəli-
yinin rəhbəri yazır: “Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. 
Onun  müdriklüyü,  siyasi  uzaqgörənliyi  sayəsində  bu  gün Azərbaycan  tərəqqi 
edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan 
yaşayır, onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...”.
Kitabda  REA­nın  üzvü,  MDU­nun  professoru  Əsgər  Akayevin  “Şəxsiy-
yət  fenomeni  inkişafın  və  mədəniyyətlərin  qarşılıqlı  fəaliyyətinin  əbədi  amili 
kimi”, REA Fəlsəfə İnstitutunun direktoru Əbdülsalam Hüseynovun “Mədəniy­
yətlərin  qarşılıqlı  fəaliyyətinin  humanist  əsası”,  A.Utkin  və  V.Fedotovun 
“Azərbaycan  bizim  məhəbbətimizdir”  mövzularda,  habelə  digər  Azərbaycan 
və Rusiya filosof­alimlərinin maraqlı məruzələri yer almışdır. Kitaba Azərbay-
can filosofları – AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, 
professor  İlham  Məmmədzadənin  “Heydər  Əliyevin  mənəvi  irsi  və  vətənpər-
vərlik”,  “fəlsəfə  elmləri  doktoru  Tamilla  Əhmədovanın  “Qloballaşma  şəra-
itində  Azərbaycan  mədəniyyəti”,  REA  Fəlsəfə  İnstitutunun  doktorantı  Ariz 
Gözəlovun “Cəmiyyətin qloballaşması və transformasiyası” və digər alimlərin 
məruzələri daxil edilmişdir. 
Tanınmış  Rusiya  alimləri  qlobal  proseslərə  öz  yanaşmalarını  təqdim  et­
mişlər.  Rusiya  Fəlsəfə  Cəmiyyətinin  vitse­prezidenti,  fəlsəfə  elmləri  dok-


147
toru,  professor Aleksandr  Çumakovun  “Mədəniyyətin  inkişafında  qlobal  və 
regional  əsaslar”,  Rusiya Təbiət  Elmləri Akademiyasının  akademiki,  fəlsəfə 
elmləri  doktoru  İqor  Liseyevin  “Qloballaşmanın  kulturoloji  konteksti”  və 
müasir Rusiya fəlsəfi təfəkküründən bəhs edən digər məruzələr xüsusi maraq 
doğurmuşdur. 
Ümumiyyətlə, elmi nəşrdə tarixi şəxsiyyətin formalaşmasında, müasir dün-
yada mədəniyyətlərin qloballaşması və konvergensiyası proseslərinin qarşılıqlı 
münasibətlərdə, sosial, siyasi, iqtisadi, texnoloji qurumlarda baş verən dəyişik­
liklərin  insanın  həyat  fəaliyyətinə  təsirində,  qlobal  və  regional  səviyyələrdə 
cəmiyyətin  davamlı  inkişaf  problemlərində  kulturoloji  amillərin  rolu  barədə 
materiallar  toplanmışdır.  Azərbaycanda  qlobal  proseslərin  təzahürünə  xüsusi 
diqqət ayrılmışdır.
Unutmamalıyıq ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində beynəl­
xalq  aləmdə  layiqli  yer  tutan  suveren Azərbaycan  dövləti  təşəkkül  tapmışdır. 
Ümumxalq  sevgisindən  başqa  heç  nəyi  olmayan  böyük  siyasi  xadim  dağıl-
maq  və  vətəndaş  müharibəsi  təhlükəsi  qarşısında  olan Azərbaycana  çox  ağır 
bir  dövrdə  başçılıq  edərək,  onu  parçalanmaqdan  xilas  etmişdir.  Onun  başlıca 
si lahı  həmişə  xalqın  sevgisi  olmuşdur.  Heydər  Əliyev  müasir  Azərbaycanın 
qeyd­şərtsiz memarıdır. Xalqımız üçün o, daim yaşayacaqdır. 
2010­cu il mayın 10­da Azərbaycan Respublikasının Rusiya Federasiyasın-
dakı səfirliyinin qonaq evində xalqımızın Ümummilli Lideri, görkəmli siyasi və 
dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87­ci ildönümünə həsr edil-
miş təntənəli qəbul təşkil edilmişdir. 
MDB­nin icraçı katibi Sergey Lebedev, ictimai xadim Ramazan Abdulati-
pov,  RF  Federasiya  Şurasının  üzvü Aleksandr  Dzasoxov,  Konstitusiya  Məh-
kəməsinin  sabiq  sədri  Marat  Baqlay  və  başqaları  XX  əsrin  görkəmli  siyasi 
xadimi barədə xoş xatirələrini bölüşərək bildirmişlər ki, Ulu Öndər xalqına və 
ölkəsinə həmişə qəlbən bağlı olmuş, onun təəssübünü çəkmişdir. Heydər Əli-
yev onların müdrik müəllimi və gözəl insan olmuşdur. Natiqlər xüsusi vurğu-
lamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin layiqli siyasi 
varisidir. Azərbaycanın beynəlxalq aləmdə və ölkə daxilində qazandığı böyük 
nailiyyətlər, onun dinamik sosial­iqtisadi inkişafı bunu bir daha təsdiqləyir. 
Heydər Əliyev Naxçıvanın Muxtar Respublikaya rəhbərlik etdiyi iki ildən 
də az müddətdə əsas məqsədə – Naxçıvanı işğaldan xilas etməyə, sərt bloka-
danı  aradan  qaldırmağa,  sakinləri  aclıqdan  və  soyuqdan  xilas  etməyə  nail 
olmuşdur. Sonra o, bütün ölkəni fəlakətdən xilas etmişdir. Buna görə də bu gün 
biz respublikada bir cümləni tez­tez təkrar edirik: “Naxçıvan Əliyevi xilas etdi, 
Əliyev də Azərbaycanı”. Heydər Əliyev Vətənə qayıdandan sonra təkcə Naxçı-


148
vanın deyil, bütün Azərbaycanın xilaskarı oldu. Bugünkü müstəqil Azərbaycan 
dövləti Heydər Əliyev dühasının məhsuludur. 
Naxçıvan  ərazisinin  müdafiəsində  xalqımızın  Ümummilli  Lideri  Heydər 
Əliyevin xidmətləri çox böyükdür və Azərbaycan öz böyük vətənpərvər oğlu-
nun bu rolunu heç vaxt unutmayacaqdır. 
14  may  2010­cu  il  tarixdə  Rusiyanın  şimal  paytaxtındakı  tarixi  binaların 
birində – Sankt­Peterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayı-
nın böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illi-
yinə həsr edilmiş “Rusiya­Azərbaycan münasibətləri: keçmişi, bu günü, gələ-
cəyi” mövzusunda konfrans keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin ad günü 
ilə  bir  vaxta  düşən  bu  tədbir  Sankt­Peterburq  Qanunverici  Məclisi,  Heydər 
Əliyev  Fondunun  Rusiya  Federasiyasındakı  Nümayəndəliyi  və Azərbaycanın 
Sankt­Peterburqdakı baş konsulluğu tərəfindən təşkil edilmişdir. 
Sankt­Peterburq  parlamentinin  foyesində  Azərbaycan  xalqının  böyük 
oğlu Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev Azərbaycan xalqının bir-
liyinin  və  dövlət  müstəqilliyinin  rəmzidir”  adlı  fotosərgi,  habelə  “Naxçı-
van  Muxtar  Respublikasının  tarixi  abidələri  və  müasir  həyatı”  mövzusunda 
stendlər təşkil edilmişdir. 
Naxçıvan haqqında konfransın Sankt­Peterburq Qanunverici Məclisinin bina-
sında  keçirilməsi  dostluq  və  tərəfdaşlıq  xarakteri  daşıyan  Rusiya­ Azərbaycan 
dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını göstərir. 
Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  görkəmli  siyasi  xadim  Heydər 
Əliyev uzun illər boyu təhsil aldığı və işlədiyi Rusiyaya bağlı olmuş Heydər 
Əliyevin sayəsində Rusiyada Naxçıvan Muxtar Respublikasını yaxşı tanıyırlar. 
Sankt­Peterburqda keçirilən konfrans Azərbaycan və Rusiya arasında münasi-
bətlərin inkişaf etməkdə olmasına daha bir sübutdur. 
2010­cu il mayın 17­də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi­
nin əməkdaşları Böyük Vətən müharibəsində qələbənin 65­ci ildönümü mü­
nasibətilə  Moskvada  yaşayan  azərbaycanlı  veteranları  evlərində  təbrik  et­
mişlər.  Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla 
Əliyevanın  adından  veteranlara  hədiyyələr,  habelə  Fondun  dəstəyi  ilə  nəşr 
olunmuş kitablar təqdim olunmuşdur. Veteranlara Heydər Əliyev Fondunun 
məqsəd  və  və zi fələri,  habelə  humanitar  sahədə  həyata  keçirilən  layihələr 
barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda ahıllara daim 
böyük hörmət və ehtiram göstərilir. Veteranlara qayğı və diqqətlə ya naşmaq 
isə hər birimizin borcudur. 
Veteranlar  Qədriyə  Səlimova, Abdul  Hüseynov,  Hüseyn Axundov,  Müse-
yib və Zoya Əliyevlər, Qasım Kərimov onlara göstərilən qayğıya və vətən qar-
şısında  xidmətlərinə  verilən  qiymətə  görə  Heydər  Əliyev  Fondunun  Rusiya 
nümayəndəliyinə,  onun  rəhbəri  Leyla  Əliyevaya  minnətdarlıqlarını  bildirmiş-


149
lər. Veteranlar evlərinə gəlib onları təbrik edən Fondun əməkdaşlarına da təşək-
kür etmişlər. 
2010­cu il oktyabr ayının 11­də Azərbaycanın RF­dəki səfirliyi və YUNEYDS 
(BMT­nin İÇV/QİÇS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş İ.M.Seçe-
nov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İÇV/QİÇS­ə qarşı 
mübarizə probleminə həsr edilmiş konfrans keçirilmişdir.
Konfransda  müzakirə  edilən  mövzu  müasir  gənclərin  ən  ağrılı  və  ciddi 
problemlərindən  olmuşdur.  Konfrans  gəncləri  QİÇS­in  təhlükəli  xəstəlik  ol­
ması barədə məlumatlandırmağa kömək etmək məqsədi daşımışdır. 
Konfransda  iştirak  edən  Leyla  Əliyeva  əksər  hallarda  gənclərin  mübtəla 
olduğu  bu  xəstəliyin  yayılması  barədə  statistik  məlumatları  açıqlamışdır. 
Leyla  Əliyeva  demişdir:  “Aşkardır  ki,  QİÇS  səhiyyənin  ciddi  problemlərin-
dən biridir və onun həllini axtarmaq zəruridir. Heydər Əliyev Fondu Azərbay­
canda  sə hiyyə  məsələlərinə  çox  böyük  diqqət  yetirir.  Fondun  təşəbbüsü  ilə 
respublikada  bir  neçə  müasir  tibbi  mərkəz  tikilmişdir,  Beynəlxalq  Diabet 
Federasiyası  ilə  fəal  əməkdaşlıq  edilir,  talassemiya  kimi  təhlükəli  xəstəlik-
lərə  qarşı  mübarizə  məsələsinə  böyük  diqqət  yetirilir.  Heydər  Əliyev  Fondu 
UNESCO, İSESCO, YUNEYDS və digər beynəlxalq təşkilatlarla da səhiyyə 
sahəsində  fəal  əməkdaşlıq  edir.  Azərbaycan  Səhiyyə  Nazirliyi  ilə  birlikdə 
uşaqlar arasında qızılca, məxmərək və digər xəstəliklər əleyhinə kütləvi im­
munlaşdırma  tədbirləri  həyata  keçirilmişdir.  Bu  ilin  baharında  isə Azərbay-
canda  QİÇS  barədə  məlumatın  insanlara  çatdırılması  məqsədilə  “Uşaq  göy 
qurşağı” layihəsi həyata keçirilmişdir. 
“Sağlam olduğunu yəqin et. Xəstəliyə yox de” layihəsi çərçivəsində həm-
vətənlərimiz  pulsuz  müayinə  edilmişlər.  Hər  il  “Qanın  milləti  yoxdur”  donor 
aksiyası keçirilir.
RAGT­nin  regional  bölmələri  də  QİÇS­in  təhlükəli  xəstəlik  olması,  onun 
qarşısının alınması və profilaktikası, eləcə də narkotiklərin, tütünün və alkoqo-
lun zərəri barədə gəncləri məlumatlandırmaq üçün böyük işlər aparırlar. 
Biz sağlam həyat tərzini və gənclərin idman təşəbbüslərini həmişə alqışla-
yırıq. Bugünkü konfrans QİÇS təhlükəsi barədə məlumatlandırma üzrə növbəti 
layihəmizdir.  Əminəm  ki,  səylərimiz  sayəsində  gənclərin  bilikləri  artacaq  və 
neçə­neçə insanın həyatı xilas ediləcəkdir. Bu isə o deməkdir ki, gördüyümüz 
bütün işlər çox vacibdir və biz bu istiqamətdə işi davam etdirməliyik”.
Bununla yanaşı qeyd etməliyik ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusi-
yanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) “QİÇS­ə və narkomaniyaya qar
şı əlbir olaq” adlı yeni layihə həyata keçirmiş, iki aya yaxın davam edən bu ak­
siya 2010­cu il dekabrın 1­də Ümumdünya QİÇS­ə qarşı mübarizə gününə həsr 
edilmiş tədbirlə başa çatmışdır. 


150
Layihənin məqsədi əhalini İÇV/QİÇS və narkomaniya barədə vaxtında və 
anlaşıqlı şəkildə məlumatlandırmaq, uşaqlarda və gənclərdə narkotiklərə ikrah 
hissi formalaşdırmaq, gənclər və məktəblilər arasında sağlam həyat tərzini təb-
liğ etməkdən ibarət olmuşdur. Layihə çərçivəsində bu xəstəlik, onun yoluxma 
yolları  və  profilaktika  metodları,  narkotiklərdən  istifadə  etməyin  zərəri  haq­
qında maksimum informasiya təqdim edilmişdir. Rusiyanın Azərbaycanlı Gənc-
lər  Təşkilatı  İÇV/QİÇS­ə  qarşı  mübarizədə  təbabətin  imkanları  və  psixoloji 
yardım barədə söhbət açmağı, müxtəlif treninqlər, narkomaniyaya qarşı müba-
rizəyə  çağıran  təşviqat  plakatları  müsabiqəsi  keçirməyi,  xüsusi  videoçarxlar 
nümayiş etdirməyi, üzərində RAGT­nin, YUNEYDS­in emblemləri olan infor-
masiya bukletləri, maykalar, qələmlər və təqvimlər paylamışlar.
14 oktyabr 2010­cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya nümayəndə-
liyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva, 
Fyodor Bondarçuk, Yuli və Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusi-
yada  fəaliyyət  göstərən  xarici  ölkələrin  səfirləri  iştirakı  ilə  “Baku”  jurnalının 
dəstəyi ilə Moskvada Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş 
“Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi keçirilmişdir. 
Mahir manqal və şiş ustası S.Xankişiyevin qələmindən çıxan və Azərbay-
can mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində 
hazırlanan təamlardan söz açılmışdır. Kitabın giriş hissəsində müəllif azərbay-
canlı  və  əcnəbi  aşbaz  dostlarının Azərbaycan  mətbəxi  barədə  fikirlərinə  yer 
vermişdir. Kitabda vurğulanan əsas fikirlərdən biri də odur ki, süfrənin gözəl-
liyi və yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq və fan-
taziya  ilə  yanaşılmalıdır.  Müəllif  bir  daha  əminliklə  hər  bir  insanın  gözəl  əl 
qabiliyyətinə malik olduğunu söyləsə də, bu məharətdən hər kəsin yararlan-
madığına təəssüf edir. 
Müəllifin  Azərbaycan  mətbəxinin  zəngin  olmasından,  hazırlanan  hər  bir 
təamın özünəməxsus və əvəzolunmaz dadının olmasından söz açmışdır.
Tibb elmləri doktoru Yakov Brand bildirmişdir ki, mən uzun müddətdir həm 
“Baku” jurnalı, həm də Heydər Əliyev Fondu ilə dostluq edirəm. Fond Azərbay-
canda  böyük  işlər  görür.  Mən  Fondun  səhiyyə  və  təhsillə  bağlı  layihələri  ilə 
tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan və ölkəsi üçün bu 
qədər böyük işlər görən ikinci Fond yoxdur. 
Mossovet  Teatrının  aktyoru  Aleksandr  Lenkov  tədbirlə  bağlı  təəssüratla-
rını bölüşərək demişdir ki, belə buludlu bir gündə “Baku” jurnalı gözəl, günəşli 
axşam təşkil edərək, bizə növbəti bayram hədiyyə etmişdir. Gözəl Azərbaycan 
xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir. 
Tanınmış  müğənni  Diana  Qurskaya  qeyd  etmişdir  ki,  Leyla  xanım  çox 
gözəl insandır, o, böyük işlər görür, təşəbbüslərə dəstək olur. İndiki zamanda 
məhz belə insanlar çatışmır. 


151
Beləliklə, “Baku” jurnalının dəstəyi ilə keçirilən “Kazan, baran i dastarxan” 
kitabının  təqdimat  mərasimi  Azərbaycan  mətbəxinin  dünyada  daha  da  yaxşı 
tanıdılması istiqamətində vacib bir addım olmuşdur. 
2010­cu  il  oktyabr  ayının  16­da  Moskvadakı  “Bakı”  kinoteatrında  Hey-
dər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbay-
canlı  Gənclər  Təşkilatının  (RAGT)  sədri  Leyla  Əliyevanın  və  Ümumrusiya 
Azərbay canlıları  Konqresinin  (ÜAK)  rəhbərlərinin  Rusiya  ali  məktəblərində 
təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan 
gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Mosk-
vanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələ-
bələr iştirak etmişlər. 
Görüşdə  ÜAK­ın  prezidenti,  Rusiya  Tibb  Elmlər Akademiyasının  akade-
miki Məmməd Əliyev Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən 
Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş 
tələbələrə diqqət və qayğısından danışmışdır. 
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyi  Moskvada  və  Rusiyanın 
regionlarında təhsil alan aztəminatlı ailələrdən olan 10 tələbəyə sosial təqaüd 
ayırmış, bir neçə tələbəyə isə ÜAK­ın, “Lukoyl” Xeyriyyə Fondunun və Aydın 
Qurbanov Fondunun adlı təqaüdləri təqdim olunmuşdur. 
2010­cu il noyabrın 15­də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük 
Britaniyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda 
Azərbaycan  xalçalarının  “Azərbaycan:  uçan  xalçalarla  nağıllar  aləminə”  adlı 
sərgisi açılmışdır. 
Sərgidə  coğrafi  mövqeyinə,  naxış  kompozisiyasına,  rəng  həlli  və  texniki 
xüsusiyyətlərinə  görə  Azərbaycan  xalçaçılıq  məktəbinin  bütün  istiqamətləri 
təmsil  olunmuşdu.  Burada  nümayiş  etdirilən  Quba, Abşeron,  Şirvan,  Gəncə, 
Qazax,  Qarabağ  və  digər  xalçaçılıq  məktəblərinin  nümunələri  sərgiyə  gələn-
lərdə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbi-
nin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının 
diqqətinə çatdırmışdır. 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
sərginin açılışında iştirak etmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva 
tədbirdə çıxış edərək sərginin min bir gözəllik diyarı olan Azərbaycanın qədim 
və heyrətamiz nağıl aləmi ilə tanışlıq baxımından əhəmiyyətini vurğulamışdır. 
Leyla  Əliyeva  xalqımızın xalçaçılıq sənətinin  tarixindən  söz  açmış, Azər-
baycanın  əfsanəvi  İpək  yolu  üzərində  yerləşdiyini,  bu  yolun  isə  təkcə  ticarət 
yolu deyil, eyni zamanda dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş 
bir dəhliz olduğunu vurğulamışdır. 


152
Böyük Britaniyanın Mədəniyyət naziri Ed Vaizey Azərbaycan ilə İngiltərə 
arasında mədəni əlaqələrdən danışmış, sərginin ölkələrimizin münasibətlərinin 
daha da güclənməsinə xidmət etdiyini demişdir. 
Rusiyanın  Azərbaycanlı  Gənclər  Təşkilatının  (RAGT)  sədri,  Heydər  Əli-
yev Fondunun RF­dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü 
ilə 24 noyabr 2010
-
cu il tarixdə RAGT Birləşmiş Millətlər Təşkilatının İÇV/
QİÇS üzrə Birgə Proqramı (UNAİDS) ilə birlikdə Smolensk vilayətində “İÇV/
QİÇS­ə qarşı birlikdə” adlı aksiya keçirmişdir. 
100­dən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə mühazirələr oxun-
muş, mövzuya aid elmi­kütləvi film nümayiş etdirilmişdir. 
Bədən  tərbiyəsi­sağlamlıq  dispanserinin  nümayəndəsi  Tatyana  Lebe-
deva  mühazirə  ilə  çıxış  etmişdir.  Sağlam  həyat  tərzinin  müxtəlif  aspekt-
ləri  barədə  ətraflı  söhbət  açmış  mühazirəçi  şagirdlərə  Rusiyada  millətin 
sağlamlığının  qo runması  sahəsində  həyata  keçirilən  hökumət  proqramları 
barədə məlumat vermişdir. 
2010­cu  il  dekabrın  3­də  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiya-
sındakı  nümayəndəliyinin  rəhbəri,  Rusiyanın Azərbaycanlı  Gənclər  Təşki-
latının  (RAGT)  sədri  Leyla  Əliyeva  Sverdlovsk  vilayətinin  Yekaterinburq 
şə hərində olmuşdur. 
Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində –  Sverdlovsk, 
Çelyabinsk  və  Tümen  vilayətlərində  RAGT­nin  regional  bölmələrinin  nüma­
yəndələri ilə görüşmüşdür. 
Leyla  Əliyeva  RAGT­nin  fəaliyyəti,  məqsədləri  və  yaxın  perspektiv  üçün 
vəzifələri barədə gənclərə məlumat vermiş, gənclər təşkilatı tərəfindən həyata 
keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirməli olan yeni 
layihələr haqqında söhbət açmışdır. 
Leyla Əliyeva demişdir: “Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr 
baş  verir,  festivallar,  konfranslar,  konsertlər  və  digər  tədbirlər  keçirilir.  Əmi­
nəm  ki,  bizim  gənclər  RAGT­nin  dəstəyi  ilə  müxtəlif  mədəni  tədbirləri  daha 
fəal həyata keçirəcək və vətənimizi ləyaqətlə təmsil edə biləcəklər. RAGT­nin 
coğrafiyası  daim  genişlənir  və  bu,  bizi  sevindirir.  Rusiyanın  bir  sıra  tədris 
müəssisələrində  azərbaycanlı  gənclər  klubları  fəaliyyət  göstərir  və  RAGT  ilə 
birlikdə çoxlu mədəni tədbirlər – konsertlər, fotosərgilər, konfranslar, seminar-
lar, Azərbaycan Mədəniyyəti Günləri və Həftələri keçirilir”. 
Leyla Əliyeva “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanı RAGT tərə-
findən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalar-
dan biri adlandırmışdır. Bu kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin 
sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti 
dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin hə­
yatının bütün sahələrini əhatə etməyə çalışır – idman tədbirləri, xeyriyyə aksi-


153
yaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı demiş-
dir:  “Bu  yaxınlarda  18  tələbəyə  “RAGT  əlaçısı”  mükafatı  təqdim  edilmişdir. 
Ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır. Bununla 
bərabər,  tezliklə  RAGT  jurnalının  ikinci  nömrəsi  çapdan  çıxacaqdır.  Biz  bu 
nömrədə  gənclər  üçün  ən  maraqlı  mövzuları  işıqlandırmağa  çalışmışıq.  Əgər 
kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hök-
mən jurnalda dərc edəcəyik”. 
Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səyləri-
miz, təşəbbüskarlıq və vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, 
böyük  uğurlar  qazanmağa  nail  olmuşdur.  Lakin  qarşıda  görüləsi  işlər,  la yi­
hələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, vətənimizi 
layiqincə təmsil edə bilərik”.
RAGT­nin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəh-
bərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının 
aktual  problemlərinə  toxunmuş,  perspektiv  planlar  barədə  danışmışlar.  Onlar 
Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə 
də  RAGT  rəhbəri  tərəfindən  bu  təşkilatın  Sverdlovsk  regional  bölməsinə  hə­
diyyə edilmiş milli geyimlərə görə ona təşəkkür etmişlər. 
4  dekabr  2010­cu  il  tarixdə  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiya-
sındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Yekaterinburqdakı 1 nömrəli 
vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzində olmuş 
və müasir xüsusi tibbi avadanlıqla təchiz edilmiş “Sobol” markalı təcili yardım 
maşınını Heydər Əliyev Fondu adından həmin mərkəzə hədiyyə etmişdir.
Qeyd  etmək  lazımdır  ki, Yekaterinburqdakı  uşaq  onkohematoloji  mərkəzi 
Uralda  onkoloji  və  hematoloji  xəstəliklərdən  əziyyət  çəkən  uşaqlara  yüksək 
texnoloji  səviyyədə  tibbi  yardım  göstərən  ilk  klinikadır.  Beynəlxalq  müalicə 
protokollarının tətbiq edilməsi sayəsində uşaqların 70 faizini sağaltmaq müm-
kün olmuşdur. Bu xəstəxananın həkimləri onkoloji xəstəliklərin müalicəsində 
qazandıqları uğurlarla şöhrətlənmişlər. Onların çoxu dünyanın ən yaxşı klinika-
larında – ABŞ­da, Almaniyada, Avstriyada, İsraildə öz ixtisaslarını artırmışlar.
Leyla  Əliyevanı  Sverdlovsk  vilayətinin  səhiyyə  naziri  Arkadi  Belyavski, 
vilayət  qubernatorunun  müavini  Vadim  Dubiçev  və  xəstəxananın  baş  həkimi 
Sergey Boyarski qarşılamışlar. Onlar Leyla Əliyevanın şəxsində Heydər Əliyev 
Fondunun RF­dəki nümayəndəliyinə uşaqların sağlamlığı problemlərinə göstə-
rilən qayğı və diqqətə görə dərin təşəkkürlərini bildirmişlər.
Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, 1 nömrəli vilayət 
kliniki xəstəxanasının baş həkimi Sergey Boyarski və mərkəzin rəhbəri Larisa 
Feçina  uşaq  onkohematoloqlarının  işi  barədə  məlumat  vermişlər.  Balaca  xəs­
tələrin müalicəsi üçün yaradılmış ən müasir və rahat şərait, yüksək texnologi-
yalara əsaslanan əməliyyat və laboratoriya bloku – bütün bunlar Heydər Əliyev 


154
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva-
nın marağına səbəb olmuşdur. Məsələn, o, laboratoriyaların fəaliyyəti ilə tanış 
olarkən çoxlu sual vermişdir: “Həkimlər gövdə rüşeymlərini tiplərə ayırmağa 
necə nail olurlar?”, “Konkret donorun münasib olub­olmaması necə aydınlaşdı-
rılır?”, “Terapiyanın uğurlu olub­olmaması necə izlənilir?” və s. Ley la Əliyeva 
klinikanın səviyyəsini, burada tətbiq edilən və işlənib hazırlanan yeni metodi-
kaları qiymətləndirərək ümid etdiyini bildirmişdir ki, Azərbaycan onkoloqları 
urallı həmkarları ilə əməkdaşlıq edəcəklər.
Leyla Əliyeva demişdir: “Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 
artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət 
yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına Fond xəstəxanalar tikdi-
rir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriy-
yəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də 
Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onko-
loji mərkəzi mənə çox yaxşı təsir bağışladı. Burada hər şey funksional olmaqla 
bərabər, həm də qəşəng, təmiz, çox müasirdir. Lakin əsas məsələ bu deyil, mənim 
üçün ən əhəmiyyətlisi buradakı auradır. Auranı isə burada böyük bir ailə kimi 
işləyən insanlar yaradırlar. Həkimlərin hər bir uşağa öz övladı kimi münasibət 
bəsləməsi, məncə ən başlıca məsələdir”.
Azərbaycanın  Yekaterinburqdakı  baş  konsulu  Sultan  Qasımov  azərbay-
canlı  bəstəkar  və  müğənni  Emin Ağalarovun  xeyriyyə  konserti  barədə  məlu-
mat verərək vurğulamışdır ki, həmvətənimizin konserti böyük uğurla keçmiş, 
konsertdən əldə edilən vəsait Yekaterinburqdakı 6 nömrəli uşaq evinin hesabına 
köçürüləcəkdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəh-
bəri Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla birlikdə Sverdlovsk vilayət 
diyarşünaslıq muzeyində də olmuşdur. Burada onları diyarın qədim və zəngin 
tarixi ilə tanış etmişlər.
5 dekabr 2010­cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya nümayən-
dəliyinin rəhbəri Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş 
azərbaycanlı  döyüşçülərin  xatirə  lövhəsinin  təntənəli  açılış  mərasimində 
iştirak etmişdir.
Xatirə lövhəsinin açılışı “Nevski pyataçok” Əsgəri Memorialın Beynəlmiləl 
şöhrət və xatirə xiyabanında olmuşdur. Abidənin yaradılması layihəsi Heydər 
Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  hamiliyi  altında  Sankt­Peterburq 
vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilmişdir.
Leyla  Əliyeva  Leninqradın  müdafiəsi  uğrunda  gedən  döyüşlərdə  həlak 
olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün “Nevski pyataçok”a top-
laşmış tədbir iştirakçılarına səmimi qəlbdən minnətdarlığını bildirərək demişdir 
ki, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstər-


155
diyi rəşadətin bəşəriyyət tarixində tayı­bərabəri olmamışdır. Hitler faşizmi üzə-
rində qələbəyə Azərbaycan xalqı böyük töhfə vermişdir. Döyüş meydanlarında 
300 mindən çox azərbaycanlı həlak olmuşdur. O demişdir: ”Təyyarəçi Hüseyn­
bala  Əliyevin  göstərdiyi  hünər  məlumdur.  O,  Leninqrad  ətrafında  döyüşlərdə 
bir  uçuşda  2  düşmən  təyyarəsini,  o  cümlədən  ikincisini  ölümcül  yaralanmış 
vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali hökumət mükafatına – 
“Lenin ordeni”nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam 
etmişdir. Aclıq,  soyuq  və  bombardmanlar  üzündən  yüz  minlərlə  insan  həlak 
olmuşdur. Amma nə artilleriya atəşləri, nə də daimi ölüm qorxusu leninqradlı­
ların  dəmir  iradəsini  və  vətənpərvərlik  ruhunu  qıra  bilmədi.  Şəhər  davam 
gətirdi və bu gün inkişafda olan Sankt­Peterburq dünyanın mədəni paytaxtı sta-
tusunu təsdiq edir”.
Leyla  Əliyeva  bildirmişdir  ki,  Azərbaycan  Respublikasının  Xatirə  Kita-
bında  Leninqradın  faşistlərin  mühasirəsindən  azad  edilməsi  uğrunda  Nevski 
pyataçokda  və  Sinyavinsk  yüksəkliklərində  gedən  döyüşlərdə  həlak  olmuş 
850  azərbaycanlının  adı  yer  almışdır.  O  demişdir:  “Nevski  pyataçok”  döyüş 
meydanı  hərb  tarixinin  ən  rəşadətli  və  faciəli  səhifələrindən  biridir.  Döyüş 
meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi 
–  həlak  olanları  yeni  döyüşçülər  əvəz  edirdi.  Artıq  peterburqlu  heykəltəraş 
tərəfindən abidə hazırlanmışdır və gələn il Fondun nümayəndəliyinin hamiliyi 
altında,  Leninqrad  vilayəti  hökumətinin  dəstəyi  ilə  Sinyavinsk  yüksəkliklə-
rində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbə
di  yaşayacaqdır.  Sevindirici  haldır  ki,  bu  gün  mərasimdə  çoxlu  gənc  iştirak 
edir. Onların vətən uğrunda canlarından keçmiş ata və babalarının xatirəsini 
uca  tutmaları  çox  vacibdir.  Xalqlarımızın  birliyi  və  dostluğu  sayəsində  biz 
Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi 
ki,  biz  sülhə,  əmin­amanlığa  və  vətəndaşlarımızın  xoşbəxt  gələcəyinə  ancaq 
bir yerdə nail ola bilərik”.
Leyla  Əliyeva,  həmçinin  “Leninqrad  blokadasının  yarılması”  qoruq­mu­
ze yində  olmuşdur.  Qoruğun  işçiləri  muzeyin  mərkəzi  ekspozisiyasından  – 
Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943­cü il hadisələrini canlan-
dıran dioramdan danışmışlar.
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  başçısı  həlak  olmuş 
qəhrəmanların nurlu xatirəsinə qayğıkeş münasibət göstərdiklərinə görə muze-
yin əməkdaşlarına minnətdarlığını bildirmiş, Heydər Əliyev Fondunun dəstəyi 
ilə  nəşr  edilmiş,  Leninqrad  uğrunda  döyüşlərdə  canlarından  keçmiş  azərbay-
canlıların (850 nəfər) adbaad siyahısı olan “Leninqradın faşist blokadasından 
azad  edilməsi  uğrunda  qəhrəmancasına  həlak  olmuş  azərbaycanlılar”  kitabını 
muzeyə hədiyyə etmişdir.


156
25 fevral 2011­ci il tarixdə Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əli-
yev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Kon­
qresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşki-
latının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya 
kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdik-
ləri faciənin 19­cu ildönümünə həsr edilmiş konfrans keçirmişlər.
“Prezident­hotel”  mehmanxana  kompleksinin  “Bolşoy  Petrovski”  zalında 
keçirilmiş  konfransda  Xocalı  faciəsi  haqqında  həqiqətin,  bu  barədə  obyektiv 
informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliy-
yətə cəlb edilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində gö­
rülmüş işlər müzakirə edilmişdir.
 “Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi təkcə Xocalı faciəsi-
nin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır. 
Leyla Əliyeva qeyd etmişdir ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş, 
günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son 
qoymuş  soyqırımı  aktı  yaddaşımızda  Ermənistan­Azərbaycan,  Dağlıq  Qara-
bağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaq-
dır. Onun sözlərinə görə, bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya 
ədalət”  beynəlxalq  kampaniyasını  dəstəklədiklərini  bildirən  milyonlarla  insan 
bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət 
verilməsinə əsla biganə qala bilməz. Leyla Əliyeva demişdir ki, Xocalıda törə-
dilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması 
dəhşətli haqsızlıqdır.
Bizim  kampaniyanın  məqsədi  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsi,  qaçqınların  və  məcburi  köçkünlərin  düşdüyü  ağır  vəziyyət  haq­
qında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal 
altındadır,  erməni  cəlladlar  öz  tamahkar  məqsədlərinə  çatmaq  üçün  günahsız 
insanları  amansızcasına  qətlə  yetirmişlər.  Xocalı  faciəsinin  beynəlxalq  birlik 
tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq 
hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət 
bir daha təkrarlanmamalıdır.
Leyla Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu dalbadal neçənci ildir 
ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond 
konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD disk-
lər buraxır, filmlər çəkir. 2008­ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq 
kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İtti-
faqının üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi 
və  Şimali  Amerika  ölkələrində  konfranslar,  seminarlar,  piketlər  keçirilir.  Bu 
kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar. 
İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini 
insanlığa qarşı cinayət kimi tanımışlar. Bu gün dünyanın 20 ölkəsində aparıcı 


157
universitetlər arasında gənclərin fleşmobları keçirilir. Bununla bərabər, keçən il 
bizim kampaniyanın yeni mərhələsi – dövlət və hökumət başçılarına, ATƏT­in 
Minsk  qrupuna,  AŞPA­ya,  BMT  Baş  Katibliyinə,  dünya  parlamentlərinə  və 
beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qar
şı  cinayət  kimi  tanımaq  tələbi  irəli  sürülən  petisiya  və  müraciətlər  yayılması 
mərhələsi başlanmışdır.
Tədbir  iştirakçıları  www.justiceforkhojaly.org  saytında  yerləşdirilmiş  peti-
siya ilə tanış olmuş və elə oradaca həmin sənədi imzalamışlar.
Tədbirdə 600­dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RF­dəki 
səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİN­in, 
ziyalıların,  paytaxtın  elmi  və  yaradıcı  dairələrinin,  Azərbaycan  diasporunun, 
KİV­in  nümayəndələri,  habelə  Moskva  və  regionların  ali  məktəblərinin  tələ-
bələri iştirak etmişlər.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  gənclər  Heydər  Əliyev  Fondunun  və 
 RAGT­nin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasını Rusiyanın 27 regio-
nunda davam etdirmişlər.
Elə həmin gün Sankt­Peterburqun M.Qorki adına Mədəniyyət Evində Hey-
dər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsul­
luğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı-
nın 19­cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” elmi­praktiki konfrans 
keçirilmişdir.
Tədbirə 600­dən çox soydaşımız qatılmışdır. Konfransda Sankt­ Peterburq 
ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, nü­
fuzlu  iş  adamları,  tələbələrimiz  və  kütləvi  informasiya  vasitələrinin  nü ma­
yən dələri iştirak etmişlər.
Tanınmış yazıçı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazıl-
mış “Qarabağ gündəliyi” və Robert Arakelovun “Erməni ziyalısının etirafı” ki­
tablarının  təqdimatı  keçirilmişdir.  Xocalıda  törədilmiş  vəhşilikləri  əks  etdirən 
fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfin-
dən hazırlanmış “Qarabağ həqiqətləri” məlumat toplusu təqdim edilmişdir.
Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirilmiş-
dir. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva-
nın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumru-
siya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra region-
larında Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir.
Belə ki, 27 dekabr 2011­ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya nü­
mayəndəliyinin  əməkdaşları  və  RAGT­nin  üzvləri  Moskvanın  bir  neçə  uşaq 


158
evində, bərpa mərkəzində olmuşlar. Uşaqlar üçün Şaxta baba, Qar qız və digər 
nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil olunmuşdur.
Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli bərpa mərkəzlərində, 12 
nömrəli uşaq evində, Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski adına 
Elmi  Cərrahiyyə  Mərkəzində,  habelə  “Yujnoye  Butovo”  əlil  uşaqların  Sosial 
Reabilitasiyası Mərkəzində keçirilmişdir. 
Rusiyanın digər regionlarında – Sankt­Peterburqda, Yekaterinburqda, Vla-
dimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl 
vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.
Aksiyalarda  Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  əmək-
daşları ilə yanaşı, Leyla Əliyevanın bir il əvvəl yaratdığı Rusiya Azərbaycanlı 
Gənclər Təşkilatının üzvləri də fəal iştirak etmişlər.
2011­ci il may ayının 17­də Moskvada Azərbaycan Respublikasının müs tə­
qilliyini yenidən bərpa etməsinin 20­ci ildönümünə həsr olunan “Azərbaycan 
gecəsi”  adlı  təntənəli  mərasim  keçirilmişdir.  Heydər  Əliyev  Fondunun  təşəb-
büsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml 
Sarayında  keçirilən  mərasimdə  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun prezidenti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli 
Məclisin  deputatı  Mehriban  Əliyeva  və  Rusiyanın  birinci  xanımı  Svetlana 
Medvedeva iştirak etmişlər.
Burada Azərbaycanın və Rusiyanın birinci xanımları “Karl Faberje və daş 
oyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı sərgiyə baxdılar. Ekspozisiyada 
görkəmli rus zərgərı Karl Faberjenin şah əsərləri nümayiş etdirilir. Bütün dün-
yada  tanınan  zərgər  Karl  Faberje  1846­cı  ildə  Sankt­Peterburqda  zərgər  ailə-
sində dünyaya gəlmişdir. Faberje Zərgərlik Evi rus çar ailəsi üçün özünəməx-
sus  tərzdə  zinət  əşyalarının  istehsalı  sayəsində  məşhurlaşmışdır.  Bu  zərgərlik 
məmulatları virtuoz hazırlanma tərzi və ideyanın orijinallığı ilə seçilir.
Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni döv-
rdə  yaşayan  və  imperator  sarayı  üçün  zinət  əşyaları  hazırlayan  zərgərlərin, 
Ural  sənətkarlarının  işləri  ilə  də  tanış  oldular.  Ekspozisiyada  İmperator, 
Yekaterinburq,  Peterqof  və  Kolıvan  fabriklərində  istehsal  edilən  əsərlər  də 
nümayiş etdirilir.
Dövlət  Kreml  Sarayında  “Azərbaycan  gecəsi”  çərçivəsində  Heydər  Əli-
yev Fondunun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilin-
dəki versiyasının təqdimatı oldu. Oxuculara odlar yurdu Azərbaycan haqqında 
müfəssəl məlumat vermək məqsədilə ərsəyə gətirilən nəşrdə toplanan 1000­dən 
çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xü­
susiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müa-
sir  simasını  da  təcəssüm  etdirir.  Bu  kitab  oxucuda  ölkəmiz  haqqında  əyani 


159
təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə 
malikdir.  Kitabda  paytaxt  Bakı  ilə  bərabər,  bütün  bölgələr  barədə  şəkillər  və 
materiallar əksini  tapmışdır.  Ölkəmizin  qədim  tarixinin,  memarlığının,  mədə-
niyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq res-
publikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədə-
niyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.
Bu gecəyə Azərbaycan xalçalarının sərgisi də xüsusi ovqat gətirdi. Coğrafi 
mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə 
Azərbaycan  xalçaçılıq  məktəbinin  bütün  istiqamətlərinin  təmsil  olunduğu  bu 
sərgidə 80­dən çox xalça nümunələri nümayiş etdirilir. Sərgidə yer alan Qara-
bağ  xalçaçılıq  məktəbinin  nümunələri  Qarabağın  əzəli  Azərbaycan  torpağı 
olduğunu bir daha hamının diqqətinə çatdırır.
Azərbaycanda  xalçaçılıq  məktəbi  özünün  inkişaf  dövrünü  yaşayır.  Xalqı-
mızın  milli  sərvəti  olan  bu  sahənin  inkişafı  ilə  bağlı  ölkədə  həyata  keçirilən 
tədbirlər  ilk  növbədə  bu  qədim  el  sənətinin  yaşadılmasına  göstərilən  diqqət-
dən irəli gəlir. Hazırda özünün yeni inkişaf mərhələsinə daxil olan xalçalarımız 
Azərbaycan  mədəniyyətinin  ən  böyük  hamisi  olan  Heydər  Əliyev  Fondunun 
həyata keçirdiyi layihələrlə daha da zənginləşir.
Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi böyük maraqla 
qarşılandı. Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks 
olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb döyüntüsünü Moskva audito-
riyasına uğurla çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Təd-
birə gələnləri salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdi-
yinə  görə  Rusiya  Prezidentinin  xanımı  Svetlana  Medvedevaya  xüsusi  min-
nətdarlığını  bildirdi.  Azərbaycanın  birinci  xanımı  “Eurovision­2011”  mahnı 
yarışmasında ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camal cütlüyünə 
səs verənlərə təşəkkürünü çatdırdı. Vurğuladı ki, bu günlərdə Azərbaycanda 
hamı bu qələbə, gənclərimiz və ölkəmiz ilə fəxr edir. Heydər Əliyev Fondu-
nun prezidenti müsabiqədə səsvermə zamanı Azərbaycana ilk 12 balı verən 
Rusiyaya təşəkkürünü bildirdi. Azərbaycan dövlətçiliyinin qədim tarixindən 
danışan Mehriban Əliyeva ölkəmizin həmişə Şərqlə Qərbi, Şimalla Cənubu 
birləşdirdiyini  vurğuladı.  Bildirdi  ki,  Azərbaycanda  həmişə  bütün  xaqlar 
sülh şəraitində yaşamışlar.
Mehriban  xanım  Əliyeva Azərbaycanın  müsəlman  Şərqində  ilk  parlament 
respublikası olduğunu, burada ilk opera və baletin yarandığını bildirdi, qazanı-
lan uğurları qeyd etdi. Sovet dövründə neft sahəsinin inkişafı, faşizm üzərində 
qələbənin qazanılmasında Azərbaycanın rolu barədə danışan Mehriban Əliyeva 
bildirdi ki, biz ölkəmizin əldə etdiyi nailiyyətlərlə fəxr edirik.


160
Azərbaycanın  birinci  xanımı  Azərbaycan­Rusiya  əlaqələrinə  toxundu,  bu 
gün ölkəmizdə orta və ali təhsilin ana dili ilə yanaşı, rus dilində də tədris olun-
duğunu, Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Uni-
versitetinin filialının, Rus Dram Teatrının fəaliyyət göstərdiyini bildirdi.
Azərbaycanın birinci xanımı ötən il Bakıda Azərbaycan­Rusiya humanitar 
forumunun keçirildiyini, bu il Rusiya ilə birgə beynəlxalq humanitar forumun 
təşkil olunacağını diqqətə çatdırdı.
“Mədəni  müxtəliflik  qədim  mədəniyyət  və  tarixə  malik Azərbaycan  xalqı 
üçün ənənəvidir”, – deyən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkə-
mizin 20 il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını 
vurğuladı. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər haqqında danı-
şan Heydər Əliyev Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata 
keçirdiyini, dövlət siyasətinin sosialyönümlü olduğunu, 900 min yeni iş yeri-
nin yaradıldığını, yoxsulluğun səviyyəsinin azaldıldığını, ölkədə yeni təhsil və 
səhiyyə ocaqlarının inşa edildiyini, parkların, teatrların yaradıldığını və yeni-
dən qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, yalnız bu il Bakıda beşulduzlu 
altı otelin açılması planlaşdırılır.
Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən 
Azərbaycanın  birinci  xanımı  vurğuladı  ki,  ölkəmiz  bu  məsələnin  beynəlxalq 
hüquq normaları çərçivəsində həll olunacağına və ərazi bütövlüyümüzün bərpa 
ediləcəyinə ümid edir. “Bu gün bizim vizit kartımız – zəngin mədəni irsimiz-
dir”, – deyən Mehriban Əliyeva hamını Azərbaycana dəvət etdi. “Sizi görmək 
biz azərbaycanlılara həmişə xoş olacaq”, – deyən Azərbaycanın birinci xanımı 
Rusiya xalqına sülh, əmin­amanlıq və firavanlıq arzuladı.
Beləliklə, bu gün Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplo-
matiyanın rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri, 
politologiya  dilində  desək,  soft­power  mexanizmləri  artıq  dövlətlərin  siyasi 
səylərinin  sadəcə  əlavəsi  deyil,  məmləkətimizi  vətəndaş  cəmiyyəti  səviyyə-
sində birləşdirən müstəqil prosesə çevirmişdir.
Bu işdə Azərbaycanın birinci xanımı, UNESCO­nun və İSESCO­nun xoş-
məramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu fəal 
iştirak  edir.  Fondun  Rusiyada  həyata  keçirdiyi  təşəbbüslərin  əlaqələndiricisi 
prezident ailəsinin böyük qızı Leyla Əliyeva olmuşdur.
RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Bu birlik ölkənin Mos-
kva və Sankt­Peterburqdan tutmuş Primorsk diyarınadək müxtəlif ali məktəb-
lərdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət klubları bir araya gətirmişdir. 
RAGT­nin Rusiyada 60­dan çox regional şöbəsi vardır. Onun fəaliyyətinin pri-
oritet istiqaməti gənc azərbaycanlıların yaşadıqları, təhsil aldıqları və çalışdıq-
ları çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiyasına kömək etməkdir. Qonşu 
xalqların adət­ənənələrinə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gənc-


161
ləri Rusiya mühitinə asanlıqla alışırlar. RAGT Azərbaycan gənclərini birləşdi-
rir, cəmiyyətdə layiqli yer tutmalarına, Azərbaycanın hüdudlarından kənarda da 
vətənə faydalı olmalarına kömək edir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə, 
xüsusən, uşaqlara və xəstələrə yardım göstərir. RAGT görüşlərin təşkilini, ide-
yaların əlaqələndirilməsini və əməli sahibkarlığı dəstəkləyir, həm Rusiyada, həm 
də Azərbaycanda gənc azərbaycanlıların məşğulluq səviyyəsinin daha yüksək 
olmasına çalışır. RAGT­nin vəzifəsi gənclərdə həyata nikbin münasibət və doğ
ru seçim etmək bacarığı formalaşdırmaqdır.
Azərbaycanın  Rusiyada  imicinin  formalaşmasında  və  inkişaf  etdirilmə-
sində informasiyanın və praktiki tərkib hissənin güclənməsi Rusiyanın Azər-
baycanlı  Gənclər  Təşkilatının  sədri  Leyla  Əliyevanın  fəaliyyətinin  sanballı 
nəticəsi ol muşdur. Mübaliğəsiz deyə bilərik ki, Leyla Əliyeva öz vətəninin soft­ 
powerinin  həyata  keçirilməsi  üçün  bir  növ  nadir,  postsovet  məkanında  ana-
loqu olmayan mexanizm yaratmışdır. Məhz onun təşəbbüsü ilə təsis edilmiş 
“Baku” jurnalı istedadlı qələm sahiblərinin yazdığı dolğun, maraqlı mətnlərin 
və yüksək keyfiyyətli fotoşəkillərin dili ilə həm Azərbaycanın ənənəvi mədə-
niyyəti  haqqında,  həm  də  ölkə  həyatının  müasir  meyilləri  və  xüsusiyyətləri 
barədə  söhbət  açır.  Jurnalda  həm  də  tanınmış  rusiyalı  müəlliflərin  oçerkləri 
dərc edilir. Bu materiallarda azərbaycanlıların dünyagörüşü, Bakı şəhər mədə-
niyyətinin koloriti heyrətamiz dərəcədə dəqiq və eyni zamanda obrazlı şəkildə 
təsvir edilir. Bununla da oxucu Azərbaycan dünyasının rəngarəng reallıqlarına 
dərindən bələd olmaq imkanı əldə edir.
Lakin Leyla Əliyevanın ən mühüm layihəsi Rusiyanın Azərbaycanlı Gənc-
lər Təşkilatı (RAGT) adlanan ictimai qurumdur. RAGT Azərbaycan diasporu­
nun  mədəni  həyatının  inkişafında  keyfiyyətcə  yeni  mərhələ,  gənclərə  doğru 
atılan  cəsarətli  addım  olmuşdur.  Bu  layihədə  təkcə  diasporun  həyatı  deyil, 
Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir.
Nəhayət, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məxsusi fəa-
liyyəti barədə. Əgər Azərbaycanın beynəlxalq ictimai­siyasi tədbirlərinin bütün 
spektrinə  və  ya  Azərbaycan  mədəniyyətində  baş  vermiş  mühüm  hadisələrlə 
əlaqədar təşkil edilmiş ayrı­ayrı tədbirlərə nəzər salsaq, heç şübhəsiz, Rusiya 
ictimai məkanında Azərbaycanın sosial və mədəni təşəbbüslərinin əsas əla qə­
ləndiricisi rolunda məhz Heydər Əliyev Fondu çıxış edir.
Azərbaycanın  “mülayim  qüvvə”  siyasəti  hansı  istiqamətlərdən  ibarətdir? 
Ölkənin  hüdudlarından  kənarda Azərbaycanın  mədəni  təsirini  dəstəkləməyə 
qabil olan üç sahə məlumdur. Bunlardan birincisi çoxsaylı Azərbaycan dias­
porunun  özüdür.  Burada  bir  neçə  mədəniyyət  və  informasiya  istiqamətini 
fərqləndirmək lazımdır. Əvvələn, öz mədəni irsinə biganə qalmayan hər hansı 
ölkə kimi Azərbaycan da diasporun özündə ana dilinin öyrənilmə sinə kömək 


162
etməyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə çalışır. Doğma vətənlə əlaqə sax-
lamaq hər bir milli diaspora münasibətdə istənilən dövlət üçün ənənəvi və zi­
fədir. Lakin rusiyalı azərbaycanlılara münasibətdə Bakı hər şeydən əlavə, on­
ların Rusiya cəmiyyətinə daha keyfiyyətli inteqrasiyası üçün şərait yaratmağa 
çalışır  və  beləliklə,  miqrantları  qəbul  edən  dövlətin  funksiya larının  bir  qis-
mini öz üzərinə götürür.
Rusiya azərbaycanlıları müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü, təhsil stan-
dartları müxtəlif olan, sosial proseslərə müxtəlif dərəcədə cəlb edilmiş insan-
lardır. Azərbaycanın müxtəlif regionlarından olan bu insanlar Rusiyanın müxtə-
lif regionlarında məskunlaşmışlar. Bütün bunları nəzərə almaq zəruridir. Digər 
tərəfdən, ruslarda və Rusiyanın digər vətəndaşlarında Azərbaycanın həyatı və 
mədəniyyəti  barədə  daha  keyfiyyətli  informasiya  formalaşdırmaq  məqsədilə 
əzmlə iş aparmaq lazımdır.
Son illərdə məhz bu missiya Heydər Əliyev Fondu – RAGT tandeminin əsas 
məqsədinə çevrilmişdir. Rəmzi bayram tarixlərinin məzmununu Rusiya cəmiy-
yətinin fəal hissəsinə çatdırmaq və ölkənin müasir tarixindəki faciəli hadisələri 
tarixi mövqedən savadlı şərh etmək onların işinin prioritet istiqamətinə çevril-
mişdir. Oxucuların yaşlı nəslinin yadındadır: burada söhbət mahiyyət etibarilə 
xarici ölkələrlə dostluq cəmiyyətlərində sovet dönəmində aparılan işdən gedir.
Azərbaycanın xarici aləmə mədəni inteqrasiyasının ikinci, birincidən heç də 
az əhəmiyyətli olmayan amili daim Rusiyanın informasiya məkanında olmaq-
dır. Bu halda söhbət təkcə Azərbaycan haqqında rəngarəng materiallar çap edən 
“Baku”  jurnalı,  yaxud  “GEO”  və  “Vokruq  sveta”  kimi  nəşrlərdə  dərc  edilən 
məqalələrdən  getmir.  Rusiya  mətbuatının  səhifələrində  davamlı  və  müsbət 
informasiya  mövqeyinə  malik  olmaq  artıq  qazanılmış  nəticədir.  Heydər  Əli-
yev Fondu indi daha da irəli gedir. Qarşıya Azərbaycanın kütləvi mədəniyyə-
tini və şou­biznes subyektlərini Rusiya mədəni məkanına daha çox cəlb etmək 
vəzifəsi qoyulmuşdur.
Burada müxtəlif iş formalarından istifadə edilə bilər: Azərbaycan ərazisində 
müxtəlif simfonik, caz və folklor festivallarının keçirilməsi, ayrı­ayrı musiqiçi­
lərin  və  kollektivlərin  Rusiyaya  səfərləri  –  bütün  bu  tədbirlər  nəticəsində  iki 
ölkənin  mədəni  birlikləri  bir­biri  ilə  nəinki  tanış  olur,  qarşılıqlı  zənginləşir, 
həm  də Azərbaycan  incəsənətinin  pərəstişkarlarının,  onun  həqiqi  sərraflarının 
davamlı birliyi formalaşır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan musiqi sənəti (musiqinin 
bütün  istiqamətləri  –  cazdan  və  klassik  simfoniyadan  başlamış,  müasir  rəqs 
ritmlərinə qədər) artıq çoxdan öz auditoriyasını qazanmışdır. Rusiya cəmiyyə-
tində bu sənət hələ sovet dövründən yüksək qiymətləndirilir. Eyni sözlər Azər-
baycanın müasir təsviri incəsənətinə, kino sənayesinə, ədəbiyyatına da aiddir.


163
Üçüncü sahə Rusiya­Azərbaycan ziyalı forumlarını, tanınmış liderlərin gö­
rüşlərini,  görkəmli  ictimai  xadimlərin  iştirak  etdiyi  sair  tədbirləri  əhatə  edir. 
Azərbaycanın  tanınmış  yazıçıları,  rəssamları,  rejissorları,  aktyorları,  musiqi-
çiləri, idmançıları Azərbaycanın ictimai diplomatiyasına getdikcə daha fəal cəlb 
edilir. Fond bu cür tədbirlərin əsas təşkilatçısıdır.
Deyə  bilərik  ki,  RAGT­ni  formalaşdıran  dəstək  və  birlik  hissi  Rusiya-
dakı  azərbaycanlı  gənclərə  fəal  həyat  mövqeyi  aşılayan  kifayət  qədər  güclü 
sosial ­psixoloji  stimulyatordur.  Fəal  vətəndaş  mövqeyi  peşəkarlığın,  özünü 
təmin  etmək  qabiliyyətinin  və  ölkə  qarşısında,  cəmiyyət  qarşısında  mənəvi 
məsuliy yətin  təməlidir.  Bunu  sübut  etmək  üçün  hər  hansı  xüsusi  dəlillər 
axtarmağa ehtiyac yoxdur.
2010­cu  ilin  may  ayında  Moskvada  Rusiyanın  bütün  bölgələrində  altmış 
yerli regional bölməni birləşdirən bu güclü təşkilatın ikinci konfransı keçiril-
mişdir.  Forum  Rusiyadakı  azərbaycanlı  gənclərin  yüksək  dərəcədə  hazırlıqlı 
və  mütəşəkkil  olmasını  göstərdi.  Forumun  seksiyalarında  nümayiş  etdirilmiş 
qeyri­ standart qərarlar qəbul etmək bacarığı, öz fikrini sərbəst ifadə etmək, ste-
reotiplərdən asılı olmamaq kimi keyfiyyətlər ümid etməyə əsas verir ki, Rusiya 
ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilmə-
sinə ləyaqətlə xidmət edəcək, kreativ təfəkkürlü gələcək liderlərin keyfiyyətcə 
yeni nəsli formalaşmaqdadır.
RAGT­nin lideri Leyla Əliyevanın çıxışının əsas tezisləri mənəviyyatlılıq, 
vətənpərvərlik, nikbinlik və birlik kimi yeni sosial­siyasi dəyərlərin formalaş­
ması  problemləri  ilə  bağlıdır.  Bunların  hamısı  Rusiya  cəmiyyətinin  bütün 
subyektləri  üçün  həyati  əhəmiyyətli  oriyentirlərdir.  Məhz  onlar  müasir  dün-
yada  fərdin  ahəngdar  inkişafının  rəhni  və  Rusiyada Azərbaycan  diasporunun 
səmərəli fəaliyyətinin qarantıdır. 
RAGT­nin  hər  bir  üzvü  ölkənin  intellektual  kapitalı,  Rusiyada  öz  vətən-
daş  potensialını  reallaşdırmağa  qabil  olan  güclü  diaspordur.  Məhz  bu  səbəb-
dən RAGT­nin fəaliyyəti və gələcək inkişafı çox böyük əhəmiyyət kəsb edir. 
RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm də humanitar diplo-
matiyanın davamıdır.
Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbi Heydər Əliyev Fondunun 
dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmuşdur. Bu, Rusiyanın sosial məkanında 
Azərbaycanın humanitar təsirinin genişlənməsinin daha bir təzahürü olmuşdur. 
Maraqlıdır  ki, Azərbaycanın  bu  cür  təşəbbüsləri  Moskvadan  kənarda  da  çox 
sürətlə inkişaf etməkdə, bütün Rusiyada dərinləşməkdə və genişlənməkdədir.
Məsələn, 2010­cu ildə RAGT­nin regional bölməsi tərəfindən Udmurtiya-
nın İjevsk şəhərindəki 66 nömrəli ümumtəhsil məktəbi bazasında Azərbaycan 


164
bazar  günü  məktəbi  açılmışdır.  Bu  məktəbdə Azərbaycan  dili  və Azərbaycan 
tarixi fənləri tədris edilir.
Bütün  bunlar  azərbaycanlıların  və  rusiyalıların  qarşılıqlı  sosiomədəni  fəa-
liyyətinə yeni təkan verir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi 
çərçivəsində  Ulyanovskda  Rusiyanın  adi  bir  məktəbinin  yenidən  qurulması 
əyani  şəkildə  göstərir  ki,  ölkələrimizin  qarşılıqlı  humanitar  fəaliyyəti  keyfiy-
yətcə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Bu  həm  də  Heydər  Əliyev  Fondu-
nun və RAGT­nin Rusiya məkanında kompleks, səmərəli və birgə fəaliyyətinin 
göstəricisidir. Məlum olduğu kimi, bu iki qurumu birləşdirən onların ideologi-
yasının oxşar olmasıdır: Fond Azərbaycanın sosial və mədəni təşəbbüslərinin 
təbliğ edilməsi üçün maliyyə və insan resurslarını akkumulyasiya edir, RAGT 
isə gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Bu qurumların təşkilatçı-
larının başının ucalığıdır ki, onlar sosial işin çox dəqiq və olduqca uğurlu vek-
torunu  –  azərbaycanlı  gəncləri  Rusiyanın  vətəndaş  cəmiyyətinin  fəal  üzvləri 
rolunda çıxış etməyə həvəsləndirməyi və istiqamətləndirməyi seçmişlər. Əgər 
əvvəl onların keçirdiyi tədbirlər diasporun obrazını dəyişməyə yönəlmişdi və 
kifayət qədər məhdud dairənin marağını cəlb edirdisə, indi buraya Rusiyanın 
sosial həyatında fəal iştirak etmək iddiasında olan daha bir tərkib hissə əlavə 
olunmuşdur.  Ulyanovskdakı  məktəbin  açılışından  sonra  (xatırladaq  ki,  bu  la­
yihənin ümumi dəyəri 25 milyon rubl olmuşdur) onu da qeyd etmək lazımdır 
ki, Heydər Əliyev Fondu və RAGT daha sadəcə olaraq, Rusiyanın “xeyirxah 
qonaqları” deyildir, onlar ümumi evin inşa edilməsində, rusiyalıların həyat key-
fiyyətinin artırılmasında və bir­birinin yeni müsbət obrazının formalaşmasında 
tərəfdaş qurumlara çevrilir.
Bu aksiyanın digər nəticəsi Rusiyadakı gənc azərbaycanlıların özlərinə is ti­
qamətlənmişdir.  Heydər  Əliyev  Fondunun  proqramları  çərçivəsində  iş  prose-
sində  başqa  millətlərin  nümayəndələrində  rusiyalılarla  çiyin­çiyinə  çalışmaq, 
onların  ümumi  ölkəsinin  sosial  məkanında  mütərəqqi  dəyişikliklər  istiqamə-
tində birgə səy göstərmək bacarığı tərbiyə olunur. Qeyd edək ki, yuxarıda adı
nı  çəkdiyimiz  Ulyanovsk  məktəbi  “Azərbaycan  məktəbi”,  yəni  etnik­mədəni 
komponentli  təlim  proqramını  həyata  keçirən  ümumtəhsil  məktəbi  deyildir. 
Ulyanovskdakı  adi  ümumtəhsil  məktəbində  şagirdlərə Azərbaycanın  tarixi  və 
mədəniyyəti  ilə  əyani  şəkildə  tanış  olmaq  imkanı  verən  zallar  yaradılmışdır. 
Təbii ki, bu, Azərbaycanı daha yaxşı tanımağa kömək edəcək, həmin biliklər 
isə, öz növbəsində, gələcəkdə ölkələrimiz arasında mehriban qonşuluq atmos-
ferinin qorunub saxlanmasının rəhni olacaqdır.
Məktəbdə yaradılmış 3 kompüter sinfinə Azərbaycanda “Gələcək üçün təh-
sil 1:1” layihəsi çərçivəsində (bu layihə də Heydər Əliyev Fondunun himayəsi 
ilə  həyata  keçirilmişdir)  istehsal  edilən,  İnternet  şəbəkəsinə  naqilsiz  qoşulmaq 


165
üçün qurğularla, zərbəyə davamlı örtüklə və lisenziyalı proqram təminatı ilə təc-
hiz edilmiş 20 ədəd NEXUS noutbuku verilmişdir. Bunların sayəsində rusiyalı 
yeniyetmələr  hələ  ibtidai  məktəbdə  oxuyarkən Azərbaycan  haqqında,  Cənubi 
Qafqazda yerləşən bu dövlətin sənaye, o cümlədən texnoloji cəhətdən də inki-
şaf etmiş, Rusiyaya dost ölkə kimi təsəvvürə malik olacaqlar. 
Gənclərlə  iş,  hətta  bu  iş  ayrı­ayrı  tədbirlərdən  başlandıqda  belə,  öz  mən-
tiqinə  görə  gec­tez  inkişaf  edərək  konstruktiv  vətəndaş  fəallığına  çevriləcək, 
səmimi volonterlik və könüllülük nümunələri göstərəcəkdir. Yalnız bu əsasda 
həmin iş uğurlu ola bilər. RAGT də məhz özünün güclü təşkilati resurslarından 
istifadə etməklə gənclərə bu cür təkan vermək, onlardan əsl vətəndaşlar yetiş-
dirmək, müsbət həyat mövqeyi, real işlər görmək üçün əsl vətəndaş istəyi for-
malaşdırmaq, onları dünyanı yaxşılığa doğru dəyişməyi bacaracaqlarına inan-
dırmaq əzmindədir. Buna görə də təsadüfi deyildir ki, Rusiyanın digər gənclər 
təşkilatları, məsələn, “Rossiya Molodaya” təşkilatı RAGT­nin uğurlarına diqqət 
yetirir (bu iki təşkilat arasında tərəfdaşlıq sazişləri imzalanmışdır).
Gənclik problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatlar göstərir ki, Rusiya 
gəncləri haqqında hələlik tam təsəvvür formalaşmamışdır. Eyni qayda ilə gənc-
lərdə də gələcək həyat yolu barədə təsəvvür çətinliklə formalaşır. “Zəmanəmi-
zin qəhrəmanı, nümunə götürməyə layiq olan kumir necə insandır?”, “gəncləri 
hərəkətə gətirən oriyentirlər hansılardır, merkantil praqmatik maraqlar gəncliyə 
xas  olan  romantik  idealları  tam  üstələmişdirmi?”,  –  bu  kimi  mühüm  suallara 
hələlik dəqiq cavab yoxdur. Nəhayət, ən mühüm sual – çoxmillətli ölkəmizdə 
gənclərin  nəzərində  yeni  rusiyalının  dolğun  obrazı  mövcuddurmu,  yoxsa  bu 
obraz ayrı­ayrı etnik seqmentlərə parçalanır? Həmin suallara necə cavab veril-
məsindən və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı etnik mənşəyindən asılı 
olmayaraq,  Rusiya  vətəndaşının  inkişaf  “sexinə”,  tolerant  və  fəal  vətəndaşın 
formalaşdığı məkana çevrilə bilər.
Real  işlər,  həyata  keçirilmiş  ideyalar,  nail  olunmuş  məqsədlər  əminliklə 
de məyə  imkan  verir  ki,  RAGT  özünü  təsdiq  etmiş  birlikdir.  Hazırda  RAGT 
Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır. Üzvlərimizin sayı bir ilə bir 
neçə dəfə artmışdır. Təşkilatın artıq 60­dan çox bölməsi vardır. Regional təş-
kilatlar  fəallıqlarına  görə  heç  də  mərkəzdən  geri  qalmırlar.  Bir  il  ərzində  biz 
təkcə  Moskvada  və  Bakıda  deyil,  həm  də  Sankt­Peterburqda, Tverdə,  İvano-
voda, Smolenskdə, Murmanskda və Yekaterinburqda xeyli tədbirlər, görüşlər, 
aksiyalar keçirmişik.
Təşkilatın  fəaliyyətimizin  prioritet  istiqamətləri  mədəniyyətlərarası  dialo­
qun  qurulması, Azərbaycanın  zəngin  mədəni  və  tarixi  irsinin  təbliği,  müasir 
Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, habelə elm və təhsil 
sahələridir. Bir də əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan Azər-
baycan vətəndaşları, tələbələri və gənclərinə qayğı göstərilməsidir.


166
Təşkilatın  fəaliyyətinin  mühüm  tərkib  hissələrindən  biri  Heydər  Əliyev 
Fondu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi­
dir.  Bu  kampaniya  çərçivəsində  dünyanın  müxtəlif  ölkələrində  70­dən  çox 
aksiya  keçirilmişdir.  Kampaniyanın  məqsədi  1992­ci  ilin  fevral  hadisələri 
barədə  dünyanın  bütün  qitələrinə  məlumat  çatdırmaqdır.  Xocalı  bizim  dər-
dimizdir  və  dünya  birliyinə  bu  faciə,  ümumilikdə  Ermənistan­Azərbaycan 
münaqişəsi  ba rədə  məlumat  verilməsi  çox  vacibdir.  Bu  münaqişə  ədalətli 
həll  olunanadək, Azərbaycanın  ərazi  bütövlüyü  bərpa  edilənədək  təşkilat  bu 
istiqamətdə fəaliyyət göstərəcəkdir.
RAGT mədəniyyəti bütün dialoqların universal açarı hesab edir. Moskvada 
və  Rusiyanın  digər  şəhərlərində Azərbaycan  mədəniyyəti  günləri  və  həftələri 
keçirmiş, musiqi gecələri, fotosərgilər, filmlərin nümayişi təşkil olunmuş, zən-
gin Azərbaycan mədəniyyətini layiqincə təmsil etməkdədir. 
RAGT humanitar və sosial sahələrdə də xeyli iş görmüş, köməyə ehtiyacı 
olanlara  konkret  yardımlar  etmiş,  məsələn,  uşaq  evlərində,  xəstəxanalarda 
uşaqlara böyük qayğı göstərmişdir. Xəstə uşaqlar üçün “Qanın milləti yoxdur” 
devizi  altında  dərin  rəmzi  məna  daşıyan  qanvermə  aksiyasını  xüsusi  qeyd 
etmək olar. Bu, göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyat dəyərləri 
eynidir. RAGT­nin təşəbbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri 
barədə  reklam­maarifləndirmə  kampaniyası  keçirilmişdir.  “Əmin  ol  ki,  sağ-
lamsan” və “Xəstəliyə “yox” de” proqramları çərçivəsində Azərbaycandan və 
Moskvadan yüzlərlə adam pulsuz müayinə olunmuşdur. 
RAGT idmanda da parlaq nəticələr əldə etmişdir. 2009­cu ildən Moskvada 
Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə 
mini­futbol çempionatı keçirilir. Regionlar bu ideyanı dəstəkləmişlər və bu il 
çempionatda artıq 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana olan 
böyük marağından xəbər verir. 
RAGT­nin  rəsmi  saytı  yenilənmişdir  və  gənclərimiz  ünsiyyət  bağlaya, 
maraqlı  informasiyaları  müzakirə,  müsabiqələrdə  iştirak  etmək  imkanına 
malik olmuşlar. 
“Baku” jurnalı qədim olduğu qədər də çox gənc bir şəhərin bütün gözəlli­
yini  əks  etdirir.  Bu  gün  Bakı  müasirliklə  ayaqlaşan  zəngin  mədəni  dəyər-
lər,  milli  ənənələr  şəhəridir.  Bu  jurnal  Rusiyada  Azərbaycan  mədəniyyətin-
dən, adət­ənənələrindən söz açan yeganə illüstrasiyalı nəşrdir. Oxucular onun 
köməyi ilə Azərbaycanı kəşf edir, onun zəngin mədəniyyəti və tarixinə bələd 
olurlar.  Jurnal  Odlar  Yurdunun  Yer  kürəsinin  müxtəlif  guşələrində  yaşayıb­ 
yaradan ən layiqli nümayəndələri ilə rusiyalıları tanış edir. “Baku” jurnalı orta 
əsr  şəhərinin  qədim  küçələrinə  və  inkişafda  olan  dövlətin  müasir  paytaxtı nın 
gur  işıqlandırılmış  geniş  prospektlərinə  səyahətə  dəvət  edir.  “Baku”nun  sə hi­


167
fələrində Abşeron çimərlikləri, Lənkəran və Naxçıvanın ecazkar təbiəti, Qafqaz 
dağları əks olunmuşdur. Jurnalın səhifələrində Üzeyir Hacıbəylinin və Niyazi­
nin  musiqisinə,  Müslüm  Maqomayevin  və  Rəşid  Behbudovun  nəğmələrinə, 
Banişevskinin və Tofiq Bəhramovun futboluna rast gəlirsən. “Baku”nun redak-
siyası məzmunlu aksiya və təqdimatlar təşkil edir, sevimli şəhər barədə canlı 
boyalarla maraqlı söhbət açmağa, rusiyalı oxucularda Bakının və Azərbaycanın 
unudulmaz obrazını yaratmağa çalışır.
Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  2012­ci  il  iyunun  5­də  Sankt­ 
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. Açı-
lış mərasimində Heydər Əliyev Fondunun vitse­prezidenti Leyla Əliyeva işti-
rak etmişdir. 
Leyla  Əliyeva  mərasimi  açaraq  bildirmişdir  ki,  Nizami  Gəncəvi  adına 
bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt­Peter-
burq Administrasiyasının daha bir layihəsidir. O demişdir: “2002­ci il iyunun 
9­da  XII  əsrin  dahi  Azərbaycan  şairi  və  mütəfəkkirinin  Sankt­Peterburqda 
abidəsinin  açılışında  prezidentlər  Heydər  Əliyev  və  Vladimir  Putin  iştirak 
etmişdilər.  Bakıda  hazırlanmış  abidə Azərbaycan  xalqının  Sankt­Peterburqa 
hədiyyəsi olmuşdur. 
Nizaminin  obrazını Azərbaycan  heykəltəraşı,  V.Muxina  adına  Leninqrad 
Ali Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin 
anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayən-
dəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlə-
rindən  fraqmentlər  təsvir  edilmiş  pannolar  qurulmuş,  şairin  abidəsi  bərpa 
olunmuşdur. Sankt­Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami 
Gəncəvinin adı verilmişdir. 
Qeyd etməliyik ki, Sankt­Peterburq ziyalıları Böyük Vətən müharibəsinin 
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə 
bu  qayğıkeş  münasibəti  Azərbaycan  xalqı  heç  vaxt  unutmayacaqdır.  Heydər 
Əliyev  Fondunun  təşəbbüsü  ilə  Sankt­Peterburq  şəhərində  dahi  Azərbaycan 
şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və salınmış 
bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mədəniy-
yətini təcəssüm etdirir. 


168


169


170


171


172


173

Yüklə 33,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin