HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 33,31 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix02.01.2022
ölçüsü33,31 Mb.
#2598
1   ...   18   19   20   21   22   23   24   25   ...   57
HEYDƏR ƏLİYEV 
FONDUNUN NÜMAYƏNDƏLİKLƏRİ
Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın 
beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız 
haqqında  obyektiv  ictimai  rəyin  formalaşmasına  kömək  etməkdir.  Bu  sahədə 
optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliy-
yətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost döv-
lətlərdə  nümayəndəliklər  yaratmağı,  eləcə  də  bu  ölkələrdə  fəaliyyət  göstərən 
analoji  qeyri­hökumət  qurumları  ilə  əməkdaşlıq  əlaqələri  qurmağı  məqsəd-
yönlü sayır. Artıq Fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və 
ABŞ­da nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nü ma­
yəndəliklərinin məqsədləri aşağıdakılardan ibarətdir:
– Azərbaycan  Respublikasının  beynəlxalq  nüfuzunun  artırılması  ilə  bağlı 
tədbirlərin həyata keçirilməsinə yardım göstərmək
– Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; 
– Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo­
runması ilə bağlı aparılan işlərə kömək etmək
–  Xarici  ölkələrin  fondları,  QHT­ləri,  ictimai  təşkilatları  ilə  əməkdaşlığı 
genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək
– Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və 
layihələr hazırlayıb həyata keçirmək
– Xarici ölkələrin tanınmış elmi­tədqiqat mərkəzləri ilə alimlərin mübadilə-
sini təşkil etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək; 
– Xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək ; 
– Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qay-
ğıya ehtiyacı olan insanlara kömək göstərmək
– Xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək
–  Uşaqların,  yaradıcı  gənclərin,  incəsənət  xadimlərinin  sərgilərini  təşkil 
etmək.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi 2007­ci 
ilin may ayından açılmışdır. Nümayəndəliyin rəhbəri Leyla Əliyevadır. 
Nümayəndəlik  Fondun  Azərbaycanda  gerçəkləşdirdiyi  təhsil,  səhiyyə, 
mə dəniyyət,  idman,  sosial  sahədə  anoloji  layihələri  Rusiya  Federasiyasında 
həyata keçirir. “Təhsilin dəstəklənməsi” layihəsi çərçivəsində Heydər Əliyev 
Fo ndunun RF­dəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva mütəmadi 


108
olaraq  məktəblərə,  uşaq  evlərinə  səfərlər  edir.  Heydər  Əliyev  Fondunun 
 RF ­dəki nümayəndəliyi xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif 
xeyriyyəçilik aksiyaları həyata keçirir.
Heydər  Əliyev  Fondu  Rusiyadakı  Azərbaycan  diasporu  ilə  əlaqələrin 
genişləndirilməsinə,  Rusiyadakı  azərbaycanlı  gənclərin  sıx  birləşməsinə  və 
onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusi­
yanın  ictimai­siyasi  həyatında  rolunun  və  nüfuzunun  artmasına, Azər baycan 
mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Azər bay canın bugünkü 
reallıqlarının  Rusiya  ictimaiyyətinə  çatdırılmasına,  Azərbaycan  və  Rusiya 
xalqları arasında dostluğun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.
Heydər Əliyev Fondunun RF­dəki nümayəndəliyi Azərbaycan mədəniy­
yətinin,  incəsənətinin,  ədəbiyyatının  təbliği  istiqamətində  də  çox  mühüm 
işlər görür. 
Leyla Əliyeva Moskvada nəşr olunan “Bakı” jurnalının baş redaktorudur. 
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007­ci il sentyabr 
ayının 24­də açılmışdır. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir. 
Nümayəndəlik Rumıniyadakı uşaq və ahıllar evlərinə mütəmadi yardımlar 
göstərir,  valideyn  qayğısından  məhrum  uşaqların  cəmiyyətə  reinteqrasiyasına 
kömək məqsədi ilə müxtəlif layihələr həyata keçirir. 
Nümayəndəlik təbii fəlakətdən əziyyət çəkən insanlara da lazımi yardımlar 
edir. 31 iyul 2008­ci il tarixində Fondun Rumıniyadakı təmsilçiliyi təbii fəlakət 
nəticəsində  Suçeava  bölgəsində  təbii  fəlakətdən  zərər  çəkmiş  əhaliyə  zəruri 
yardım ləvazimatı, ərzaq və tibb preparatları ilə kömək etmişdir.
Heydər  Əliyev  Fondunun  Rumıniyadakı  nümayəndəliyi Azərbaycan  həqi­
qətlərinin Rumıniya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif mərasimlər 
keçirir.  2008­ci  ilin  26  fevral  tarixində  Xocalı  faciəsinin  16­cı  ildönümü  ilə 
bağlı Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyində anma mərasimi 
keçirilmişdir.  Mərasimdə  Xocalı  faciəsinin  dəhşətlərini  əks  etdirən  sənədli 
film və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Heydər Əliyev 
Fondunun  dəstəyi  ilə  hazırladığı  Azərbaycanın  işğal  olunmuş  əraziləri  və 
Ermənistandakı  mədəniyyət  sərvətlərimizə  həsr  olunmuş  “Azərbaycana  qar
şı müharibə: hədəf mədəniyyət mirasları” adlı film nümayiş etdirilmiş, təd bir 
iştirakçıları  Heydər  Əliyev  Fondu  tərəfindən  təqdim  olunan  və  Xocalı  faci­
əsinin dəhşətlərini əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı sərgi ilə tanış 
olmuşlar. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış 
“Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı soyqırımı (sənədlər, faktlarda 
və  xarici  mətbuatda)”  adlı  kitabçalar,  səfirliyin  təşəbbüsü  ilə  rumın  dilində 
çapdan  çıxmış  “Xocalı  faciəsi”  və Avstriyalı  yazıçı  Erik  Feyqelin  “Erməni 


109
Mifo maniyası”  adlı  kitablar,  Xocalı  soyqırımı  ilə  əlaqədar  Səfirliyin  press­
relizi təq dim olunmuşdur.
Heydər Əliyev Fondunun ABŞ­dakı nümayəndəliyi 2008­ci ilin avqust ayında 
açılmışdır. Nümayəndəliyin rəhbəri Paşayeva Seyidzadə Cəmilədir. 
Nümayəndəlik Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması 
ilə  bağlı  tədbirlərin  həyata  keçirilməsinə,  Azərbaycan  həqiqətlərinin  dünya 
ictimaiyyətinə  çatdırılmasına  yardım  göstərir,  Azərbaycan  mədəniyyətinin 
geniş təbliği ilə bağlı aparılan işlərə kömək edir, xüsusi qayğıya ehtiyacı olan 
insanlara  kömək  göstərir,  digər  fondlar,  QHT­lər,  ictimai  təşkilatlarla,  təhsil 
müəssisələri ilə əməkdaşlıq edir.
Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi 2008­ci ilin sentyabrında 
açılmışdır. Nümayəndəliyin rəhbəri Cəfərov Samirdir. 
Nümayəndəlik  Türkiyədə  Azərbaycan  həqiqətlərinin  ictimaiyyətə  çat dı­
rılması,  Azərbaycan  mədəniyyətinin  geniş  təbliği,  sağlam  mənəvi  dəyərlərin 
qorunması ilə bağlı tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji 
sahələrə  aid  proqram  və  layihələr  həyata  keçirir,  müxtəlif  fondlar,  QHT­lər, 
ictimai təşkilatlarla əməkdaşlıq edir, yerli əhəmiyyətli sosial problemlərin həl­
linə yardımçı olur.


110

Yüklə 33,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin