Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
  1   2   3   4   5   6   7   8   9   ...   43
7269

-
 9
9
о
ь
Heftruz
  Л
&1
'S S L
B E H R U Z   H Ə Q Q İ
TÜRK DEYİMLƏRİ

Azərbaycan Respublikası Prezidenurun 

işlər idarəsi
PREZİDENT  KİTABXANASI
BAKI-2005

•Behruz  Jbqqi
Tür^deyimCm
Çapa hazırlayan və 
elmi redaktoru:
AYBƏNİZ  KƏNGƏRLİ 
filologiya elmləri doktoru
Behruz Həqqi.  Türk deyimləri.
Bakı, “Nurlan”, 2005.
Almaniyada  yaşayan  tanınmış  yazıçı-alim  Behruz 
Həqqinin  “Türk  deyimləri”  litabı  onun  Azərbaycanda nəşr 
olunan  üçüncü 
kitabıdır. 
Kitabda 
ilk 
dəfə 
olaraq 
Azərbaycan  və  ümumiyyətlə,  türk  xalq 
deyimlərindən 
örnəklər  toplanmışdır.  Hər  bir  deyimin  izahı  və  həmin 
deyimlə  bağlı  bədii  əsərlə'dən  seçilmiş  nümunələr  də 
oxucuya  təqdim  edilir.  К tab  dilçilər,  folklorşunaslar, 
bütövlükdə  geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
4702000000 
N
  -  098 -  2005
Q rifli n ə ş r
•Behruz  tfhäqi
Turt^deyimhri
Ö N  SÖ Z
Türkün dili tək sevgili,  istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yotğanı, kənd içrə məsəldir, mitil olmaz.
Seyid Məhəmmədhüseyn  Şəhriyar
Bu kitabda tarixin ə n  əski,  ən  m ədəni m illətlərindən olan, 
ürəyi  sevgi  ilə  dolu  türkün  zəngin  dilinin  maraqlı  deyimləri 
toplanıbdır.  Türk  islamı  qəbul  edərək  onu  Şərqin, 
hətta 
Avropanın  bir  çox  ölkələrinə  yaymaqla  türk  dilini  də  islam 
imperatorluğuna  rəsmi  dil  kimi  yayıbdır.  Türk  sözü  Miladdan 
2000  ildən  də  çox  öncədən  :Ensiklopediyalarda  “doğuş”  və  “artım”  anlamında  işlənilir. 
İslam  ensiklopediyasında  bu  günkü  türklər  “Hi  unq-un” 
adlandırılıb.  Türklər  min  illər  öncə  əsil  vətənindən,  yəni  Orta 
Asiyadan,  Quzey  Çindən  müxtəlif  səbəblərə  görə  köçmək 
məcburiyyətində  qalıbdır. 
Türklər  Tiyan-Şan  dağlarından 
aşaraq,  böyük,  geniş  bir  məntəqədə  -  Kaşğar,  Soğd,  Fərqanə, 
İran,  Midiya,  Qafqazdan  ta  Qara  dəniz  boğazına,  Əlcəzairə 
qədərki  ərazilərdə  yerləşibdir.  Orxorı  abidələrində  türk  “xalq”, 
“kütlə”  mənasında  işlədilibdir.  Ola  bilər ki,  Orxon  abidələrində 
“türk”  dedikdə  hökmdarlar,  onların  ailəsi  nəzərdə  tutulmuşdur. 
“Toğuz”-“oğuz”  bu  abidələrdə  “türk”  sözü  ilə  həmqafiyə  kimi 
işlədilmişdir.  Bu  fərqlə  ki,  “türk”  sözü  el,  tayfa  kimi  nəzərdə 
tutulmuşdur.  Minorski  yazır  ki,  “türk”  -   qüdrət  və  güc 
anlamındadır.  Bəzi alimlərin nəzərm ə görə,  “türk” sözü törəmə, 
soyartımı  mənasındadır.  Çin  və  yunan  tarixçiləri  miladın  6-cı 
yüzilliklərindəkı  hadisələrdən  bəhs  edərək,  bu  qəbiləni  “tokut” 
və  ya “turkey”  adı ilə  yad edirlər.
Türkün  qedim  tarixi  o:ıun  fatehlik  və  mədəniyyət 
sahəsində üstünlüklərinin tarixidir.
M onteskyev “İran  məktubları”  adlı  əsərində  Naarqomun 
dilindən  Özbəyə  məktubunda  türklər  barədə  belə  yazmışdır:
3

®eÄru^6^t
“Əziz  dostum  Özbək,  dünyanın  heç  bir  xalqı  fatehlik  şöhrəti  vo 
əzəm əti  ilə  tatarlarla  (türklərlə  -B .H .)  yarışa  bilməz.  Bu  xalq 
kainatın  əsil  hökmranıdır.  Bütün  başqa  xalqlar  sanki  onlara 
qulluq  etmək  üçün  yaranmışlar.  Bu  xalq  həm  imperatorluqlar 
yaradır,  həm  də  onları  dağıdır.  Onlar  tarixin  bütün  dövrlərində 
dünyanı  öz  qüdrətləri  ilə  sarsıtmış,  həmişə  xalqların  qənimi 
olmuşlar.  Tatarlar  iki  dəfə  Çini  fəth  etmişlər  və  hələ  do  onu 
itaətdə  saxlayırlar.  Onlar  Böyük  moğolların  ucu-bucağı  bəlli 
olmayan  torpaqlarına  indi  də  hökmranlıq  edirlər,  İranın 
hökmranları  onlar,  Kuruşun  və  b.  taxtında  oturan  onlardır.  Onlar 
Moskvam  diz  çökdürüblər.
Onlar  türk  adlanıb  Avropada,  Asiyada,  Afrikada  nəhəng 
fatehliklər  edib,  dünyanın  üç  qitəsində  ağalıq  edirlər.  Əgər  hələ 
qədim zamanlara nəzər salsaq,  görərik  ki,  Rum  imperatorluğunu 
darmadağın edənlər də onların  nəsilləri  idi.  Çingiz xanın  fəthləri 
ilə  müqayisədə  İskəndərin  qələbələri  ııədir  ki...  Bu  zəfərli 
xalqın  yalnız  tarixçiləri  çatışmayıb  ki,  onların  ağlasığmaz 
qələbələrinin  şöhrətini  yaysınlar.  Nə  qədər  tarixi  hadisələr 
əbədilik 
dəfn 
olunub. 
Tatarlar  (türklər-B .H .) 
tarixlərini 
bilmədiyimiz nə qədər dövlətlərin əsasını  qoyublar.  Bu  döyüşçü 
xalq  öz  gündəlik  şöhrəti  ilə  məşğul  olub  əbədi  məğlubedilməz­
liyinə  inanıb,  keçmiş  qələbələrinin  əbədiləşdirilməsi  qayğısına 
qətiyyən  qalmamışdır.  (346,  səh.  4).
Türklər  təkcə  fateh  millət kimi  deyil,  həm  də  dünyanın  ən 
qədim  mədəniyyətinin  yaradıcıları  kimi  də  tarixə  əbədilik  daxil 
olmuşlar. 
Bu 
mədəniyyətin 
yaranmasında 
Azərbaycan 
türklərinin  də rolu  böyükdür.
Vil  Dorant  yazır:  “Bizim  Avropa  və  Amerika  mədəniy­
yətimiz  əsrlər  boyu  Yunanıstan  və  Roma  yolu  ilə  həmin  Yaxın 
Şərq  mədəniyyətindən  alınmışdır.  Azərbaycan  diyarı  da  həmin 
Yaxın  Şərq  torpaqlarının  şimal  hissəsinin  mərkəzində,  özü  do 
şimal-cənub,  şərq,  qərb  yollarının  kəsişdiyi  yerdə,  təbiətcə 
mülayim,  sərvətli bir ölkədir.  Ariyaların  özləri m ədəniyyət yara- 
dıb-quran  olmamışlar.  Bəlkə  onu  Babildən  və  Misirdən  mənim­
səmişlər.  Yunanlar  da  mədəniyyət  sarayı  yaradan  sayılmırlar.
4
Beftruz
  .'i
Ona görə  ki,  onların  başqalarından  aldıqları  özlərininkindən qat- 
qat artıqdır.  Həqiqətdə yunan bir varisdir ki,  hərbi qənimətlər və 
ticarətlə  Şərqdən  oraya  gəlmiş,  3  min  illik  elm  və  hünər 
xəzinələrinə nahaq olaraq yiyələnmişdir (336,  səh.  141).
TəTmiladdan  900  il  əvvəl  elam  hökumətinin  icazəsi  ilə  elam 
şahzadələrinin  hakimiyyəti  altında  olan  Şərq  tərəfində  çağdaş 
Fars  və  Kirman  əyalətlərində  yerləşib.  İran  ərazisində  onlardan 
təqribən  3500  il  əvvəl  mədəniyyət  sahibi  olan  türklərdən  hər 
zaman  istiladə  edib,  ayaqlan  yer  tutandan  sonra  minlər hiylə  və 
xəyanətlə  yerlilərin  milli  mədəniyyət  nümunələrini  özləri  ilə 
bərabər aradan götürməyə  çalışıblar” .
Azərbaycan  türkcəsinin  zənginliyi,  digər  dillərlə  müqayi­
sədə  üstünlüyü  bu  gün  də  tədqiqatçılar  tərəfindən  dönə-dönə 
qeyd edilir.
Filologiya  elmlər  doktoru,  professor  Tofiq  Hacıyev 
Azərbaycan  türkcəsi  haqqında  yazır:  “Azərbaycan  türkcəsi  çox 
təmizdir,  mükəmməldir.  Öz  keçmişini  qoruyub  saxla.yır.  Bu 
günkü  dilimiz  çox  dəhşətli  şəkildə  korlanıb.  Bu  gün  dilimiz 
əcnəbi,  yabançı təsirlərə  məruz qalır” (52,  səh. 194).
Ehsan  Doğramacı  yazır:  “Azərbaycan türkcəsi  türk dilləri­
nin  içərisində ən gözəlidir.  Hazırda  türk dünyası  üçün ortaq türk 
dili  problemi  vardır.  Azərbaycan  türkcəsi  bütün  türk  dünyası 
üçün,  türk xalqları  üçün  ortaq dil  olmağa layiqdir”  (52,  səh. 195).
Azərbaycan  milli 
azadlıq 
hərəkatının  öndərlərindən 
S.C.Pişəvəri  düşmənlərin  dilimizə  ünvanladığı  böhtanlara  qarşı 
Azərbaycan  türkcəsinin  məziyyətləri  barədə  yazırdı:  “Dilimiz, 
düşmənlərin  boş  iddialarına  baxmayaraq,  çox  geniş  yayılmış  və 
zəngin  bir dildir.  Onun rişəsi  xalqımızın  qanında və ürəyindədir. 
Biz  onu  ana  südü  ilə  ərrüb,  vətənimizin  ruhundakı  hava  ilə 
tənəffüs  etmişik.  Onu  təhqir etmək  istəyənlər,  onu  aşağtlamaq 
istəyənlər,  ona  böhtanlar  yağdıranlar  bizim  həqiqi  düşmənlə­
rimizdir.  Çox xaiıı  və əcnəbi  ünsürlər əsrlərlə  bu gözəl dili orta­
dan  qaldırmağa  çalışmışlar.  Onun tərəqqisinə,  yaşamasına mane 
olmaq  məqsədilə  qəddar,  azadlıq  düşməni  Rza  xan  dövləti  var
5

Heftruz  9h qqi
lür^dajim hri
qüvvəsini  sərf etmişdir.  Bununla belə  bu  dil  sarsılmaz,  möhkəm 
bir  halda  xalqın  içərisində  həmişəlik  qalıb,  öz  məqamım  sax­
lamış,  bu  vasitə  ilə də  mədəni,  mütərəqqi bir dil  olduğunu  sübut 
etmişdir.  Dilimiz dəmyə bir di i deyildir.  Onun  böyük xalq,  geniş 
camaat  qüvvəsi  kimi  arxası  vardır. 
Dilimiz  xalqın  yaratdığı 
dastanlar,  zərb-məsəllər,  hekayələr,  nağıllar vasitəsilə  dünyanın 
əıı  böyük  dilləri  ilə  rəqabət  apara  bilər.  Bizim  vəzifəmiz  onu 
genişləndirmək,  müasir  hala,  salmaq,  onun  gözəlliklərini, 
incəliklərini  toz-torpaq  arasından  çıxarıb,  təmiz,  ali  bir  zərf 
içərisində xalqa təqdim etməkdən ibarətdir”(30,  1945).
Türk  milləti  vahid  bir  millət  olduğu  üçün  vahid  bir  ədəbi 
dilə  də  malik  olması  vacibdir.  Təəssüflə,  türk  dünyasının  dilinin 
bir  olmasına  baxmayaraq,  türk xalqları  tarixən  əm əldə  birlikdən 
məhrum 
olduqlarına 
görə, 
uzun 
müddətdir 
ki, 
tarixi 
düşmənlərimiz  bizim  içimizdə  ayrı-seçkilik  toxumunun  zəhərli 
meyvəsi  ilə  ixtilaf yaradırlar.  Və  ya  ondan  da  faciəli  budur  ki, 
Azerbaycan  türklərinin  iki  yerə  bölünməsinin  nəticəsi  olaraq, 
“biz  təbrizliyik”,  “siz  naxçıvanlısınız”,  və  ya  “Aran  Azərbay­
canı”,  “o  tay  Azərbaycan”  kimi  ifadələrlə  bu  millətin  birliyinə 
dözülməz  zərbələr  vururlar.  Bu  neçə  ildə  üzdəniraq,  kimliyinə 
biganə  olan  aydıncığazların  hakim  ideologiyaya  boyun  əyib 
işlətdikləri, 
təhlükəli 
“qafqazlı”, 
“azərbaycanlı”, 
“azəri”, 
“osmanlı  türkü”  sözləri  ilə  birliyimizi,  milli  varlığımızı  əldən 
verməkdəyik.  Bu  uydurma  sözlərin  ardında  gizlənən  iyrənc 
siyasət  bizim  onurğa  sütunumuz  sayılan  milli  kültürümüzə, 
folklorumuza,  onun  ən  incə,  zərif  tumurcuğu  kimi  nəzərdə 
alınan  deyimlərə,  milli  ənənələrimizə  də  böyük  xəstəliklər 
ərməğan  gətirmişdir.  Milli 
mədəniyyət  və  kimliyimizə  xor 
baxan  hakimiyyətlər  illər  boyudur  ki,  300  milyondan  artıq  olan 
türkü,  xüsusilə  Azərbaycan  və  qardaş  Türkiyə  Cümhuriyyətini 
“o  türk”  və  “bu  türk”  siyasəti  ilə  parçalayıb,  yemək  məqsədini 
işə  salıbdır.  Hakim  rejim  İranın  daxilində  olan  30  milyondan 
artıq  türkə  rəva  gördüyü  faciəli  taleyi  başqa  ölkələrdə  yaşayan 
türklərdən  də  əsirgəməyibdir.  «Dünya  bilir  ki,  o  türk,  bu  türk 
yoxdur.  Bunlar,  fars  olmayan  millətlərin  dilini  boğazından
6
'Iteftnız  Pfatjgi'
çıxarıb,  mədəniyyətini  talan  edən  şovinistlər  bu  gün  o  türkləri 
bəhanə  edib,  fəqət  və  fəqət  bu  günkü  türk  oğlu  adına  işgəncə, 
əzab vermək mərammdadırlar» (315,  səh.  22).
Azərbaycan  dili  öz  tarixi  boyunca  olduqca  mürəkkəb, 
ziddiyyətlər, mübarizələr dolu bir yol  keçmişdir.
Dünyada  yeni  teatrın  təm əl  daşını  qoyan  təbrizli  Qulam- 
hüseyn  Saidi  milli  zülmdən,  mədəniyyətlərin  assimilyasi­
yasından  nə  gözəl  və  sadə  dildə  danışır:  «Cənubi Azərbaycanda 
m ədrəsə  Azərbaycan  uşaqları  üçün  savad  öyrənm ə  yeri  yox, 
bəlkə  xarici  dil,  yəni,  fars  dili  öyrənmək  yeri  idi.  Ondan  əvvəl, 
yəni  Milli  Hökumət  dövründən  əvvəl,  hər  gün  mədrəsəyə 
getmək,  qorxunc  və  böyük  bir əzab idi.  Elə  bil uşaqları  hər gün 
bir  adaya  təhvil  verirdilər  ki,  oranın  sakinləri  məcbur  olub 
yəcuc-məcuc  dili  ilə  danışmalı  iç ilər.  Bu qəribə  sözləri anlamaq 
işgəncədən  əlavə  təhqir  və  töhinlə  də  yanaşı  idi.  Öz  dilində 
danışmaq  da  suda  islanmış  sö’hid  ağacları  ilə  ovucun  içinə 
vurmaqla  cəzalandırılırdı.  Əgər  bu  ağır  vəziyyət  mədrəsədən 
qaçmaqla  nəticələnm əsəydi  də,  əvəzində  həddən  artıq  yorucu 
idi. 
Təkcə  1945-46-cı  illərdə  Azərbaycanın  məktəb  uşaqları 
anladılar  ki,  mədrəsə  də  o  qədər  qorxunc  yer deyil,  ola bilər ki, 
dərs  m əşğələlərindən  nəinki  əzab  çəkməyəsən,  qorxmayasan, 
bəlkə  ondan  da  ləzzət  aparmaq  mümkündür,  Buna  görə  ki, 
birdən-birə  əcnəbi  dili,  fars  dili  siniflərdən  eşiyə  tullandı,  hamı 
o  dildə  yazıb-oxuyurdu ki,  o  dildə  danışırdı.  O  bir il  müddətində 
uşaqlar  ana  dillərindəki  sözlərin  dəqiq  anlamı  ilə  tanış  oldular. 
Onların təhsil  aldıqları  dil  işçilərin,  kəndçilərin  və  adi  adamların 
danışdıqları  dil  idi.  “Zəfər  qazanan  ordu”  Azərbaycana  daxil 
olandan  sonra  idi  ki,  dərs  kitabları  yenə  də  farsca  oldu.  Yerli 
dildə  yazıb-oxumaq  yasaq  oldu.  Buna  görə  ki,  Azərbaycan  dili 
Azərbaycanın  özü  üçün  hakim  rejimin  nəzərində  əcnəbilərin  və 
əcnəbipərəstlərin  dili  olmuşdur.  İranın  mərkəzi  hökumətinin 
məmurları  şahənşahlıq  qüdrətini  rəhmsizliklə  hakim  etməkdə 
cürbəcür  silahlardan  başqa  fars  dili  silahından  hamısından  çox 
istifadə  edirdilər. 'Çarəsiz  qalan  adi  camaatın  qəzetləri  və ölülər
7

‘Beftruz  ffoqqi
üçün  div/ara  vurulan  nekroloqları  oxuyub  başa  düşməkdən  ötəri 
tərcüməçiyə  ehtiyacları  var idi”  (172,  1979, №6).
Dünya  imperialistlərinin  yardımı  ile  Azərbaycanın  milli 
azadlığım  qanda  boğan  düşmənlərimiz  ana  dilində 
yazılmış 
kitablarımızdan  tonqal  qalayaraq,  toy-düyün  tutub  25  mindən 
artıq  Azərbaycanı  canlarından  artıq  sevən  oğul  və  qızlarımızı 
qan  dəryasında  boğdular.  Milli  hökumət  dövründə  bir  il  azadlıq 
məşəlini,  milli  hakimiyyəti  qoruyan  millət,  milli  azadlığımızı 
qaıı  dəryasında  boğan  ordunun  hakimiyyətindən  sonra  “əcamir 
obaş”(lümpen-  B.H.).  “əcnəbipərəst”  sözləri ilə təhqir olundu.
Tarix  göstərir  ki,  millətlərin  nicatı  onların  milli  dillərinin, 
mədəniyyətlərinin  yüksəli şindədir.  XX  yüzilin  əvvəllərində 
Seyid  Hüseyn  Əlipaşa  Səbura  yazdığı  məktubunda  qeyd  edirdi 
ki,  “bizeı türk dili, türk  ədəbiyyatı lazımdır.  “Od”  əvəzinə  “atəş”, 
“qara”  əvəzinə  “siyah”  yazmaq  türk  dilinə  zərbələr  vurmaq 
deməkdir (  165,  səh.272).
Dil  hər  bir  millətin kültür və  m ədəniyyət  həyatının  təməl 
daşıdır. 
Hər  bir  diri  millət  gündəlik  danışdığı  dildə  olan 
incəliklərdən, milli-ictimai ənənələrdən,  boya-başa çatdığı  ölkə­
nin  ab-havasmdan  qidalanaraq,  hamı  üçün  bəlli  olan  sözlərdən 
deyimlər  yaratmaq  bacarığına  sahib  olur  ki,  bunlar 
ümumi 
mənalarından  ara  açaraq,  yeni  bir  aniama, 
yeni  bir  qəlibə 
düşürlər.  Dünyanın  tanınmış  zəngin  dillərindən  olan  türk  dili 
Azərbaycandan  başqa  Türkiyədə  və  İraq  sərhədlərindən  tutmuş, 
Xorasan  və  Xəzər  dənizinin  kənarlarına  qədər  Şiraz,  Kazron, 
Çahbahar,  Bondərabbas  və  sairə  yerlərdə  də  işlənən  bir  dildir. 
Buna  gerə  də,  müəyyən  zaman  kəsiyində  ümumtürk  ədəbi  dili, 
ortaq  türkcə  konsepsiyası  özünə  tərəfdarlar  toplamış,  nüfuzlu 
cərəyan kimi milli  tariximizə  daxil  olmuşdur.  Tarixdə  türk dilini 
vahidləşdirmək,  qüclrətləndirmək  təşəbbüsləri  zaman-zaman 
meydana  atılmışdır.  XIX yüzilin  sonlarında ümumtürk  ədəbi  dili 
konsepsiyasını  ilk  ortaya atan İsmayıl  bəy Qasprmski idi.
M əhəmməd  Əmin  Rəsulzadə  yazırdı  ki,  o  dövrdəki 
cədidçilərin  lideri  İsmayıl  boy,  orqanları  da  “Tərcüman”  qəzeti 
idi. 
‘D ildə,  fikirdə,  işdə  birlik!”  şüarı  hər  nə  qədər  bütün
8
‘NrUjdafimhn
türkləri  böyük  bir  türk  dövləti  halında  birləşdirmək  niyyəti 
bəsləyən  bütün  türkçülüyün  təsəvvür  etdiyi  şəkildə  həqi- 
qətləşm əkdən  bu  günkü  varlığına  görə  çox  uzaq  idisə  də,  bu 
şüarı özünə bayraq edən ‘Tərcüm an” tarixi rolunu,  heç şübhəsiz, 
m üvəffəqiyyətlə oynamışdır (166,  səh. 181).
“Azərbaycanda  ümumtürk  ədəbi  dili  m əsələsini  sistemli 
şəkildə  irəli  sürən,  bu  ideyanı  əsərlərində  olduqca ciddi  şəkildə 
işlədən,  müdafiə  edən  XX  əsr  Azərbaycan  romantizminin 
ideoloqu Əli bəy Hüseynzadə idi (166,  səh. 163).
Seyid Əhməd Kəsrəvi yazır:  “Zəncanda da türk dilində da­
nışırlar.  Ancaq onların  dili  ilə  Azərbaycan türkcəsi arasmda olan 
azca  təfavüt  məni  türkü  dili  barəsində  axtarışa  və  araşdırmaya 
sövq  etdi.  Mazandaranda  “Əl  lüğəti  Türki  fı  İran”  ünvanlı  bir 
m əqalə  yazıb  “Əl-urfan”a göndərmişdim.  Zəncanda olan zaman 
türk kitablarından  Füzuli  qəzəli  və Əmir Əlişir Nəvainin divanı­
nı  ələ  gətirdim,  Heydəci  adında  bir  molla  var  idi  ki,  Tehranda 
“Sədre-Nasirəddin”  mədrəsəsində  yaşayırdı.  Onun  çoxlu  türki 
şerləri  vardı  ki,  xalqın  dil  əzbəri  idi.  Onları  da  topladım,  bu 
axtarış  vo  çalışmalardan  bir  sıra  nəticələr  çıxardım.  Məsələn, 
türk  dilindəki  fellər  fars  dili  ilə  müqayisədə  çox  üstündür.  Ona 
görə  ki,  türk  dilində  15  cür keçmiş  zaman,  4  cür  indiki  zaman­
dan  istifadə  olunur.  Hazırda  fars  dilində  onlarla  müqayisədə 
dörd  cür  keçmiş  zaman  və  bir  cür  indiki  zamandan  başqası 
yoxdur.  Bu o  faktlardan idi ki, mcııi  fars dilinin xəstəliyindən və 
çatışmamazlığından xəbərdar elədi  (170,  səh.231-232).
Türk  dili  ən  əski  zamanlardan  tarixi  köçlər  nəticəsində 
O rta  Asiyadan  və  Yenisey  çayının  sahillərindən,  Orta  Şərqdən 
tutmuş  Balkana  qədər  geniş  bir  yerdə  yaşayanların  dili 
olmuşdur.  “Bu  gün  bizim  gözəl  türk  dilimizə  ikrah  edən, 
kökündən  bir  kəlmə  türk  dilində  danışmayan  farslar,  kölgəmizi 
ox  ilə  vuranlar  o  günlər  nədən  qapımızda,  ayağımızda 
məddahlıq  edib,  nədən  boy-buxunumuza  tə rif  yazmışlar? 
Amma  əgər  türk,  ərəb  zalım  və  yırtıcı,  dilbilməz  idilərsə,  bəs 
Firdovsi ərəb  əlifbası  ilə  nə üçün  türk şahı  Mahmud  Qəznəviyə 
“Şahnamo”sini  yazıb?  Və  ш;ип  zamanlar  boyu  Həkim
9

lürktkxjimfoH
Fərruxiye-Sistani,  Ünsüri,  Ənvəri,  Qaani  Şirazi,  Hafiz  Şirazi, 
Vüsal  Ş irazi,  Sədi  Şirazi,  Kərim  Kaşani,  Zəhir  Fariyabi,  Gəzair 
Razi,  Sanei  Qəznəvi,  Mənuçehri,  Əmir  Müəzzi,  Ədib  Sabir, 
Rəşidəddm  Vətvat,  Seyid  Həsən  Qəznəvi.,  Xaqani,  Qaani, 
Ünsüri  Bəlxi,  Əbdürrəhman  Cami,  Ənvəri  Əbiverdi,  Kəmaləd­
din  İsmayil  İsfahani,  Məliküşşüara Bahar  Xorasani  və  yüzlərcə, 
minlərcə  şairlər,  məddahlar  hünərlərini,  bacarıqlarım  ərəb, 
m əxsusən  türk  üçün  nisar  və  təqdim  ediblər.  Ərəblər,  türklər 
əgər  ədəbsevər,  hünərsever,  insanlıq,  gözəlliıksevər deyildilər­
sə, bəs  nə üçün  bunları müdafiə edirdilər?  (314,  s. 19-22).
İnsan  yalnız  anamn  cismindən,  südündən  yaranmır,  bəlkə 
ana öz südü ilə  bərabər övladma milli ruhu,  vətənin ah-havasını, 
bundan  daha  önəmli  olan  ana  dilini  də  bağışlayır.  Dil  fikir  və 
duyğudan  ayrılmaz  bir  ünsürdür.  Elə  buna  görə  də,  bir  millətin 
dilini  yasaq  edən  cahil  düşmənlər,  onun  təfəkkür  qüdrətini, 
duyğusunu  və  yaradıcılıq  istedadını  da  məhv  etmək  istəyirlər. 
Dil  duyğunun  qaynağı  ve  çeşməsidir.  Dili  talan  olan  millətin 
bütün  tarixin  qatlarından  qalan  mənəvi  varlığı  da  talan  olur, 
dilini əldən verməklə  daha nə rejim yarada bilir,  nə  də zamanın 
istəyi əsasında yeni  sözlərə malik ola bilir.
Türk,  türkmən  kimi  qardaş  millətlərin  müəyyən  bir  yolu, 
milli  m əqsəd  və  hədəfi  olmadığı  surətdə  onların  gələcəyi  də 
sual  altında qalır.  Bu  millətlərin tarixi  düşmənləri  belə  fürsətdən 
istifadə  edərək,  onların  hər  bir  milli,  maddi  və  mənəvi 
sərvətlərini  mənimsəyirlər.  Beləliklə,  millətlər  öz  ata-babadan 
qalan  vətənlərində  qərib  kimi  yaşamaq  məcburiyyətində 
qalırlar.  Türk  dünyasının  vahid  bir  dili  olsa  da,  vahid  bir  istək 
yolunda  addım  atılmadığına  görə  milli  azadlıqdan  günbəgün 
uzaqlaşır. 
Gələcəkdə  bu  suallar  hər  bir  vətənpərvər  qız  və 
oğlanların  qarşısında  baş  qaldıracaq.  Kimlərdir  bizim  ağzımızı 
bağlayanlar,  milli  kültürümüzü  dananlar,  onu  talan  edənlər? 
Kimlərdir  bizi  ana  dilimizə  həsrət  qoyanlar?  Kimlərdir  qardaş 
millətləri bir-birindən uzaq  saxlamaqla vahid milli  hissiyyatımızı 
puç  edib,  kökünə  su  bağlayanlar?  Kimlərdir  qardaşları  yad 
şəklinə  salaraq,  onu  Suri-İsrafildən  də  güclü  olan  tarixin  səsinə
10
Behruz  yhqqi
Шгк^атйт
biganə  qoyanlar?  M əncə,  bunların  hamısının  qabağında  yalnız 
düşmənləri  məhkum  etməklə,  biz  nicat  tapmayacağıq.  Düş­
m ənlə  yanaşı  hər  millətin  milli  kimliyindən  uzaqlaşan  ziyalıları 
da müqəssirdir,  günahkardır.
Lənət sənə ey cəhl,  nə bidad ediyorsan?
Hər gün yeni m ələnət icad ediyorsan.
Sərməşq edərək Habili-Qabil hərəkatın,
Qardaşları qardaşlara cəllad ediyorsan.
Nakəslərə imdad elə,  bikəslərə bidad,
B ir gör kimə yardım,  kimə bidad ediyorsan ?
Unutmayaq  ki,  türk  milləti  tarix  boyu  ikitərəfli  qılıncın  ya­
ralısı  olub.  Qılıncın  bir  tərəfi  xarici  düşmənlərimiz  olursa,  o  biri 
tərəfi  öz  kimliyini,  milli  Vctrlığını  itirən  manqurtlaşmış  aydınla­
rımız,  üzdəniraq  millət  başçıları  və  böyük  məsuliyyətdə  oturan 
kiçik  adamlar olublar.  Yenə do deməliyəm ki, biz, uzun müddət­
dir  ki,  fəxr  etməli  keçmiş  tariximizə  biganə  qalaraq,  onu 
unutmağa  məhkum  olan  yazıq  millətə  çevrilmişik.  Buna görə də, 
bizim  özümüz  kimi  tarixi  hafizəmiz  də  məzlum  olub.  Gündəlik 
tariximizə  baxanda  bu  faciəni  daha  da  aydın  görə  bilərik.  Dağ­
larımızın,  bulaqlarımızın,  yurdlarımızın  adının  dəyişməsi,  ilə  ya­
naşı,  küçələrimizin,  xiycibanlarımızın  da  adları  nə  milli  qəhrə­
manlarımızın,  nə  də  o  torpaqda  canını,  mahnı  qoyan  milli  şəx­
siyyətlərimizin  adınadır  Düşmənlər  quduz  qurd  tək  bizim milli 
varlığımızı  talayır.  Əgər  belə  getsə,  daha  da  talayacaqlar.  Milli 
ənənələrimiz  ölkəyə  müvəqqəti  hakim  olan  şovinist  ideologiya 
əsasında  danılır.  Aydındır  ki,  milli  ənənələrini  əldən  verən  bir 
millət  sağlamlığını  da,  mənəvi  gücünü  də  əldən  verir.  Belə 
millətləri  tarixin  səhifəsindən  silmək,  düşmənlər  üçün  çox  da 
çətin  iş  sayılmır.  Biz uzun  müddətdir ki,  sorğu-sual  haqqı  olma­
yan  bir  xalqa  çevrilmişik.  Aydındır  ki,  sorğu-sual  haqqını  əldən 
verən  bir  millət,  millət  kimi  yox,  bəlkə  kölələr  kimi  yaşamağa 
layiqdir.  Elizim öz elimizlə  hakimiyyətə  çatanlar  az bir  müddət­
də  şəxsi  mənafelərini  millətin  mənafeyindən  üstün  tutmaqla,  o

Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin