Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Arpası  artıq  düşüb  -həddindən  artıq  şuluqluq  edən,  əlinə 
düşən imkandan xalqın əleyhinə, zərərinə istifadə edən.
Ya bunların artıq düşüb arpası
Düldül kimi badi-payi bəyənm əz (32, c.II,  s.62).
Arpaya  qatsan  at  yeməz,  sümüyə  qatsan  it  -dəyərsiz 
adam, çirkin arvad
Arsen  Lopen  -Moris  Loblanın  əsərinin  qəhrəmanı,  börk 
qoyan, zirək.
Arşın-  arşın  söz-  ürək dolusu dərd,  yaxın  qohum-qardaşın 
əlindən  cana gəlmək.  Həyatdan  çox  təcrübəsi  olan  ürəyi  dərdli 
adam.
Arşın-  arşın  sözürrı  var,  bir arşın mal  alan yox (61,  1379).
Arşın  gətir  bez  apar,  çuval  gətir  qoz  apar-  birinin  işi 
bərkə  düşəndə  nəzir  deyir.  Sonra  yaddan  çıxarır,  yenə 
də 
çətinliyə  düşəndə  yadına  nəzir etdiyi  bir neçə  çuval  qozu  və  bir 
neçə  arşın  bezi  yadına  salıb  deyir:  arşın  gətir  bez  apar,  çuval 
gətir qoz apar.
Artıq-əskik danışmaq -  danışığını  bilməmək.
Anasına  desin,  bundan  sonra  mənim  kişisi  olmayan  evə 
getməyim  yaxşı  deyil,  artıq-əskik  danışığa,  qiybətə  səbəb  olar 
(1,  s. 164).
Utandığından  bir  kəlmə  artıq-əskik  danışa bilməyəcək  (9,
s.21).
Nə  isə,  çox artıq-əskik sözlər danışırdılar ( 253,  s.l 14).
Artıq  tamah  daş  yarar,  daş  qayıdar,  baş  yarar  -
tamahkarlıqdan əziyyət çəkərsən.
Dedim  sənə,  artıq  tamah  baş  yarar,  çox  yemək  adamı  az 
yeməkdən  də qoyar (9,  s. 142).
Artıq  tikə- artıq var-  dövlət.
Artıq  tikə  məgər  baş  yarar?  Əvvələn  malınız,  pulunuz 
artar, ikincisi də ad-san  çıxararsınız (5,  s.  58).
69

‘Beftruz  ybqqi
Arvada  cahad  haranıdır  -   fanatik  islami  düşüncə 
əsasında  arvadların  nə  yaşam  haqqı  var,  nə  vətəni  müdafiə 
etmək,  cahad  etmək  haqqı.  Bu  deyimi,  ümumiyyətlə,  iki  kişi 
bir-birini  təhqir  edəndə  işlədərlər,  yəni  sən  qorxaqsan,  əlsiz- 
ayaqsızsan.
Arvad  hesabına  yaşayan  kişilər  -   arvadın  sadəliyindən, 
təvazökarlığından istifadə edən nankor kişilər.
Elə  ki,  kef çəkib  sərvətin  axırına  daş  atırdı,  pul  qurtarırdı, 
kişi xırda bir şey bəhanə  tutub.  evdən gedirdi (297,  səh.  43).
Arvadın  dulu,  ayrıı düyünlər pulun  -  dul arvad dünyagir 
olar,  kişiyə ürək yandırmaz.
Arvad  şalonladır,  kişi  talouıla  -  bu  deyim  son  illərdə 
Azərbaycanın  şimalında  Qarabağ  müharibəsi  və  gənclərin 
Rusiyaya  mühacirəti  nəticəsində  yaranmış  kişi  qıtlığı  ilə  bağlı 
işlənir.
Arvad-uşaq  basmaq -çoxlu uşağı olmaq.
Bii' də  məni  arvad uşaq basmayıb  ki,  onları  dolandırmağın 
fikrini çəkim  (1,  s.335).
Arzu  ayağı  uzanır  -adam   gəzib  dolandıqca,  xüsusən 
cavanlarda dolanmaq,  seyr etmək gücü  daha da artır.
Arzugöz  qalmaq/  Arzusu  gözündə  qalmaq  —  vətən 
üçün  burnunun  ücü  göynəmək,  arzusuna  çatmamaq,  ən  böyük 
arzusunun hasil  olmaması.
Arzugöz qalmış idim,  öz ana yurdum vətənə,
Yandı-qındı  verir indi,  ata yurdum  da mənə ( Şəhriyar).
Göylər pərisini görmək əməli
Gözümdə qalmışdır cocuqluğumdan (337, c.I,  s.l 10).
At  deyil,  eşşək  deyil -  o  qədər də  bahalı  bir  zad  deyil  ki, 
razılığa gəlməyək.
Asıb-  kəsm ək  -  hədələm ək,  gəlin  aparmaqdan  bir  gecə 
qabaq  icra olunan bir dəbin adıdır.
O  gecə  kürəkənə  kürəkən  paltarı  geyindirəndə  bir  cür 
edərlər  ki,  onun  qolunun  biri  gir  elər.  Nəmər  almayınca,  onu 
boşlamazlar.  O  gecə  həna  qoymaq  gecəsi  olar,  amma  asdı-
70
'Befiruz  Jhqtfi
7
ür£deyim&ri
basdının  əsas  dəbi  kəndin  meydanında  gecə  yarısı  zurna,  təbil 
çalaraq güləşməkdir.
Aslan  dişindən,  kişi  işindən  tanınar  -  adına  gorə  iş  gör, 
insana əməlinə görə qiymət  verərlər.
Aslan ürəkli -  qorxmaz,  igid, cəsur.
Keçmiş  zamanda  bir  obada  aslan  ürəkli  igid  bir  cavan 
yaşayırdı  (4 3 ,1  cild,  səh.  60).
Asta qaçan namərddi -  var qüvvəsi  ilə qaçmaq.
Keşiş  evinə  gəlib  hamım  yuxuya verdi,  gecə  yan  ağırdan- 
yüngüldən götürüb yola düşdü.  Asta qaçan namərddi (35, s.556).
Astarını yaxşı tanımaq -  birinin  iç üzünü yaxşı  tanımaq.
Əgər  doktor  əfşarlar  «qızım  sənə  deyirəm,  gəlinim,  sən 
eşit»  məqsədilə  bizə  aid  olan  sözləri  əfəndilərə  xitabən 
deyirlərsə, 
biz  bu  bəhanələrin  astarını  yaxşı  tanırıq  (246, 
səh. 101).
A starı  üzündən  baha-  lazımsız  bir  şeyin  qiyməti,  əsl 
şeyin qiymətindən baha olur.
Yox  bizimki  tutmadı,  bir  az  çox oldu,  astarı  özündən baha 
düşür (9,  s. 176).
Astar üzünə çevirmək -yoxlamaq.
Dostları  çevirdim  astar üzünə
Nə yaxşı  ki,
Düşmən çıxan  olmadı (260,  s.21).
Asta vur, rasta vur -  düz iş gör.
Asta vur, rasta vur(  103, s.70).
Aşağıvı  da  görmüşük,  yuxarıvı  da  -  sənin  hər  üzünü 
görmüşük,  zahirini  də, batiııivi də
Bir dilənçi  bir evə  gedib  yardım  istəyir.  Çox  xəsis  olan ev 
sahibəsi  deyir:  əgər  aşağıda  olsaydım,  sənə  sədəqə  verərdim. 
Sonra  bir  dəfə  də  gedir,  bu  dəfə  aşağı  m ərtəbədə  olan  arvad 
yenə  deyir  ki,  yuxarı  m ərtəbədə  olsaydım,  sənə  sədəqə 
verərdim.  Dilənçi  deyir:  xanım,  sənin  aşağıvı  da  görmüşük, 
yuxarıvı da.
Aş  bişirib,  üstündə  bir  qarış  yağ  -birini  yaman  günə 
salmaq, uğursuzluğa düçar etmək.
71

‘Bef iruz
lÜT^tüybnhri
Fi lək bir aş bişirdi,  bir qarış üstündə yağ durmuş,
Bu dünyada Nəsira, bir piyalə  aşə tovlandım (241,  s.79).
Aş  bişirmək -birinə nəqşə çəkmək, əzaba salmaq.
Diri insanlara məndən bunu peyğanı  aparın,
Ki  bilin odlu ocaqda, bizə pis aş pişilir (95,  s.78).
İndi də  əhli-Amrika olub  oynaş sizə,
Yeyəcəksiz bişirib dəmdə qoyub  aş sizə (80,  c.II, s. 110).
Aşdan  isti  kasa  -  fırıldaqçılıqla  şəxsi  mənafeyin  üstün 
tutaraq,  birinə zahirən ürək yandırmaq.
M adam ki,  biz  bu  dil  ilə  danışırıq,  gün  məğribdən  çıxmır, 
əgər  bununla  oxuyub  yazsaq  da,  yerin  kürəs;i  öz  mədarından 
çıxmayacaqdır.  Əl çəkib bizi  öz yaralarımızı  sağaltmağa buraxın. 
Bundan  artıq  inad  etməyin.  Bizə  aşdan  isti  kasa olmayın.  Biz  öz 
dərdimizin çarəsini  yaxşı bilirik (30,  №39,  1324).
Aşığın,  ya  saqqızın  oğurlamaq  -   ürəyinə  girmək, 
sevgisini qazanmaq.
Aşığı  ovçu  durub - bəxti açılıb,  işlər yaxşı olub.
Aşığın  duruş  halətlərindən  börk,  cik,  tava,  avçı,  ombanın 
adını  çəkmək  olar.  Avçı  halətində  duran  aşıq hər  cür duran  aşığı 
udar.
Aşıq  atm aq  -qumar  oynamaq,  ümumiyyətlə,  “get  aşıq 
atmağının  dalınca!”  formasında  işlənir.  Bu  iş  sənlik  deyil,  başın 
çıxmır.
Get aşıq atmağıva,  qeyrəti neylərsən oğul,
Hələ  sən xırdacasan,  övrəti neylərsən oğul? (168).
Aşıq  haya,  molla  vaya  -  aşıq  sevinc  olan  yerə  molla  isə 
yas yerinə can atar.
Asıq-qoz oynamaq -  hələ əlindən  bir iş gəlməmək.
Qız  deyir  ki,  hələ  sən  get  aşıq-qoz  oynamağının  dalınca. 
Sənə evlənm ək yaraşmaz (46,  s. 124).
Asıqsız saqqa -yalqız,  subay.  Hamıdan uzaq gəzən erkək.
Asma ağı qatmaq - qan qaraltmaq, həyata acı  qatmaq.
Düşmən gəldi  qarşımıza,
Ağı  qatdı aşımıza,
Kül ələndi başımıza
72
Defm ız
M
.
Getdi əlimizdən getdi,
Sipəhsalarımız getdi.
Qacar  zamanında  Urmiyada  Məhəmmədquluxan  Əfşarın 
federal  milli  hökumət  qurması  i! ə  əlaqədar  deyilib.  Urmiyada 
ağıya “ovu”  deyirlər.
Aşma,  aşma  çıxdı  ocaq  başına  -  göstərilən  hörmətin 
qədrini bilməmək,  sırtıqlıq etmək.
Aşma soyuq  su qatmaq -  işlərini korlamaq.
Bəy  ilə  molla və xan qatdı  soyuq su aşıma,
Töküb  İranın o xanzadələri  kül başıma (80,  c.II,  s. 111).
Aşına zəhər qatmaq -■ birinə pislik etmək.
Bir arvadla gün keçir zəhər qatma aşına,
Kişi  çox arvad  alsa,  yaramaz  heç,  yaramaz (80,  c.II,  s.  61).
Malı  mala,  canı  cana qatdılar,
Aşımıza  yaxşı  zəhər qatdılar (80, с.  II,  s. 141).
Başıma gələni  söyləyim sənə,
Gör nə  zəhər qatılıbdı aşıma?  (35,  s.504).
Aşm  bişib  -  mənfi  mənadadır.  Etdiyi  əm ələ  görə  cəzasım 
alacaq.
Yazda arpa yeyən atın qışda  aşı  bişər.
Aşının  duzunu vermək - dərsini  vermək.
Çıxardaq  onları  qaçıb  gizləndikləri  siçan  deşiklərindən 
gün  işığına,  aşlarının duzunu verək,  çıxıb getsinlər (9, s.101).
Aşna  si..n  -tanıdığı,  yaxın  adama  yadlardan  qat-  qat  artıq 
əzab-əziyyət vermək.
Ata-baba günü  -  bütün  elin-tayfanın  bir yerə  yığışıb,  toy- 
düyün tutduğu gün-  adam əlindən tərpəşə bilməyən gün.
Ata çörəyi- meydan çörəyi, oğul çörəyi-  zindan çörəyi -
ata hər zəhm əti çəkər, övlad zəhmətini  başa vurar.
Ata  çörəyi-meydan  çörəyi,  oğul  çörəyi-  zindan  çörəyi 
(103,  s.69).
Ata görən  oğul  meydan  açar,  nənə görən  qız süfrə -  ata- 
ana  tərbiyəsinin  övladının  tərbi)'əsində  rolu  böyükdür.  Qədim 
təsəvvürlərdə  oğlanın  ən  böyük  üstünlüyü  döyüşkənliyi,  qızın 
isə ən yüksək keyfiyyəti  evdarlığı  sayılırdı.
73

м м 2 п м |
At  ağızlı  -   böyük  ağızlı.  Gözəllik,  igidlik  mənasında 
işlənib.
At ağızlı bəy Uruz,  ağsaqqal,  əldə qopuz (  Səhənd).
Atam  evində  balıq  başı,  ərim  evində  toyuq  aşı  -  bəzi 
yerlərdə  balıq  başı  yemək  yaxşı  sayılmır.  Bu  məsəldə  ər evində 
vəziyyətin ata evinə nisbətən yaxşı olduğuna işarədir.
Atasından  qabağa  düşən  tulam  qurd  yeyər  ■  ehtiyatlı 
olmaq,  vəziyyəti  nəzərə  almaq.  Əslində  isə  tarixi  inkişaf  yeni 
nəslin  özündən  əvvəlki  nəsildən  mütləq  irəlidə  olmasını  tələb 
edir.
Atasını,  anasını qəbirdən çıxarmaq -söymək.
Həri,  ağəz ey,  belə  lap  bir-birinin  atasını  anasını  qəbirdən 
çıxardıblar.  Az qalıb  ki,  lap saçlaşsınlar (72,  c.III, s.l 18).
Atasına  od  vurmaq  /   Atasına  od  qoymaq  -   çox  sərt 
davranmaq.
Atama vurdu  bir od,  yaxşı  bu  dövran,  dayıcan,
Axırı  oldu işim,  naləvü -  əfqan dayıcan!  (80,  c.lT,  s.l 13).
Kimdi  səni incidən,  atasına od  qoyaram  (9,  s. 140).
Atasını  dalısına  sarımaq -  söyüb biabır eləmək.
Onun  atasım  da dalısına sanmaq  lazımdır (1,  s.l 19).
At  atla  savaşdı,  arada  eşşəyin  qıçı  sındı  -  kiçik  adamlar 
böyüklərin  davalarının  qurbanı  oldular,  günahsız  adamın  zorər 
görməsi.
At minənindir,  qılınc qurşananındır -  kim  bacanqlıdırsa 
hər şey ona çatır.
At binənindir,  qılınc qurşananındır (229,  s.24).
At  çapdırmaq  /  çapmaq-  zor  demək,  meydan  sulamaq, 
xalqın 
avamlığından 
istifadə 
etmək, 
quldurluq, 
xarici 
düşmənlərin  basqını.
Çapma atını,  girmə  bu meydana a molla,
Çox 
mosxərə 
sən 
yazma 
müsəlmana, 

molla! 
(M.Ə.Sabir).
İnsafdırmı  at çapa sinəndə əcnəbi?
Düşmən əlində çaki-giriban  olaıı Vətən!  (65,  №1,  1917).
Heç kəs öymədı  adımı
74
<
Beftruz  Mdqqi
TÜT^dajb’thri
Çoxu  çaparıda atını (260,  s.65).
Elin  döşündə  çap at, tut əlində Quranı (308).
Atdan  düşəndə  addlan  düşmə  -  hər  şeyi  itirsən  də,  təmiz 
adım  itirmə.
Atdan  düşəndə  addan düşmə (103,  s.68).
Atdan  düşən ölməz, eşşəkdən  düşən ölər -  əcəl gələndə 
cavana,  qocaya baxmaz.
Atdan düşən ölməz,  eşşəkdən düşən ölər (229,  s.26).
Atdan  düşüb  eşşəyə  minm ək  -  əvvəlkinə  nisbətən  daha 
əlverişsiz vəziyyət.
Atdıra-atdıra  gətmək  -  atdırmaq,  hərzəlik  etmək,  başqa­
ları ilə gəzm ək və ya qəzəblə gəlmək.
A t əti, it əti -  faydasız ət.
Ə tlər olmuş at əti,  ya  it əti.
Donmuş ətin iyi  başı çatladır (338,  s .l26).
A təşə qalanmaq -birinə aşiq olmaq.
Bimürvətin atəşinə qalandım,
Bir soruşan yoxdu əhvalım  mənim (32, c.II, s. 18).
At getdi, örkən  apardı -   əlinə  bəhanə  düşdü.
At getdi, öıkən  apardı  (129,  с.  I,  s.39).
At görəndə axsar, su  görəndə susar -h ə r zada göz dikən, 
tamah salan.
At,  göydə  deyim  -   yəni  heç  bir  iş,  heç  bir  məsuliyyət 
qanun  və  hesab- kitabla deyil.
Atı daşlığa sürmək  - tartan-partan danışır.
Atı  dostun  kimi  bəslə, düşm ənin kimi min -  minəndə  at 
sürətlə getməlidir.
Atı  dostun kibi  bəslə,  düşmənin  kimi bin (229,  s.32).
Atın  nalı gümüşdü - özünü bəyənən,  təkəbbürlü adam.
Atılıb  düşmək - narazılığını  bildirmək, əl-ayağını  ölçmək.
Atılıb düşmə,  cocuq,  yırtma yalandan çulunu,
Biri  öz  oğlunu  evləndirir,  oğlan  sənə  nə? (168,  s.288).
Hacı,  yaxşı  deyirsən,  amma  qorxuram  Nazlı  atılıb-düşə 
(195,  c.II,  s.49).
Deyirlər,  içmə,  gülmə,  danışma,
75

<
Beftruz
TitrtçdejjimhH
Atılma,  düşmə,  zurna da çalma (301,  səh.  92).
Atım  özündən, donum özündən,  bəyə nökərəm - heç bir 
haqq  almadan biri mənə  ağalıq edir.
Atının quyquğunu  diiynıək - meydan oxumaq.
Çün bu ərsədə  çoxlar atır ın  quyruğun düyüb,
Oynadıb  çapıb (223,  s. 15:5).
Atın  qabağına  ət,  itin  qabağına  ot  qoymaq  -  uyğun 
olmayan  iş görmək.
Zirvələrdə dayandıq,
Dənizlərdə  at qovduq.,
Çöllərdə yelkən açdıq,
Atlara sümük,  itlərə  arpa təklif etdik (207,  s.36).
Atışmaq  -  sözləşmək,  iki  nəfərin  acı-acı  danışmaları. 
Azərbaycanda iki nəfərin birəlli güləşmələrinin  adıdır.
At  ilxısı,  köpək  sürüsü  -  çoxlu  ailəyə,  çoxlu  uşağı  olan 
yerə deyilir.
At  qacdı,  palan  dıiişdü  -  hər  şeyin  bir  birinə  dəyməsi, 
aləmin qarışması.
Elə  bu  min  aylar  hərəsi  şövqünü  bir  yana  salar,  bir-birini 
danar,  özünü  igid  sanar,  özgəni  bilməm  nə  qanar.  Bu  arada 
amma  iş  yanar,  baş  yanar,  baş  qanar,  hərə  apardığı  yüngül  yükü 
salar,  at qaçar, palan düşər (20^-).
Atlar  dəpişsə,  arada  eşşək  ölər  -   böyük  adamlar 
dalaşanda arada kiçiklər tapdanar.
Atlar dəpişsə,  arada eşşək ölər(229,  s.28).
Atlı qarışqa -  az vaxtda çox yeri dolaşan adam,  çox gəzən.
Atlını  atdan  salar  -ilanı  yuvasından  çıxarar.  Şirin  dilli, 
hiyləgər.
Atlını  atdan  salmaq  -şirındillilik  və  həyasızlıq  mənasında 
işlənir.
Atmaralı  -  yöndəmsiz.
Çopur Abdulla  köpəkoğlu,  atmaralı  idi (1,  s.227).
Atma sözlər - acı söz ,  birinə eyhamla toxunan,  təhqiramiz 
bir söz demək.
M ənə  yaman da desən,  üzdə de,  qəbulumdur,
76
Hehruz 
9
hqqi
lür^deuim hri
Atma sözlər ilən sevgilim,  söz atma mənə (304,  s.82).
At  mənim  altımda  büdrəməsin  -   arvad  mənə  vəfalı 
çıxsın.
At m inən - bəxti gətirən,  işləri  yoluna düşən.
At minən atasını  tanımadı  ( Dərəgəz məsəli).
At  muraddır -yuxuda at görən muradına çatar.
A ta  oğlundan  ötəri mülkündən  keçdi,  oğul  atadan  ötəri 
kürkündən  keçmədi  -   ata-ana  övladma  təmənnasız  zəhmət 
çəkər.
Ata  oğlundan  ötəri  mülkündən  keçdi,  oğul  atadan  ötəri 
kürkündən keçmədi  (103,  s.71).
At  olan yerdə  ot olmur,  ot olan yerdə  at -  hər. şey yerli- 
yerində olmur.
At olan yerdə ot olmur, ot olan yerdə at (103, s.73)
At  oynatmaq  -  birlik  və  milli  şüur  olan  yerdə  düşmən  at 
oynada bilməz.
Bu  güukü  kimi  siyasi  mübarizə  meydanında  hər  hansı  bir 
m ənsəbporəst  və  fürsət gözləyən  adam  öz atını  oynada bilmirdi 
(6,  1324).
At  ölüb  itin  bayramıdır  -  birinin  uğursuzluğundan  o 
birinin  istifadə etməsi.
At sürmək -  hakimlik edən.
Filosoflar,  siyasətçilər  və  ədiblər  meydanında  at  sürən 
Qızıl  Arslanlar  mənim  müəmmalarımı  həll  edə  bilməz  (234, 
s.515).
At  təpiyinə  at dözər  •  həyatın  ağır zərbələrinə  hər adam 
dözə bilməz.  Yaman günə dözmək hər adamın işi  deyil.
At  ucuz,  dayça  baha  -yaşlı  nəslə  layiqincə  ehtiram 
göstərilmədiyi,  onların  övladırma  çox  ehtiram göstərildiyi  yerdə 
işlənir.
Atı  uduzub  çuluna  güvənir -  faydalı,  böyük  şeyləri əldən 
verib kiçik  bir şeylə özünü aldatmaq.
Atüstü gəlmək - tələm-  tələsik,  baş vıırub keçən.
At  vurdu  dizimə,  indi  gəldim  özümə  -  böyük  bir 
fəlakətdən sonra özünə gəlmək.
77

Avam  aşı  -yoxsul  və  cahil  insanların  mollalara və  yalançı 
din  xadimlərinə  etdiyi  haqsız  xidmətlər  və  uşaqlarının 
boğazından kəsib  onlara verdiyi pula  işarədir.
Molla əmi,  az ye avam aşını
Tulla fırıldaqçılığın daşım.
Aya  baxma,  gəlib  düşsün  ayağına  -məğrur  ol,  hörmətini 
saxla,  tamahkar olma.
Aya  deyir  sən  çıxma,  mən  çıxım  -  çöx  gözə!  qız.  Tiirk 
folklorunda Ay gözəllik simvoludur.
Vallah  bu  elə  bir  gözəldir  ki,  aya  deyiı  son  çıxma,  məıı 
çıxım,  suya deyir,  sən axma,  mən axım  (174,  s.47).
Tanrı  Xoca Hidayətə bir oğlan inayət etdi ki,  aya deyir sən 
çıxma,  mən  çıxım,  günə deyir sən  çıxma,  mən  çıxım  (209,  s.25).
Aya-günə dönmək -  az-az görünmək.
A kişi,  hardasan,  gəl  çıx da,  aya-günə dönmüsən (9,  s.166).
Ayağa  baş  salmaq  -qurban  olmaq.  Ürəkdən  birisinə 
vurulmaq.
Ayağına başın  kim ki  saldı əz səı i sidq,
Qəbuli həzrəti-  eşq oldu  eybilən hünəri  (132).
Ayağı  düşmək  -   xurafatı  düşüncələr  əsasında  əgər  bir 
körpə  uşaq  40  günə  qədər  çığır-bağır  etsə,  yəni  bu  mənadadır 
ki,  yanına  murdar adam,  ağır nəfəsli adarn gəlib.
D əyər tapmaq,  qiymətə minmək, bahalanmaq.
Bir ildə yeralmaya ayaq  düşdü zamanda,
M üstəzəfı  saymırdı, yatırdı  Cəməranda (168,  s. 171).
Cəm əran  özünü  müstəzəflər  1 ərafdan  kimi  tanıdan 
Xomeyninin  sarayı
Ayağa  salmaq -dəyərdən salmaq, puç etmək.
Göydə  ahım  yeli  söndürdü,  çırağın  günəşin,
Yerdə əşkim  ayağa saldı  dürri-qəltanı (120,  s.91).
Dustan,  saldı  ayaqdan  məni hicran öləmi (149,  s,22).
Ayağa vermək -  birini  alçaltmaq.
Amma di gəl,  bərk  ayaqda ayağa verməz (9,  s. 164).
Ayağı  altında  ot bitmək -çoxlu gözləmək,  dözmək.
^ шяат1 
Tur^de^ m b ri
ISefruz
m
78
‘SeAruz  Jbqqi
Ayağı  altında  otıırmaq  -birini  düz  yoldan  çıxartmaq.  Pis 
yola çökmək.
Ayağı bağlı -birinə  cişiq olmaq.
Kimin didəsi bağlı,  bağrı  dağlı,
Başı  qaralı,  ayağı  bağlı (120,  s.96).
Ayağı  götvərən  qəbrinə girmək -bir ağır günahda ittiham 
olunmaq,  işin  pis gəlməsi
Ayağı  qarnındadır  -ilan  kimidir,  zahiri  yaxşı  olsa  da, 
fürsət olo gələn kimi pislik edər.  Təhlükəli adam
Ayağın  altını  qaşımaq  -birinə quyu qazmaq.
Ayağım yerə yapışdı -heyrətdə qaldım,  mat  qaldım.
Ayağına  getmək  -hörmət  qoymaq,  alçaq  könüllülük 
etmək.
Ayağına sabun  çəknıək  -birini  xatalı  işə  göndərmək,  var- 
dövlətini əlindən  çıxartmaq
Ayağında  əkdi,  başında  sovurdu  -hər  şeyi  bir-biriııə 
qatmaq.
Ayağını  götürüb  yerinə  sən  qoymusan  -   eyni  onun 
kimisən.
Deyəsən  Qüdrət  dayı  “Yaxşı  igid  dayısına  oxşayar” 
“ayağını  götürüb sən qoymusan” (109,  s. 138).
Ayağının  altına  daş  qoymaq  -  qızışdırmaq,  birinin 
əleyhinə qaldırmaq.
Ayağının  altını qazmaq -  quyu qazmaq,  pislik  etmək.
Balağa  kimi  çörəyi  dizinin  üstündə  olanlar  ayağımızın 
altını  qazırlar (I,  s. 161)
Ayağını  yerə  basanda  başı  göyə  minnət  edir  -iddialı, 
təkəbbürlü  adam
Ayağım  yorğanına görə  uzat (1 2 9 ,1,  s.492).
Ayağını  Öz  yorğanına  görə  uzatmaq  -   yəni  ictimai, 
iqtisadi  vəziyyəti nəzərə  alaraq,  bir işə əl vurmaq.
Adam ayağım yorğanına görə  uzadar (84,  s. 119).
Mazan əmi,  ayağını  yorğanına görə uzat deyiblər, bizi  niyə 
qoz qabığına soxursan? (1.  s.269).
79

‘BrJiruz 
9
bqqi
Lakin biz heç vaxt icazə  vermək  istəmirik ki,  o,  ayağım öz 
yorğanından  kənara  çıxararaq,  bu  qanuni  hüquq  ilə  tanış  olsun 
(248,  səh 53).
Ayağı  sayalı  olmaq  
Atam deyir:  Quruluq  ili  idi.  Sən 
olduğun  gün  birdən  göy  qunıldayıb,  yağış  yağmağa  başladı. 
Onda  elin  ağsaqqalları  dedi:  «Uşağın  ayağı  sayalıdır»,  yəni 
uğurludur,  düşərlidir.
Ayağı sürüşkən -əxlaqsız qadın.
Ayağı  sürüşkənin,  gözü  dağınığın  biridir,  odur  ki,  alan 
yoxdur da (9,  s.143).
-O  Nazı  ayaqdan  sürüşkənin,  quşqundan  boşun  birisidir 
(253,  s.325).
Ayağı  yanan  it  -təcrübəsi  olan,  bir  yerdə  dayanmayan, 
həmişə gəzib dolanan,  avara, didərgin düşmüş
Ayağı  y er  alm aq  -qudurmaq,  bir  şeydən  istifadə  edib 
haqsızlıq etmək.
Mən səm ən yavaş danışıram, yoxsa ayağın yer alır? (335, s.73)
Gedərdim Çomağatava, amma ayağın yer alacaqdı (84, s.72).
Aya hürmək -  boş söz danışmaq.
İt olub hürmədik aya,
Yıxdı bizi  abır-həya (260,  s.83).
Ayaq  açmaq  -   hücum  etmək,  bir  vətənin  torpağını  işğal 
etmək anlamında.
Yağılar 
yurdumuzu 
başsız 
görüb, 
üstümüzə 
ayaq 
açmasınlar (173).
Ayaq ayağa sürtmək -nigaran,  avara qalmaq.
Ayaq 
çulu 
-   hörmət 
qoyulmayan, 
adam 
yerinə 
qoyulmayan.
Qız idim sultan idim,
Nişanlandım xan oldum,
Gəlin oldum qul oldum,
Ayaqlara çul oldum.
Ayaq döymək -bir işin arxasınca çox gedib- gəlmək.
80
lü rfjdapm tm
‘Beftruz  Jhqai
Düz  bir  həftə  idi  ki,  rayon  maarif şöbəsi  ilə  baş  mühasib 
Şeydayevin  idarəsi  arasında  ayaq  döyməkdən  yorulmuşdum 
(310,  s.84).
Ayaqdan düşmək -əldən düşmək,  yorulmaq, pis günə qal­
maq,  yaşlanmaq,  qocalmaq,  ağır vəziyyətdə, pis durumda olmaq. 
Ayaqdan düşmüşəm saqi,  əlimdən tut ayaq ilən,
Əlində sağəri zərrin, görüm homvarə  var olsun ( Xazin).
Salmış məni zəm anə ayaqdan, dəxilüvəm,
Qovza ayağımı  məni  salma ayağa,  gəl (147,  səh.  42). 
Ali-Qacarı fələk .salsa ayaqdan, cana,
Görəsən milləti-İran,  genə yuxlar,  ya yox (80,  c.II,  s.79). 
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin