Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   2   3   4   5   6   7   8   9   ...   43

32
‘Eehruz
“«göylük»,  “zəylik”  olan  məclislərdən  qaç  ki,  orda  xeyir- 
bərəkət olmaz (  1.4,1 cild,  səh.  ).
Gördüyünüz  kimi,  burda  “göylük”  namərdlik,  qıtmırlıq, 
xəsislik,  əzab-əziyyət verən anlamında işlədilir.  Bu  dünyagörüşü 
şer  formasında  xalqımızın  əzbəri  olan  atalar  sözlərimizdə  də 
işlədilir.  Misal üçün:
Bərhəzər etmək gərək Uç zaddan:
Göy göz,  üz qırmızı,  tük sandan.
Və  ya  «üzü  qırmızı”  deyimi  yenə  də  mənfi  xislətli 
insancığazlar  haqqında  işlədilir.  Yəni  utanmaz,  heç  bir  qohum- 
qardaş,  yoldaş  tanımayan  insancıqları  bu  deyimlə  xarakterizə 
edirlər.
Rənglər  və  boyalar  türk  folklorunda,  gündəlik  yaşamında 
çox  böyük  yer  tutur.  «Qara  kölgə»  deyiminə  bir  nəzər  salaq. 
1917-ci  ildə  çıxan  «Beyrəqi-  ədalət»in  3-cü  sayında  oxuyuruq: 
«Hər  bir  millət  arasında  bir  növ  insanlar  var  ki,  onlardan  hamı 
bezardır  O  cür  insanlara  türklər  «qaşmar» 
və  ya  «qəmşər» 
deyirlər.  «Qaşmar»! n  lüğəti  mənası  «qara  basmaq»  deməkdir. 
Ədibi-möhtərəm  Əli  bəy  Hüseynzadənin  «Kölgə»  təbirinə  biz 
də  bir  qara  əlavə  edərək,  «kaşmar»  adamları  «qara  kölgə» 
deyimi  ilə  «qarayine-  girami  həzəratına»  təqdim   edirik.  «Qara 
kölgə»lər  özləri  başqalarını  narahat  etmək,  başqalarının  vaxtını 
zay  etmək  və  istirahətini  xələldar  etməkdən  ləzzət  duyarlar. 
Özgələrin  bədbəxt  və  zəbun  hallarından  məmnun  və  xoşnud 
olarlar.  «Kaşmar»ın  qəlbində  səlaməti-əqidə,  səlaməti-fikir  ola 
bilməz.  O,  fəqət,  özgələrini  işləməyə  qoymaz.  Yoldaşları  bir- 
birindən  soyudar,  sadədil  yoldaşlar  arasında  nifaq  salar,  xalqa 
keçmiş  xəyanətləri  malalamağa,  özlərini  heysiyyət  tərəfdarları 
kimi göstərm əyə çalışarlar».
Göründüyü  kimi,  bu  deyimin  hətta  yaramna  tarixi,  günü, 
harada  ıəsm iləşməsi  də  özünü  açıq-aydın  biiruzə  verir. 
Bu 
deyim  Cənubi  Azərbaycanda  1905-ci  illərdə  Səttarxanın 
başçılığı  iılə  milli  azadlıq  yolunda  başlanan  M əşrutə  inqilabı
33

‘Befauz  tfbqqi
lü rlçd tym h ri
dövründə də  «əlvat, dəli, lotu», bu günkü sözlə desək,  «lümpen» 
adı  ilə işlədilir.
Böyük  inqilabçı,  Azərbaycanı  canından  çox  sevən  Behruz 
Dehqani  (Aydın)  “Məşrutə  hərəkatında  lümpenler”  adlı 
məqaləsində yazır:
“Lümpenə  fərq etməz ki,  Yezid bayrağı  altına getsin  və  ya 
şəhidlərə  sinə  vursun.  Məşrutiyyət  dövründəki  lümpenlorin  bir 
hissəsinin  adından,  ləqəbindən  də  onların  şəxsiyyətini  tanımaq 
mümkündür.  Misal  üçün,  «it Xəlil»,  «qulağı  kəsik  Əsgər»,  və ya 
«Məşəabbasəli  Əllaf»  kimi  ikiüzlülər  ki,  Səttarxanla  zahirdə 
dost  idilər,  əncüməni-islaminin  felinə  uymaqla,  onu  bir  evə 
aparıb,  onun  canının  qəsdinə  təcavüz  etmək  istəyirlər.  Güllə 
Səttarxanın  çiyninə dəyir,  özü güclə  sağ qalır.  Bu  lümpəıılərdən 
və  ya  «qara  kölgə”  adlanan  lümpenlərdən  bir  neçəsi  var  ki, 
sədaqətlə  xalq  ordusuna  qoşulub,  hətta  bu  mübarizə  yolunda 
canlarından  keçirlər.  Misal  üçün,  Təbrizin  məşhur  “Qara 
kölgə”lərindən olan H əsən Dəli,  bir müddət lümpənHkdən sonra 
m əşrutə  hərəkatına  qoşulub,  Eyniildövlənin  Basmıncda  olan 
ordusuna  gecə  hücum  edir.  Bu  qorxmaz  insan  top  olan  yerə 
yaxınlaşıb,  topun  lüləsinə  minib,  Öz  qışqır-bağırı  ilə  düşmən 
ordusuna  qorxu  salıb,  özü  də  orda  şəhid  olur.  O  gecə  indi  də 
xalqın  yaddaşında “Dəli  Həsən” gecəsi”  kimi  qalmışdır”.
Elin  bahadırları,  elin  və  tayfanın  ağır  günlərində  qara 
geyib,  göy  sarınardılar. 
Beləliklə,  bu  inam  bu  güııümüzədək 
bizim  ədəbiyyatın  təməl  daşı  sayılan  folklorumuzda,  mənəvi 
varlığımızda da öz əksini tapır.
Türk  dünyasının  böyük  şairi  Şəhriyarın  bir  şerinə  diqqət 
yetirək.
Yar günümü göy əskiyə tutdu ki,  dur m əni boşa,
Cütçü görübsən öküzə öküz qoyub,  buzov qoşa?
Bəzi  deyimlərimizdə  keçmiş  dövrün  adət-ənənələri,  məi­
şət  tərzi  də  gözə  dəyir.  Bağın  bir  guşəsində,  və  ya  Xanabağın 
damında  üzümü  kişmiş  eləmək  üçiin  sərib  qurutmağa  “vorəzoıı
34
sərmək”  deyimini  işlədirlər.  Bu  deyim  təkcə  bağda  yox,  evdə, 
idarələrdə  hansısa kağızları  sərib,  töküb-dağıtmaq  mənasında da 
işlədilir.  Azərbaycanın  müasir  satirasının  istedadlı yaradıcıların­
dan olan Yalqızın şerinə müraciət edək:
Başlaram şer yazam,  dillənəsən sən bu sayaqda:
“Qara Seyid yenə də pir pitiyin tökdü qabaqda.
Vorəzən sərdi,  kitab-dəfıərini taxta-tabaqda,
Çəkdi siqar yenə də tüstü-duman saldı otaqda/
His iyi yatdı dam aqda!” (338,  səh. 161  ).
Heydər  Əliyevin  nitqlərinin  birində  oxuyuruq:  ‘.‘Azərbay­
canda yaxşı bir söz var:  keçənə güzəşt deyərlər”(52,  səh.  21).
Bəzi  deyimlər  var  ki,  Azə'baycan  qadınının  ən   dəhşətli, 
ağır  günlərdə  yaşamasından  xəbər  verir.  Bu  da  türk  dünyasına 
başucalığı  gətirməyən  bir  haldır.  Azərbaycanın  görkəmli  alimi 
və 
şərəfli  yaşamağın  simvolu  olan  professor  Elməddin 
Əlibəyzadədən  eşitdiyim  bir  deyimi  nəzərinizə  çatdırmaq 
istərdim.  Bu  deyim  çağdaş  zəmanəmizin  reallığını  özündə 
olduqca  gözəl  əks  etdirir.  Evlənmək  yaşında  olan  qeyrətli 
oğullarının  böyük  bir  hissəsi  Qarabağ  savaşında  şəhid  olan, 
böyük  bir  hissəsi  isə  ölkəmizin  sərvəti  müəyyən  adamların 
əlində  cəmləşdiyinə  görə,  bir  parça  çörək  dalınca  Sibirə, 
Rusiyaya  (2  milyondan  milyondan  artıq-B.H.)  üz  tutub,  orada 
ruslarla,  qeyri-nıillətlərlə  gün  keçirən  böyük  millətimizin  na­
muslu,  qeyrətli  qızlarının,  gəlinlərinin  ən  böyük  problemlə­
rindən  biri  də  vaxtında  ailə  qura  bilməməkdir.  “Arvad  şalon- 
ladır,  kişi  talonla”.  Bu  deyim  türk  millətinin  ən  ağır  dövranda 
yaşantısının rəmzi kimi gələcək nəsillərə bir işarədir.
Təbiidir  ki,  qadınları  “şaloıı”la  dəyərləndirən  bir  millətin 
gələcəyi  oluqca  ağır,  acınacaqlı  olacağı  indidən  bəllidir.  Əgər 
m illəti bir dəmir parçası,  onun ba şında duranları isə bir sənətkar 
kimi  qiymətləndirsək,  onda  gözəl  sənətkarın  əlində  bu  dəmir 
parçası  kəskin,  düşmənə  qarşı  işlənən  kəsərli  bir  qılınca  və  ya 
tarixdə  öz  sözünü deyə  bilən  qələm  ucuna çevrilə  bilər.  Ya da
35

‘Befıruz 
9
hqqi
əksinə, bu dəm ir çürüyüb aradan getmək məcburiyyətində qalan 
bir nala çevrilə bilər.
Hüseyn  Cavidə  məxsus  olan  bir  atalar  sözünü  də 
unutmayaq:  “Yaman  günün  ömrü  az  olar,  acısı  çox”.  Biz  bu 
acıları  ata-babalarımızdan  irs  alıb,  bu  gün  də  buna  son  qoya 
bilmiriksə,  belə  bir  acını  biz  daha  da  faciəli  surətdə  gələn 
nəsillərə utanc gətirici irs kimi qoyuruq.
Türkü vallah,  analar oxşağı,  lay-lay dilidir,
Dərdimi mən bu dava ilə müdava elədim (Şəhriyar).
İnanırıq  ki,  dilimizin  zənginliyinin  parlaq  nümunəsi  olan 
deyimlərimizdən  sizə  təqdim  etdiyimiz  bu  nümunələr  milləti­
mizin  birləşməsində,  gələcəkdə  qüdrətli  bütöv  Azərbaycanın 
yaranmasında müəyyən rol oynayacaq.
Mən  ağlım  kəsəndən  xalqımızın  şifahi  söz  sərvətini 
toplamaqla  məşğul  olmuşam.  “Atalar  sözlərinin  kökləri”  kitabı 
da topladığım  şifahi xalq ədəbiyyatımızın  bir budağı  hesab  oluna 
bilər.  Topladığım  folklor  nümunələri,  bu  vaxta  qədər  bir  neçə 
kitab  şəklində  işıq  üzü  görüb.  Təbriz  Universitetinin  Dağçılıq 
müəllimi  işlədiyim  zamanlardan  başlayaraq  kəndbəkənd  dolaşıb 
xalq  deyimlərini  toplamağa  çalışırdım.  Bu  zəngin  mənəvi 
xəzinənin  itib-batmaması  üçün  40  ilə  yaxındır  ki,  eşitdiyim  hər 
bir  deyimi  qeyd  etməyə  çalışmışam.  Kitabda  Azərbaycanın 
güneyində  işlədilən  deyimlər  ağırlıq  təşkil  edir.  Bu  bir tərəfdən, 
güııeydəki  deyimlərimizin  daha  artıq  aradan  çıxmaq,  məhv 
olmaq  təhlükəsi  ilə bağlıdır,  ikinci  tərəfdən m ən bu mühitə daha 
dərindən  bələd  olmaq  imkanına  malik  olmuşam.  Bununla 
bərabər,  Azərbaycanın  şimalında,  eləcə  də  İranda  yaşayan  digər 
türklərin-  Xorasan,  qaşqay,  Həmədan,  Kərkük  türklərinin  işlət­
diyi  deyimləri  də  əhatə  etməyə  çalışmışam.  “Türk  deyimləri” 
adlansa  da,  bu  kitab  əslində  türk  deyimləri  dəryasından  bir 
damladır.  Türk  deyimlərini  hamısını  toplayıb  ərsəyə  gətirmək 
bütün  xalqın,  millətin  borcudur.  Bu  da  milli  hökuməti  olan 
ölkələrdə mümkündür.
36
lürkdeyim fari
'Btftruz  ybqqi
Bu  kitabın  işıq  üzü  görməsində  çoxlu  dostlarım  yardımçı 
olublar.  Bu deyimlərin  böyük hissəsini  xalq  deyimlərini  sinəsin­
d ə   yaşadan atam Hüseyn  Selablı və  anam Xanım Qəffari-Cabba- 
rid ə n   eşitmişəm.  Qardaşım  Firuz  Həqqi  10-15  il  qabaq  Alma­
niy ay a  qonaq  gəlsə  də,  vaxtının  çoxunu  m ən  sərhəddən keçər­
k ə n   çaya  düşmüş,  çürümüş  hala  gəlmiş  deyimlərin  yenidən 
yazılm asına  sərf  etmişdir.  Bu  kitabdakı  bir  çox  deyimin  sizə 
təqdim   olunması  üçün  m ən  ona  borcluyam.  “H ər  zadın  təzəsi, 
d o stun köhnəsi”  deyimini  xatırlayaraq cavanlıq  dövranımın  dost­
larından  olan  Həmzə  Fərahətiyə,  Hüseyn  Təvəkküliye,  Vahid 
İslam pənaha,  Həmid  Dadpura,  Marağalı  Kəriminin çoxlu  deyim 
seçdiyimiz  “Rəngarəng”  kitabını  bizə  təqdim  etmiş  əziz  Mah­
m u d  Tikana və b.  bütün  bu kitabda əsərlərindən  örnək gətirdiyi­
m iz   yazıçıların,  şairlərin,  siyasi  xadimlərin  tək-təkinə  minnət­
darlığım ı  bildirirəm.  Kitabın  işıq  üzü  görməsində,  çapa  hazır­
lanm asında uzun zaman bir alim kimi  yaxından kömək göstərmiş 
h ə y a t yoldaşım Aybəniz Kəngərliyə ayrıca təşəkkür edirəm
Kitab  mühacirətdə  yazıldığı,  üzərində  uzun  illər  işləndiyi 
ü ç ü n   bir  çox  bədii  nümunələrin  qaynaqlarım  dəqiqləşdirə 
bilm ədik.  Ədəbiyyat  siyahısında  sizə  təqdim  olunan  qaynaqlar 
m e n im   istifadə  etdiyim  qaynaqların  ancaq  bir  hissəsidir. 
G o  ləçəkdə  bu  kitabın  daha  mükəmməl  nəşr  olunması  üçün 
deyim lərim izi  sinələrində  yaşadan  həmvətənlərimizdən  yardım­
çı  olmalarını,  xatirlərində  olan  xalq  deyimlərini  bizim  internet 
ünvanım ıza göndərmələrini xahiş edirik:  btabrizli@ gmx.de
Göstəriləcək  tənqidi  qeydlər,  veriləcək  m əsləhətlər  üçün 
əvv əlcəd ən  öz təşəkkülümüzü bildiririk.
Behruz Həqqi 
Bakı,  mart-aprel 2005-ci il.
37

Behruz 
9
hqqi
■ m S q b n b A
-A-
Abad olar bülbülüyəm,  xarab  olan  bayquşu  -  bu  «mənə
nə var»ların,  çörəyi gün bahasına yeyənlərin  şüarıdır.
Abad  yerin  bülbülü,  xarab  yerin  bayquşu  -  alçaq  adam, 
öz  şəxsi  mənafeyini  hər  şe}'dən  üstün  tutaraq  hər  alçaqlığa 
dözən.
Abı  donun  parıldar,  bağırsaqların  quruldar  -  zahiri çox 
parıltılı  olsa  da,  əslində  vəziyyəti  yaxşı  deyil.  Bahalı  geyinib 
yeməyə  bir şey tapmayan  adama deyilir.
Abırını  ətəyinə  bükmək  -biabır  eləmək,  ovcunu  açmaq, 
hörm ətdən salmaq.
Deginən  ona  adanı  içində  mənimlə  bir  az  yaxşı  rəftar 
eləsin.  Abrımı bükür ətəyim ə  (84,  s. 115).
Abrısını əlinə vermək -  aradan pərdəni götürmək.
Abrısını  alıb  əlinə  verdi (64).
Abrı tökülmək -  həyası getmək,  biabır olmaq.
Qardaş,  mənim  abrım  töküldü,  belə  də  rəftar  olar?  (195, 
с.II,  s.136).
Acan-  pastar görüb  -  /azərbaycanda  şah  zamanında  acan 
və  mollalar  hakimiyyətində  pastar  zor  deyən,  xəlqi  qorxudan 
mənasında  işlədilirdi  Yəni,  çay  da  yazıq  insanlar  kimi  acanı, 
pastar görməyə görə rəngini itirib.  Rəngsiz çaya deyilir.  Şimalda 
bu deyim “çayın  milisioner / ajdan görüb?”  formasında işlənir.
Ac  canavar  ağız  ağıza  yatar  -  həqiqətdə  yeməyə  bir  şey 
tapmayan 
adamlar 
başqasının 
mənafeyini 
gözləməzlər. 
Canavarlar da ac olanda bir-birini yeyər.  Yoxsulun imanı  olmaz.
Acdın  çobana,  yoruldun  sarvana  -   hər  şeyi  hamıdan 
ummaq olmaz.  H ər şey hamıda  olmaz.
Çoban  qardaş,  “acdın  çobana,  yoruldun  sarvana”,  yeməyə 
bir şeyin varmı?(46,  s. 15)
Ac  doğrar,  tox  yeyər  -yaxud  dövlətlinin  burnu  qanasa, 
kasıb  donun  cırıb  onun  qanın  bağlar
Acgöz - xəsis,  tamahkar, gözü onun-bunun  malında olan.
38
Behruz  Jbqqi
luT^deyimbri
Udmuş nə qədər bilsən  zalixnlari bu torpaq
Lakin yenə doymaz bu acgöz adam udmaqdan (163).
Var sürüylə qoyunu,  ilxı  ilə  at-öküzü,
Olsa da min bu qədər mal-qarası,  acdı gözü (267,  s.206).
Aci  bağırsaq  kimi  uzanmaq  ~  xoşa  gəlm əyən  bir  zadın 
uzanması.
Acı  bağırsaq  kimi  uzun,  ağır  qar  yağışıdır  ki,  yerin 
çırpınmayan sinəsində  xirmən kəsər ( 204).
Həmidi  də  arxasınca  çağırırdı.  “Bu  yol  acı  bağırsaq  kimi 
nə  yaman uzandı”  (1,  s.3 15).
Arzum  budur:  bizim  mənzilin  əsaslı  təmiri  acı  bağırsaq 
kimi uzana-uzana  qışa qalmasın  (253,  s. 14).
Acından  köpük qusmaq  -ən yoxsulluq.
Acından  yuxuda  un  süfrəsi  görmək  -  maddi  cəhətdən 
çox  ağır voziyyətdo yaşamaq,  aclıq  çökmək.
Acı  söz -  həqiqəti əks etdirən söz.
M ərhum   Mirzə  Kiçik  xanın  Tehran  haqqında  çox  acı  bir 
sözü  xatirimə  gəldi.  Tehran  abad  olmaq  üçün  bütün  İran  bərbad 
edilmişdir (161,  səh 83.).
Acı  yel  -  pis  vəziyyət,  quldurların  əlində  bir  ölkənin  əsir 
qalması.
Bostanın qeydinə yarəb, görəsən kim qalacaq,
Acı  yel  aldı  həyat ruhunu torpaqlardan (231,  s.35).
Ac  qarına  soyuq  su  -  bugünkü  tibbdə  ac  qarma  su  içmək 
faydalı  sayılır.  Ancaq  qədimdə  insanlar  lazım  olan  bir  şeyi 
kənara qoyub  lazımsız iş görməyə belə  deyərdilər.
Ac qatıq  istəməz,  yuxulu  yastıq  -  doğrudan  ehtiyacı  olan 
adam  şəraitə və əldə  olana qane olar.
Ac  qulağım,  dinc  qullağnrı  -   gündəlik  dava-dalaşdan  ac 
qalıb rahat yaşamaq yaxşıdır.
- “Ac qulağım,  dinc qulağım”,  Mərmrıədqulu!  (253,  s.284).
Ac  qurşağında  çörək  dayanmaz  -  yoxsulluqla  yaşayan 
adam heç bir zad  artıra bilməz.
Aclıqdan  qaralmaq -  çox ac qalmaq.
Yenə  hər vaxt uşaqlar qaralır aclıqdan,
39

T&rkjteybnhri
Hefwuz
em ä S İm
Mən  özüm   də  ilin  on  paymı  lap  ac  qalaram  (80,  с.  II, 
s.135).
Ac toyuq  dışında  buğda / darı  görər -  darı görər şəklində 
də  işlənir.  Yoxsul  adam   yüksək  məqamlara,  xoş  yaşayışa 
fikirləşir.
Ac  yavanlıq  istəməz,  yuxu  da  yastıq  -   insanın  istəkləri 
şəraitdən asılıdır.
Ac yavanlıq istəməz,  yuxu da yastıq (103,  s.70).
Acaram  sandığı,  tökərəm  pambığı  -bildiyim  gizli 
mətləbləri açıb deyərəm.  Hədə- qorxu mənasındadır
Bir dərd bilən axtarıram,
Bir aça biləm  sandığı,  tökə biləm pambığı (284).
Açar  Fransa  -vintaçandır  ki,  ağzı  istənilən  qədər  açılır, 
yumulur.  Hər bir  yerə  düşür.  Hər bir  işə  əl  vuran,  hər  işdən  baş 
çıxardarı mənasında işlənir.
Hər gün  düşürlər bir oda,
Hər  ləhzə  bir  moda,  guya  açar  Fransadır,  hər  möhrəyə
düşər.
Acıb  ağartmaq  -  sirrini  açmaq,  biabır  etmək,  aradan 
pərdəni götürmək.
Açıb  ağartmadı o  sirri vaxtsız (337).
Yer  haqqı,  göy  haqqı,  biz  bu  işi  açıb  ağartmarıq.  Arxayın 
olun (195, с.II,  s. 15).
Acıb  vərəzən  etmək  -  bir  sirrin  üstün  açmaq,  hamıya 
bildirmək.
V ərəzən  Azərbaycanda  bağın  bir  tərəfində  alu,  üzüm  və 
ərikləri  sərib  qurutmaq  üçün  hamarlanan  və  düzələn  yerə 
vərəzən deyilir.
Açıq  dil  -  düşüncə  və  elm əsasında  danışılan  söz,  yazılan
yazı.
Ruznamələr  firqemizin  açıq  dili  və  kəskin  silahıdır  (30, 
1945).
Açıq  gözdən kirpik  qoparmaq  - od  alov, kələkbaz.
Açıq  ürək -səmimi,  şad adam.
Əllərdə saz ola,  dildə söz ola,
40
Tür^deym Cm
Açıq ürək ola, gülər üz ola (283,  s. 181).
Açım  gül ağzımı? -  ağır söz deyiım?
Əh,  çox  mənim  hövsələm   var9  Açım  gül  ağzımı,  dişimin 
dibindən  çıxanı sadalayım( 72,  c.IIl,  s. 121).
Aç  qapını,  ört  qapını  -  faydasız  bir  işlə  məşğul  olmaq, 
vaxtı boş keçirtmək.
Açsa  ovcundadır,  yumsa  yumruğunda  -bir  adamın 
nüfuzunda olmaq.
Adamdan  eşşək  olmasa,  eşşəyin  biri  çıxar m in  tümənə
-  adam var ki,  eşşəkdən də pisdi.
Olmasa eşşək əg ər insan idən,
Qiyməte- xər onda keçər saydan (168,  səh.  262)..
Adamın adı çıxınca, canı çıxsın • bir adam pis ad  çıxartsa, 
onun yenidən  yaxşı  ad qazanması  çətindir.
Ey kaş adamın  adı  çıxınca canı çıxsın(  168,  s. 111).
Adamı  tanıyan  yerdə  qurd  yesin  -  qürbətə  etiraz, 
vətəndə yaşamaq  arzusu.
Adam  yerinə  qoymaq  -  hörmətini  saxlamaq,  ehtiramla 
yanaşmaq.
Son  inəni  o  qədər  incitmisər»  ki,  mən  səni  daha  adam 
yerinə qoymuram(195,  c.II, s.56).
Adamyeyən -  tarixdə  həqiqi  mənada  adam yeyən tayfalar 
mövcud  olmuşdur.  Məcazi  mənada  üzlü,  qorxulu  adam 
mənasındadır.
Əbəs, əbəs neyçün qaçırsan bəndən,
Mən ki  zalım,  adamyeyən deyiləm? (329).
Şeyx Nəsrullah adamyeyən deyil ki (195,  c.II,  s.58).
Ad  bizim dir,  at  özgənin  -  yəni  bizim  adımız  ilə  kef 
çəkib,  xoş yaşayırlar.
Havaxtacan ad bizim,  at özgənin olacaq (142,  səh 286).
Ad  bizim,  dad  özgələrinin  -  yəni  adı  bizim  üstümüzdə, 
xeyri başqaları görür.
Adda- budda -ordan- burdan.
Sözlərinin  içində  atdaq-butdaq  bir  kişidən danışdılar (203, 
səh.  48).
41

Vkhniz  iHdqqi
Tiirf^deyvnhri
Addımbaşı  -təkrar-təkrar,  dönə-dönə,  az  bir  məsafə 
v a h id i.
Addımbaşı  bir bank idi hər şəhərdə bari (168,  soh.  466).
Adı  başqa,  dadı  başqa -  “igidin  adını  eşit,  üzünü  gormə” 
deyimi  i lə  təxminən  bir  mənadadır.  Çox  vaxt  xoşzahir,  bədbatil 
adam  haqqında işlənir.
Aclı qulağına dəyib -özünü başqalarından  üstün  tutmaq
Bağır:  Bu  Xaspoladov  kimdir  e.  Hardan  adı  qulağıma 
dəyir? (9, s. 192).
Adımı  an  bir  çürük  qoz  ilə  -   dost  məni  yad  eyləsin  bir 
çürük  qoz  ilə,  yəni  əsas  hədiyyənin  kiçik,  böyüklüyü  deyil, 
diqqətdir
Adımı  sənə  qoyum,  səni  yana-yana  qoyum  -   öz  pis
əməllərini  başqasının  boynuna  salan  adam,  lazım  olan  zaman 
belə deyər.
Adım  yadımdan  çıxıb  -   başım  çox  qarışıqdı,  durumum
yaxşı  deyil.
İbişli:  Lap  çaşıb  qalmışam,  öz  adım  yadımdan  çıxıb  (9, 
s. 181).
Adın  daşa yazılması -  ölmək  anlamındadır.
Töküldü  torpağım,  tutuldu gözüm
Mustafayam,  adım daşa yazıldı (97,  səh 67).
Adını  çıxardıb,  özü  dəyirmanda  oturub  -böyük  şöhrət 
qazansa  da  özü  bir  iş  görmür,  o  şöhrətlə  onun  əməli  arasında 
böyük  fərq var.
Adın  nədir,  İDaşdəmir,  yumşalısan,  yumşalı  -   yəni 
təcrübəsiz  adam  kobudcasına  davranar,  yon i o  nə  desə, o  olacaq, 
ya kötək  və ya düşüncə gücü ilə əvəz olunar.
Sərhəng -  deyirsən,  cənab  bolşevik,  adın  nədir,  Daşdəmir, 
yumşalısan,  yumşalı  (77,  səh.  28).
Adın nədi Xaspolad,  yumşalısan  yumşalı  (9,  s. 182).
Adını  batırmaq  -   pis  bir  hərəkətlə  xalq  içində  rüsvay 
olmaq.
Təzədən bir adını  niyə batıraydı?  (84,  s.37).
Adının  qulu  olmaq -  həmişə şərəflə  yaşamaq.
42
‘Befmız  Jhqqi
M ənim balam bu dünyada
Ölənəcən hər kəs elə
Öz adının quludu (260,  s.148).
Adını  tut,  qulağını  çək  -   sözünün  üstünə  gəlib  çıxan 
adama deyilir.
Adını tut, qulağım  çək (335,  s.280).
Adı  üstündə olmaq -bir kişinin  bir qadının əri olması.
Hər halda Əlizamanın adı onun üstündə  idi (84, s.399).
Adı  var,  özü  yox  -  adı  dillərə  düşsə  də,  əməli 
görünməyən adam.
Vəfa bu aşinalarda olubdur morğe-uııqa tək,
Adı  vardır,  özü  yoxdur  bunu  mütləq  deyərlərmiş  (347, 
s.269).
Aftafaya laflafa demək -əldən düşmüş,  qocalmış.
Ağa  bəliçi  - hər sözə boyun əyən,  yaltaq.
Ağac ayaq - arıq,  ora-  bura qaçan,  yorulmayan.
Ağac  bar  verəndə  başını  aşağı  əyər  -   ağıllı,  düşüncəli 
adam başqalarına yuxandan aşağı baxmaz.
Ağac bar verəndə başını  aşağı  əyər (1,  s.166).
Ağac  başında  mum  var  -bizi  tanımayan  kim  var -bizim 
işimiz hər kəsə  aydındır.
Ağacda yatmaq  -çox tezdən durmaq.
Ağacdələn  -quş  adıdır,  məcazi  mənada  çoxdamşan,  baş 
aparan mənasındadır.
Dedim:  Olar səninlə beş  dəqiqə bahəm olaq,
Dedi:  ağacdələnin  yoxdu gülüstano  yolu (168,  s.530).
Ağacdələnə  döndərm ək  -çox  danışdın,  baş  beynimizi 
apardın.
Ağacıı  meyvəsi ilə  tanıyarlar -ata-  ana övladı  ilə tanınar.
Ağacın  birini  itdə  eləyib,  birini  məndə  -  mənə  gün
vermir,  göz verir,  işıq vermir.
Ağacın  birini  itdə  eləyib,  birini mondə  (129,  с.  I,  s.429).
Ağacının  qabağına  ağac  uzatmaq  -   sözünün  qabağına 
söz demək.
43

‘Befaruz  Məqqi
Bu  vaxtadək  опии  ağacının  qabağına  ağac  uzadan 
olmamışdı  (72,  c.III,  s. 106).
Ağac  tutan  baş  yarandan  çoxdur  -  baş  yaranların  bir  də 
ağac  saxlayanları  olur.  Bu  adamlar  ağacı  qəmənin  qarşısına 
tuturlar ki, qəm ə başa çox işləməsin.
Boş- bekar adam işləyəndən çoxdur.
Ağac yaş  ikən əyilər -uşaq vaxtında tərbiyə  olunmalıdır.
Ağa  deyir:  sür dərəyə-  sür dərəyə  -  mənə  böyüklər nə 
deyir, onu eləyirəm
Mən  buyruq  quluyam,  o ə n ə   buyurublar  sür  dərəyə,  sür 
dərəyə  (195,  с.II,  s. 123).
Onu  şahdan  soruş,  mənimki-  ağa  deyir  sür  dərəyə,  sür 
dərəyədi (46,  s.158).
Ağa deyir sür dərəyə,  sür dərəyə  (335,  s.307).
A ğ  ağça  qara  gün  üçün  -   insan  gərək  yaman  gün  üçün 
ehtiyat görə.
Ağ ağça qara gün üçün (229,  s,28).
Ağa  qəbrinin  şarn/  nıum  qapanıdır  -tələsik  qaçan 
adama,  tez bir yerə dəyib gedən adama deyilir.
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin