A.İbrahimov, H.Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq”, Misri, Bakı – 2004
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. – 1969
K. Koffka, “Zihni inkişafın esasları”, tərcümə edən: Suat Tavlan, Hüsnütabiat nəş. İstanbul – 1959
Editor: İrvin D. Yalom, Hans Steiner “Məktəbəqədər Uşaqların Terapisi”, Prestij nəş. – 2007
Jean Piaget, “Child’s Conception of the World”, London – 1929
“Yansıtma” jurnalı, №3‐4, 2005
VII FéSİL Uşaq vƏ yeniyetmƏlƏrdƏ davranış pozuntuları
7.1. Qorxu hisslƏri (sosial fobiya)
Qeyd: Uşaq və yeniyetmələrin sosial mühitdə müvəffəqiyyət qazanmağına mane olan amillərdən biri də sosial fobiyadır (qorxu).
Belə bir psixoloji kompleksi yaşayan uşaq, yeniyetmə, gənc cəmiyyət, ailə və idarə işlərində də çətinliklərlə qarşılaşır. Məsələn, sinifdə şagirdi lövhəyə çağırarkən o, dərsi yerindən danışmağı xahiş edir, lövhəyə çıxmaqdan çəkinir, digər şagirdi isə lövhəyə çıxararkən həyəcandan üzü pörtür, boğazı quruyur, əllərinin içi tərləyir, ürək döyüntüsü artır və yaxud da dərsi şifahi şəkildə deyil, yazılı şəkildə müəllimə vermək istəyir. Belə olan halda müəllim şagirdin psixoloji cəhətdən vəziyyətini nəzərə almalı ona fərdi yanaşaraq söhbət etməli, məktəb psixoloqu ilə görüşməyi tövsiyə etməlidir.