Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
Qabil ABDULLAYEV

ATU-nun DEBAT KLUBU TƏDBİR KEÇİRİB  

Klub dekabrda 15 illiyini keçirmək üçün 

təlimlərə başlamaq niyyətindədir


http://www.amu.edu.az

15 noyabr 2014-ъц ил

4

B

u il noyabrın 10-

da Bakı şəhər İcra 

Hakimiyyəti, Təhsil Nazirliyi 

Azərbaycan Milli Elmlər 

Akdademiyasının (AMEA) 

birgə təşkilatçılığı ilə “Bakı 

Elm Festivalı-2014” –ün 

açılışı olub. Ertəsi gün isə 

“Bakı Elm Festivalı-2014” 

çərçivəsində Azərbaycan 

Tibb Universitetində  geniş 

tədbir keçirilib.

“Festivalın 

universitetimizə 

faydası olacaq”

Açılış mərasimində çıxış edən 

universitetin  rektoru,  akademik 

Əhliman  Əmiraslanov  iştirak-

çıları  salamlayaraq  festivalın 

məqsəd  və  məramı  haqqında 

məlumat verib:

- Çox hörmətli Akif müəllim! 

Çox hörmətli professor-müəllim 

heyəti!

Əziz gənclər və tələbələr! 

Azərbaycanda ilk dəfə keçirilən 

elm festivalı bizim üçün, ölkəmiz 

üçün yeni bir hadisədir. Biz festi-

vala hazırlıq işlərinə başlayanda 

çoxları bunun nəyə görə keçiril-

diyini  anlaya  bilmirdi.  Amma  bu 

festivalın  keçirilməsi  vacibdir  və 

əsas  məqsəd  də  Azərbaycan 

elminin  bugünkü  nailiyyətlərini 

geniş  ictimaiyyətə  çatdırmaq, 

müasir elmi bilikləri təbliğ etmək, 

həmçinin gəncləri elmi fəaliyyətə 

cəlb  etməklə  elmi  tədqiqat 

işlərinə  marağı  artırmaqdan 

ibarətdir.

Bildiyiniz  kimi,  elm  festivalı-

nın  əsası  İngiltərədə  qoyulub. 

Məqsəd isə elmin təbliğ olunma-

sından, insanları, cəmiyyəti elmi 

tədqiqatlara, elmi laboratoriyala-

ra,  elmi  müəssisələrə  yaxınlaş-

dırmaqdan gedir.  Bəzən bizdən 

kimsə  hansısa  laboratoriyada,  

klinikada və ya elmi müəssisədə 

tədiqatla  məşğul  olur.  Ancaq 

cəmiyyətin  və  bütövlükdə  bu 

sahədə  çalışan  mütəxəssislərin 

isə  aparılan  tədqiqatdan  xəbəri 

olmur. 


Ancaq 

belə 


festvalların 

keçirilməsi  cəmiyyəti  elmə  ya-

xınlaşdırır  və    bu  baxımdan 

elmi təbliğ etmək, heç şübhəsiz 

ön  plana  çəkmək  lazımdır. 

Görürəm,  bura  toplaşanlar 

əsasən  gənclərdir.    AMEA-nın 

prezidenti  Akif  Əlizadəni  və  o 

cümlədən  bizi  son  zamanlar 

gənclərin əvvəlki illərə insbətən 

elmi-tədqiqatlara 

marağı-


nın    azalması  narahat  edir.  Bu 

səbəbdən istərdik ki,  gənclərin 

elmi müəssisələrə, elmi-tədqiqat 

laboratoriyalarına  axını  daha 

çox olsun. 

Doğrudur,  universiteti  bitirən 

hər  gəncdən  elmi  işçi  ola 

bilməz. Bunun üçün onda bir çox 

xüsusiyyətlər  olmalı,  ən  əsası 

elmi  tədqiqatın  predmetini  düz-

gün seçməlidir. Əgər o, predmeti 

düzgün  seçə  bilməsə,  heç  vaxt 

yaxşı  nəticə  əldə  edə  bilməz. 

Ikincisi,  elmi  tədqiqatlarda  bir 

ardıcıllıq  olmalı,  tədqiqatın  bir 

mərhələsindən  sonra  hansı 

mərhələnin gəlməsini bilməlidir. 

Bəzən  tədqiqatçılar  deyirlər 

ki,  apardığım  elmi-tədqiqat  işi-

nin  nəticəsi  olmadı.  Əgər  elmi-

tədqiqat işinin nəticəsi əvvəldən 

bilinsəydi, onda bu elmi tədqiqat 

olmaz,  səviyyəsi  aşağı  düşərdi. 

Aparılan tədqiqat isə sona çatdı-

rılmalı və hər bir tədqiqatçı  apar-

dığı  elmi-tədqiqatın  nəticəsinin 

ölkəsinə və xalqına hansı fayda-

sının olacağını bilməlidir. 

Elmi-tədqiqat  işlərinin  apa-

rılması 


üçün 

elmi-tədqiqat 

müəssisələrinin 

maddi-texni-

ki  bazasının  yaxşılaşdırılması 

istiqamətində, o cümlədən  Aka-

demiyada  son  illərdə  xeyli  işlər 

görülüb  və  yeni  institututlar  ya-

radılıbdır.

Mən yeni yaranan  institut kimi 

Molekulyar  Biologiya  və  Biotex-

nologiyalar  İnstitutunun  adını 

çəkə  bilərəm.  Bu  institut  yeni 

elmi istiqamətlərin meydana çıx-

ması,  elm  və  texnologiyaların 

inkişafı nəticəsində yaradılan bir 

elm  müəssisəsidir  ki,  bunun  da 

çox böyük əhəmiyyəti vardır.  

Akademiyada,  keçmiş  SSRİ 

məkanında  analoqu  olmayan,  

çox geniş imkanlara malik müa-

sir elrktron kitabxana da fəaliyyət 

göstərir.  Gənclərimizə  tövsiyə 

edərdim ki, həmin kitabxanadan 

istifadə etsinlər. Buradan dünya-

nın  bir  çox  qapalı  mənbələrinə 

giriş əldə etmək mümkündür. 

Diqqətinizə  çatdırım  ki,  festi-

valda maraqlı məruzələr planlaş-

dırılıb. Mənə elə gəlir ki, burada 

geniş diskusiyyalar olacaq.  He-

sab edirəm ki, gənclər özü üçün 

nə isə götürəcək, əldə edəcəklər. 

Əminəm ki, bu gün təşkil olunan 

bu  festival  universitetimiz  üçün  

faydalı olacaq. 

Son olaraq, Akademiyanın pre-

zidenti, akdemik  Akif Əlizadəyə 

də dərin təşəkkürümü bildirirəm 

ki,  bu  gün  bizimlə  bir  yerdədir. 

Festivalın  necə  təşkil  olunması 

və  gedişi  ilə  maraqlanır.  Məhz 

Akif  müəllimin  təklifi  ilə  festival 

Azərbaycan Tibb Universitetində 

keçirilir. Sizlərə uğurlar arzulayı-

ram. 



Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin