Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
Debat  Klubu  necə 

yarandı?

Qeyd  edək  ki,  “Vətəndaş 

Cəmiyyətində  Debat”  İctimai 

Birliyi  1998-ci  ildən  “Debat” 

təhsil proqramı kimi fəaliyyətə 

başlayıb.  İctimai  Birlik  kimi 

2001-ci ildə təsis edilib, 2005-

ci  ilin  yanvar  ayında  Ədliyyə 

Nazirliyi tərəfindən qeydiyyat­

dan  keçirilibdir.  Bu  proqrama 

əsasən ali təhsil müəssisələri 

cəlb  olunub  və    ATU-nun 

Debat  Klubu  isə  qurumun 

tərkibində  yaradılan  ilk  klub 

olub.  

Həmişə olduğu kimi bu dəfə 

də    ATU-nun  tələbələri  digər 

ali  məktəb  tələbələrindən 

aktivliyinə görə fərqlənir.  

Kluba 


universitetin 

müalicə-profilaktika  fakültə

­

si nin  IV  kurs  tələbəsi  Gül­



tac  Kərimli  sədrlik  edir.                                                                                                                                            

 Onun sözlərinə görə, 1999-cu 

ildə  yaradılan  ATU-nun  De­

bat  Klubu  arada  müəyyən 

fasilələrlə 15 ildir öz fəaliyyətini 

davam etdirir. “Hazırda klubun 

427  üzvü  var.  Bu  yaxınlar­

da  təlimlərə  başlanacaq  və 

daxili  turnir  keçiriləcək.  Klub  

fəaliyyəti  dövründə    4  dəfə 

Respublika, bir dəfə Bakı Fo­

rumu qalibi, 3 dəfə Bakı Foru­

mu 2-cisi olub. Hazırda klubun 

15 illiyini keçirmək məqsədilə 

təlimlərə hazırlaşırıq”. 

Gültac xanım onun rəhbərlik 

etdiyi Klubun “Aktiv Debat Klu­

bu”  adına  layiq  görülməsinin 

və 

uğurlar 


qazanması­

nın  səbəbini  həmçinin    üzv 

tələbələrin  məsələyə  ciddi 

yanaşması  ilə  də  izah  etdi. 

“Sevindirici  haldır  ki,  “Debat 

Klubun  məzunları”  adlanan 

çox  sayda  həkimlər  hələ  də 

öz fəliyyətlərini davam etdirir. 

Hətta  ölkəmizin  hüdudların­

dan  kənar  yaşayan  həkimlər 

hələ  də  klubla  əlaqələrini 

kəsməyiblər.  Bunun  da  əsas 

səbəbini səmimi tələbə mühiti­

nin yaradılması ilə izah etmək 

olar. Mübaliğəsiz deyərdim ki, 

universitetimizin  tələbələrinin 

ən çox  üzv olduğu Debat Klu­

budur.  Çünki  bu  klub  sağlam 

ideya və xoş rəqabət üzərində 

qurulub  və  daim  inkşaf  edir. 

Qoşulmaq  istəyənlərə  də  bu­

rada hər zaman yer var. Arzu 

edən  tələbələr  debatçı  adını 

qazana,    universitetimizi  ölkə 

miqyaslı  forumlarda  təmsil 

edə  və  öz  ictimai  fəallıqlarını 

göstərə bilərlər”.  

Sonda  Gültac  xanım  uni­

versitet  rəhbərliyinin  keçirilən 

bütün  tədbirlərə  dəstək  ol­

masından,  Debat  Klubun 

fəaliyyətinə nəzarət və diqqət 

ayırmasından,  lazım  olan 

maddi-texniki  və  mənəvi  yar­

dımı  göstərməsindən  də  da­

nışdı. Kluba dəstək verən hər 

kəsə  qəzetimiz  vasitəsi  ilə 

təşəkkürünü bildirdi.




Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin