Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin


BMT-nin  Baş  Məclisinin  2006-ci  il



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
BMT-nin  Baş  Məclisinin  2006-ci  il 

dekabrın 20-də qəbul etdiyi qətnaməyə 

əsasən  Dünya  Diabet  Günü  2007-ci 

ildən  başlayaraq  BMT-nin  rəsmi  günü 

elan  edilib.  Noyabrın  14-ü  Fredirik 

Bantinqin  anadan  olduğu  gündür.  Bu 

görkəmli  insan  Çarlz  Best  ilə  1922-

ci  ildə  insulini  kəşf  etməklə  diabetli 

insanların müalicəsində yeni bir eranın 

başlanğıcını qoyublar.

AzərTAc  xəbər  verir  ki,  bu  barədə 

noyabrın  14-də  “Qorqud”  hotelində 

Azərbaycan Diabet Cəmiyyəti (ADC) və 

Azərbaycan Endokrinologiya, Diabetolo-

giya və Terapevtik Təlimat Assosiasiya-

sının BMT-nin Bakı ofisinin rəhbərliyinin 

iştirakı ilə keçirdiyi tədbirdə məlumat ve-

rilib.

ADC-nin  sədri  Möminat  Ömərova  bil-



dirib  ki,  tədbirin  əsas  məqsədi  uşaq 

və 


yeniyetmələrdə 

şəkərli 


diabet 

xəstəliyinə qarşı mübarizə istiqamətində 

görülən  və  gələcəkdə  nəzərdə  tutu-

lan  tədbirlər  haqqında  ictimaiyyəti 

məlumatlandırmaqdır.  O,  ölkəmizdə 

səhiyyəyə  göstərilən  dövlət  qayğı-

sından,  şəkərli  diabetlə  bağlı  görülən 

işlərdən  və  bu  xəstəliyin  müalicəsində 

əldə  olunan  son  nailiyyətlərdən  söhbət 

açıb. Prezident İlham Əliyevin səhiyyəyə 

göstərdiyi  xüsusi  diqqət  və  qayğının  bu 

sahədə  xeyli  irəliləyişlərə  səbəb  olduğu 

xüsusi  qeyd  edilib.  Diqqətə  çatdırılıb  ki, 

bir  sıra  dövlət  proqramlarının  reallaş-

dırılmasında  Heydər  Əliyev  Fondunun 

prezidenti,  UNESCO-nun  və  İSESCO-

nun xoşməramlı səfiri, Milli Məclisin de-

putatı Mehriban xanım Əliyevanın böyük 

xidmətləri vardır.

Eyni  zamanda,  əsrin  bəlası  olan  dia-

betin  yaratdığı  problemlərdən  danışılıb, 

bu xəstəliyin müalicəsinə profilaktikasın-

dan daha çox xərc çəkildiyi bildirilib.Ağır 

fəsadlar  törədən  şəkərli  diabetlə  bağlı 

əhalini  maarifləndirməyin  vacibliyi  də 

vurğulanıb.

Tədbirdə  diabetlə  mübarizədə  qarşıda 

duran vəzifələrlə bağlı müzakirələr apa-

rılıb.




Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin