Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin


Biri  vardı,  biri  yoxdu...  Bir



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
Biri  vardı,  biri  yoxdu...  Bir 

Xocalı vardı, bir də onun əzabkeş, 

cəfakeş, zəhmətkeş və vətənsevər, 

yurdsevər sakinləri... 

Azərbaycanın  ən  qədim  insan 

məskənlərindən, yurd yerlərindən olan, 

tarixi maddi - mədəniyyət nümunələrini 

özündə    əks  etdirən,  çar  Rusiyasının  

apardığı 1895-ci il siyahıyaalınmasına 

görə  46  kişi  bəyi  və  44  qadın  bəyinə 

malik olan Xocalıda – Allahverdi bəyin 

«Tut Bağı»nın yaxınlığında qaynar göz-

lü,  ayna  üzlü,  şirin  sözlü  bir  bulaq  da 

vardı. Bulağın büllur kimi saf damlaları 

gözlərə  məlhəm,  canlara  dərman  idi. 

Onun  suyu bədəndəki zərərli və zəhərli 

maddələri  təmizləyir,  orqanizmdəki 

xolesterini 

damarların 

divarlarının 

kirəcləşməsinə-aterosklerozuna  yox, 

orqanların fəaliyyətinin həyat üçün va-

cib məsələlərinə  yönəldərdi. O inci  su-

lardan  içənlər  də  onun  damlaları  kimi 

təmiz və saf olurdular. İnsanlar bulağın 

qaynar  gözündən  su  içib  bir-birlərinə 

«Sucan  ömrün  olsun!»  -  deyərdilər. 

«Qarağac  Bulağı»  qoymuşdular  bu 

bulağın adını dədə-babalar. Bulaq hər 

tərəfdən  ətrafa  oksigen  hopmuş  ətir 

çiləyən  irigövdəli,  sərin  kölgəli,  yaşıl-

yarpaqlı,  başı  göylərə  millənən  qol-

budaqlı qarağaclarla, böyürtkən və mo-

ruq kolları ilə, bir-birinə sarmaşmış qız-

lar boxçası gülləri ilə  əhatə olunmuş-

du. Bu ecazkar ağacların zümrüddonlu 

yarpaqları,  göylərə  ucalan  budaqları, 

nəhəng  gövdələri  gündüzlər  gün  işı-

ğında,  gecələr  ay  işığında  bulaqda 

bərq  vuraraq  sığallanar,  xəfif  mehdən 

xoşallanaraq həzin xışıltı ilə pıçıldaşar-

dılar. Bu pıçıltıların sevgisindən vəcdə 

gələrək  qol  götürüb  süzən  budaqların 

ahəngdar  ritmik  hərəkətləri  möcüzəli 

məğrur düzümü ilə seçilən, əl-ələ verib 

«Yallı» gedən el birliyinin təcəssümünü 

xatırladardı  insanlara.  Bəlkə  də  bu 

ağaclara görə belə qoymuşdular bula-

ğın adını. Allahverdi bəyin «Tut Bağın-

da»  məskən  salmış    sülh  göyərçinləri 

də,  cəh-cəh  vuran  bülbüllər  də, 

şanapipiklər, torağaylar və cikkildəşən 

sərçələr  də,  böyürtkənli,  moruqlu, 

çiyələkli  yarpaqların,  şibyə  budaqları 

arasından hürkəkliklə  boylanan  əliklər, 

ceyran-cüyürlər,  kəkliklər,  turaclar  da, 

şahə  qalxan  qızıl  quşlar,  şahinlər,  qa-

yalarda qıy vuran qartallar da, o bula-

ğın  dövrəsində  fırlanar,  onun  suyu  ilə 

böyüyüb boy atar, pərvazlanaraq dün-

yaya  xeyirxahlıq,  bərəkət,  xoşbəxtlik 

toxumu səpərdilər...

Hər  ilin  mart  ayında  boynu  bükük 

bənövşələr  kolların  dibindən  boyla-

nanda,  Novruz    gülünün    ətri  yamac-

lara  yayılanda  Novruz  Bayramını 

Qarağac  Bulağının  yanında  bayram 

edərdilər  Xocalılar.  Axır  çərşənbədə 

gecəni  Qarağac  Bulağının  yanında 

keçirər,  Tut  Bağındakı  çəmənliklərdə 

qurduqları  çadırlarda  çillə  çıxarar,  ba-

harın  xoşqədəmli  gəlişini  toy-büsatla 

qarşılayardılar  xocalılar.  Tiyanlarda 

qaynadılıb  çətənə  üzərində  süzülərək 

dəmə  qoyulan  Bayram  aşının  ətri  Ba-

harın  ilk  müjdəsinə  çevrilərdi.  Hamı 

bir-birini təbrik edib «Novruz Bayramın 

mübarək!» deyərdi. Oğlanlar at belində 

oyunlar  göstərər,  qızlar  yumurta  bo-

yayıb  piyalələrdəki  suya  iynə  salar, 

bəxtlərini  sınayardılar.  Səhər  tezdən 

hamı  böyürtkən  kolunun  tağ  kimi 

əyilmiş  budağının  altından  keçər,  Qa-

rağac  Bulağının  buz  kimi  suyunda  əl-

üzlərini  yuyub  arxın  üstündən  hoppa-

nar, «Ağırlığım burda qalsın!» -  deyər, 

təzə ildə təzələnər, təravətlənərdilər...

Ancaq el arasında deyirdilər ki, «Mur-

darlıq  götürmür  təmiz  qəlbli  insanlar 

kimi Qarağac Bulağı». Söyləyirdilər ki, 

XIX əsrin əvvəllərində - 1813 və 1828-

ci  illərdə  «bağlanan»  «Gülüstan»  və 

«Türkmənçay» müqavilələrindən sonra 

Azərbaycana  Qriboyedovun  müşayiəti 

ilə  köçürülənlərlə  birlikdə  donuz  köçü 

də geniş ayaq açmışdı və  bir gün bu 

murdar donuzlar bulağın suyundan içib 

doyduqdan sonra ağnayıblar  gözündə 

bulağın.  Dözməyib  bulaq  qəfil  peyda 

olan bu yadelli murdarlığa, götürməyib 

bu haramlığı - quruyub suyu, batıb gözü 

bulağın. Söyləyirlər ki, xeyirxah insan-

larla  birlikdə  göyərçinlər,  bülbüllər, 

ceyran-cüyürlər,  kəkilli  kəkliklər  bu-

lağın  yurdunu  məhəbbət  dolu  göz 

yaşlarıyla  yuyub  təmizləyiblər.  «Alla-

hın  məsəlli  əla  Məhəmmədin  və  əla 

Məhəmməd» - deyib salavat çeviriblər 

hər gün. Təmiz məhəbbətdən, səmimi  

sevgidən təmizlənərək durulaşan bulaq 

yenidən qaynamağa başlayıb, yenidən 

insanlara,  cəh-cəh  vuran  bülbüllərə, 

sülh  göyərçinlərinə,  ceyran-cüyürlərə, 

kəklikotu 

ətirli 


kəkilli 

kəkliklərə 

xoşbəxtlik  bəxş  edib,  yenidən  həyata 

gəlib,  yenidən  aləmə  ədalət  toxumu, 

sülh  toxumu  səpilməsinin  mənbəyinə 

çevrilib «Qarağac Bulağı».

Deyirlər ki, Xocalı adlı məkan da özü-

nün  büllur  gözlü  bulağına  bənzəyir.  O 

da  götürə    bilmədi  erməni  vandalla-

rı  tərəfindən  törədilən  soyqırımı  kimi  

murdarlıq vəhşiliklərini. XIX əsrə qədər 

xoşbəxt  və  firavan  bir  həyat  sürüb 

Xocalı.  1828-ci  ildə  qonşuluqdakı  iri 

dövlətlərin  Azərbaycanı  öz  aralarında  

parçalamalarından  sonra  ermənilərin 

İrandan,  digər  regionlardan  Qaraba-

ğa  doğru  başlanan  kütləvi  köçü  po-

zub  dincliyini,  rahatlığını,  ərşə  çəkib 

yuxusunu  Xocalının.  Son  yüz  ildə  3 

dəfə  yandırılıb  lənətə  gəlmiş  gəlmə 

erməni  daşnakları  tərəfindən  Xoca-

lı.  Əvvəlki  vaxtlarda  yol  tapıb  paklığa 

çıxara  bilmişdilər  xocalılar  «Qarağac 

Bulağı»nı.  «Su  aydınlıqdır»  -  deyirlər. 

O  da  aydınlığa  çıxarmışdı  Xocalını. 

1992-ci  ilin  fevral  ayının  qarlı-çovğun-

lu  25-26-sı  tarixlərindəki  son  erməni 

işğalından  sonra  daha  ağır,  daha 

dəhşətli  soyqırıma  məruz  qalsalar 

da, yenə də yollar axtarır dəhşətli qır-

ğından  təsadüfən  sağ    çıxan    Xoca-

lılar.  Xocalılar  bilir  ki,  hər  gün,  hər  an 

yeni  murdarlıqlarla  üzləşir  əsirlikdə, 

erməni  tapdağı  altında  inləyən,  sız-

layan  «Qarağac  Bulağı».  İndi  «Qa-

rağac  Bulağı»na    gedən  ot  basmış, 

itmiş  yollarını  axtarırlar  Xocalılar.  Bu 

yolları  tapmaq  üçün  mükəmməl  ordu 

ilə  birlikdə  «Qarağac  Bulağı»nı  böyük 

ürəklə  sevə  bilən  gənclərin  hərarətli, 

sevgi dolu məhəbbətli ürəkləri lazımdı. 

Məhəbbətli gənc ürəklər tapa bilər «Qa-

rağac  Bulağı»nın  yollarını.  Müqəddəs 

duyğular  xilas  edə  bilər  murdarlıqdan 

«Qarağac  Bulağı»nı.  Xocalının,  Qa-

rabağın,  Şuşanın,  Xankəndinin,  Laçı-

nın,  Kəlbəcərin,  Ağdamın,  Füzulinin, 

Cəbrayılın,  Qubadlının,  Zəngilanın, 

Zəngəzurun, 

Göyçənin, 

Vedinin, 

Dərələyəzin,  İrəvanın,  Turşsuyun,  İs-

tisuyun,  İsa  Bulağının  da  tilsimi  o  bu-

laqdadır.  «Qarağac  Bulağı»nı  xilas 

edən dahi xilas edəcək  murdarlardan 

Qarabağı da, Xocalını da, bütün Qərbi 

Azərbaycan  torpaqlarını  da.  Yol  gəlir 

coşqun məhəbbətli, namuslu gənclərin 

qeyrət dəstələri. Bu məhəbbətdən co-

şub  daşacaq  təlatümlü  suyu  «Qara-

ğac  Bulağı»nın,  yuyub  təmizləyəcək 

yenidən Qarabağı donuz məkrlilərdən. 

Qovuşacaq  Qarqara,  İlisə,  Kürə,  Ara-

za,  Qudyalçaya,  Həkəriyə  töküləcək 

yenidən  Xəzərə  sonucda  «Qarağac 

Bulağı».  

...Saf duyğularla yaşayan təmizqəlbli, 

xoşniyyətli  təvazökar  bəşər  övladları 

da, bütün sülhsevər insanlar da mənim 

Xocalımda  olan  büllur  damlalı,  həzin 

laylalı «Qarağac Bulağı» kimidirlər. Ma-

yası  paklıq  xəmirində  yoğrulmuş  belə 

səmimi, etibarlı insanlar da onlara qar-

şı  törədilən  murdarlıqları  götürmürlər. 

Onların  da  qəlbi  o  qədər  zərifdir  ki, 

onlara  qarşı  törədilən  istənilən  tipli 

murdarlıqları həzm edə, ona tab gətirə 

bilmirlər.  Gözümüz  önündə  saralıb 

solur,  göyün  ənginliklərinə  çəkilirlər. 

Orada  mələklərə  qovuşub  təmizlik 

rəmzinə  çevrilirlər…Yaxşı  ki,  dünyanın 

heç bir guşəsində murdarlıq götürmür 

təmiz qəlbli, sədaqətli  insanlar. Nə qa-

palı bir ailə çərçivəsində, nə də geniş 

ictimaiyyət  qarşısında!  Götürmürlər 

murdarlıq. Gedirlər... Gedirlər əbədiliyə 

hay-küysüz, səssiz-səmirsiz...

Mənim  Xocalımın  «Qarağac  Bulağı» 

da  indi  yəqin  ki,  erməni  murdarlığını, 

donuz  ağnamalarını  götürməyərək 

yenidən  səmtini  dəyişib,  erməni 

rəzalətinə  xidmət  etməyərək,  göyün 

ənginliklərinə çəkilib, gözləyir yolumu-

zu  bizim.  Bizim  «Qarağac  Bulağı»nın 

gözünü  donuzlardan  təmizləməyimizi, 

əsarətdən,  işğaldan,  rəzalətdən  azad 

etməyimizi gözləyir.

Gözlə,  mənim  saf  qəlbli  «Qarağac 

Bulağım».  Biz  səni  də,  Şuşamızın 

İsa  Bulağını  da,  Turşsuyunu  da,  Xan 

qızı  Natəvanın  ecazkar  bulağını  da, 

Kəlbəcərimizin  İstisuyunu,  Gəlin  Qa-

yasını  da,  Qırxqızımızın  Sarı  Bulağı-

nı  da,    Laçınımızın  «Yaxşısını  və  Sarı 

Aşığını»  da,  Füzulimizin  Azıx  Mağa-

rasını  da,  Ağdamımızın  qədim  tarixə 

malik 

«Qarağacı 



qəbiristanlığını» 

da,  Xankəndinin  yaxınlığındakı  «Xan 

Bağı»nı da, Pənah Xanın inşa etdirdi-

yi möhtəşəm Şuşa Qalası və Əsgəran 

Qalasını  da  mütləq  azad  edəcəyik. 

Sənin  uğrunda    ədalətsizliyə,  işğala 

qarşı  mübarizə  aparan  Azərbaycan 

sərkərdələri  həmişə  ayıq-sayıqdırlar. 

Sən  yenə  də  halallığa  qovuşacaq, 

kükrəyib-daşacaqsan. Təmizliyi görüb, 

insanlara  xoşbəxtlik  bəxş  edəcəksən. 

Sən  mütləq  Azərbaycanın  halallı-

ğının  müjdəsini  duyacaq,  görəcək, 

eşidəcəksən,  sən  azad  olacaqsan, 

Qarağac Bulağı. 

Bunu, bu büllur saflığı mən görməsəm 

də  Azərbaycanın  övladları  olan 

nəvələrimiz,  nəticələrimiz  görəcək. 

Əminəm  və  inanıram  ki,  bu  görüşdən 

mütləq  mənə  də  pay  düşəcək,  sənin 

damlalarınla mənim də ruhuma müjdə 

gələcək,  mehriban  Qarağac  Bulağı. 

Bu mütləq baş tutacaq. Çünki həmişə 

sonda  xeyir-şərə,  ədalət-ədalətsizliyə, 

işıq-qaranlığa, düzlük-əyriliyə, həqiqət-

yalana,  səmimilik-xəbisliyə,  qeyrətlik-

qeyrətsizliyə,  dürüstlük-nadürüstlüyə, 

mərdlik-namərdliyə qalib gəlib. Bu, indi 

də belədir. Gələcəkdə də belə olacaq-

dır.  Çünki  yaxşı  insanlar,  hamıda  bir 

yaxşılıq axtarıb tapan insanlar həmişə 

olub, var və olacaqdır.

Qürurlu  qeyrətli,  vüqarlı  «Qarağac 

Bulağı»!  Xilaskar  Azərbaycan  ordusu 

Allahın  köməyi  ilə  tezliklə  səni,  işğal 

altında  əzilən  Qarabağı,  Qərbi,  Şərqi, 

Şimali, Cənubi Azərbaycanın yadellilər 

tərəfindən zəbt edilən bütün qütblərini 

zülmətlərdən  nura,  aydınlığa,  işıqlığa 

çıxaracaqdır.




Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin