Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin


qiyməti  verilir  və  insan  dünyasını



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   ...   18   19   20   21   22   23   24   25   26
qiyməti  verilir  və  insan  dünyasını 

dəyişdikdə  yaddaşlara  həkk  olunur, 

onun mənbəsinə çevrilir. 

Tale  belə  bir  insanı  bizim  həyatımıza 

yazdı, ondan təbiətin sirlərini, həkimliyi 

öyrəndik.  Belə  bir  nəcib  insan, 

mənəviyyatca saf, göründüyü kimi olan, 

olduğu kimi görünən, sədaqətli dost, bö-

yük alim, həkim, əsl mənada peşəsinin 

fədaisi,  sözü  ilə  əməli  bir  olan  unudul-

maz insan - Salih Mustafa oğlu Salihov 

idi.  İllər  keçdikcə  daha  dərindən  hiss 

edirsən  ki,  qeyri-adi  bir  şəxsiyyət,  bir 

fenomen  idi.  Bu  gün  aramızda  olmasa 

da unudulası şəxsiyyət deyil. Keçən ay-

rılıq illəri ona qarşı olan məhəbbətimizi 

azaltmamış, qat-qat artırmışdır.

Çünki  bu  məhəbbət  nə  vəzifə  asılılı-

ğından,  nə  də  təmənna  üzərində  qu-

rulmuşdu.  Bu  sonsuz  məhəbbət  рак, 

ülvi,  ləyaqətli  bir  həkimə,  insana  ol-

muşdur.  Azərbaycanın  dilbər  guşəsi 

Ağdaşda  l909-cu  ildə  dünyaya  göz 

açan  Salih  çox  ağır,  məşəqqətli  uşaq-

lıq illəri yaşamalı olmuş, hələ kiçik yaş-

larından  valideynlərini  itirmiş,  qardaş 

himayəsində yaşamışdır. 20 yaşlı gənc 

Salihi Bakıya gətirən tale onun həyatında 

dönüş  nöqtəsi  oldu.  O,  burada  “Fəhlə” 

fakültəsinə  daxil  olub  pedaqoji  təhsil 

aldı,  bir  neçə  il  Bakı  məktəblərində  ri-

yaziyyat  müəllimi  işlədi.  Yaxşı  peda-

qoq  olsa  da  Salihin  amalı,  həyat  yolu 

həkimlikdə idi. 1939-cu ildə tale üzünə 

güldü. O, Azərbaycan Tibb İnstitutunun 

(indiki  ATU)  müalicə  fakültəsinə  daxil 

oldu.  Ağır  müharibə  illərinə  baxmaya-

raq,  o,  böyük  əzmkarlıqla  təbabətin 

incəliklərini  öyrənməklə  amalına  çat-

mışdı,  öz  həyat  yolunu  tapmışdı,  o, 

həkim olmuşdu.

1945-ci  ildə  Azərbaycan  Tibb  İnsti-

tutunun  II  hospital  terapiya  kafedrası-

na  assistent  seçilən  S.Salihov  1950-ci 

ildə  namizədlik  dissertasiyası  müdafiə 

edərək,  özünü  perspektivli  həkim-alim 

kimi sübut etmişdir. O, 1954-56-cı illərdə 

1  saylı  ŞKX-nın  baş  həkimi  işləməklə 

böyük  təşkilatçı  olduğunu  göstərmiş, 

elə həmin ildə də kafedraya dosent se-

çilmişdir.  Qısa  müddətdən  sonra  tera-

pevt kimi Yəmən Krallığına ezam olunan 

S.Salihov sübut etdi ki, o, artıq həkim-

alim kimi yetişmişdir. Çox çəkmir ki, ar-

tıq 1966-cı ildə doktorluq dissertasiyası 

müdafıə  etməklə  kafedraya  professor, 

daha  sonra  müdir  seçilir.  Elə  həmin 

ildən də kafedrada böyük elmi işlər apa-

rılmağa  başlanmışdır.  1967-ci  ildə  pro-

fessor  S.Salihov  birdən-birə  kafedraya 

3  aspirant,  kliniki  ordinator  qəbul  etdi, 

kafedra  elmi-tədqiqat  ocağına  çevrildi. 

Məhz о illər bizim həyatımızda dönüş ili 

oldu, bu da sonralar öz bəhrəsini verdi. 

Qədim ərəb məsəlində deyilir ki: “Yaxşı 

həkim heç vaxt yaxşı həkim ola bilməz, 

əgər о ancaq yaxşı həkimdirsə”. Profes-

sor S.Salihov böyük həkim-alim olmaq-

la  bərabər,  mənəviyyatca  рак,  əvəzsiz 

şəxsiyyət,  ləyaqətli  bir  insan  idi.  Onun 

qüsursuz  mənliyi  hər  bir  səviyyədə 

bir  etalon,  nümunə  idi.  Xoşbəxtlikdən 

onu  tanıyanların  hamısı  bu  fıkirdə,  bu 

əqidədə idi. Ona bənzəməyi arzu etmək 

olardı,  lakin  onu  əvəz  etmək  mümkün 

deyildi.  Bu  cəhətdən  Salih  müəllimə 

ancaq  həsəd  aparmaq  olardı.  O,  dərin 

bilikli  həkim-alimin  və  ləyaqətli  insanın 

vəhdəti kimi qəlblərə həkk olunmuşdur.

Az  yaşadı  Salih  müəllim,  1976-cı  ildə 

elə iş otağında əbədiyyətə qovuşdu, ya-

rımçıq çox arzuları qaldı. Lakin bu qısa 

müddətdə  böyük  bir  məktəb  yaratdı. 

Onun rəhbərliyi ilə 10-dan çox doktorluq 

və  namizədlik  dissertasiyaları  müdafiə 

edildi.


Professor  S.Salihov  sevimli  5  övladı-

nı  da  təbabətə  gətirdi.  Salih  müəllimin 

arzuladığı, lakin həyata keçirə bilmədiyi 

‘Ailə  təbabəti”  dərsliyini  böyük  oğlu 

Mustafa Salihov yazmış, özü də həmin 

kafedraya  başçılıq  edir.  Oğlu  Yalçın  

alim-cərrah, qızı Afaq xanım akuşer-gi-

nekoloq, oğlu Ərəb neyrocərrah, sonbe-

şiyi  Rauf  psixiatrdır.  Onlar  hər  sahədə 

atalarına layiq övladlardır.

İllər keçir, o, bizdən ilbəil daha da uzaq-

laşır, biz isə ona yaxınlaşırıq. O, bu dün-

yaya bir daha dönməyəcək, biz isə Al-

lahımızın bizə yazdığı ömrü başa vurub 

(qismət İlahi) son mənzilə gedəcəyik.

Dünyamızı 

dəyişməklə 

ölmürük, 

ölüm-unudulan andan başlayır, anılırıq-

sa,  demək  hələ  yaşayırıq.  Qəlblərdə, 

xatirələrdə, yaddaşlarda yaşayırıq.

Biz bu sətirləri bir daha yada salmaqla 

professor  S.Salihovun  müqəddəs  ruhu 

qarşısında özümüzü borclu hesab edirik. 

O, sevərək işləmiş, yaşamışdır, həyatda 

böyük bir iz qoymuşdur. Bu izi özlərinə 

əbədi yol götürmüş onun ardıcılları pro-

fessor S.Salihovu duymuş, sevmiş, da-

ima  xatırlamış,  onun  müqəddəs  ruhu 

qarşısında baş əymişdir. Amin!




Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin