H Ə m ş Ə xani m 3 pərdə 5 şəkildə komediya



Yüklə 424,9 Kb.
səhifə3/4
tarix09.03.2017
ölçüsü424,9 Kb.
#10791
1   2   3   4

D i l ə z b ə r gəlir.
D i l ə z b ə r. Bibi, Azər hardadır?

H ə m ş ə x a n ı m. Ay qız, Diləzbər, çaynikin qapağını görməmisən?

D i l ə z b ə r. Yox. Mənə Azər təcili lazımdır. Dəzgahlarımdan biri xarab olub, onu tez düzəltməlidir. (Azər Şəfiqə ilə gəlir.) Azər, bayaqdan səni axtarıram.

Ş ə f i q ə. Diəzbər, xahiş edirəm Azəri söhbətə tutma, əlində vacib işi var.

A z ə r. Şəfiqənin briqadasında dəzgahlar çərçivəsi partlayıb. Diləzbər, onunla məşğulam. Məni axtarmaqda xeyir ola?

D i l ə z b ə r. Mənim də bir dəzgahımın barabanı fırlanmır. Sapı yuxarı çəkmir.

A z ə r. (düşünür). Şəfiqə, gözlə, bu dəqiqə baxım, gəlirəm. (Diləzbərlə gedir.)

Ş ə f i q ə. (hirslənir). Gördün?! Daha buna nə sözün?! Işini yarımçıq qoyub getdi.

H ə m ş ə x a n ı m. Qanını qaraltma, indi gələr. Hə, səndən soruşmamışam. Çaynikin qapağını görməmisən?

Ş ə f i q ə. Yox, necə?

H ə m ş ə x a n ı m. Ay balam, neçə gündür ilim-ilm itib bu çaynikin qapağı. Bir gördüm deyən yoxdur.

Ə l ə s g ə r içi parça dolu əl arabası ilə gəlir.
Ə l ə s g ə r. Kim sevib bilir əlbət,

Ayrı şeydir məhəbbət.

Adamı sərbəst edir.

Ağlı başından gedir.

Kimi görməmişəm salaməleyküm.

H ə m ş ə x a n ı m. Ay əleykəssalam. Qoluna qüvvət.

Ş ə f i q ə. Ələsgər əmi... küçəmizdən keçəndə pəncərədən yaxşıca gördüm səni. Maşında gedirdin, yanında da bir arvad. Ancaq tanımadım. Nömrəsi də 33-39.

Ə l ə s g ə r. Sən maşının nömrəsini deyirsən, arvadın?

Ş ə f i q ə. Maşının.

Ə l ə s g ə r. Hə, o maşın mənimdir.

Ş ə f i q ə. Soruşmaq ayıb olmasın, bəs arvad kimdi?

Ə l ə s g ə r. Çeşməksizdim, qızım, yaxşı fikir verməmişəm.

H ə m ş ə x a n ı m. (eyhamla). Həri?,, Belə işlərin də var?

Ə l ə s g ə r. (oxuya-oxuya uzaqlaşır).

Kim sevib bilir əlbət,

Ayrı şeydir məhəbbət.


A z ə r və D i l ə z b ə r gəlir
Ş ə f i q ə. Gedək. Azər lap çox ləngidi.

A z ə r. Şəfiqə sənin dəzgahını günün ikinci yarısında düzəltməyə başlayacağam.

Ş ə f i q ə. (heyrətlə). Niyə?

A z ə r. Ona görə ki, vəziyyət dəyişdi. Əvvəlcə Diləzbərin dəzgahını təmir etməliyəm.

Ş ə f i q ə. Necə? Necə? Diləzbərin?
C ü m ə z a d ə ilə F i r u z gəlir.
C ü m ə z a d ə. Nə mübahisədir?

Ş ə f i q ə. Yoldaş Cüməzadə, mən elə bu dəqiqə sizin yanınıza şikayətə gələcəkdim

A z ə r. Məsələ belədir...

C ü m ə z a d ə. Bir-bir danışın. Bura fabrikdir, ya zənənə hamamıdır, orta hesabla?!

H ə m ş ə x a n ı m. Hamamdır. Sexlərdə ventelyatorlardan çoxu işləmir. İstidən nəfəs almaq olmur.

F i r u z. Darıxmayın. Iki günədək onların hamısı qaydaya düşəcək. Kabelləri dəyişəcəyik. Köhləlmiş ventelyatorları təzələri ilə əvəz edəcəyik.

H ə m ş ə x a n ı m. Hamam deyəndə...

C ü m ə z a d ə. Arvad qurtar! Hamamdan çıxdıq.

H ə m ş ə x a n ı m. Həmişə təmizlikdə. (Ələsgərin onu çağırdığını görüb gedir.)

F i r u z. Mətləbə keçin.

Ş ə f i q ə. Azər mənim dəzgahımda işi yarımçıq qoyub Diləzbərin dəzgahını düzəldir. Belə də haqsızlıq olar?!

F i r u z. Azər düzgün hərəkət edir.

D i l ə z b ə r. Elədir.

Ş ə f i q ə. Axı, niyə? Əvvəl dayanan mənim dəzgahımdır. Birinci o işə düşməlidir.

A z ə r. Xeyr.

C ü m ə z a d ə. Niyə?

F i r u z. Çünki barabanı düzəltmək üç saatlıq işdir. Partlayan çərçivənin təmirinə isə iki gün vaxt lazımdır.

Ş ə f i q ə. Yoldaş Firuz, iki gün adama şöhrət də gətirər, töhmət də. Diləzbər iyirmi beş dəzgahla işləyir. Sizcə mən iyirmi dörddən iyirmi üçə enməliyəm?! Bu açıq-aydın yarışda uduzmaq deməkdir.

D i l ə z b ə r. Şəfiqə, Firuz da, Azər də ümumi işin xeyrinə düşünürlər.

Ş ə f i q ə. Onu da bil ki, iki gündə mən o dəzgahda yetmiş metr parça toxumalıyam.

D i l ə z b ə r. Razıyam. Azər, Şəfiqəylə get. Qoy dayanan mənim dəzgahım olsun.

F i r u z. Azər, sənə nə demişdimsə ona qulaq as.


Azər Diləzbərlə getmək istəyir.
C ü m ə z a d ə. Dayan! Birinci xarab olan dəzgah Şəfiqəninki deyilmi?

Ş ə f i q ə. Bəli.

C ü m ə z a d ə. (Azərə). Əvvəlcə onu işə salmalısan! Qurtardıq!
Dağılışırlar. Cüməzadə kabinetə keçir. Muxtar gəlir.
M u x t a r. Hər vaxtınız xeyir, Cəbi qağa. Keyfiniz, əhvalınız? Evdəkilər necədir? Zərnişan bacı, qağam balası... Maşallah, özünüz qovraqsınız, bura gələni əməli-başlı kökəlmisiniz...

C ü m ə z a d ə. Əksinə, xeyli arıqlamışam.

M u x t a r. Hə? Elədir. Bu tərəfdən diqqətlə baxanda hiss olunur. Vay!.. Vay!.. Vay!.. Gör nə yaman sınıxmısınız. Əşi, neyləyəsiz, iş çoxdur da. Öldürürsüz üzünüzü səhərdən axşamacan. Camaatımız da belə... Biri elə Firuz. Qoy onu da deyim ürəyimdə qalmasın. Firuzu tanımırsız? Vay!.. Vay!.. Vay!.. Mərdümazar... fırıldaq...

C ü m ə z a d ə. O Şəfiqə necə adamdı ey?

M u x t a r. Şəfiqə? Necə olacaq. Yelbeyin, gicbəsər... Firuzun tayı.

C ü m ə z a d ə. Mənsə onu ağıllı, təvəzökar bir qız kimi tanıyıram.

M u x t a r. (sözünü dəyişir). Siz Şəfiqəni soruşursunuz? Ondan yodur ki!.. Şəfiqədən fabrikdə bir dənədir. Amma Firuz - Vay!.. Vay!.. Vay!.. Tənbəl! (Firuz içəri girir.) İşləyən deyil. Inandırıram sizi, o olmasa, planda xeyli irəli düşərik. Hə... (Firuzu görür.) Odur ey... Özü də gəldi. Durum deyim pis işçidir. Yox... Adamın vicdanı var... Inandırıram sizi, bu Firuz olmasa, batarıq. Yazıq tək neyləsin?

F i r u z. Muxtar, danışanda sözlərinə diqqət yetir. Mən nə yazığam, nə də təkəm!

M u x t a r. Onu bilirəm ey!.. Atan da var, anan da var... Mən fabrikdə deyirəm.

F i r u z. Fabrikdə mən böyük bir kollektivə arxalanıram. Sənsə bir nəfərə. Təklik və yazıqlıq odur!

M u x t a r. Yoldaş Cüməzadə, bu kağıza qol çəkin. Ikinci sexin elektrik xətlərini dəyişmək üçün 1500 metr kabel lazımdır. (Cüməzadə qol çəkir.) Sağ ol, Firuz qağa, Allah səni bizim başımızın üstündən əksik elıməsin. (Gedir.)

C ü m ə z a d ə. Dünən bir toy söhbəti saldın, o, necə olacaq?

F i r u z. Demək, arvadlı-kişili toplaşacağıq məclisə. Söz qoymuşuq ki, hamı öz fabrikimizin buraxdığı parçalardan paltar tikdirib geyinsin.

C ü m ə z a d ə. Mən də?

F i r u z. Siz də. Televiziyadan operatorlar gələcək. Toyu bütün respublikaya göstərəcəklər. Yarışdığımız fabrikdən də qonaqlar çağırmışıq. Yeyib- içəcəyik, çalıb –oynayacayıq. Iki kəlmə xoş sözlə bəylə gəlini tapşıracağıq bir – birinə, dağılaşağıq. Vəssalam.

C ü m ə z a d ə. Elə yaramaz. Sən deyən partizanlıqdır, orta hesabla, hər şey qabaqcadan ölçülüb-biçilməlidir. Ərə gedən qız hansı sexdəndir?

F i r u z. İkinci sexdən.

C ü m ə z a d ə. Bu da məni açmadı.

F i r u z. Axı siz belə xeyir işə niyə pəl vurursunuz, yoldaş Cüməzadə?

C ü m ə z a d ə. Ikinci sexdə plan onsuzda ləngiyir, məsələ burasındadır ki, toydan sonra təzə gəlin üç gün işə çıxmayacaq. Bu da bizim “xeyrimiz”.

F i r u z. Bəs necə olsun?

C ü m ə z a d ə. (fikirləşir). Bəlkə... Azəri dilə tutasan üçüncü sexdən evlənsin?

F i r u z. (istehza ilə). Ağıllı məsləhətdir. Ancaq ZAQS-da kəbinlərini kəsdiriblər.

C ü m ə z a d ə. Görürsən nə özbaşnalıqdır? Hanı, siyahınız-zadınız varmı, görək toya kimləri çağırırsınız?! Barı qonaqların yanında biabır olmayaq!

F i r u z. (cibindən kağız çıxarır). Buyurun. Bu oğlan evinin, bu da qız evinin adamlarıdır.

C ü m ə z a d ə. (siyahını gözdən keçirir). Diləzbəri toya çağırmayın!

F i r u z. Siz nə danışırsınız? Onsuz da toy olar?

C ü m ə z a d ə. Vacib deyil! Xoşum gəlmir o qızdan Adama salam da vermir. Məni görəndə üzünü yana tutur.

F i r u z. (gülür). O gərək lap başda otursun.

C ü m ə z a d ə. Niyə? Göydən zənbillə düşüb?!

F i r u z. Axı gəlin Diləzbərdir, yoldaş Cüməzadə. Elə onunçun da sizdən utanır...

C ü m ə z a d ə. Paho... Ərə gedən odur?

F i r u z. Bəs mənəm?

C ü m ə z a d ə. Bu toydan gözüm heç su içmir. Mən indi sexlərə baş çəkməliyəm. Vaxt tapıb bu məsələni bir də götür-qoy edərik.


F i r u z gedir. Katibə otağında telefon zəng çalır. Həmşəxanım gəlib dəstəyi qaldırır.
H ə m ş ə x a n ı m. Alo! Nə? Zərnişan? Xoş gördük səni. Hə.. hə... hə... Başa düşdüm. Tufli. Əvvəl bir özü ilə danış, atkaz eləsə, mənim boynuma. Bu dəqiqə (Kabinetə keçir.) Yoldaş Cüməzadə, sizi istəyirlər.

C ü m ə z a d ə. Kimdir?

H ə m ş ə x a n ı m. Bir zənən xeylağıdır. (Çıxır.)

C ü m ə z a d ə. Bu arvad hər kabinetə girəndə elə bil əzrailimi görürəm. Bircə katibə tez qayıdıb gəlsəydi... (Dəstəyi götürür.) Alo! Eşidirəm. Zərnişan? Nə var? Nə olsun qabaqda bayram gəlir! Sənə tufli lazımdır? Yaxşı, yaxşı, köhnələrlə birtəhər keçinərsən. (Dəstəyi qoyur. Həmşəxanım içəri girir.) Çox şübhə ilə baxırsan. Ürəyinə ayrı şey gəlməsin, danışan öz arvadımdı.

H ə m ş ə x a n ı m. Mən bir söz demirəm ki. (Əlindəki kağızları stolun üstünə qoyur.)

C ü m ə z a d ə. Bunlar nədir?

H ə m ş ə x a n ı m. Ərizədir.

C ü m ə z a d ə. İşdən çıxırsan?

H ə m ş ə x a n ı m. Xeyr. Nahaq yerə sevinməyin. Daimi katibə vəzifəsinə keçmək istəyirəm. On beş il bu fabriki silib-süpürdüm, bəsdir.

C ü m ə z a d ə. Bəs bilmirsən katibə dekretə gedib?

H ə m ş ə x a n ı m. Gözünüz aydın. Srağagün katibə azad oldu.

C ü m ə z a d ə. Qız doğdu, oğlan?

H ə m ş ə x a n ı m. Üçünü birdən! Bu da onun ərizəsidir. Yazır, bu körpələrlə mən daha işləyə bilmərəm. Dövlət vəsait kəsib...

C ü m ə z a d ə. Sənin katıbəliyə savadın çatarmı?

H ə m ş ə x a n ı m. Buyurub imtahan edə bilərsiniz Azərbaycan dilindən, qrammatikadan, orfoqrafiyadan nə soruşsanız cavab verməyə hazıram.

C ü m ə z a d ə. Həmşəxanım, düzü belədir də...

H ə m ş ə x a n ı m. (səsini qaldırır). Bir kəlmə, götürəcəksiz, ya yox?

C ü m ə z a d ə. (yumşalır). Yaxşı, yaxşı, ay arvad, sakit ol. (Ərizəyə qol çəkir.) Get, əmrini belə yaz: Həmşəxanım filankəsova ayın birindən etibarən otuz günlük yoxlama müddəti ilə katibəliyə qəbul edilsin. (Həmşəxanım çıxır.) Ay sənin başınçün! O vaxta kimi yerinə adam götürüb səni süpürgəyə də həsrət qoyacağam, katibə də keçməyəcəksən.


Həmşəxanim geri qayıdır.
H ə m ş ə x a n ı m. Mənə nə yoxlama müddəti?! Ay yarımdır katibənin əvəzinə işləyirəm, bəs deyil? Yazacağam, Həmşəxanım katibəliyə götürülsün. Bu – bir. Sonra belə ayaqqabılarla sizin kabinetə girib - çıxmaq ayıbdir.

C ü m ə z a d ə. Sözün?

H ə m ş ə x a n ı m. Univermağa yaxşı sədəfi tuflilər gəlib. Özüdə havayı – qırx manat. Ondan almalıyam.

C ü m ə z a d ə. (özündən çıxır). Get nə istəyirsən al, gey, bəzən, ancaq məni rahat burax, Həmşəxanım! Mən müdiri əvəz edəndən bəri anadan əmdiyim süd burnumdan gəlib, orta hesabla. Pərvərdigara, sən bir dünyanın işinə tamaşa elə! Bu vaxtacan görmüşdük ki, müdir başqalarından rüşvət alar, ancaq bu xarabada süpürgəçi məndən istəyir.

H ə m ş ə x a n ı m. Bu rüşvət deyil.

C ü m ə z a d ə. Bəs nədir? Fitrədir?

H ə m ş ə x a n ı m. Aldı - verdidir.

C ü m ə z a d ə. Sən adını nə qoyursan qoy, mahiyyəti birdir. Eşitsələr atamızı yandırarlar.

H ə m ş ə x a n ı m. Sizi bilmirəm, mənə “çox sağ ol” deyərlər
Şəfiqənin gəldiyini görən Həmşəxanım çıxır.
Ş ə f i q ə. Yoldaş Cüməzadə!

C ü m ə z a d ə. Bəli, yenə nə var?

Ş ə f i q ə. (həyacanla). Azər Firuzun göstərişi ilə mənim dəzgahımı yox, Diləzbərin dəzgahını təmir edir. Buna nə ad vermək olar?

C ü m ə z a d ə. Özbaşnalıq, orta hesabla! Bu saat mən bütün acıqlarımı o Firuzdan çıxacağam.


Gedirlər. Ələsgər əl arabası ilə gəlir.
Ə l ə s g ə r. (lağla), “Qaranlıqda işıq və sükunət –

Qaranlıq könlüm,-

Işıq məhəbbətimdir...”

(Gülür.) Pah atonnan, belə dərrakə sahibi!

H ə m ş ə x a n ı m. O kimin şeiridir?

Ə l ə s g ə r. Eh! Tanımasan yaxşıdır.

H ə m ş ə x a n ı m. (ona zəndlı baxır). Ələsgər, sözlü adama oxşayırsan!

Ə l ə s g ə r. (utana-utana). Sabah günorta evində ol, sizə gələcəm. Sənə vacib, təxirəsalınmaz sözüm var.

H ə m ş ə x a n ı m. Bəlkə elə burda deyəsən?

Ə l ə s g ə r. Ayaqüstü söhbət deyil. (Kənara.) Daha neyləyim, özü-özümə elçi getməliyəm.
Nahar zəngi çalınır. C ü m ə z a d ə, F i r u z, Ş ə f i q ə, A z ə r, D i l ə z b ə r və başqaları gəlirlər.

C ü m ə z a d ə. (Firuza). Sən bu hərəkətinlə fabrikin işini dala atırsan. Həmşəxanım, yaz! Əmr nömrə filan. Özbaşnalıq üzündən dəzgahların saatlarla boş dayanmasına yol verdiyi üçün fabrikin texnoloqu Firuz Ağazadəyə şiddətli töhmət elan edilsin! (Gedir.)

Ş ə f i q ə. (Firuza), Düz ilqarın, sədaqətin hardadır?

Dostu, dedin, bərkdə - boşda sınarlar

Bəs bu gündə cəsarətin hardadır?

Dönüm çıxmaz öz əhdinə vəfadar.

Sən bəxtimdə günəş deyil, buluddun.

Bircə anda etibarı unutdun.

Söylə görüm bu nə işdir sən tutdun?

Mən bilmirəm dəyanətin hardadır!

Sən hamıdan məni yaxın sanırdın,

Gücə-gündüz düşünürdün, anırdın.

Guya ki eşq atəşindən yanırdın,

O müqəddəs məhəbbətin hardadır?

F i r u z. (təəssüflə). Işə can yandırmağım üçün bunlar hamısı mənim mükafatımdır?

Ş ə f i q ə. (Azərlə Diləzbərə). Mən bu gün dostumu, düşmənimi yaxşı tanıdım! Siz də az aşın duzu deyilsiniz! (Acıqla gedir.)

H ə m ş ə x a n ı m. Əgər katibə mənəmsə, o Firuzun adına töhmət yazılmayacaq!

F i r u z. Mənə görə qanınızı əsla qaraltmayın, qızlar. Fasiləyə çıxmısız, çalın,oynayın, şənlik edin.


Pərdə.

ÜÇÜNCÜ PƏRDƏ

DÖRDÜNCÜ ŞƏKİL


Sol tərəfdə H ə m ş ə x a n ı m ı n eyvanı, sağ tərəfdə güllü-çiçəkli bağçadır. Şəfiqə skamyada oturub. Firuz ayaq üstədir.
F i r u z. O qədər incəsən, zərifsən inan,

Ayırmaq olmayır çiçəkdən səni.

Qalmışam çoxdandır hüsnünə heyran,

Sevirəm sidq ilə ürəkdən səni.

Vurduğun tənəni mən unutmuşam,

Acı sözlərini bal tək udmuşam.

Daima qəlbimdə əziz tutmuşam,

Hər üzü rənadan, göyçəkdən səni.

Ş ə f i q ə. (qalxır). İnanmıram. Sən həqiqətən məni sevsəydin, o gün camaatın arasında pərt eləməzdin.

F i r u z. Şəfiqə, mənim yerimdə hansı mühəndis, hansı texnoloq olsaydı, ümumi işin xətrinə mütləq o cür hərəkət etməliydi.

Ş ə f i q ə. Bəs mənim xətrim?

F i r u z. Axı yüngül bir təmirə görə Diləzbərin dəzgahını iki gün dayandırmaq vicdansızlıqdır.

Ş ə f i q ə. Cüməzadə özü demədimi...

F i r u z. Başa düş, əzizim, Cüməzadə bu işdə naşıdır. Gördün ki, istehsalat müşavirəsində yerindən qalxan onu təqsirləndirdi. Hətta sənin briqadandakı qızlar da mənə tərəfdar çıxdılar.


Mübahisə edə-edə gedirlər. Gözünə düşməyən eynək taxmış Cüməzadə ilə Təsadüf gəlir.

T ə s a d ü f. (göstərir). Diləz bu evdə olur.


Cüməzadə yaxşı görmədiyindən hirslənib, eynəyini çıxarır.
C ü m ə z a d ə. Anan da təzə hoqqa çıxardır mənimçün. Gözümə düşməyən eynək taxdırır. Nə var, nə var küçədə ona buna baxmayım. Hə... demək bu evdir?! Yaxşı, sən get gör ananla Muxtar niyə yubandı. (Təsadüf fitlə marş çala-çala gedir.) Zərnişanın da üzük almağı indiyə qaldı. (Eynəyi taxıb ətrafa nəzər salır.) Dünranı ala-bula görürəm. (Həmşəxanım əlində bazar çantası qarşıdan keçir.) Əcəb şeydir. (Yan –yörəsinə boylanıb ona söz atır.) Bu gedən nə qəşəng xanımdır... Yerişi də yastı-yastı...

H ə m ş ə x a n ı m. (ona fikir vermədən). Zəhrimar!

C ü m ə z a d ə. (eynəyini çıxarıb ardınca baxır). Adə bu ki, yaşlı arvaddır. Bir suyu da elə bizim Həmşəxanıma çəkir. Allah onun cəzasını versin. Məni qoz qabığına soxmayıb?! Bugün ki, səhərdən sifətini görməmişəm, kefim orta hesabla kökdür. (Eynəyi taxır.) Eh!.. Qocalıq!.. Yadımdadir, düz iyirmi iki il əvvəl anamı da Zərnişan üçün elçiliyə belə göndərmişdim. Kaş heç göndərməyəydim. Ölülər elə bilir ki, dirilər halva yeyir. Subaylar evlənməyə can atır, sonra çoxu mənim kimi peşman olur.
Firuz qayıdır.

F i r u z. Salam. (Cüməzadə başını qaldırır.) Eşitdim istehsalat müşavirəsində çıxışıma görə məndən incimisiz?

C ü m ə z a d ə. Möhkəm! Sən məni ayaqlayıb üstümdən keçdin.

F i r u z. Yanılırsınız... Ancaq bura o söhbətin yeri deyil.

C ü m ə z a d ə. Bilmirəm, konkret mənim günahım nədədir?

F i r u z. Günahınız çoxdur, yoldaş Cüməzadə. Böyük bir fabrikin rəhbərliyini müvəqqəti sizə tapşırıblar. Bu o deməkdir ki, dövlət öz milyonlarını sizə etibar eliyib. Onu göz bəbəyi kimi qorumalısınız. Sizsə bütün məsuliyyəti üstünüzdən ataraq müdir gəlincəyədək ancaq bir təhər başınızı girləməyi düşünürsünüz. Ona görə ki, bu işdə müvəqqətisiniz. Kollektivin əlbirliyi olmasa, məhsul istehsalı günü-gündən azalardı. Lakin əsl vicdanlı vətəndaş bir dəqiqəlik etibara da namusla yanaşmalıdır!

C ü m ə z a d ə. Sözündən belə çıxır ki, orta hesabla, mənim vicdanım yoxdur?

F i r u z. Bu varlığı, yoxluğu bildirmək sizin işinizdən asılıdır. (Getmək istəyir.)

C ü m ə z a d ə. Dayan. ( Firuz ayaq saxlayır.) Əyləş. (Firuz oturmur. Cüməzadə söhbəti dəyişir.) Doğrudanmı, toy üçün üç – dörd yeşik içki almısınız, çox olmazmı?

F i r u z. Sizə düzgün məlumat verməyiblər. Yarısı “Badamlı”yla limonaddır.

C ü m ə z a d ə. Bilirsən neyləmək lazımdır?

F i r u z. Xeyr.

C ü m ə z a d ə. O araqların, konyakların hamısına yarıbayarı su qatmaq! Qoy kim nə qədər içərsə içsin, heç kəs keflənməz.

F i r u z. Yaxşı deyil, yoldaş Cüməzadə.

C ü m ə z a d ə. Ə, niyə? Rəhmətliyin oğlu, restoranda qatmırlar? Bizim fabrikin yeməkxanası onlardan əskikdir?

F i r u z. (istehza ilə.) istəyirsiz lap çaxırlara da su qataq.

C ü m ə z a d ə. Pis olmaz. Beş-on butulka təmizindən özümüzlə qonşu fabrikdən gələcək qonaqlar üçün saxlayarsız, kifayətdir.

F i r u z. Baş üstə, onu da edərik.

C ü m ə z a d ə. Demək, bu məsələni də belə razılaşdıq. Görürsən, istirahət günü də işləyirəm. Indi qaldı toyun musiqisi, oxumağı, oynamağı.

F i r u z. Onların hamısı fabrikimizin özfəaliyyət dərnəklərindən olacaq.

C ü m ə z a d ə. Nağaraçı yenə o sarıyanız oğlandır?

F i r u z. Bəli, Əbülfəzdir.

C ü m ə z a d ə. Necə işləyir?

F i r u z. Belə də... Babətdir. Ancaq çox yaxşı nağara vurur.

C ü m ə z a d ə. Dəyiş onu. Qonaqların yanında başımızı yerə soxmasın. Qoy bir başqası pis çalsın, ancaq qabaqcıl olsun. Musiqi dərnəyinin rəhbərinə tapşır, Muxtara nağara vurmaq öyrətsin.

F i r u z. (düşüncəli). Ayrı sözünüz yoxdursa, mən mürəxxəs olum.

C ü m ə z a d ə. Ol. Sonra bu məsələni ikilikdə bir də götür-qoy edərik.

F i r u z gedir. Ə l ə s g ə r geyimli-kecimli gəlir.
C ü m ə z a d ə. (eynək arxasından zəndlə baxır). O... Ələsgər. Ablojkanı dəyişmisən. Az qala tanımayacaqdım səni.

Ə l ə s g ə r. Sizdə taxsır yoxdur. Xətrinizə dəyməsin, bu vəzifəki var, fitə kimi şeydir, bəzi adamların eybini örtür.

C ü m ə z a d ə. Orta hesabla nə demək istəyirsən?

Ə l ə s g ə r. Demək istəyirəm ki, gözüm alışıb sizi stol arxasında, kabinetdə görməyə, burda məndən beşbetər lotu-bambılıya oxşayırsınız. (Gülürlər.) Xeyir ola?

C ü m ə z a d ə. Mənim bir fərzəndim var...

Ə l ə s g ə r. (istehza ilə). Lap yaxşı tanıyıram. Canlara dəyən oğuldur.

C ü m ə z a d ə. Hə... bu binadan bir qızı gözü tutub, nəvələrindən görəsən, elçiliyə gedirik.

Ə l ə s g ə r. Allah mübarək eləsin.


Gedir, Zərnişan, Təsadüf, Muxtar gəlir.
Z ə r n i ş a n. Ay Cəbi, bir üzük almışıq, iki göz lazımdır tamaşasına.

M u x t a r. Qiyamət şeydir. (Üzüyə baxırlar.)

C ü m ə z a d ə. Ə, Muxtar, səndən araq iyi gəlir. Vurmusan?

M u x t a r. Cəbi qağa, biləsən, bilməyəsən - dörd yüz əlli, dörd yüz əlli beş qram, çox olmaz.

C ü m ə z a d ə. Demək vəzifə bölgüsü belədir. Məclisi açıram mən. Iyirmmi –otuz dəqiqə giriş sözü deyirəm.

M u x t a r. Cəbi qağa, çıxışınızı yazmısız ya elə sinədəftər döşəyəcəksiz?

C ü m ə z a d ə. Adə, camaat qəbir üstə ölü ilə vidalaşanda kağızsız danışmır, mən bəyəm nəyəm səninçün? Hə, qulaq as. Məclisdə mən nə desəm, sən təsdiq edirsən. Arada bir haşiyə çıxıb Təsadüfü tərifləyirsən. Qızın razılığını alan kimi (konspektinə baxır.) birinci: sən Zərnişan üzüyü qoyursan ortaya. Ikinci: onlar bizə razılıq əlaməti olaraq şirin çay verirlər...

M u x t a r. Bəlkə qanacaqları oldu konyak verdilər.

C ü m ə z a d ə. Işdir, elə olsa, sağlıqları özüm deyəcəyəm. (Konspektinə baxır.) Üçüncü: içirik çayımızı və yaxud konyakımızı, bir az gülürük, danışırıq. Dördüncü: qalxıb hörmətlə xudahafizləşirik. (Oğluna.) Sən də uzağa getmirsən, buralarda hərlənirsən. Aydındır?

H a m ı. Aydındır.

C ü m ə z a d ə. Gedək görək necə qızdır

Bizim təzə gəlinimiz

Z ə r n i ş a n. Gün olsun toyunu edək,

Köçsün bizə gəlinimiz.

M u x t a r. Döyməsin qaynanasın,

Baxsın sözə gəlinimiz.

C ü m ə z a d ə. Tellərini yan darasın,

Töksün üzə gəlinimiz.

Z ə r n i ş a n. Al geyinib sürmə çəksin

Qaşa-gözə gəlinimiz.

M u x t a r. Cəbi qağam hər nə desə

Gərək dözə gəlinimiz.

C ü m ə z a d ə. Öz toyunda Təsadüflə,

Gərək süzə gəlinimiz.

M u x t a r. (Təsadüfə). Qağam balası, ürəyini buz kimi sərin tut. Sən öləsən mən gedən yerdən hələ üzü qara qayıtmamışam.
Uzaqlaşırlar. Təsadüf tək qalır. Həmşəxanımla Ələsgər balkonda görünür.
Ə l ə s g ə r. (şadlıqla.) Sən ki, sözümü yerə salmadın, bu mənimçün dünyaya dəyər Həmşəxanım, sabahdan bığ qoymasam ... kişi deyiləm.

T ə s a d ü f. Gedim bu tindəki kişidən bir qəzet alım, görüm şeirim çıxmayıb?


Gedir. Cüməzadəgil gəlib zəngi basırlar. Həmşəxanımla Ələsgər içəri keçir. Bir azdan Həmşəxanım qapıda görüncək Cüməzadə heyrətlənir.
C ü m ə z a d ə. Bıy?! Həmşəxanım?! Burda neynirsən?

H ə m ş ə x a n ı m. Adam öz evində neynər?

M u x t a r. Vay!.. Vay!.. Vay!..

Z ə r n i ş a n. (sevincək). Həmşəxanım bacı, salam. Səni xoş gördük. Bura sizin evdir?

H ə m ş ə x a n ı m. Bəli... Buyurun içəri. Xoş gəlibsiz. Sizdən nə əcəb?

C ü m ə z a d ə. (geri qayıtmaq istəyir). Deyəsən, axı biz mənzili səhv salmışıq.

Z ə r n i ş a n. (pıçıldayır). Yox. elə buradır. O gün qızı bu qapıdan çıxanda Təsadüf göstərib mənə.

M u x t a r. (içəri boylanır). Özləri də bozbaş bişirirlər.


Həmşəxanım qınaqları aynabəndə ötürüb gedir.
C ü m ə z a d ə. Görürsən oğlun nə hoqqa çıxarıb? İndi biz bununla qohum olacağıq?!

Z ə r n i ş a n. Təsadüf lap yaxşı yerdən qız bəyənib, təki sevdamız baş tutsun. Demək, Diləzin bibisi Həmşəxanımmış. Nə yaxşı oldu. Elə mənə də belə quda lazımdır.

C ü m ə z a d ə. Arvad, nə qədər gec deyil, dur çıxaq aradan.

M u x t a r. Cəbi qağa, qoy yemək – içmək gətirsinlər, sonra.



Həmşəxanım ardınca da Ələsgər aynabəndə gəlir.
C ü m ə z a d ə. Ələsgər?! Sən də burdasan?

M u x t a r. Vay!.. Vay!.. Vay!..

Ə l ə s g ə r. Kimi görməmişəmsə, salaməleyküm.

C ü m ə z a d ə. Elə gəldik Həmşəxanımın kefinni soruşaq, görək necədir. Işçilərin qeydinə qalmaq idarə rəhbərinin borcudur.

H ə m ş ə x a n ı m. Minnətdaram

M u x t a r. Əlbəttə, Cüməzadə bilməlidir kim ölüb, kim qalıb.

C ü m ə z a d ə. Qardaşın qızı Diləz də səninlə olur?

H ə m ş ə x a n ı m. Diləzin mənə bibi deməyinə baxmayın, qardaşım qızı deyil. Yataqxanada qalırdı, gördüm yolu iş yerindən çox uzaqdır, gətirdim yanımda olsun. Heç qohumumuz da deyil. Eh... bu gün-sabah qızcığaz gedəcək, yenə darıxacağam.

Ə l ə s g ə r. Qoymaram darıxasan, Həmşəxanım.

H ə m ş ə x a n ı m. Diləz özü utanır, mənə demir. Qonşulardan eşitmişəm, bir oğlan istəyir onu.

C ü m ə z a d ə v ə Z ə r n i ş a n. (sevincək). Elə həmin oğlanın elçiləriyik də.

M u x t a r. Bəs necə. Əvvəl-axır bir butılka... Ey... bir qız bir oğlanındır.

H ə m ş ə x a n ı m. Belə deyin. (Qalxır.) bu dəqiqə çay gətirim, gəlirəm. (Çıxır.)

C ü m ə z a d ə. (Zərnişana). Yaxşı oldu. Bu Diləzin, orta hesabla, heç qohumu da deyilmiş. Üzüyü hazıırla.

M u x t a r. Ələsgər əmi, səndən bir şey soruşacağam

Ə l ə s g ə r. Buyuracaqsan.

M u x t a r. Eşitdiyimə görə məndən qabaq fabrikdə iki Ələsgər varmış.

Ə l ə s g ə r. Bəli.

M u x t a r. Biri allahın rəhmətinə gedib, biri qalıb.bayaqdan fikirləşirəm, sən o ölən Ələsgərsən, ya qalan Ələsgər.


Yüklə 424,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin