GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ


İNSANIN İLK YEMəYİ - ANA SÜDÜ



Yüklə 4,48 Mb.
səhifə11/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

İNSANIN İLK YEMəYİ - ANA SÜDÜ


Əvvəldə dediyimiz kimi, uşağın tərbiyəsində ananın rolu daha çoxdur. Çünki ananın övlad ilə ünsiyyəti atadan daha çoxdur. Alimlərin yazdıqlarına görə, ananın fikirləşməsi belə, bətnindəki və ya süd verdiyi uşaqda müəyyən tə’sir qoyur. Əgər ana uşağın bətnində olduğu zamanda, islam qayda-qanunlarına (ələl-xüsus halal yemək) riayət etsə, mütləq onun cəmiyyətə verdiyi övladı da sağlam və pak bir insan olacaqdır. İnsanın ana bətnində ikən xoşbəxt və ya bədbəxt olmasını bildirən hədisin mə’nası da elə budur ki, ananın öz övladının necə şəxsiyyət olmasında böyük rolu var. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:

1. İslam Peyğəmbəri (s) buyurur:
لا تَسْتَرْضِعُوا الْحَمْقاءَ فَاِنَّ اللَّبَنَ يَعْدي، وَاِنَّ الْغُلامَ يَنْزَعُ اِلَى اللَّبَنِ
«Heç vaxt uşaqlarınıza axmaq və ağıldan kəm qadın süd verməsin. Çünki bu xasiyyətlər süd vasitəsi ilə uşaqlarınıza keçər».

2. İmam Baqir (ə) buyurur:

«Axmaq qadınlar sizin uşağınıza süd verməsin.


فَاِنَّ اللَّبَنَ يَغْلِبُ الطِّباعَ
Çünki süd insanın təbiətində əsər qoyur».

Başqa bir hədisdə buyurdu:


فَاِنَّ الْوَلَدَ يَشُبُ عَلَيْهِ
«Çünki uşaq o südün vasitəsi ilə boya-başa çatır».

3. İmam Kazimdən (ə) soruşdular: «Zina yolu ilə doğmuş qadına süd vermək üçün uşaq verəkmi?

İmam cavabında buyurdu:



لا يَصْلَحُ وَلا لَبَنِ اِبْتَتِها الَّتي وُلِدَتْ مِنَ الزِّنا

«O qadının və onun zinadan doğulmuş qızının belə süd verməsi düz deyil».51

4. Məhəmməd ibni Mərvan deyir: İmam Baqir (ə) mənə buyurdu:
اِسْتَرْضِعْ لِوَلَدِكَ بَلَبَنِ الْحِسانِ وَاِيّاكَ وَالْقِباحَ فَاِنَّ اللَّبَنَ قَدْ يَعْدِي

«Uşağına gözəl qadınlar süd versinlər. Heç vaxt uşağının eybəcər qadından süd əmməsinə icazə vermə. Çünki bə’zi vaxtlar süd uşaqda tə’sir qoyur və süd verən qadının xüsusiyyətləri ona keçir».

İmamlarımızdan nəql olunan bə’zi hədislərdə isə şərab içən qadının süd verməsinə kəskin e’tiraz olunmuşdur. Eləcə də süd verən vaxt təmizliyə riayət etmələrinə tə’kid olunmuşdur. Bu hədislərin bə’zisində isə belə oxuyuruq:

«Uşağınızı süd əmmək üçün təmizliyə riayət etməyən qadına verməyin».



5. İmam Əli (ə) buyurur:

تَخَيَّرُوا لِلرِّضاعِ كَما تَتَخَيَّرُونَ لِلنِّكاحِ فَاِنَّ الرِّضاعَ يُغَيِّرُ الطِّباعَ

«Qadınları evlənəndə seçdiyiniz kimi, süd vermək üçün də seçin. Çünki süd uşağın təbiətini dəyişir».

Peyğəmbərlərdən, Musa peyğəmbərlə, İslam Peyğəmbərinin (s) başqa qadınlardan süd əmməmələri onu göstərir ki, insanın həyatının birinci yeməyi halal və pak yerdən gəlməlidir. «Qəsəs» surəsinin 12-ci ayəsində oxuyuruq:



وَحَرَّمْنا عَلَيْهِ الْمَراضِعَ مِنْ قَبْلُ

«Musaya anasının döşündən savayı özgənin döşünü əmməyi öncədən haram etmişdik».

Təfsirçilərdən bə’zisi bu ayənin şərhində belə yazırlar:

Musa peyğəmbər uşaqlıqda heç bir süd verən qadının döşünü qəbul etmədi. O, özünü başqa qadınların qucağından yerə atırdı. Bu işin səbəbi isə Allahın o qadınların döşlərini Musaya haram etməsi idi. Çünki Allah-təala Musanın haram süd yox, anasının halal və pak südünü əmməsini istəyirdi. Ona görə ki, sonralar Musa zülm və haqzızlıqla mübarizə aparacaqdı.

GÜNAHIN İQTİSADİ AMİLLəRİ


Bə’zi hallarda iqtisadi məsələlər günahın yaranmasına səbəb olur. Günahın iqtisadi amilləri iki qismdir:

1. Mal-dövlət.

2. Yoxsulluq.

Bə’zi vaxtlar insan pulsuzluq üzündən tüğyan edir. Bə’zən isə mal-dövlət insanı yoldan azdırır. Lakin burada bir mətləbə diqqət yetirmək lazımdır. O budur ki, kommunistlər mal-dövlət və sərvəti tüğyan etmənin səbəbindən hesab edir və inanırdılar ki, sərvət çox olan zaman mütləq insan yolunu azmalıdır. Amma islam baxımından belə deyil. İslamda sərvət müəyyən mə’nada günaha zəmin yaradan amil kimi hesab olunur. Yə’ni sərvət çox olsa, günah ehtimalı var. Amma sərvətli olmaqla günah etməmək də olar. Allahın qoyduğu qanunlarla sərvət qazanıb, onu dinin yaşaması və yayılması yolunda xərcləyənlər də az deyil.

“Ələq” surəsinin 6-7-ci ayələrində oxuyuruq:

اِنَّ الاِْنْسانَ لَيَطْغى ـ اَنْ رَآهُ اسْتَغْنى

«Amma insan özünü ehtiyacsız hesab etdikdə azğınlığa başlayır».

Bu ayədə ki, sərvətli olmaq bir şərtlə azğınlığa səbəb olur: o da insanın özünü varlı sanan zaman. İnsan əgər mal-dövlətə bu nəzərlə baxmasa heç vaxt azğınlaşmaz.

Mətləbin izahı: Bə’zi vaxtlar sual olunur ki, mal-dövlət insanı azğınlığa və günaha tərəf çəkən amildirmi?

Cavabında deyirik: İki şərtlə mal-dövlət insanı yolundan azdırar:

1. İnsan yığdığı mal-dövləti təkcə özününkü bilsin.

2. Əqidəsi bu olsun ki, onu hansı yolla istəsə, qazanar və hansı yolda istəsə, xərcləyər.

Amma bunun müqabilində Qur’an ayələri və hədislərdə oxuyuruq ki, qazandığımız mal-dövlət bizim yox, Allahındır və onu Allah bizə ruzi veribdir. Qur’anda 7 dəfə «Biz sizə ruzi verdik» cümləsi, 13 dəfə «Biz onlara ruzi verdik» cümləsi və 5 dəfə «Allah sizə ruzi verir» cümləsi gəlmişdir.

İslam dinində mal-dövləti hansı yolla qazanmaq da müəyyən olunub. Sələm, rüşvət, yalan, zülm və s. yollarla sərvət yığmaq olmaz.

Mal-dövlət bıçaq kimidir. Bıçaq pis adamın əlində olsa, onunla cinayət törədər. Mö’min şəxs isə ondan yaxşı işlərdə istifadə edər.

Başqa bir misal. Havanın soyuq olması nəticəsində insan xəstələnir. Lakin əgər isti paltar geysəydi, xəstələnməzdi. Deməli, təkcə havanın soyuq olması insanı xəstələndirmir. İnsanın öz səhlənkarlığı və diqqətsizliyi də buna şərait yaradır.

Mal-dövlət də belədir. Firo’n və Qarun kimi zalım şəxslərin əlində olsa, cinayət törədəcəklər. Amma Davud və Süleyman kimi Peyğəmbərlərin əlində olsaydı bu var-dövlət cəmiyyətin iqtisadi və ictimai çətinliklərini həll edəcəkdir.



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin