GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ


ÜÇÜNCÜ FƏSİL GÜNAHA BəHANə GəTİRMəK



Yüklə 4,48 Mb.
səhifə14/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

ÜÇÜNCÜ FƏSİL



GÜNAHA BəHANə GəTİRMəK


Günaha bəhanə gətirmək günah etməkdən də pisdir. «Qiyamət» surəsinin 14-15-ci ayələrində oxuyuruq:
بَلِ الاِْنْسانُ عَلى نَفْسِهِ بَصِيرَةٌ ـ وَلَوْ اَلْقى مَعاذِيرَهُ
«İnsan özünü tanıyır, zahirdə nə qədər bəhanə və üzr gətirsə də faydası yoxdur.» Yə’ni insan etdiyi cinayət və günahlara nə qədər üzr gətirsə, səbəb göstərməyə çalışsa da onun vicdan məhkəməsi edilən hiylələrə, cinayətlərə görə onu mühakimə edir. Günaha bəhanə gətirmək günahın cəmiyyətdə adiləşməsinə gətirib çıxarır çirkin işləri gözəl təsvir etdirir. Heç bir günah «günaha bəhanə gətirmək» kimi pis deyil. Çünki etdiyi günahı e’tiraf edən şəxs həmişə tövbə fikrindədir. Günahını üzr və bəhanə ilə ört-basdır edən şəxs isə nəinki tövbə etmək fikrində deyil, əksinə tutduğu yolda gün-gündən möhkəmlənir.

Günaha bəhanə gətirmək ümumi bir xəstəlikdir ki, müxtəlif növlərdə zahir olur. Bu xəstəliyin ən böyük xətəri isə budur ki, günahkarı tövbə edib düz yola qayıtmaqdan çəkindirir. Bə’zi vaxtlar isə həqiqətləri onun gözündə batil göstərir. Misal üçün, bir şəxs özündə müəyyən işi görmək üçün qorxu hissi keçirir, lakin bunun adını «ehtiyat» qoyur. Öz zəifliyinin adını «həya» qoyur, yaxud öz tənbəlliyinin səbəbini Allah-təalanın onu bu cür yaratması ilə izah edir. Doğrudan da insan nə üçün bu cür fikirlərlə səadət qapısını öz üzünə bağlamalıdır?

Günaha üzr gətirən şəxs, etdiyi günahı ört-basdır edir ki, sonralar günah etmək onun üçün rahat və maneəsiz olsun.

İslam dinində günaha üzr gətirmək, bir növ özünü və müsəlmanları aldatmaq hesab olunur. Zahiri gözəl, batini isə bulaşıqdır. Məsələn, bazarda meyvə satan bir şəxs yaxşı meyvələri üstə, xarablarını isə aşağı yığa. Günaha üzr gətirən şəxs də bu mövqedədir. Aşağıda qeyd edilən hədisdə İmam Baqir (ə) buyurur:

«Bir gün İslam Peyğəmbəri (s) Mədinə bazarından keçirdi. Ərzaq malları satan bir şəxsi gördü. Peyğəmbər (s) ona buyurdu: Bəh! Bəh! Nə qədər gözəl və təmizdir». Yeyintinin qiymətini soruşdu. Bu vaxt Allah tərəfindən O Həzrətə xəbər gəldi ki, “əlini yeyintinin içinə sal və altına bax». Peyğəmbər (s) bunu etdi. Bu zaman onun altından bir neçə ədəd xarab yeyinti çıxdı. Peyğəmbər (s) o satıcıya buyurdu:

ما اَراكَ اِلاّ وَقَدْ جَمَعْتَ خِيانَةً وَغِشّاً لِلْمُسْلِمِينَ

«Sən müsəlmanlara həm xəyanət edirsən, həm də onları aldadırsan».

BəHANə GəTİRMəYİN NöVLəRİ


İnsanların arasında günahlara müxtəlif üzrlər gətirirlər. Misal üçün: İnsanın əqidəsinə aid üzrlər, siyasi üzrlər, ictimai üzrlər, psixoloji üzrlər, mədəni üzrlər, itisadi üzrlər, hərbi üzrlər və başqaları.

1. ƏQİDəYə AİD OLAN ÜZRLəR


İnsanların əqidəsi ilə bağlı olan üzrlərdən biri qəza və qədər məsələsidir. Günahkar şəxsə «nə üçün günah etdin?»-deyəndə, cavabında deyir: «Allahın təqdiri belə imiş, qismətdən qaçmaq olmaz, ata-babalarımız bu yolu getdilər, ona görə biz də onların davamçılarıyıq». Bu kimi üzrlərlə Allahın onların üzərinə qoyduğu vəzifədən boyun qaçırmaq istəyirlər. «Maidə» surəsinin 148-ci ayəsində kafirlərin üzr gətirmələri haqqında belə oxuyuruq:
لَوْ شاءَ اللهُ ما اَشْرَكْنا وَلا آباؤُنا وَلا حَرَّمَنا مِنْ شَـْيء

«Bununla da onlar öz günahlarını Allahın boynuna yıxırdılar.»

«Nəhl» surəsinin 35-ci ayəsində və «Zuxruf» surəsinin 20-ci ayəsində də buna oxşar sözlər gəlmişdir. «Zuxruf» surəsinin 20-ci ayəsində belə oxuyuruq:

وَقالُوا لَوْ شاءَ الرَّحْمانُ ما عَبَدْناهُمْ

“Əgər Allah istəsəydi, biz onlara (bütlərə) sitayiş etməzdik».

Allah-təala isə onların bu bəhanələrini rədd edərək buyurur:



اِنْ هُمْ اِلاّ يَخْرُصُونَ

«Onlar yalnız yalan danışırlar».


YEZİD İBNİ MÜAVİYəNİN BəHANə GəTİRMəSİ


İmam Hüseyn əleyhissəlamın mübarək başını Şam şəhərində Yezid ibn Müaviyənin yanına gətirdilər. Yezid əvvəlcə bir şe’r oxudu. Sonra üzünü orada toplaşanlara tutub dedi:

Bu başın sahibi deyirdi: «Mən rəhbərlik etməyə Yeziddən üstünəm. Deyəsən o, Qur’anda Allahın göndərdiyi bu ayədən xəbərsiz olub:


قُلِ اللّهُمَّ مالِكَ الْمُلْكَ تُؤْتِي الْمُلْكَ مَنْ تَشاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشاءُ وَتُعِزُّ مَنْ تَشاءُ وَتُذِلُّ مِنْ تَشاءُ...

«De ki, İlahi, ey mülklərin sahibi! Sən istədiyin şəxsə hökumət verərsən, istədiyin şəxsdən hökuməti alarsan, istədiyin şəxsi əziz edərsən və istədiyin şəxsi zəlil edərsən».

Yezid tarixin ən böyük və dəhşətli cinayətlərini etdikdən sonra belə deyir: «Allah-təala bizi hökumətə çatdırdı.» O, bu sözlə özünün dəhşətli cinayətlərini ört-basdır etmək istəyirdi.

CƏBR MƏSƏLƏSİNƏ BİR BAXIŞ


Cəbr və ixtiyar bəhsi islam aləmində ən qədim və mübahisəli məsələlərdəndir. Lakin bu barədə bir nöqtəyə diqqət yetirmək lazımdır. O da insanların azad və işlərində ixtiyar sahibi olmağıdır. Biz vicdanımızla dərk edirik ki, əlimizin hərəkəti ürəyimizin döyünməsi ilə fərqlidir. Çünki ürəyimizin döyünməsi öz ixtiyarımızda deyil. Amma əlimizin hərəkəti öz ixtiyarımızdadır. Digər bir misal: şəhərə çəkilmiş su borularını təsəvvür edin. Borular əvvəlcə su mənbəyindən şəhərə, sonra küçələrə, daha sonra isə evlərə çəkilir. Borularla axan suyun əvvəlcə şəhərə gəlib, sonra evlərə axması bizim əlimizdə deyil. Amma suyu açıb işlətmək və ya bağlamaq bizim ixtiyarımızdadır. Bizim həyatdakı işlərimiz də belədir. Onların bir miqdarı Allahın ixtiyarında, bir miqdarı isə öz əlimizdədir. Deməli, gördüyümüz işləri tam Allahın boynuna yıxmaq düz deyil. Eləcə də bütün hadisələri insanların iradəsinə bağlı etmək də düzgün deyil.

İNSANIN İXTİYARLI MəXLUQ OLMASINA AİD DəLİLLəR


1. Tərəddüd: Bir işi görmək istəyəndə tərəddüd edirik. Yə’ni bu işi görüm, yoxsa görməyim. Bu, bizim ixtiyarlı olmağımıza dəlalət edir.

2. Peşman olmaq: Gördüyümüz bə’zi işlərdən peşman oluruq. Deməli, bu işi etməyə də bilərik.

3. Ədəbləndirmək: Bir şəxsi ədəbləndirmək istəyirik. Bu onu göstərir ki, o şəxsdə də ədəblənmək qabiliyyəti və iradəsi mövcuddur. Deməli, o ixtiyar sahibi olan bir şəxsdir.

4. Tənqid: Bir-birimizin işlərimizi tənqid edirik. Deməli, biz insanlar tənqid olunmamaq üçün düzgün hərəkət edə bilərdik. Nəticə alırıq ki, müxtəlif bəhanələri, «biz məcburuq», «bizi Allah bu cür yaradıb», «dostlarım məni pis yola çəkdi» və bu cür üzrlər və yalançı pərdələrlə günah məs’uliyyətindən boyun qaçırmaq olmaz.

2. SİYASİ ÜZRLəR


Siyasi məsələlərlə bağlı üzrlər də çoxdur. Onlardan biri budur ki, ruhani və din xadimi siyasətbazlıq kimi işlərə qarışmamalıdır. Çünki bu onun cəmiyyətdə tutduğu mövqeyə xələl gətirər. Lakin islam düşmənləri bə’zən buna nail olaraq, bə’zi savadlı, amma gözü ac ruhaniləri öz çirkin məqsədlərinə vasitə edə bilirlər. Və yaxud şahın mə’murları camaata nə qədər zülm etsələr də özlərini günahkar bilmirlər. Çünki şah tərəfindən onlara əmr olunub. Başqa bir misal: Böyük şəxsiyyətlərdən birini qətlə yetirən şəxsə «Nə üçün bu işi gördün?»-deyəndə, cavabında dedi: «Mənə bu cür əmr olunmuşdu». Bu üzrlərdən kafirlər də gətirəcəklər.

“Əhzab» surəsinin 67-ci ayəsində oxuyuruq:


وَقالُوا رَبَّنا اِنّا اَطَعْنا سادَتَنا وَكُبَرائَنا فَاَضَلُّونا السَّبِيلا

“Kafirlər deyərlər: Ey Rəbbimiz! Ağalarımıza, böyüklərimizə itaət eləmişdik. Onlar bizi yolumuzdan azdırmışdılar deyərlər.”

Bu cür üzrlər Allah dərgahında qəbul olunmur.


ZİRAR MƏSCİDİNİN BANİLəRİNİN ÜZRLəRİ


Zirar məscidinin macərası «İslam Peyğəmbərinin (s) zamanında baş verən məşhur hadisələrdəndir. Belə ki, Mədinə şəhərində yaşayan münafiqlərdən (İslam dinini zahirdə qəbul edənlərdən) bir dəstəsi «Qüba» məscidinin yaxınlığında bir məscid tikdilər. Onlar özlərini İslam dininin tərəfdarları kimi qələmə verirdilər. Lakin onların bu məscidi tikməkdə məqsədləri müsəlmanlar arasında ixtilaf yaratmaq və dinə qarşı mübarizə aparmaq idi. Onlar Peyğəmbərin (s) hüzuruna gəlib öz məqsədlərini bu cür izah etdilər: Bəni-salim qəbiləsinin yaşadığı yerlə «Məscidül-həram» arasında fasilə çoxdur. Biz qocalar və xəstələr üçün məscid tikmək istəyirik ki, orada namaz qılsınlar. Həm də yağışlı günlərdə orada dini mərasimlərini təşkil etsinlər. Hətta onlar and içdilər ki, İslam dininə xidmət etməkdən başqa ayrı məqsədləri yoxdur.

Peyğəmbər (s) onlara məscid tikməyə icazə verdi. Bu zaman Təbuk müharibəsi meydana çıxdı. Peyğəmbər (s) müharibəyə yola düşdü. Müharibədən qayıdan zaman hələ Mədinə şəhərinin darvazasına çatmamışdı ki, münafiqlər özlərini Peyğəmbərə (s) çatdırıb o Həzrətdən məscidin açılışında iştirak etməsini və orada namaz qılmasını xahiş etdilər. Bu vaxt Cəbrəil «Tövbə» surəsinin 107-110-cu ayələrini Peyğəmbərə (s) nazil etdi:


وَالَّذِينَ اتَّخَذُوا مَسْجِداً ضِراراً وَكُفْراً وَتَفْرِيقاً بَيْنَ الْمُؤْمِنينَ وَاِرْصاداً لِمَنْ حارَبَ اللهَ وَرَسُولُهُ مِنْ قَبْلُ وَلَيَحْلِفُنَّ اِنْ اَرَدْنا اِلاّ الْحُسْنى وَاللهُ يَشْهَدُ اِنَّهُمْ لَكاذِبُونَ

«O şəxslər ki, zərər vermək, küfr eləmək, mö’minlərin arasına təfriqə salmaq naminə məscid tikirlər və öncə Allaha və Rəsuluna qarşı müharibə edənlərə gizlənmək yeri düzəldirlər, bizim “yaxşılıqdan savayı başqa niyyətimiz yoxdur»- deyə and- aman edəcəklər. (Lakin) Allah onların yalan dediyinə şahiddir». Bununla da o məscidə «Zirar» (zərər vermək) məscidi adı verildi. Peyğəmbər (s) bu ayə nazil olduqdan sonra, zahirdə məscid adlanan o yeri yandırmaq və ərazisini Mədinənin zibilxanası etmək əmrini verdi. Beləliklə, düşmənlərin bu hiyləsinin də qarşısı alındı. Bəli, onlar xəstə və zəif adamlara məscid tikmək bəhanəsi ilə ən böyük cinayətə əl atıb müsəlmanlar arasında təfriqə salmaq və islam hökumətini yıxmaq istəyirdilər. Lakin İslam Peyğəmbərinin (s) o yeri yandırmaq əmri buna mane oldu.


GÜNAHLARA BəHANə GəTİRMəK FİTNəKARLARIN əLAMəTİDİR


İslam Peyğəmbəri (s) İmam Əli (ə) ilə etdiyi söhbətlərinin birində buyurur: «Fitnəkar şəxslərin bir əlaməti də budur ki, Allahın haram etdiyi işləri puç və yalançı bəhanələrlə halal edirlər. Onlar şərabı kişmiş suyu, rüşvəti hədiyyə və sələm almağı ticarət adı ilə halal etməyə çalışarlar. Yə’ni onlar bu cür bəhanələrlə ən böyük günahları ört-basdır edirlər».

İmam Əli (ə) və böyük bir hiyləgər haqqında hədisə diqqət edək.

Əş’əs ibn Qeys hiyləgər münafiqlərin başçılarından biri idi. O, İmam Əlinin (ə) hökumətinə nüfuz etmək niyyəti ilə gecə yarısı çox ləzzətli halva ilə dolu bir qabı götürüb İmam Əlinin (ə) evinə getdi və onu hədiyyə adı ilə O Həzrətə təqdim etmək istədi. (Halbuki, bu rüşvət idi və onu hədiyyə adı ilə vermək istəyirdi.) İmam Əli (ə) bu hadisəni belə bəyan edir: O, (Əş’əs) mənə o halvanı verəndə məndə o qədər nifrət hissi oyandı ki, elə bil o halva ilanın ağzının suyuna bulaşmışdı. Ona dedim:
اَصِلَةٌ اَمْ زَكاةٌ اَمْ صَدَقَةٌ...

«Gətirdiyin halva hədiyyədir, zəkatdır, yoxsa sədəqədir? Zəkat və sədəqə bizə (Yə’ni Əhli-beytə) haramdır».

Əş’əs dedi:

لاذا وَلاذاكَ وَلكِنَّها هَدِيَّةٌ

Nə zəkatdır, nə də sədəqə; sizə bir hədiyyədir. Ona dedim: Sən məni hədiyyə ilə aldatmaq istəyirsən, yoxsa ağlını itirib dəli olmusan?
وَاللهِ لَوْ اُعْطِيتُ الاَْقالِيمَ السَّبْعَةَ بِما تَحْتَ اَفْلاكِها عَلى اَنْ اَعْصِيَ اللهَ فِي نَمْلَة اَسْلُبُها جُلْبَ شَعِيرَة ما فَعَلْتُهُ...

«And olsun Allaha, qarışqanın ağzından bir buğda qabığını almaq qədər Allaha günah eləmərəm, əvəzində mənə yeddi iqlimi və bütün yerin altında olan sərvətləri versələr, yenə mən bu işi (qarışqadan buğda qabığını almağı) eləmərəm. Sizin vurğun olduğunuz bu dünya sərvətləri mənim gözümdə çəyirtkənin ağzında olan çeynənmiş yarpaqdan da qiymətsizdir». Budur, İmam Əlinin (ə) ona hədiyyə adı ilə rüşvət vermək istəyən münafiqin qarşısında olan mövqeyi!


HİYLƏGƏRƏ MÖHKƏM CAVAB


İmam Əliylə (ə) Müaviyə arasında baş verən «Siffeyn» müharibəsi 18 ay çəkdi. Bu müharibədə Peyğəmbərin (s) ən böyük səhabələrindən olan Əmmar Yasir İmam Əlinin qoşununda idi. Müsəlmanlar Peyğəmbərin (s) Əmmara xitab edib buyurduğu:
تَقْتُلُكَ الْفِئَةُ الْباغِيَةُ

«Səni zülmkar bir dəstə qətlə yetirəcək» kəlamını bilirdilər. Əmmar bu müharibədə şəhid oldu. Onun şəhid olmasından sonra Müaviyə və onun qoşununun zülümkar olması hamıya mə’lum oldu. Çünki Əmmarı onlar qətlə yetirmişdilər. Bu vaxt Müaviyə hiyləyə əl ataraq e’lan etdi ki, Əmmarı Əli öldürüb. Çünki onun bu müharibəyə gəlib qətlə yetirilməsinə səbəb Əlidir. Müaviyə bu hiylə ilə bir dəstəni aldatdı. Bu xəbər İmam Əliyə (ə) çatdı. İmam buyurdu: Müaviyənin dediyi söz düz olsa, onda Həmzəni (Peyğəmbərin (s) Bədr müharibəsində şəhid olan əmisi) Peyğəmbər (s) öldürüb. Çünki onun müharibəyə gəlməsinə səbəb Peyğəmbər idi. Əmr Asın oğlu Əbdullah İmamın bu cavabını Müaviyəyə çatdırdı. Müaviyə bu cavabı eşidəndə elə qəzəbləndi ki, Əmr Asa dedi: Axmaq oğlunu məsciddən çıxart!

Əmmarın şəhid olması Müaviyənin qoşununun ruhiyyəsini zəiflətmişdi. Çünki onlar Peyğəmbərin (s) Əmmar haqqında buyurduğu hədisi bilirdilər. Lakin bununla belə, Müaviyənin işlətdiyi hiylə onları elə aldatdı ki, öz xeymələrindən çıxıb qışqırırdılar: “Əmmarı müharibəyə gətirən şəxs qətlə yetirdi».

TARİXDə DAHA BİR HADİSə


Qədim zamanlarda (Adəm peyğəmbərin dövranı kimi) qurban kəsənlər öz qurbanlıqlarını dağın başına qoyurdular. Bu vaxt bir atəş gəlib o qurbanlığı yandırsaydı, deməli qurbanlıq qəbuldur. Yox, heç bir atəş gəlib onu yandırmasaydı deməli, qurbanlıq qəbul olunmayıb.

Həccac ibn Yusif Səqəfi xəlifə tərəfindən İraqın hakimi idi. O tarixin ən böyük cinayətkarlarından hesab olunur. Həccac öz müxalifləri ilə müharibə edərkən onların Kə’bə evinə pənah aparmalarını gördü. Lakin o Kə’bənin hörmətini sındırıb onu darmadağın etdi. Kə’bənin yandırılmasından narahat olan, qorxuya düşən dəstə üzvlərini sakitləşdirmək məqsədi ilə onlara dedi: Bu atəş sizin nahaq olmağınızın əlaməti deyil, qurbanlığı yandırıb onun qəbul olunmasını bildirən atəşdir. Deməli, sizin də bu işiniz Allah dərgahında qəbuldur. Bununla da o, özünün və dəstəsinin etdiyi ən böyük cinayətə bəhanə gətirdi.


HARUN ƏR-RƏŞİDİN XAİNCƏSİNƏ BƏHANƏSİ


Tarix boyu quldurların və cinayətkarların işlətdiyi şüarlardan biri də «təhlükəsizliyi qorumaq lazımdır» şüarıdır. Harun (beşinci Abbasi xəlifəsi) Bağdaddan Məkkəyə, oradan da Mədinə şəhərinə getdi. Mədinə şəhərində olarakən İmam Musa ibn Cə’fəri (şiələrin yeddinci imamı) zindana salmaq qərarına gəldi. Odur ki, Peyğəmbərin (s) qəbrinin yanına gəlib bu böyük günaha bu cür bəhanə gətirdi:
يا رَسُولَ اللهِ، اِنّي اَعْتَذِرُ اِلَيْكَ مِنْ شَـْيء اُرِيدُ اَنْ اَفْعَلُهُ، اُرِيدُ اَنْ اَحْبس موسى بن جَعْفر فَاِنَّهُ يُرِيد التّشتّت بَيْنَ اُمّتِكَ وَسَفْكَ دِمائِها

«Ey Allahın Rəsulu! Mən səndən edəcəyim işə görə üzr istəyirəm. Musa ibn Cə’fəri zindana salmaq istəyirəm. Çünki o, sənin ümmətinin arasında təfriqə yaradıb onların qanını tökmək istəyir».

Sonra o Həzrətin qollarını zəncirlə bağlatdırıb əvvəlcə Bağdada, sonra isə Bəsrə şəhərinə göndərdi.

Beləliklə, cinayətkar Harun «təhlükəsizliyi qorumaq lazımdır» bəhanəsi ilə ən böyük tarixi bir cinayətə əl atdı.


İMAM HÜSEYN əLEYHİSSəLAMIN QATİLLəRİNİN BəHANəSİ


İmam Hüseynin (ə) qətlə yetirilməsi ilə əlaqədar düşmənlərin gətirdiyi bəhanələrdən biri də bu idi: «O, dinindən çıxıb, ixtilaf yaratmaq istəyir». Düşmən ordusunun sərkərdəsi Ömər Sə’d, İmamla müharibəyə gedəndə deyirdi: «Sülh yaratmaq məqsədi ilə gedirəm. Müharibə qurtardıqdan sonra onun döyüşçülərindən biri İmam Hüseyn əleyhissəlamın ordusunun əmlakını qarət edərkən ağlayırdı. Bu zaman İmam Hüseynin (ə) övladlarından biri onun ağlamasının səbəbini soruşduqda, belə cavab verdi:

«Törətdiyim cinayətlərə görə ağlayıram».

Uşaq dedi: «Belədirsə, öz cinayətindən əl götür!» (Qarət etmə). O isə cavabında dedi:
اَخافُ اَنْ يَأْخُذَهُ غَيْرِي

«Qorxuram bu qiymətli əşyaları başqası götürə».

Bəli, Ömər Sə’din ordusu öz cinayətlərini e’tiraf etmələrinə baxmayaraq, öz çirkin əməllərindən əl götürməyib, tutduqları günah yollarını davam etdirirdilər.

3. İCTİMAİ BƏHANƏLƏR


Günahkarların öz günahları üçün gətirdiyi bəhanələrdən biri də ictimai üzrdür. Belə ki, hər hansı günahkar şəxsə «nə üçün günah edirsən?»- sualını verdikdə, belə cavab verir: «Camaatın çoxu bu işlərlə məşğuldur, mən də onlardan biri».

İndiki zamanda bu cür yersiz bəhanələrlə özlərinə haqq qazandırmaq istəyən şəxslər çox olduğu kimi, keçmiş zamanlarda da az deyildi. Belə ki, Şüeyb peyğəmbərin zamanında camaat bütpərəstlik, xurafat, (alış-satışda başqalarını aldadıb) az satmaq, sələm yemək və bu kimi günah işlərlə məşğul idilər. Şüeyb peyğəmbər onları Allah yoluna də’vət edib, günahlardan çəkinməyə çağırdıqda, onlar bu çağrışa e’tina etməyib deyirdilər: Ayənin tərcüməsi: Onlar dedilər: Ey Şüeyb! Qıldığın namaz sənə əmr edirmi ki, ata-babalarımızın pərəstiş etdiklərini tərk edək?


قالُوا يا شُعَيْبُ اَصَلوتُكَ تَأْمُرُكَ اَنْ نَتْرُكَ ما بَعْبُدُ آباؤُنا

Fir’on Misirdə çox qüdrətli padşah idi. Onun hökmranlıq etdiyi bu ölkənin camaatı qorxu içində yaşayırdı. Xalqın çox hissəsi camaatla birgə olanlar və onlardan ayrılmasınlar deyə, Fir’ona itaət edirdilər. Lakin camaatda yaranmış bu yanlış fikir Fir’onun həyat yoldaşı Asiyanı öz tə’siri altına ala bilmədi. O, özünün polad iradəsi ilə Allaha bəslədiyi əqidə və imanı qoruyub saxladı. Amma Nuh peyğəmbərin həyat yoldaşı və oğlunun hərəkətinə, həmçinin Lut peyğəmbərin həyat yoldaşının tutduğu yola diqqət edək. Onlar Nuh və Lut peyğəmbəri xalqı Allah yoluna də’vət etdikləri üçün istehza edir, peyğəmbərlərə müxalif çıxırdılar.

İslam Peyğəmbəri (s) və İmamlar (ə) həyatda çoxlu düşmənlərlə mübarizə apardılar. Onlar heç vaxt yaşadıqları cəmiyyətdə pozğunluğu, hərc-mərcliyi qəbul etməyir və ən çətin vəziyyətdə belə pozğun cəmiyyətlə mübarizə aparırdılar. Deməli, nəticə alırıq ki, yaşadığımız cəmiyyətin tə’siri nəticəsində günah edib, haqq yolundan çıxmaq əqlən qəbul deyil.

4. PSİXOLOJİ BəHANəLəR


Günah edənlərin gətirdiyi üzrlərdən biri də psixoloji üzrlərdir. Bu üzrlər müxtəlifdirlər.

1. Naümid olmaq. Günahkara «nə üçün bu işlərdən əl çəkmirsən? deyəndə, cavabında deyir: «Biz daha bu bataqlıqda batmışıq». Başqa bəhanələr gətirənlər də olur. Və yaxud qocalmış bir şəxsə «nə üçün namaz qılmırsan?» deyəndə, cavabında deyir: «Məndən daha keçib, mənim yaddaşım zəifləyib, namazı öyrənə bilmərəm» və bu kimi üzrlər.

2. Adət etmək. Günah bir işə adət etmiş şəxsə deyirlər: «Nə üçün bu işi tərk etmirsən?» O deyir: «Mən adət etdiyim bu işi nə cür tərk edim?!» Lakin həmin şəxsə hər bir miqdar pul versən və adət etdiyi işi tərk etməsini istəsən, o adətindən asanlıqla əl çəkəcək. Deməli, mə’lum olur ki, o şəxsin adət etdiyi işi tərk etməyə iradəsi çatır. Amma o «bu işə adət etmişəm» bəhanəsini daha rahat deyə bilir və yolundan dönmür.

3. Bir şəxsə deyirsən: «Başqalarını pis işlərdən çəkindirmək vacibdir. Nə üçün filankəsi pis yoldan çəkindirmirsən?!» Cavabında deyir: «Qorxuram, mənim bu sözüm onun qəlbinə dəysin»

4. Başqalarını istehza edən bir şəxsə deyirsən: «Nə üçün istehza edirsən?»

O isə deyir: «Mən zarafat edirəm» və bu sözlə öz günahını yumaq istəyir.



5. Bir şəxsə deyirsən: «Sənin atan və yaxud qardaşın kafirlərin yolunu gedir. Nə üçün onlarla oturub-durursan?» Cavabında deyir: «Onlarla nə cür əlaqəni kəsim?»

Qur’anda bu kimi üzr və bəhanələrin hamısına cavab olaraq belə oxuyuruq:


قُلْ اِنْ كانَ آبائُكُمْ وَاَبْنائُكُمْ وَاِخْوانُكُمْ وَاَزْواجُكُمْ وَعَشِيرَتُكُمْ وَاَمْوالٌ اقْتَرَفْتُمُوها وَتِجارَةٌ تَخْشَوْنَ كَسادَها وَمَساكِنُ تَرْضَوْنَها اَحَبَّ اِلَيْكُمْ مِنَ اللهِ وَرَسُولِهِ وَجِهاد فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتّى يَأْتِي اللهُ بِاَمْرِهِ واللهُ لا يَهْدِي الْقَوْمَ الْفاسِقِينَ
«De ki, əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, həyat yoldaşlarınızı, qohumlarınızı, qazandığınız mal-dövləti və kasadlığa düşəcəyindən qorxduğunuz bazarınızı Allahdan, Rəsulundan və Onun yolunda cihad eləməkdən daha çox sevirsinizsə, onda Allahın (əzab) əmrini gözləyin. Allah günahkarları doğru yola yönəltməz».

Bu ayədən məqsəd odur ki, bütün varlığımız Allahın əmrinə qurban olmalıdır. Və bu yolda hər cür bəhanə gətirmək qadağandır.

Bəhanələrin bir qismi də ondan ibarətdir ki, bə’zi günahkarlar əvvəlcə etdiyi haram işə halal donu geyindirər və sonra o işi görərlər. Misal üçün: Bir şəxsin qeybətini etmək istəyəndə əvvəlcə «qeybət olmasın» və yaxud «Allah qeybətə yazmasın» ifadəsini işlədib sonra qeybət etməyə başlayırlar. Keçmiş alimlərdən biri mərhum Ayətullahül-üzma Seyyid Məhəmməd Höccət belə deyirmiş: «Mənim qeybətimi edənlərin hamısını bağışlayıram. Lakin mənim ardımca danışan bə’zi tələbələrdən keçmirəm. Çünki onlar əvvəlcə qeybət etməyi halal edir, sonra qeybət edirlər».

Günahkar şəxsin belə bəhanələr gətirməsinə səbəb isə odur ki, o günah etmək üçün qarşısında heç bir maneə görmək istəmir. Öz vicdanını bu cür bəhanələrlə müvəqqəti də olsa rahat və asudə etmək istəyir: ölümdən sonrakı həyata və qiyamət gününün hesab-kitabına əqidə bəsləmək və inanmaq insanı günahlardan çəkindirən bir amildir. Amma insan sərbəst günah etmək üçün ölümdən sonrakı həyatı və hesab-kitabı, yə’ni axirəti inkar edir. «Qiyamət» surəsinin 5-6-cı ayələrində oxuyuruq:


بَلْ يُرِيدُ الاِْنْسانُ لِيَفْجُرَ اَمامَهُ ـ يَسْئَلُ اَيّانَ يَوْمُ الْقِيامَةِ
«Ancaq insan qiyaməti danmaq istər, soruşar: «Axı qiyamət günü nə vaxt gələcək?»

5. MəDəNİ BəHANəLəR


Günahın üstünü örtən və günahkarı öz yolunda daha da möhkəmləndirən bəhanə və üzrlərdən biri də mədəni üzrlərdir. Misal üçün:

1. Günahkar şəxs özünə bəraət qazandırıb günahını yumaq üçün deyir: «Savadsız idim. Bilmirdim» Bu bəhanə də başqa bəhanələr kimi əsassızdır, çünki Allah-təala bir tərəfdən insana əql, vicdan və fitrət veribdir ki, o bunların vasitəsi ilə günah işləri tanıyıb, onlardan qoruna bilər. O biri tərəfdən də Peyğəmbər (s) və İmamlarımızın vasitəsi ilə onu düz yola də’vət edibdir. Deməli, təqsir insandadır ki, düz yolda hərəkət etməyib. “Ən’am» surəsinin 149-ci ayəsində oxuyuruq:

قُلْ لِلّهِ الْحُجَّةُ الْبالِغَةُ

«De ki, qəti dəlil Allahın əlindədir».

Bir şəxs İmam Sadiqdən (ə) bu ayənin açıqlamasını xahiş etdi. İmam o şəxsin cavabında buyurdu: Allah-təala qiyamət günü öz bəndəsinə deyər: «Ey mənim bəndəm! Gördüyün işin günah olduğunu bilirdinmi?» Bəndə bu sualın cavabında «Bəli» desə, Allah-təala yenə soruşar:

«Bəs nə üçün günah etdin?» Amma bəndənin cavabı «yox, bilmirdim» olsa, onda Allah-təala ona xitab edib deyər: «Nə üçün öyrənmədin?» Bu vaxt bəndə Allahın bu məhkəməsi qarşısında heç bir söz deyə bilməz. Budur, Allahın inanmadığı və qəti dəlili.

Nəticə alırıq ki, «başa düşmədim, bilmədim» və bu kimi bəhanələrlə günahın məs’uliyyətindən boyun qaçırmaq olmaz. Və bu qədər hidayət nurları ilə yanaşı yolu azmağın nəticəsi, əzab quyusuna düşməkdir.



2. Günaha səbəb olaraq gətirilən mədəni üzrlərdən biri də insanın öz nəsli ilə iftixar etməsidir. Məsələn: Mö’min qardaşı ilə küsən bir şəxsi barışmağa də’vət edəndə, deyir: «Mənim bu cür ailə mövqeyim var. Mən bu mövqeylə onunla barışa bilmərəm.»

Belə şəxslər özlərini əşraf və varlı-karlı ailələrdən hesab etdiklərinə görə başqalarını təhqir edirlər. Bu nümunələrdən islam tarixində də görmək olur. Peyğəmbərin (s) zamanında özlərini hamıdan üstün tutan kafirlər Bilal, Süheyb və Cuybər kimi təzə müsəlman olan şəxsiyyətləri geridə qalmış adlandırırdılar, həmçinin özlərini zahirdə müsəlman göstərən bə’zi şəxslər Salmanı ərəb olmadığına görə təhqir edirdilər. Allahın dərgahından uzaqlaşdırılan Şeytan da özünün oddan, Adəmin isə torpaqdan yaranmasına iftixar etdi. Bu isə onun Adəmə səcdə etməyib Allahın əmrindən boyun qaçırmasına səbəb oldu. “Ə’raf» surəsinin 12-ci ayəsində belə oxuyuruq:




قَالَ ما مَنَعَكَ اِلاّ تَسْجُدَ اِذْ اَمَرْتُكَ قالَ اَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نار وَخَلَقْتُهُ مِنْ طِين

«Allah-təala (şeytana) buyurdu: Sənə əmr etdiyim zaman səcdə etməməyinə səbəb nə oldu? Şeytan dedi: Mən ondan (Adəmdən) üstünəm. Məni oddan yaratmısan, onu isə torpaqdan.»

Öz nəsilləri ilə iftixar edən şəxslər də şeytanın yolunun davamçılarındandır. Çünki Allah-təala insanların bir-birinə üstünlüyünü nəsildə deyil, təqvada və günahlardan qorunmaqda bilir. Səhv təəssüblər və bə’zi yanlış fikirlər də bunun kimidir. Cahiliyyət zamanında (İslam dininin zühurundan qabaq) qızları diri-diri torpağa basdırırdılar. Onların bu işdə bəhanələri bu idi ki, gələcək müharibələrdə bizim qızlarımız əsir düşüb başqa qəbilələrdə uşaq dünyaya gətirə bilərlər. Onlar bu bəhanə ilə minlərlə günahsız qız uşağını vəhşicəsinə diri-diri torpağa basdırır-dılar. Hətta onların nalələrinə də qulaq asmırdılar. Deməli, bə’zi bəhanələr günahı o qədər adi şəklə salır ki, ən iyrənc işlər belə cəmiyyətdə ümumi bir qanuna çevrilir. Bu yanlış fikir onlara elə qalib gəlmişdi ki, qızları olması xəbərini eşidəndə üzləri qəzəbdən qaralır və dərhal onu gizlincə bir yerdə basdırmaq fikrinə düşürdülər. «Nəhl» surəsinin 58-ci və «Zuxruf» surəsinin 17- ci ayəsində bu barədə oxuya bilərik.

3. Mədəni üzrlərdən biri də «səhv» düşüncə tərzidir. Qadınlara «örtüyünüzü qoruyun!», kişilərə isə “özgə qadınlara baxmayın” deyəndə cavabında deyirlər: «Sənin qəlbin təmiz olsun!» Onlar bu cür düşünməklə özlərinin pis fikirdə olmadıqlarını, qəlblərinin təmiz olduğunu vurğulayır, lakin etdikləri əməlin və gördükləri işlərin Allah qarşısında günah olduğunu nəzərdən qaçırırlar. Deyəndə ki, toy məclislərində qadınlarla kişilərin bir yerdə olması haramdır, bundan qaçın, cavabında deyirlər: «Biz hamımız bacı-qardaşıq.» Onlar bu kimi mə’nasız bəhanələrlə Allahın haram etdiyi işləri zorla halal edirlər.

Başqa bir halda görürük ki, iki küsülü şəxsdən biri digəri ilə barışmayacağına and içir və bu andı pozmayaraq ona sadiq qalacağını söyləyir.

Bu cür andlar islam dinində səhv andlar hesab olunur. Çünki bu kimi yerlərdə and içdiyin işin olması olmamağından faydalı və yaxşıdır. Çəkdiyimiz misalda da mö’min qardaşla küsülü qalmaq onunla barışmaqdan daha pisdir».

Hər halda cəmiyyətdə olan günahların bir hissəsi də səhv düşüncələrdən irəli gəldiyini söylənilənin nəticəsi kimi qəbul edə bilərik.


İMAM SADİQİN (ə) SəHV DÜŞÜNCƏLİ BİR ŞƏXSLƏ RƏFTARI


İmam Sadiq (ə) Allahın insanı düz yola hidayət etməsi mövzusunda söhbət edərkən belə bir əhvalat buyurdu: Öz nəfsinin istəklərinə qulluq edən və nadan camaatın ehtiram qoduğu bir kişi kimdir? (İmam burada bir şəxsin əhvalatını danışdı).

Həmin kişinin fəzilətlərindən mənə o qədər danışdılar ki, onunla görüşmək fikrinə düşdüm. Qərara aldım ki, onu gizlində görüb işlərini yoxlayam. Onun dalınca getdim. Uzaqdan avam camaatın onun ətrafına toplaşdığını müşahidə etdim. Məni tanımasınlar deyə üzümü örtdüm. Sonra daha yaxına getdim. Diqqətlə camaatın həmin şəxslə və o şəxsin camaatla rəftarına nəzər saldım. O şəxsin camaatı öz hiylələri ilə aldatmasını anladım. Sonra o, camaatdan ayrıldı. Mən isə üzüm örtülü halda onun ardınca hərəkət etdim. Gördüm ki, o bir çörək dükanına daxil oldu. Çörək satanın başını qatıb iki ədəd çörək oğurladı. Öz-özümə dedim ki, bəlkə də çörəklərin pulunu vermişdir. Sonra o çörək dükanından çıxıb nar satılan bir dükana daxil oldu. Burada da nar satanı aldadıb iki ədəd nar oğurladı. Mən onun bu işindən təəccüb etdim. Lakin yenə onun bu narları pulla alması ehtimalını verdim. Amma öz-özümə dedim: Belədirsə, nə üçün oğurluq edir? O, nar dükanından çıxıb getdi. Mən isə onun ardınca yola düşdüm. Yarı yolda o bir xəstənin yanına döndü. Çörəklə narı ona verib getdi. Bu vaxt ona yaxınlaşım, dedim.

“Ey Allahın bəndəsi! Sənin çox yaxşı adam olduğunu eşitmişəm. Camaat səni tərifləyir. Ona görə səninlə görüşməyi qərara aldım. Bu gün sənin bütün işlərinə nəzər saldım. Amma sənin gördüyün işlər mənim ürəyimi narahat etdi. Sənə bir sualım var. Onun cavabını desən, məni rahat edərsən.

O dedi: Sualın nədir?

Dedim: Sənin çörək və nar dükanından oğurluq etdiyini gördüm. (Bunun səbəbi nədir?)

O dedi: Hər şeydən əvvəl de görüm sən kimsən?

Dedim: Adəm övladıyam və İslam Peyğəmbərinin (s) ümmətindənəm.

O dedi: Hansı tayfadansan?

Dedim: Nübüvvət (Peyğəmbərin (s)) tayfasındanam.

Məndən soruşdu: Harada yaşayırsan?

Dedim: Mədinədə.

O dedi: Sən Cə’fər ibn Məhəmməd Sadiq deyilsən?

Dedim: Bəli.

Mənə e’tiraz edərək dedi: Sənin Peyğəmbər tayfasından olmağının heç bir faydası yoxdur. Çünki sən ata-babalarından çatan elmi tərk etmisən və lazım olan elmdən xəbərsizsən.

Dedim: Hansı elmdir o?

Dedi: Allahın göndərdiyi kitab, Qur’an.

Dedim: Qur’anın hansı ayəsindən xəbərim yoxdur?

Dedi: Bu ayədən (“Ən’am» surəsinin 162-ci ayəsindən) xəbərin yoxdur ki, Allah-təala buyurur:



مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرَ اَمْثالِها، وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَلا يُجْزى اِلاّ مِثْلَها

«Yaxşılıq eləyənə on qat artıq savab verilər. Pislik eləyənsə yalnız etdiyi pislik qədər cəzalandırılar».

Mən iki ədəd çörək və iki nar oğurlamışam. Bu ayəyə əsasən, mənə dörd günah yazılır. O biri tərəfdən isə mən bunları bir xəstə yoxsula verdim. Bunların hər biri üçün 10 savab yazılır. Deməli, mənə 40 savab yazıldı. Əvvəlki 4 günahı 40-dan çıxsaq, yerdə 36 savab mənim üçün qalacaq.

Mən onun bu sözlərini eşidəndə dedim:
ثَكَلَتْكَ اُمُّكَ اَنْتَ الْجاهِلُ بِكِتابِ اللهِ، اَما سَمِعْتَ اَنَّهُ عَزَّ وَجَلَّ يَقُولُ: اِنَّما يَتَقَبَّلُ اللهُ مِنَ الْمُتَّقِينَ...

«Anan yasında otursun!» (Ərəb dilində bir növ tənqiddir.) Qur’an ayələrindən xəbərsiz sənsən! Bunu eşitməmisən ki, Allah-təala buyurur:

«Allah-təala yaxşı işləri təkcə yaxşı işlərlə məşğul olan adamlardan qəbul edir». Sən iki ədəd nar və iki ədəd çörək oğurladığına görə dörd günah qazanmısan. O biri tərəfdən bunların yiyəsinin icazəsi olmadan bağışlamısan. Bu da dörd günah. Deməli, sən heç bir savab iş görmədən 8 günah qazanmısan. Ona bu sözləri deyəndə özünü itirdi və həsrətlə mənə baxdı. Mən isə ondan ayrıldım».

İmam Sadiq (ə) söhbətinin davamında buyurur:


بِمِثل هذا التَّأْويل القَبيح الْمُسْتَكْرَه يَضِلُّونَ وَيُضِلُّونَ...

«Bu cür çirkin fikirlərlə həm özlərini, həm də camaatı yoldan çıxarırlar».

Bu hadisədən nəticə alırıq ki, yanlış fikirlərin xətəri o qədər böyükdür ki, hətta insanı Allahın kitabı olan Qur’ana da əl gəzdirməyə gətirib çıxarır. Belə ki, Qur’an cahil şəxslərin əlində onu hər şəklə sala biləcəyi bir xəmirə bənzəyir. Ona görə İmam Sadiq (ə) belə şəxslərin Qur’anı mə’na etmələri haqqında xəbərdarlıq edir.

İmam Sadiq (ə) yanlış fikirdə olan o şəxsin işlərini ifşa etdi ki, camaat onun sözlərinə aldanmasınlar. Çünki islam dinində belə şəxslərin ifşası lazımlı iş sayılır. Həzrət söhbətinin sonunda buyurur:


طُوبى لِلَّذِينَ هُمْ كَما قَالَ رَسُولُ اللهِ يَحْمُلُ هذا الْعِلْم مِنْ كُلِّ خَلَف عُدُولُه وَيَنْفونَ عَنْهُ تَحريفَ الْغالِينَ وَاِنْتِحالَ الْمُبطِلِينَ، وَتأوِيلَ الْجاهِلِينَ

«Xoş halına o kəslərin ki, islam Peyğəmbərinin (s) buyurduğu kimidirlər.

Yə’ni din elmini adil şəxslərdən öyrənir və bu elmin köməyi ilə özlərini və yaşadıqları cəmiyyəti nahaq şəxslərin təhrif etdiyi işlərdən, batil adamların nahaq sözlərindən və nadan şəxslərin əyri fikirlərindən uzaqlaşdırırlar.

İmam Sadiq (ə)-ın bu şəxsə göstərdiyi münasibətdən aydın olur ki, islam dininin həqiqətlərini dəyişdirmək istəyən şəxslər xalq arasında ifşa olunmalıdırlar. Başqa sözlə, xalq arasında tanınmış və nüfuzlu şəxsiyyətlər əyri yollara çəkilən zaman onlarla əqidə mübarizəsi aparıb iç üzlərini açmaq lazımdır. Belə olmasa onlar öz nüfuzlarından istifadə edib başqalarını da əyri yollara çəkəcəklər.

Misal üçün, şərab içib sükan arxasında oturan sürücüyə həddini göstərmək lazımdır, çünki onun bu işi cəmiyyətlə bağlıdır və o, sərxoş halda idarə etdiyi maşınla sərnişinlərin canını xətərə salır. Lakin evində gizlin şərab içən şəxsi ifşa etmək və onu xalq arasında rüsvay etmək düz deyil. Çünki o, Allahın qoyduğu yoldan təkcə özü çıxdığı üçün cəzasını da özü alacaq.

6. İQTİSADİ ÜZRLəR


İqtisadi səbəbdən törənən günahlara quraşdırılan üzrlərə aşağıda qeyd olunan nümunələri gətirə bilərik:

a) İctimai ədalət bərqərar etmək adı ilə xalqın hüququnu tapdalamaq.

b) Dolanışığın çətin olması adı ilə uşağın ana bətnində məhv edilməsi.

v) Ticarət adı ilə sələm yemək.

q) Hədiyyə adı ilə rüşvət almaq və yaxud vermək.

ğ) Məsləhətli yalan adı ilə haram yalan danışmaq və...

Fikrimizi əsaslandırmaq üçün Qur’anda haqqında bəhs olunan «Səbt» əshabının əzabı əhvalatına nəzər salaq.

Qur’anda gələn hadisələrdən biri də «Səbt» əshabının əhvalatıdır. “Ə’raf» surəsinin 163-166-cı ayələrində bu əhvalatdan bəhs olunur. Bu hadisədə iqtisadi üzrləri bəhanə edərək ilahi qanunların əks cəbhəsində dayanıb Allahın əzabına düçar olan şəxslər təsvir olunmuşdur. Onun xülasəsi belədir:

Bəni-İsrail camaatından bir dəstəsi dəniz kənarında yerləşən «İylə» adlı bir yerdə yaşayırdılar. Allah onları imtahana çəkmək məqsədilə öz Peyğəmbərləri vasitəsi ilə onlara şənbə günündə balıq tutmalarının qadağan əmrini göndərdi. Onlar isə Allahın bu əmrini yerinə yetirməmək üçün hiyləyə əl atdılar və dənizin kənarında bir neçə hovuz düzəltdilər. Şənbə günü balıqları dənizdən o hovuzlara gətirdilər. Onlar gün batan vaxtı bu hovuzların qabağını bağlayır və səhəri gün balıqları tuturdular. Əməllərinə isə belə don geyindirirdilər: Allahın balıq tutmaq barəsindəki qadağanı yalnız şənbə gününə aiddir. Biz də həmin gün balıq tutmamışıq. Onlar bu bəhanə ilə öz günahlarını yumaq istəyirdilər. Halbuki, onlar balıq ovunun bütün işlərini şənbə günü görürdülər. Əməllərinin cəzası olaraq Allah-təala «İylə» camaatına qəzəb edib onları çətin əzabla həlakətə yetirdi. Mə’sum İmamlarımızın bu əhvalat barəsindəki hədislərində qeyd edilir ki, İylə camaatı bu günah işin törədilməsində üç dəstəyə bölünmüşdü.

1. Birinci dəstə bu işi birbaşa edənlər idi.

2. Başqa bir dəstənin bu işin icrasında əməli fəaliyyəti olmasa da, bu günahın qarşısında müxalifətçilik də etmədilər. Yə’ni onu edənləri bu işdən çəkindirmək üçün heç bir tədbir görmədilər.

3. Üçüncü dəstə isə bu günaha qoşulmadı, üstəlik bu işi edənləri çəkindirməyə çalışırdılar. İmam Sadiq (ə) buyurur:

هَلَكَتِ الْفِرْقَتانِ وَنَجَتِ الْفِرْقَةُ الثّالِثَة

«Onlardan iki dəstəsi (günahkarlar və günah qarşısında sükut edənlər) həlak oldular. Üçüncü dəstə isə nicat tapdı».

İBRəTLİ BİR HEKAYə


İmam Baqir (ə) buyurur: «İslam Peyğəmbəri (s) Mədinə şəhərinə təzə hicrət etmişdi. Məscidin kənarında yaşayan Sə’d adlı bir müsəlman çox ağır vəziyyətdə yaşayırdı. O həmişə Peyğəmbərlə (s) birlikdə camaat namazında iştirak edirdi. Heç bir çətinlik onu, ibadətini tərk etməyə vadar edə bilmirdi. Peyğəmbər (s) hər dəfə Sə’di görəndə çox qəmgin olurdu. Onun qərib yerdə həddindən artıq fəqir yaşaması Peyğəmbəri (s) çox narahat edirdi. Bir gün Həzrət (s) Sə’də buyurdu: “Əlimə bir şey düşsə, sənə verəcəyəm».

Bir müddət keçdi. Peyğəmbər (s) Sə’də kömək göstərə bilmədiyi üçün narahat idi. Allah-təala, Peyğəmbər (s) qəmgin olduğu üçün Cəbraili ona nazil etdi.

Cəbrail iki dirhəm pulla Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Allah-təala sənin qəmgin olmağını bilir. Sə’din ehtiyacını ödəmək istəyirsənmi?

Peyğəmbər (s) buyurdu: «Bəli».

Cəbrəil dedi: «Bu iki dirhəmi Sə’də ver və ona de ki, bu pulla ticarət etsin». Peyğəmbər (s) o iki dirhəmi aldı və günorta namazı üçün məscidə tərəf yollandı. Yolda Sə’din gördü. Peyğəmbər (s) ona buyurdu:

«Ey Sə’d! Ticarət edə bilərsənmi»?

Sə’d dedi:

«Allaha and olsun, ticarət etməyə heç bir şeyim yoxdur».

Peyğəmbər (s) iki dirhəmi ona verdi və buyurdu:

«Bu iki dirhəmlə ticarət et və Allahın ruzisini qazan».

Sə’d o pulu aldı və Peyğəmbərlə (s) birlikdə məscidə getdi. Namazdan sonra Peyğəmbər (s) ona buyurdu:
قُمْ فَاطْلُبِ الرّزْقَ فَقَدْ كُنْتُ بِحالِكَ مُغْتَمّاً يا سَعْد

«Ey Sə’d! Qalx ayağa və ruzi dalınca get. Mən sənin bu vəziyyətindən narahatam».

Sə’d ticarətə başladı. İki dirhəm o qədər bərəkətli oldu ki, o pulla alınan hər bir şey çoxlu qazanc gətirirdi. Bu yolla Sə’d çoxlu sərvət qazandı. Onun ticarəti gündən-günə rövnəqlənirdi. O, məscidin kənarında özünün ticarəti üçün bir yer düzəltmişdi. Bilal azan deyəndə Peyğəmbər (s) məscidə gəlirdi, lakin Sə’di əvvəlki kimi namazda görmürdü.

Peyğəmbər (s) vəziyyəti belə görüb Sə’də müraciət etdi:


يا سَعْدُ شَغَلَتْكَ الدِّنْيا عَنِ الصَّلاةِ

«Ey Sə’d, dünya malı səni namazdan ayırdı!»

O isə Peyğəmbərin (s) cavabında bəhanə gətirib deyirdi:
ما اَصْنَعُ؟ اضيع مالِي، هذا رَجُلٌ قَدْ بَعْتُهُ فَتُرِيدُ اَنْ اَسْتَوْفِي مِنْهُ، وَهذا رَجُلٌ قَدْ اشْتَريتُ مِنْهُ فُاريدُ اَنْ اوُفيه

«Nə edim? Malımı tələf edimmi? Bir kişiyə mal satmışam, pulunu almaq istəyirəm, digərindən mal almışam, pulunu vermək lazımdır. (Bu vəziyyətdə nə cür namaza gəlim?)

Peyğəmbər (s) Sə’din bu vəziyyətindən o qədər narahat olmuşdu ki, onun bu narahatçılığı Sə’din kasıblığına görə keçirdiyi nigaranlıqdan da çox idi.

Bu vaxt Cəbrəil Peyğəmbərə (s) nazil olub ərz etdi:

«Allah-təala sənin Sə’d barədə narahat olmağını bilir. Sə’din bu iki vəziyyətindən hansını xoşlayırsan? O fəqir olanda namaza və ibadətə diqqətli idi. Amma indi o, namaza çox diqqətsiz olubdur.»

Peyğəmbər (s) buyurdu: Onun birinci vəziyyətdə olmağını xoşlayıram. Çünki onun sərvətli olması dinini əlindən aldı.

Cəbrəil dedi:

اِنّ حُبَّ الدِّنْيا وَالاَْمْوالِ فَتْنَةٌ وَمَشْغِلَةٌ عَنِ الاْخِرَةِ

«Dünya sərvətinə vurğun olmaq xətərdir və insanı axirət işlərindən yayındırar. Sonra Peyğəmbərə (s) xitab edib dedi:

«Ona verdiyin iki dirhəmi ondan al. Bundan sonra onun vəziyyəti əvvəlki kimi olacaq».

Peyğəmbər (s) Sə’dlə rastlaşanda ona dedi:

«Mənim iki dirhəmimi vermək istəmirsən?»

Sə’d dedi: «Onun əvəzinə iki yüz dirhəm verməyə hazıram».

Peyğəmbər isə (s) buyurdu:

«Mən təkcə iki dirhəmimi istəyirəm.»

Sə’d Peyğəmbərin (s) iki dirhəmini verdi. Bundan sonra Sə’din yığdığı var-dövlət azalmağa başladı. Onun vəziyyəti əvvəlki səviyyəyə qayıtdıqdan sonra, ibadəti də tənzimləndi.

Bu hadisədən nəticə alırıq ki, özünü tam dünya malı ilə məşğul etmək və var-dövlətə həris olmaq insanı Allah yolundan qafil edib çəkindirər. Müasir dövrdə də belə şəxslər az deyil. Onları namaza və məscidə getməyə də’vət edəndə Sə’din gətirdiyi bəhanədən gətirirlər. Misal üçün, deyirlər: «Məscid bekarların yeridir. Biz isə iş adamıyıq.» Görəsən bu cür bəhanələr nə dərəcədə məntiqə uyğundur?! Nə üçün müsəlman olan şəxs vaxtını düzgün nizamlamır ki, öz dini vəzifələrini də yerinə yetirə bilsin?!

Hər müsəlman şəxsin ən ümdə vəzifəsi onu yaradan Allah qarşısında olan borcudur. Bir halda ki, Ulu Tanrıya ən əziz ne’mət olan canını belə borclusan, o zaman Onun göndərdiyi qanunlara riayət etməyə tələs! Bir sözlə, Peyğəmbər (s) zamanında baş verən bu hadisə dünya malına vurğun olub ibadətdən uzaqlaşan şəxslərə xəbərdarlıqdır.


7. HəRBİ ÜZRLəR


Ümumiyyətlə çətin işlərdə məs’uliyyətdən boyun qaçırmaq məqsədiylə bəhanələr çoxalır. Cihad və düşmənlə müharibə etmək ağır və məs’uliyyətli işlərdən biridir. İmanı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Ya ata-analarının qocalığını, ya ailəsinin sahibsizliyini, ya səhhətlərinin xəstəlik səbəbindən imkan verməməsini, hətta havanın istiliyini, soyuqluğunu və bu kimi ucuz bəhanələri əllərində dəstək tutaraq həm dini, həm də dövləti mükəlləfiyyətlərdən boyun qaçırırlar. Həmçinin zahirdə müsəlman olanlarla müharibə edən zaman «biz müsəlman qardaşlarımızla müharibə edə bilmərik» deyərək bu müqəddəs işdən yayınırlar.

Nümunə kimi Təbuk müharibəsinə getməkdən boyun qaçırmaq üçün edilən bəhanəni qeyd edək. Hicrətin doqquzuncu ilində İslam Peyğəmbəri (s) tərəfindən bütün müsəlmanlara Rum təcavüzkarlarının qarşısını almaq üçün Təbuk deyilən yerə hərəkət etmələri əmr edildi. Müsəlmanlardan bə’zisi öz canlarını və mallarını islam dininin müdafiəsi yolunda qurban verməyə hazır olmadıqları üçün Peyğəmbərin (s) bu əmrinə itaət etmədilər. Onların bəhanəsi bu idi: Hava çox istidir və belə isti havada uzaq səfərə çıxıb müharibə edə bilmərik. Onlar bu sözlərlə başqalarını da müharibəyə getməkdən çəkindirirdilər.

«Tövbə» surəsinin 81-ci ayəsində oxyuruq:
وَقالُوا لا تَنْفِرُوا فِي الْحَرِّ قُلْ نارُ جَهَنَّمَ اَشَدُّ حَرّاً لَوْ كانُوا يَفْقَهُونَ

«Peyğəmbərin (s) əmrindən boyun qaçıranlar «bu istidə cihada getməyin» dedilər. De: «Cəhənnəm odu daha istidir», əgər başa düşsələr».

İmam Əli (ə) yalan bəhanələrlə müqəddəs cihaddan qaçanları tənqid atəşinə tutmuşdur. O həzrət söhbətlərinin birində (Müaviyənin qoşunu) ilə müharibəyə getməkdən boyun qaçıran İraq camaatına xitab edərək buyurur:

«Üzünüz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sizə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allaha bu qədər günah edirlər, siz isə bu günahlara razısınız.»

Sonra o Həzrət buyurur:
فَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي اَيّامِ الْحَرِّ قُلْتُمْ هذه حَمارَّهُ الْقَيْظِ، اَمْهِلْنا يفسَبَّحُ عَنّا الْحَرُّ

«Sizə yayda düşmənə hücum etmək əmrini verdim, siz isə dediniz: Bizə möhlət ver, havalar sərinləşsin».


وَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي الشِّتاءِ قُلْتُمْ هذِهِ صَبارَّةُ الْقُرِّ، اَمْهِلْنا يَنْسَلُخ عَنّا الْبَرْدُ...

«Sizə qışda düşmənlə müharibə fərmanını verdim, siz isə dediniz: İndi hava çox soyuqdur. Möhlət ver hava istiləşsin».

Sonra buyurur:

فَاِذا كُنْتُمْ مِنَ الْحَرِّ وَالْقُرِّ تَفِرُّونَ فَاَنْتُمْ وَاللهِ مِنَ السَّيْفِ اَفَرُّ

«Siz havanın soyuğundan və istisindən qaçırsınız, Allaha and olsun ki, düşmənin qılıncından daha çox qorxacaqsınız».

XəNDəK MÜHARİBəSİNDə BəHANə


Vətənin müdafiəsi və düşmənlə cihad etmək dini vəzifələrin çoxundan əhəmiyyətlidir. Dinimizə görə, canı qorumaq vacibdir. Amma cihad zamanı hətta canı belə qorumaq vacib deyil. Deməli, bu barədə olan heç bir üzr və bəhanələr düz deyil. Və yaxud müharibə zamanı bə’zi şəxslər evlərinin təhlükəli bir ərazidə olduğunu bəhanə edərək döyüşdən yayınırlar. Guya evlərini pis adamların şərindən qorumaq üçün evdə qalırlar. Belə üzrlər bə’zi şəxslər tərəfindən Xəndək müharibəsində (hicrətin beşinci ilində) baş verdi. Bə’zi pis adamlar müharibədən boyun qaçırmaq üçün deyirdilər: «Bizim evimiz möhkəm deyildir. Ona xəsarət dəyə bilər». Amma İslam Peyğəmbəri (s) onların bu bəhanəsini rədd etdi.

“Əhzab» surəsinin 13-cü ayəsində oxuyuruq:


وَيَسْتأْذِنُ فَرِيقُ مِنْهُمْ النَّبِيَّ يَقُولُونَ اِنَّ بُيُوتَنا عَوْرَةٌ وَما هِيَ بِعَوْرَة اِنْ يُرِيدُونَ اِلاّ فِراراً

«Bə’ziləri də «evimiz düşmən üzünə açıq qalmışdır» deyərək, Peyğəmbərdən (s) icazə istəyirdilər. Halbuki, evləri açıq deyildi; onlar ancaq müharibədən qaçmaq istəyirdilər».


TəBUK MÜHARİBəSİNDə DAHA BİR GÜLMəLİ BəHANə


Cədd ibn Qeys adlı bir münafiq müharibəyə getməmək üçün bəhanə gətirərək Peyğəmbərə (s) dedi:

«İcazə ver, bu müharibədə iştirak etməyim. Çünki mənim qadınlara qarşı istəyim çoxdur. Xüsusilə də qorxuram ki, rum qızlarını görəndə ağlım başımdan çıxa və onlara aldanam. Bu da məni öz müqəddəs vəzifəmdən ayıra bilər».

Bu gülməli bəhanəni rədd etmək üçün «Tövbə» surəsinin 49-cu ayəsi nazil oldu. Ayədə oxuyuruq:
وَمِنْهُمْ مَنْ يَقُولُ اِئْذَنْ لِي وَلا تَفْتِنّي اَلا فِي الْفِتْنَةِ سَقَطُوا وَاِنّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكافِرِينَ

«Onlardan eləsi var ki, «mənə izn ver, fitnənin qurbanı eləmə» söyləyir. Beləsi artıq fitnənin qurbanıdır və cəhənnəm kafirləri hər tərəfdən əhatə edibdir».

Yə’ni belə xarab adamlar günaha bulaşmasınlar deyə, müharibəyə getməkdən boyun qaçırırlar. Lakin onlar indidən günaha bulaşıblar. Çünki onlar Allahın düşmənə qarşı mübarizə fərmanına e’tina etmirlər. Görəsən, belə bəhanələrlə Allahın qəti fərmanı ilə müxalifət etmək olarmı?

HÜDEYBİYYə SÜLHÜ əRəFəSİNDə BəHANə


Hicrətin 6-cı ili, ziqə’də ayı idi. İslam Peyğəmbəri (s) 1400 nəfərə yaxın müsəlmanla birlikdə ümrə mərasimini yerinə yetirmək üçün Məkkəyə tərəf yollandı. Müsəlmanların bu səfəri kafirləri qorxutmaq üçün bir növ hərbi manevr olduğundan Peyğəmbər (s) bütün müsəlmanları bu səfərə çıxmağa də’vət etdi. Müsəlmanlar Peyğəmbərlə (s) birlikdə Məkkəyə tərəf yola düşdülər. Lakin Məkkə şəhərinin yaxınlığında yerləşən Əsfan adlı yerə çatanda kafirlər onların Məkkəyə daxil olmalarına icazə vermədilər. Bu vaxt Peyğəmbər (s) Məkkənin 20 kilometrliyində yerləşən Hüdeybiyyə kəndinə daxil oldu. Orada Peyğəmbərlə (s) Qüreyş qəbiləsinin nümayəndələri arasında İslam dini üçün çox əhəmiyyətli olacaq «Hüdeybiyyə» sülhü imzalandı və Peyğəmbər (s) müsəlmanlarla birlikdə Məkkəyə daxil olmadan Mədinəyə qayıtdı. Həzrət bütün müsəlmanların bu səfərə çıxmalarına fərman versə də bə’zi zəif imanlı şəxslər bu səfərdə iştirak etmədilər. Onlar öz hərəkətlərini belə əlaqələndirirdilər:

«Kafirlər hazır vəziyyətdə idilər. Onlar müsəlmanlarla müharibə etməyə fürsət axtarırlar. Müsəlmanların bu səfərdən salamat qayıtmaları mümkün deyil». Lakin onlar müsəlmanların bu səfərdən əlidolu (Hüdeybiyyə sülhü ilə) və sağ-salamat qayıtdıqlarını görüb, bu fikrə düşdülər ki, öz işlərinə bəraət qazandırsınlar. Onlar Peyğəmbərin (s) hüzuruna gəlib «Mədinədə arvad-uşağın keşiyində qalmışdıq» bəhanəsi ilə üzr istəmək qərarına gəldilər. Lakin onların bu niyyəti həyata keçməmişdi ki, «Fəth» surəsinin 11-ci ayəsi nazil oldu və onların bu bəhanəsini şiddətli surətdə rədd etdi. Bu ayədə oxuyuruq:



سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الاَْعْرابِ شَغَلَتْنا اَمْوالُنا وَاَهْلُونا فَاسْتَغْفِرْ لَنا يَقُولُونَ بِاَلْسِنَتِهِمْ ما لَيْسَ فِي قُلُوبِهِمْ

«Müxalifət edən bədəvilər tezliklə sənə «malımızı-mülkümüzü, ailəmizi qorumaqla məşğul idik. Bizim üçü Allahdan məğfirət dilə» deyəcəklər. Ürəyində olmayanı dilləri deyir.»

Yə’ni onlar yalan deyirlər. Arvad-uşağın, var-dövlətin keşiyində qalmaq bəhanəsi düz deyil. Beləliklə, onlar Peyğəmbərdən (s) üzr istəməmiş «Fəth» surəsinin 11-14-cü ayələri ilə Allah-təala Peyğəmbərə (s) onların qarşısında qəti mövqeydə dayanmaq fərmanını verdi.

CƏMƏL MÜHARİBƏSİNDƏ BƏHANƏ


«Cəməl» müharibəsində İmam Əlinin (ə) qoşunundan bə’ziləri bu müharibəni qardaş qırğını adlandırmaqla müharibəyə getmədilər. Onlardan bə’zisi İmam Əlini (ə) «Cəməl» müharibəsini törədənlərlə mübarizə apardığına görə tənqid atəşinə tuturdular. İmam Əli (ə) bu müharibədə Cəməl qoşununu aşkarda lə’nətlədi. Bu zaman İmamın qoşunundan bir nəfər o Həzrətə müraciət edərək dedi: Cəməl qoşununda olan mö’minləri öz lə’nətindən istisna et! İmam Əli (ə) bu sözü eşidəndə o şəxsə xitab etdi və buyurdu:

وَيْلَكَ ما كانَ فِيهِمْ مُؤْمِنٌ

«Vay olsun sənə! Onların arasında mö’min yoxdur»

Həmçinin «Siffeyn» müharibəsində də bə’ziləri «Müsəlmanları öldürmək düz deyil» bəhanəsi ilə İmam Əlinin (ə) köməyinə gəlmədilər. İmam Əli (ə) belə yersiz bəhanələri rədd edir və deyirdi: Müaviyə və onun qoşunu müsəlman deyillər. Onlar zahirdə islam dinini qəbul etmiş kafirlərdir. Lakin bunu gizlədirlər.

Müharibə gedən zaman bir şəxs Əmmar Yasirə dedi: «Peyğəmbər (s) buyurmuşdur ki, «Kafirlərlə vuruşun, amma onlar müsəlman olsalar, canları və malları amandadır». Əmmar dedi: «Düzdür, Peyğəmbər (s) belə bir kəlam buyurmuşdur. Lakin Müaviyənin dəstəsi müsəlman deyillər. Onlar özlərini müsəlman kimi qələmə verirlər. Amma həqiqətdə kafirdirlər».

İmam Əlinin (ə) etdiyi bu müharibələrdən bir neçə il sonra da yanlış fikirlilər bu müharibələri müsəlmanlara qarşı müharibə adlandırırdılar. İmam Baqir (ə) belə şəxslərin cavabında buyurur:



لَوْ اَنَّ عَلِيّاً قَتَلَ مُؤْمِناً واحِداً لَكانَ شَرّاً عِنْدي مِنْ حِمارِي هذا

«İmam Əli (ə) bir (zahiri) mö’mini qətlə yetirirdisə, o mö’min mənim nəzərimdə bu ulaqdan (öz ualğına işarə edərək) pisdir.»

DAHA BİR DəHŞəTLİ BəHANə


1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika cinayətkarları tərəfindən atılan atom bombasına mə’ruz qaldı. Amerika prezidenti Trumenin fərmanı ilə birinci atom bombası Xirosima şəhərinə atıldı. Bu partlayışın nəticəsində 150 min nəfər həlak oldu. Bu partlayışdan üç gün sonra isə ikinci bomba Naqasaki şəhərinə atıldı. Bu dəfə də partlayış nəticəsində çoxlu insan tələfatı oldu.

Trumen beynəlxalq aləmdə özünün bu dəhşətli əməlinə haqq qazandırmaq məqsədi ilə belə bir arayış verdi:

«Mən bu fərmanı yüz minlərlə Amerika əsgərinin, təyyarəçisinin, gəmiçisinin canını qurtarmaq üçün verdim».

Beləliklə, Trumen bu aydınlaşdırma ilə özünün ləkəli vicdanını bütün dünya xalqlarının nəzərində pərdələmək istədi. Lakin çox çəkmədi ki, dünyanın sülhsevər insanları ayağa qalxıb onun bu cinayətini məhkum etdilər və bu qara ləkə əbədi olaraq onun adının üstünə yazıldı.

Hörmətli oxucular, söylədiyimiz bu hadisələr tarix boyu gətirilən bəhanə və üzrlərin bir qismi idi.

Mö’minlər və bütün vicdanlı insanlar çalışmalıdırlar ki, bu cür bəhanələri ilə nə özlərini, nə də başqalarını aldatmasınlar.


GÜNAHIN SəRHəDLəRİNİ TANIMAQ


Günahın sərhədlərini tanımaq günah haqqında edilən mühüm bəhslərdən biridir. Başqa sözlə, bə’zi hallarda yaxşı işləri pis işlərdən ayırmaq çətindir. Elə buna görə də bə’zi şəxslər günahların sərhəddini tanımadıqları üçün günah işləri həqiqi əməl kimi görüblər. Və yaxud əksinə; çox yaxşı və bəyənilən bir işi günah bilib tərk ediblər. Nəticədə belə səhvlər onların həyatına çox pis tə’sir bağışlayıb. Əvvəlcə biz xülasə şəkildə bu bəhsdə olan bir neçə ünvana işarə edəcəyik. Sonra isə bunlardan birini geniş şəkildə araşdıracağıq.

Sərhədləri yaxın olan aşağıdakı bir neçə ünvana diqqət yetirək:



1. Zəlil olmaq; - Təvazökarlıq etmək.

2. Vüqarlı və izzətli olmaq; - Təkəbbürlü və lovğa olmaq.

3. Dünyaya vurğun olmaq; - Siyasətçi olmaq.

4. Paxıllıq (həsəd); - Qənaət.

5. Sükut; - Özünü ələ almaq.

6. Qorxmazlıq; - Şücaət

7. Təbii ehtiyacları tə’min etməmək; - İsmətli olmaq.

8. İsrafçılıq; - Səxavətli olmaq.

9. Müsavat; - Ədalət.

10. Tərki-dünyalıq; - Dünya yaşayışına vurğun olmamaq.

11. Tənbəllik; - Allaha təvəkkül etmək.

12. Yaltaqlıq; - Başqasını doğrudan tə’rifləmək.

13. Rüşvət; - Hədiyyə.

14. Başqasının zülmünə təslim olmaq; - Məcburi təslim olmaq.

15. Qeybət etmək; - Pis adamları ifşa etmək.

16. Haqq qarşısında dayanmaq; - Nahaq qarşısında mübarizə etmək.

17. Dünya malına həris olmaq; - Ailə-uşağının ehtiyaclarını ödəmək üçün çalışmaq.

18. Aciz olmaq; - Səbirli olmaq.

Çox vaxt bə’zi şəxslər söylədiyimiz bu xarakterləri bir-biri ilə səhv salırlar. Misal üçün, qənaət adı ilə paxıllıq edirlər. Səxavətli olmaq adı ilə israfa yol verirlər. İzzətli və vüqarlı olmaq adı ilə lovğa olurlar. Təvazökarlıq adı ilə başqasının əlində zəlil olurlar. Özünü ələ almaq adı ilə sükut edib haqqı müdafiə etməkdən çəkinirlər. Və yaxud bir şəxsi düzgün tə’rifləmək adı ilə yaltaqlıqa düçar olurlar. Çox təəssüflər olsun ki, belə səhvlər cəmiyyətdə tez-tez baş verir. Bu məsələni geniş şəkildə tədqiq etmək bu kitabın imkanları daxilində deyil. Lakin dediyiniz kimi, söylədiyimiz ünvanlardan birini burada geniş surətdə araşdırırıq:



Dünya yaşayışından tam üz döndərmək və dünya yaşayışına vurğun olmamaq:

İslam dinində zahidlik, yə’ni dünya malına və yaşayışına vurğun olmamaq çox gözəl, bəyənilən bir xislətdir. Həmçinin bu dində dünyadan üz döndərmək (tərki-dünyalıq) və rahiblik bəyənilmir.

İmam Əli (ə) buyurur:

طُوبى لِلزَّاهِدينَ فِي الدُّنْيا، الرَّاغِبينَ فِي الاْخِرَةِ

«Xoş o kəslərin halına ki, bu dünyanın yaşayışına vurğun deyillər. Lakin axirət həyatına meyillidirlər».

Qeyd etdiyimiz kimi islam dinində rahiblik də rədd edilir Bu barədə aşağıdakı hədisə diqqət yetirək:

Osman ibn Məz’unun arvadı Peyğəmbərin (s) hüzuruna gəlib ərindən şikayət edərək ərz edir: Osman gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olur. (Ailə yaşayışına qarşı e’tinasızdır.)

Peyğəmbər (s) bu sözü eşidəndə əsəbiləşir və birbaşa Osmanın evinə gedib onu namaz qılan halda görür.

Osman namazı qurtardıqdan sonra Peyğəmbər (s) ona xitab edib deyir:
يا عُثْمانُ لَمْ يُرْسِلْنِيَ اللهُ بِالرُّهْبانِيَّةِ وَلكن بَعَثَني بِالْحَنِيفِية السَّمْحَةِ، اَصُومُ وَاُصَلِّي وَالْمِسُ اَهْلِي...

«Ey Osman! Allah məni röhbaniyyəti (səhralar dağlara çəkilib ibadət etməyi) təbliğ etməyə göndərməyib. Məni, asan və təbii olan təkallahlıq dinini təbliğ etmək üçün peyğəmbər seçib. Namaz qılıram, oruc tuturam və həyat yoldaşımla da əlaqədə oluram. Deməli, mənim dinimi istəyənlər mənim yolumla getməlidirlər».

Mə’lum olur ki, zahid olmaqla dünyanı tam tərk etməyin arasındakı fasilə çox azdır. Elə buna görə də İslam tarixində çox şəxsiyyətlər zahidlik adı ilə dünyadan, siyasətdən və maddi ne’mətlərdən əl çəkib rahiblik-asket həyat tərzini seçiblər. Onlar islam dinində bəyənilən zahidlərin həqiqi simasını dəyişdirib, İslam Peyğəmbərinin (s) rədd etdiyi yola çəkiliblər. Başqa sözlə, zahid olmaq dünyanı tərk etmək yox, dünyaya vurğun olmamaq mə’nasındadır.

İbrahim Ədhəm və Bayəzid Bəstani kimi şəxslərin dünyanı tərk etmələri İslamın dediyi zahidlik deyil. İslam dinində tövsiyə olunan zahidlik İmam Əlinin (ə) simasında və onun həyatında görmək mümkündür. O Həzrət ən böyük zahid olmaqla eyni zamanda, siyasi və ictimai sahələrdə tam fəal idi. Gecələri ibadət etməklə bərabər gündüzləri əkinçilik edirdi. İmam Əli (ə) dünya həyatını axirət həyatına bir körpü və vasitə bilirdi. Kəlamlarının birində zahid olmağı belə izah edir:


اَلزَّهْدُ كُلُّهُ بَيْنَ كَلِمَتَيْنِ مِنَ الْقُرْآنِ، قالَ اللهُ سُبْحانَهُ لِكَيْلا تَأْسُوْا عَلى ما فاتَكُمْ وَلا تَفْرَحُوا بِما آتاكُمْ

«Zahid olmağın bütün həqiqəti Qur’anın iki cümləsində gəlib. (Allah-təala buyurur:) Keçmişə təəssüflənməyin, gələcəkdə gələnə isə sevinməyin».

İmam Əli (ə) bu qanunla bizə öyrətdi ki, zahidliklə dünyanı tərk etməyin fərqini bilək. Çünki bunların fərqini bilməmək bə’zilərini, çox şəxsiyyətləri, hətta mə’sum İmamı tənqid etməyə vadar edib. Nümunə olaraq bu hədisə diqqət yetirək:

Məhəmməd ibn Münkədir deyir: «İsti yay günlərinin birində Mədinə şəhərindən çıxdım. Əkin sahələrinin birində İmam Baqiri (ə) yorulmadan işləyən gördüm. Öz-özümə dedim: Qüreyş qəbiləsinin ən böyük şəxsiyyətlərindən biri belə isti havada dünya malının dalıncadır. Gedib ona nəsihət verməliyəm. O Həzrətin hüzuruna gəlib salam verdim. Onun üz-gözündən tər damcılarının axdığını gördüm. Ona dedim: Allah sənə kömək olsun! Belə bir isti havada Qüreyşin şəxsiyyətlərindən birisinin dünya malı dalınca düşməsi düzdürmü? Bu halda sənin əcəlin çatsa, Allaha nə cavab verərsən»?

İmam mənim cavabımda buyurdu: «Mənim əcəlim bu halda çatsa, Allaha ibadət edən halda dünyadan gedəcəyəm. Çünki mən bu işimlə özümü və ailəmi sənə və başqalarına möhtac olmağa qoymuram. Mənim qorxum ondadır ki, Allaha günah edən zaman əcəlim çatsın».

Məhəmməd ibn Münkədir deyir:

O Həzrətin bu cavabını eşidəndə dedim:

صَدَقْتَ يَرْحَمَكَ اللهُ، اَرَدْتُ اَنْ اَعِظَكَ فَوَعَظْتَنِي

«Düz dedin, Allah öz rəhmətini sənə şamil etsin. Sizə nəsihət vermək istədim, lakin siz mənə nəsihət verdiniz».

Başqa bir hədisdə oxuyuruq:

Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) eşitdim ki, buyururdu:
اِنّي لاَعْمَلُ فِي بَعضِ ضِياعي حَتّى اَعْرَقَ، وَاِنَّ لِي مَنْ يَكْفِينِي، لِيَعْلَمَ اللهُ عَزَّ وَجَلَّ اِنّي اَطْلُبُ الرِّزْقَ الْحَلالِ

«Mən bə’zi əkin sahələrimdə elə işləyirəm ki, bədənimdən tər axır. Halbuki, bu işi mənim üçün görənlər də var. Lakin bu işi özüm öhdəmə alıram ki, Allah-təala mənim halal ruzi qazanmağımı görsün».

Bütün qeyd edilənlərdən belə nəticəyə gəlirik ki, zahid olmaq dünyada qazanc üçün çalışmaqla ziddiyyətdə deyil. Bunların hər ikisi bir həyat qurmaq üçün lazımdır.

GÜNAHLARDA İSTİSNA


Günahlardakı istisnaları tanımaq bu barədə mühüm bəhslərdəndir. Hər bir hadisə və hərəkətdə istisna məsələsi olduğu kimi, günahlardan da bir çoxu bə’zi vaxtlar caiz, hətta vacib olur. Məsələn: yalandan and içmək böyük günahlardan biridir. Lakin bir müsəlmanın canını zalım bir şəxsin əlindən xilas etmək üçün yalandan and içməyə məcburdursa, bu vaxt yalandan and içmək günah sayılmır. Əks halda yalan danışmaq haram və günahdır. İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, üç yerdə yalan danışmağın eybi yoxdur. İmam Sadiq (ə) buyurur:

«Hər bir yalandan ötrü bir gün (Qiyamət günü) sual olunacaq. Amma üç yerdə yalan danışmağın eybi yoxdur:



1. Bir şəxsin din düşmənləri ilə müharibədə yalanla hiylə işlətməsi. Bu şəxsə heç bir günah yazılmır.

2. İki nəfər küsülünü barışdırmaq məqsədi ilə yalan danışmaq.

3. Bir şəxs öz həyat yoldaşına bir şey və’də verə, amma onun almaq fikrində olmaya.

QEYBəT Və ONUN İSTİSNALARI


Günahlarda olan istisnalarla daha yaxından tanış olmaq üçün qeybətdə olan istisnalara diqqət edək. Qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qur’an ayələrində və hədislərdə qeybət şiddətli surətdə qadağan olunmuşdur. Qeybət bir müsəlmanın ardınca danışıb, onun gizli eyblərdən birini faş etməyə deyilir. Amma başqasının aşkarda olan eybini danışmaq məzəmmət məqsədi ilə olmasa, eybi yoxdur.

İmam Sadiq (ə) buyurur:



اَلْغِيْبَةُ اَنْ تَقُولَ فِي اَخِيكَ ما سَتَرَهُ الله عَلَيْهِ

«Qeybət odur ki, müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş edəsən».

«Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq:



وَلا يَغْتَبْ بَعْضُكُمْ بَعْضاً اَيُحِبُّ اَحَدُكُمْ اَنْ يَأكُلَ لَحْمَ اَخِيهِ مَيْتاً فَكَرِهْتُمُوهُ

«Bir-birinizin qeybətini etməyin. Hansı biriniz ölmüş qardaşının ətini yeməkdən zövq alır? Əlbəttə, heç biriniz. Sizin bu işdən acığınız gəlir».

Qeybət eləməyin pislənməsinə aid hədislər çoxdur. Lakin burada iki hədislə kifayətlənirik.



1. İslam Peyğəmbəri (s) buyurur:
اَلْغِيْبَةُ اَسْرَعُ فِي دِينِ الرَّجُلِ الْمُسْلِمِ مِن الاكِلَةِ فِي جَوْفِهِ

«Müsəlmanın dininin məhvində qeybətin tə’siri xora xəstəliyinin insan bədənindəki tə’sirindən çoxdur».



2. Allah-təala Musa peyğəmbərə belə vəhy etdi:
مَنْ ماتَ تائِباً مِنَ الْغِيْبَةِ فَهُوَ آخِرُ مَنْ يَدْخُلُ الْجُنَّةَ، وَمَنْ ماتَ مُصِرّاً عَلَيْها فَهُوَ اَوَّلُ مَنْ يَدْخُلُ النّارَ

«Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq».

Qeybətin bu cür ağır günahlardan olmağına baxmayaraq, bə’zi hallarda qeybət etmək caiz və hətta vacib olur. Böyük alim, mərhum Şeyx Ənsari özünün «Məkasib» kitabında yazır:

Müsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı məhdud deyil. İstisnalardan bir neçəsini qeyd edirik:



1. Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək.

2. Zalım şəxsin qeybətini etmək.

3. Bir kəsə məsləhət verən zaman qeybət etmək.

4. Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək.

5. Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək. Misal üçün bid’ətçi şəxsin qeybəti.

6. Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək.

7. Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək.

8. Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır. Misal üçün kar, kor, şil, keçəl və s..

9. Yanlış fikirli bir kitabı və yaxud məqaləni tənqid edərkən qeybət etmək.

«Nisa» surəsinin 148-ci ayəsində oxuyuruq:



لا يُحِبُّ اللهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ اِلاّ مَنْ ظُلِمَ

«Allah zülmə mə’ruz qalan şəxsdən başqa, bir özgəsinin açıqca pis söz söyləməsini sevməz».

Beləliklə, günahlardan olan bə’zi istisnalarlı tanış olduq. Bu istisnaların tanımaq insanı günahlardan qorunmasında mühüm oynayır.


BÜTÜN Mə’NəVİ DəYəRLəRə DİQQəT YETİRMəK


Günahlarla tanışlığı olan hər bir müsəlman çox ehtiyatlı olmalıdır ki, həyatda bacardığı qədər heç bir günaha bulaşmasın. Çünki bə’zi hallarda mühüm işlərə diqqət yetirən zaman kiçik günahlar yaddan çıxır. Bu barədə iki əhvalata diqqət yetirək:

1. «Ühüd» müharibəsi hicrətin üçüncü ilində Ühüd dağı ətrafında baş verdi. Bu müharibədə səhabələrdən birinin oğlu şəhid oldu.

Bu şəhidin anası oğlunun qanlı cəsədinin üstünə gəlir, onun üzündən toz-torpağı təmizləyib deyir: «Oğlum, gedəcəyin behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə o qadına xitab edib deyir:

«Behiştin ona şirin olmağını haradan bilirsən? Ola bilsin, həyatda faydasız sözlər danışıb və yaxud malı çox olan zaman paxıllıq edib».

2. Sə’d ibn Məaz «Ühüd» müharibəsində yaralandı. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etdi. Peyğəmbər (s) və başqa müsəlmanlar onu çox böyük ehtiramla dəfn etdilər. Peyğəmbər (s) onun haqqında belə buyurur: «Allaha and olsun, onun dəfn mərasimində 70 min mələk iştirak etdi». Dəfn mərasimindən sonra Sə’din anası qəbrin kənarında durub dedi:

«Behişt sənə şirin olsun!»

Peyğəmbər (s) bu sözü eşidəndə üzünü Sə’din anasına tutub dedi:

«Sakit ol! Allahdan nə gözləyirsən?! İndi Sə’d qəbirdə əzab içindədir».

Orada olanlar Peyğəmbərdən (s) soruşdular:

«Nə üçün Sə’d qəbirdə əzab çəkir, halbuki sizin ona böyük ehtiramınız var idi?»

Peyğəmbər (s) buyurdu:

نَعَمْ اِنَّهُ كانَ فِي خُلْقِهِ مَعَ اَهْلِهِ سُوءً

«Düzdür, o qəbirdə əzab çəkir, çünki o öz ailəsi ilə pis davranırdı».





Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin