GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ



Yüklə 4,48 Mb.
səhifə10/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

4. HALAL Və HARAM YEMəKLəR


Həm dində, həm də müasir elmdə yeməyin insanın bədənində tə’sir qoyduğu kimi, ruhunda da mənfi və ya müsbət emosiyalar yaratması artıq çoxdan isbat edilmişdir.

Yə’ni zəhərli yemək insan orqanizmini zəhərləyirsə haram yemək də onun ruhunu zəhərləyir. «Maidə» surəsinin 3-cü ayəsində oxuyuruq:


حُرِّمَتْ عَلَيْكُمْ الْمَيتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَما اُهِلَّ لِغَيْرِ اللهِ بِهِ...
«Sizə ölmüş heyvanın əti, qan, donuz əti, Allahdan qeyrisinin adına kəsilənlər və s. haram edildi».

İslamda «haram» olan hər bir şeyin müəyyən səbəbi, kökü var. Məsələn: İslam dinində haram olmuş işlərdən biri də donuz ətini yeməkdir. Təxminən bütün dünyada donuz ətindən istifadə olunur. Qeyri müsəlman xalqlarından çoxu isə onu dadlı bir yemək bilirlər. Müsəlmanlardan bə’zisi isə belə deyirlər: İslam dinində nə üçün bu əti yemək haram edili? Bunun ki, heç bir ziyanı yoxdur! Donuz ətinin bədəndə zərəri «trişin qurdlarının» yaranmasıdırsa, yeni texnika bu qurdları donuz ətində məhv edir. Deməli, bu ətin haram olmasına heç bir dəlil yoxdur. Bu sualın cavabı aydındır. Çünki onlar məsələnin yalnız bir tərəfini nəzərdə tuturlar, yə’ni onlar təkcə donuz ətinin insanın bədənindəki zərərlərinə nəzər salırlar. Amma onun ruhi ziyanlarından qafildirlər. Donuz çox murdar və iyrənc bir heyvandır. Onun ətində də bu xasiyyət vardır. Donuz ətini yeyən insanlarda da donuzda olan şəhvətçilik və digər iyrənc xasiyyətlər özünü göstərir. Bunda heç bir şəkk yoxdur. Qur’an («Maidə», 42) xain və daş ürək yəhudiləri «çox haram yeyən» adlandırır. Qur’anda olan bu söz bütün haram yeyən insanlara xəbərdarlıqdır. Çünki onlar da acgöz yəhudilər kimi, həmişə dinə xəyanət edib dinin qarşısında maneə törətməyi və qanunsuz iş görməyi özlərinin adi işlərinə çeviriblər.

Ümumiyyətlə, haram yeməyin iqtisadi, siyasi, ictimai və cismani zərərləri hamıya bəllidir. Haram yemək insanı həm fərdi, həm də ictimai cəhətdən fəlakətə çəkən ən böyük xətərlərdən biridir. «Bəqərə» surəsinin 188-ci ayəsində oxuyuruq:
وَلا تَأْكِلُوا اَمْوالَكُمْ بَيْنَكُمْ بِالْباطِلِ وَتُدِلّوا بِها اِلَى الْحُكّامِ لِتَأْكُلُوا فَرِيقاً مِنْ اَمْوالِ النّاسِ بِالاِْثْمِ وَاَنْتُمْ تَعْلَمُون
«Haqsızlıqla bir-birinizin malını yeməyin, insanların mallarının bir qismini günah yolda yemək üçün bilərəkdən rüşvət kimi hakimlərə verməyin».

Bu ayədə hər bir növ haram yeməyi nəhy edəndən sonra, rüşvətxorluq da haram yeməyin bir yolu kimi nəhy olunmuşdur.

İslam Peyğəmbəri (s) buyurur:

لَعَنَ اللهُ الرّاشِيَ وَالْمُرْتَشِيَ وَالسّاعِيَ بَيْنَهُما

«Allah lə’nət etsin rüşvət alana, rüşvət verənə və onların arasında vasitə olana».

İmam Sadiq (ə) buyurur:


اَلسُّحْتُ اَنْواعٌ كَثِيرَةٌ

«Haram bir neçə növdür».

Sonra o Həzrət zinakar qadının muzdunu və şərab üçün xərclənən pulu haram malın qismlərindən saydı.

Sonra buyurdu:



فَاَمَّا الرِّشا فِي الْحُكْمِ فَهُوَ الْكُفْرُ بِاللهِ العَظِيمِ

«Amma rüşvət almaq böyük Allaha kafir olmaqdır».

«Nisa» surəsinin 10-cu ayəsində oxuyuruq:



اِنَّ الَّذِينَ يَأْكُلُونَ اَمْوالَ الْيَتَامى ظُلْماً اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَونَ سَعِيراً

«Yetimlərin malını haqsızlıqla yeyənlər təkcə od yeyərlər. Və tezliklə onlar cəhənnəm atəşində yanacaqlar».

HARAM YEMəK HAQQINDA HəDİSLəR


Burada haram yemək haqqında olan bir neçə hədisi nəzərdən keçirək.

1. İmam Baqir (ə) buyurur:

ما مِنْ عِبادَة اَفْضَلُ مِنْ غِفَّةِ الْبَطْنِ وَالْفَرْجِ

«Heç bir ibadət, qarını haram yeməkdən qorumaq və iffətli olmaq kimi fəzilətli deyil».

2. İmam Səccad (ə) buyurur:
حَقُّ بَطْنِكَ اَنْ لا تَجْعَلْهُ وِعاءً لِلْحَرامِ

«Qarnının sənin boynunda olan haqqı budur ki, onu haram yeməklərə qab etməyəsən».



3. O həzrət başqa bir hədisdə buyurur:
ما مِنْ شَـْيء اَحَبُّ اِلَى اللهِ بَعْدَ مَعْرِفَتِهِ مِنْ عِفَّةِ الْبَطْنِ وَالْفَرْجِ

«Allaha iman gətirdikdən sonra, heç bir ibadət Allah dərgahında qarını haramdan qorumaq və iffətli olmaq qədər xoşa gələn deyil».



4. İslam Peyğəmbəri (s) buyurur: «Özümdən sonra ümmətim haqqında üç şeydən qorxuram:

اَلضَّلالَةُ بَعْدَ الْمَعْرِفَةِ، وَمُضِلاّتِ الْفِتَنِ وَشَهْوَةِ الْبَطْنِ وَالْفَرْجِ

Allaha iman gətirdikdən sonra dindən çıxmaq, çaxnaşmalarda yolunu azmaq və qarnın və cinsi istəklərin qeyri-qanuni (haram) yolla doydurulması.»

5. O həzrət başqa bir hədisdə buyurur:

«Haram mal qazanan şəxsin həcci və ümrəsi (Allah dərgahında) qəbul deyil. Eləcə də yaxın qohum-əqrəba ilə əlaqəsi olsa belə onun bu işinə heç bir savab yazılmaz». (Çünki islam dinində yaxın qohum-əqrəba ilə əlaqə saxlamaq savab bir işdir).



6. Rəvayət olunub ki, Musa peyğəmbər ağlayaraq Allaha dua edib yalvaran bir şəxsi gördü. Allah tərəfindən Musaya xəbər gəldi ki, o nə qədər dua etsə də, onun duası qəbul olmayacaq.»
لاَِنَّ فِي بَطْنِهِ حَراماً وَعَلى ظَهْرِهِ حَراماً وَفِي بَيْتِهِ حَراماً

«Çünki onun qarnında, belində və evində haram vardır».

Bir şəxs Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: «İstəyirəm etdiyim dualar qəbul olsun».

Peyğəmbər (s) buyurdu:



طَهِّرْ مَأْكَلَكَ وَلا تَدْخُلُ بَطْنَكَ الْحَرامَ

«Yeməyini təmizlə və qarnını haram yeməkdən qoru!»

Sonra buyurdu:


مَنْ اَحَبَّ اَنْ يُسْتَجابَ دُعائَهُ فَلْيَطِبْ مَطْعَمَهُ وَمَكْسَبَهُ

«Duasının qəbul olmasını istəyən şəxs yeməyini və qazancını haramdan təmizləməlidir.»

Həmçinin rəvayət olub ki, bir tikə haram yeməkdən çəkinmək, Allah dərgahında vacib olmayan (müstəhəb) iki min rəkət namazdan yaxşıdır. Və bir dinək (dirhəmin altıda biri) pulu sahibinə qaytarmaq 70 qəbul olmuş həccdən fəzilətlidir.


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin