GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ



Yüklə 4,48 Mb.
səhifə6/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   2   3   4   5   6   7   8   9   ...   24

BİD’əT


Bid’ət (dində olmayan şeyi qanun kimi dinə daxil etmək) islam dinində böyük günahlardan biri sayılır. Bu işə dinimizdə qanuna təcavüz kimi baxılır. Bu barədə aşağıdakı hədislərə nəzər salaq:

1. İmam Əli (ə) buyurur:
وَاِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وَضُلَّ بِهِ فَاَماتَ سُنَّةً مَأْخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً

«Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ən’ənələri götürüb, yerinə yabançı adət-ən’ənələri gətirən dövlət rəhbəridir».38



2. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:
اِذا ظَهَرَتِ الْبِدَعُ فِي اُمَّتِي فَلْيُظْهِرُ الْعالِمُ عِلْمَهُ فَمَنْ لَمْ يَفْعَلْ فَعَلَيْهِ لَعْنَةُ اللهِ

«Ümmətimin arasında bid’ətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bid’ət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lə’nəti onlara olsun».



3. O həzrət başqa bir hədisdə belə buyurur:

كُلُّ بِدْعَة ضَلالَةٌ وَكُلُّ ضَلالَة سَبِيلُها اِلَى النّارِ

«(İslam dinində) hər bir bid’ət yaratmaq, azğınlıq və haqq yolundan çıxmaqdır. Bütün bu azğınlıqların da nəticəsi cəhənnəm atəşidir».39

4. İmam Əli (ə) buyurur:

مَنْ مَشى اِلى صاحِبِ بِدْعَة فَوَقَّرَهُ فَقَدْ سَعى فِي هَدْمِ الاِْسْلامِ

«Hər kəs bid’ətçi bir şəxsin görüşünə getsə və ona hörmət göstərsə İslam dininin məhv olmasına çalışır».40

BİD’əTÇİNİN E’DAM HöKMÜ


Faris ibni Hatəm zəmanəsinin ən məşhur yalançısı və bid’ətçisi idi. O, xalqı özünün yaratdığı fasid və eybəcər məzhəbə də’vət edirdi. İmam Hadi (ə) Əba Cünəydə onu e’dam etmək fərmanını verdi. İmam Həsən Əskəri (ə) da onun qanını hədər bilib onu öldürənin behiştə getməsinə zamin olduğunu e’lan etdi. Əba Cünəyd o əmri yerinə yetirərək həmin bid’ətçini qətlə yetirdi.41

CAMAATI DİNDəN UZAQLAŞDIRAN SöZLəR Və KİTABLAR


İslam fikir azadlığı dinidir. Bu dində bir kəs öz əqidəsini başqasına məcburən qəbul etdirə bilməz. Lakin belə bir sual yarana bilər ki, onda nə üçün bu dinin qayda və qanunlarını rədd edən və islamla mübarizə aparan kitabların oxunması haram və onların satışı qadağandır? Bu sualın qısa cavabı belədir: Bu cür kitabların oxunması islam dinini çox dərindən bilməyən müsəlmanlara haramdır. Çünki onların dünya görüşü və islam dininin kökləri və qanunları haqqındakı fikir səviyyələri aşağı olduğundan belə kitabların oxunması, onların əqidələrinin pozulmasına səbəb ola bilər.

Cəmiyyətdə günaha zəmin yaradan səbəblərdən biri də elə bu növ kitabların oxunmasıdır.

Sualın izahlı cavabı isə belədir: İnsanların bədən qüvvəsi müxtəlif olduğu kimi, onların fikir səviyyələri də eyni deyil. Məsələn, onlardan bə’zisi sadə bir riyaziyyat məsələsini həll etməkdə acizdirlər, amma bə’ziləri isə kompüter sür’əti ilə ən çətin məsələləri belə həll etməyə qadirdirlər.

Buna əsasən yüksək düşüncəyə malik olan (və islam dinini dərindən bilən) alimlər üçün belə kitabların oxunması haram deyil. Çünki onlar öz elmi bilikləri ilə düzgün və batil sözləri bir-birindən seçməyə qadirdilər. Lakin savadı az olan və yüksək bilik səviyyəsinə malik olmayan şəxslərə bu cür kitabların oxunması və yaxud belə sözlər haqqında mə’lumat verilməsi xətərli və zəhərləndiricidir. İslam düşmənləri haqq dinlə mübarizədə bu üsuldan müntəzəm istifadə ediblər və edirlər. Onlar yalan və riya ilə yoğrulmuş fikirlərlə dolu olan belə kitabları yaymaqla müsəlmanları əyri yollara sövq edirlər. Yuxarıda qeyd etdiklərimizin şahidi kimi bu nümunəyə diqqət edək. İslam dini zühur edəndə yəhudi alimləri öz mövqelərini itirəcəklərindən qorxub, Tövratda qeyd olunan və İslam Peyğəmbərinə (s) aid olan əlamətləri dəyişdirdilər. Özlərindən başqa əlamətlər artırdılar ki, guya bu nişanələrə malik şəxs peyğəmbər olacaq! Bu əlamətlər Tövratdakı əlamətlərlə zidd idi. Onların bu işdə məqsədi yəhudi xalqını islam dinindən uzaqlaşdırmaq idi. Əks halda yəhudilər axirəzzəman peyğəmbərə məxsus nişanələri məhz Həzrət Məhəmməddə (səlavatullah) görüb bunu mö’cüzə kimi qəbul edəcək və İslam dininə daxil olacaqlar. (Çünki o əlamətlər İslam Peyğəmbərində (s) var idi). Bu vaxt «Bəqərə» surəsinin 78-ci ayəsi belə alimlərin haqqında nazil oldu.

Allah-təala bu ayədə buyurur:
فَوَيْلُ لِلَّذينَ يَكْتُبُونَ الْكِتابِ بَاَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هذا مِنْ عِنْدِ اللهِ لَيَشْتَرُوا بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَهُمْ مِمّا كَتَبَتْ اَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمّا يَكْسِبُونَ

«Vay o adamların halına ki, əlləri ilə kitabı yazıb sonra onu dəyər-dəyməzinə satmaq naminə «Bu Allahın göndərdiyidir» deyərlər. Vay əllərinin yazdıqlarına! Vay qazandıqlarına».

Bu ayənin təfsirində oxuyuruq:

Bir tacir Fars vilayətinə gəlib Rüstəm və İsfəndiyarın dastanını öyrəndi və Ərəbistana qayıtdı. Qayıtdıqdan sonra o, hər yerdə belə deyirdi: Əgər Məhəmməd Ad və Səmud qövmünün başına gələn faciəni (dindən döndüklərinə görə) deyirsə, mən də Rüstəm və İsfəndiyarın dastanını deyirəm. Bu vaxt «Loğman» surəsinin 6-cı ayəsi bu kişinin məzəmmətində nazil oldu.


TəLQİN Və TABEÇİLİK


Təlqin etmək və bir şəxsə kor-koranə tabe olmaq insanların tərbiyəsində rol oynayan ən mühüm məsələlərdən biridir. Bu iki amildən düzgün istifadə olunsa insanın həyatında yaxşı işlərə meyl etməsinə səbəb olacaq, əks halda isə cəmiyyətdə günahın çoxalmasına gətirib çıxaracaq. Bu iki ifadənin hər birinin ayrı-ayrılıqda izahına diqqət yetirək.

TəLQİN


Qur’anda bə’zi kəlmələr və yaxud ayələr tez-tez təkrar olunmuşdur. Belə təkrarların böyük faydası var. Lakin ən mühüm faydası da odur ki, Qur’an təlqin məsələsindən istifadə edərək, insanları bu ayələrin və ya kəlmələrin haqqında daha çox fikirləşməyə də’vət edir. Misal olaraq, «Allah» və «İlah» kəlmələri Qur’anda 2807 dəfə təkrar olubdur. Yaxud (Allah hər şeyə qadirdir.)

اِنَّ اللهَ عَلى كُلِّ شَـْيء قَدِير

ayəsi və bu məzmunda olan ayələr 45 dəfə gəlmişdir. “Ərrəhman» surəsinin 78 ayəsi var. Bu surədə
فِبَاَيِّ آلاء رَبُّكُما تُكَذِّبانِ

«Elə isə Rəbbinizin hansı ne’mətini danırsınız?» ayəsi 31 dəfə təkrar olunmuşdur.

«Mürsəlat» surəsində aşağıdakı ayə 10 dəfə təkrar olunmuşdur:

وَيْلُ يَوْمَئِذ لِلْمُكَذِّبِينَ

«O gün vay halına haqqı danan şəxslərin!»

Bu ayə «Tur» surəsinin 11-ci və «Mütəffifin» surəsinin 10-cu ayəsində də gəlmişdir. Nəhayət «Qəmər» surəsində aşağıdakı ayə 4 dəfə təkrar olub:


وَلَقَدْ يَسَّرْنا لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِر
«Biz Qur’anı yaddaş üçün asan (sadə) elədik. Kim bu Qur’andan istifadə etmək istəyir». Dediyimiz kimi Qur’andakı bu təkrarlar təlqin üçündür. Yə’ni Allah-təala bu mətləbləri çoxlu təkrar edir ki, bizim qəlbimiz və ruhumuzla qaynayıb qarışsın. Təlqinin izahına Peyğəmbərimizin (s) bir hədisi ilə yekun vururuq:

O həzrət buyurur:


لا تُلَقِّنُوا الْكَذّابَ فَتَكْذِبُوا...

«Yalan danışan adamlara yalanın yolunu təlqin etməyin (öyrətməyin). Necə ki, Yə’qub peyğəmbər öz oğlanlarına canavarın insanı da yeməsini öyrətməsəydi, onlar bunu bilməzdilər». (Nəticədə qardaşları Yusifi quyuya atdıqdan sonra atalarına yalandan «onu canavar yedi» xəbərini verməzdilər).



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin