Giriş Son illərdə Azərbaycan Respublikasının təhsil sistemində interaktiv təlim metodlarının mənimsənilərək tədris prosesinə tətbiq olunması sahəsində müəyyən nəticələr əldə edilmişdir


Ənənəvi və interaktiv təlim metodları – üstünlüklər və çatışmazlıqlar



Yüklə 262,26 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix17.05.2023
ölçüsü262,26 Kb.
#115027
növüDərs
1   2   3   4   5   6
IsmetMammadovaGunayHasanova

Ənənəvi və interaktiv təlim metodları – üstünlüklər və çatışmazlıqlar
25
http://journal.edu.az
Sxem 1. Ənənəvi və fəal təlim arasındakı fərqlər
Ənənəvi təlim
Müəllim
Şagird
Fəal təlim
Şagird
Şagird
Müəllim
Şagird
Şagird
Şagird


• iştirakçıların bütün dərs zamanı fəallığı;
• dərsin əvvəlində problemli situasiyanın yaradılması və prosesin problemin
həllinə istiqamətləndirilməsi;
• şagirdlərin düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə yeni biliklərin
müstəqil kəşf edilməsinə yönəldilməsi;
• təlimin tədqiqat üsulu ilə həyata keçirilməsi;
• dərsin dialoq şəklində aparılması, əks-əlaqənin yaradılması;
• əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət.
Müasir dövrdə təhsilin səviyyəsini yüksəltmək qarşıda duran mühüm
vəzifələrdəndir. Ona görə də interaktiv təlim texnologiyalarının tədrisdə tətbiqi
böyük əhəmiyyətə malikdir [Zeynalov S., «Azərbaycan məktəbi», 2013, № 4].
Tədqiqat zamanı təlim prosesində yeni yanaşmalar aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
• şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin inkişafının tənzimlənməsi;
• şagirdlərdə dərketmə qabiliyyətlərinin və müstəqilliyin inkişaf etdirilməsi;
• şagirdlərdə yaradıcılığın inkişaf etdirilməsi.
Ümumtəhsil məktəblərində apardığımız müsahibə və müşahidələr təsdiq edir
ki, interaktiv təlim metodlarının sistemli tətbiqi üçün şəraitin yaradılması
şagirdlərin şəxsiyyət kimi formalaşdırılmasına, hərtərəfli inkişafına əhəmiyyətli
dərəcədə təsir göstərir.
Nəticə
Deyilənlərdən belə bir nəticə çıxır ki, interaktiv təlim prosesində şagirdlərin
yaradıcılıq qabiliyyətləri və dünyagörüşləri inkişaf edir. İnteraktiv öyrənmə
prosesində şagirdlər müstəqil şəkildə düşünmə qabiliyyətinə yiyələnir, təcrübələr
aparır, həll yollarının düzgünlüyünü öyrənir, müqayisə aparmaqla məlumatların
daha düzgün mənimsənilməsinə nail olurlar.
Müasir təlim metod və texnologiyalarının öyrədilməsi istiqamətində təşkil
olunan seminarlarda, layihələrdə (treninqlər, monitorinqlər) müəllimlərin iştirakı
məqsədəuyğundur. 
Təkmilləşdirmə kurslarında müəllimlərlə İKT bacarıqlarının inkişaf etdirilməsi
istiqamətində iş aparılmalı, qabaqcıl müəllimlərin dərslərində pedaqoji təcrübəsi
az olan müəllimlərin iştirakı və təcrübə mübadiləsi təşkil olunmalıdır. 
Fəal təlimdə müəllimin bələdçi mövqeyindən çıxış etməsi şagirdlərin müstəqil
düşünmələrinə, tədqiqatçı və yaradıcı kimi yetişmələrinə, təxəyyülünün inkişafına
zəmin yaradır ki, bu da hazırda təlimin qarşısında duran aktual problemlərdəndir.
İnteraktiv təlim texnologiyalarının tətbiqi, təhsil proqramlarının, konseptual
modellərin, layihələrin uğuru onu tətbiq edən müəllimin, təhsilverənlərin pedaqoji
səriştəliliyi ilə şərtlənir. Müəllimlərdə pedaqoji səriştəliliyin formalaşması bu gün
P E D A Q O G İ K A
26
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2019, №4


olduqca aktual məsələdir. Pedaqoji təmayüllü ali məktəblərdə təhsil alan
tələbələrdə, gələcək müəllimlərdə səriştə və bacarıqların inkişafına xüsusi diqqət
yetirilməlidir.

Yüklə 262,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin