Giriş Son illərdə Azərbaycan Respublikasının təhsil sistemində interaktiv təlim metodlarının mənimsənilərək tədris prosesinə tətbiq olunması sahəsində müəyyən nəticələr əldə edilmişdir



Yüklə 262,26 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix17.05.2023
ölçüsü262,26 Kb.
#115027
növüDərs
1   2   3   4   5   6
IsmetMammadovaGunayHasanova

Məqalə tarixçəsi: göndərilib – 27.09.2019; qəbul edilib – 04.10.2019


Bu gün bütün müəllimlərin qarşısında yeni texnologiyalara yiyələnmək kimi
ciddi vəzifə durur. Təlim o vaxt səmərəli alınar ki, pedaqoq şagirdin fəaliyyətinə
məharətlə rəhbərlik edə bilsin. Pedaqoqla birgə fəaliyyətə qoşulmuş şagirdin şəxsi
keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu əməkdaşlığın əsasını təşkil edir.
Ümumi təhsilin məzmununda təhsilalanın idrak fəallığının təmin olunması,
«hafizə məktəbi»ndən «təfəkkür məktəbi»nə keçid, şagirdin biliyi hazır şəkildə
alması yox, özünün «kəşf etməsi», onu fəal surətdə istifadə etməsi təlimdə böyük
səmərələr verə bilər.
«Kəşf yolu ilə öyrənmə» ideyasını 1909-cu ildə, avropalılardan əvvəl dahi
bəstəkar Üzeyir Hacıbəyov, məktəbşünas Rəşid bəy Əfəndiyev irəli sürmüşlər.
Ü.Hacıbəyovun fikrincə, kəşf yolu ilə öyrənilən kəlmələrin mənasını uşaqlar
özləri tapıb, həmin sözlərin nə ifadə etdiyini və ana dilində nəyin qarşılığı olduğunu
özləri müəyyənləşdirəndə uşağın əqli, xəyalı, dərrakəsi tərbiyə olunur və «bu
kəşfdən dolayı uşaq özündə iftixar hissi tapır». Ən başlıcası, «dərsə qalib gəldiyini»
hiss edir. Şagirdin «dərsə qalib gəlməsi» kəşfin psixoloji effektidir. Onun «kəşf
yolu ilə öyrənmə» fikri mühüm ideya olub, Azərbaycan pedaqoji psixologiyasının
bənzərsiz nailiyyəti idi, lakin ənənəvi təlim şəraitində bu ideya mənimsənilmədi.
Şübhəsiz ki, dövrün birtərəfli psixopedaqoji ehkamları şəraitində mənimsənilə
də bilməzdi [Bakı, 2013].
Müasir təhsil nəzəriyyəsi və təcrübəsi şagirdlərin qeyri-fəallığını aradan
qaldırmaq, lazım olan təfəkkür xüsusiyyətlərinin, yaradıcı qabiliyyətlərin
formalaşması, təlimin keyfiyyətinin yüksəldilməsi üçün tədris prosesinin interaktiv
metodlarla qurulmasını zəruri etmişdir. Milli təhsil sistemində həyata kecirilməkdə
olan innovasiya prosesləri təlim-tərbiyənin məqsədi, məzmunu və metodlarına,
müəllimlə şagirdlərin birgə fəaliyyətinin təşkilinə yeni yanaşmalarla müşayiət
olunur. Təhsilin məzmununda innovasiya prosesləri, öz mahiyyəti etibarilə, müasir
pedaqogikanın iki mühüm probleminin həllini nəzərdə tutur: 
• qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi
və genişləndirilməsi; 
pedaqogika, psixologiya elmlərinin nailiyyətlərinin pedaqoji praktikaya
tətbiqi.
Ənənəvi təlim metodlarının hər birində şagirdlərin və müəllimlərin fəaliyyətinin
xarakteri konkret olaraq muəyyənləşdirilmişdir. Bu cəhətdən görkəmli rus
didaktları İ.Y.Lerner və M.N.Skatkinin beş əsas qrupda cəmləşdirdikləri təlim
metodları (informativ-reseptiv, reproduktiv, problemli şərh, evristik, tədqiqatçılıq)
geniş yayılmışdır [Moskva, 2004]. Ənənəvi təlim daha çox özünün imperativ
xarakteri – uşaqların şəxsiyyəti, yaş xüsusiyyətləri, tələbatları nəzərə alınmadan
həyata kecirilən pedaqoji təsirə əsaslanır. Belə yanaşmada təlim motivlərinə və
ya digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağa müəllimin tələblərinə tabe
olan obyekt kimi baxılır. 
P E D A Q O G İ K A
20
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2019, №4


Təlim prosesində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi problemi
inkişafetdirici təlim konsepsiyasının əsasını qoydu. Təlimin nəticələri yalnız o
halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları şagirdlərin təfəkkürünün,
dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi prosesinə
fəal qoşulmasını təmin edə bilsin. Məhz fəal, interaktiv təlim metodları bu me-
yarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim prosesinin digər iştirakçıları
ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək imkanları ilə
səciyyələnir. Fəal təlim metodlarına «interaktiv təlim» metodları da deyilir. «İn-
teraktivlik» termini dialoqu, qarşılıqlı təsiri özündə əks etdirir. Fəal təlim metodları
bir sıra ədəbiyyatlarda «problemli-dialoji», «problemli», «evristik» metodlar kimi
də səciyyələndirilir. Fəal təlim dedikdə, şagirdlərin təlim-idrak fəaliyyətinin təşkili
və idarə olunması metodlarının məcmusu nəzərdə tutulur [L.Vıqotski, Moskva,
1999].
Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır: 
• «Fəal təlim müəllim tərəfindən idraki problem-situasiyanın yaradılması,
problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin
stimullaşdırılması, onlar üçün yeni olan biliklərin mənimsənilməsi şəraitinin
yaradılmasını təmin edir. 
• Fəal təlim metodları intellektual baxımdan gərgin situasiyaların yaradılması,
informasiyanın şagirdlərə hazır deyil, ziddiyyətli və natamam şəkildə təqdim
edilməsi ilə səciyyələnir. 
• Fəal təlimdə tapşırıqlar, həll üçün təqdim edilən problem cəlbedici, maraqlı,
şagirdlərin dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından
asan olması ilə fərqlənir. 
• Fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmalarına imkan yaradır,
dialoqa və birgə fəaliyyətdə əməkdaşlığa əsaslanır. 
• Fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar müzakirələr alınmış
informasiyanı sintez etməyə kömək göstərir, dərketməni stimullaşdırır, təlimin
nəticəyönümlülüyünə etibarlı təminat yaradır» [Məmmədova İ. Bakı, 2010].
Fəal təlimdə diskussiyaların təşkili, səmərəli, istiqamətləndirici, təhrikedici
suallar şagirdləri yeni bilikləri müstəqil fəaliyyət əsasında əldə etməyə yönəldir.
Fəal təlimdə fasilitativ yanaşma idraki və yaradıcılıq tələbatlarının tam təmin
edilməsinə, şagirdlərin özünüreallaşdırma imkanlarının genişlənməsinə yol açır.
Müəllim tərəfindən şagirdlərin fəaliyyətinin stimullaşdırılması,«yaxşı» və ya
«pis» cavablarla fərdi qiymətləndirmədən imtina edilməsi onların öz qüvvələrinə
inamını və çalışmaq əzmini artırır. Hər bir şagird təlim prosesinin digər iştirakçıları
ilə birlikdə, fəal əməkdaşlığa qoşularaq daha səmərəli çalışmaqla «kollektiv zəka»
məhsulu olan həll yolunun tapılmasına öz töhfəsini vermək üçün səylərini səfərbər
edir. 
«Fəal təlimdə şagird tədqiqatçı, müəllim fasilitator kimi çıxış etməli, şagirdlərin
İsmət Məmmədova, Günay Həsənova

Yüklə 262,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin