"Gənc Psixoloqlar" İctimai Birliyi "Psixoloji tədqiqatlar" işçi qrupu



Yüklə 349,13 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix16.03.2017
ölçüsü349,13 Kb.
#11585
1   2   3   4

Mövzunun aktuallığı. Stress insanın yaşaması üçün vacib olan 

emosional halətdir, insanı stressdən kənar təsəvvür etmək olmaz. Stress – 

insanın  fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni 

işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul 

etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir. Qısa desək, 

stress insanın öz üzərində hiss etdiyi təzyiq və gərginlik vəziyyətidir. Bu 

mənada,  stress  gündəlik  həyatın  bir  parçası  sayıla  bilər.  Dünyada  artan 

əhali  sayı,  sıxlıq,  təbii  fəlakətlər  stressi  alovlandıran  amillərdən  ən 

birincisidir.  Stress  həm  yaxşıdır,  həm  də  pisdir.  Stress  hər  fərdin 

adaptasiya  qabiliyyətinə  görə  göstərdiyi  reaksiyadır  və  ətrafdakı 

reaksiyalara  qarşı  daha  yaxşı  davranma  fürsətini  verir.  Sıfır  stress 

ölümdür.  Çünki  bu  vəziyyətdə  insan  ətrafdan  gələn  reaksiyalara  cavab 

vermək enerjisindən məhrum olur. Həddindən artıq stress də ölümcül ola 

bilər. Stress insanı həm yaşadan, həm də məhv edən qüvvədir.Yəni onun 

dərəcəsinin  tənzimlənməsi  fərdin  yaş,  cins,  peşə,  ailə  və  s.    kimi 

xüsiyyətlərindən aslı olaraq dəyişir.  

Tədqiqatımızı  son  dövrlərdəki  devalvasiya  hadisəsindən  sonra 

sahibkarların stress səviyyəsinin müəyyənləşdirilməsi üzərində qurmuşuq. 

Maliyyə böhranına səbəb olan bu hadisənin sahibkarlara təsir səviyyəsinin 

araşdırılması zənnimizcə olduqca aktualdır.  

 

Tədqiqat zamanı tətbiq edilmiş metodika.  

Stress  səviyyəsini  öyrənən  Test  (Boston  Universiteti)  və 

tərəfimizdən  hazırlanmış  anket  sorğusundan  istifadə  olunmuşdur. 

Sahibkarlar,  ustalar,  satıcılar  olmaqla,    ümumilikdə  20  nəfər  üzərində 

apardığımız test və anket sorğusu zamanı on kişi və on qadın iştirak etdi. 

Bu tədqiqatda 20-25, 26-30, 31-35, 36-40 əsas yaş qrupları idi, intervalları 

bu qədər yaxın götürməyimizin səbəbi isə son illərdə devalvasiyanın daha 

sürətlə baş verməsi idi. Güman olunur ki, hər bir yaş qrupuna təsir etmə 

dərəcəsi və forması fərqli olmuşdur.  

Anket  sorğusu  devalvasiya  nəticəsində  yaranan  bəzi  situasiyaları 

əks  etdirir  və  tədqiq  olunanlardan  bu  situasiyanın  doğurduğu  distress 

səviyyəsini 0-10 bal arasında qiymətləndirmək xahiş olunurdu.  

İlk öncə tədqiqatda iştirak edən qadın və kişilərin yaş intervalına 

uyğun sayını qeyd edək,qadınlarda 5 nəfər 20-25 yaş aralığında, 3 nəfər 25

-30 yaş aralığında, 30-35 yaş aralığında isə 2 nəfər. Aşağıdakı diaqramda 

bu aslılığı göstərməyə çalışmışam

.. 

 

 



DEVALVASİYA NƏTİCƏSİNDƏ SAHİBKARLARDA YARANAN 

STRESS SƏVİYYƏSİNİN TƏDQİQİ 

  “Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

Məmmədova Arzu  

İstifadə olunmuş ədəbiyyat: 

 

1.  Allahveridyev 

İ.R., 

Tağıyeva 



G,B.,Cavadov  R.Ə,Ekstremal  şəraitdə 

davranışların  bəzi  məsələri  BDU-nun 

elmi  xəbərləri.  Sosial-siyasi  elmlər 

seriyası 3-4, 2000, 77-81 s.  

 

 

2.  Bayramov 



Ə.S., 

Əlizadə.Ə.Ə 

Psixologiya Bakı ,500 s  

3.  Bayramov 

Ə.S., 

Əlizadə 


Ə.Ə. 

“Psixologiya”. Bakı 2006. 

 

3.  Əliyev R. Psixologiya . Bakı 2003 



 

4.  Андреева 

Г.М. 

Социальная 



психология.  Учебник  для  высших 

учебных заведений. 5 изд. М.: Аспект 

Пресс, 2003. 364 с.  

 

5.  Андреева Г.М. Социальное познание: 



проблемы 

и 

перспективы. 



М.: 

Московский  псих.-соц.  Институт, 

1999. 416 с.  

 

6.  Андреева  Г.М.,  Богомолова  Н.Н., 



Петровская 

Л.А. 


Зарубежная 

социальная  психология  XX  столетия. 

М.: Аспект-Пресс 

 

7.  Василюк  Ф.В.  Жизненный  мир  и 



кризис: 

типологический 

анализ 

критических 



ситуаций 

// 


Психологический  журнал.  1995.  №  3.  С. 

Şəkil 


1.  Tədqiq olunanların yaş intervalının onların sayından aslılığı

 

 



Buraxılış №1 

        


 

 

Daha  sonra  isə  qadınlarda  və  kişilərdə  yaşdan  aslı  olaraq  stress 



səviyyəsinin  dəyişməsini  təyin  etməyə  çalışdıq.Yuxarıda  da  qeyd  etdiyim 

kimi 20-25, 26-30, 31-35 yaş aralığındakı kişi və qadınlar üzərində aparılan 

stress  sorğusu  ilə  nəticələri  aşağıdakı  açar  variantlarla  izah  etmək  olar.Test 

sorğusuna  görə  əgər  tədqiq  olunan  20  baldan  aşağı  bal  toplayıbsa,  stressə 

qarşı  dayanıqlılğı  olduqca  yüksəkdir.O  stressin  təsrinin  qarşısını  ala  bilir. 

Əgər 20 baldan yuxarı nəticə göstərilibsə, stressli situasiyalar tədqiq olunanın 

həyatına kifayət qədər təsir göstərib və tədqiq olunan belə şəraitlə bir o qədər 

mübarizə  aparmır.  Tədqiq  olunanın  nəticəsi  50  balı  keçibsə,  psixoloji 

vəziyyəti  barəsində  ciddi  düşünməlidir,  eləcə  də  psixoterapevtik  dəstək 

alması tövsiyə olunandır.     

 

 Bunları  nəzərə  alaraq  qadınların  yaşları  ilə  onların  stress  səviyyəsi 



arasındakı asılılığı müəyyən etməyə çalışdıq və yaş artdıqca stressin artdığını 

gördük, fikrimizcə özünü müəyyənləşdirmə zərurəti, təhlükəsizlik tələbatının 

aktual olması ilə əlaqədardır. Belə ki, qadınlar  ailədən iqatisadi asılılığı nə 

qədər  azaldırlarsa,  stress  səviyyəsi  də  bir  o  qədər  artır.  Devalvasiyanın  baş 

verməsi də bu şkaladakı aslılığı bir daha təsdiq etməyə imkan yaratdı. 

 

 



Şəkil 2 Tədqiq olunanların yaşı və stress  səviyyəsi  

8.  Василюк 

Ф.В. 

Психология 



переживания. М.: МГУ, 1984. 85 с.  

 9.  Вильперт  Бернхард.  Психология  в 

системах 

повышенного 

риска: 

обеспечение безопасности и надежности // 



Прикладная  психология.  1999.  №2.  С  67-

76.  


 10.  Водопьянова  Н.Е,  Старченкова 

С.Е. 


Стратегии 

и 

модели 



преодолевающего поведения // Практикум 

по 


психологии 

менеджмента 

и 

профессиональной 



деятельности: 

Сб. 


Методик /Отв.ред. Г.С. Никифоров. СПб.: 

Речь, 2001. С. 301 -322.  

 

11.  Волович 



В.Г. 

Человек 


в 

экстремальных 

условиях 

природной 

среды. М.: Мысль, 1980. 190 с.  


Buraxılış №1 

        


Münasibət şkalası beş açıq sualdan ibarətdir, tədqiq olunandan xahiş 

olunur  ki,  həmin  vəziyyətin  doğurduğu  distressi  0-10  bal  arası 

qiymətləndirsinlər. Suallardan biri itirilən biznes planla bağlı idi, yəni tədqiq 

olunan  itirdiyi  biznes  planı  ilə  yaratdığı  stress  səviyyəsini  0-10  bal  arası 

qiymətləndirməlidir.  Buradan  belə  nəticəyə  gəlirik  ki,  qadınlarda  bu  itki 

46% ,onlarda yaranan stress səviyyəsi isə 20%dir (orta səviyyə),  kişilərdə isə 

itirilən biznes plan 55%dir, onlarda yaranan stress səviyyəsinin göstəricisi isə 

88%dir    (orta  yüksək).  Buradan  alınan  nəticəni  ümumiləşdirsək,  kişilərdə 

biznes plan itkisi daha çox stress yaradır, bunu fərdi səbəblər və ailə yükünun 

daha  çox  onların  üzərinə  düşməsi  ilə  bağlamaq  olar.  Aşağıdakı  qrafikdə 

itirilən biznes plan ilə bağlı yaranan stress səviyyəsi əks olunmuşdur.  

Tədqiqat  zamanı  irəli  sürdüyümüz  fərziyyə    öz  təsdiqini  tapdı. 

İqtisadi vəziyyətdən aslı olaraq stress səviyyəsi də dəyişir.Bu dəyişimi yaşla, 

cinslə,  dini  inancla  əlaqələndirərək  stress  səviyyəsinin  dəqiq  göstəricisini 

müəyyən etmək olar. 

İqtisadi durumundakı hadisələr birbaşa olaraq insanların ölkə iqtisaiyyatına, 

ona  münasibətinin və hətta inaclarının da dəyişilməsinə səbəb olur.  

 

8.  Василюк 



Ф.В. 

Психология 

переживания. М.: МГУ, 1984. 85 с.  

 9.  Вильперт  Бернхард.  Психология  в 

системах 

повышенного 

риска: 

обеспечение безопасности и надежности // 



Прикладная  психология.  1999.  №2.  С  67-

76.  


 10.  Водопьянова  Н.Е,  Старченкова 

С.Е. 


Стратегии 

и 

модели 



преодолевающего поведения // Практикум 

по 


психологии 

менеджмента 

и 

профессиональной 



деятельности: 

Сб. 


Методик /Отв.ред. Г.С. Никифоров. СПб.: 

Речь, 2001. С. 301 -322.  

 

11.  Волович 



В.Г. 

Человек 


в 

экстремальных 

условиях 

природной 

среды. М.: Мысль, 1980. 190 с.  

Şəkil 3.  İtirilmiş biznes planın yaratdığı stress səviyyəsi  



Buraxılış №1 

        


Tədqiqat  zamanı  irəli  sürdüyümüz  fərziyyə    öz  təsdiqini  tapdı. 

İqtisadi vəziyyətdən aslı olaraq stress səviyyəsi də dəyişir.Bu dəyişimi yaşla, 

cinslə,  dini  inancla  əlaqələndirərək  stress  səviyyəsinin  dəqiq  göstəricisini 

müəyyən etmək olar. 

Qadınlarda  və  kişilərdə  yaş  artdıqca  ailə  mənsubiyyəti,  irəliləyən 

karyerada olan addımlar və onların doğurduğu məsuliyyət və s. səbəblərdən 

stress  səviyyəsi  artır.    İtirilən  biznes  plana  görə  isə  kişilərdə  bu  daha  çox 

stress yaratdığı məlum olmuşdur, bu kişilərin daha çox sahibkarlıqla məşqul 

olduqları  üçün  desək  yanılmarıq.  Qadınlarda  biznes  planla  bağlı  yaranan 

stress  səviyyəsi  isə  daha  aşağı  olmuşdur  bu  isə  onların  sahibkar 

olmamasından    və  digər  fərdi  səbəblərdən  irəli  gəlir,yəni  ailənin  iqtisadi 

təminatı  kişilərin  üzərinə  dah  çox  düşdüyündən  onlarda  stress  səviyyəsinin 

orta olması normaldır. 

 

Tövsiyələr.  Tər əfimizdən  aparılmış  bu  tədqiqat  əhalinin  psixi 

sağlamlığı  sahəsində  aparıla  biləcək  təkliflər  və  tövsiyələr  planının  hazır-

lanması baxəmdan olduqca dəyərlidir. Belə ki, iqtisadi prosesin keşməkeşləri 

hər bir dövr üçün qaçılmazdır. Emosional proseslərin yeni nəzəriyyələrindən 

biri olan koqnitiv yanaşmaya əsasən stress və distress kimi psixoloji gərginlik 

halları  situasiyaya  dair  informasiyadan  asılıdır.  Sahibkarlıqla  məşğul  olan 

insanlarla bir sıra psixoloji və iqtisadi maariflənmə işinin aparılmasının zəru-

riliyi onların stress dayanıqlılığına müsbət təsir göstərəcəkdir.  

 

Müəyyən  dövr  üçün  spesifik  olan  belə  tədqiqatlar  əksərən  səmərəli  



psixoloji yardım proqramlarnın təklifinə zəmin yaradır. Psixoloji tədqiqatlar 

işçi  qrupu  olaraq  əhalinin  stress  dayanıqlılığını  dəstəkləmək  məqsədli 

proqram işləyib hazırlamağı qarşımıza məqsəd qoyuruq.  

 

 



 

  

“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

Məmmədova Arzu 

 

8.  Василюк 

Ф.В. 

Психология 



переживания. М.: МГУ, 1984. 85 с.  

 9.  Вильперт  Бернхард.  Психология  в 

системах 

повышенного 

риска: 

обеспечение безопасности и надежности // 



Прикладная  психология.  1999.  №2.  С  67-

76.  


 10.  Водопьянова  Н.Е,  Старченкова 

С.Е. 


Стратегии 

и 

модели 



преодолевающего поведения // Практикум 

по 


психологии 

менеджмента 

и 

профессиональной 



деятельности: 

Сб. 


Методик /Отв.ред. Г.С. Никифоров. СПб.: 

Речь, 2001. С. 301 -322.  

 

11.  Волович 



В.Г. 

Человек 


в 

экстремальных 

условиях 

природной 

среды. М.: Мысль, 1980. 190 с.  


Buraxılış №1 

Mövzunun  aktuallığı. Fər din ontogenezdə inkişafında  11 yaşdan 14-

15  yaşadək  olan  inkişaf  mərhələsi  yeniyetməlik  dövrü  adlanır. 

Yeniyetməlik  dövrü  anatomik-fizioloji,  psixoloji  və  sosial  keyfiyyətlər 

baxımından həyatın bir mərhələsindən digərinə uşaqlıqdan yaşlılığa keçid 

dövrü  kimi  xarakterizə  olunur.  Yeniyetməlik  dövrünü  bir  çox  müəlliflər 

“keçid  dövrü”,  “çətin  dövr”  (müəllimlər  və  valideynlər  üçün),  “dönüş 

dövrü”,  “böhran  dövrü”  adlandırırlar.  Bu  dövrün  ən  əhəmiyyətli  əlaməti 

anatomik  və  fizioloji  inkişafın  təsiri  ilə  dəyişən  psixikada  baş  verən 

struktur  dəyişiklikləridir.  Yeniyetməlik  dövründə  aşağıdakı  bacarıqlar 

formalaşır: 

1.  Bioloji yetkinləşmə; 

2.  şəxsi ünsiyyət;  

3.  özünüqiymətləndirmə tələbatı; 

4.  özünü başqaları ilə müqayisə etmə

5.  mənlik şüuru; 

6.  özünü dərketmə; 

7.  ictimai-əxlaqi münasibət formaları; 

8.  Real və ideal “Mən”in formalaşması; 

9.  Müstəqilliyini qoruyub saxlama refleksi

10.  Ünsiyyət tələbatı. 

 

Bu  dövrdə  aparıcı  fəaliyyət  –  ünsiyyət  fəaliyyəti  hesab  olunur. 



Bura daxildir: əmək, tədris, ictimai-təşkilati işlər, şəxsi ünsiyyət, idman və 

bədii  fəaliyyət.  Şəxsi  ünsiyyət  zamanı  yeniyetmədə  şəxsi  münasibətlər 

dəyişir,  onda  –  Mənlik  şüuru  formalaşır.  Yeniyetmə  ünsiyyət  prosesində 

müxtəlif şəraitdə ünsiyyət tərzlərinə yiyələnir. Bu dövrdə diqqəti cəlb edən 

cəhətlər  özünü  qiymətləndirmə,  ətrafdakı  adamlara  tənqidi  münasibət, 

müstəqillik  və  “yaşlılığa  meyl”,  kollektiv  həyat  normalarına  tabe  olmaq 

bacarığından  ibarətdir.  Onların  xüsusi  fəallığı  nəzərə  çarpır  və  meylləri 

geniş olur. Yeniyetməlik dövrü təlimin bu və ya digər növünə yiyələnmək 

üçün  zəruri  olan  həssaslıq  və  yüksək  qavrama  qabilliyyəti  keyfiyyətləri 

kimi inkişaf edir. 

 

İnsan  ömrünün  gənclik  dövrü  onun  özünüdərketməsinin, 



dünyagörüşünün  formalaşması,  peşə  seçmək  və  gələcək  həyata 

hazırlanmaq  dövrüdür.  15-18  yaşları  əhatə  edən  bu  dövr  yaşlılıq  və 

yetkinlik dövründə özünü göstərən yeni psixi keyfiyyətlərin dolğunlaşması 

və  tamamlanması  ilə  səciyyələnir.Erkən  və  ya  ilk  gənclik  dövrü 

adlandırılan bu yaş dövrü orta məktəbin IX- XI siniflərində təhsil illərinə 

təsadüf  edir.  Bir  sıra  psixoloqlar  ilk  gənclik  dövrünü  müxtəlif  adlarla 

adlandırırlar.  Məsələn,  Rus  psixoloqlarından  L.S.Viqotski  bu  yaş 

mərhələsini  pubertat  yaş  dövrü,  D.B.Elkonin  isə  böyük  yeniyetməlik 

dövrü kimi xarakterizə edirdi. İlk gənclik 

dövründə 

aparıcı 

fəaliyyət növü təlim-peşə fəaliyyəti hesab 

edilir.  

 

YENİYETMƏLİK VƏ ERKƏN GƏNCLİK DÖVRÜNDƏ  



SİQARET ASILILIĞINA TƏSİR EDƏN PSİXOLOJİ AMİLLƏRİN 

ÖYRƏNİLMƏSİ 

  “Psixoloji tədqiqatlar” işçi qrupu 

Yusubova Səyyarə və Hümbətova Ülviyyə   

İstifadə olunmuş ədəbiyyat: 

 

 

 

1.  Mirələm  Vəliyev,  Azər  Mustafayev 

“İnkişaf  və  yaş  psixologiyası”  Bakı 

2013 


2.   

3.  Игумнов 

С.А. 

Психотерапия 



и 

психокоррекция  детей  и  подростков.  

М.,2000 

4.   


5.  Кон    И.С.  Психология  юношеского 

возраста. М.,1979 

6.   

7.  http://narco.mcvita.ru/smoke/psiho.html 



Buraxılış №1 

 

Siqaret  çəkmək  vərdişi  təkcə  neyrokimyəvi  deyil,  həm  də  psixoloji 



bir  problemdir.  Beləliklə  siqaret  çəkməyinizdən  və  ya  atmağınızdan  asılı 

olmayaraq  bu  problem  insanda  qalmaqda  davam  edir.    Bundan  tamamilə 

qurtulmaq  üçün  insan  ilk  növbədə  özü  öz  üzərində  işləməlidir.    İnsanın 

siqaret çəkməsinə və ya siqaret çəkməyə başlamasına müxtəlif amillər səbəb 

ola bilər. Gəlin onları qısa şəkildə nəzərdən keçirək: 

Siqaret çəkmək ünsiyyət zamanı fasilələri mənalı doldurmaq üçün bir 

vasitədir. Bəzi insanlar üçün digər insanlarla normal ünsiyyət böyük çətinlik 

yaradır:  bununla  da  qrup  daxilində  susqun  iştirak  “  ağız  üçün  hər  hansı 

məşğuliyyət”  fürsəti  yaradır.Belə  insanlar  ilk  fürsət  kimi  siqareti 

dəyərləndirirlər. Beləliklə də, ünsiyyət tələbatı yaranan kimi siqaret çəkmək 

istəyi də meydana gəlir. 

 

Siqaret  çəkməyə  başlamağın  digər  bir  səbəbi  də  “  böyük  kimi 



görünmək”  istəyidir.  Bir  çox  insanlar  siqaretçəkməyə  yeniyetməlik 

dövründən başlayırlar. Bu zaman onlar öz valideynlərini və yaxud böyükləri 

təqlid edirlər. Yeniyetməlik dövrü elə bir dövrdür ki, bu zaman yeniyetmə tez 

bir  zamanda  düşdüyü  qeyri  müəyyən  situasiyadan  çıxmaq  istəyir.  Axı 

yeniyetməlik  dövrü  artıq  uşaqlıq  dövrü  deyil,  amma  bununla  belə  o,hələ 

yetkin insan da sayılmır. Bu zaman yeniyetmə bu qeyri müəyyən vəziyyətdən 

çıxmaq üçün ilk növbədə siqarete əl atır.  

 

Siqaret çəkməyə başlamağın bir səbəbi kimi yüksək özünütəlqini də 



göstərə  bilərik.  Hər  bir  insan  öz  yaşadığı  sosial  mühitin  mədəniyyət  və 

davranışlarını  özündə  əks  etdirir  və  onlara  uyğun  yaşayıb  hərəkət  edir. 

Yaşadığımız mühitin insanlarında isə belə bir fikir formalaşıb ki, əgər insanın 

hər  hansı  dərdi,  və  yaxud  problemi  varsa  bir  siqaretlə  onlar  hamısı  həll 

olunacaq  və  ya  insan  siqaret  çəkəndən  sonra  rahatlaşacaq.    Əslində  isə 

rahatlaşan  sadəcə  insan  beyni  olur.  Çünki  bu  zaman  baş  verən  psixoloji 

yüngülləşmə insanın öz-özünə etdiyi təlqin nəticəsinədə baş verir.  

 


Buraxılış №1 

Siqaretə  çəkməyə  başlamağın  bir  səbəbi  kimi  də  ana  sevgisinin 

çatışmamasını göstərmək olar. Psixodinamik yanaşma siqaret asılılığını oral 

dövrün  (0-2  yaş)  psixotravmaları  ilə  əlaqələndirir.  Körpənin  anası  ilə 

vasitəsiz  emosional  ünsiyyəti  aparıcı  olduğu  bu  dövrün  emosional 

deprivasiya travmaları sonralar insanın bütün həyatına təsirsiz ötüşmür. Ana 

döşünü  əmmək    ilk  və  ən  erkən  baş  verən  insan  instinktidir.  Ana  –  körpə 

üçün lazım olan hər şeyin daşıyıcısıdır. Ana- istilikdir, qayğıdır, rahatlıqdır, 

qidadır, incəlikdir. Ana və ana döşü körpə üçün eyni səviyyədə qəbul edilir. 

Əmzik  da  həmçinin  uşaq  üçün  ananı  əvəz  edir.  Uşaq  onu  əldə  etdikdə 

sakitləşir. Siqaret də öz növbəsində qeyri-şüuri səviyyədə simvolik bir əmzik 

rolunu  oynayır.  Psixoanalitik  konsepsiyaya  görə  anaya  tələbatın 

ödənilməməsi  nə  qədər  çox  olarsa,  siqaretdən  asılılıq  da  o  qədər  çox  olar. 

Həyat nə qədər çətin və ağır olarsa “ana döşü”nə və ya”əmziyə”tələbat da o 

qədər çox olar.  

Siqaret  çəkməyin  səbəblərindən  biri  də  psixosesusal  gərginliyi  aradan 

qaldırmaqdır. Psixoloji və ya əsəb gərginliyi insanda bir çox səbəbdən yarana 

bilər: bunlardan biri də psixoseksual xarakterli gərginlik, yəni cinsi tələbatın 

özünü  göstərməsidir.  Yetkin  insanlar  bu  gərginliyi  cinsi  əlaqə  zamanı 

reallaşdırmaqla aradan qaldırırlar. Lakin psixoseksual gərginlik yeniyetməlik 

dövründə də yarana bilər. Bu, cavan orqanizmdə ilkin hormonal yerdəyişmə 

haqqında  xəbər  verir  və  bunun  seksual    həyatla  heç  bir  əlaqəsi  yoxdur.  

Belə  gərginlik  yeniyetmələr  üçün  ağır  keçir  və  onlar  bu  gərginliyi  aradan 

qaldırmaq  üçün  instrumental  yollar  axtarmağa  başlayırlar.  Kimi  bunu 

idmanla,  kimisi  çox  şokolad  yeməklə,  kimisi  musiqi  ilə  çıxarır.  Lakin, 

təəssüflər  olsun  ki,  bunu  siqaret  vasitəsi  ilə  çıxaran  yeniyetmələr  də  az 

deyildir.  

 

Tədqiqatın 



keçirilməsi. 

Məxfi 


(anonim) 

şəkildə 


keçirdiyimiz sorğunun iştirakçılarının əksəriyyətini 16-18 yaşlarında oğlanlar 

əhatə  etmişdir.  Tədqiq  olunanların  90%-i  tam  ailədə  yaşayır.  Böyük 

siniflərdə və ya universitetin ilk kursunda təhsil alan gənclər də, yeniyetməlik 

dövründə  (10-12  yaş)  olanlar  da  sorğumuzu  cavablandırmışlar.  Sorğu 

vasitəsilə  ailə  üzvləri  və  dostlar  arasında  siqaret  çəkənlər,  eləcə  də  siqaretə 

başlama yaşı, bu adəti tərgitmək istəyinin olub-olmaması, siqaretin yararlı və 

zərərli  tərəfləri,  ələlxüsus  siqaret  çəkməyə  tələbatı  hansı  stimulların 

qıcıqlandırdığını və necə hisslər yaratdığını öyrəndik.  

 


Buraxılış №1 

Tədqiqat  nəticələrinin  şərhi.  Bizim  ar aşdırmamız  göstər di  ki,  siqar et 

çəkən yeniyetmə və gənc oğlanlar bu adətə maraq və sosial təhrik nəticəsində 

başlayıblar.  Onların  çoxusu  bu  marağı  böyüklərdən  rəğbət  bəslədikləri 

kiməsə  oxşamaq  istəyi  və  ya  siqaret  çəkmə  davranışını  problemlərdən 

uzaqlaşdıran bir simvolik davranış modeli olması ilə əlaqələndirirlər. Siqaret 

çəkən  zaman  onlar  tənhalıq  hissinə  qalib  gəldiklərini,  əhvalı 

yaxşılaşdırdığını, 

dərdləri 

unutduqlarını, 

əsəbləri 

sakitləşdirdiyini 

vurğulayırlar.  Buna  müvafiq  olaraq,  tədqiq  olunanların  əksəriyyəti  siqareti 

sağlamlıq  üçün  zərərli,  ömrü  qısaldan,  xülyalı  əhvala  və  iradə  zəifliyinə 

səbəb olan və iqtisadi baxımdan xərclər yaradan xoşa gəlməz bir adət kimi 

təsvir  etmişlər.  Tədqiq  olunanların  bir  çoxu  siqaret  asılılığından  qurtulmaq 

istəyir.  

Sorğunun  hazırlanması  və  tədqiqatın  keçirilməsində  “Psixoloji 

tədqiqatlar”  işçi  qrupunun  digər  üzvlərinə  (Rövşən  Hümbətov,  Afət 

İsrafilova,  Səbinə  Məmmədzadə,  Firəngiz  Məmmədova  və  b.)  də 

minnətdarlığımızı bildiririk.  



Tövsiyələr.  Yeniyetməlik  və  er kən  gənclik  dövr lər ində  ünsiyyət 

və  sosial  özünü  təsdiqin  əhəmiyyəti  demək  olar  ki,  psixoloji  problemlərin 

əsasını  təşkil  edir.  Bizim  nəzərimizcə  bu  yaşlarda  artıq  adiləşmiş,  lakin 

olduqca zərərli fəsadlara səbəb olan siqaret alışqanlığının profilaktikası üçün 

bir  çox  işlər  görmək  mümkündür.  Elmi  ədəbiyyatın  və  bizim  İşçi 

qrupumuzun  keçirdiyi  pilotaj  sorğunun  nəticələrinə  görə  simvolik-

instrumental  davranış  modeli  kimi  siqaret  asılılığı  əslində  dərin  psixoloji 

tənhalığın, həll olunmayan travmatik situasiyaların və məhdud özünüdərkin, 

şəxsiyyətdaxili konfliktlərin sıxışdırılmasıdır. Bu baxımdan psixoloji yardım 

növü  kimi  yeniyetməlik  və  erkən  gənclik  dövrlərində  sosial-psixoloji 

treninqlər,  psixodramalar  və  qrup  terapiyaları  ünsiyyət  bacarıqlarının  və 

problem situasiyaların həllində səmərəli olacaqdır. Şəxsiyətin özünüdərki və 

Mənlik  şüurunun  tam  formalaşması  baxımdan  belə  psixoloji  məşqlər 

alışqanlıqların  əsasında  duran  yetkinləşməmiş  müdafiə  mexanizmlərinin  də 

daha yetkin mexanizmlərə keçidini mümkün edəcəkdir.  

 

  



“Psixoloji tədqiqatlar” işçi qrupu 

Yusubova Səyyarə və Hümbətova Ülviyyə  

 

 


 

Yüklə 349,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin