"Gənc Psixoloqlar" İctimai Birliyi "Psixoloji tədqiqatlar" işçi qrupu



Yüklə 349,13 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix16.03.2017
ölçüsü349,13 Kb.
#11585
1   2   3   4

 

Tədqiqat nəticələrinin şərhi.  

 

Tədqiqat  aparılarkən    ailə  üzvləri  arasında  şəxsiyyətlərarası 



münasibətlərin  xarakteri müəyən edilmişdir. Ailə üzvlərinin yaş qrupları 

müxtəlifdir.  

 

I  ailədə  qardaşının  ailəsinə  mütəmadi  olaraq  müdaxilə  edən  1981-ci  il 

təvəllüdlü, Quba rayon sakini, 2 uşaq anası, rayon məktəblərindən birində 

müəllimə  olaraq  fəaliyyət  göstərən  ərin  bacısı  hərəkətlərinə  aşağıdakı 

tərzdə münasibət bildirir: 

 

Bacının  dedikləri:  Mən  dəyər  verməsəm,  maraqlanmaram,  yol 

göstərmərəm.. 

 

Ərin  dedikləri:  Onlar  bizi  çox  istədiklərindən  maraqlanırlar.  Günah 

səndədir  ki  (həyat  yoldaşına  deyir),  bunu  bu  cür  qəbul  edib  söz-söhbət 

yaradırsan. Onlar müdaxilə etmir. 

 

-  Xanımın  dedikləri: O məni hər bir mövzuda səhv tərəfdən qəbul edir. 

Məni anlamır, ailə daxilində demək olar ki, saymır və adımı belə çağırmır. 

Özümü onların arasında çox lazımsız hiss edirəm. Bu məni incidir. 

 

(II) 

Qadın:  Ailə  haqqında  olan  fikirlərim,  arzularım  hamısı  puç  oldu.  Sanki 

başqa planetdəyəm. Yaşamaq mümkün deyil. Valideynlərimi də bağışlaya 

bilmirəm, hər kəsi günahkar bilirəm. 

 

Kişi:  Ömrümü  bu  cür  qadınla  çürütmək  istəmirəm.  (Qadın  ərinin  onu 

daim təhqir etməsi, aldığı məvacibi evinə deyil, digər yerlərə xərcləməsi, 

ailə  ehtiyaclarının  ödənilməməsi,  qohumların  və  digər  yaxın  insanların 

yanında  təhqir  etməsi,  ayrıseçkinlik  etməsi  və  digər  bu  kimi  hallardan 

şikayət edir). 

 

Qaynana:  O  qadın  mənim  oğluma  kifayət  qədər  yaxşı  qulluq  etmir. 

Gərək hər şeyi mən deyəm. 

Aparılan  tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  kürəkən  və  ya 

gəlin  daimi  olaraq  həyat  yoldaşının  valideynləri  tərəfindən  məzəmmət 

edilərsə, müəyyən müddətdən sonra bu artıq dözülməz hal alır. Vəziyyətin 

belə  kritik  olması  ilə    bərabər    kənar    amillərin    təsiri  ailə  üçün  ən 

böyük dağıdıcı səbəbə çevilir. 



Buraxılış №1 

Dediklərimizə aşağıdakı fikirlərlə aydınlıq gətirə bilərik:  



 

Ailənin  mahiyyəti,  sosiologiyası  və  funksiyalarına  dair  çoxsaylı 

tədqiqatlar  aparılmış,  fərziyyələr  irəli  sürülmüş  və  təsnifatlar  tərtib 

edilmişdir.  M.  Sasmen  və  S.  Stenmetsin  Amerika  ensiklopediyasında 

ailənin  «alternativ  formaları»,  ailədaxili  və  ər-arvad  (partnyorlar) 

arasındakı münasibətlərə aydınlıq gətirilmiş, nikah və ailəyə dair məsələlər 

müzakirə olunmuş, «ailə qrupları» adlandırılmışdır.  

Ər-arvad cütlüyü ailənin özəyi hesab edilir və ailələrin tərkibinin 

bütün  statistik  təsnifatları  bu  «özəyə»  uşaqların,  qohumların,  qaynana  və 

qaynataların  əlavə  olunmasından  asılı  olaraq  aparılır.  Məhz  bu  və  digər 

aktual məsələlər apardığımız tədqiqatın başlıca predmeti olmuşdur.  

 

Sosioloq A.Q. Xarçevə görə, ailə həyat yoldaşları, valideynlər və 



övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvlərin nikah və 

qohumluq  əlaqələri,  ümumi  məişət  və  qarşılıqlı  məsuliyyətləri  ilə 

birləşmiş, sosial vacibliyin, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin 

ehtiyacı ilə şərtlənən kiçik qrupdur. 



 

Tövsiyələr.  

Ailə  adlanan  qurumun  sərhədləri  ər  və  arvad  tərəfindən  bərabər 

şəkildə  qorunmalıdır  ki,  daima  sülh  və  əmin-amanlıq hökm  sürsün.  Belə 

olduğu  halda  ailədə  tərbiyə  olunan  uşaqlar  da  sağlam  psixoloji  mühitdə 

böyüyəcəkdir.  Lakin  bəzən  ailəyə  edilən  kənar  müdaxilələr  öz  ağır 

nəticələrini vermiş olur.  

Güman 

edilir 


ki, 

ailədə 


tərəflər 

güzəşt 


etməyi 

bacardıqda, mübahisəyə meyilli olmadıqda, qarşı tərəfi sərt şəkildə ittiham 

etmədikdə  və  qərar  verərkən  qarşı  tərəfin  də  fikirləri  ilə  hesablaşdıqda 

ailədə qarşılıqlı anlaşma və hörmət hissləri olar, bir o qədər də möhkəm və 

perspektivli ailə təməli qoyular. 

Ailədə 


cərəyan 

edən münasibətlərdə ən böyük çatışmazlıq 

gənclərin  nəinki  qarşı  tərəfi,  hətta  özlərini  belə  yaxşı  tanımaması,  öz 

xarakterlərinə  dərindən  bələd  olmaması,  vahid  həyat  prinsiplərinin  və 

konkret,  fərdi  istəklərinin  olmamasındadır.  Məlum  məsələdir  ki,  özünə 

bələd  olmayan  insan  qarşısındakı  insanı  da  tanımaq  iqtidarında  deyildir. 

Təbii  ki,  bu  tip  insan  ailə  qurarkən  də    seçimində  yanılacaqdır.  Bu  da 

gələcəkdə  ailədə  çox  ciddi  problemlərin  yaranmasına  və  münasibətlərdə 

bir natamamlıq hissi yaşanmasına səbəb olacaqdır. Bu baxımdan ailədaxili 

konfliktlərdən  yayınmaq   üçün   ilk  olaraq    tərəflər   gələcək  həyat 

yoldaşının 

 xarakterini, 

ruhiyyəsini, 

nələrdən 

xoşlanıb xoşlanmadığını öyrənməlidirlər. 

Təbii  ki,  bunun  üçün  də 

kifayət qədər zaman lazımdır.  


Buraxılış №1 

Zaman  bir  göz  qırpımında  keçir.  Gündəlik  məişət  qayğıları, 

planlaşdırdığımız karyera hədəfləri bizi ailəmizdən uzaqlaşdırır. Bütün bu 

qayğılarla  ayaqlaşmağa  çalışdığımız  zaman  evliliyimiz  arxa  plana  keçir. 

Lakin  bu,  yolverilməz  haldır.  Aparılan  tədqiqatlar    nəticəsində  məlum 

olmuşdur ki, hətta qısamüddətli psixoterapevtik müdaxilələr yaşanacaq bir 

sıra ciddi problemlərin qarşısını ala bilər.   

 

Yuxarıdakı  mövzuya  dair  tədqiqat  əsasən  evli  cütlüklər  arasında 



aparılmış və məlum olmuşdur ki, ikilikdə həll oluna biləcək olduqca cüzi 

səbəblər kənar müdaxilələr nəticəsində son dərəcə mürəkkəb bir xarakter 

alır. Tövsiyyə edirik ki, qurulan gənc ailələrə bir-birilərinə vaxt ayırmaları 

üçün imkan yaradılsın. Nəzərə alınmalıdır ki, qurulan ailə həyatı iki gənc 

arasında  paylaşılacaq  və  bu  qurumun  uzunömürlü  və  sağlam  olmasında 

valideynlərin  və  digər  yaxın  qohumların  da  özünəməxsus  anlayış  payı 

vardır. 

 

 



 

  “Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

 Həcəmova Zeynəb Əhməd qızı 

Buraxılış №1 

Mövzunun  aktuallığı.  Yeniyetmə  dövr ündə  həyəcan  əsas 

emosional  hal  kimi  özünü  biruzə  verir.  Yeniyetməlik  yaşının  bioloji, 

fizioloji  və  psixoloji  dəyişilmələri,  eləcə  də  orta  siniflərdə  təhsil  və 

ünsiyyət çətinlikləri özünəməxsus stressogen faktor kimi çıxış edir. Təşviş  

həyəcanlılıq vəziyyəti kimi qeyri-adaptiv fikirlər və emosiyalarla başa çıxa 

bilməmək nəticəsində müəyyən dərəcədə psixoloji müdafiə mexanizminə; 

kopinq  strategiyaya  çevrilir.  Bu  baxımdan  orta  məktəb  şagirdlərində 

həyəcanlılığın  səviyyəsinin  öyrənilməsi  praktik  baxımdan  olduqca  vacib 

məsələdir.  

 

Tədqiqatın  keçirilməsi  və  tətbiq  edilən  metodikalar  haqqında 



məlumat.  

 

Tədqiqat    Biləcəri  qəsəbəsi  E.Əliyev  adına  297  saylı  tam  orta  



məktəbdə  və  Nərimanov  rayonu  N.Tağıyev  adına  212  saylı  orta 

məktəblərdə  keçirildi.  Tədqiqatda  iştirak  edən  məktəblilər  isə  beşinci, 

altıncı və yeddinci sinif şagirdləridir. 

 

   Tədqiqatda  hər  üç  sinifdə  ayrı-ayrılıqda  50  olmaqla  ümumilikdə 



150 nəfər şagird iştirak etdi. Bu şagirdlərdən ümumilikdə 89 nəfəri qız, 71 

nəfəri isə oğlandır.  

 

Belə ki, tədqiqatda iştirak edən 50 nəfər beşinci sinif şagirdindən 22-



si qız, qalan 28 nəfəri oğlan, altıncı sinif şagirdlərindən 24-ü qız, qalan 26 

nəfəri oğlan, yeddinci sinif şagirdlərindən isə 23 nəfəri qız, qalan 27 nəfəri 

isə oğlandır.  

 

Tədqiqat  ardıcıllıqla  əvvəlcə  beşinci  sinif  şagirdləri,  daha  sonra 



altıncı sinif şagirdləri və ən nəhayət yeddinci sinif şagirdləri ilə müəyyən 

ardıcıllıqla keçirildi. 

 

 Belə  ki,  tədqiqat  zamanı    müxtəlif  metodikalardan  istifadə  edildi. 



İstifadə  olunan  metodikalar  hər  biri  müəyyən  ardıcıllıqla  və  müəyyən 

zaman intervalında tədqiq olunanlara təqdim olundu.  

 

Təşvişin  qiymətləndirilməsi  şkalası  (Tsunq  şkalası)  qısa  təlimatdan 



sonra  üç  dəqiqə  müddətində  keçirilən  şkaladır.  Bu  şkala  bütün  klinik 

hadisələr zamanı tətbiq oluna bilər.  

 

Belə ki, şkala hər biri dörd dərəcəli cavab variantlarından ibarət olan 



iyirmi sualdan təşkil olunmuşdur. Təşkil olunan iyirmi cümlədən beş bənd 

affektiv  simptomları,  qalan  on  beş  bənd  isə  somatik  simptomları  əhatə 

edir. 

 

 Hər bir suala verilən cavab variantları bunlardır: 



1. çox nadir 

2. nadir 

3. bir çox hallarda 

4. demək olar ki, həmişə 

 

ORTA MƏKTƏB ŞAGİRDLƏRİNDƏ TƏŞVİŞİN ÖYRƏNİLMƏSİ 

 

  “Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 



 Məmmədzadə Səbinə 

İstifadə olunmuş ədəbiyyat: 

 

1.  Bayramov 

Ə.S., 

Əlizadə 


Ə.Ə. 

Psixologiya. Bakı: 2003, 520 s. 

 

 2.    İsmayılov  N.V.,  İsmayılov  F.N.  Tibbi 



psixologiya  və  psixoterapiya.  Bakı:  Qapp-

Poliqraf, 2004, 585 s. 

 

 3.  Qədirov.Ə.Ə.  Yaş  psixologiyası.  Bakı: 



Maarif, 2008, 386 s.  

 

4.  M.V.Vəliyev,  A.M.Mustafayev.  İnkişaf 



və yaş psixlogiyası. Bakı: Elm, 2013, 297 s. 

  

5.  Şəfiyeva  E.İ.  Klinik  psixologiya,  2002, 



120 s.  

  

6. 



Абульханова-Славская 

К. 


А. 

Деятельность и психология личности. М., 

2009, 465 c.  

  

7.  Адлер  А.  Практика  и  теория 



индивидуальной  психологии.  –  М.,  2007, 

165 с. 


 

8.    Буянов  М.  И.  Психотерапия  неврозов 

у  детей  и  подростков  (суггестивные  и 

тренировочные  методики).  –  М.,  2003, 

308 c.  


Buraxılış №1 

 Şəkil 1. Kiçik məktəblilərdə təşviş səviyyəsinin qiymətləndirilməsi  

 

Şkalada  tədqiq  olunanın  toplaya  biləcəyi  ən  yüksək  bal  80  baldır. 



Təşviş indeksi isə tədqiq olunanda alınan balın maksimal bala nisbəti ilə 

müəyyən  olunur.  Lakin  göstərici  kimi  isə  50  bal  müəyyən  olunur  və 

şagirdlərdə təşvişin səviyyəsi bu bala əsasən təyin olunur. 

 Şkala  təlimatda  yazıldığı  kimi  tədqiq  olunanlara  üç  dəqiqə 

müddətində  təqdim  olundu  və  verilən    zaman  ərzində  şagirdlər  onlara 

ünvanlanan suallara cavab verərək dörd cavab variantından birini seçdilər 

və həmin variantın müvafiq balını yazdılar. 

Belə ki, şagirdlərdə təşvişin dinamikası müəyyən olunduqdan sonra 

isə  növbəti  metodika  tədqiq  olunanlara  təqdim  olundu.  “Nevrozun 

ekspress-diaqnostik  metodikası”    K.Xek  və  X.Xessan  tərəfindən 

hazırlanmışdır və qırx sualdan təşkil olunmuşdur. 

Təlimat  zamanı  tədqiq  olunanlardan  son  altı  ayı  nəzərlərində 

saxlamaqla  onlara  ünvanlanan  suallara  “hə”  və  ya  “yox”,  “bəli”  və  ya 

“xeyr”, “+” və ya “-“ cavab variantlarından birini yazmaqları tələb olundu. 

Göstərici kimi 24 bal nəzərdə tutulmuşdur və tədqiq olunanlarda nevrozun 

olub-olmaması bu bala əsasən təyin olunur. 

 

  Tədqiqat nəticələrinin təhlili.  



 

Orta  (5,  6,  7-ci)  sinif  şagirdlərində  təşvişin    müəyyənləşdirilməsi 

mövzusunda keçirilmiş tədqiqatın nəticələrinə nəzər yetirək. İlkin istifadə 

olunmuş metodika Tsunqun “təşviş şkalası” oldu.  

Tədqiqatın  keçirilməsində  beşinci,  altıncı  və  yeddinci  sinif 

şagirdləri  olmaqla  ümumilikdə  150  şagird  iştirak  etdi.  Əldə  olunan 

nəticələr həm yaş, həm də cins kateqoriyası üzrə nəzərdən keçirildi. 

Tədqiq  olunanlardan  49  nəfərdə  təşvişin  səviyyəsi  yüksək 

müəyyənləşdirildi. Ayrı-ayrılıqda beşinci siniflərdə 50 nəfər şagirddən 14-

ündə,  altıncı  siniflərdə  15  nəfərdə,  yeddinci  siniflərdə  isə  20  nəfərdə 

təşvişin səviyyəsi yüksək oldu.  

Belə  ki,  alınan  nəticələrə  əsasən  yaş  kateqoriyasını  nəzərə  alsaq 

beşinci  və  altıncı  sinif  şagirdləri  ilə  müqayisədə  yeddinci  sinif 

şagirdlərində  təşvişin  səviyyəsi  daha  yüksək  oldu.  Yəni  təşvişin  dinamik 

səviyyəsi  siniflər  üzrə  yuxarı  qalxdıqca  artdı.  Beşinci  siniflərdə  təşvişin 

səviyyəsi  faiz  etibarı  ilə  21%,  altıncı 

siniflərdə 

təşvişin 

səviyyəsi  faiz  etibarı  ilə  33%  və  nəhayət 

yeddinci  siniflərdə  isə 

təşvişin  səviyyəsi  faiz  etibarı  ilə  46% 

müəyyən olundu. 

9. Виш И. М. Опыт лечения неврозов и 

невроподобных  состояний  у  детей 

школьного  возраста.  –  Харьков:  2005, 

356 с.  


 

10.  Захаров  А.  И.  Неврозы  у  детей  и 

подростков. – Л., 2003, 500 c.  

 

11.  Захаров  А.И.  Происхождение 



детских  неврозов  и  психотерапия.  –  М.: 

2001, 405 c. 

 

12.  Ковалев  В.  В.,  Шевченко  К.  С. 



Невроз навязчивых состояний у детей и 

подростков. 

Методические 

рекомендации. – М., 2001, 303 c. 

 

13.  Матвеев  В.Ф.,  Гойсман  А.Л. 



Профилактика 

вредных 


привычек 

школьников.  –  М.  Просвещение,  2007, 

590 c. 

 

 14. 



Неврозы 

и 

пограничные 



состояния / Под ред. В. Н. Мясищева, Б. 

Д.  Карвасарского,  А.  Е.  Личко.  –  Л., 

2005, 470 c.  

 

15.  Нюнберг  Герберт.  Принципы 



психоанализа  и  их  применение  к 

лечению неврозов. – СПб., 2006, 360 c. 

 

 16.  Пивоварова  Г.  Н.  и  Симеон  Т.  П. 



Неврозы  детского  и  подросткового 

возраста. – Петрозаводск, 2002, 290 c. 

 

 17. Сухомлинский В.А. Сердце отдаю 



детям. - К.: Радяньська школа. 2008, 244 

с. 


 

 18. 


Фрейд 

Зигмунд 


«Психоаналитические 

этюды» 


/

Составление  Д.И.  Донского,  В.Ф. 

Круглянского; 

Послесл. 

В.Т. 

Кондрашенко;  –  Мн.:  ООО  «Попурри», 



2007.  

Buraxılış №1 

Şəkil 2. Kiçik məktəbli qızlarda və oğlanlarda təşviş səviyyəsinin qiymətləndirilməsi 

 

 

 



 

 

Cins  kateqoriyasını  nəzərə  aldıqda  ümumilikdə  siniflər  üzrə 



yuxarı  qalxdıqca  oğlanlara  nisbətən  qızlarda  təşvişin  səviyyəsi  daha 

yüksək oldu. 

 

Ümumilikdə,  qızlarda  27  nəfərdə,  oğlanlarda  isə  19  nəfərdə 



təşvişin səviyyəsi yüksək oldu. Belə ki, qızlarda təşvişin səviyyəsi faiz 

etibarı ilə 62%, lakin oğlanlarda isə 38% müəyyən olundu.  

 

Ayrıca olaraq beşinci siniflər üzrə alınmış nəticələrə nəzər salaq. 



Belə  ki,  cins  kateqoriyası nəzərə  alındıqda  50  nəfər şagirddən  14-dən 

yeddisi qız, qalan dörd nəfəri oğlan olmaqla təşvişin səviyyəsi yüksək 

oldu.  Faiz  etibarı  ilə  isə  qızlarda  70%,  oğlanlarda  isə  30%  müəyyən 

olundu. 


 

Altıncı  siniflər  üzrə  alınmış  nəticələrə  cins  kateqoriyası  nəzərə 

alınmaqla  nəzər  saldıqda  isə  50  nəfər  şagirddən  15-ində  9  nəfəri  qız, 

qalan  6  nəfəri  oğlan  olmaqla  təşvişin  səviyyəsi  yüksək  oldu.  Faiz 

etibarı ilə qızlarda 56%, oğlanlarda isə 44% müəyyən olundu. 

 

Cins  kateqoriyası  nöqteyi-nəzərindən  yeddinci  siniflər  üzrə 



keçirilmiş  şkalanın  nəticələrinı  müəyyənləşdirən  zaman  təşvişin 

səviyyəsi 50 nəfər şagirddən 20-ində 11 nəfəri qız, qalan 9 nəfəri oğlan 

olmaqla yüksək oldu. Faiz etibarı ilə qızlarda 64%, oğlanlarda isə 36% 

müəyyən olundu. 

 

Tədqiq  olunanlarda  təşvişin  səviyyəsi  müəyyən  olunduqdan 



sonra isə digər metodika;  “Nevrozun ekspress-diaqnostik” metodikası 

keçirildi. 

 

Bu  zaman  alınan  nəticələrə  hər  iki  kateqoriya,  yəni  həm  cins, 



həm  də  yaş  kateqoriyası  üzrə  nəzər  salaq.  Yaş  kateqoriyası  nöqteyi-

nəzərindən  yanaşdıqda  alınmış  nəticələrə  əsasən  ümumilikdə  siniflər 

üzrə yuxarı qalxdıqca şagirdlərdə təşviş daha çox müəyyən olundu.  

 

 



19.  Хорни  К.  Психология  Женщины; 

Невротическая личность нашего времени. 

– Спб.: 2002, 496 c. 

 

20.  Ярошевский  М.  Г.  История 



психологии. – М., 2003, 565 с.  

 

21. 



Adler 

A. 


Psychisher 

Hermaphroditismus  und  mannlicher  Protest 

ein 


Kernproblem 

der 


nervosen 

Erkrankungen  //  Adler  A.  Praxis  und 

Theorie  der  Individualpsychologie. 

Munchen:  Verlag  fon  J.F.Bergman,  2004, 



S.11-15.  

 

22.  Freud  A.  The  writings  of  A.  Freud. 



V. VIII. Int. Univ. Press, 2003, 581 p.  

 

 23.  Klein  G.  Psychoanalytic  theory. 



N.Y., 2004, 326 p 

Buraxılış №1 

Belə  ki,  ümumilikdə  48  nəfərdə  beşinci  siniflərdə  10  nəfər, 

altıncı  siniflərdə  16  nəfər  və  yeddinci  siniflərdə  22  nəfər  olmaqla 

təşvişin  səviyyəsi  yüksək  oldu.  Faiz  etibarı  ilə  isə  beşinci  siniflərdə 

21%, altıncı siniflərdə nevrozun rast gəlinməsi fazi etibarı ilə 33% və 

nəhayət yeddinci siniflərdə isə faiz etibarı ilə 46% müəyyən olundu.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3. Kiçik məktəblilərdə təşvişin ekspres-diaqnostik qiymətləndirilməsi 

 

Həmçinin  əldə  olunan  nəticələrə  cins  kateqoriyası  nöqteyi 



nəzərindən də baxa bilərik. 

Belə  ki,  ümumilikdə  siniflər  üzrə  cins  kateqoriyasına  əsasən 

ümumilikdə  qızlardan 30 nəfərdə, oğlanlardan isə 18 nəfərdə nevrozun 

rast gəlinməsi yüksək oldu. Faiz etibarı ilə isə qızlarda 62%, oğlanlarda 

isə 38% müəyyən olundu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 4. Kiçik məktəblilərdə qızlarda və oğlanlarda təşvişin ekspress-diaqnostik 

qiymətləndirilməsi 

 

Ayrı-ayrılıqda  siniflər  üzrə  nəzər  saldıqda  isə  beşinci  siniflərdə 



cins kateqoriyası üzrə ümumilikdə 50 nəfər şagirddən 10 nəfərdə 7-si 

qız, qalan 3-ü isə oğlan olmaqla nevrozun rast gəlinməsi yüksək oldu. 

Faiz etibarı ilə qızlarda 70%, oğlanlarda isə 30% müəyyən olundu.  

Altıncı  siniflər  üzrə  cins  kateqoriyasına  əsasən  nevrozun  əmələ 

gəlməsi 50 şagirddən 16 nəfərindən 9-u qız, qalan 7-si oğlan olmaqla 

yüksək  oldu.  Faiz  etibarı  ilə  qızlarda  56%,  oğlanlarda  isə  44% 

müəyyənləşdirildi. 

Yeddinci  siniflər  üzrə  cins  kateqoriyası  üzrə  əldə  olunan 

nəticələrə  əsasən  isə  nevrozun  rast  gəlinməsi  50  nəfər  şagirddən  22 

nəfərində 14-ü qız, qalan 8-i isə oğlan 

olmaqla yüksək oldu.  

Faiz etibarı ilə isə qızlarda 64%, 

oğlanlarda  isə  36% 

müəyyən olundu. 



Buraxılış №1 

 

Növbəti  bir  metodika  isə  “Heyvan  məktəbi”  adlı  proyektiv 



metodikadır. Bu metodikanın nəticələrinə əsasən şagirdlərdə həm yaş, 

həmçinin  də  cins  kateqoriyası  üzrə  həyəcan  və  qorxunun  səviyyəsi, 

həmçinin  də  şagirdlərin  məktəbə  adaptasiya  səviyyəsi  və  təlimə 

münasibəti müəyyənləşdi. 

 

 Alınan  nəticələrə  əsasən  150  nəfər  şagirddən  27  nəfər  beşinci 



sinif, 33 nəfər altıncı sinif və nəhayət 36 nəfəri yeddinci sinif olmaqla 

96 nəfərində təşviş və qorxunun səviyyəsi yüksək oldu.  

 

Faiz etibarı ilə isə beşinci siniflərdə 28%, altıncı siniflərdə 34% 



və nəhayət yeddinci siniflərdə isə 38% müəyyən olundu. 

 

Tədqiqat  nəticəsində  müəyyən  olundu  ki,    siniflər  üzrə  yuxarı 



qalxdıqca  təşvişin  səviyyəsi  dinamik  olaraq  artdı.  Eləcə  də  cins 

kateqoriyası üzrə də nəticələrə nəzər saldıqda istər ümumilikdə, istərsə 

də  ayrı-ayrılıqda  siniflər  üzrə  qızlarda  təşvişin  səviyyəsi  oğlanlara 

nisbətən yüksək oldu.  

 

Güman  etmək  olar  ki,  intellektual  səviyyənin  aşağı  olması, 



valideyn və müəllimlərin şagirdin potensialına uyğun olmayan/yüksək 

tələblər qoyması şagirdlərdə yaş artdıqca həyəcanlılığı da artırır.   

 

Daimi  həyəcan  belə  şagirdlərin  təlim  fəaliyyətinə  münasibətinə 



ciddi  təsir  göstərir.  Belə  ki,  təşviş  səviyyəsi  yüksək  olanlarla 

müqayisədə  psixoloji  narahatlığı  olmayan    şagirdlərdə  təlim 

fəaliyyətinə  münasibət  də  ürək  açan  olur.  Yəni  istər  sinif  yoldaşları, 

istərsə də müəllimlər ilə ciddi konfliktlər gözə çarpmır. Belə şagirdlər 

asanlıqla  yoldaşları  ilə  ünsiyyətə  girir  və  dərslərində  də  yetərincə 

fəallıq göstərər bilirlər. Yaranan qorxu və həyəcan onların dərslərindən 

geri düşməsinə, yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkmələrinə, 

həm  valideynlərlə,  həmçinin  də  müəllimlərlə  ciddi  konfliktlərin 

yaranmasına gətirib çıxarır.  

 

Bəzi hallarda meydana çıxan nevrotik hal onların məktəbli kimi 



öz vəzifələrini tam olaraq dərk edə bilməsinə də mane olur ki, bunun da 

nəticəsində  şagird  məktəbdən  yayınır  və  kənar  məşğuliyyətlərə  daha 

həvəsli  olur.  Təlim  və  ünsiyyət  çətinlikləri  yaşayan  şagirdlər 

(yeniyetmə yaşının xüsusiyyətlərini də nəzərə alsaq) özünü təsdiq edə 

biləcəkləri  əlavə  məşğuliyyətlər  və 

qruplara yönəlirlər. 



Buraxılış №1 

 

 



Həmçinin bu zaman uşaqlarda həm öz sinif yoldaşlarına, həm də 

digər  şəxslərə  qarşı  verbal  aqressiya,  güclü  özünü  müdafiəyə  meyl, 

şübhəlilik, gərginlik, stress, həyəcan və qorxunun yaranmasının tezliyi 

müşahidə  olunur.  Verbal  aqressiya  daha  çox  oğlanlarda,  gərginlik  və 

şübhəlilik daha çox qızlarda təsadüf edilir.  

 

Uğursuzluq  zamanı  sıx-sıx  yaranan  həyəcanlar,  məhsuldarlığın 



aşağı olması ilə əlaqədar potensial olaraq emosional yaddaşda yaranan 

problemlər neqativ həyəcanların meydana gəlməsinə səbəb olur. 

 

Yeniyetməlik  dövründə  fəaliyyətin  psixoloji  tənzimlənməsinin 



təsviri şəxsiyyətin həyəcanlı tipi kimi səciyyələndirilir və  şagirdin dərs 

proqramının  müxtəlif  parametrləri  üzrə  bilikləri  yaxşı  mənimsəyə 

bilməməsinin  səbəbi  nədir?  sualına  cavab  axtarır.    Bu  şərait  ictimai 

cəhətdən  adekvat  motivlərin  inkişafına  və  həyəcanlı  uşaqlarda 

şəxsiyyətin  özünüqiymətləndirilməsinə  yönəlmiş  tərbiyəvi  xarakterin 

əhəmiyyətli  profilaktik,  korreksiyalı  və  inkişaf  etdirici  tədbirlərin 

tövsiyəsi üçün əsas verir.  

 

Təşviş  pozuntusu  isə  şagirdin  sosial  inkişafında  çətinliklərə, 



sinifdə  şagirdin  şəxsi  statusunun  zədələnməsinə  səbəb  olur.  Əxlaqda 

meydana  çıxan  qüsurlar,  yaşıdlarla  ünsiyyət  zamanı  yaranan 

problemlər neqativ münasibətə səbəb olur.  

 

Bir  çox  uşaqlarda  nevroz  reaksiyaları  (pəltəklik,  gecə  enurezi, 



barmağın sorulma tipinin iradəsiz hərəkətləri, dırnaqların yeyilməsi və 

s.vərdişlər)  diaqnoz  kimi  qoyulur,  diaqnozdan  əvvəl  həyəcan  və  ürək 

döyüntülərinin tezləşməsini müəyyən edən yoxlanışlar aparılır. 

 

Nevrozlar  isə  şagirdin  sosial  inkişafında  çətinliklərə,  sinifdə 



şagirdin şəxsi statusunun zədələnməsinə səbəb olur. Əxlaqda meydana 

çıxan qüsurlar, yaşıdlarla ünsiyyət zamanı yaranan problemlər neqativ 

münasibətə səbəb olur.  


Buraxılış №1 

 

 



 

 

Bir  çox  uşaqlarda  nevroz  reaksiyaları  (pəltəklik,  gecə  enurezi, 



barmağın sorulma tipinin iradəsiz hərəkətləri, dırnaqların yeyilməsi və 

s.vərdişlər)  diaqnoz  kimi  qoyulur,  diaqnozdan  əvvəl  həyəcan  və  ürək 

döyüntülərinin tezləşməsini müəyyən edən yoxlanışlar aparılır. 

Təşviş  pozutuları  isə  şagirdin  sosial  inkişafında  çətinliklərə, 

sinifdə  şagirdin  şəxsi  statusunun  zədələnməsinə  səbəb  olur.  Əxlaqda 

meydana  çıxan  qüsurlar,  yaşıdlarla  ünsiyyət  zamanı  yaranan 

problemlər neqativ münasibətə səbəb olur.  

Bütün  bunlar  onu  göstərir  ki,  psixoloq,  müəllim,  həyəcanlı 

məktəblinin  valideynləri  bu  qədər  həyəcanlılığı  mümkün  vasitələrlə 

azaltmağa  çalışmalıdır,  lakin  həyəcanlı  şəxsiyyətin  strukturunu  belə 

dəyişdirən  zaman  da  diqqətli  olmaq  lazımdır  ki,  o  öz  zəngin  şəxsi 

potensialını reallaşdıra bilsin, onu qeyri-adekvat gərginliklərə (neqativ 

emosional həyəcanlara, qorxulara və s.) sərf etməsin.  

 

 



 

  

“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

 Məmmədzadə Səbinə

 

Buraxılış №1 

 

Cinsi  istismar,  ümumi  mənada  bir  insanın  qarşısındakının  istəyi 



olmadan  cinsi  təmas  və  ya  davranış  vasitəsilə  ondan  faydalanması  və 

qarşısındakına  emosional,  psixoloji  və  fiziki  zərər  verməsidir.  Uşaqlıqda 

cinsi  istismar,  uşaqdan  daha  yaşlı  və  ya  daha  güclü  insan  və  ya  insanlar 

tərəfindən  göstərilən  zorakı  intim  davranışlardır.  İstismar  münasibəti 

göstərmiş şəxslərin əksəriyyətini yaxın əhatədən olan kişilər (qardaş, ata, 

əmi, baba, ailə dostu və ya yad insanlar) təşkil edir.  

 

 

Uşaq  ikən  taciz  edilən  bir  çox  qadın  “özün  çirklənmiş  hiss 



etdiyini”  deyir.  Bununla  bədəninin  bir  qismini  çirklənmiş,  əxlaqsız  və 

iyrənc  olduğuna  inanır.  Bədəni  öz  istəyi  olmadan  istifadə  edilən  qız  

təcavüzkarı  saldırğan,  alçaldıcı,  həzzverici,  zarafatcıl,  etirazlara  qarşı 

laqeyd  olmasından  tanıyır.    Hadisənin  gerçəkləşdiyi  əsnada  və  ya  daha 

sonra  təkrarlanmasının  qarşısını  alma  baxımdan  uşağın  özünü  çarəsizlik 

hissi  belə  hadisələr  üçün  olduqca  aktualdır.  Uşaqda  inkişaf  edəcək  tipik 

davranışlara aşağıdakıları aid etmək olar: 

 

 



11  yaşından  etibarən  (və  ya  daha  tez)  digər  qızların  (inkişaf  etməyə 

başlayıbsa)  döş  hissəsinə,  döşlərinə,  cinsi  orqanına  və  ya  anusuna 

baxmasını və ya toxunmasını istəyə bilər; 

 

 



13-14 yaşında və ya daha tez içki içməyə başlaya, alkoqola aludə ola 

bilər, digər maddə asılılıqları, sakitləşdiricilər və yuxu dərmanları, ya 

da  narkotik  (kokain,  heroin  və  ya  metamfetamin)  davamlı  olaraq 

istifadə edə, bu yolla özünü sağaltmağa çalışdığını göstərmə yə meylli 

demonstrativ  davranış  formalaşdıra  bilər.  Özünə  zərər  verən,  çirkin, 

kirli və ya pis bir insan olduğundan danışa bilər (alçaqlıq kompleksi); 

 

 

Gizlincə özünü yaralamağa, kəsməyə və ya yandırmağa başlaya, sosial 



aralaşma və depressiya əlamətlərinə rast gəlinə bilər

 

 



Gənclik dövründə özünü istismar edən kişilər və ya qızlarla münasibət 

qurmağa meylli ola və ya kişilərə az maraq göstərə bilər; 

 

 

Kişi  paltarları  geyinə  və  ya  bədən  xətlərini  gizləyən  geyimləri  seçə, 



bəzən  də  qeyri-adekvat  ekstravaqant  geyinə  və  təsadüfi  cinsi 

münasibətlərə girə bilər. 

 


Yüklə 349,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin