"Gənc Psixoloqlar" İctimai Birliyi "Psixoloji tədqiqatlar" işçi qrupu


UŞAQ YAŞLARINDA CİNSİ ISTISMARA MƏRUZ QALAN



Yüklə 349,13 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix16.03.2017
ölçüsü349,13 Kb.
#11585
1   2   3   4

UŞAQ YAŞLARINDA CİNSİ ISTISMARA MƏRUZ QALAN  

QADINLARIN PSİXOLOJİ VƏZİYYƏTİNİN ÖYRƏNİLMƏSİ 

  “Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

Yusubova Sənubər  

İstifadə olunmuş ədəbiyyat: 

 

1. Haluk Yavuzer “Çocuk psikolojisi” 2012 

 

2.Голубцова, 



Л.И. 

Возрастные 

закономерности 

психосексуального 

развития 

больных, 

страдающих 

малопрогредиентной  шизофренией/  Л.И. 

Голубцова - М; Наука, 2003 - 412 с.  

 

3. Кацубо, С.П., Жорова, М.А. Семья в жизни 



человека:  правовые  основы.  -  Гомель: 

Рес. унит. предприятие «Центр науч.-тех. 

и деловой информации», 2003. - 88 с. 

 

4.  Эльконин,  Д.Б.  Детская  психология  /  Д.Б. 



Эльконин; Ред. - сост. Б.Д. Эльконин. - 2-

е  изд.,  стер.  -  М.:  Издательский  центр 

«Академия» 2005. - 384 с. 4. Gary Small – 

Gigi Vorgan “Bir psikiyatristin gizli defteri” 

2013  

www.psynavigator.ru “Кризисы и травмы”  



www.trauma-pages.com  

www.child-abuse.com  

www.ascasupport.org  

www.siawso.org  

www.cokmed.org  

www.macok.marmara.edu.tr  



Buraxılış №1 

Kompensator mexanizmlər və digər simptomlar.  

 

Bir qızın taciz və ya təcavüzə uğradıqdan sonrakı ilk reaksiyası şok 



və  təəccübdür.  İstismarı  güdərək  hər  hansı  bir  şeyi  edib-etməyəcəyini 

anlamağa  çalışdıqdan  sonra  bir  sonrakı  işi  bunun  bir  daha  reallaşmasını 

əngəlləməkdir.  Təcavüzkar  atadırsa,  uşaq  çox  “yaxşı”  davranaraq  atasının 

ona  “çox  hirslənib”  bunu  bir  daha  etməsinə  mane  olacağını  düşünə  bilər. 

İlkin mərhələdə uşaq atasının xoşuna gəlməyəcəyi şeyi etdiyi üçün bu şəkildə 

cəzalandırıldığına inana bilər. Təcavüzkar əmi, ya da ailə dostudursa, ondan 

mümkün ola bildiyi qədər qaçmağa çalışar, nə qədər yaxındırsa, qaçış da o 

qədər  çətin  olacaqdır.  Təcavüzkar  onunla  eyni  evdə  yaşayırsa,  evə  tez-tez 

gəlirsə,  qaçışı  imkansızdır.  Qaçışın  mümkün  olmadığı  vəziyyətlərdə  öncə  

boş ümidlərə qapıla bilər. İstismar bu və ya digər şəkildə yenidən reallaşarsa, 

uşaq ümidini itirər.  

 

 



İstismar təkrarlanarsa və ya ən pisi xronikiləşərsə, asılılıq yaratmağa 

başlayar.  Yaşının  az  olması  ilə  əlaqədar  olanları  özünə  və  ya  başqasına 

açıqlayacaq sözlərə və fikrilərə sahib deyildir. Uşaq istismarı problemlərinin 

kritik  tərəflərindən  biri  də  lokus  kontrolun  inkişaf  güna  edə  bilməməsi  ilə 

əlaqədar günahkarlıq hissinin yetərincə inkişaf etməməsidir. Uşaq bu ağrını, 

dəhşəti  və  zərəri  gizli  çəkdiyini  düşünə  bilər.  Bu,  öz-özünü 

günahlandırmasının  başlanğıcıdır;  dərin  çarəsizlik  hissindən  dolayı  bir 

müdafiə  mexanizmi  vəzifəsi  daşıyır.  Günahkarlıq  hissi  özünə  hörmət 

(ləyaqət)  hissinə  neqativ  bir  iz  buraxaraq  uşaq  şəxsiyyətinin  inkişafında 

özünə nifrətə səbəb olur.  

 

 

Sehrli düşünmə, günahkarlıq hissi uşağın situasiyaya adaptasiyasıdır. 



Daha sonra, əsasən də yeniyetməlikdə bunlara yeniləri əlavə olunur. Özünü 

kəsmə  və  ya  anoreksiya  kimi  pozuntular,  bədənin  istismarçını  cəzb  edən 

hissəsinin günahlandırılması davranış pozuntularına gətirib çıxara bilir. Bunu 

edərkən bədəninin irəlidə onu istismar edə biləcək (diqqətini cəlb edəcək- bu 

anlayışlar  eyniləşir)  hər  hansı  birinə  daha  az  cazibədar  olmasına  ümid 

yaradır.  Həm  anoreksiya,  həm  də  özünü  kəsmə  gənc  qadının  öz  qadınlıq 

anlayışı  ilə  mübarizə  apardığını  göstərir.  Anoreksiyanın  ən  bariz  nəticəsi 

böyüyən döşlərin, baldırların əriməsidir. Özünü kəsmə isə ümumilikdə qadın 

gözəlliyinin  ayırdedici  bir  özəlliyi  olan 

dəriyə  dağıdıcı  hücumdur. 

Bu  davranışlar  təcavüzə  uğramış  şəxsin 

şüurlu  və  ya  şüursuz  bir 

qərarından yarana bilər.  


Buraxılış №1 

 

İnsan  emosional  səviyyədə  heç  bir  şəkildə  dərk  edə  bilmədiyi  fiziki  və  ya 



psixoloji travma sonrası stress pozuntusu (PTSP) yaşayır. Simptomları təşviş, 

depressiv  əhval,  təkrarlanan  röyalar  və  fleşbəklərin  (keçmiş  dəhşətverici 

xatirələrin yenidən göz önündə canlanması) kombinasiyasıdır. Hər hansı bir 

yaşda  ilk  olaraq  travma  PTSP  yarada  bilər,  amma  uşaqlıq  dövrü  daha 

həssasdır, belə ki, uşağın psixoloji resursları azdır və zəkası hələ tam inkişaf 

etməmişdir.  

 

 

Müdafiə xarakterli davranış strategiyaları.  



 

1-12  yaş  arasında cinsi istismara  uğramış  və  ya  hələ də  uğramaqda 

olan qızlar, xüsusilə də digər qızlara qarşı utancaq, cəmiyyətdə passiv görünə 

bilər  və  kişilərdən  mükün  olduğu  qədər  uzaq  durarlar.  Bir  qadın  və  ya 

yeniyetmə qız özünə qarşı intim yaxınlaşmaya nəzarət edə bilməməkdən və 

ya sərhədlərini müəyyən etməkdən qorxarsa, həm ağrını, həm də utancı inkar 

edərək  bunu  qorxusuzca qəbul etməklə  istismar  edilməyə  “dözə  biləcəyini” 

düşünərək hadisəni səmərəliləşdirir. Hədsiz passiv vəziyyət göstərmək bəzən 

əllə taciz, oxşanma əsnasında cinsis boşalmağa qədər çata bilər.    

 

Yeniyetməlikdən  əvvəl  özündən  böyük  uşaq,  ya  da  kişi  tərəfindən 



istismar edilən uşaq yeniyetməliyin başlanğıcında çox fərqli reaksiyalar verə 

bilər.  Cazibədar  və  diqqətçəkici  davrana,  seksual  və  açıq-saçıq  geyinə  və 

seksuallığını  vurğulamaq  üçün  bədən  dilini  istifadə  edə  bilər.  Daha  da  irəli 

gedərək  təsadüfi  cinsi  münasibətlərə  daxil  ola  bilər.  Cəmiyyətin 

narazılıqlarına qatlanmaq onun üçün artıq əhəmiyyətsiz hala gələ bilər. Devi-

ant davranışın nəticəsi artıq getdikcə antisosial tendensiyalara gətirib çıxarır. 

Çünki  bu  davranışlar  ona  təhlükəsizlik  tələbatını  ödəməyə  imkan  verən 

kompulsiya xarakteri daşımaqdadır.  

 

 

 



Dəyişən cinsi orientasiya. Uşaqkən kişilər tərəfindən cinsi istismara 

məruz  qalmış  bəzi  qadınlar  kişi  partnyor  ilə özlərini rahat  hiss  etmir.  Hətta 

kişilərə  qarşı  maraq  və  seksual  oyanmalara  həssaslıq  olmur.  Ancaq  bütün 

seksual-intim  yaşantılardan  imtina  etmək  yerinə  bunları  daha  təhlükəsiz  və 

zərif hesab etdikləri qadınlara yönəlirlər.  


Buraxılış №1 

 

Özünə  zərərvermə.  Uşaqlıqda  cinsi  istismara  məruz  qalan  şəxslərdə  ən 



yayılmış  davranış  pozuntusu  özünə  zərərvermədir.  Bu,  bıçaqla,  qayçıyla, 

təraşla,  şüşə  qapağından  şüşə  qırıntısına  qədər  hər  hansı  bir  kəskin  alətlə 

kəsmək  ola  bilər.  Bundan  başqa  siqaret,  kibrit  və  ya  çaxmaqla,  hətta 

təmizləyici  maddələrlə dərini  yandırma  ola bilər.  Özünü  vuraraq  yaralamaq 

da özünə zərər vermənin yayılmış formalarındandır. Bu davranışın təməlində 

insanın  idarə  edə  biləcəyi  və  ya  dözə  biləcəyi  ağrını  dözə  bilməyəcəyi 

növbəti  ehtimal  olunan  təcavüzə  tərcih  etməsi  durur.  Belə  davranış  adətə 

çevrildikdə  asılılıq  yarada  bilir.  İnsan  ağrı  duyğusunun  həddini  qaldırdıqca 

cinsi istismara daha yaxşı qarşı dura biləcəyini düşünür. Getdikcə digər; içki, 

qumar  və  qida  asılılıqları  da  ağırlaşaraq  davranışların  ağırlaşmasına  gətirib 

çıxarır.  Özünü  kəsmə  hərəkətlərini  reallaşdıran  insanların  təcrübəsi  iki 

yönümlüdür.  İlk  öncə  kəsmə  hərəkətinin  verdiyi  ağrı,  ağrılı,  neqativ 

məzmunlu  avtomatik  düşüncələr  və  mövcud  qəzəb  və  çarəsizlik  hisslərini 

aradan götürməyə yönəlir. İkinci olaraq kəsmə hərəkətini edən insan düşüncə 

və hisslərini axan qan ilə eyniləşdirərək onların çıxdığını düşünür. Bəzən də 

öz  bədənini  istismar  edənin  bədəni  ilə  eyniləşdirib  müvəqqəti  olaraq 

hisslərini boğmağa nail olur. Zehni olaraq özünü dərk etməyən hissizləşmiş 

vəziyyətlərdə dərin kəsiklər çox təhlükəli hal sayılır.  

 

Anoreksiya  və  bulimiya.  Qida  ehtiyatını  azaltmaq  və  ya  özünü  qusdurmaq, 



işlədici dərmanların köməyi ilə kalori yandırmaq, öz-özünü ac saxlamaq və 

digər insanların müdaxiləsi və ya ölüm halı reallaşana qədər bu davranışları 

davam  etdirmək  kompulsiyaya  çevrilir.  Bu  zaman  anoreksiya  ilə  bulimiya 

birləşər.  Cinsi  istismara  uğramış  bir  qız    ehtimal  olunan  gələcək  təcavüz 

hadisələrindən müdafiə olunmaq üçün başqalarının xoşuna gələcəyinə ümidi 

yox  etməyə  çalışır.  Bulimiya  sıxışdırılmış  neqativ  emosiyaların  qida  ilə 

qəbulu  və  daha  sonra  yenə  də  qida  ilə  xaric  olunmasıdır.  Kompulsiv  çox 

yemə isə stressi aradan qaldırmaq üçün yaranır və piylənməyə gətirib çıxarır. 

Belə  kompulsiv  qida  qəbulu  trans  vəziyyətini  xatırladır  və  məzmun 

baxımdan  anormaldır  (bir-birinə  uyğun  olmayan  qidaların  eyni  vaxtda 

qəbulu). İstismara məruz qalmış qadınlarda bu davranış travmatik xatirələrin 

və onların yaşatdığı hisslərin sıxışdırılmasına kömək edir.  



Buraxılış №1 

 

Alkoqolizm.  Xatirələr  altında  əzildiyində  və  istismarın  onu  hər  an 



tapacağından  qorxmaq  və  bu  qorxudan  azad  olmaq  üçün  emosional 

anesteziya  kimi  alkoqolizmi  seçirlər.  Alkoqolun  təsirindən  gələcək  cinsi 

istismarların fərqində  olmayacaqdır.  Beləliklə,  alkaqol  həm  keçmiş  istismar 

xatirələrinə qarşı, həm də gələcəkdəki iztirablara qarşı anesteziyadir.  

Uşaqkən  cinsi  istismara  məruz  qalanlar,  uzun  müddət  öz  sirləri  ilə 

yaşayırlar. Ümumilikdə, istismarı uşaqlıqlarından bəri bir sirr olaraq saxlayır 

və  ilk  dəfə  olaraq  terapiya  əsnasında  danışırlar.  Dr.Roy  Şapironun  kliyenti  

41 il idi ki, belə bir “sirri” gizli saxlanılmışdı. Psixoloji travma nə qədər uzun 

müddət  sirr  kimi  saxlanırsa,  psixoterapiya  prosesi  də  çətinləşir.  İstismar 

tiplərini bir-birindən ayırd etmək çox önəmlidir, çünki bunlar kliyentə fərqli 

təsir edir. Terapiya prosesinə mənfi təsir göstərən amillərdən biri də patoloji 

əlamətlərin aradan qaldərılması  ilə  bağlı  sürətli  nəticə  əldə  olunmasına  dair  

ailənin  təzyiqidir.  Ailənin  səbrsizliyi  xəstəyə  təsir  edir;  ananın,  atanın 

qızlarının özünə etdikləri ilə bağlı xəyal qırıqlığını ifadə etməsi və etdiklərinə 

görə məzəmmət edilməsi çox pis təsir edir. Bu xronik şəkildə simptomların 

dərinləşməsinə,  xəstənin  özünə  qapanmasına  səbəb  ola  bilər,  terapiya 

əsnasında  olan  təhlükəsizlik  hissini  azalda  bilər.  Uşaqkən  cinsi  istismara 

məruz qalmış bəzi insanlar üçün sadəcə mövcud və keçmiş təcrübənin yeni 

ölçülərini  sərbəstcə  mübahisə  etmək  deyil,  eyni  zamanda  əvvəllər  düşünə 

bilmədiyi şeyləri yüksək səslə danışmaq və dəstək qruplarında iştirak etmək 

faydalıdır. Qrup üzvlərinin daha əvvəl qadağan olunmuş sözləri və ifadələri 

söyləməsinə dolayı olaraq imkan yaradılır. Bir çox insan tərəfindən “söyüş” 

olaraq düşünülən bu sözcüklər, qrup üzvləri tərəfindən sərbəstcə işlədilə və 

mübahisə  oluna  bilər.  Bu  qruplar  üzvlərinin  orda  olmayan  istismarçılarını 

azad  şəkildə  günahlandırmalarına  imkan  yaradır.  Dəstək  qrupu  və  fərdi 

psixoterapiyanı  birləşdirmək,  illərcə  sirr  olan  və  sıxışdırılan  hadisələrin 

verdiyi ağrını və utancı azaldır.  Cinsi cinayətlər üzrə İdarəetmə Mərkəzinin   

(Center for Sex Offender Management) apardığı araşdırmanın nəticəsinə görə 

25  il  ərzində  təcavüzçülərin  yenidən  cinayət  işləməsi  39  %-kən,  uşaq 

istismarçılarında bu 52 %-ə çıxmaqdadır. 

 

“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

 

 

 

Yusubova Sənubər  


Buraxılış №1 

 

Mövzunun aktuallığı.   Şüur  və  ictimai  şüur  problemi  bütün  

dövrlərdə  nəinki  fəlsəfə,  hətta  digər  elm  sahələrində  çalışan  alimlərin  də 

diqqətini  cəlb  etmiş,  bu  məsələyə  dair  müxtəlif  nəzəriyyələr  irəli 

sürülmüşdür. Müasir şəraitdə siyasi şüur probleminin rolu durmadan artır. 

Respublikanın  müstəqillik  qazanması  ilə  əlaqədar  demokratik  proseslərin 

genişlənməsi,  yeni-yeni  partiyaların  və  cəmiyyətlərin  yaranması 

böyüməkdə  olan  gənc  nəslin  daha  çox  siyasi  proseslərə  qoşulması  ilə 

nəticələnir. Bu da öz növbəsində insanları daha çox siyasi fəaliyyətə doğru 

aparır.  Siyasi  fəaliyyətin  yüksəlib  azalması  da  özlüyündə  siyasi  şüurun 

artıb azalmasına səbəb olur. Siyasi şüur – ictimai şüurun tərkib hissəsi və 

onun  ali  formasıdır.  Siyasi  şüur  –  sosial  tərəqqi  və  inkişaf  yolunda  çox 

qüdrətli bir vasitədir. Siyasi şüur bir ənənə formasında mövcud olub qədim 

dövlət  hakimiyyətlərinin  təbiətini  əsaslandırmaq  üçün  bir  vasitə  rolunu 

oynamışdır.  Müəyyən  ideoloji  qəliblərə  və  formalara  salınan  siyasi  şüur 

əslində  hakim  siniflərin,  millət  və  xalqların,  partiyaların  mövqelərinin 

müdafiəçisi rolunda çıxış etmişdir. İctimai şüurun mühüm komponenti və 

ya  forması  olmaq  etibarilə  siyasi  şüurun  ilk  ünsürləri  hələ  sinifli 

cəmiyyətin  yaranması,  dövlətin  bir  struktur  elementi  kimi  meydana 

gəlməsi  şəraitində  formalaşmışdır.  Çünki  bir  tərəfdən  elmi  təfəkkürün 

inkişafı,  digər  tərəfdən  isə  insanlar  və  onların  həyatında  baş  verən 

dəyişikliklər  istər  şüurun  məzmun  və  strukturunda  baş  verən 

dəyişikliklərin səbəblərinin öyrənilməsini vacib tələb kimi elmin qarşısına 

qoyur.  İnsan  və  cəmiyyət  həyatında  baş  verən  ictimai  mahiyyətli  hadisə 

dəyişikliklərinin  əsasında  istər  şüur  və  istərsə  də  ictimai  şüur  amili 

dayandığına  görə  bu  amili  öyrənmədən,  onun  lokal  və  universal 

xassələrini  açmadan  nəyəsə  nail  olmaq  mümkünsüzdür.  Əgər  şüur 

əvvəldən verilmiş, yaxud mövcud olan beyin potensialı və bu potensialın 

düzgün    istiqamətlənməsi,  yaxud  istiqamətləndirilməsi  ilə  bağlıdırsa, 

ictimai  şüur  daha  çox  tərbiyə  və  cəmiyyət  həyatında  mövcud  olan  həyat 

tərzi ilə bağlıdır.  

 

 

İnsanın  ağlı  və  praktik  bacarığı  hər  şeyi  dəyişdirmək,  yeni  olanı 



yaratmaq  qabiliyyətinə  malikdir.  Lakin  həmin  yeni  o  zaman  faydalı  olur 

ki,  bu,  heç  nəyə  zərər  vermədən  bütövlükdə  cəmiyyətə,  insanlara  xidmət 

edir.   

 

    



Qloballaşma,  beynəlmiləlçiliklə  şovinizm,  separatçılıq  müasir 

dünyanın ciddi problemləridir. Mübahisələr davam etməkdədir. Yəqin ki, 

elm  və  texnologiyanın  inkişafı  ilə  daha  yeni  məsələlər  meydana 

çıxacaqdır.  Əgər  şüurun  dəyişməsi  bütövlükdə  elmin  texnika  və 

texnologiyanın dəyişməsi, yeni paradiqmaların meydana gəlməsi və s. ilə 

bağlıdırsa,  ictimai  şüurun  dəyişməsi,  artıq  deyildiyi  kimi,  insanların  və 

cəmiyyətin  həyatında  baş  verən  dəyişikliklərlə  bağlıdır.  Bu  dəyişikliklər 

köklü  məzmuna  malik  olduqda  ictimai  şüurda  baş  verən  dəyişikliklər  də 

köklü, yaxud əsaslı olur. İctimai şüur cəmiyyət həyatının real gerçəkliyinə 

əsaslanan, lakin bu gerçəkliyin hamı üçün faydalı olan ümumi cəhətlərini 

əks  etdirən  mücərrəd  fenomendir.  Lakin  bu  mücərrədləşmə  elə 

qurulmalıdır ki, o, gerçəklikdən uzaq düşməsin, gerçəkliyin əsas sütunları 

üzərində qurulsun, dünyagörüşünə, ümumi niyyətə çevrilsin. Buna görə də 

akademik R.Mehdiyevin dediyi kimi, əsas məsələ yeni təfəkkür, düşüncə 

tərzinin formalaşmasına xidmət edə biləcək yaradıcı ideya və şübhəsiz ki, 

əməli 


əhəmiyyəti 

olan 


tövsiyələr 

verməkdən ibarətdir. 



GƏNCLƏRDƏ SİYASİ  ŞÜURUN  TƏDQİQİ  

  “Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

Şəbiyeva Turan  

İstifadə olunmuş ədəbiyyat: 

 

1.Ə.S. 


Bayramov, 

 

Ə.Ə. 



Əlizadə  

Psixologiya.  Bakı  2002, 620s. 

 

2.Ə.S.  Bayramov    Psixoloji    düşüncələr,  



Bakı, 1994. 

 

3.Ə.Ə.  Əlizadə    Sosial    pisxologiyanın  



aktual problemləri, Bakı 1986. 

4.Ə.  Qədirov.    Yaş    psixologiyası    Bakı 

2002, 386s. 

 

5.Фромм  Э.  Анатомия    человеческой 



деструктивности. М.:1994, стр 1997, 336 

 

6.Хэль  Л.,  Зиглер  Д.  Теории  личности, 



СПб: Питер, 1997, 608 стр. 

Buraxılış №1 

Burada siyasi ittihamlar, kimisə damğalamaq praktikası isə yanlış və zərərli 

praktikadır. fəaliyyətə istiqamət verə bilsin. Bu isə cəmiyyət həyatını, onun 

bütün  tərəflərini,  bu  tərəflər  arasındakı  əlaqələri  dərindən  təhlil  edə  bilən  

nəzəriyyəçilərə  aid  olan  məsələdir.  Burada  hansısa  bir  siyasi-ideoloji 

platformada  deyil,  vətəndaş  mövqeyində  dura  bilmək  vacibdir.  Hər  hansı 

siyasi-ideoloji  platforma,  yaxud  platformalar  isə  buna  uyğun  ola,  yaxud 

olmaya  bilər.  Burada  siyasi  ittihamlar,  kimisə  damğalamaq  praktikası  isə 

yanlış  və  zərərli  praktikadır.  İctimai  şüur  problemini  hamı  üçün  eyni  olan 

hansısa  universal  qanunauyğunluqlar,  yaxud  prinsiplər  sistemi  hüdudunda 

həll  etmək  mümkün  deyildir.  Görünür,  bu  məsələyə  sosial  zaman  və  sosial 

məkan 


müstəvisində 

yanaşmaq 

lazımdır. 

.   


 

 

Şüur  amili  ictimai  şüur  üçün  də  əhəmiyyətli  rol  oynayır.  Lakin 



ictimai şüur daha çox fərdin ictimailəşməsi, yaxud sosiallaşması ilə bağlıdır. 

Belə ki, sosiallaşmayan yüksək səviyyəli fərdi şüur daha çox zərər verə bilər. 

Sosiallaşmış,  yaxud  ictimailəşmiş  şüur  isə  həm  lokal,  həm  də  universal 

əhəmiyyətli  şüurdur.  İctimai  şüuru  gündəlik  həyatla,  bu  həyatın  aşıladığı 

empirik,  adi,  yaxud  kütlə  şüurundan  fərqləndirmək  lazımdır.  Bu  baxımdan 

ictimai  varlığın  yaratdığı  şüur  heç  də  hələ ictimai  şüur  deyil.  Adi,  empirik, 

yaxud  kütlə  şüurudur.  Bu  şüurun  tərkibində  olan  ictimailik  elementləri  isə 

adət-ənənə,  arxetipiklik  və  mentalitetlə  bağlıdır.  Hərçənd  bunlar  heç  də 

həmişəlik sabitliyə malik deyillər. Ya onların məzmununda tarixən bu və ya 

digər 


dəyişiklik 

əmələ 


gəlir, 

ya 


da 

bütövlükdə 

dəyişirlər.  

 

 



Buna  görə  nə  adət-ənənəni,  nə  də  mentaliteti  və  ona  uyğun  olaraq 

arxetipliyi  mütləqləşdirmək,  toxunulmaz  bir  şey  kimi  qəbul  etmək  olmaz. 

Əgər  söhbət  sosial  genetikadan  gedirsə,  genetikanın  özündə  belə  irsiliklə 

yanaşı,  dəyişkənlik  də  vardır.  Həm  də  seleksiya,  irsən  mövcud  olanların 

müxtəlif  cür  cütləşdirilməsi  yolu  ilə  ən  yaxşı  bir  çeşidin  alınması  üsulları 

vardır.  Deməli,  insanın  ağlı  və  praktik  bacarığı  hər  şeyi  dəyişdirmək,  yeni 

olanı  yaratmaq  qabiliyyətinə  malikdir.  Lakin  həmin  yeni  o  zaman  faydalı 

olur ki, bu, heç nəyə zərər vermədən bütövlükdə cəmiyyətə, insanlara xidmət 

edir. 

 

Tədqiqatın keçirilməsi. Gənc tələbələr in bir  qismi ilə pilotaj an-



ket  sorğusu  keçirməklə  gənclərin,  xüsusən  də  tələbələrin  siyasi  şüurunun 

təzahür  xüsusiyyətlərini  öyrənməyə  çalışdıq.  Bunun  üçün  on  sualdan  ibarət 

olan  anket  sorğusu  tərtib  olunmuşdur.  İkisi  açıq,  səkkizi  qapalı  sual  olan 

anketdə müəyyən demoqrafik göstəricilər qeyd olunur. Məsələn: cinsi, təhsil 

müssisəsi, təvəllüdü və oxuduğu fakültə.  Anketin işlənməsi anonim şəkildə 

aparılır. 



Buraxılış №1 

 

 



 

Tədqiqatın  əsas  obyekti  siyasi  şüurun  təzahür  xüsusiyyətləri 

öyrənilən  18-22  yaşlarında  gənclərdir.  Sorğuda  gənclərin  siyasətlə  nə 

dərəcədə  maraqlanmaları,  respublikanın  siyasi  həyatında  iştirak  səviyyələri, 

siyasətə  can  atma  motivləri  öyrənilir.  Nəticələrin  reallığı  əks  etdirməsini 

maksimum  artırmaq  məsədilə  tədqiq  olunanlara  öncədən  suallara  laqeyd 

yanaşmamaları,  situasiyaya  uyğun  olaraq  cavablandırmaları  xahiş 

olunmuşdur. 



 

 

 

Tezisin mövzusu tələbə gənclərin siyasi şüurunun öyrənilməsinə həsr 



edilmişdir. Gənclər üçün müxtəlif həyat sferaları olan şəxsi münasibətlər və 

mənəvi  sfera  ilə  yanaşı  siyasi  proseslərə  olan  maraq  da  əhəmiyyətlidir. 

Gənclərin  bir  çoxu  respublikanın  siyasi  həyatında  bilavasitə  siyasi  prosesə 

qarışmaşasa  da,  seçici  kimi  fəal  iştirak  etdiklərini  bildirirlər.    Gənclərin 

hakimiyyətə can atma motivlərinə digərlərini idarə etmək,  özünütəsdiqetmə 

kimi məsələlər aiddir. Anket sorğusunda iştirak etmiş tələbələrin 90%-i siyasi 

hakimiyyət  formalarından  (radikal,  demokrat,  liberal,  anarxist,  mühafizəkar 

və  s.)    demokratik  hakimiyyət  formasına  üstünlük  vermişdir.  Demokratik 

dəyərlər  hər  kəs  üçün  vacibdir.  Bunu  nəzərə  alaraq  belə  bir  sual  tərtib 

etmişik:  demokratik  dəyərlərdən  sizin  üçün  hansının  daha  çox  əhəmiyyət 

kəsb  edənini  seçin.  Gənclər  ilk  növbədə  bərabərliyin,  sonra  isə  azadlığın 

vacib  olduğunu  düşünürlər.  Həmçinin  bizim  sorğumuz  hakimiyyətin  idarə 

olunmasında  üstünlüyün  prezidentə  məxsus  olması  ilə    bağlı    gənclərin 

razılıq səviyyəsinin yüksək olduğunu göstərir.   



Buraxılış №1 

 

 



Müasir  Azərbaycan  gəncliyində  siyasi  şüurun  öyrənilməsi  geniş  və 

çoxşaxəli  mövzudur.  Tərəfimizdən  keçirilmiş  sorğu  bir  qrup  tələbə  gəncin 

üzərində  keçirlmiş  və  pilotaj  xarakteri  daşımışdır.  Tədqiqatımızın  əsas 

məqsədi  siyasi  şüurla  ictimai  şüurun  hüdudlarını  nəzəri  təhlil  etmək  və 

gənclərdə  siyasi  şüurun  göstəricilərini  əks  etdirən  strukturlaşmış  metodika 

yaratmaq  idi. Tərəfimizdən  hazırlanmış  sorğunun  nəticələri  gənclərin  siyasi 

fəallığının əsas aspektləri barədə müəyyən konseptual baxış formalaşdırmağa 

yardım edir.  

 

   


Tədqiqat  zamanı  gənclik  dövrünün  özünəməxsus  psixoloji  xüsusiy-

yətləri  və  müasir  Azərbaycan  cəmiyyətində  gənclərin  yerini  nəzərə  almaq 

olduqca  vacibdir.  Belə  ki,  zamanımızın  gəncləri  şəxsi  və  peşəkar  hazırlığa, 

özünüinkişafa  maraqla  və  həvəslə  can  atır  və  özünütəsdiqə  bu  yolla  nail 

olmağa  çalışırlar.  Hər  bir  gənc  günümüzdə  xarici  ölkələrin  təcrübələrinə 

yiyələnməyə,  ixtisas  sahəsini  mükəmməl  öyrənməyə  və  əmək  fəaliyyətində 

uğur  qazanmağa  daha  çox  meyllidir.  Universitet  tələbələrinin  prioritet 

məqsədi  daha  çox  peşəkar  özünütəsdiqə  nail  olmaqdır.  Siyasi  dünya 

görüşünün  demokratik  modelə  uyğun  olması  gənclərin  ədalətli  və 

bərabərhüquqlu  idarə  sistemində  yaşamaq  istədiyini  göstərir.  Bu  nəticələr 

təhsilli  gənclərin  maarifçi  və  dözümlü  vətəndaş  kimi  parlaq  gələcəyi 

olacağını proqnozlaşdırmağa əsas verir.  

 

 

 



 

 

 



“Psixoloji tədqiqatlar” işçi qrupunun üzvü 

Şəbiyeva Turan 

 

 



 

 


Buraxılış №1 

Yüklə 349,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin