Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə314/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   310   311   312   313   314   315   316   317   ...   321
Gözlərindən yıxılmaq
 
– «gözündən düşmək» 
frazasının şair müdaxiləsi ilə yeni strukturda 
təqdimi. 
Frazanı ikinci komponentinin «yıxıldım»la 
əvəzlənməsi «yıxılmaq» sözünün daxili məzmun 
qatında gizlənən yıxılarkən 
əzilmək, ağrımaq, bəlkə 
ölümcül yaralanmaq
kimi məna qollanmasına 


608 
Фирузя Мяммядли 
istiqamətlənmədir. Halbuki «gözündən düşdüm» 
strukturunda bu məna qollanması hiss olunmur. 
«Xatirələrin enişi, yoxuşu». 
 
Xatirələrin 
enişini, yoxuşunu
 fərqləndirməz. 

 
 
A.Turan. 
«Ədəbiyyat» qəzeti. 
Eniş, yoxuş
metaforik planda ictimai 
mövqedə, sağlamlıqda, həyat tərzində özünü 
göstərən «həyatın dibinə enmə», «yüksəlmə, ucal-
ma» mənasını ifadə edir. «Eniş»in zirvədən 
üzüaşağı – dərəyə, düzə yuvarlanması – durduğun 
ucalıqdan məhrum olmaqla nəticələnir. 
Enişin
başlanğıcı zirvə, sonu dərənin dibidir. Eniş – həm 
də, ömrün gənclikdən ahıllığa, ahıllıqdan qocalığa 
aparan yoludur. 
Enişin
doğurduğu emosiya mənfi 
enerjilidir. 
Yoxuş
bir 
tərəfdən 
dırmanma 
çətinliyindən irəli gələn təngnəfəslik, digər tərəfdən 
zirvədə çəkdiyin zəhmətin nəticəsi olan mükafatdır. 
Yoxuş
– məqsədə doğru inam və inadla yürüməkdir, 
sonda səni gözləyən arzuya çatmaqdır. 
Yoxuş
– 
hansı halda olur-olsun, müsbət emosiyadır. 
Müəllif 
«xatirələrin 
enişini, 
yoxuşunu 
fərqləndirmək» deyəndə, əlbəttə pisi və yaxşını 
fərqləndirməyi nəzərdə tutur. Yəni pis də olsa, 
yaxşı da olsa, təhtəlşüurunda xatirə kimi yaşat-
dıqların sənin həyatındır. 


609 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin