Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə313/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   309   310   311   312   313   314   315   316   ...   321
Фирузя Мяммядли 
Postmodernizm 
çeşməyi, 
gözlərindən 
yıxılmaq, xatirələrin enişi, yoxuşu, gəncliyin söz 
illəri, çöküş ruhu (bədbinlik), xoşgörülü, meşə 
yuxuları, vaxt küləyi, dərddaş, puldaş, yurddaş, 
işindən aşmaq (başından aşmaq), yaşından aşmaq, 
axşamdan aşmaq, («baş girləmək» modelində), yaş 
girləmək, iş girləmək, ayağında daş girləmək, üstü-
nə səpilmək, tüstüsünə söykənmək, səbrimin ətəyi, 
əzabımın gözləri, sirlər sarmaşığı, bahar əlləri, yaz 
ətəyi, zamanın küncü, ümid yaxası, yer qulağı, tənə 
qulağı, vaxtın qulağı səsdə, yer ovcu, vaxt gecədən 
qaraçı, inamın dibinə daş atmaq, qismət əli, 
düşüncə sarayı, söz qılıncı, qulağını deş günün, 
ayrılığın gözü, uyuyum sənə, dilək yaxası, uğur 
qapısı, ümid qapısı 
və sairə. 
Poetik nitqin emosional yükü mizanında bu 
ifadələrin əhəmiyyəti ölçüyəgəlməzdir. Bununla 
belə, sözün birbaşa təqdimi ilə ifadə edilən fikir 
oxuculara daha tez çatdığından çox ehtimal ki
hövsələsiz və oxucu səviyyəsi yetərincə olmayanlar 
bu ifadələrdəki sirr düyününün açılması üzərində 
düşünməyi ağlına belə gətirməsin. 
Odur ki, bu ifadələrin alt qatında mövcud 
olan fikir poetikası üzərində ayrıca dayanmağı 
lazım bildik.: 
Postmodernizm 
çeşməyi
 
– postmodern 
mövqeyində. 


607 
Сечилмиш ясярляри 
lX 
Bütün bunlar 
postmodernizm çeşməyində
 
indi satıla bilən bir əmtəə kimi görünür.
Z.Quluzadə. «Ədəbiyyat» qəzeti. 
Cümlədə Mona Lizanın portretinin dəfələrlə 
köçürülmüş surətindən bəhs olunur. Məsələ 
burasındadır ki, portretin surəti götürüləndə 
köçürülmüş şəkildə hər dəfədə zamanın dəbinə uy-
ğun cizgilər iz buraxmış olur. Müasir dövrümüz isə 
ədəbiyyat 
və 
incəsənətdə 
postmodernizm 
cərəyanının hökm sürməsi ilə əlamətdardır və 
alıcının aldığı əmtəəyə də məhz bu cərəyanın prin-
sipləri mövqeyindən yanaşması qiymətin düzgün 
müəyyənləşdirilməsi 
üçün 
onun 
posmodern 
mövqeyini aydınlaşdıran «çeşməyin» zəruriliyini 
meydana qoyur. Bu isə postmoderin baxış bucağını 
təmin edən «postmodernizm çeşməyi»dir. Bu 
birləşmədə «çeşmək» sözü məcazi mənada 
işlənməklə, həm də həqiqi mənadakı «göstərən» 
mənasını ifadə edir. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin