Filologiya məsələləri, №2, 2021



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix20.11.2023
ölçüsü1,72 Mb.
#166381
1   2   3   4

частью теории литературы. 
Ф
актически, более уместно посвятить 
преподаванию этого предмета отдельные часы на уроках литературы. Потому 
что в общеобразовательных школах все метафоры даются не отдельно, а в 
связи с каким-либо произведением искусства.
В результате образных слов расширяется способность выражать язык, 
конкретизируются идеи. Обучение переносному значению слова и изучение 
этого предмета всегда должны отвечать интересам учителей, учеников и 
студентов. Мы должны сделать все возможное, чтобы продолжить 
исследования в этой области и в будущем.


Filologiya məsələləri, № 2, 2021
– 322 –
Kerimli Aytac 
WAYS TO TEACH THE FIGURATIVE MEANING OF THE WORD IN 
HIGH SCHOOL LITERATURE CLASSES 
SUMMARY 
The teaching of the figurative meaning of the word is one of the most important 
topics in secondary schools. This is because it is possible to evoke an aesthetic effect 
in both the reader and the listener by expressing the idea in a more emotional way as 
a result of figurative words. Many stylistic figures or literary tropes, that is, 
metaphors are based on the figurative meaning of the word. A teacher of literature 
has a great responsibility to teach figurative words. The literature teacher should 
explain figurative words in a practical way, explain metaphors to students by giving 
examples from fiction. In general, a person should not use inappropriate words when 
expressing his opinion, but should express his opinion concisely. The expressive 
possibilities created by our language are reflected in the choice of words, the ability 
to use the word in one or another figurative sense. The use of the word in a figurative 
sense, both in literary language and in conversation, allows the creative person and 
the character to clarify their point and convey it to the reader and listener. Figurative 
words are one of the means of determining the richness of a language. At the same 
time, these studies play an important role in the formation of creative thinking. Thus, 
it is known to the students that figurative words are used mainly in the artistic style, 
in the works of poets and writers. In literature classes, the figurative meaning of 
words is taught as part of the means of artistic description and expression, which are 
an integral part of literary theory. In fact, it is more expedient to devote separate 
hours to the teaching of this subject in literature classes. Because in secondary 
schools, all the metaphors are not given separately, but in connection with any work 
of art. As a result of figurative words, the expressiveness of the language expands, 
the idea is given concretely. The teaching of the figurative meaning of the word and 
the study of this subject should always be in the interest of teachers, pupils and 
students. 
W
e must do our best to continue research in this area in the future. 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Mirhüseyn Abbas
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 323 –
CABBARZADƏ TURANƏ FAİQ QIZI 
Azərbaycan Milli Elmlər Akademiyası Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu 
turana.cabbarova@mail.ru 
İNTERTEKSTUALLIQ BƏDİİ MƏTNİN TƏRKİB HİSSƏSİ KİMİ 
( ANARIN “AĞ QOÇ, QARA QOÇ” ROMANI ƏSASINDA

XÜLASƏ 
Müasir ədəbiyyatşünaslıq hər bir bədii mətnin onlarla başqa mətnin hesabına 
yaranması fikri üzərində dayanır. İntertekstuallıq termini ədəbiyyatşünaslığa fransız 
alimi Y.Kristyeva tərəfindən gətirilmişdir. Y. Kristyeva intertekstuallığı mətnlərarası 
dialoq kimi qəbul edir. İntertekstuallığa iki aspektdə baxmaq mümkündür: həm 
bədii priyom kimi, həm də mətnin oxunması və ya dərk olunması metodu kimi. XX 
əsrin postmodernist romanında intertekstuallıq bütün xüsusiyyətləri ilə üzə çıxır. 
Əsərlərdə yer alan ironiya, parodiya, pastiş, kollaj, metafora və simvolun gətirdiyi 
çoxqatlılıq mətnin bəlli bir oxucu tipini müəyyənləşdirir. 
Müasir Azərbaycan ədəbiyyatında Anarın “Ağ qoç, qara qoç” , Elçinin “Baş”, 
Kamal Abdullanın “ Yarımçıq əlyazma”, Ş.Ağayarın “Kərpic kəsən kişinin dastanı”, 
“Ağ göl”, Fəxri 
U
ğurlunun “Fərhadın Xosrovu öldürməsi” nəsr əsərlərində 
intertekstuallıq implisiv və eksplisiv şəkildə, bir-birindən keçərək ornamental mətn 
yaradır. Anarın “Ağ qoç, qara qoç” romanında intertekstual əlaqələr üst qatda “Dədə 
Qorqud” dastanı və “Məlik Məmməd” nağılı üzərindədirsə, alt qatda Y.Zamyatinin 
və C.Oruellin məlum əsərlərinin də eskizlərini daşıyır.
Açar sözlər: 
Postmodernizm, İntertekstuallıq, roman, mətn 
M.Baxtin mətnə açıq strukur kimi baxmağı məsləhət görürdü. Bədii mətində 
allyuziyalar, mövcud mətinlərdən sitatlar verilir. Müasir ədəbiyyatşünaslıq hər bir 
bədii mətnin onlarla başqa mətnin hesabına yaranması fikri üzərində dayanır. 
İntertekstuallıq termini ədəbiyyatşünaslığa fransız alimi Y.Kristyeva tərəfindən 
gətirilmişdir. Y. Kristyeva intertekstuallığı mətnlərarası dialoq kimi qəbul edir.
Y
.
Kristyeva 1967-ci ildə çap olunan “Baxtin, söz, dialoq və roman” məqaləsində 
intertekstuallıq terminindən istifadə edir. Termin mətnlərarası əlaqədən bəhs edir ki, 
bu əlaqə obraz, süjet, element, motiv , janrlararası yaxınlaşma üzərində qurulur. 
İntertekstuallığa iki aspektdə baxmaq mümkündür: həm bədii priyom kimi, 
həm də mətnin oxunması və ya dərk olunması metodu kimi. Postmodernist 
ədəbiyyatda intertekstuallıq diskursun əsasında dayanır və ən əsas bədii 
priyomlardan biridir. Dünya ədəbiyyatında diqqət etsək, C.Coys, V.Nabokov, 
C.Faulz və X.Kortasarın yaradıcılığında istifadə etdikləri əsas bədii üsullardan biri 
də intertekstuallıqdır. Bəzi hallarda bədii mətn bütünlüklə sitatlardan ibarət olur, 
dəyişən forma mövcud məzmunu saxlayır. İntertekstuallıq özünün və özgənin mətni 


Filologiya məsələləri, № 2, 2021
– 324 –
arasında variasiya etməkdir. Burada müxtəlif mədəniyyətlər və ənənələrin 
uzlaşmasının şahidi oluruq. Bədii mətni oxumaq (dərk etmək) oxucudan 
(tədqiqatçıdan) təkcə ədəbiyyatşünaslıq deyil, həmçinin fənlərarası əlaqəni yarada 
biləcək potensial (təfəkkür) də tələb edir. Mətnin içərisində şəbəkə kimi yığılan və 
bir məcraya gətirilən mövcud mətnlər bir-biri ilə sinxron və diaxron şəkildə 
bağlanır.
XX əsrin postmodernist romanında intertekstuallıq bütün xüsusiyyətləri ilə 
üzə çıxır. Əsərlərdə yer alan ironiya, parodiya, pastiş, kollaj, metafora və simvolun 
gətirdiyi çoxqatlılıq mətnin bəlli bir oxucu tipini müəyyənləşdirir. İntertekstuallığın 
hakim olduğu əsərlər köhnə mətnin yeninin hesabına təzələnməsi deyil, mətnin 
inkişafının təminatı kimi çıxış edir. Məlum mətnlərin müasir yazarlar tərəfindən 
əsərə daxil edilməsi əslində mexaniki təsir bağışlamamalı, yeni bədii əsərin ümumi 
məzmunu, strukturu ilə üzvü şəkildə bağlı olmalıdır. Süni şəkildə mətnə bir başqa 
məlum mətnin daxil edilməsi bədii əsərinin məzmunu ilə bağlılıq təşkil 
etmir, mətnə süni müdaxilə kimi dəyərləndirilə bilər. İntertekstuallıq mahiyyəti 
etibarı ilə çoxşaxəlidir və özündə fəlsəfi, psixoloji, linqvistik konteksti birləşdirə 
bilir. Bədii mətnin daxilində mətnlərarası əlaqə implisit (gizli) və eksplisit (açıq)
şəkildə özünü biruzə verir. Bu bəzən əsərin adından başlayaraq açıq şəkildə özünü 
göstərir, bəzən də mətnin içərisində sitat, ironiya, işarət edilərək varlığını bəlli edir. 
Müasir Azərbaycan ədəbiyyatında Anarın “Ağ qoç, qara qoç”, Elçinin “Baş”, Kamal 
Abdullanın “ Yarımçıq əlyazma”, Ş.Ağayarın “Kərpic kəsən kişinin dastanı”, “Ağ 
göl”, Fəxri 
U
ğurlunun “Fərhadın Xosrovu öldürməsi” nəsr əsərlərində 
intertekstuallıq implisiv və eksplisiv şəkildə, bir-birindən keçərək ornamental mətn 
yaradır. Müasir Azərbaycan ədəbiyyatında folklor və klassik ədəbiyyatdan alınan 
mövzu və obrazlar sistemi ilə tez-tez rastlaşırıq. İmplisit və eksplisit formada 
varlığından söz edən məlum mətnlər yeni ədəbiyyatın tərkibində insanlığın əzəli 
problemləri ilə yanaşı yenilənən, qloballaşan dünyanın kataklizmalarına da işıq salır. 
Anarın “Ağ qoç, qara qoç” romanında mətnlərası əlaqə “Məlik Məmməd” 
nağılı, “Dədə Qorqud” dastanı, müəllifin öncəki əsərləri arasında qurulur. Əsərin 
adıyla qarşımıza çıxan ağ qoç, qara qoç qaranlığın və işığın əksi kimi verilir, burada 
nağıl strukturu qorunmasa da, mövzu qatı özünü qoruyur. Akademik İsa Həbibbəyli 
əsəri belə dəyərləndirir: “Ağ qoç, qara qoç” povesti (2004) Azərbaycan ədəbiyyatının 
müstəqillik dərsi kimi səslənir. Ağ qoçun belində gəlib çatdığı “Xoşbəxtlər ölkəsi” 
yazıçının “
U
topik cəmiyyət” kimi təsvir etdiyi yenicə müstəqillik qazanmış və 
çətinlikləri olan müstəqil Azərbaycandır. “Qara qoç” mifi isə Anarın işıqla qaranlığın 
müqayisəsinə diqqəti çəkməklə, oxucusunu düşündürmək, ayıq olmağa çağırmaq 
qayəsini ifadə edir. Bu əsərdə azərbaycançı müəllifin əldə olunmuş dövlət 
müstəqilliyini şər qüvvələrdən qorumaq, azadlığın keşiyində dayanmaq arzuları 
diqqətə çatdırılır” ( 1). 
Müəllif tərəfindən utopik və antiutopik janrda müəyyənləşən romanın
epiqrafı “Məlik Məmməd” nağılından götürülür: “O vaxt döyüşə-döyüşə iki qoç 


Filologiya məsələləri, № 2, 2021
– 325 –
gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə. 
Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoçu minsən qaranlıq 
dünyaya düşəcəksən”( 2. s.325). “Müəllifin məlum arxetipik struktur üzərində 
qurduğu yeni təhkiyə üsulu konstruktivizm və dekonstruktivizmə əsaslanır. 
Azərbaycan xalq nağılının qəhrəmanı Məlikməmmədin adından başlanaraq hər bir 
detal bölmə, parçalama prinsipinə əsaslanır. Bu bölgüdə işıqlı dünyanı «Birinci 
nağıl», qaranlıq dünyanı «İkinci nağıl» əks etdirir. Birinci hissə üçün sürət və 
sadalama nə qədər xarakterikdirsə, ikinci hissədə hadisələrin gedişatındakı lənglik və 
fraqmentarlıq səciyyəvidir” ( 3. s.50).
“Ağ qoç, qara qoç” romanın epiqrafı hadisələrin əsas xəttini müəy-
yənləşdirmiş olur. Müasir ədəbiyyatda 
U
.Ekonun “Fukonun rəqqası” romanında da 
belə epiqraflarla rastlaşırıq. 
U
. Eko epiqraflarda elmi , fəlsəfi və dini mətnlərdən 
istifadə edir. Romanın adında və hər iki hissənin epiqrafında “Məlik Məmməd” 
nağılı arasındakı mətnlərarası əlaqənin yeni interpretasiyasını yaradır. Müəllif məlum 
obrazlar, süjetlər arasında variasiya edir, yeni mətn və epiqraf dominant mətnlərlə 
eksplesiv şəkildə bütünləşir. Müasir ədəbiyyatda intertekstuallıq epiqrafda, 
obrazların adı və presedent mətnlərdə təcəssüm edir. “Ağ qoç, qara qoç” da 
presedent mətn kimi “Məlik Məmməd” nağılı, “Dədə Qorqud” dastanı çıxış edir. 
Yazıçı romanı iki nağıla bölür, birinci nağıl gələcək hadisələrdən bəhs edir və müəllif 
bu hissədə artıq izahata ehtiyac duymur, ikinci nağılın epiqrafı isə artıq hadisələrin 
gərginliyinə işarə edir: “Bir də gördü ki, ağ qoçnan, qara qoç budu döyüşə-döyüşə 
gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç bunu qara 
qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı” ( 
2. s.357). İkinci nağılın məzmunu haqqında məlumat vermək istəyi müəllif obrazını 
önə çıxarır: “ Qeyd: İkinci nağılda cərəyan edən hadisələr xronoloji zaman etibarı 
etibarılə Birinci nağılın davamı deyil. Bu iki bir-birinə alternativ olan olaylar eyni 
vaxt kəsiyində təsəvvür edilir” ( 2. s.35). Romanın iki hissəyə bölünməsi və hər 
hissənin əvvəlində verilən epiqraflar təhkiyənin çoxsəsliliyindən xəbər verir. 
Hadisələrin verilmə tezliyi və ya yeni mətnə trasformasiya edən nağıl, dastan süjeti
yeni dövrün bütün müstəvilərdəki məsələlərini qədim dünyanın nağıl dili ilə 
qarşımıza çıxarır. İntertekstuallığın fəallıq qazandığı əsərlərdə epiqraf mətnlə 
dialoqda çıxış edir, təhkiyənin ikinci planını yaradır. “Ağ qoç, qara qoç” romanında 
epiqraf kimi verilir. Romandakı mətnlərarası əlaqə sadəcə fon deyil, müəllif 
düşüncəsinin aparıcı xəttidir.
İntertekstuallıq mətnin sərhədlərini genişləndirir, onun qapalılığını və 
sonluğunu sıradan çıxarır. Romanda mətnlərarası əlaqəni vizual olaraq kursivlər 
vasitəsi ilə verən müəllif bunu epiqraflarda, başqasına aid məktub mətnlərində ( 
Burlanın Kərküktən yazdığı məktub.2. s.328), Pir Sultan Abdal, Qaracaoğlan, Aşıq 
Alıdan gətirilən misallarda, Birləşmiş Azərbaycan Respublikasının Ana Yasanın 
mətnində (utopik cəmiyyət modeli, 2. s.343) istifadə edir. M.M.Baxtinin təbirincə 
desək, kursiv “özgənin sözünü” aktiv tip olaraq qarşımıza çıxarır. Kursivin qarafik 


Filologiya məsələləri, № 2, 2021
– 326 –
olaraq fərqləndirilməsi “özgənin sözünü” mühafizəyə də xidmət edir. Romanda belə 
kursivlər daha çox birinci nağılda verilir. 
U
topiyanın üstünlük təşkil etdiyi bu hissədə 
geniş bir coğrafiya (Dərbənddən Həmədanacan, Qazaxdan Qəzvinəcən), Məlik 
Məmmədlinin Novruz bayramını Şuşada, Təbrizdə və Kərkükdə keçirən ailəsi 
mövzunun sərhədlərini nağıl süjetinin çərçivəsindən çıxarıb daha geniş bir topikanın 
içərisinə alır. 
“Ağ qoç, qara qoç” romanında mətnin intertekstual mövqeyi özünü açıqca 
biruzə verir, nağıl süjeti ilə yanaşı “Kitabi Dədə Qorqud” dastanından alınan
obrazların yeni trasformasiyası Məlikin oğlu Beyrəyin, qızı Burlanın, şəhərdəki 
Qorqud dağı, Ağ çadırdakı Dastan teatrı, Təpəgöz mağarası, Dədə Qorqud abidələr 
kompleksinin timsalında verilir. Əsərin aparıcı qəhrəmanlarının bir ailənin 
timsalında verilməsi həm də bəhs edilən coğrafiyada min illərlə yol gələn etnosa 
işarə kimi də qəbul oluna bilər.
Birinci nağılda intertekstuallıq gizli deyil, açıq 
şəkildə verilir. Romanda təhkiyəçi statusda Məlik Məmmədli çıxış edir. İlk hissədə 
nağıl dili və yüyrəkliyi öndədir. Məlik Məmmədlinin daxili monoloqu kimi verilən 
bu hissədə obraz həm özü, həm ailəsi və yaşadığı cəmiyyət haqqında məlumatları
dilə gətirir. Daxili nitq psixoloqiyada səssiz, düşüncə nitqi kimi qəbul edilir və 
insanın özü-özüylə danışması, nələrisə sadalaması aktı sayılır. Bu təbii ki, ətrafda
baş verənlərin təsiri və transformasiyası şəklində özünü göstərir ki, burada 
situasiyadan şıxış etmə, ümumiləşdirmələr və fraqmentarlıq aparıcı xətt təşkil edir. 
Məlik Məmmədlinin daxili monoloqu kimi verilən birinci nağıl onun və yaşadığı 
şəhərin insanlarının taleyinindən, keşmişdə baş verən kədərli hadisələrdən ( Qarabağ 
müharibəsi ), həmçinin nikbin bir indiki zamandan, daha doğrusu utopik bir 
cəmiyyətdən bəhs edir. Daxili monoloq həm Məlik Məmmədlini, həm onun ailəsinin 
həyatından, hər birinin yaradıcı insan kimi cəmiyyətdəki fəaliyyətindən bəhs edir, 
həm də tarixi torpaqlarımızın bir sərhəd işərisindəki əzəmətini göstərir. Bu həmçinin 
gizli verbalizasiyadır. Müasir ədəbiyyatda daxili nitq şərti xarakter daşıyır. “Ağ qoç, 
qara qoç” romanında daxili monoloq obrazın daxili aləminin açılmasına deyil, böyük
idealların utopik reallaşmasının təsvirinə yönəlir, bu baxımdan mətndəki şərtilik 
qapalı deyil, aşkar xarakteri ilə seçilir. Romanın ilk hissəsində, utopik nağılda 
intertekstuallıq daha geniş yer alır. Məlik Məmmədlinin təsvir etdiyi Dərbənddən 
Həmədanacan, Qazaxdan Qəzvinəcən eyni himni dinləyən xalqın uzaq tarixi ilə bu 
günü təsvir edərkən xalq ruhunda yazıb yaradan Pir Sultan Abdal, Aşıq Qurbani, 
Abbas Tufarqanlı, Qaracaoğlan, Dadaloğlu, Aşıq Veyseldən və ya “hər aşığın öz 
çeşməsi var” deyə romana gətirdiyi nümunələr intertekstuallığın eksplessiv şəklindən 
istifadə edir. Roman mətninin üzərində qurulduğu “Məlik Məmməd” nağılından “Ağ 
qoç, qara qoç”a gələn əsas obrazlar döyüşən qoçlar, Məlik Məmmədlinin ( və ya 
Məlik Məmmədin) qaranlıq dünyanın timsalına çevrilən üç zona arasındakı 
axtarışları ( yeni mətndə Məlik Məmmədlinin arxasınca getdiyi qızıl almalar deyil, 
üç müxtəlif zonaya düşən ailəsidir), hər iki nağılda varlığını qoruyan Ərxan və ya 
funksiyası etibarı ilə Zümrüd quşu. Yeni mətnə tranformasiya edərək daxil olan 


Filologiya məsələləri, № 2, 2021
– 327 –
obrazlar funksiya etibarı ilə eynilik göstərirsə də, yeni məzmun çaları qazanmış olur. 
Nağıl dünyasında yeni dünyaya transfer olunanlar bu nizam və ya nizamsızlıq 
içərisində dövr edənlərin ağ və ya qara qoçun üzərinə atlaması məsələsi də əsərdə 
açıq sonluqda çoxsaylı interpretasiyalara imkan yaradır. Birinci nağılda hər bir obraz
- həm Məlik Məmmədli, həm də Ərxan ( Zümrüd quşu) öz invariantına sadiq qalır. 
Məlik Məmmədlinin daxili monoloqu kimi verilən təhkiyəsi, Ərxanın ona hər bir 
müşkülündə yardım göstərməsi mətnlərarası əlaqınin mükəmməl formasını yaradır.
“Ağ qoç, qara qoç”un ikinci hissəsini müəllif birinci hissənin davamı kimi 
deyil, bir –birinə alternativ olan eyni vaxt kəsiyində təsəvvür edilməsini qeyd edir. 
Bu hissənin “Dədə Qorqud” dastanı arasındakı əlaqəsi Məlik Məmmədlinin qızı 
Burla və oğlu Beyrək üzərindən qurulur. Burada dekonstruksiya və intertekstuallıq 
bir arada verilir. Birinci nağıldakı Kərkükdə ədəbiyyat dərsləri verən Burlanın adında 
və fəaliyyətində ciddi bir dönüş var. Bakı Sitidə Bura kimi tanınan və açıq-saçıq 
rəqsləri ilə tanınan bu gənc qadın arasında yerlə-göy qədər fərq var. “Dədə Qorqud” 
dastanında Bayandır xanın qızı, Qazan xanın xanımı kimi düşmən əsirliyində də 
kimliyini qoruyan Burla xatunun dekonstruksiyaya uğrayan yeni modeli zamana 
uyğunlaşmağı bacarır. Dastan qəhrəmanı Beyrəyin adını daşıyan, ilk nağılda 
haqqında eşitdiyimiz mühəndis Beyrək yeni zonada və ya rejimdə Boris Mamedov 
olaraq qarşımıza çıxır. Dəyişən dünya dəyişən qəhrəmanları ilə ata Məlik 
Məmmədlini dilema qarşısında qoyur. Romanda dəyişimə məruz qalmayan, öz 
funksiyalarını sona qədər yerinə yetirən obrazlar kimi Məlik Məmmədlinin və 
Ərxanın (Zümrüd quşu) adlarını çəkə bilərik. Hər iki qəhrəman ən qədim çağın, 
şifahi xalq yaradıcılığının nümunəsi olan nağıllardan gələn obrazlardır. Müəllifin 
onların üzərində hər hansı bir dekonstruksiya aparmaması, sadəcə mətnlərarası əlaqə 
kimi istifadə etməsi əsərin ümumi ideyası və ana mətinin ( “Məlik Məmməd” nağılı) 
bütün qatlarının romanda yer alması faktoru ilə bağlıdır. 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsi istiqamətində 
aparılan tədqiqatlarda Anarın “Ağ qoç, qara qoç” romanı və C.Məmmədquluzadənin 
“Anamın kitabı” arasında paralellər aparılmışdır: “Anarın 2003-cü ildə qələmə aldığı 
“Ağ qoç, qara qoç” əsərində müasir Azərbaycan obrazını 1918-1920-ci illərdə 
C.Məmmədquluzadənin “Anamın kitabı” pyesində təsvir etdiyi situasiyaya adekvat 
qabartması, həmin təcrübəni dəyərləndirməyin faktı kimi alına bilər. “Ağ qoç, qara 
qoç” əsərinin predmetini bilavasitə çağdaş Azərbaycanın taleyi üzərində düşüncələr 
təşkil edir” ( 4. s.147.) . Bizim qarşıya qoyduğumuz problem çərçivəsindən baxanda 
da hər iki mətn arasında intertekstual əlaqədən bəhs etmək mümkündür. Romanda üç 
zonaya bölünən Bakıyla bir ananın övladlarının (üç oğlunun) arasındakı düşüncə 
ayrılıqları eynilik təşkil edir. C.Məmmədquluzadənin ana obrazı elə Vətən obrazıdır, 
Anarın romanında üç zonaya ayrılan Bakı isə həmin vətənin paytaxtıdıdır. Hər iki 
əsərdə intertekstuallıq müəllif ideyaları arasında qurulur. Fikir ayrılıqları içərisində 
vurnuxan cəmiyyət modelinin bu şəkildə təqdimini professor Tehran Əlişanoğlu belə 
dəyərləndirir: “Anarın “Ağ qoç, qara qoç” (2004) antiutopiyasında hadisələr üç 


Filologiya məsələləri, № 2, 2021
– 328 –
zaman çərçivəsində inkişaf edir. Bu antiutopiyanın fəlsəfi mühakiməsi üç «ideal» 
cəmiyyətin kinayəli müqayisə edilməsidir ki, üç əsas ideologiyalar əsasında 
yaradılmışdır: ənənəvi-islam, kommunist və burjua. Vurğulamaq lazımdır ki, 
postmodern əsərlərdə zamanların montajı özünü qabarıq göstərmişdir. «İdeal» 
ictimai quruluş formalarının nöqsanlarını qabartmaqla, Anar insanda irrasional 
başlanğıcın əhəmiyyətini tarixdən kənar ümuminsan dəyərləri ilə üç zaman 
kəsiyində, keçmiş, indiki və gələcək zamanda açıqlayır” ( 4. S.326). 
Dünya ədəbiyyatı kontekstində baxsaq, “Ağ qoç, qara qoç” romanı ilə Corc 
Oruellin “1984” (5) romanı arasında da intertekstual əlaqədən bəhs etmək olar. “Ağ 
qoç, qara qoç”da zonalara ayrılan şəhər “1984” romanında Nazirliklərə və 
departamentlərə ayrılır. Məlik Məmmədlinin müxtəlif zonalarda yaşayan həyat 
yoldaşı, oğlu və qızı arasında gedən dialoqlarda fərd və ya xalq obrazı deyil daha
çox kütləviləşən toplumun siması aydın görünür. Corc Oruellin “1984” romanında 
Fikir polisi tərəfindən ən sərt şəkildə izlənən fikir cinayəti “Ağ qoç, qara qoç”un 
bütün zonalarında daha ciddi təqib olunur. Məlik Məmmədlinin Bakı Kommunasında 
yaşamağa məcbur olan oğlu Beyrəyin (Boris) dilindən bu cəmiyyət belə təsvir edilir: 
“Bilirsən neçə oğul atasından, neçə ata oğlundan PP-yə ( Proletar Patrulu ) danos 
yerib, qanına bais olub” ( 2. S.387). Maraqlıdır ki, eyni paralelləri Yevqeniy 
Zamyatinin “Biz” (6) romanı arasında da aparmaq olar. Adlarını çəkdiyimiz 
romanların janrı müəllifləri tərəfindən antiutopiya kimi müəyyənləşdirilir. “Ağ qoç, 
qara qoç”un müəllif tərəfindən utopik və antiutopik nağıllar kimi 
müəyyənləşdirilməsi və “Antiutopiya üçün xarakterik olan kvazinominasiya hadisəsi 
– proseslərin, əşyaların, qəhrəmanların adlarının dəyişdirilməsi hadisəsi əsərdə 
ümumi qanunauyğunluq kimi qəbul edilməsi” ( 3. s.51) bədii əsərin həm 
Y.Zamyatinin “ Biz” , həm də C. Oruellin “1984” romanı ilə intertekstual əlaqəsini 
önə çıxarır. Adlarını çəkdiyimiz əsərlərdə utopiyaya əks olan antiutopiya antijanr 
kimi meydana çıxır. Əgər utopiyada öndə olan ideal cəmiyyət və münasibətlərin
həqiqət, xoşbəxtlik və harmoniya üzərində qurulmasıdırsa, antiutopiya gələcəyə, 
mövcud cəmiyyətə və insanlığa tənqidi münasibəti ilə seçilir, gələcəyə inamsızlıq və 
ümidsizlik bu janrın xarakterik cizgilərini müəyyənləşdirir. Antiutopik konflikt 
totalitar cəmiyyət və qəhrəman arasında cərəyan edir. Y.Zamyatin, C.Oruell və 
Anarın yaratdığı antiutopik cəmiyyətdə insan fərd olmaqdan çıxıb, kütlə 
funksiyasının daşıyıcısına çevrilir. Bu əsərlərdə “mən” yoxdur, toplum var. Lakin 
antiutopiya nizamsızlıq deyil, vahid ritmə uygunlaşmadır. “Ağ qoç, qara qoç”da hər 
üç zonada bəlli bir rituala uyğunlaşma var. Bakı Kommunasında hər gün 
məktəblərdə dərslər Marat yoldaşın şərəfinə şüarlarla başlayır, ikinci ritual 
kommunanın və Maratın düşmənlərinə qarğışla davam edir. Anar romanda konflikt 
yaratmır, çünki heç bir zonada qərarlar müzakirə olunmur. Yalnız bu zonalara 
kənardan daxil olan Məlik Məmmədlinin həm Vətəni, həm də parçalanan ailəsi üçün 
qorxusu var.


Filologiya məsələləri, № 2, 2021
– 329 –
Anarın “Ağ qoç, qara qoç” romanında intertekstual əlaqələr üst qatda “Dədə 
Qorqud” dastanı və “Məlik Məmməd” nağılı üzərindədirsə, alt qatda Y.Zamyatinin 
və C.Oruellin məlum əsərlərinin də eskizlərini daşıyır.
ƏDƏBİYYAT

1.
İsa Həbibbəyli. Vətəndaşlıq mövqeyi və müasirlik. Azərbaycan qəzeti. 14 
fevral 2018. 
2.
Anar.Seçilmiş əsərləri. Bakı, “Lider” nəş.2004,416 səh. 
3.
Pərvanə İsayeva. XX əsr Azərbaycan ədəbiyyatıının bədii strukturu və 
mifopoetik təfəkkür( nəsr və dramaturgiya əsasında.) Filologiya üzrə elmlər 
doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. 
Bakı. 2016. 
4.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə, II cild. Bakı, “Elm və 
təhsil”, 2016, 1090 səh. 
5.
Corc Oruell. 1984.Bakı, Qanun Nəşriyyatı. 2016. 384 səh. 
6.
Yevqeniy Zamyatin. Biz. İstanbul.İthaki Yayınları. 2015. 250 səh. 
Джаббарзаде Турана 
РЕЗЮМЕ 
ИНТЕРТЕКСТУАЛЬНОСТЬ КАК ЧАСТЬ
ХУДОЖЕСТВЕННОГО ТЕКСТА 
(НА ОСНОВЕ РОМАНА «БЕЛЫЙ БАРАН, ЧЕРНЫЙ БАРАН» АНАРА) 
Современное литературоведение склоняется к идее, заключающейся в 
том, что любой художественный текст рождается благодаря десяткам другим, 
уже существующим. Надо отметить, что термин «интертекстуальность» 
своим появлением обязан французскому литературоведу Ю.Кристевой. По 
мнению ученого, интертекстуальность является диалогом между текстами. Ее 
можно рассматривать с двух точек зрения: как художественный прием, так и 
метод прочтения или познания текста. В романах 
ХХ
века, относящихся к 
постмодернизму, интертекстуальность предстает со всеми специфическими 
особенностями. Ирония, пародия, пастиш, коллаж, метафора и символ, 
способствующие многогранности произведений, формируют определенный 
тип читателя.
В прозаических произведениях современной азербайджанской 
литературы, таких как «
Б
елый баран, черный баран» Анара, «Голова» 
Эльчина, «Неполная рукопись» Камала Абдуллы, «Дастан кирпичника», 
«
Б
елое озеро» Ш.Агаяра, «Убийство 
Х
осрова 
Ф
архадом» 
Ф
ахри Угурлу 
интертекстуальность проявляется как в форме имплисита, так и эксплисита. 
Они, как бы, пересекаясь, создают орнаментальный текст. Если оболочку 


Filologiya məsələləri, № 2, 2021
– 330 –
интертекстуальных отношений в романе «
Б
елый баран, черный баран» Анара 
составляют элементы из дастана «Деде Горгуд» и сказки «Мелик Маммед», то 
более глубинный слой произведения заключает в себе эскизы из некоторых 
сочинений Ю.
З
амятина и Дж.Оруэлла. 
Ключевые слова: 
Постмодернизм, Интертекстуальность, роман, текст 
SUMMARY 
Jabbarzada Turana 
INTERTEXTUALITY AS A COMPONENT PART OF THE LITERARY 
TEXT (BASED ON THE NOVEL “WHITE RAM, BLACK RAM” BY ANAR)
The modern philology considers that each literary text is generated at the 
expenses of tens of other texts. The idea of “intertextuality” was used firstly by the 
French philologist Julia Kristeva. To the mind of J.Kristeva, the intertextuality 
means the dialogue amongst texts. 
W
e can consider the intertextuality both as an 
artistic method and as a method of reading and understanding the text. The 
intertextuality in the post-modern novel of the 20-th century becomes apparent with 
all aspects. The versatility formed as a result of irony, parody, pastiche, collage, 
metaphor and symbol contained in the literary texts identifies the concrete type of 
reader too.
In the prose texts, such as, “
W
hite ram, black ram” by Anar, “The Head” 
by Elchin, “The Incomplete manuscript” by Kamal Abdulla, “The Epic of brick 
moulder”, “
W
hite Lake” by Sh.Aghayar, “Murder of Khosrow by Farhad” by Fakhri 
U
gurlu, the intertextuality creates ornamental text, passing through texts in an 
implicit and explicit manner. In the novel “
W
hite Ram, Black Ram” by Anar, the 
intertextual relations is read in two forms: in the surface layer they are based on the 
epic “Dada Gorgud” and the tale “Malik Mammad”, and in the bottom layer – on 
sketches of the known novels of Y.Zamyatin and J.Oruell.
Key words: 
postmodernism,intertextuality, novel, text 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: fil.f.d. dosent Pərvanə Bəkir qızı İsayeva
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 331 –
ƏLİZADƏ FATMA ABBAS QIZI 
Baki Slavyan Universiteti 
Süleyman Rüstəm küç. 
alizade_fatma@hotmail.com 
“HƏYAT” QƏZETİ DÖVRÜNÜN İCTİMAİ DÜŞÜNCƏ 
SALNAMƏSİDİR 
Xülasə 
Elmi-tədqiqat işində XX əsrin əvvllərində çap olunmuş “Həyat” qəzetinin 
fəaliyyəti ilə bağlı elmi araşdırmalar aparılıb. Dövrünün ictimai-siyasi prosesləri 
qəzetin nəşri dövründə, onun səhifələrində publisistik əksini tapmışdır. Bu da 
müəyyən faktlara əsaslanaraq müəyyən fikir bildirməyə əsas verir. XX əsrin 
əvvəllərində mövcud olan erməni-müsəlman münaqişəsi tarixin qanlı səhifələrindən 
olmuşdur. Məsələnin həlli yolları ilə bağlı “Həyat” qəzeti böyük diqqət ayırır və 
dövrünün yaradıcı şəxslərinin publisistik məqalələrini çap etdirirdi. 
XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər, xüsusilə də 1905-ci 
ildə çar Rusiyası tərəfindən manifestin imzalanması böyük əks-səda doğurdu. 
Bununla bağlı hadisələrin hansı formada cərəyan etməsi “Həyat” qəzetində gündəlik 
olaraq məlumatlandırılırdı. Dumaya seçki məsələsi də dövrün aktual problemlərindən 
biri idi. “Həyat” qəzetinin redaktoru olan Əlibəy Hüseynzadə qəzetin fəaliyyəti boyu 
hansı vəzifələri həyata keçirməsi haqda ilk nömrəsində çap etdirdiyi “Qəzetin 
məsləki” adlı məqalədə göstərmişdir. “Müəllifin fikirlərinə görə hər bir millət öz dili 
haqqında, dini haqqında, tarixi haqqında, adət-ənənələri haqqında məlumatlı 
olmalıdır. “Həyat” qəzeti fəaliyyəti boyu bu vəzifəni həyata keçirəcəyini qarşısına 
məqsəd qoymuşdur. Ə.Hüseynzadə həmçinin mühərrirlərin savadlı olmasının 
vacibliyini vurğulayırdı. Onun fikirlərinə görə, əgər mühərrirlər özlərinin milli 
varlıqlarından, milli dəyərlərindən xəbərsizdirlərsə, xalqı necə maarifləndirə bilərlər.
“Həyat” qəzetinin səhifələrində məşhur “Türklər kimdir və kimlərdən ibarətdir” 
adlı silsilə məqalə dərc olunmuşdur. Məqalədə Əlibəy Hüseynzadə türklərin səhvən 
tatar adlandırılmasını vurğulayırdı. Sonda müəllif türklərin üç səhvən tatar 
adlandırılan türklərin üç şöbəyə bölündüyünü vurğulayırdı. 1. Sibirdə müxtəlif adlar 
altında yaşayan qəbilələr. 2. Rusiya-avropa türkləridir ki, mənşəcə bulqarlardan, 
qıpcaqlardan olan türkdilli tayfalardır. 3. Qafqazın qonşu tayfaları tərəfindən səhvən 
tatar adlandırılan türklərdir.
Çarizmin XX əsrin əvvəllərində müstəmləkəçilik və rüslaşdırma siyasəti də 
gündəmdə idi ki, “Həyat” qəzetində aktual bir mövzu kimi əks olunurdu. “Həyat” 
qəzetinin əməkdaşları dövrün hadisələrini yalnız olduğu kimi təsvir edərək 
auditoriyaya çatdırmır, həm də ona analitik münasibət bildirirdilər. 


Filologiya məsələləri, № 2, 2021
– 332 –
Açar sözlər: 
Ə.Hüseynzadə, “Həyat” qəzeti, türklər kimdir, hikməti-təbii, 
hikməti-ilahi, Axund Əbu Turab. 
Bir əsrdən artlq tarixi olan Azərbaycan mətbuatı çox təlatümlü, mürəkkəb, 
ziddiyyətlərlə dolu inkişaf yolu keçmişdir. Bu inkişaf keçidlərində qələbələr də olub, 
məğlubiyyətlər də, qazanılanlar da, itirənlər də. Əlbəttə ki, nə qədər məğlubiyyət və 
bu məğlubiyyətin içindən gələn itirənlər olsa da, hər bir məğlubiyyətin daxilində bir 
örnək olmuş və hər bir məğlubiyyətin daxilindən bir qələbə işığı, bir qələbə nuru 
sızılmışdır. 
“Həyat”da dövrünün qələbə və məğlubiyyət çalarlarının qarışığından doğan 
bir mətbuat orqanı olmuşdur. XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan ilk 
anadilli qəzet sayılan “Həyat” siyasi, iqtisadi, ticari və ədəbi türkcə islam qəzetəsi 
olaraq dövrünün ictimai-mədəni həyatında baş verən hadisələri səhifələrində 
canlandırmış, “ ... dünya və həyat bir meydani-cəngdir” deyərək bu meydani-cəngdə, 
yəni döyüş meydanında millətini qələmlə müdafiə etməyi bir vəzifə borcu kimi 
qarşısına qoymuşdur. “Həyat” üçün “millət”, “dil”, “din”, məfhumları böyük bir 
fəlsəfi anlam kimi qəbul edilir, millət kimi varlığını möhkəmləndirmək üçün hər 
şeydən əvvəl geriləməyin səbəblərini aydınlaşdırmağı zəruri hesab edirdi: ”Filhəqiqə 
səbəb nədir ki, bütün ətrak, bütün aləmi-islam bu gün sair əqvami-mutəməddinəyə 
nisbətən bu qədər geri qalmişdır. Bu məsələ barəsində gələcəkdə bitərəfanə və 
biqərəzanə bilaxof sözü aşkar söyləməyi özümüzə borc biləciyik. Ancaq doğru 
irareyi-təriq xüsusunda əsla etidali-lisan və etidalı əfkardan ayrilmayacağız” [1, №1, 
1905 ]. Yəni, islam dünyasının digər millətlərin fəaliyyəti boyu oxucuların nəzərinə 
çatdıracağı və bu xüsusda dil və fikir birliyindən ayrılmayacağını qeyd edirdi. 
Millətinin tərəqqisinə xidməti bir məslək kimi qarşısına qoymuşdu. 
Qəzetin məsləkinə görə hər bir millət dili, dini, tarixi, adət-ənənələri, keçmişi 
haqda bilgi əldə etməlidir və bu fikir “Türklər kimdir və kimlərdən ibarətdir” adlı 
silsilə məqalədə bir qədər tamamlanır. Araşdırmalar zamanı Əlibəy Hüseynzadə bir 
məsələni diqqət mərkəzində saxlayır ki, bəzi türk mühərrirləri türklərin kim və 
kimlərdən ibarət olmaqlarını anlamırlar. Əlbəttə ki, bu millətin dünya 
sivilizasiyandan geri qalmağına bir işarə idi. Xalqın maariflənməsi sahəsində çalişan 
mühərrirlər milli varlıqlarından, milli dəyərlərindən xəbərsizdirlərsə, bu mədəni 
geriliyə bir işarədir və müəllif bunun səbəbini elmin zəif inkşafında görürdü. Əlibəy 
qeyd edirdi ki, nə keçmişə dönmək, nə də gələcəyə ümid bağlamaq lazımdır. 
Darülfünlər, yəni universitetlər, məscidlər, cəmiyyətlər mövcud olmalı, alimlər 
yetişməli, digər məmləkətlərə tədqiqatla məşğul olmaq üçün elm adamları 
göndərmək lazımdır. 
Türklərin kimlərdən ibarət olması məsələsinə gəldikdə isə Əlibəy onların 
səhvən tatar adlandırılmasını qeyd edirdi. Tatarlar moğol cinsinə mənsub olub, 
onların bir hissəsini təşkil edirlər və məhz bu səbəbdən moğollara məxsus dil, cins və 
cöhrələri vardır. Türklərin bir qismi səhvən tatar adlandırılır. Bu da bəzi türklərin 


Filologiya məsələləri, № 2, 2021
– 333 –
xarici görünüşünün moğollara bənzəməsindən irəli gəlir. Bəziləri türkləşmiş 
moğollar və ya moğol qanı ilə qarışmış türklərdir. Tatarların bir qisminin Hind-İran 
tayfalarına, bəzilərinin isə moğollara aid edildiyi göstərilir. 
“Madam ki, hər iki cöhrə mövcuddur, o halda elmi-qəvam və elmi bəşər 
nöqteyi-nəzırindən hansı çöhrəni ədd etməliyiz? Moğollarımı, yoxsa hind və 
avropalılara müşabeh olanlarımı (oxşayanlarımı); məsələ qayət müşküldür.... Ola 
bilər ki, ən qədim zamanlarda dəxi hər iki cöhrə mövcud idi... Lakin cöhrə məsələsin 
mücərrəd, özbaşına o qədər əhəmiyyəti yoxdur” [6,213] fikrini ifadə edən Əlibəy 
Hüseynzadə bəzi türklərin türk ola-ola öz lisanlarını unudub digər dildə 
danışmalarını və bəzi qeyri-türk qövmdən olanların türkcə təkəllümə edərək bu 
millətin daxilində qaynayıb qarışdığını nəzərə çatdırırdı. 
“Tatar” termini ilə əlaqədar tədqiqatçılar müxtəlif yanlış fikirlər yürütmüşlər. 
Bəziləri moğol, tunğuz, tibeti, türk və s eyni şöbədən olaraq tatar adlandırılmış, 
bəziləri hər iki ifadəni (türk və tatar sözlərini) eyni mənalı kimi qəbul etmişlər və bu 
yanlışdır, digərləri isə tatar qövmlərini türklərin bir şöbəsi kimi qəbul etmələri idi. 
Məqalədə görkəmli türk leksikoqrafı Şəmsəddin Samibəyin fikrinə əsasən tatar türk 
millətinin qövmü olub, moğollara tatar deyilmişdir. 
Məqalənin sonunda Əlibəy səhvən tatar adlandırılan türklərin üç şöbəyə 
bölündüyünü qeyd edir. 1. Sibiryanın geniş səhralarında yüzlərcə müxtəlif adlar 
altında yaşayan qəbilələr. XIII əsrin birinci yarısında əsası Batıxan trəfindən qoyulan 
Qızıl Orda hökuməti daxilində etnik mənşəli xalqlar yaşayırdı: bulqarlar, tatarlar, 
qıpçaqlar və s. Qızıl Ordanın dili qıpçaq dili və burada yaşayan qəbilələr əsasən 
qıpçaq nəslindən idi. 2. Rusiya-avropa türkləri. Bunlar ya mənşəcə bulqarladan, 
qıpçaqlardan olan türkdilli tayfalardır, ya da türk tayfalarının qıpçaq dilinə daxil olan 
kumlılardır. 3. Qafqaziyanın qonşu tayfaları tərəfindən səhvən tatar adandırılan 
türkləri. Qafqaz silsilə dağlarının cənub tərəfində yaşayan Azərbaycan türkləri və 
həmin dağların şimal tərəfində sakinləşmiş noğay, bulqar, ləzgilərə qarışan kumik, 
kabarda və digərləri. 
“Həyat” qəzetində yer alan digər aktual mövzu oxucuların diqqətini cəlb 
etmiş və sonradan ziyalılar arasında disskusiyalı mövzuya çevrilmişdir. Bu, XIX 
əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda yaşamış dini xadim Axund Əbu 
Turabın “Həyat” qəzetinin 106-cı nömrəsində verilmiş “Bizə hansı elmlər lazımdır?” 
ünvanlı məqaləsi idi. Məqalədə deyilirdi: “Hikməti-təbii bilməklə insan olmaq 
olmaz, hikməti-ilahi ilə kamil olmaq insanı insan edər... Əgər insan dəyanəti-
islamiyyəyə alim və arif ola və ülumə cahil (elmə savadsız), əlbəttə insaniyyətə zərər 
yetirməyəcəkdir. Əgər bir şəxs tamam ömrünü ülumi-riyazi (ruyazi elmi) və hikməti-
təbii təhsilində sərf edə, müəllimi əvvəl Aristotalis məqamını dərk edə, əlbəttə təriqi-
übudiyyətə, həqqa aliyə, alim və arif olmayacaq və insaniyyət şəhrinə daxil 
olmayacaqdır”. Göründüyü kimi, Axund Əbu Turab fərdin insani dəyərlərə malik 
olması üçün dini əsas götürür, elmi isə ikinci dərəcəli amil kimi hesab edir. Əgər belə 
isə “Peyğəmbər (s) və Əhli_Beyt(ə) gülüstanından bir dəstə gül” əsərinə müraciət 


Filologiya məsələləri, № 2, 2021
– 334 –
etcək, qeyd olunur ki, “Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə 
kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys 
dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir” [2, 
74]. Təbii ki, nə din elmi inkar edir, nə də elm dini. Fənni elmlər fərdin 
kamilləşməsinə, formalaşmasına təkan verirsə, dini elmlər insanın mənəvi 
zənginliyinə, təmizliyinə, saflığına və insan varlığına məxsus olan ən zərif, incə 
hisslərin, duyğuların oyanmasına təsir edir. Həmin fəzilətlərdən digər bir nümunə: 
“Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərli olduğunu bilsəydilər, onu hətta 
qanlarını axıtmaqla və tufanlı, dalğalı dənizləri yarmaqla belə kəzb edərdilər” [2, 74-75]. 
Əlbəttə ki, “Həyat” qəzetinin redaktoru olan Əlibəy Hüseynzadə bu yazını 
qəzetin məsləkinə uyğun gəlmədiyini, lakin bununla belə müəyyən rol oynadığını 
“Axund Əbu Turab Həzrətləri “Elmi-əbdan” sərlövhəli məqaləsində açıqlamışdır. 
XX əsrin əvvəllərində ölkədə baş verən ictimai-siyasi proseslər və bu proseslərin 
axınında müsəlmanların qarşılarına çıxacaq hər hansı maneələri dəf etmək üçün və 
gedəcəkləri hər hansı bir yolda hansını seçəcəkləri təqdirdə “Bizə hansı elmlər 
lazımdır?” məqaləsi müəyyən əhəmiyyət kəsb edir. Əlibəy Hüseynzadəyə görə nə 
həqq və aydın olan din elmdən qorxur, nə də elm din və məshəbə düşməndir. 
İxtilafin elm və din arasında deyil, özlərini din adamı bilən mollalarla dini elmlərdən 
xəbərdar olmayan elm və maarif adamları arasındadır. Axund Əbu Turab yazır: “Kişi 
bilmədiyi elmə düşməni olur, şəxs özgələrini öz düşməninə tərəf dəvət etmək qeyri-
məquldur!” [1, № 106, 1906] Buna cavab olaraq Əlibəy Hüseynzadə bütün elmlərin: 
dini və fənni elmlərin insan üçün vacibliyini açıqlayır və hətta Rəsuli-əkrəmin 
buyurduğu kəlamı qeyd edir: “Elm oxumaq bütün müsəlman kişi və qadınlarına 
vacibdir. Beşikdən qəbrə qədər elm öyrən, Çində olsa da, elmi ara” [1, №106, 1906]. 
Fikirlərə aydınlıq gətirmək üçün Mövlanə Cəlaləddin Ruminin fəlsəfəsinə 
müraciət edək: “Zahiri elmlər, yəni xarici, maddi aləmi öyrənən elmlər yalnız o 
zaman əhəmiyyətli olur ki, bədəndən çox qəlbə qulluq edir, ruhdan qida alır, surətdən 
mənaya keçir” [7, 154]. 
Qeyd olunan mövzu “Əkinçi” qəzetində də öz yerini almış, Heydəri, Əhsənül 
Qəvaid, Zaqafqaziyanın Şüyxülislami axund Əhməd Hüseynzadə və digərləri 
tərəfindən müxtəlif, bir-birinə zidd xarakterli fikirlər qəzetin məktubat bölməsində 
verilmişdir. 
Əhsənül-Qəvaidin fikirlərinin məzmununa diqqət yetirdikdə insan 
təfəkkürünün inkişafında elmin nə dərəcədə əhəmiyyətli olduğunun dinin də təsdiq 
etdiyi və bu təsdiqin “Ağıl o şeydir ki, ona allahın özü də itaət edər” [4, 109] 
ifadəsində əksini tapdığı aydın görünür. Əhsənül Qəvaid yazır: “İnsan ömrünün 
ibtidaisindən intəhasına qədər möhtacdır təhsili-üluma. Ütlübül-elmə min əl məhdi-
iləlləhdi (Elmi tələb elə beşikdən qəbrə kimi) [4, 109]. “İnsana lazımdır ki, özün və 
əhlin elmi-din və məad ilə atəşi-duzəxdən (duzəx – cəhənnəm) saxlasın, həmçinin 
gərək tərbiyyəti-ülum ilə özün və əhlin cəhalət odundan hifz etsin” [4, 116]. 


Filologiya məsələləri, № 2, 2021
– 335 –
Lakin etiraf etməliyik ki, hər bir elmə sahib olan şəxs ağıl və hikmətə sahib 
olmur. İbtidaisindən intəhasına qədər elm ilə məşğul olan fərd insaniyyət 
anlayışından kənar və hətta deyərdim ki, daxilən mənəvi təmizliyə ehtiyacı olur. 
Bəzən həddindən artıq elmə qapanma onu ətrafında insanlarla ünsiyyətdən təcrid edir 
və cəmiyyətdə elmdə topladığı fikir və ideyaları öz təfəkkür baxımından qəbul 
etdirməyə çalışır. 
Bu formada elmə qapanma bəzi hallarda şəxsi məhvə doğru aparır. Məhz bu 
baxımdan insanın həm fənni elmlərə, həm də dini elmlərə ehtiyacı vardır və hər bir 
elm cəmiyyət üçün yaşamalı və inkişafına xidmət etməlidir. 
“Axund Əbu Turab həzrətləri” başlıqlı məqalədə Əlibəy Hüseynzadə 
mübahisə xarakterli bu mövzunun qədimliyini qeyd edərək yazır ki, “Bu mübahisəyə 
müsəlman üləmasından Əbu Əli Sina, Fərabi, İbn Rüşd kibi dahilər girişmişlərdi...” 
[1, №106, 1906]. Həqiqətən, Şərq filosoflarının yaradıcılığına müraciət etcək, 
avropalılar tərəfindən Avisenna kimi məşhurlaşan Əbu Əli Hüseyn İbn Sina “İnsan 
ağlının vəhdəti nəzəriyyəsi”nin yaradıcısı idi. Əbu Nəsr Əl-Fərabi “Etiqad qarşısında 
ağılın prioritetinə əsaslanan sosial utopiya konsepsiyası”nda “İnsan yalnız ağlın 
sayəsində insan olmuşdur”, “Ancaq ağlının gücü ilə insan elmə, incəsənətə yiyələnir, 
əxlaq və əməllərində yaxşını pisdən ayıra bilir” kimi fikirlərini əxz edərək bildirir ki, 
ədalətli bir şəxs olmaq üçün nəzəri müdrikliyə malik olmalı və həmin nəzəri biliyin 
daşıyıcısı elm və fəlsəfənin sayəsində bir insan kimi fərdiləşməlidir. 
XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələri 
“Həyat” da yaşayır və cərəyan edən prosesləri səhifələrində canlandırırdı. Çarizmin 
müstəmləkəçilik siyasəti müxtəlif istiqamətlərdə aparılır və bu siyasətdən doğan 
ruslaşdırma siyasəti də həyata keçirilməyə başlayırdı. Azərbaycanda kəndlilərin 
torpaqlarının az olmasına baxmayaraq Rusiyadan vaqonlarla buraya gətirilən rus və 
erməni millətləri yerli əhalinin torpaqlarında qovulması nəticəsində torpaqla təmin 
olunur, hətta Azərbaycanın ən münbit torpaqları olan Muğan və Mil düzləridə 
yerləşdirilirdi. Əlbət ki, çarizmin bu köçürmə siyasəti Azərbaycanda baş verən 
sonrakı proseslərə öz təsirini göstərməyə bilməzdi. Belə ki, əsrin əvvəllərində baş 
verən iqtisadi böhranla əlaqədar işsizliyin sayının artması fəhlə tətillərinə səbəb 
olurdu. Sənayedə çalışan və Rusiyadan gəlmiş fəhlələr Rusiyada baş vermiş 
tətillərdən müəyyən təcrübə toplamış və tətillərdə əsas aparıcı rolu onlar 
oynayırdılar. Azərbaycanda milli-azadlıq hərəkatı geniş vüsət almışdı. Çarizm 
sakitliyi bərpa etmək üçün millətlər arasında münaqişə yaratmağın zəruri olduğunu 
hesab edir və buna nail olur. 1905-1906-cı illərdə ermənilərlə azərbaycanlılar 
arasında milli qırğın başlayır. 
“Həyat” baş vermiş hadisələrlə əlaqədar vəziyyəti “Bundan sonra nə 
etməli?” məqaləsində belə təsvir edirdi: “Şəhər iki qismə, erməni və müsəlman 
məhəllələri namilə iki qismə ayrılmış idi. Canını, həyatını təhlükəyə qoymadan nə bir 
müsəlman erməni məhəlləsinə gedə biliyor, nə bir erməni bəri tərəfə ayaq basıyor 


Filologiya məsələləri, № 2, 2021
– 336 –
idi. Gecə, ya gündüz kimsə əsgərsiz, mühafizəsiz bir yana hərəkət edəmiyor idi” [1, 
№ 68, 1905]. 
“Böyük Ermənistan” yaratmaq arzusu erməniləri illər boyu ən mənfur 
əməllərə əl atmağa sövq etmiş və rusların köməyi ilə bu niyyətlərini həyata 
keçirməyə çalışmışlar. Əlibəy Hüseynzadə “Nə etməli?” sualına cavab olaraq 
millətçilik xarakterindən uzaq olmağı, insaniyyət baxımından irəli gələrək 
humanistlik göstərməyi məsləhət görürdü. Əlbəttə ki, illər boyu xalqımızın bu 
səmimiyyətinə görə XXI əsrin əvvəllərində torpaqlarımızın 20 faizi ermənilər 
tərəfindən işğal olunmuşdur. 
“Erməni vətəndaşlarımıza tövsiyyə və ixtaratımız” məqaləsində nəzəri cəlb 
edən bir məqam diqqətdən yayınmır: “...erməniləri haqlı, insaniyyətli, bigünah və 
məsum bir quzu kibi göstərməyə, bizi isə bütün bunun əksi – övsaf ilə tövsif etməyə 
qeyrət ediyorlar, qəzetlərlə, teleqraflarla, ajanslarla Avropanın bir ucundan o biri 
ucuna, bəlkə ta Amerika və Avstraliyaya qədər o yolda fəryadlar ediyorlar” [1, № 21, 
1905]. Nə qədər tanış səhnə?! Tarix təkrar olunur. Bir əsr sonra, XXI əsrin 
əvvəllərində də ermənilər eyni siyasəti davam etdirir və törətdikləri vəhşiliklərdən 
sonra dünya “səhnəsində” özlərini “bir quzu kibi” təqdim edirdilər. Əlibəy çox gözəl 
bir ifadə verərək bildirirdi ki, ermənilər öz mənfur əməllərini söz tufanı içində 
boğurdular. 
Hadisələrin gedişatında ermənilərin “Mşak” qəzetəsi Azərbaycanın qabaqcıl 
ziyalılarından olan, Bakı şəhər dumasının üzvü Fürrux bəy və Əhməd bəy 
Ağaoğlunun Qarabağa qarışıqlıq, nifaq salmaq üçün yollandıqları haqda yanlış 
məlumat vermişdi. Əlibəy göstərirdi ki, Fərrux bəy və Əhməd bəy həmin məqamda 
Baknı tərk etməmiş, tərəfləri barışdırmaq üçün çıxışlar, məqalələrlə mövqelərini 
bildirmişlər və əgər getmişlərsə, öz vətənləri Qarabağa getmişlər. Məqalədə digər 
xarakterik cəhət özünü büruzə verir ki, bu da ermənilərin türk dünyasının 
ittihadından, xalqın qəflət yuxusundan ayılıb maarif və mədəniyyətə doğru yol 
açmalarından qorxmaları idi. 
Tarix boyi millətimizin başına gələn bəlaları çox zaman başqalarında 
axtarır, daxilimizdə olan səbəbləri görmür və görmək istəmirik. Nəcəf bəy Vəzirovun 
yaratdığı Əşrəf bəy obrazının dili ilə desək, “Bu saat yer üzündə nə qədər müsəlman 
var, cəmən zəlalətdədir... Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb... Elm yox, 
tərbiyə yox, ədəb yox... Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi 
boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən 
kimdir? Müsəlman! Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah? Yazıq, 
bədbəxt, biçarə müsəlman!.. [3, 85]. 
Yuxarıda qeyd olunan fikirlər Azərbaycanın möhtəşəm ziyalısı Əhməd 
bəy Ağaoğlunun H.Zərdabinin dəfnində söylədiyi nitqində də ifadə olunur. Bu 
fikirlər bəlkə də nəsil-nəsil insanların öz əcdadlarına verdiyi sualdan irəli gəlir və 
hardasa biz, bu günki nəslin nümayəndələri də bu məsuliyyəti öz üzərimizdə hiss 
edəcəyik. “Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcdadlarımızın 


Filologiya məsələləri, № 2, 2021
– 337 –
hüzuruna! Onlara bizdən salam yetirib də bizim bu şikayətimizi de: Ey əcdad, ey 
babalar! Bizə nə gün qoydunuz?! Bizə nə növ irs qoydunuz, getdiniz?! Stanlarımız 
xərabə, vilayətlərimiz viranə! Günü-gündən tənəzzül edib, günü-gündən puç və zay 
olmaqdayız! Əlan işimz, sənətimiz oğurluq, quldurluq, bir-birinin canına, malına, 
irzi-namusuna qəsd etmək imiş! Ey kaş nə biz olaydıq, nə böylə irs” [8, 97]. 
Azərbaycan ictimai fikri mətbuat tarixində əhəmiyyətli yer tutan 
“Həyat” qəzeti materiallarının araşdırılmasından aydın olur ki, burada çıxış edən 
müəlliflər yalnız dövrün problem, fakt və hadisələrini təsvir etmir, həm də gerçəkliyə 
analitik münasibət bildirir, onun islah olunması və dəyişdirilməsinə çalışırdılar. 
Milli- mədəni dəyərlər, ictimai-siyasi yeniliklər və s. dair aydın, obrazlı və elmi 
obyektivlik əsasında yazılan publisistik materiallar belə bir fikri birmənalı şəkildə 
söyləməyə əsas verir ki, “Həyat” qəzeti XX əsrin əvvəllərini tam mənzərəsi ilə əks 
etdirən mətbuat orqanı, dövrünü ictimai düşüncə salnaməsidir. 
ƏDƏBİYYAT 
1. “Həyat” qəzeti. 1905 – 1906-cı illər. 
2. Peyğəmbər (s) və Əhli-Beyt (ə) gülüstanından bir dəstə gül. 2005. 
3. “Əkinçi” 1875-1877. (Tam mətni). Bakı,Azərnəşr. 1979. 463 səh. 
4. Vəliyev Ş.Q. Füyuzat ədəbi məktəbi. Bakı. “Elm” nəşriyyatı. 1999. 443 səh. 
5. Hüseynzadə Ə. Türklər kimdir və kimlərdən ibarətdir. Tərtib edəni, 
transliterasiyası Ofelya Bayramlı. Bakı. “Mütərcim”. 1997. 292 səh. 
6. Rüstəmov Y. Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi. Təkrar nəşr. Bakı. 
“Nurlan” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2006. 240 səh. 
7. Hənifə xanım Məlikova-Abayevanın xatirələri. Bakı. 2005. 
8. Məmmədov İ.M., Məmmədov Ç.İ. Siyasi tarix. XX əsr. Bakı. “Çıraq “ 
nəşriyyatı. 2006. 352 səh. 
Ф.А.АЛИЗАДЕ 
ГАЗЕТА «ХАЯТ» КАК ЛЕТОПИСЬ ОБЩЕСТВЕННОЙ
МЫСЛИ СВОЕГО ВРЕМНИ 
РЕЗЮМЕ 
В научно-исследовательской работу проведены научные исследования, 
связанные с деятельностью газеты «
Х
аят», опубликованной в начале 
ХХ
века. 
Публицистические отражения общественно-политических процессов в период 
печати газеты нашли место на страницах газеты. Это создает возможность 
обоснования мнений в необходимыми фактами. Армянский – мусульманский 
конфликт, возникший в начале 
ХХ
века являются кровавыми страницами 
нашей истории. Решению вопросов в связи с этим газета «
Х
аят» уделял 
большое внимание и печатал публицистические статьи отражающие мнения 
творческих лиц того времени. 
Общественно – политические процессы, происходившие в начале 
ХХ
века, особенно подписание манифеста царской Россией, вызывали большой 


Filologiya məsələləri, № 2, 2021
– 338 –
резонанс. О форме событий, происходивших в связи с этим, ежедневно 
информировали в газете «
Х
аят». Одной из актуальных проблем того периода 
было избрание в Думу. Редактор газеты «
Х
аят» Алибек Гусейнзаде в статье 
«
Ц
ель газеты», опубликованной в первом номере, указал на задачи газеты на 
протяжении своей деятельности. По мнению автора, каждая нация должна 
знать о своем языке, о своей религии, о своей истории, о своих традициях и 
обычаях. Газета «
Х
аят» поставила перед собой цель осуществления этой 
задачи в своей деятельности. А. Гусейнзаде также подчеркивал важность 
грамотности журналистов. По его мнению, если журналисты не знают о своей 
национальной сущности, о своих национальных ценностях, каким образом они 
смогут просветить народ. 
На страницах газеты «
Х
аят» был опубликован цикл статей «Кто такие 
тюрки и из кого они состоят». Алибек Гусейнзаде в статье подчеркивал 
ошибочное название тюрков «татарами». Далее автор подчеркивал разделение 
на три отделение тюрков, которых ошибочно назвали «татарами». 1. 
Племена, живущие в Сибири под различными названиями. 2. Российско – 
европейские тюрки, которые по происхождению являются тюрко-язычными 
племенами из булгаров и гыпчагов. 3. Тюрки, которых соседние племена 
Кавказа ошибочно назвали «татарами».
В начале 
ХХ
века политика царизма по колонизации и русификации 
также была актуальна, которая в газете «
Х
аят» отражалась как актуальная тема. 
Сотрудники газеты «
Х
аят», описывая реальности, не только доводили до 
аудитории события эпохи, но и выражали свое аналитическое отношение.
Ключевые слова:
А.Гусейнзаде, газета «Хаят», кто такие тюрки, 
природная мудрость, божественный, Ахунд Абу Тураб. 
F.A.ALIZADE 
“HAYAT” NEWSPAPER IS A PUBLIC THOUGHT CHRONICLE
OF ITS PERIOD 
SUMMARY 
Scientific researches were carried out related to the activity of “Hayat” 
newspaper published in early 20th century in the scientific research work. Publicist 
reflection of the public and political processes occured in the period of newspaper 
publication have been issued on the pages of the newspaper that, this allows to base 
thoughts with necessary facts. Armenian and Muslim conflict happened in early 20th 
century is one of the bloody pages of our history that, “Hayat” newspaper gave much 
importance to the settlement of the issue on this and published publicist writings in 
which the thoughts of creative persons of its period have been reflected. 
The socio-political processes that took place in the early twentieth century, 
especially the signing of the manifesto by Tsarist Russia in 1905, caused a great stir. 
The “Hayat” newspaper was informed on a daily basis about the form of events in 


Filologiya məsələləri, № 2, 2021
– 339 –
this regard. The issue of Duma elections was also one of the urgent problems of the 
time. Alibay Huseynzada, the editor of the “Hayat” newspaper, wrote an article in 
the first issue entitled "The newspaper's profession" about the newspaper's 
responsibilities throughout its existence. According to the author, every nation 
should be aware of its language, religion, history and traditions. “Hayat” newspaper 
has stated that it will fulfill this task throughout its existence. A. Huseynzada also 
stressed the importance of literacy of editors. Therefore, if editors are unaware of 
their national existence and national values, how can they enlighten the people. 
The “Hayat” newspaper published a series of articles entitled “
W
ho are the 
Turks and who they consist of”. In the article, Alibay Huseynzada stressed that the 
Turks were mistakenly called Tatars. In the end, the author emphasized that the 
Turks were divided into three sections, the Turks, who were mistakenly called 
Tatars. 1. Tribes living in Siberia under different names. 2. Russian-European Turks 
are Turkic-speaking tribes of Bulgarian and Kipchak origin. 3. The Turks are 
mistakenly called Tatars by the neighboring tribes of the Caucasus. 
Tsarist policy of colonization and Russification in the early twentieth century 
was also on the agenda, which was reflected in the newspaper “Hayat” as a topical 
issue. Employees of the “Hayat” newspaper not only described the events of the 
period as they were, but also gave them an analytical attitude. 
Key words: 
A.Huseinzadeh, “Hayat” newspaper, who are the Turks, 
natural wisdom, natural divine, Akhund Abu Turab.
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi:
filologiya elmləri doktoru, professor Şamil Vəliyev 
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 340 –
ŞÜKÜROVA 
MƏHBUBƏ 
Lənkəran 
Dövlət 
Universiteti 
mehbube.sukurova@bk.ru
BƏDİİ ƏSƏRLƏRİN KOMPOZİSİYASININ TƏDRİSİ YOLLARI 
XÜLASƏ 
Açar sözlər: Ədəbiyyat, kompozisiya, əsər, metod, tədris 
Şagirdlərin həyata baxışlarının formalaşmasında bədii əsərlərin çox böyük 
rolu vardır. Amma təbii ki, bu əsərlər şagirdlərə pərakəndə formada deyil, müəyyən 
ardıcıllıqla və sistemli şəkildə öyrədilməlidir. Bədii əsərlərin öyrədilməsində 
sənətkarlığın çox vacib amili olan kompozisiya və süjet xüsusiyyətlərinin 
öyrədilməsi ədəbiyyat dərslərinin tədrisində mühüm məsələlərdən biridir. Tədris 
zamanı əsərin kompozisiya və süjet xüsusiyyətlərinin təhlili üçün ilk növbədə 
şagirdlərə bu anlayışların mahiyyəti izah olunmalıdır. Biz bu məqalədə əsasən 
kompozisiya xüsusiyyətlərinin izahına diqqət yetirəcəyik. Kompozisiya – (komposite 
latın sözü olub – mənası tərtib etmək, qurmaq) deməkdir.
Ədəbiyyatşünaslıq elmindən bizə məlumdur ki, sənətkarın müşahidə etdiyi, 
seçdiyi həyat hadisələrinin bir – biri ilə əlaqələndirilməsinə, müəyyən ardıcıllıqla və 
sistemlə qurulmasına kompozisiya deyilir. Ümumtəhsil məktəblərində ədəbiyyat 
nəzəriyyəsi fənnində kompozisiya mövzusunu tədris edərkən şagirdlərə mövzunu
tam mənimsətmək üçün aşağıdakı aspektləri izah etmək lazımdır ki, bədii əsərlərin 
təhlilində çətinliklər yaranmasın. Ədəbiyyatşünaslıqda bədii əsərin kompozisiyasına 
yazıçı sənətkarlığının mühüm göstəricisi kimi yanaşılır. 
Fəxrəddin Yusifov “Ədəbiyyatın tədrisi metodiksı” kitabında kompozisiya 
haqqında belə qeyd edir. O, sənətkarlığın bariz ifadəsidir. Onun əsas vəzifəsi təsvir 
olunan əhvalat, hadisə və ya hisslərin təbii, canlı, bədii, və qanunauyğun formada 
yerləşdirilməsinə xidmət etməkdir. [1.,s.131] 
Yazıçı əsərin məzmununu, obrazları, hiss və həyəcanları, əşya, təbiət 
təsvirlərini necə gəldi deyil, bir – biri ilə əlaqədə, müəyyən bir tərtibdə, sistemdə 
təsvir edir. Məhz yazılan əsərin quruluşu, orada təsvir olunan hadisələrin bir – birilə 
əlaqəsi müəllifin məramından, əsəri yazarkən qarşıya qoyduğu niyyətindən asılı 
olaraq müəyyənləşdirilir. Görkəmli ədəbiyyatşünas alim M. Rəfili yazır ki, bədii 
əsərin mürəkkəb ünsürlərinin və cüzlərinin təşkili və tərtibinə, hadisələrin və 
məzmunun quruluşuna kompozisiya deyilir. [7.,s.171] 
Tədris zamanı kompozisiya şagirdlərə iki mərhələdə öyrədilir. 
1)
V – IX siniflərdə bədii əsərin kompozisiyasının təhlili 
2)
X – XI siniflərdə bədii əsərin kompozisiyasının təhlili 
Hər iki məqamda məqsəd əsərin quruluşunun bir – biri ilə necə əlaqələndirilməsinin 
şagirdlər tərəfindən tam mənimsənilməsidir. Bunu orta ümumtəhsil məktəblərində 


Filologiya məsələləri, № 2, 2021
– 341 –
tədris olunan bir nümunə əsasında izah edək. Məsələn, X sinifin ədəbiyyat 
dərslərində tədris olunan Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri üçün dörd 
saat vaxt ayırılmışdır. Təcrübəli ədəbiyyat müəllimi bu dərs prosesini elə qurmalıdır 
ki, bu dörd saat müddətində əsərin məzmun və formasını, süjet və kompozisiyasını 
şagirdlərə tam öyrədə bilsin. Burada əsərin kompozisiyasında verilir: Əhvalatı – 
qəhrəmanların başına gələni danışır, sonra onun daxili aləmini ifadə edən qəzəl 
nümunələri verir. Daha doğrusu hadisə ilə əhval – ruhiyyə, təhkiyə ilə lirikanın 
vəhdəti əsərin kompozisiyasına spesifik bir xüsusiyyət gətirir. Müəllim həmçinin 
kompozisiya ilə yanaşı kompozisiya ünsürlərinidə şagirdlərə izah etməlidir. Çünki 
məhz bu vasitələr əsasında şagirdlər tədris olunan bədii əsəri, onun ayrı – ayrı 
hissələrini hər hansısa əsərin əvvəlində və sonunda verilən hissələri başa düşüb 
qavraya bilər.
Təhlil zamanı kompozisiya elementləri olan epiqraf, proloq, epiloq, lirik ricət 
anlayışları ətraflı izah edilir, müəllif niyyətinin açılmasında onların rolu 
aydınlaşdırılır. Təcrübəli müəllim tədris zamanı məhz kompozisiya ünsürlərini 
müəyyən əsərlər üzərində izah etməlidir ki, şagirdlər bunu tam, əhatəli mənimsəyə 
bilsinlər. 
R.Yusifoğlu yazır ki,əsərdə epiqrafdan, proloqdan tutmuş epiloqa qədər bütün 
element və komponentlər hamısı küll halında kompozisiyaya daxildir. Bədii əsərin 
strukturunda iriliyindən, kiçikliyindən asılı olmayaraq hər bir detalın, poetik fiqurun, 
hətta söz və ifadənin belə özünəməxsus yeri və rolu vardır.[2.,s.172] 
Epiqraf – yazıçının əsərin əvvəlində və yaxud da fəsillərinin başlanğıcında 
başqa sənətkarlardan, görkəmli şəxsiyyətlərdən müəyyən hikmətli fikir və sitat 
verməsinə deyilir. Epiqraf əsasən bu və ya başqa şəkildə oxucunu bir növ əsərlə 
tanış edir. Məsələn, Mir Cəlal Paşayev “Bir gəncin manifesti” əsərinə böyük rus 
yazıçısı Lev Tolstoyun məşhur “Anna Karenina” əsərindən belə bir epiqraf verir: 
“Bütün xoşbəxt ailələr bir – birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür 
bədbəxtdir”.[3.,s.143] 
Proloq – bədii əsərin əvvəlində verilir. Proloq vasitəsilə yazıçı oxucunu bir 
növ əsərdə danışılacaq hadisə ilə tanış edir. Məsələn, X sinifin ədəbiyyat dərslərində 
tədris olunan Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində oxucunu əsərlə tanış 
etmək üçün poemanı məzmunu kitabın əvvəlində “Dastanın xülasəsi və İsgəndərin 
cahangirlik tarixi” başlığı altında: 
“...Şeirimdən atsaydım bəzəkli donu, 
Azacıq zəhmətlə yazsaydım onu, 
Bu böyük fatehin sərgüzəştindən, 
Bir vərəq yazmaqla bitirərdim mən...” –
deyərək İsgəndərin tarixi xidmətlərini ümumi şəkildə oxucuya çatdırır.[3.,s.143] 
Epiloq isə proloqun əksinə olaraq bədii əsərin sonunda verilir. Sənətkar əsər 
boyu qaldırdığı məsələləri epiloqda yekunlaşdırır. Məsələn, Məhəmməd Füzulinin 


Filologiya məsələləri, № 2, 2021
– 342 –
“Leyli və Məcnun” poemasında danışılan əhvalatı əsərin sonunda “Təmamiye – 
Süxən” başlığı ilə yekunlaşdırır.[3.,s.144]
Əgər V sinifdən başlayaraq tədris edilən əsərlər düzgün metodik əsaslarla tədris 
edilərsə, bu bir növ yuxarı siniflərdə də bədii əsərlərin öyrədilməsi üçün zəmin olar. 
Belə bir zəmin əsaında öyrədilən əsərlər də şagirdlərdə güclü və emosional hisslər 
yaradır. 
Təhlil şagirdlərin bədii əsəri ilkin qavraması nəzərə alınaraq aparılır. Bədii 
əsərin kompozisiya quruluşunun düzgün öyrədilməsi üçün sualların tərtibi zamanı 
aşağdakı məsələlərə diqqət yetirilir. 
1.Əsərin kompozisiya quruluşu; 
2.Əsərdə istifadə olunan kompozisiya elementləri; 
3.Əsərin strukturu zamanı hadisələrin bir-biri ilə əlaqələndirilməsi; 
4.Əsərdə sənətkar niyyəti (əsərin ideyası) ; 
5.Əsərin janr, dil, kompozisiya, üslub xüsusiyyətləri; 
Məhz bu suallar və cavablar əsasında mövzunun əhatəli şəkildə şagirdlərə 
öyrətmək və başa salmaq məqsədə uyğun olar. 
Həmçinin şagirdlərə onu da izah etmək lazımdır ki, əsərin kompozisiya 
düzümü onun bədii bütövlüyünü yaradan vasitələrdən biridir. Kompozisiya hissi 
yazıçıya nəinki maraq yaratmaq üçün, həm də əsərin obraz kimi bütövlüyünü və 
görümlü olmasını təmin etmək üçün vacibdir. Görkəmli yazıçılarda heç vaxt süjeti 
ağırlaşdıran və onu gərəksiz epizodlarla yükləyən kompozisiya quruluşuna təsadüf
edilmir. Gərəksiz epizodlar məhz kompozisiya tərtibi zamanı hiss edilir və atılır. Ona 
görə də kompozisiya ədəbi əsərin bədii bütövlüyünün əsas əlamətlərindən biridir. 
Rəhim Əliyev “Ədəbiyyat Nəzəriyyəsi’’kitabında qeyd edir ki “Ədəbi əsər 
kiçik olduqca onun kompozisiya quruluşunu tərtib etmək daha çətin olur və daha 
artıq peşəkarlıq tələb edir.
Bu mənada, hekayə və novella janrlarında bəzən kompozisiya ustaliğı ilk 
plana keçir. Yığcam hekayədə fabula, süjet və kompozisiya yazıçının xüsusi forma 
hissində, xüsusi ədəbi bütövlük hissində birləşirlər.Ona görədə dünya ədəbiyyatında 
hekayə ustaları barmaqla sayılacaq dərəcədə azdır”. [6.,s.267] 
Məlumdur ki, bədii ədəbiyyat yüksək tərbiyəvi təsir gücünə malik olub, 
şagirdlərə sağlam əxlaqi – estetik düşüncə, mənəvi saflıq, nitq zənginliyi və başqa bu 
kimi keyiyyətlər aşılayır. Buna görədə müəllim tədris zamanı şagirdlərin təlim – 
tərbiyəsinə mühüm təsir göstərən əsərlərin məzmun formasına, süjet və 
kompozisiyaının tədrisinə xüsusi əhəmiyyət verməlidir. V sinifdən başlayaraq bədii 
əsərlər elmi – nəzəri əsaslarla öyrədilir. Təbii ki, əsərlərin tədrisi zamanı onun təhlili 
məsələsi vacib amildir.
Müasir texniki tərəqqi ilə əlaqədar olaraq bədii əsərlərin təhlilini köhnə, 
ancaq ənənəvi qaydada aparmaq məqbul hesab edilmir. Elə buna görə də təhlil 
müasir dərs tələblərinə uyğun formada aparılır. Pedaqoq Fəxrəddin Yusifov yazır ki, 


Filologiya məsələləri, № 2, 2021
– 343 –
Təlim üsulu – müəllimin şagirdlərə müvafiq bilik, bacarıq, vərdiş və keyfiyyətləri 
aşılamaq, çatdırmaq vasitəsidir [5.,s.126].
Yəni, dərs zamanı müəllim kurikulum standartlarına uyğun olaraq fəal – 
interaktiv təlim metodları olan – BİBO, Ziqzaq, Venn diaqramı, diskusiya 
formlalarından istifadə etməlidir. Amma ədəbi əsərlərin süjet və kompozisiyasının 
öyrənilməsində ən effektli üsul müsahibə üsuludur. Yəni bu deyilənləri belə izah 
etmək olar ki, ən vacib məsələlərdən biri də bu metodlarla kompozisiyanın tədrisidir. 
Müəllim yeni təlim metodlarından istifadə edərək əsərlərin süjet və kompozisiyasını 
şagirdlərə elə izah etməlidir ki, hər bir şagird əsərdə baş verən hadisələri, obrazların 
bir – birilə qarşılıqlı əlaqəsini tam mənimsəsin və yadda saxlasın. Bu mövzu elə 
tədris olunmalıdır ki, şagirdlər artıq digər əsərləri keçərkən əsərin kompozisiyasını, 
burada istifadə olunan kompozisiya ünsürlərini müəyyənləşdirməyi bacarsınlar.
Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ədəbiyyat 
dərslərində bu mövzunun tədrisinin əsas prinsipi məhz şagirdlərə bədii əsərin 
quruluşunu, strukturunu, obrazların və baş verən hadisələrin bir – birilə əlaqəsini və 
kompozisiya xüsusiyyətlərini düzgün başa salmaq və mənimsətməkdir.Çünki məhz 
bu mövzunun düzgün tədrisi əsasında şagirdlər bundan sonrakı keçiriləcək ədəbi-
bədii əsərləri doğru şəkildə qavrayıb və oradan düzgün nəticə çıxara bilərlər. 
MAХБУБА ШУКУРОВА 
СПОСОБЫ ОБУЦЕНИЯ КОМПОЗИЦИИ
ПРОИЗВЕДИЙ ИСКУССТВА 
РЕЗЮМЕ 
Произведения искусства играют большую роль в формировании 
взглядов учеников на жизнь. Но, конечно, преподавать эти произведения 
ученикам нужно не в розничной форме, а в определенной последовательности 
и системе. Изучение особенностей композиции и сюжета, которые являются 
очень важными факторами при изучении произведений искусства, является 
одним из важных вопросов в преподавании уроков литературы.
Чтобы проанализировать состав и сюжетные особенности произведения 
во время обучения, в первую очередь следует разъяснить ученикам суть этих 
понятий. В этой статье мы сосредоточимся в основном на объяснении 
композиционных особенностей. Композиция - (составное - латинское слово - 
означает компилировать, строить). 
Ключевые слова: литература, композиция, произведение, метод, 
обучение. 


Filologiya məsələləri, № 2, 2021
– 344 –
MAHBUBA SHUKUROVA 
WAYS OF TEACHING THE COMPOSITION OF WORKS OF ART 
SUMMARY 
Is the teaching of composition by methods.Teacher works using new teaching 
metods exlpain the plot and composition to the the students in such a way that each 
student is aware of that is happening in the work to fully master and remember the 
events,the interactions of images.This is it. The topic should be taught in such a way 
that students arleady know the composition of the work. Be able to identify the 
compositional elements used here. From all this we can conclude that this is the case 
in literature lessons. The main principle of is the teaching the subject is to teach 
students the structure of the work of art correct the relationship between the images 
and events and the composition to the students in such a way that each student is 
aware of what is happening in the work to fully master and remember the events, the 
interactions of images. This is it.The topic should be taught in such a way that 
students arleady know the composition of the work. Be able to identify the 
composition elements used here. From all this we can conclude that this is the case in 
literature lessons. The main principle of is the teaching the subject is to teach 
students the structure of the work of art correct the relationship between the images 
and events and the compositional features to understand and master. Because it is the 
students who teach this subject correctly.Correctly understood the literary and artistic 
works to be held in the future. And from there the correct result can produce. 
Keywords: Literature, composition, work, method, education. 
Ədəbiyyat 
1.
Yusifov. F “Ədəbiyyatın tədrisi metodikası” Bakı – 2008 səh 204 
2.
Həsənli. B “Ədəbiyyatın tədrisi metodikası” Bakı – 2011
3.
Mikayılov. Ş. A “Ədəbiyyat nəzəriyyəsi” Bakı – 2003 səh 306 
4.
Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva “Ümümi təhsil 
məktəblərinin 10 – cu sinifi üçün ədəbiyyat fənni üzrə dərsliyin metodik 
vəsaiti” Bakı – 2017 səh 208 
5.
Yusifov. F “Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə, ali 
təhsilin bakalavriat təhsil səviyyəsi üzrə seçmə fənnin proqramı” Bakı – 
2011 səh 304 
6.
Rəhim Əliyev “Ədəbiyyat nəzəriyyəsi” Bakı – 2008 səh 360
7. Rəfili Mikayıl “Ədəbiyyat nəzəriyyəsinə giriş’’ Bakı 1958 
8.
www.kurikulum.az
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: Dosent. Kazımov Kamran 
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 345 –
NƏRMİN VÜQAR QIZI HƏSƏNOVA 
narminhasanova14@mail.ru 
Lənkaran Dövlət Universiteti 
C.MƏMMƏDQULUZADƏNİN HƏYATI VƏ MƏKTƏBDARLIQ 
FƏALIYYƏTİNİN TƏDRİSİ YOLLARI 
XÜLASƏ 
Bu məqalədə Cəlil Məmmədquluzadənin həyatına, pedaqoji fəaliyyətinə 
toxunulub və tədris edilməsinin əhəmiyyətindən danışılır. Məqalədə göstərilir ki, ən 
vacib məqam ilk olaraq şəxsiyyətin həyatının öyrədilməsidir. Yazıçının 
bioqrafiyasını öyrənməyin əsas məqsədi onun şəxsiyyətini üzə çıxarmaq, həmçinin 
onun şəxsiyyətinin, xarakterinin formalaşmasına və əsərlərinin ideya xəttinə təsir 
göstərən faktları aydınlaşdırmaqdır. 
Yazıçının ədəbiyyat tarixində yeri və mövqeyi məsələsinə də toxunulub. Onun 
ənənələrə sadiqliyi, novatorluğu, özündən sonra gələn ədəbi nəsillərə təsiri və s. kimi 
məsələlərə yer verilmişdir. Verilən məlumatlar təhsilalanlarda Cəlil 
Məmmədquluzadənin pedaqoji fəaliyyəti haqqında təsəvvürləri daha da genişləndirir, 
dahi ədəbi simanı publistik yaradıcılıq sahəsini göz önündə canlandırır. Həmçinin 
müəllimlik fəaliyyətində və digər məsələlərdədə xalqa xidmətindən bəhs 
olunmuşdur. Cəlil Məmmədquluzadənin həyatı və pedaqoji fəaliyyətinin tədrisi 
nəticəsində onun parlaq səxsiyyəti üzə çıxdı. 
Açar sözlər: 
həyatı və yaradıcılığı, məktəblərdə tədrisi, pedaqoji fəaliyyəti, 
ədəbiyyat tarixində yer və mövqeyi 
Annotasiya:
Bu məqalədə Cəlil Məmmədquluzadənin həyatına, pedaqoji 
fəaliyyətinə toxunulub və tədris edilməsinin əhəmiyyətindən danışılır. Məqalədə 
göstərilir ki, ən vacib məqam ilk olaraq şəxsiyyətin həyatının öyrədilməsidir. 
Yazıçının bioqrafiyasını öyrənməyin əsas məqsədi onun şəxsiyyətini üzə çıxarmaq, 
həmçinin onun şəxsiyyətinin, xarakterinin formalaşmasına və əsərlərinin ideya 
xəttinə təsir göstərən faktları aydınlaşdırmaqdır. Yazıçının ədəbiyyat tarixində yeri 
və mövqeyi məsələsinə də toxunulub. Onun ənənələrə sadiqliyi, novatorluğu, 
özündən sonra gələn ədəbi nəsillərə təsiri və s. kimi məsələlərə yer verilmişdir. 
Neçə-neçə nəsillər tərəfindən qələmə alınmış Azərbaycan ədəbiyyatının 
dəyərli nümunələri xalqımızın mənəvi mədəniyyəti, incəsənəti, ana dili, tarixi, 
coğrafiyası barədə biliklərin mənimsənilməsində xüsusi əhəmiyyətə malik olmuşdir. 
Ədəbiyyat xalqa xidmət etdiyi üçün bir çox Azərbaycan ziyalıları, görkəmli 
şəxsiyyətlər də xalqa xidmət etməyin ən səmərəli üsulunu pedaqoji fəaliyətdə 
görmüş, müəllimliklə yanaşı ədəbiyyatın tədrisi metodikasına da töfhələr vermiş, öz 


Filologiya məsələləri, № 2, 2021
– 346 –
təcrübəsini sonrakı nəsillərə ötürmüşlər. Həm ədib, həm də müəllim kimi fəaliyyət 
göstərən bu şəxsiyyətlər daim xalqla təmasda olmuş, həmvətənlərinin problemləri ilə 
yaşamış, onların üzləşdiyi maddi və mənəvi çətinliklərin aradan qalxmasına 
hərtərəfli – həm maddi, həm də qələmin gücü ilə kömək etməyə can atmışlar. 
M.Ş.Vazeh, M.F.Axundzadə, S.Ə.Şirvani, S.M.Qənizadə, M.Ə.Sabir, 
C.Məmmədquluzadə, H.Cavid, S.S.Axundov, M.T.Sidqi, N.Nərimanov, M.Müşfiq, 
S.Vurğun, İ.Şıxlı, M.Təhmasib və digər ziyalıların ədəbiyyat müəllimi kimi 
fəaliyyəti xalqa təmənnasız xidmət nümunəsi olaraq bu gün də gənc müəllimlər üçün 
örnək sayılır. 
Cəlil Məmmədquluzadə də belə böyük ədəbi simalardandır. Onun 
qəhrəmanları ilk baxışda oxucuya və tamaşaçıya kiçik görünürlər. Amma onların 
humanizmi, mənəvi aləmi, demokratik düşüncələri, məişəti o qədər ustalıqla açılır ki, 
bu “kiçik” obrazlar və onların konkret milli duyğuları ümumbəşəri və dərin fəlsəfi 
məna kəsb edir. Bu sadə və adi insanların idealları, faciəsi həmin dövrdə və hətta 
indinin özündə də hüququ tapdanan bütün xalqların idealları, faciəsi ilə bir səsləşir. 
Cəlil Məmmədquluzadə elə bir şəxsiyyətdir ki, onun nəinki yaradıcılığının, 
habelə həyatının öyrənilməsi şəxsiyyətyönümlü təlimdə xüsusi əhəmiyyətə malikdir. 
Yazıçının ədəbiyyat tarixində yeri və mövqeyi, ənənələrə sadiqliyi, novatorluğu, 
özündən sonra gələn ədəbi nəsillərə təsiri və s. kimi məsələlər şagirdlərə təkcə ədəbi-
tarixi biliklər vermir, həm də onların milli qürur, ləyaqət və iftixar hissinin 
formalaşmasında fəal rol oynayır (6, 12). Bu məqsədlə müəllim müxtəlif 
mənbələrdən-bioqrafik materiallardan, monoqrafiyalardan, xatirələrdən sənətkarın 
həyatı barədə materiallar toplayıb onun həyat yolu barədə şagirdlərə məlumat 
verməlidir. Təkcə dərslikdə verilmiş materiallarla qane olan müəllim tələb olunan 
nəticəni əldə edə bilməz.
Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı orta ümumtəhsil 
məktəblərinin VIII və XI siniflərində tədris olunur. VIII sinif dərsliyində yazıçının 
“Qurbanəli bəy” hekayəsinin həm ədəbiyyatşünaslıq, həm də dilçilik təhlili həyata 
keçirilir (2, 92-109). Həmçinin Cəlil Məmmədquluzadənin “Poçt qutusu “ hekayəsi 
də VIII sinif əbəbiyyat dərsliyinin “Sinifdənxaric oxu materialları” bölməsində yer 
almışdır (2, 178-182). Yazıçının həyatı, məktəbdarlıq fəaliyyətinin öyrənilməsi isə
XI sinifdə həyata keçirilir. Eyni zamanda “Anamın kitabı” əsəri də tədris olunur 
(4,12-29). 
Çox vaxt giriş dərsi yazıçının bioqrafiyası üzərində işi əhatə edir. Orta 
məktəbin yuxarı siniflərində yazıçının tərcümeyi-halının öyrənilməsi tarixi-ədəbi 
prosesin dərk edilməsinə, yazıçının bədii dünyasının mənimsədilməsinə 
yönəldilmişdir. Orta siniflərdə isə şagirdlər yazıçının həyatından yalnız öyrənilən 
əsərlə birbaşa əlaqəli olan müəyyən məlumatlar alırlar. Yazıçının bioqrafiyasını 
öyrənməyin əsas məqsədi onun şəxsiyyətini üzə çıxarmaq, həmçinin onun 
şəxsiyyətinin, xarakterinin formalaşmasına və əsərlərinin ideya xəttinə təsir 
göstərən faktları aydınlaşdırmaqdır (5, 84). 


Filologiya məsələləri, № 2, 2021
– 347 –
Cəlil Məmmədquluzadənin həyatının və fəaliyyətinin tədrisi VIII sinifdə 
nəzərdə tutulmasa da, müəllim bu barədə məlumat verməli, hekayəni yazan müəllifin 
şəxsiyyəti, həyatı, pedaqoji fəaliyyəti ilə şagirdləri məlumatlandırmalıdır. Lakin 
bununla yanaşı dərslikdə də kiçik bir məlumatın olması daha məqsədəuyğun olardı. 
XI sinifdə Cəlil Məmmədquluzadənin həyatı və məktəbdarlıq fəaliyyəti 
barədə dərslikdə çox qısa bir məlumat verildiyindən şagirdlərin bu barədə 
məlumatlandırmaq məqsədilə müəllimin verdiyi əlavə şərhə ehtiyac vardır, həmçinin 
şagirdlərin fərdi araşdırmalarına da istiqamət vermək və disskusiya aparmaq 
məqsədəuyğundur. Müəllim bu məqsədlə Cəlil Məmmədquluzadənin həyat və 
fəaliyyətini araşdıran tədqiqatçıların əsərlərinə, internet resurslarına müraciət etməli, 
qısa və dolğun materiallar toplayıb şagirdləri məlumatlandırmalıdır. Orta məktəbin 
XI sinfində Cəlil Məmmədquluzadənin həyatı və məktəbdarlığı haqqında məlumat 
bundan ibarətdir: “Qədim Naxçıvan şəhərində dünyaya göz açan 
C.Məmmədquluzadənin ailəsi firavan yaşamasa da, atası Məşədi Məmmədqulu 
övladının təhsil almasına xüsusi diqqət yetirmiş, onu kiçik yaşlarından mollaxanaya 
qoymuşdur. Mollaxana təhsili səmərəsiz olmamışdır; xatirələrindən, eləcə də 
əsərlərindən məlum olur ki, onun burada oxuması fars və ərəb dillərini 
mənimsəməsinə, müsəlman Şərqi barədə təsəvvür qazanmasına əhəmiyyətli təsir 
etmişdir. O, təhsilini Naxçıvan şəhər üçsinifli məktəbində davam etdirmişdir. Lakin 
onun fikri inkişafında, dünyagörüşünün formalaşmasında Qori Müəllimlər 
Seminariyasında aldığı təhsil (1882–1887) mühüm rol oynamışdır. Seminariyanı 
uğurla bitirən C.Məmmədquluzadə təxminən on il (1887–1897) İrəvan 
quberniyasının və Naxçıvanın kəndlərində müəllim işləmişdir. Kənd həyatını, 
insanları dərindən müşahidə edən gənc müəllimdə bədii yaradıcılığa böyük həvəs 
yaranır və ilk qələm təcrübələri meydana çıxır” (4, 12-13). 
Göründüyü kimi dərslikdə əks olunan məlumat böyük ədibin məktəbdarlıq 
fəaliyyəti haqqında çox az təsəvvür yaradır. Bu məqsədlə də müəllim tərəfindən 
aşağıdakı məlumatların şagirdlərin diqqətinə çatdırılması daha effektiv olar:” 15 
yanvar 1890-cı ildən 1897-ci ilin iyun ayınadək Nehrəm məktəbinin nəzarətçisi 
vəzifəsini daşıyan böyük maarifçi bu illərdə Nehrəm ibtidai məktəbində şagirdlərin 
sayını 40 nəfərə çatdırıb. Mirzə Cəlilin səyi nəticəsində 1893-cü ildə məktəbdə qız 
sinfı təşkil olunub, bacısı Səkinə da daxil olmaqla, 8 nəfər azərbaycanlı qızı təhsilə 
cəlb edib. İrəvan-Yelizavetpol quberniyası Xalq Məktəbləri Direktorluğu müsəlman 
qızları arasında savadı yaymaq üçün göstərdiyi qayğıkeşliyə görə onu yazılı 
təşəkkürə layiq görüb. Bundan başqa, Mirzə Cəlil ərəb əlifbasını sadələşdirmək və ya 
latın qrafikasına keçmək üçün təşəbbüs göstərib, bu məqsədlə Peterburqa gedərək 
"Novoe vremya" qəzetinin redaktoru A.S.Suvorinlə görüşüb (1895). Mirzə Cəlil 
Nehrəm məktəbində diyarşünaslıq muzeyi yaratmağa nail olub (1896), həmçinin o, 
qonşuluqdakı Bulqan hərbi hissəsi həkiminin köməyi ilə "yerli iqlimi və təbiəti 
öyrənməyə" səy göstərib. 1893-cü il noyabrın 22-də Naxçıvan şəhərində çağırılmış 


Filologiya məsələləri, № 2, 2021
– 348 –
İrəvan quberniyası xalq müəllimlərinin sahə qurultayında iştirak və çıxış edib, əməli 
təkliflər irəli sürüb”. 
Göründüyü kimi, bu fakt şagirdlərdə Cəlil Məmmədquluzadənin pedaqoji 
fəaliyyəti haqqında təsəvvürləri daha da genişləndirər, dahi ədəbi simanın nəinki 
publisistika yaradıçılıq sahəsində, həmçinin müəllimlik fəaliyyətində və digər 
məsələlərdə də xalqa xidmətlərinin göz önündə canlandırar. Həmçinin, ev 
tapşırıqlarının verilməsi mərhələsində dərslikdə verilən tapşırıqlara Cəlil 
Məmmədquluzadənin pedaqoji fəaliyyəti barədə suallar da əlavə etmək olar ki, bu 
da şagirdlərin müxtəlif resurlslardan istifadə etmək və sərbəst şəkildə müşahidə, 
tədqiqatçılıq bacarığını fəallaşdırması baxımdan məqsədəuyğundir. Ədəbiyyat 
dərslərində qarşıya qoyulan tələblərdən biridə əyaniliklə bağlı olduğu üçün Cəlil 
Məmmədquluzadənin həyatının tədrisinə başlamazdan əvvəl onun şəxsiyyətini, 
məfkurəsini əks etdirən foto-slaydlar nümayiş etdirmək faydalıdır. Yaxşı olar ki, bu 
fotolar görkəmli mütəfəkkirin fikirlərini özündə əks etdirsin. Cəlil 
Məmmədquluzadənin pedaqoji fəaliyyətini göz önündə canlandırmaq məqsədilə 
dərsin motivasiya mərhələsində digər motivasiyaedici materiallarla yanaşı “Görkəmli 
pedaqoq sinif otağında”, “Cəlil Məmmədquluzadə və şagirdləri” mövzusunda 
çəkilmiş rəsm əsərlərini əks etdirən slaydlardan istifadə də məqsədəuyğundur. Cəlil 
Məmmədquluzadənin həyatının və məktəbdarlıq fəaliyyətinin mənimsədilməsində 
“Ziqzaq” modelindən də istifadə etmək faydalıdır. Bu üsuldan “Təqdimatların 
aparılması “ mərhələsində istifadə edilir. Bu iş üsulunda qrup iştirakçıları həm 
müəllim, həm də şagird rolunda çıxış edərək materialı müstəqil şəkildə öyrənirlər. 
Cəlil Məmmədquluzadə şəxsiyyətinin tədrisi zamanı yazıçının ev muzeyinə 
ekskursiya etmək daha gözəl nəticə vermiş olardı. Bu ekskursiya olmasa da, ədibin 
ev muzeyindən çəkilmiş slaydlar da nümayiş etdirmək məqsədəuyğundur. Slayd 
göstərilməzdən əvvəl müəllim şagirdlərə məlumat verməlidir ki, Cəlil 
Məmmədquluzadənin ev-muzeyi onun Təbrizdən Şimali Azərbaycana Bakıya 
qayıtdıqdan sonra yaşayıb yaratdığı mənzildə (1920-1932-ci illər), Süleyman 
Tağızadə küçəsi, 56 (tarixi adı Köhnə poçt küçəsi, 64) Azərbaycan hökumətinin 
müvafiq qərarı ilə 1978-ci ildə yaradılmış və fəaliyyət göstərir. Muzeyin yerləşdiyi 
bina XIX əsrin axırları XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət 
abidəsidir. 1994-cü il dekabr ayının 28-də, Cəlil Məmmədquluzadənin anadan 
olmasının 125 illik yubileyinin təntənələri ərəfəsində ədibin ev-muzeyinin 
ekspozisiyasının açılışı olmuşdur. Ümumtəhsil məktəblərinin XI sinfində Cəlil 
Məmmədquluzadənin həyat və yaradıcılığının tədrisinə cəmi 1 saat ayrıldığından 
ədəbiyyat fənnini tədris edən müəllimin göstərilən metodların hamısından istifadə 
etməyi çətindir. Belə ki, 45 dəqiqə ərzində həm yazıçının həyatı, həm də geniş 
yaradıcılığı və publistik fəaliyyəti tədris olunmalıdır. Orta məktəbdə ədəbiyyat 
müəllimini vaxt məhdudiyyəti baxımından elə iş formaları seçməlidir ki, az vaxtda-
45 dəqiqə ərzində yüksək nəticə əldə etsin, yəni verilən tapşırıqlar “həyat 
+
yaradıcılıq
+
pedaqoji fəaliyyət 
+
publisistik fəaliyyət” modeli üzrə həyata keçirilsin.


Filologiya məsələləri, № 2, 2021
– 349 –
Bu isə müəllimdən pedaqoji ustalıq tələb edir. Cəlil Məmmədquluzadənin 
fəaliyyətinin əsas və ən faydalı hissəsi onun publisistik fəaliyyəti hesab olunur. 
Cünki ədibin kəskin tənqidi realizmi, öldürücü satirası zülm və istibdada, ictimai 
bərabərsizlik və hüquqsuzluq, cəhalət, mövhumat, xurafat, nadanlıq və 
mənəviyyatsızlığa qarşı çevrilmişdir. O, xalqın həyat və məişətindəki, şüur və 
düşüncəsindəki bütün mənfi cəhətləri tənqid atəşinə tutur, qüsur və nöqsanlarımızdan 
danışarkən bizi düşündürür və güldürür, bu cür gülüş isə bizdə keçmişimizlə bağlı 
müəyyən duyğular oyadır. C.Məmmədquluzadə qələminin gücü də elə bundadır. 
Orta məktəbin XI sinfində ədibin publisistik fəaliyyətinin lazim olan əsas məqamları 
şagirdlərin diqqətinə çatdırılır. Bununla yanaşı, müəllim şagirdlərə “Molla 
Nəsrəddin” jurnalının ərsəyə gəlməsində Cəlil Məmmədquluzadənin hansı 
çətinliklərlə üzləşdiyi barədə əlavə məlumat da verilməlidir. Şagirdlər bilməlidir ki,
çar hökuməti ucqarlarda, xüsusilə Azərbaycanda mətbuatın yayılmasına həmişə ciddi 
yanaşmış, Azərbaycan dilində qəzet buraxılmasına müxtəlif bəhanələrlə maneələr 
yaratmışdır. Dərslikdə Cəlil Məmmədquluzadənin publisistikası 3 mərhələdə 
öyrədilir: Tiflis dövrü, Təbriz dövrü, Bakı dövrü. Bu bölgünü qrupların təşkilində 
istifadə etmək olar. Belə ki, yaradılan qruplara Tiflis, Təbriz, Bakı adları qoymaq 
məqsədəuyğundur. Tədqiqatların aparılması da qrurların adı ilə bağlı müəyyənləşə 
bilər, yəni hər bir qrup adını daşıdığı dövrdə Cəlil Məmmədquluzadənin publisistik
fəaliyyəti ilə bağlı araşdırma apara bilər. Bu məqsədələ dərslikdəki verilmiş 
mətnkənarı suallardan istifadə etmək olar. XI sinif dərsliyində 
C.Məmmədquluzadənin çap etdirdiyi publisistik əsərlərin bir neçəsinin adı və 
məqalələrin umumi məzmunu qeyd olunmuşdur ki, şagirdlərin bunu bilməyi 
vacibdir. Bu məqsədlə də müəyyən iş üsullarından istifadə etmək mümkündür. 
Məsələn “Auksion” metodu ilə dərslikdə olan məqalələrə diqqəti artırmaq olar. Bu iş 
üsulu fərdi şəkildə aparılır. Bu məqsədlə şagirdlərə belə bir tapşırıq vermək olar: 
“Cəlil Məmmədquluzadənin dərslikdə adı çəkilən publisitik əsərlərinin adlarını 
deyin”. Şagirdlərə 5 dəq vaxt verilir.Sonra isə “Auksion” metodu ilə iş aparılır. Bu iş 
üsulunun əsas məqsədi bir məsələ haqqında mümkün qədər çoxlu informasiyanın 
verilməsidir. Cəlil Məmmədquluzadənin publisistikasının tədrisi prosesində müəllim 
“Molla Nəsrəddinin düşmənləri və dostları” məsələsinə də toxunmalıdır. Şagirdlər 
bilməlidir ki, jurnalın ifşa obyektində özünü görən senzura nümayəndələri 
Qaraxanov, Kişmişov kimi qoçular, burjuaziya, mütləqiyyət hökuməti və digər 
istismarçı siniflər jurnalın redaksiyasına, onun mühərrirlərinə düşmən kəsilmiş və 
bağlanmasına çalışırdılar. Jurnalın redaksiyası polis tərəfindən dəfələrlə müsadirə 
olunmuş və nəşrinə qadağalar qoyulmuşdu. Jurnal və onun əməkdaşlarına müxtəlif 
qoluzorlular qənim kəsilmişdilər, hər tərəfdən onun məhvinə çalışırdılar. Bu 
məlumatın möhkəmlədirilməsi məqsədi ilə ''İki hissəli gündəlik'' metodundan istifadə 
etmək məqsədəuyğundur. Bu zaman birinci sütunda “Molla Nəsrəddinin dostları”, 
ikinci sütunda “Molla Nəsrəddinin düşmənləri” sözlərini yazıb müzakirə aparmaq 
faydalı ola bilər. 


Filologiya məsələləri, № 2, 2021
– 350 –
Yazıçının publisistikasının öyrənilməsində müəllimin şərhi əhəmiyyətli yer 
tutur. Müəllim bildirməlidir ki, Cəlil Məmmədquluzadə əksəriyyəti satirik 
məzmunda olan bu yazılarda zəhmət adamının məişət çətinlikləri, cəmiyyətdə 
mövcud olan ciddi ictimai-siyasi problemlər, mühüm beynəlxalq məsələlər doğru-
dürüst şəkildə, obyektiv mövqedən işıqlandırılmışdır. Məhz buna görə də yazıçının 
publisistikası ədəbi və ictimai fikrin inkişafında əhəmiyyətli rol oynamışdır. 
Dərsin “Nəticə və ümumiləşdirmə”
mərhələsində şagirdlərdə belə bir qənaət 
möhkəmlənir ki, C.Məmmədquluzadə xalqına, vətəninə misilsiz xidməti ilə seçilən 
şəxslərdəndir. O, kamil bədii əsərləri, kəsərli publisistikası, faydalı ictimai fəaliyyəti 
ilə ölkəmizin tarixində ləyaqətli yer tutmuşdur (3,44).
Dərsin “Ümumiləşdirmə ” mərhələsində böyük ədibin xatirəsinin yaşaması 
məqsədilə respublikamızda görülən işləri də şagirdlərin diqqətinə çatdırmaq lazımdır. 
Bu zaman onlar həyatını, yaradıcılığını öyrəndikləri ədibə verilən qiyməti biləcək və 
xalqı, vətəni üçün xidmətləri olan şəxslərin xalq üçün necə dəyərli olduğunu dərk 
edəcək, xalq üçün yaşayanların xalq tərəfində yüksəklərə qaldığıldığını bir daha başa 
düşəcəklər. Ədəbiyyat müəllimi bu məqsədlə aşağıdakı məlumatları şagirdlərin 
diqqətinə çatdırmalıdır:
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. 
Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o 
cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika 
Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş 
Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik 
etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda 
heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd 
kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik 
yubileyləri geniş qeyd olunmuşdur.
Ədəbiyyat 
1.
Ədəbiyyat fənni üzrə dərslik. Ümumtəhsil məktəblərinin 8-ci sinifi üçün. 
Bakı- 2019, Bakı Nəşr,səh 208 
2.
Ədəbiyyat fənni üzrə dərslik. Ümumtəhsil məktəblərinin 9-ci sinifi üçün. 
Bakı-2018, Bakı Nəşr, səh 208 
3.
Ədəbiyyat fənni üzrə metodik vəsait. Ümumtəhsil məktəblərinin 11-ci sinifi 
üçün. Bakı-2018, Bakı Nəşr, ,səh 208 
4.
Hacıyeva A., Yusifov F. Məktəbdə ədəbiyyat dərslərinin təşkili (metodik 
göstəriş) Bakı-2003 
5.
Кудашева К., Магдиева С.Методика обучения литературе. Учебное 
пособие для учителей и студентов педагогических университетов и 
институтов. Т.Изд-во”ALOQACHİ”, 2008, 264 c. 
6.
Mikayılov Ş. və b. Ümumtəhsil məktəblərinin 5-11-ci siniflərində 
ədəbiyyatşn tədrisi metodikası. Bakı – 2008 


Filologiya məsələləri, № 2, 2021
– 351 –
7.
Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası, ali məktəblərin filologiya 
fakültəsi bakalavriat təhsil səviyyəsitələbələri üçün dərslik. Bakı – 2017, 304 
səh. 
ГАСАНОВА НАРМИН
ЖИЗНЬ ДЖ. МАМЕДГУЛУЗАДЕ И СПОСОБЫ ПРЕПОДАВАНИЯ В 
ШКОЛЬНОЙ ДЕЯТЕЛЬНОСТИ 
РЕЗЮМЕ 
В данной статье затрагивается жизнь и педагогическая деятельность 
Джалиля Мамедгулузаде и важность его изучения. В статье отмечается, что 
самое главное в первую очередь - изучить жизнь личности. Основная цель 
изучения биографии писателя - раскрыть его личность, а также выяснить 
факты, влияющие на формирование его личности, характера и линии идей его 
произведений. Также был затронут вопрос о месте и роли писателя в истории 
литературы. Также рассмотрены вопросы его преданность традициям, 
новаторство, влияние на литературные поколения, пришедшие после него. 
Основная и самая полезная часть деятельности Джалила Мамедгулузаде - его 
журналистская деятельность. 
Б
лагодаря острому критическому реализму 
писателя смертельная сатира обратилась против угнетения и тирании, 
социального неравенства и беззакония, невежества, суеверий, суеверий, 
невежества и безнравственности. До сведения учащихся доведены основные 
моменты журналистской деятельности писателя в 11 классе 
общеобразовательной школы. В то же время учителя и ученики должны 
получить дополнительную информацию о трудностях, с которыми столкнулся 
Джалил Мамедгулузаде при публикации журнала «Молла Насреддин». В 
учебнике для 11 класса упоминались названия некоторых публицистических 
работ, опубликованных Дж. Мамедгулузаде, и общее содержание статей, что 
важно для учащихся. Данная информация расширяет представления студентов 
о педагогической деятельности Джалиля Мамедгулузаде, возрождает 
гениального литературного деятеля в области журналистского творчества. 
Он занял достойное место в истории нашей страны своими 
совершенными произведениями искусства, эффективной публицистикой и 
полезной общественной деятельностью. Чтобы сохранить память о писателе, 
необходимо привлечь внимание студентов к работе, проделанной в нашей 
стране. В результате обучения жизни и педагогической деятельности Джалиля 
Мамедгулузаде раскрылась его яркая личность. 
Ключевые слова:
обучение жизни и деятельности, преподавание в школе, 
педагогическая деятельность, личностно-ориентированное обучение, место в 
истории литературы, жизнь и творчество 


Filologiya məsələləri, № 2, 2021
– 352 –
HASANOVA NARMIN
J. MAMMADGULUZADEH'S LIFE AND WAYS OF
TEACHING SCHOOL ACTIVITIES 
ABSTRACT 
This article touches upon the life and teaching activities of Jalil 
Mammadguluzade and the importance of studying it. The article notes that the most 
important thing in the first place is to study the life of an individual. The main 
purpose of studying the biography of a writer is to reveal his personality, as well as 
to find out the facts that influence the formation of his personality, character and line 
of ideas in his works. The question of the place and role of the writer in the history of 
literature was also raised. Also discussed are the issues of his dedication to tradition, 
innovation, influence on the literary generations that came after him. The main and 
most useful part of Jalil Mammadguluzade's activity is his journalistic activity. 
Thanks to the writer's sharp critical realism, deadly satire turned against oppression 
and tyranny, social inequality and lawlessness, ignorance, superstition, superstition, 
ignorance and immorality. The main points of the writer's journalistic activities in the 
11th grade of a comprehensive school were brought to the attention of the students. 
At the same time, teachers and students should receive additional information about 
the difficulties that Jalil Mammadguluzade faced when publishing the magazine 
"Molla Nasreddin". The textbook for grade 11 mentioned the titles of some of the 
journalistic works published by J. Mammadguluzade, and the general content of the 
articles, which is important for students. This information expands students' ideas 
about the teaching activities of Jalil Mammadguluzade, revives the genius literary 
figure in the field of journalistic creativity. He took a worthy place in the history of 
our country with his perfect works of art, effective journalism and useful social 
activities. To preserve the memory of the writer, it is necessary to draw the attention 
of students to the work done in our country. As a result of teaching the life and 
teaching activities of Jalil Mammadguluzadeh, his bright personality was revealed. 
Key words:
learning life and work, teaching at school, pedagogical activity, 
student-centered learning, place in the history of literature, life and work 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim İgid oğlu Rufullayev
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 353 –
MƏRYƏM BAĞIRLI
BDU, Şərqşünaslıq fakültəsi 
Meryam.bagirli@gmail.com
İBN HAMDİS YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ 
XÜLASƏ 
Ərəb dövləti yarandığı vaxtdan etibarən islam dini və fəthlər nəticəsində Çin 
sərhəddində tutmuş İspaniyaya kimi geniş əraziləri nəzarət altına alır.Beləliklə geniş 
ərazini əhatə edən ədəbiyyat həm ərəblərin həm də tabelikdəki xalqların 
mədəniyyətlərinin elementlərini özündə birləşdir. Hər bir xalq bu ədəbiyyata öz 
rəngini qatır. İspaniyanın fəthi və ərəb-ispan ədəbiyyatının yaranması buna 
nümunədir. Ərəblər Əndəlüsü fəth etdikləri zaman əvvəllər görmədikləri, ağacları , 
çayları, dağları olan bir təbiətlə qarşılaşmışdılar. Əndəlüsün bu gözqamaşdırıcı 
təbiəti onların təxəyyülünü inkişaf etdirmişdir.Əndəlüs şeiri şərqdəki ərəb şeirinin 
təqlid edilməsi ilə meydana gəlmişdir. Ərəblər Əndəlüs torpaqlarına öyrəşməsi 
nəticəsində Şərq təqlidçiliyindən yavaş-yavaş xilas olmuşdur. Hətta yeni bir şeir janrı 
olan Muvaşşah yaradılmışdır. 
Yeniləşmə dövrünün şairlərindən olan İbn Hamdis yaradıcılığı bu baxımdan 
çox əhəmiyyətlidir.Siciliya adasının zəngin təbiətini şeirlərində təsvir etmişdir. Onun 
həmçinin qəhrəmanlıq, şərab, savaş gəmiləri haqqında əsərləri vardır.Şairin Mutəmid 
ibn Abbadla olan əlaqəsi həmin şairin yaradıcılığınıda tədqiq etməyə imkan verir.
Açar sözlər: 
Ərəb ədəbiyyatı, Əndəlüs, İbn Hamdis, Siciliya, divan, Muvaşşah 
Giriş 
Ərəb ədəbiyyatı dünyanın ən qədim və ən zəngin ədəbiyyatlarından biridir. 
Bizə məlum ilk nümunələri İslamdan öncə V-VI əsrlərdə Ərəbistan yarmadasında 
yaranan bu ədəbiyyat İslamın yaranmasından sonra İspaniyadan tutmuş Çin 
sərhədlərinə qədər böyük bir ərazidə yayılmış, inkişaf etmiş və öz mahiyyətini 
dəyişib ümummüsəlman ədəbiyyatı xarakteri kəsb etmişdir. Ərəb ədəbiyyatı həm 
digər dünya xalqlarının mədəniyyətlərindən təsirlənmiş,həm də özü başqa xalqların 
mədəniyyətinə təsir etmişdir. Bu təsirlənmədə İslam dinin yayılması və fəthlər 
önəmli rol oynamış,özündə həmiyyətli xüsusiyyətlər kəsb edən yeni ədəbiyyatların 
yaranmasına səbəb olmuşdur.Belə ədəbiyyatlrdan biri ərəb-ispan ədəbiyyatıdır.
Ərəblərin Əndəlüs adlandırdıqları bugünkü İspaniya İslam xilafətinin 
fəthlərindən sonra ərəblərin hakimiyyəti altına keçmişdir, 8 əsrlik muddətdə onların 
nəzarətində olmuşdur. Burada yaşayan fərqli etnik qrupların müştərək mədəniyyəti 
ərəb hakimiyyəti ilə islami rəng alaraq daha da zənginləşmişdir. Burada yaşayan 
müsəlman və qeyri-müsəlman xalqların elm və incəsənətin müxtəlif sahələrindəki iş 


Filologiya məsələləri, № 2, 2021
– 354 –
və səyləri nəticəsində Əndəlüsdə parlaq bir mədəniyyət yaranmış, dil, ədəbiyyat, 
təhsil, elm və incəsənətdə özünəməxsus bir üslub formalaşdırmışdır. Əndəlüs, 
ərazisində ərəb, ispan, bərbər, portuqal, fransız, katalan, latın kimi fərqli dillərə malik 
müştərək mədəniyyətin var olduğu ictimai mühit olmuşdur. Əndəlüsün özünəməxsus 
şeir növlərinin olması bu
kosmopolitan cəmiyyətin ərəb ədəbiyyatına ən böyük 
töhfəsi muvaşşah və zəcəl şeirlərinin yaranmasına səbəb olmuş,
buradakı ədiblərin 
nəsrə etdikləri əlavələr isə Ərəb nəsrində müstəsna yeniliklər kimi qeyd edilmişdir. 
Beləliklə Əndəlüsdə özünəməxsus ədəbiyyat olmuşdur. Buna paralel olaraq 
Əndəlüsdə Ərəb dilinin, Ərəb qrammatikasının formalaşma prosesi, Əndəlüs dil və 
Ərəb dil məktəblərinin qurulması, Əndəlüs Ərəb ədəbiyyatının inkişafına çox 
mühüm töhfələr vermişdir. 
Əndəlüs mədəniyyətinin inkişaf səviyyəsi digər dövlətlərlə müqayisədə 
olduqca yüksək idi. Bu həqiqətəti Əndəlüsün təhsil, mədəniyyət, incəsənət 
sahələrindəki səviyyəsini əks etdirən şəxsiyyətlərin həyat və yaradıcılığını tədqiq 
edərək görmək mümkündür. Belə ədiblərdən biri də İbn Hamdisdir.Yeniləşmə 
dövrünün ən əhəmiyyətli şairlərindən olan İbn Hamdis Əndəlüsdə özünü bariz 
şəkildə büruzə verən təsvirçilik ənənəsinin ən əhəmiyyətli nümayəndələrindəndir. 
1.
İbn Hamdisin həyatı 
İbn Hamdis, Siciliyada doğulan ən əhəmiyyətli ərəb şairi hesab olunur. 
Əbdül-Cabbar ibn Məhəmməd ibn Həmdis, Sirakuzada, 1055-ci ildə anadan 
olmuşdur. Onun varlı bir ailədən gəldiyini və yeniyetməlik və gəncliyinin qayğısız 
keçdiyini bilirik. Lakin, 1078, 1079-da Siciliyanı tərk etməli oldu. Normanlar artıq 
adanın fəthinə başlamışdılar və buna görə də çox sayda dinc ərəb sığınacaq axtarırdı. 
O, heç vaxt Siciliyaya qayıtmadı. O ömrünün bir neçə ilini Sevilyada, şairlərin 
hamisi, şəhər və sarayını ümumilikdə elm adamları və şairlərin təmiz və parlaq bir 
görüş mərkəzi halına gətirmiş Əl-Mu'tamid sarayında keçirmişdir. Xüsusən, bu illər 
İbn Həmdis üçün həyatının ikinci xoş bir dövrü idi. Bu dövr ərzində saray həyatında 
iştirak etmiş, şeirlər yazmış və yaşının yadda qalan hadisələrini, xüsusilə Əl-
Mu'tamidin Alfonso VI-nin xristian qoşunları üzərində qələbəsini (az-Zallaqah 
döyüşündə, 1086) qeyd etmişdir. Lakin həyatının bu xoş hissəsi qısa olmuşdur. 1091-
ci ildə Almoravid əmiri Yusuf İbn Təfşin Seviliyanı mühasirəyə aldı və əl-Mu'tamid 
ordusunu məğlub etdi. İbn Həmdis Andalusiyanı tərk etməli və Afrikanın şimal 
sahilinə doğru getməyə məcbur oldu. 
Ömrünün üçüncü hissəsi əsasən iki şəhərin əmirləri tərəfindən təqdir 
olunduğu Mandiyah və Bijdyahda keçirildi, lakin burada o, bütün həyatı boyu 
keçirdiyi qızıl günlər üçün darıxırdı. O, Bijayada və ya daha çox ehtimal ki, Lajorca 
adasında, 1133-cü ilin iyul ayında vəfat etmişdir.
2.
İbn Hamdisə qədərki ədəbi mühit 
İbn Hamdis yeniləşmə dövrü şairi hesab edilir. Bu dövrü dərindən anlamaq 
üçün bu dövrə qədərki ədəbi mühiti nəzərdən keçirməliyik. Bu bizə İbn Hamdis 
yaradıcılığının dərindən tədqiq edilməsi üçün şərait yaradır. Əvvəlki dövlər ilə 


Filologiya məsələləri, № 2, 2021
– 355 –
yeniləşmə dövrü arasındakı fərqliliklər əsasında İbn Hamdis yaradıcılığının janr 
xüsusiyyətləri özünü daha aydın büruzə verəcəkdir. 
Fəthdən sonrakı ilk 100 ilin içində Əndəlüsdə xüsusi bir mədəniyyətin
olduğunu deyə bilmərik.İberiya yarımadasına müxtəlif zamanlarda və fərqli qruplar 
halında gələn Ərəblər şərqdə böyüyüb şərq ruhu və mədəniyyəti ilə yetişmiş insanlar 
olduqları üçün Əndəlüslü olmaları mümkün deyil.Bu dövrün ədəbiyyatçıları fəth 
ordusuyla birlikdə və ya dərhal ardınca Əndəlüsə gediblər. Şərqə sıx bağlılıqları 
olan Əndəlüs ərəbləri xüsusilədə əmirlər daha sonrakı dövrlərdə şərqdən elm 
adamlarını Əndəlüsə gətirdilər.Dilçi Əbu Əli əl Qali və məşhur müğənni Ziryab bu 
elmi köç daxilində Əndəlüsə gələn ən bariz şəxsiyyətlərdir.İlk dövrlərdə şərqə olan 
bu bağlılığın nəticəsi olaraq Əndəlüs və şərq ədəbi məhsulları arasında böyük 
oxşarlıqlar görülmüşdür. Zaman içərisində bu oxşarlıqlar hərbi səviyyəyə enərək 
Əndəlüsdə özünə məxsus şərqdəkindən bəzi fərqliliklər bir ədəbi çevrə meydana 
gətirmişdir.Bəzi tədqiqatçıların şərq və Əndəlüs ədəbiyyatları arasında görülən ortaq 
xüsusiyyətlərindən hərəkət edərək Əndəlüs ədəbiyyatının şərqin bir təqlidinin 
olduğunun deməkləri düz deyildir.Mövzuya etnik baxışdan baxdığımızdan 
Əndəlüslü ərəbləri buraya şərqdən gəldiklərini təbii olaraq da kökdən bağlı olduqları 
ədəbi fəaliyyət davam etdirmələrinin təqlid olaraq düşünülməsinin səhv olduğu 
qənaətindəyik. Dr.Şövqü Dayf bu mövzuya bizdən tamamilə fərqli bir tərzdə 
yaxınlaşaraq Əndəlüsün özünə məxsus bir elmi fəaliyyəti olmadığını və elmi 
çalışmaların şərq qaydaları üzərində qurulduğunu irəli çəkməkdədir. Zənnimizcə
Şövqü Dayfı bu düşüncəyə itələyən faktor onu ərəb milliyətçiliyi görüşlərindən 
qaynaqlanır. İstər elmi istərsədə siyasi fəaliyyyətlərdə ərəb irqi istisna olmaqla etnik 
köklərə çox şans tanımayan Ş.Dayf Əndəlüsü Ərəb irqindən ayrı bir parça ayrı bir 
mədəniyyət və ayrı bir kültür olaraq deyil, şərqdəki ərəb kültürünün bir başqa 
məkanda davamı olaraq dəyərləndirilmişdir. Digər tərəfdən Əndəlüs şeirinin həmlə 
dövrü olaraq qəbul edilən Mulukut Tavaif və onu izləyən dövrlərdə Əndəlüslü 
şairlərin şərq şairlərə nəzirə olsun deyə bir baxımdan onlarla yarışmaq məqsədilə 
eyni vəzn eyni qafiyə və eyni üslub içərisində yazdıqları şeirlərdən dolayı da 
Əndəlüs şeirini şərq şeirinin davamı olaraq düşünmək isə Əndəlüslü şairlərə edilmiş
bir başqa haqsızlıq olacağı qənaətindəyik. Şövqü Dayf Əndəlüslü şairlər şərq 
şairlərlə yarışmaq və onlara nazirə olsun deyə şairlər yazdılar ifadəsini istifadə 
etdikdən sonra aradakı oxşarlığı nümunə göstərərək Əndəlüslü şairlərin şeirlərini 
şərqi nümunə olaraq yazdıqlarını sübut etməkdədirlər. Nakaiz tipli şeirlərdə olduğu 
gibi şeirdə nazirənin təməl qaydası eyni vəzn eyni qafiyə hətta lafiz və eyni 
mənaların ələ alınmasıdır. Əndəlüsdəki elmi və ədəbi həyat özünə məxsus qaydaları 
məkanı şəxsiyyətləri və şərqdəkindən fərqli olaraq bir çox bariz fərqlilikləri olan 
xüsusiyyətlər üzərinə qurulmuşdur. Təbiidir ki Əndəlüsdəki elmi fəaliyyətlərin şərq 
ilə bir çox əlaqələri və ortaq tərəfləri olacaqdır. Daha öncə işarə etdiyimiz kimi 
başlanğıcdan etibarən Əndəlüsdəki elmi fəaliyyətlər Əndəlüs ana vətənindən 
şərqdən qaynaqlanmışdır.Bu baxımdan baxıldıqda Əndəlüslü ədib və şairlərin 


Filologiya məsələləri, № 2, 2021
– 356 –
əsərlərinin başlanğıcda şərq həmkarlarının minvalı ilə təltif etmələri də işarə 
etdiyimiz bu səbəblərlə əlaqədar qəbuledilməz bir vəziyyət deyil. Ədəbi elmlərin 
bundan əlavə digər elm qollarından şərqin effekti şübhəsiz vardır. Qaynaq əsərlərin 
hamısına yaxın bir qismi şərq mənşəli olub ya da şərqə ziyarət məqsədiylə gedənlər
və ya Əndülüsə şərqdən gələn alimlər tərəfindən Əndəlüsə köç edirdi. Əndəlüsdəki 
İslamlaşma hərəkətlərini daha aktiv bir vəziyyətə gətirmədə ehtiyac olunan din 
alimləri də Bu elmi köç içində mövcud olmaqdadır. Bu meyarda hər nə qədər şərq 
şeir və nəsrin bağlı olduğu ümumi qaydalar Əndəlüsdə varlığını irəli sürmüşsədə
zaman daxilində Əndəlüsə məxsus ədəbi nümunələr ortaya qoyulmuşdur.Əmirlik 
dövründə ortaya çıxan və zaman içərisində böyük rəğbət görən Muvaşşah və Zəcəl 
tipli şeirlər bu fərqliliyin ən fərqli nümunələridir. Xüsusilə II Abdurrahman və 
ardınca də ən Nasir ləqəbi ilə özünü xəlifə ifadə edən III Abdurrahman dövründə 
ədəbi fəaliyyətlər böyük bir irəliləyiş qeyd etdi. Elm və ədəbiyyat əhlindən olan 
kişilər Əndəlüslü olmanın haqlı qürurunu duyaraq Əndülüsün fazilətlətlərini dilə 
gətirən ədəbi risalələr yazdılar.Eyni dövr içərisində əmirlərin elmi və ədəbi 
sahələrdəki bu canlılığı davam etdirmədə əsl üzərində durduqları mövzu Əndəlüsdə 
fasih ərəbcəni dirçəltmək olmuşdur.Başlanğıcda kiçik azlıq tərəfindən danışılan fasih 
ərəbcə zaman içərisində bərbəri ləhcələri və yerli xalqın danışdığı Latınca arasında 
itmə təhlükəsi ilə qarşı qarşıya görünülürdü. Əmir və idarəçilər bu təhlükəni ortadan 
qaldırmaq üçün təhsil fəaliyyətlərinə başlattdılar. Bu məqsədlə şərqdən alimləri 
Əndəlüsə, Əndəlüslü bir çox tələbəni müxtəlif elm qollarından təhsil almaqları 
məqsədilə şərqə göndərirlər Şərqdəki elmi və ədəbi sahələrdəki inkişaf və 
yeniliklərin Əndəlüsə çatdırılmasında şübhəsiz qarşılıqlı bu ziyarətlər böyük bir rol 
oynamışdır.Bu fəaliyyətlərin bir sonu olaraq Ərəbcə Əndəlüsdə yayğın bir şəkildə 
istifadə olunmağa başladı.X əsrin 2-ci yarısından etibarən ərəbcə əndəlüslülərin 
ortaq dili vəziyyətinə gəldi.Ərəbcənin belə sürətli bir şəkildə yayılması qarşısında 
həyəcana tutulan xristian papazlardan birisi öz camaatına etdiyi bir danışıqda narahat 
olduğunu dilə gətirmişdir. Çox din qardaşının ərəblərin şeir və hekayələrini 
oxumaqdan böyük zövq aldıqlarını görürük. Bu qardaşlarımın müsəlman alimlərin və 
filozofların dini görüşlərini də tədqiq etdiklərinə şahid oldum.Bu səylərini də 
müsəlmanları tənqid məqsədilə deyil əksinə zərif və axıcı bir ərəbcə danışmaq üçün 
sərf etməkdədirlər. Bu vəziyyətdə xristian din adamlarının xaricində Latınca olaraq 
yazılı müqəddəs incillər oxuyan və ya havarilərin əsərlərini incələyən bir kişi insan 
tapa bilmərik? Nə qədər acıdır ki, günümüzdə xristian gənclər ərəb dili və 
ədəbiyyatının xaricində başqa bir şey oxumurlar.Ərəbcənin istifadə edilməsinin bu 
şəkildə artması İslamlaşmanında surətli bir şəkildə yayılmasına yol açmışdır. 
Təhsilin yayılması xüsusunda alınan bu tədbirlər nəticəsində X əsrin sonlarına doğru 
Avropa ölkələrində din adamları xaricində oxum-yazma bilən yox deyiləcək qədər az 
olduğu vaxtda Əndəlüsdə xalqın böyük əksəriyyətinin oxum-yazma bildiyi rəvayət 
edilməkdədir. Bu nümunə Əndəlüslü idarəedicilərin təhsilinə nə qədər dəyər 
verdiklərini bizə anlatmağa yetər.III Abdurrahman tərəfindən açılan Kardova 


Filologiya məsələləri, № 2, 2021
– 357 –
universitetində din, dil və irq ayrı-seçkiliyi olmadan dünyanın dörd bir tərəfindən 
gələn tələbələrə xidmət verilməkdəydi. Təqribən 400 min nadir kitabın olduğu II 
Hakəm tərəfindən qurulan kitabxana ilə təlim və tədris xidmətlərində çalışan şəxslərə 
maaş verilməsi haqqında qanunu də Əndəlüsdəki təhsil fəaliyyətlətinin bir başqa 
uzantısdır. 
Siyasi hadisələrin mənfi şəkildə böyüməsinə və ölkəni sürətli sona doğru
götürən taxt davalarına daxili və xarici üsyanların və savaşlara baxmayaraq 
Əndəlüslülər elmin hər qolu ilə maraqlanmaqdan geri qalmamışdır.Xüsusilə əmir və 
yüksək rütbəli şəxslərin himayəsi altında qurulan elmi və ədəbi məclislər də elmi 
hərəkətlərin hər dövrdə canlı qalmasında vacib bir rol oyanmışdır. Bütün bu 
fəaliyyətlərin elmin və elm adamlarının Əndəlüsdə necə bir yer mövqe qazandığını 
başa düşməyimizə kömək edəcəyi qənaitindəyik. 
Fəthdən əmirlik dövrünün sonuna qədərki dövrə şərq ədəbiyyatının 
dəyişdirilmədən Əndəlüsə nəqedilməai səhifəsini meydana gətirir. Bu dövr Əndəlüs 
şeirində Əndəlüsə xas və şərqdən fərqli bir xüsusiyyət görülməkdədir. Klassik ərəb 
şeirinin təməl qaydaları bu dövrün Əndəlüs şairləri tərəfindən də öncəliklə elə 
alınmışdır.
II Abdurrahman dövründən etibarən huzur və rifahın artması ilə şeirdə bəhs 
edilən mövzular da bu sosial mühitə mütənasib şəkildə dəyişirdi. Klassik Ərəb 
şeirinə bağlı qalan şairlərlə yanaşı Başşar bin Burd, Əbu Nuvas, Əbu Təmmam və 
Əbu Əhatiyə, Əl Mütənnəbi və Əbul əla əl Maari kimi şərqli şairlərdən hiss ediləcək 
bir şəkildə təsirlənən Əndəlüslü şairlərdə vardır. Bu qarşılıqlı təsirlənmənin bir 
nəticəsi olaraq şərab, təbiət təsviri kimi mövzular Əndəlüslü şairlər tərəfindən tez-
tez ələ alınmışdır.Şeirə çağın gətirdiyi yeniliklərə uyğun bir üslub sadə başa düşülən 
və qulağa xoş gələn lafizlar hakim olmuşdur. Əsəbiyyətçilik fikirlərinin 
yayğınlaşması ilə I Hakəm dövründə özünü göstərməyə başlayan Muvəllədun 
hərəkatları bir silah olaraq istifadə edilməsini ehtiyacını doğurmuş və şairləri 
keçmiş şeirə daha da yaxınlaşdırmışdır. Ərəblərlə İspan kökənli müsəlman arasındakı 
bu üstünlük mücadələsində hər iki qismə aid şairlər öz atalarının soy,qəhrəmanlıq və 
comərdlik kimi gözəl məziyyətlər tərəfdən daha öndə olduğu isbata çalışdılar. Bu 
mücadələdə isə Əməvilər dövrünü həcv şairlərindən Cerir və Fərəzdəqdən 
birbirlərini həcv etdikləri nəqad tipli şeiri nümunə götürdülər. Əndəlüs şairi şərq 
şeirindən fərqlilikləri olan bir komanda xüsusiyyətləri daşıyır. Bu xüsusiyyətləri 
mövzularda yenilik mövzuların elə alışındakı fərqlilik duyğusallığın ön plana 
çıxması,ən vacibi də əmirlik dövrü sonunda görülməyə başlayan və zaman içərisində 
böyük rəğbət görən Muvaşşah və Zecel janrında şeirlər olaraq sıralaya bilərik
I Abdurrahman ər Rusafe adlı baxçada bir xurma ağacı gördüyündə söylədiyi 
şeir bu dövrün şeirindəki duyğusallığa çox gözəl bir nümunədir. Şair şeirində xurma 
ağacının boynunu rəngini və meyvəsini təsvir etmir. Xurmanı duyğusal bir 
yaxınlaşmasıyla təsvir edərkən onu canlı bir insan şəklində təsəvvür edərək qərib 


Filologiya məsələləri, № 2, 2021
– 358 –
qalmaları baxımından özü ilə xurma ağacı arasında böyük bir bənzərlik nümayiş 
etdirilmişdir.
3.
İbn Hamdisin yaradıcılığı 
İbn Hamdis Siciliyada yaşayırdı və bəlkə də onun taleyinin uğursuzluğu, 
hicri 447-ci ildən 471-ci ilə qədər Siciliyada baş verən müharibələr və nifaqlar 
dövrü, bir şəhərin süqut etməsi və ya sevgili vətəninin Normandların əlində əsir 
olmasıdır. Bütün bunlar onun yaradıcılığına təsir etmiş, əsərlərində vətən həsrəti 
mövzusuna geniş yer vermiş, poeziyası ilə tez-tez öz qürurundan daha çox ölkəsi ilə 
qürur duyduğunu söyləmişdir. Atası Əbu Bəkr bin Məhəmməd, babası Siciliyanın 
zənginlərindən olması, həmçinin bilikli və təqvalı olması İbn Hamdisin təlim 
tərbiyəsində öz təsirini qoymuşdur. Bunu gənc yaşlarında yazdığı şeirində görürük. 
Bu dövrdə əsərlərində sağlamlıq, xəstəlik, yemək, havanın təbiəti və biliyin və elmin 
genişlənməsi haqqında "Yaşıl adanın tarixi" adlı bir kitab yazana qədər danışmış,
sonra isə ancaq təəssüf hissi ilə xülya və gənclik qürurunu dəf etmiş, əsərlərində 
başqa şeylərə tərəf yönəlmişdir. 
Qohumları və dostları müharibələrdə ölmüş, digərləri isə Normanlar 
tərəfindən əsir götürülmüşdür, sonra ona ikinci bəla üz verdi, İbn Taşfin əl-Murabati 
Mu'tamid bin Abbad'ı məğlub etdi və onu qalaya həbs etdi. Əbdül Cabbar sahibinə 
sadiq qaldı, burada təhlükəyə baxmayaraq onu həbsxanada ziyarət etdi. Bu 
dəfə o, Məğribə, Tunisə öz tutur. Yolda gəmi fəlakəti nəticəsində şairin sevimli 
kənizi Cövhər faciəli şəkildə ölür. Sonradan ibn Hamdis Cövhərə bir neçə mərsiyə 
həsr edir.
İbn Hamdis bir çox janrlarda yazıb, amma daha çox vəsf şairi kimi tanınıb. 
İbn Həmdisin təxminən 6000 beytlik bir divanı var. Onun divanının təxminən 20 
faizinin vəsf janrında olması Kudelinə ibn Həmdisi vəsf ustası kimi tədqiq etməyə 
əsas verir. İbn Hamdis bir sıra vəsflərində ənənəvi bədəvi tematikasından uzaqlaşıb 
Əndəlusun gözəl təbiətini, bağlarını və gül-çiçəkli çəmənlərini, çay və bulaqlarını 
təsvir edir. Onun divanında dəniz səyahətinin və gəminin, qılınc və dəbilqənin, bir 
sıra heyvan və həşəratların, atın, müharibə səhnələrinin təsvirini görürük. (Kudelin, s. 
131) Onun poeziyasında qəzəl şeiri mühüm yer tutub. 
İbn Həmdis şeirlərinə (altı mindən çox sətirdən) ilhamı əsasən həyatının xoş 
anlarından və sarayda baş verən hadisələrdən almışdır. Beləliklə, o, əmirləri, uğurlu 
əməlləri, bayramları və əyləncələri, möhtəşəm bağları, sarayları, çiçəkləri, 
heyvanları, çayları, susan ayı, dənizi təsvir etmişdir. Bu şeirlərdə onun üslubu 
mükəmməl, obrazlarla zəngin, formal, zərifdir. Ancaq şair itirilmiş gəncliyi və 
Siciliyası, atalarının yurdu, xoş yeniyetməlik dövrü, ərəblərin gözəl cəmiyyət, 
mədəniyyət və həyat tərzi haqqında da danışmışdır. İbn Həmdisin əsərlərinə nostalji 
duyğular xasdır. 


Filologiya məsələləri, № 2, 2021
– 359 –
Qaynaqlar

1.
Qasımova A. Ərəb ədəbiyyatı. Bakı: Elm, 2019 
2.
Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər.Bakı: Şərq-Qərb 
2006 
3.
Aydın M. Endelüsten İspanyaya / / Türkiye, 2003
4.
Öncel H. Endelüslü şair ibn Hamdis və şerlərindən örnekler. Türkiye, 2013 
МАРЬЯМ БАГЫРЛЫ 
ЖАНРОВЫЕ ОСОБЕННОСТИ ТВОРЧЕСТВА ИБН ХАМДИСА 
РЕЗЮМЕ 
С момента своего создания арабское государство контролировало 
большие территории, от ислама и завоеваний до Испании на границе с Китаем.
Каждый народ придает этой литературе свой колорит.
З
авоевание Испании и 
появление арабско-испанской литературы – тому примеры. Когда арабы 
завоевали Андалусию, они столкнулись с природой, которую никогда раньше 
не видели, с деревьями, реками и горами. Эта ослепительная природа 
Андалусии развивала их воображение. Андалузская поэзия была создана путем 
имитации арабской поэзии на Востоке. По мере того, как арабы привыкали к 
землям Андалусии, они постепенно избавлялись от подражания Востоку.
Б
ыл 
даже создан новый жанр поэзии – Мувашшах. 
В этом отношении очень важно творчество Ибн 
Х
амдиса, одного из 
поэтов эпохи Возрождения, который в своих стихах описал богатую природу 
острова Сицилия. Он также писал о героизме, вине и военных кораблях. 
Отношения поэта с Мутамидом ибн Аббадом позволяют нам изучить 
творчество поэта. 
Ключевые слова: 
арабская литература, Андалусия, Ибн Хамдис, Сицилия, 
диван, Мувашшах 
MARYAM BAGHIRLI 
GENRE FEATURES OF IBN HAMDIS'S WORK 
RESUME 
Since its inception, the Arab state has controlled large areas, from Islam and 
conquests to Spain on the Chinese border. Every nation adds its own color to this 
literature. The conquest of Spain and the emergence of Arabic-Spanish literature are 
examples of this.
W
hen the Arabs conquered Andalusia, they encountered a nature 
they had never seen before, with trees, rivers and mountains. This dazzling nature of 


Filologiya məsələləri, № 2, 2021
– 360 –
Andalusia developed their imagination. Andalusian poetry was created by imitating 
Arabic poetry in the East. As the Arabs became accustomed to the Andalusian lands, 
they gradually got rid of Eastern imitation. Even a new genre of poetry, 
Muwashshah, was created. 
The work of Ibn Hamdis, one of the poets of the Renaissance, is very 
important in this regard. He described the rich nature of the island of Sicily in his 
poems. He also wrote about heroism, wine, and warships. The poet’s relationship 
with Mutamid ibn Abbad allows us to explore the poet’s work. 
Keywords
: Arabic literature, Andalusia, Ibn Hamdis, Sicily, divan, 
Muwashshah 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: Aida Qasımova Filologiya elmləri doktoru, professor 
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 361 –
SELCAN QAFFARLI 
Bakı Dövlət Universiteti, doktorant 
s.gaffarli@landauschool.com 
BABA BƏY ŞAKİR SATİRASININ TƏNQİD HƏDƏFLƏRİ 
Açar sözlər: 
Baba bəy Şakir, satira, mühit, ziyalı, mövqe, realist, humanist, 
cəmiyyət, maarifçi, xalq, problem, şair, həqiqət, poeziya tərbiyə
Keywords:
Baba bay Shakir, environment, intellectual, position, society, 
enlightener, education, poet, the truth, poetry, problem, people, 
Ключевые слова: 
Баба бек Шакир, поет, поэзия, среда, интеллигент, 
позиция, правда, народ, проблем, гуманист, общество, просветитель, 
воспитание 
XIX əsrin ilk yarısında Azərbaycan xalqının taleyində baş verən mühüm hadisə 
Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə 
mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. 
Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə 
çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi 
mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857), Baba bəy Şakir 
kimi nümayəndələri yetişərək uzun müddət poetik inkişafın istiqamətini 
müəyyənləşdirir.
Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da 
XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz 
bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü 
büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən 
sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə 
baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər 
müşahidə edilir. Bu irəliləyişlərin sübutu XIX əsr satirik poeziyanın geniş vüsət 
almasıdır. Çünki artıq şairlər ətarfında baş verən həqiqətləri görür, bu həqiqətləri açıq 
söyləyə bilmədikləri üçün satirada istifadə edirdilər.
Beləliklə, XIX əsr Azərbaycan poeziyasının əsas qollarından biri də realist 
satiradır. Ölkənin sosial-iqtisadi həyatında ictimai və milli zülmə, müstəmləkəçilik 
siyasətinə qarşı etiraz mövcud vəziyyətdən narazılıq əhvali-ruhiyyəsinin 
qüvvətlənməsi və xalq azadlıq hərəkatının genişlənməsi bədii ədəbiyyatda kəskin 
açıq tənqidi pafosun meydana gəlməsi ilə nəticələnir; əsrlər boyu gah dəhşətli 
faciələrlə ağlayan gahda azadlıq həsrəti ilə alışıb yanan gözəllik və məhəbbəti 
tərənnüm edən qəhramanlara və hökmdarlara mədhiyyə oxuyan təbiətə, bahara, gülə 
və bülbülə nəğmələrə qoşan bəşərriyət indi bədii təfəkküründə tənqidə geniş yer 


Filologiya məsələləri, № 2, 2021
– 362 –
verir, “həyat haqqında amansızcasın açıq danışan əsərlər yazırdılar. Şeirdə 
demokratizmin, həyatiliyin sosial məzmunun güclənməsi obrazlar sistemində 
təbiiliyin artması, mövcud cəmiyyətə, ictimai quruluşa maarifçi baxışın dərinləşməsi, 
ən başlıcası isə əsrin ortalarında dünya tarixinin “tam mənada komizm mərhələsinə 
qədəm qoyması” və “getdikcə daha artıq istehza doğurması” poeziyyada satira və 
realizmin yaranması üçün obyektiv şərait, zəmin idi. Tarixi şərait, ictimai mühütdə 
gördükləri mənəvi-əxlaqi eybəcərlik saf bəşəri duyğular haqqında nəğmələr qoşan 
Azərbaycan şairlərini məhəbbət və gözəlliyin tərənnümünə dair odlu lirika ilə 
kifayətlənməyə qoymur, onları kəskin tənqidi-satirik əsərlər yazmağa təhrik edirdi. 
B.Şakir, Q.Zakir, M.Nadim kimi sənətkarların yaradıcılığı Azərbaycan şeirində yeni 
ədəbi cəriyanın meydana gəlməsini göstərirdi. Bu cərəyanın tənqid obyekti narazı 
salan məsələr çox idi. Lakin onlar əməkçi xalqın həyatı, ağır güzaranı ilə hər şeydən 
artıq maraqlanırdılar. Yoxsul kəndlinin, rəiyyətinin çətin dolanışığı, rəncbərin insan 
yerinə qoyulmaması, bir tikə çörəkdən ötrü bütün günü bəylərin qapısında xidmət 
edən kəndlinin dözülməz vəziyyəti B.Şakirin, M.Nadimin şeirlərində dərin hüznlə, 
kədər hissi ilə onları incidən bəylər və ağalar isə hədsiz qəzəblə təsvir olunurdu. 
Kəndlilərin vəhşicəsinə istismar olunduqlarını bicincilərin haqqını kəsən camaatı 
susuz qoyan mülkədarların yırtıcı təbiətinin realist boyalarla təsvir edən Nadim 
“Mahmud” satirasında təhkimçi – feodal quruluşunun zülm və zorakılığını, 
rəncbərlərin kotana qoşulduqlarını ürək ağrısı ilə kəskin daxili etiraz ruhunda 
göstərirdi: 
Mahmud! Əya rəncbərara mərdi-yeganə,
Nahaq yerə rəncidə olub gəlmə fəğanə,
Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə.
Hərçənd gərəkdir qoşalar at bu kotanə,
At olmasa, heç incimə, insan da qoşarlar. (6, s. 155) 
Hakim siniflərin tənqid, çarizmin qayda-qanunlarına, yerli feodalların özbaşınalığına 
etiraz, habelə ayrı-ayrı yaramaz sosial tipləri ifşa satirik şeirin başlıca motivləri idi. 
Doğrudur, satiriklərin əsərlərində cəmiyyətin siyasi-iqtisadi əsaslarına toxunulmur, 
eybəcərliklərin əsas kökləri göstərilmirdi: bununla belə onlar mənfiliklərin bilavasitə 
“sahibi-ixtiyarla” əlaqədar oldugunu, cəmiyyətin xəstə hal aldığını bildirirdilər. 
Məsələn, Baba bəy Şakir murovların oğrularla, yolkəsənlərlə dilbir olub, onlardan 
rüşvət almalarını,qubernator və sərdarın isə bu işə göz yummalarını çəkinmədən 
cəsarətlə deyirdi: 
Bu nə qubernator, bu necə sərdar?!
Dağılıb vilayət, oldu tarımar;
Cəldlanibdi rüşvəto murovlar,
Xəlqin işi ahü əfğanə dönüb. (6, s. 156) 


Filologiya məsələləri, № 2, 2021
– 363 –
Başqa bir şeirində Şakir fitnəkar “bodzat” bəylərin komendant və canişinə rüşvət 
verməkləvəzifəyə keçib.əhaliyə divan tutduqlarını təsvir etmişdi. Ümumiyyətlə, 
Baba bəy Şakir XIX əsr Azərbaycan ədəbiyyatının ən güclü satiriklərindən biridir. 
O, Şuşada Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir adlı ziyalının ailəsində 
dünyaya gəlmişdir. Mükəmməl mədrəsə təhsili almış, ana dili ilə yanaşı bir neçə 
Şərq dillərini də bilirdi. O, Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nə-
vəsidir. O, Mehribanlı Baba bəy kimi də tanınır. Qasım bəy Zakir ilə həm dost, həm 
də qohum idi. Baba bəy Şakir 1844-cü ildə vəfat edib. “Şakir” təxəllüsü ilə şeirlər 
yazan bab bəy Azərbaycan satirik ədəbiyyatının nümayəndələrindəndir. Onun satira 
hədəfləri dövrün azğın qubernatorları və dövlət məmurlarıdır. Şairin məşhur şeirləri 
bunlardır: “Bir parası mümtüz edib Camalı”, “Dönüb”, “Gəlməz”, “Üstünə”, 
“Yetmədi”, “Ay mədəd”. 
Sağ olasan, ay İstepan yüzbaşı, 
Yaxşı adam, yaxşıların yoldaşı. 
Aşırarsan əgər ola qan işi, 
Şənin üçün qəməndanlıq yaraşı… 
Bu nə qubernator, bu nə sərdar? 
Dağılıb vilayət oldu tar-mar! 
Cəldələnibdir rüşvətə murovlar, 
Xalqın işi ah-əfqanə dönübdür.( 6, s. 157) 
Baba bəy şakir bu kimi satirik şeirləri ilə təkcə Azərbaycan ədəbiyyatında de-
yil, bütün Yaxın Şərq ədəbiyyatında satirik düşüncənin daha da inkişafına xidmət et-
mişdir. Məhz Baba bəy kimi şairlərin sayəsində XIX əsr poeziyasında satirik şeirlər 
ədəbi prosesdə güclü qola çevrildi. Şakir həm də klassik poeziyamızda aşıq şerinin 
poetik ənənələrini davam etdirən şairlərdən biridir. Onun poeziyası həm də aşıq ədə-
biyyatının nümunələri hesab edilir. Əslində Zakir ədəbi məktəbinin nümayəndəsi 
olan şair, həm də Zakirin qohumlarından olmuşdur. Zakir hətta onun ölümü ilə əlaqə-
dar “Maddeyi-tarix ” yazmışdır. Şairin Zakirlə olan müaşirəsi da məlumdur. Baba 
bəy Şakirin qoşmalarında ictimai motivlər güclüdür. Xüsusilə, Zakir ədəbi məktəbinə 
məxsus satira onun poeziyasında da yüksək səviyyədədir: 
Az qalıbdır çıxsın əflakə nalə, 
Rəiyyətmi dözər bu alhaalə, 
Edənlər artırıb elə həvalə, 
Çapar xana qızıl pulu təhmilat. (6, s. 154) 


Filologiya məsələləri, № 2, 2021
– 364 –
Onun Qasım bəy Zakirə və Gəncüm Ağaya yazdığı məktublarında XIX əsrin 
əvvəllərində Azərbaycan siyasi həyatında baş verən hadisələr, xalqın güzəranı, əhali-
nin maddi ehtiyacları təsvir edilmişdir: 
Özün divanbəyi, tutduqca dilin, 
Gərəkdir deyəsən dərdini elin, 
Tutalım padşaha çatmayır əlin, 
Qubernata, ya sərdara ərz elə! (6, s. 156) 
Bu bəndə Şakir Zakirə daha böyüklərə əl çatmırsa, xalqın problemlərini 
qubernatora çatdırmağı məsləhət gorur. Halbuki, o yaxşı bilirdiki, qubernator, nə də 
başqaları xalqın hec bir dərdini dinləmir, problemlərini nəinki həll etmək istəmir, 
əksinə daha agır qanunlar çıxarırdılar. 
Quberniya bina olandan bəri, 
Oğrunun hər biri bir xanə dönüb; 
Yox yetişən ərzə, divan eyləyən, 
Dağılıb vilayət, viranə dönüb. (6, s. 156) 
Bu satirasından da göründüyü kimi Şakir açıq şəkildə qubernatorların xalq 
üçün, kəndlilər üçün heç bir qeyd olunası işlər görmədiyini, vilayətin viran olduğunu 
dağıldıgını göz önünə gətitir.
Murovlar buyurur oğurlayın at, 
Naçalnikdən eyləməyin ehtiyat, 
Olmaz urusluqda eyləmək isbat, 
Onunçün tülkülər aslanə dönüb.( 6, s. 157) 
Bu satirasında özbaşınalığın vüsət aldığını, oğurlugun adi bir hala çevrildiyini, 
qanunların ancaq qubernatorların işlərinə gəldikdə pozmaqlarını, adi kəndlinin isə bu 
sübuta yetirə bilmədiyi üçün əli-qolu bağlı olmasını 4 cümlə ilə çox gözəl ifadə 
etmişdir: 
Var idi on atım, iyırmi malım,
Qərəz, bir tövr ilə keçirdi halım,
Yığıb bir hal ilə apardı zalım,
Qapımız sovrulmuş xırmanə dönüb.
Dəxi bizdə qalmayıbdır dana 
Gedirik sərdarə yetişdik cana, 
Olubdur ogrular sahibi-xana 
O ki ev sahibi mehmana dönüb. (6, s. 156) 


Filologiya məsələləri, № 2, 2021
– 365 –
Kəndlilərin min bir zəhmətlə qazandıqlarını murovlar, qubernatorlar oğurlayır, 
talayır yazıq kəndli səsini çıxara bilmirdi. Səsini çıxaranın isə aqibəti bəlli idi. 
Qazamat! Şakir bu bəndlərlə dövrə sanki, güzgü tuturdu. Bu güzgüyə baxmaq isə 
cəsərət tələb edirdi. Nece eybəcər insan güzgüyə baxmaz, nifrət edərsə, elə də o 
dövrün zülmkarları öz əməllərini görməzdən gəlirdilər. Şakir isə bu eybəcərlyə dözə 
bilmir, fikirlərini satira yolu ilə ifadə edirdi. Onun güzgüsü isə satiraları idi. 
Tamam oğurluqda olubdur pərgar,
Yatmayıb sübhədək dartar nə ki var,
Qarabağın malı bostanə dönüb.
Qalmışıq məəttəl sultanlı, xanlı, (6, s. 156) 
Bu bəndə Şakir “Sultanlı, xanlı” ifadəsi ilə, əslində, yalnız adi kəndlilərin 
deyil, Qarabag bəylərinin də mal-dövlətlərinin əllərindən alındığına eyham vurur. 
Taraixdən də məlum oldugu kimi Çar Rusiyası Azərbaycana qarşı işgalcılıq 
planlarını yerinə yetirərkən, bəylərin mülkləri kimi statuslarını da əllərindən alırdı. 
Çünki nüfuzlu bəylərin xalqı istədiyi tərəfə yönləndirəcəkərindən qorxurdu.
Rəsuldan şərm yox, Allahdan da bim,
Allah rizasına danışmaz heç kim,
Qarabağ düzəlməz, mənim əzizim,
Çünki öz əhlimiz şeytanə dönüb. (6, s. 157) 
Sonda isə bu satira ilə fikirlərimizi yekunlaşdırmaq istərdim. Baba bəy Şakir bu 
satirasında “Çünki öz əhlimiz şeytana dönüb” deməklə “sapı özümüzdən olan 
baltalar”I da unutmadığını bildirib. Həqiqətən Çar Rusiyasının uzun müddətli 
siyaətinin əsəs dayaqlarından biri də öz millətimizdən olan satqınlar idi. Çox 
təssüflər olsun ki, illər boyu belə ikiüzlü insanlar olub. Şakirin isə əsas məziyyəti öz 
satiralarında poetik, bədii bir dildə bütün bu fikirlərini ifadə etməsidir. Vulqarlığa 
qaçmadan,xalq dilində məntiq və ağılla doğru cümlələri qurmaqla, vacib məsələlərə 
diqqət çəkmişdir. O dövrü bilməyən bir insan təkcə Şakirin satiralarını oxumaqla o 
dövrün mənzərəsini beynində canlandıra bilər. Şakirin böyüklüyü budur. Poetik 
mənzərini satirik bir dildə ifadə etmək 
Baba bəy Şakir aşıq deyildi, o klassik ədəbiyyatımızın istedadlı şairlərindən bi-
ridir. Şairin yazdığı müxəmməslərdə, məsnəvilərdə, qəsidələrdə də aşıq şerinin poe-
tik ənənələri özünü büruzə verir. Belə ki, aşıq şerinə məxsus sadə danışıq dili, frazeo-
loji və idiomatik ifadələr onun klassik üslubda yazdığı şerlərində də var: 
Eşşəyin gər axurun sim ilə təmir edəsən, 
Qarnını kişmiş ilə şamü səhər sir edəsən, 
Çulunu atlasü ya tirmeyi- Kəşmir edəsən, 


Filologiya məsələləri, № 2, 2021
– 366 –
Zəri-xalisdən ona noxtavü zəncir edəsən, 
Qədrü qiymətdə yenə atdan olur ərzani. 
Şairin müxəmməsindən olan bu misralarda adı danışıq dili, xalq təfəkkürü öz 
ifadəsini tapmışdır. Xalq danışıq dilində olan “Eşşək nə qanır zəfəran nədir” və ya 
“Təzək, bəzək götürməz” kimi atalar sözlərini şair məharətlə divan ədəbiyyatına gə-
tirmişdir. Halbuki, divan ədəbiyyatında əsrlərdən bəri təsvirçilik ənənəsi, yüksək pa-
fos, təmtəraqlı bənzətmələr prioritet olmuşdur. Şairlər adətən şəhər və saray mühiti 
ilə bağlı əlamətləri şerə gətirirdi. Aşıq şeri ilə bərabər divan ədəbiyyatının janrlarında 
şer yazmaq Vaqif, Zakir ədəbi məktəbinin poetik ənənəsi idi. Baba bəy Şakir də hə-
min ənənəni layiqincə davam etdirmiş və klassik janrlarda da əsərlər yazmışdır. 
ƏDƏBİYYAT 
1. Azərbaycan ədəbiyyatı tarixi. II cild Bakı, Maarif, 1982, 428 s.
2. AMEA Əİ M. F. Axundzadənin arxivi. F-2 s.v.418. 
3. Ənvər Çingizoğlu, Cavanşir eli: Sarıcalılar, Bakı, Mütərcim, 2015, 352 s. 
4. Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Elm və təhsil, 
2018, 560 s. 
5. Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi, (Dərslik). Bakı, Proqres nəşriyyatı, 2012, 
434 
6.
Sənan İbrаhimоv. Vahid Şərq ədəbi prosesi (XVI-XX əsrlər). Bаkı, “Ecoprint”, 
2020, 560 səh. 
7. Şakir Baba bəy. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1985. 230 s. 
QAFFARLI SELCAN 
BABA BƏY ŞAKİR YARADICILIĞININ SATİRİK
TƏNQİD HƏDƏFLƏRİ 
XÜLASƏ 
Baba bəy Şakir XIX əsr Azərbaycan satirik ədəbiyyatının ən böyük 
nümayəndələrindən biridir. Baba bəy Şakir satirik şeirləri ilə təkcə Azərbaycan ədə-
biyyatında deyil, bütün Yaxın Şərq ədəbiyyatında satirik düşüncənin daha da inkişa-
fına xidmət etmişdir. Məhz Baba bəy kimi şairlərin sayəsində XIX əsr poeziyasında 
satirik şeirlər ədəbi prosesdə güclü qola çevrildi.
Onun satiraları, poetik gücü, məntiqli eyhamları, düzgün və seçilmiş tənqid 
hədəfləri, bu tənqid hədəflərinin
ifşası üçün secilmiş qüvvətli cümlələri satirlarına 
rəngli çalarlar qatır. Bu məqalədə də məhz onun ən güclü satiraları seçilmiş və təhlil 
edilmişdir. Təhlil zamanı satrirasında yer verdiyi mövzular vurğulanmış, Şakirin bu 
mövzulara baxış aspekti dərindən təhlil obyektinə çevrilmişdir. Şakir satiralarında 
özbaşınalığın vüsət aldığını, oğurlugun adi bir hala çevrildiyini, qanunların ancaq 
kəndlilər üçün olduğunun, qubernatorların işlərinə gəldikdə bu qanunlara məhəl 
qoymadıqlarını, adi kəndlilərin necə hüquqsuz olduğunu, təqsirləri olmadıqda belə 


Filologiya məsələləri, № 2, 2021
– 367 –
sübuta yetirə bilmədiyi üçün həbsə salındıqlarını poetik və satirik dillə verirdi. 
Məqaləmizdə onun güclü satiralarından olan nümunələrin mövzuları və ideyaları göz 
önünə gətirilir.
Nəyə görə bu mözulara müraciət etdiyi aydınlaşdırılır. Məqalə müəllifi bu 
satiraları doğuran şəxsi və ictimai meylləri də, yazıçının ziyalı mövqeyini də 
müxtəlif mövzular konteksində təhlil obyektinə çevirmişdir. Tədqiqatçıların 
araşdırılan problemlə bağlı fikir və mülahizələrinə nəzər salınmışdır. 
GAFFARLİ SELJAN 
OBJECT OF SATIRICAL CRITICISM IN BABA BEY 
SHAKIR'S WORK 
SUMMARY 
Baba Bek Shakir is one of the greatest Azerbaijani satirical literature 
representatives of the 19th century. Baba Bek Shakir, with his satirical poems, 
contributed to the further development of satirical thoughts in Azerbaijani literature, 
yet in addition in the entire literature of the Middle East.
By virtue of poets such as Baba Bek, satirical poetry in 19th century poetry 
turned into a powerful branch of the literary process. His satire, poetic power, logical 
allusions, correct and well-chosen objects of criticism, harsh sentences picked to 
uncover these objects of criticism add color to his satyrs. This article additionally 
chose and analyzed his most powerful satires. During the analysis, the topics of his 
satire were emphasized, and the perspective of Baba Bek Shakir on them became the 
object of more profound analysis. In his satires, Shakir wrote in poetic and satirical 
expressions that arbitrariness was an everyday occurrence and robbery was usual, 
the laws concerned only peasants, as the governors disregarded them, and the 
peasants did not have any rights, but were only imprisoned for the fact that they 
could not prove their innocence.
Our article explores topics and idea examples from his powerful satyrs. It 
clarifies why he did it. The author of the article turned these satires into objects of 
analysis with regards to various topics, both personal and social patterns, as well as 
the intellectual position of the writer.The perspectives and assessments of researchers 
on the issue under study were considered.
ГАФФАРЛИ СЕЛЬДЖАН 
МИШЕНИ САТИРИЧЕСКОЙ КРИТИКИ 
ТВОРЧЕСТВА БАБА-БЕЯ ШАКИРА 
РЕЗЮМЕ 
Б
аба 
Б
ек Шакир является одним из величайших представителей 
азербайджанской сатирической литературы XIX века. 
Б
аба 
Б
ек Шакир своими 
сатирическими стихами способствовал дальнейшему развитию сатирических 


Filologiya məsələləri, № 2, 2021
– 368 –
мыслей не только в азербайджанской литературе, но и во всей литературе 
Б
лижнего Востока. 
Б
лагодаря таким поэтам, как 
Б
аба 
Б
ек, сатирические стихи 
в поэзии XIX века стали сильной ветвью литературного процесса. Его сатиры, 
поэтическая сила, логические аллюзии, правильные и хорошо подобранные 
объекты критики, резкие предложения, выбранные для разоблачения этих 
объектов критики, добавляют красочности его сатирам. В этой статье также 
были отобраны и проанализированы его самые сильные сатиры. В ходе анализа 
были подчеркнуты темы его сатиры, и взгляд 
Б
аба 
Б
ек Шакира на эти темы 
стал объектом более глубокого анализа.
В своих сатирах Шакир писал в поэтических и сатирических 
выражениях, что произвол был обычным явлением и воровство было обычным 
делом, законы касались крестьян, а правители игнорировали их, и то, что 
обычные крестьяне не имели прав и были заключены в тюрьму за то, что не 
смогли доказать свою невиновность. В нашей статье рассматриваются темы и 
идеи примеров из его сильных сатир. Поясняется, зачем он это делал. Автор 
статьи превратил эти сатиры в объекты анализа в контексте различных тем, как 
личных, так и социальных тенденций, а также интеллектуальной позиции 
писателя. Учитывались взгляды и мнения исследователей по исследуемой 
проблеме. 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: filologiya elmləri doktoru Sənan İbrahimov
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 369 –
FARİZ QASIMBƏYLİ 
AMEA Hüseyn Cavidin Ev Muzeyi 
fariz.qasimbeyli@yandex.com
MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA MƏHƏMMƏD 
PEYĞƏMBƏRƏ EHTİRAM 
Xülasə 
Dünyada ən geniş yayılmış səmavi dinlərdən biri olan islam dini VII əsrin 
sonu, VIII əsrin əvvəllərindən etibarən Azərbaycan xalqının dünyagörüşünə, həyat 
tərzinə, adət-ənənələrinə nüfuz etməyə başlamış, zaman ötdükcə islami dəyərlər onun 
mənəvi dünyasınınayrılmaz bir parçasına çevrilmişdir. 
Azərbaycan xalqının qədim və zəngin ədəbi-bədii və fəlsəfi irsinə islam 
dininin, islam dünyagörüşünün çox böyük təsiri olmuş, bu təsir özünü şifahi xalq 
ədəbiyyatından XX əsrin əvvəllərinə qədərki yazılı ədəbiyyatda ən aydın şəkildə 
təzahür etdirmişdir. Türk dünyasının olduğu kimi, islam dünyasının da önəmli bir 
parçası olan Azərbaycan türkləri yaratmış olduqları dini ədəbiyyat, təriqət ədəbiyyatı 
və mərsiyə ədəbiyatının bir-birindən dəyərli nümunələri ilə ümumislam ədəbi-fəlsəfi 
irsinə qiymətli töhfələr bəxş etmişlər. 
Sovet sabirşünaslığında ateist bir şair kimi qələmə verilməyə çalışılan 
Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirin dəhəyat və yaradıcılığı 
obyektiv tədqiq olunduqda aydın olur ki, o, dindar bir müsəlman həyatı yaşamış, 
əsərlərində islam dininə, islami dəyərlərə hörmətlə yanaşaraq, bu dəyərləri ehtiramla 
tərənnüm və təbliğ etmişdir. 
Sabir xüsusən böyük islam peyğəmbəri Məhəmməd peyğəmbərə 
yaradıcılığında dərin ehtiram nümayiş etdirmiş, müsəlman dünyasının birliyi, 
maariflənməsi, tərəqqisi uğrunda apardığı əzmkar mübarizəsində onun qiymətli 
hədislərindən dönə-dönə istifadə etmişdir. 
Açar sözlər:
Sabir, islam, din, Məhəmməd peyğəmbər, müsəlman, şeir 
Mirzə Ələkbər Sabir misilsiz satiraları ilə böyük ədəbi məktəb yaratmış 
Azərbaycan ədəbiyyatının ən nurlu simalarından biri, əsl xalq şairidir. “Şairəm, 
əsrimin ayinəsiyəm” – deyən Sabirin yaradıcılığında, xüsusən satiralarında 
toxunduğu mövzular ən kiçik ailə-məişət hadisələrindən ümummillət, ümumdövlət, 
ümumşərq, ümümmüsəlman problemlərinə qədər çox geniş arealı əhatə edirdi. O, 
toxunduğu bu problemlərə ötəri yanaşmır, oxucunun bunlara diqqətini yönəldir, 
mahiyyəti və həlli yolları barədə düşünməyə məcbur edirdi. Xalqın tərəqqisinə mane 
olan, hüquq və dəyərlərini tapdalayan mürtəce ünsürləri öz satiralarında məharətlə 
ifşa edən, həmin ünsürləri cəhalət buxovlarında çırpınan xalqa göstərməyə, 


Filologiya məsələləri, № 2, 2021
– 370 –
anlatmağa və qarşı çıxmağa çağıran Sabirin bu böyük mübarizəsi sovet 
sabirşünaslığında bir çox hallarda öz mahiyyətindən kənar, məlum ideoloji sistemin 
tələblərinə uyğunizah edilməyə çalışılmışdır. Şairin mövhumat və xurafatın, riyakar 
mollaların tənqidinə həsr olunmuş əvəzsiz satiraları bu tədqiqatlarda dini 
dünyagörüşə, islam dininə, dini ayinlərə, ümumi din xadimlərinə qarşı yönəlmiş 
əsərlər, Sabirin özü də, “dinlə mübarizə aparan”, ateist bir şair kimi qələmə 
verilməyə çalışılmışdır. Obyektivlik və elmilikdən uzaq olan bu qənaətlərlə həm 
islam dini, islami dəyərlər gözdən salınmağa, həm də, Sabir əsl sovet şairi kimi 
təqdim olunmağa çalışılırdı. 
Lakin şairin həyat və yaradıcılığının obyektiv və əsaslı tədqiqi onu bariz 
şəkildə ortaya qoyur ki, 
“şəxsiyyət etibarilə dindar bir müsəlman olan Sabir kiçik 
yaşlarından ömrünün sönunadək, islam dininin zəruri şərtlərini səmimiyyətlə icra 
etmiş – namaz qılmış, oruc tutmuş, islam dinində haram buyurulduğu üçün əsla 
şərab və spirtli içkilər içməmişdir. Yaradıcılığında islam dini əleyhinə bir misra belə 
yazmamış, islami dəyərlərə, o cümlədən, Allaha və Məhəmməd peyğəmbərə, şiəlikdə 
xüsusi ehtiram bəslənilən imam Hüseynə məhəbbəti əsərlərində dəfələrlə tərənnüm 
olunmuş Sabir Azərbaycan müsəlmanları arasındakı məzhəb ixtilaflarının aradan 
qaldırılması, bütöv, qardaş islam toplumu uğrunda da ardıcıl və qətiyyətli mübarizə 
aparmışdır”
[1, s.77]. 
Azərbaycan ədəbiyyatına islam dünyagörüşünün, islami dəyərlərin tərənnüm 
və təbliğ olunduğu bir-birindən qiymətli əsərlər bəxş etmiş Mirzə Ələkbər Sabir 
yaradıcılığında böyük islam peyğəmbəri Məhəmməd peyğəmbərə həsr olunmuş, 
onun müsəlmanlar və bəşəriyyət üçün yüksək mənəvi-əxlaqi, tərbiyəvi dəyərlər 
aşılayan hədislərinin əks olunduğu şeirləri spesifikliyi ilə diqqət cəlb etməkdədir. 
İslam dinini beş əsas şərtindən birincisi və ən vacibi “Kəlmeyi-şəhadət” 
[Allahın birliyinə və Məhəmməd peyğəmbərin onun rəsulu olduğuna şəhadət verən 
sözlər] hesab olunur ki, “Kəlmeyi-şəhadət”i “gətirməklə” [deməklə, təsdiq etməklə] 
islamı, müsəlmanlığı qəbul edən şəxsin Allahın yeganə yaradıcı olmasına, ondan 
başqa bir ilahın, Yaradanın olmadığına, Məhəmməd peyğəmbərin də Onun rəsulu 
olmasına tərəddüdsüz inanması mənasına gəlməkdədir. Quranda Məhəmməd 
peyğəmbərin müqəddəs missiyası barədə bir sıra ayələrdə bəhs olunmaqdadır. 
Məsələn, əl-Furqan surəsində deyilir: 
“[Ya Rəsulum!] Biz səni yalnız [möminlərə 
Cənnətlə]müjdə verən və [kafirləri cəhənnəm əzabı ilə]qorxudan bir peyğəmbər kimi 
göndərdik” 
[2, 25
/
56]. Əl-Əhzab surəsində isə islam peyğəmbərinə müraciətlə belə 
deyilməkdədir:
“[Biz səni] Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq 
olaraq göndərdik!” 
[2, 33/46]. 
İslam dininə görə Məhəmməd peyğəmbər, həmçinin Allahın təyin etdiyi 
elçilərin sonuncusudur ki,ondan sonra yeni bir peyğəmbər, rəsul, nəbi 
gəlməyəcəkdir. Qurani-Kərimin əl-Əhzab surəsində bu barədə deyilir: 
“Muhəmməd... Allahın Rəsulu [elçisi] və peyğəmbərlərin sonuncusudur. Allah hər 
şeyi biləndir” 
[2, 33/40]. 


Filologiya məsələləri, № 2, 2021
– 371 –
Böyük islam peyğəmbəri Məhəmməd peyğəmbərin müsəlmanların birliyinə 
dair çağırışları, yaradıcılığında müsəlmanlar arasındakı məzhəb ixtilaflarına, bu 
ixtilafların aradan qaldırılması üçün mübarizəyə geniş yer vermişSabir poeziyası 
üçün də, xarakterikdir. “Təhəssür” adlı şeirində “peyğəmbəri-zişan”ın [şanlı, 
möhtərəm peyğəmbərin] birliyə əmr etməsini misal gətirən şair müsəlmanlar 
arasındakı təfriqədən ürək ağrısı ilə danışır, bu xüsusda onları ixtilaflara son 
qoymağa, birliyə səsləyirdi: 
Dai bə üxuvvət olur ikən bizə Quran, 
Əmr eylər ikən birliyə peyğəmbəri-zişan, 
Tapmazsan iki müttəfiqürrəy müsəlman 
Qafqazda olan bir neçə milyan arasında! 
[4,s.57]. 
“Növheyi-milli” şeirində də, islam peyğəmbərinə ehtiramla “peyğəmbəri-
nikunam” – “yaxşı ad qazanmış peyğəmbər” deyə xitab edən şaironun tək Allahı, tək 
dini müsəlmanlara “elam qılmasını” – anlatmasını vurğulayaraqyenə milləti birliyə 
dəvət edirdi: 
Təbliğə başladı çün peyğəmbəri-nikunam, 
Əmri-rəsalətində ancaq gətirdi islam, 
Bir dini, bir xudanı islama qıldı elam, 
Ta bir tifaqə dair olsun vifaqı-millət! 
[4, s.56]. 
İslam dinində heç bir əsas, tutarlı səbəb olmadan hansısa bir şəxs və ya hadisə 
barədə pis fikrə düşmək, bədgümanlıq etmək – “sui-zənn”ə qapılmaq böyük günah 
hesab edilməkdədir. Səbəbsiz, əsassız ittihamlara, ədalətsiz hökmlərə səbəb olan 
“sui-zənn”in günah olması Quranda əl-Hücurat surəsində aşağıdakı kimi ifadə 
olunmaqdadır: 
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. 
Şübhəsiz ki, zənnin bəzisi [heç bir əsası olmayan zənn] günahdır...” 
[2, 49/12] 
Sabirin başlıca tənqid hədəflərindən biri olan saxtakar mollaların cahil camaatı 
aldadaraq qızışdırıb yönəltməsi nəticəsində ona və əqidə dostlarınıa ağır təzyiqlər 
göstərilməsi üzündən qələmə aldığı“İltihabi-təəssüratımdan yenə bir şöleyi-
cəhansuzum” adlı şeirindəşair həmin mövzuya işarə etmişdir: 
Ələman, ey şahi-Yəsrib mədfənü Məkki vətən, 
Ya nəbiyürrəhmə, ey məhbubi-rəbbi-zülminən, 
Şəri-pakində həram olmaqda ikən sui-zənn, 
Ümmətin salim deyil bu xisləti-məzmumədən, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər gönçələr tək bağrı qan olmaqdadır! 
[4, s.62]. 
Məhəmməd peyğəmbərə müraciətlə “ey Allahın sevimli dostu, pak şəriətində 
sui-zənnə qapılmaq haram olmaqda ikən, ümmətin bundan xəbərsizdir və 
bədgümanlıq oxlarına salehlər – təmiz şəxslər, dini tələbləri yerinə yetirən kəslər 
nişan olur” – deyən şair ondan kömək istəməkdədir. 
Quranda islam peyğəmbərinə xitab olunaraq belə deyilir: 
“Səni də [Ya 
Rəsulum!] aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” 
[2, 21/107]. Yer üzündə 


Filologiya məsələləri, № 2, 2021
– 372 –
bitkilərin həyat tapmasına səbəb olan yağış necə ki, Allahın rəhməti hesab olunursa, 
insanların qəlbində öz bilik və nuru ilə mənəvi gözəlliklərin həyat tapmasına, 
çiçəklənməsinə səbəb olan, daim öz ümməti üçün, hətta onunözünə qarşı qəddarlıqlar, 
zülümlər etmiş kəslər üçün belə Yaradandan daim bağışlanma, mərhəmət, hidayət 
diləyən Məhəmməd peyğəmbər də müsəlmanlar tərəfindən Allahın rəhməti hesab 
olunmaqdadır. Sabir də bunu öz şeirində belə ifadə edirdi: 
Ya nəbiyyəl-müslimin, ey həq-təala rəhməti, 
Çox fənadır əmrimiz, dərk eylə hali-ümməti, 
Getdi izzət, batdı şövkət, tutdu zillət milləti, 
Ələman, sümmələman [ya mən ileykə hacəti], 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər gönçələr tək bağrı qan olmaqdadır! 
[4,s.62]. 
Sabir “Eydi-mövludi-Nəbi” şeirini isə sirf Məhəmməd peyğəmbərin mövludu 
şərəfinə qələmə almışdır. İlk dəfə 13 aprel 1907-ci ildə “Tazə həyat” qəzetində 
[№18] “Əli Sabir Tahirzadə Şirvani” imzası ilə çap olunmuş bu şeir 
“Hophopnamə”nin yalnız ikinci – 1914-cü il nəşrinə, üçüncü – 1922-ci il nəşrinə və 
dördüncü – 1934-cü il nəşrinə daxil edilmiş, sovet dövründə məlum ideoloji təsir 
nəticəsində başqa nəşrlərdən çıxarılmışdır. Sabirin Füzulidən təzmin etdiyi [sitatlar 
gətirdiyi] bu şeirində islam peyğəmbərinin mövludu bayramı təsirli şəkildə təsvir 
edilir: 
Həmdülillah ki, bizə şamil olub lütfi-xuda, 
Bu mübarək günü dərk etməyə ömr etdi vəfa, 
Eydi-mövludi-nəbidən gözümüz tapdı ziya, 
Qılın, ey ümməti-mərhumə bu gün vəcdü səfa, 
“Əşrəqət min fələkil-behcəti şəmsün və biha, 
Mələəl-aləmə nurən və sürurən və bəha”. 
Aləmə zahir olub mərhəməti-xaliqi-küll, 
Aşikar oldu bu gün batini-Qurani-müdill, 
Doldu afaqə səfa, oldu cəhan gülşəni-gül, 
Mülki-dünyayə qədəm basdı o hadiyyi-sübul. 
“Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul, 
Oldu məhv öylə ki, xurşid şüaində Süha” 
[4, s.59]. 
“Hadiyyi-sübül” – “doğru yolu göstərən” peyğəmbərin doğum gününü 
müsəlmanlara, aləmə Allahın lütfünün, mərhəmətinin şamil olması, gözlərin nur 
tapması kimi qiymətləndirən şair, mərhumun ümmətinə bu günü “vəcü səfa qılın” 
deyə xitab edir. Bu şeirində Sabirin səmimi duyğularını görməmək mümkün deyil: 
Çöhreyi-hur işıqlandı cəmalinə görə, 
Taqi-kəsra yığılıb taqi-hilalinə görə, 
Qızarıb rəngi-şəfəq arizi-alinə görə, 
Bəzənib cənnəti-firdövs visalinə görə, 


Filologiya məsələləri, № 2, 2021
– 373 –
“Rütbeyi-hikməti-meraci-kəmalinə görə 
Hükəma firqeyi-dun, fəlsəfə cəmi-süfəha” 
Bu günün meymənətindən açılıb babi-nəim, 
Bu günün hörmətinə bağlanıb ədvabi-cəhim, 
Bu günün məsədətindən saçılıb dəhrə nəsim, 
Bəzənib dürri-nübüvvətlə bu gün beyti-hərim. 
“Oldu bazari-cəhan rövnəqi bir dürri-yetim 
Ki, degil iki cəhan hasili ol dürrə bəha” 
[4, s.59]. 
Şairin ifadəsilə,“bu gün aləmdə bütün gözəlliklər, rəngarəngliklər,bu günün 
bərəkətindən nemət qapısının açılması” vüsalı üçün firdövs cənnətinin bəzəndiyi 
islam peyğəmbərin mövludu şərəfinədir. Quranda Məhəmməd peyğəmbərə 
müraciətlə: 
“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”
[2, 68/4] deyilməkdədir. 
O, Allahın rəsulu, islam dininin peyğəmbəri olması ilə bərabər, yüksək mənəvi-
əxlaqi keyfiyyətləri, dərin zəkası, sadəliyi ilə təkcə müsəlmanlar tərəfindən deyil, 
hətta obyektiv, həqiqətpərəst digər din, inanc nümayəndələri arasında da böyük 
ehtiramla anılmaqdadır.Bu mənada, “insanların ən yaxşısı”, “insanların ən xeyirlisi” 
mənasına gələn “xeyrülbəşər” adı, təxəllüsü müsəlmanlar tərəfindən peyğəmbərə 
verilmiş, dini və bədii ədəbiyyatda geniş istifadə olunan anlamlı adlardan biridir ki, 
Məhəmməd peyğəmbərə bu adla müraciət edilməsinə Sabir yaradıcılığında da rast 
gəlməkdəyik: 
Sabira! Tök fərəhindən üzünə əşki-tərin, 
Sınsa bazarı nolur əşkinə nisbət gühərin, 
Asitani-Şəhi-Bəthayə nisar eylə sərin. 
Şidqlə tut ətəgin həzrəti-Xeyrülbəşərin. 
“Ey Füzuli, rəhi-şərini tut ol rahibərin, 
Bu təriqilə zəlalətdən özün eylə rəha” 
[4, s.59]. 
Bütün misralarından göründüyü kimi, salehlərəcənnəti müjdələyən, 
günahkarları cəhənnəmlə qorxudan, Allaha tərəf çağıran “nurlu çırağa” – 
Məhəmməd peyğəmbərəböyük məhəbbətini, ehtiramını səmimiyyətlə ifadə edənmilli 
şair,yaradıcılığında mənəvi-əxlaqi, milli və dini dəyərlərin uşaqlara, gənclərə 
aşılanmasında da onunibrət dolu hədislərindən önəmlə istifadə etmişdir. Sabirin 
məktəb uşaqları üçün yazdığı şeirlərində həssaslıqla yer ayırdığı ülvi dəyərlərdən biri 
ailədə valideynlərə hörmət, onlara qayğı məsələsi olmuşdur: 
Pədərlə madərin nəshindən əsla təlxkam olma, 
Səni təkdirü təzir etsə də, bir dadlı şərbətdir 
[4, s.79]. 
“Ata-ananın nəsihətindən əsla məyus olmayıb, məzəmmətlərini, danlaqlarını da 
bir dadlı şərbət kimi” qəbul etmək lazım olduğunu ifadə edən şair bu müqəddəs 
insanlara – valideynlərə daim hörmətlə yanaşmağı hər bir övladın ən ümdə 
borclarından biri kimi qiymətləndirərək, “Məktəb uşaqlarına töhfə” adlı 
şeirindəMəhəmməd Peyğəmbərin məşhur 
“Cənnət anaların ayaqları altındadır” 
[5, 


Filologiya məsələləri, № 2, 2021
– 374 –
s.238] hədisini də sitat gətirməklə uşaqları daim valideynlərinin hörmətini saxlamağa, 
onların itaətində durmağa çağırırdı: 
“Payi altındadır behişt ananın” –
Bu hədisi-şərifdir, inanın! 
Bizə lazımsa Həqqə qul olalım, 
Valideynə müti oğul olalım 
[4, s.117]. 
Şair “Həqqə qul olmağın” – iman, ibadət və əməllərində örnək müsəlmanlığın 
yolunun valideynlərə itaət, hörmət etməkdən, qayğılarını çəkməkdən keçdiyinə 
diqqəti çəkir. Burada Məhəmməd peyğəmbərin başqa bir hədisini qeyd etməyi lazım 
bilirik: 
“Hər kim ata-anasının razılığını qazanarsa, Allahın rizasını qazanmış olur. 
Hər kim ata-anasına asi olub onları əsəbləşdirərsə, Allah-təalanı qəzəbləndirmiş 
olur” 
[5, s.207]. Yüksək mənəvi-əxlaqi dəyərlərin həm daşıyıcısı, həm də mübariz 
təbliğatçısı olan böyük mütəfəkkir Sabir öz yaradıcılığında valideynlərə hörmət 
etməyi, onların qiymətini bilməyi tövsiyə etməklə bərabər, valideynlərə qarşı 
çıxanların aqibətinin uğurlu olmadığını da bu hədisin işığında aşağıdakı kimi ifadə 
edirdi: 
Ataya hörmət etməyən çocuğun, 
Anaya xidmət etməyən çocuğun 
Nə olur kəndi nəfsinə xeyri, 
Nə də ondan vəfa görər qeyri! 
Şübhəsiz, xüsrdən kənar olamaz, 
İki dünyadə bəxtiyar olamaz 
[4, s.117]. 
Sabir uşaqlara həsr etdiyi bu şeirində onları valideynlərə hörmət və qayğı 
göstərməyə çağıraraq, anlatmağa çalışırdı ki, əks halda, insan “iki dünyada da 
bəxtiyar ola bilməz”. Bu nəsihətlərin dindar, müsəlman bir şairin qələmindən 
süzülməsi obyektiv oxucuda şübhə doğurmayacaq qədər aydın ifadəsini tapmışdır.
Sabir və əqidə dostları millətin tərəqqisini ilk növbədə onun cəhalət 
buxovlarından qurtulmasında, yeni üsul təhsilə və elmə yiyələnməsində görür, bu 
uğurda əzmlə mübarizə aparırdı. Şair “Analar bəzəyi” adlı şeirində Məhəmməd 
peyğəmbərin məşhur 
“Elm axtarışında olmaq müsəlman kişi və qadına fərzdir” 
[5, 
s.60] hədisini sitat gətirməklə islam dinində elmə, təhsilə böyük önəm verilməsini 
vurğulayaraqelmə çağırış edirdi: 
Elm ilə olur hüsuli-izzət, 
Elm ilə olur nüfuzi millət. 
Elmə çağırır bütün əvamı, 
“Əl-elmü fərizətün” kəlamı 
[4, s.85]. 
Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Azərbaycanın ölməz satirik 
şairi Mirzə Ələkbər Sabir yaradıcılığında böyük islam peyğəmbəri Məhəmməd 
peyğəmbərə məhəbbət və dərin ehtiram bariz şəkildə öz əksini tapmış, onun islami 
dəyərlər aşılayan bir-birindən qiymətli hədislərindən önəmlə istfadə edilmişdir. 


Filologiya məsələləri, № 2, 2021
– 375 –
İstifadə edilmiş ədəbiyyat: 
1.
Qasımbəyli, F. Mirzə Ələkbər Sabir yaradıcılığında təsəvvüf fəlsəfəsinin təzahürü 
// – Bakı: Azərbaycan ədəbiyyatşünaslığı. AMEA Nizami Gəncəvi adına 
Ədəbiyyat İnstitutunun əsərləri, – 2020. №1, – s. 76-84. 
2.
Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi / Ərəb dilindən tərcümə 
edənlər: Z.Bünyadov, V.Məmmədəliyev. – Bakı: Şərq-Qərb, – 2012. – 568 s. 
3.
Müttefekun aleyh hadisler [Buhari ve Müslimin ittifak etdiği hadisler]/ Tert. ed. 
M.F.Abdülbaki / düz: A.F.Kocaer. – Konya: Hüner yayınları, – 2004. – 896 s. 
4.
Sabir, M.Ə. Hophopnamə: [2 cilddə] / M.Ə.Sabir, tərt. ed., M.Məmmədov. – 
Bakı: Şərq-Qərb, – c. 2. – 2004. – 384 s. (69) 
5.
Həzrət Məhəmmədin hikmət xəzinəsindən örnəklər / tərt. ed. M. Qəmbərli. – 
Bakı: Şərq-Qərb, – 2012. – 248 s. 
ФАРИЗ КАСУМБЕЙЛИ 
ПОЧИТАНИЕ ПРОРОКА МУХАММЕДА В ТВОРЧЕСТВЕ
МИРЗЫ АЛЕКПЕРА САБИРА 
Резюме 
Ислам, одна из самых распространенных в мире небесных религий, 
которая с конца VII – начала VIII веков начала проникать в мировоззрение, 
образ жизни, обычаи и традиции азербайджанского народа. Со временем 
исламские ценности стали неотъемлемой частью его духовного мира. 
На древнее и богатое литературно-художественное и философское 
наследие азербайджанского народа большое влияние оказал Ислам. Исламское 
мировоззрение, наиболее ярко и это влияние проявилось в устной народной и в 
письменной литературе до начала XX века. Азербайджанские тюрки, 
являющиеся важной частью как тюркского, так и исламского мира, своими 
ценными образцами созданными ими религиозной, сектантской и элегийной 
литературой, внесли ценный вклад в общеисламское литературно-философское 
наследие. 
При объективном изучении жизни и творчества великого 
азербайджанского поэта-сатирика Мирзы Алекпера Сабира, которого в 
Советском литературоведении пытались представить как поэта-атеиста, 
становится ясно, что он вел благочестивую мусульманскую жизнь, в своих 
произведениях с уважением относился к Исламу, исламским ценностям, с 
уважением воспевал и пропагандировал эти ценности. 
Сабир, в частности, проявлял глубокое уважение к великому Исламскому 
Пророку Мухаммеду, использовал его драгоценные хадисы в своей упорной 
борьбе за единство, просвещение, прогресс мусульманского мира. 
Ключевые слова: 
Сабир, ислам, религия, пророк Мухаммед, 
мусульманин, поэзия 


Filologiya məsələləri, № 2, 2021
– 376 –
FARIZ GASIMBAYLI 
VENERATION OF THE PROPHET MUHAMMAD IN
THE WORKS OF
MIRZA ALAKBAR SABIR 
Summary 
Islam, one of the most widespread heavenly religions in the world, began to 
penetrate the worldview, lifestyle, customs and traditions of the Azerbaijani people 
from the end of the VII-beginning of the VIII centuries, and over time, Islamic 
values became an integral part of their spiritual world. 
The ancient and rich literary, artistic and philosophical heritage of the 
Azerbaijani people was greatly influenced by the Islamic religion, the Islamic 
worldview, and this influence was most clearly manifested in oral folk literature and 
in written literature until the beginning of the XX century. The Azerbaijani Turks, 
who are an important part of both the Turkic and Islamic world, have made valuable 
examples of their religious literature, sectarian literature and elegy literature, and 
have made a valuable contribution to the general Islamic literary and philosophical 
heritage. 
An objective study of the life and work of the great Azerbaijani poet-satirist 
Mirza Alakbar Sabir, whom Soviet literary studies tried to present as an atheist poet, 
makes it clear that he led a pious Muslim life, respected the Islamic religion and 
Islamic values in his works, and sang and promoted these values with respect. 
Sabir, in particular, showed deep respect for the great Islamic Prophet 
Muhammad, used his precious hadiths in his persistent struggle for the unity, 
enlightenment, and progress of the Muslim world. 
Keywords:
Sabir, Islam, religion, Prophet Muhammad, Muslim, poetry 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 377 –
SƏDAQƏT ƏSGƏROVA, 
AMEA-nın Nizami Gəncəvi adına 
Ədəbiyyat Muzeyi 
sedaqet_askerova.73@mail.ru 
Bakı şəhəri, Həsən bəy Zərdabi küşəsi, 121 
AŞIQ AĞALAR MIKAYILOVUN YARADICILIĞI RƏNGARƏNGDIR
Xülasə 
Aşıq Ağalar Mikayılovun yaradıcılığı rəngarəngdir.Onun yaradıcılığında aşıq
şeir növlərindən gəraylı,qoşma, bayatı və qəzəl mühüm yer tutur. 
Gəraylı 
a
şıq şerinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd 
misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şerə gəraylı deyilir.
Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir.
Aşığın qoşmaları şox diqqəti cəlb edir. Çünki qoşma aşıq yaradıcılığında çox 
geniş yayılmış janrdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət 
şeir şəklinə qoşma deyilir. 
[
Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, 
yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və 
IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə 
birinci bəndin son misrası ilə qafiyələnir. Möhürbənd adlanan son bənddə şair öz 
təxəllüsünü söyləyir.
Aşıq Ağalar Mikayılovun bayatıları mövzuca rəngarənkdir. Bayatılarda xalqın 
kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və 
xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar 
söylənmişdir. 
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, 
müxtəlif variantlara düşmüşdür.
Aşığın qoşmaları şox diqqəti cəlb edir. Çünki qoşma aşıq yaradıcılığında çox 
geniş yayılmış janrdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət 
şeir şəklinə qoşma deyilir. 
[
Qoşma və gəraylının qafiyə sistemi eynidir. 
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, 
müxtəlif variantlara düşmüşdür 
Tədqiqat işində aşıq şeir növlərindən danışarkən aşığın qəzəllərindən 
danışmamaq olmaz.Onun xeyli sayda qəzəlləri var. Onun içərisində “Vətən” 
mövzusunda yazdığı qəzəl digər qəzəllərdən öz dəyəri ilə fərqlənir. 
Açar sözlər:
gəraylı, qoşma, bayatı, qəzəl, qafiyə


Filologiya məsələləri, № 2, 2021
– 378 –
Aşıq Ağalar yaşadığı ağır günlərə baxmayaraq, həmişə nikbinliyini qoruyub 
saxlamış, bir gözü gülüb, bir gözü ağlayaraq xalqına, vətəninə nəğmələr qoşmuş, onu 
tərənnüm etməkdən nə yorulmuş, nə də doymuşdur.
Dünyanın üzünə düşəndən bəri, 
Yüklənib üstümə qəmin ləşkəri. 
Mənə dəyən acı-acı sözləri 
Bir cüt öküz nədir, kəl çəkə biməz
(Aşıq Ağalar 
Mikayılov.”Söz mənimkidir”, Bakı, Çaşıoğlu, 2014, 92 s.).
Göründüyü kimi, represiya, yurd-yuvasından ayrılmaq, müharibə, aclıq və 
onlardan da betər “xalq düşməninin oğlu” damğası, tənəli söz onu kədərləndirsə də 
ruhdan düşmür, nikbindir, mübarizdir, inamlıdır: 
İndi baxıb ellər bizdən dərs alır, 
Xalqımız hər gündə min zəfər çalır. 
Əməklə, cürətlə insan ucalır,
Azad 
vətənimdə, 
azad 
elimdə
(Aşıq Ağalar 
Mikayılov.”Söz mənimkidir”, Bakı, Çaşıoğlu, 2014, 92 s.)
Aşıq Ağaların ömrünün son çağında, xəstə yatağında yazdığı şeirlər 
diqqətimi çəkdi. Bu yaşda, bu halda sevgi ilə, məhəbbətlə bağlı gənclik ruhunda 
yazılmış şeirlər oxucusunu, dinləyicisini təəccübləndirə bilər. Çünki bu şeirlərdə 
hissiz, həyəcansız bir misra belə yoxdur. İnsan nə qədər ki, sağdı onun eşqi, 
məhəbbəti, sevgisi yaşayır. Badə içsən gözəl yarın əlindən Kim can verər, əcəl gəlsə 
qəfildən, Gözəllər gözəli, səni görəndən, Könlüm cənnət kimi diyara düşdü. Aşıq 
Ağalar klassik şeirimizin xalq içində ən çox rəğbət qazanmış nümunəsi olan qəzəl 
janrında da qələmini sınamışdır. Onun qəzəllərində zahirən köhnə şeir üslubu nəzərə 
çarpsa da, məna və məzmun müasirdir, zamanla səsləşir.
Xalq şeirinin əksər formalarında yazıb-yaradan sənətkarın xeyli sayda qoşma, 
gəraylı, təcnis, deyişmə, qəzəl, bayatı, müxəmməsi vardır. Həmin şeirlərin bir çoxu 
toylarda, şənliklərdə oxunmaqla yanaşı müxtəlif mətbu orqanlarda, almanax və 
aşıqlara həsr olunan kitablarda çap olunmuşdur. Rafael Hüseynov müxtəlif illərdə 
Azərbaycan Milli radiosunun “Axşam görüşləri” proqramında Aşıq Ağalar 
Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər 
saz ustadları haqqında xatirələri lentə alaraq tarix üçün əbədiləşdirmişdir. Eyni 
zamanda, aşıq Ağaların ömür yolu, yaradıcılığının müxtəlif məziyyətləri professor 
Ə.Cəfərzadə, professor Qara Namazov, R.Hüseynov, filologiya elmləri namizədi 
E.Məmmədli və başqalarının məqalələrində təhlil edilmişdir. Jurnalist 
T.Abdullayevin “Ata və oğullar” kitabında ustad aşıq Mirzə Bilalın və onun 
övladlarının yaradıcılığından seçmələr oxuculara təqdim olunmuşdur. Qocaman 
jurnalist R.Fərəcov “Kürdəmir salnaməsi” və “Şirvannamə” əsərində aşıq Ağaların 
həyat və yaradıcılığından bəhs etmiş, şeirlərindən nümunələr vermişdir. 
U
stad 
sənətkarın şəcərəsi, həyatı, yaradıcılığını daha dərindən araşdırmaq, təhlil etmək, 
şeirlərinin bir qismini toplayıb çap etdirmək zəhməti isə Şirvanın cəfakeş alimi 


Filologiya məsələləri, № 2, 2021
– 379 –
professor Seyfəddin Qəniyevin üzərinə düşüb. Onun 2011-ci ildə nəşr etdirdiyi 
“Şirvanlı Aşıq Ağalar” monoqrafiyası el aşığı haqqında oxuculara müfəssəl bilgi 
verməklə yanaşı, aşığın şeirlərinin böyük bir qismi, bağladığı dastanlardan biri, eləcə 
də sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.
Aşıq Ağalar Mikayılovun yaradıcılığı rəngarəngdir.Onun yaradıcılığında 
aşıq şeir növlərindən gəraylı,qoşma, bayatı və qəzəl mühüm yer tutur.
Gəraylı 
a
şıq şerinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd 
misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şerə gəraylı deyilir.
Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir.
Məsələn:
Oturmuşdum çeşmə üstə
Gördüm bir qız belə gəldi.
Mən istədim dindirməyə,
Dodaq qaçdı, dilə gəldi.
Dedim: - Ay qız, nə gözəlsən?
Dedi: - Dağdan gəlmişəm mən.
Dedim: - Hərdən bizə gəlsən
Döndü, gülə-gülə gəldi.
Bürünmüşdü al-əlvana,
Məni qoydu yana-yana.
Dərdimi deməmiş ona,
Özü bilə-bilə gəldi 
“(Aşıq Ağalar Mikayılov.”Söz mənimkidir”, Bakı, Çaşıoğlu, 2014, 92 s.)
Aşığın qoşmaları şox diqqəti cəlb edir. Çünki qoşma aşıq yaradıcılığında çox 
geniş yayılmış janrdır. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət 
şeir şəklinə qoşma deyilir. 
[
Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, 
yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və 
IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə 
birinci bəndin son misrası ilə qafiyələnir. Möhürbənd adlanan son bənddə şair öz 
təxəllüsünü söyləyir. Məsələn: 
Mənimlə düz dolan, ey cavan aşıq, 
Girib bu meydana cəng edərəm mən.
Bir nərə çəkərəm, batar qulağın,
Nəfəsin kirtləşər, tənk edərəm mən.
Açaram qarşında sinə dəftərin,
Sınar qol-qanadın, pozular pərin.
Endirsəm bir zərbə, dolar gözlərin,
Yararam bağrını, süng edərəm mən.
Ağalaram, əbəs yerə söz atma,
Yan-yörövə yaltaqlanıb göz atma.
Tez-tez baxıb, gözlərini bozartma,


Filologiya məsələləri, № 2, 2021
– 380 –
Sökərəm cismini, süng edərəm mən. 
(Aşıq Ağalar Mikayılov.”Söz mənimkidir”, Bakı, Çaşıoğlu, 2014, 92 s.)
Aşıq Ağalar Mikayılovun bayatıları mövzuca rəngarənkdir. Bayatılarda xalqın 
kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və 
xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar 
söylənmişdir. 
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, 
müxtəlif variantlara düşmüşdür.Məsələn:
Mən aşiqəm çəməndə,
Bülbül ötər çəməndə,
Bir mən, bir yar olaydı, 
Biz gəzəndə çəməndə.
Mən aşiqəm otaqda,
Eyvanda yox, otaqda.
Hər şey hazır olardı,
Yar gələndə otaqda.
Mən aşiqəm ay qaçar,
U
lduz qovar, ay qaçar.
Mən yara can deyəndə,
Yarım məndən ay qaçar.
Mən aşiqəm yaz məni,
Bahar məni, yaz məni.
Yara əcəl yazanda,
Yar yerinə yaz məni. 
(Aşıq Ağalar Mikayılov.”Söz mənimkidir”, Bakı, Çaşıoğlu, 2014, 92 s.)
Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan 
biridir. Lirik növdədir. 
Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin 
Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. 
Əruz vəzninin müxtəlif 
bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, 
son beyti məqtə adlanır. Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda 
klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, 
həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. 
Əruz 
vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. 
Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. 
Tədqiqat işində aşıq şeir növlərindən danışarkən aşığın qəzəllərindən 
danışmamaq olmaz.Onun xeyli sayda qəzəlləri var. Onun içərisində
“Vətən” mövzusunda yazdığı qəzəl digər qəzəllərdən öz dəyəri ilə fərqlənir. 
Məsələn: 
Mən bir vətənin övladıyam, can ona qurban
Canım da, qanım da olsun hər an ona qurban.


Filologiya məsələləri, № 2, 2021
– 381 –
Süd verdi mənə körpəliyimdə anam onda
Tapşırdı məni getdi o, Soltan, ona qurban.
Bildim mən onun qədrini on yaşa çatanda,
Min sevgili canan, zulfi-pərişan ona qurban.
Gəldi neçə şahlar, neçə min taxtı-Süleyman, 
Axır elədi yurdumu viran, ona qurban.
Gəzdim və dolandım mən onun hər bucağında
Sandım onu cənnət nədi, Rizvan, ona qurban.
Bilsə Ağalar can verəcək ayrı Vətəndən,
Eylər gecələr naleyi-əfqan, ona qurban. 
(Aşıq Ağalar Mikayılov.”Söz mənimkidir ”, Bakı, Çaşıoğlu, 2014, 92 s.)
Ədəbiyyat
1. Aşıq Ağalar Mikayılov. “Söz mənimkidir”, Bakı, Çaşıoğlu, 2014, 92 s. 
2. Aşıq ədəbiyyatı antologiyası: 3 cilddə, tərtibçi M.Qasımlı, M.Allahmanlı 
3. Allahmanlı M. Aşıq yaradıcılığının inkişaf mərhələsi. Bakı,“Elm və təhsi”, 
2011, 292 s. 
САДАГЕТ АСКЕРОВА 
REZЮME
КРАСОЧНОСТЬ ТВОРЧЕСТВА АШИГ АГАЛАРА 
Творчество Ашиг Агалар Микаилова красочно. Важную роль в его 
творчестве играют такие примеры ашигского творчества как герайлы, гошма, 
баяты и газель.
Герайлы – один из широко распростран
ё
нных видов ашигского стиха. 
Герайлы называют стих из 3-5 куплетов, каждый куплет которого состоит из 
четыр
ё
х строк, а каждая строка из восьми слогов. В одном из строк последнего 
куплета ашиг называет свой псевдоним. 
Гошма этого ашига привлекают особое внимание, так как широко 
распространены в ашигском творчестве. Гошма называется стих каждый 
куплет которого состоит из четыр
ё
х строк, а каждая строка из одиннадцати 
слогов. Система рифм гошма и герайлы одинаковы. Гошма состоят из тр
ё
х, 
пяти, семи куплетов; I и III строки написаны в свободном стиле, II и IV строки 
рифмованы. Первые три строки других куплетов рифмуются между собой, 
последняя строка же с последней строкой первого куплета. В последнем 
куплете, называемом мохурбенд, поэт называет свой псевдоним.
Б
аяты ашиг Агалар Микаилова красочны. В баяты находили сво
ё
отражение горе, протест народа против общественного строя, ненависть против 


Filologiya məsələləri, № 2, 2021
– 382 –
иноземных захватчиков, мечты о свободе и счастье, написано множество 
трогательных баяты о любви, расставании, дружбе.
Как и другие жанры устного народного творчества баяты, переходя из 
поколения в поколение приобретали разные варианты.
При исследовании виды ашигских стихов нельзя не отметить газели 
поэта. В его арсенале имеется множество газелей, среди которых “Vətən” 
(“Родина”) выделяется своей ценностью.
Rus dilində: 
герайлы, гошма, баяты, газель, рифма
SEDAGET ASKEROVA
RESUME 
MULTIFARIOUS CREATIVE WORK OF ASHIG AGHALAR 
The creative work of Ashig Aghalar Mikayilov is multifarious. Gerayli, 
goshma, bayati and ghazal forms of ashig poetry have an important place in his 
literary activities. Gerayli is one of the widespread forms of ashig poetry. A poem 
of 3-5 verses, each consisting of 4 lines of eight syllables is called gerayli. Ashig 
says his pen-name in one of the lines of the last verse. Goshmas of ashig is worth of 
attention, as it is widely spread genre of ashig art. A poem, where each verse consists 
of four lines and each line consists of eleven syllables is called goshma. Rhyming 
systems of goshma and gerayli are identical. I and III lines of the first verse of 3-5-7 
versed goshmas are free measured, while II and IV lines rhyme between themselves. 
First three lines of other verses rhyms between themselves, the last line with the last 
line of the first verse. In last verse called mohurband poet always says his pen-name.
Ashig Aghalar’s bayatis are dedicated to multifarious topics. Bayatis express 
the grief of people, protests against the social system and oppression, the hatred 
against the foreign invaders, wishes for freedom and happiness. There are also many 
heart-warming bayatis written about love, break-up, and friendship. Like other 
genres of folklore poetry, bayatis have been modified by passing from generation to 
generation. 
W
hen talking about the forms of ashig poetry in this research, it is 
necessary to mention the ghazals of ashig as well. There are a considerable number 
of ghazals written by him. Among others, the ghazal titled “Vatan” (“Homeland”) 
distinguishes by its value.
İngilis dilində: 
gerayli, goshma, bayati, ghazal, rhyme
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: Akademik Rəfail Hüseynov tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 383 –
İBRAHİMOVA SƏLİQƏ VAQİF QIZI
BDU, Dünya ədəbiyyatı 
madinaibraqimova@mail.ru
CON OSBORNUN “QƏZƏBLƏ GERİYƏ BAX”
ƏSƏRINDƏ “KİÇİK ADAM” 
Açar sözlər: 
ingilis ədəbiyyatı, Con Osborn, insan, cəmiyyət, Cimmi Poter
Key words: 
English literatury, Con Osborne, human, society, Jimmy Poter 
Ключевые слова: 
английская литература, Джон Осборн, человек, общество, 
Джимми Потер 
“Kiçik adam” – kimdir? Kiçik bir məmurdan tutmuş biznesmenə və ya hətta 
kasıb bir zadəgana qədər hər kəs “kiçik adam” ola bilər. Demokratik ədəbiyyat nə 
qədər çox olarsa, “balaca adam” o qədər aktual mövzu olan “kiçik adam” 1950-1970-
ci illər ingilis nəsrində çox vacib və aktual mövzu idi. Çünki vəzifəsi sadə bir insanın 
həyatını bütün problemləri, narahatlıqları, uğursuzluqları, dərdləri və hətta kiçik 
zövqləri ilə göstərməkdir. Adi insanın həyatını izah etmək, göstərmək çox ağır bir 
işdir. Həyatının bütün incəliklərini, ruhunun bütün dərinliklərini oxucuya çatdırmaq 
heç də asan bir iş deyildir. Bu çətindir, çünki “kiçik adam” bütün millətin 
nümayəndəsidir.
Qərb dünyasında, o cümlədən bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən 
biri sayılan İngiltərə də öz movcudluğunun ilk dövrlərində analoji problemlərlə 
qarşılaşmışdır. Hələ ötən əsrin əvvəllərində İngiltərə həyatının mühüm ictimai 
dəyişiklik illərində nəhəng şəhərlərə kobud, sərt və müxaniki görkəm verən zənginlik 
və dilənçilik arasındakı ziddiyyətlər İngiltərə ədəbiyyatını da heyrətə gətirmişdir. 
Cəmiyyətin dibində çabalayan təbəqənin ağır həyat problemləri realist ədəbiyyatı 
daim narahat edir, İngiltərənin sadə adamlarının hüquqsuzluğu, onların əməyinin 
kapitalistlər tərəfindən istismar edilməsi, alçaldılmış və təhqir edilmiş təbəqənin 
miskin həyat tərzi o dövrün povest və romanlarında öz əksini tapırdı.
Biz ictimai nöqteyi-nəzərin mövqeyindən yanaşsaq, deyə bilərik ki, hər hansı 
əsrdə hər hansı bir cəmiyyətin varlığı üçün mütləq dəyəri olan və cəmiyyətin onlarsız 
yaşaması qeyri – mümkün olan mənəvi qanun və prinsiplər mövcuddur. Onların 
dəyərləri şübhə altına alınanda həmin cəmiyyət sürətli ölümə məhkumdur. 
(2, s.7)
İyirminci əsrin ikinci yarısında dünyada baş verən textonik dəyişikliklər 
ədəbiyyata və ədəbi əlaqələrə də öz təsirini göstərmişdir. Bir tərəfdən siyasi iqtisadi 
böhranlar, bir tərəfdən etnik konfliktlər, bir tərəfdən də xalqların və millətlərin 
özünüdərkin, müstəqil yaşamaq arzuları tamamilə yeni şərait yaratdı. 
İngiltərə cəmiyyəti indiki inkişaf səviyyəsinə birdən –birə çatmamışdır. 
Xüsusilə Birinci Dünya Müharibəsindən, eləcə də İkinci Dünya müharibəsindən 
sonrakı illər ölkə üçün ağrılı olmuşdur. Məlum olduğu kimi, cəmiyyətin həyatındakı 


Filologiya məsələləri, № 2, 2021
– 384 –
hər hansı bir çətinliyin ən müdhiş zərbəsi ilk növbədə aşağı zümrənin insanlarına 
dəyir. Keçən əsrin 50-ci illərindən başlayaraq ömürlərinin sonunadək məhsuldar 
yaradıcılıq illəri ərzində bir neçə ingilis yazıçısı məhz bu mövzuya sadiq qalmışdır. 
Onların yaradıcılığını aşağıdakı ümumi cəhətlər birləşdiri: 
a)
fərdin tənhalığı; 
b)
totalitar mühit və fərd; 
c)
fərdin ruh düşkünlüyü, vətəndaş hüquqlarından məhrum olması; 
d)
demokratik fərdin idealı 
İkinci dünya müharibəsindən sonra bir çox ölkədə olduğu kimi İngiltərədə də 
müxtəlif iqtisadi, siyasi və mədəni dəyişikliklər yaşanmışdır. Dəyişimin 
gerçəkləşdiyi bu zaman dilimində ədəbiyyat da bir öncəki dönəmlə müqayisədə 
özünə məxsus bir xarakterə bürünməyə başlamışdır. Absurd ədəbiyyatın ilk örnəkləri 
“qəzəbli gənclər”in (Angry young men) yazdığı əsərlər, siyasi ədəbiyyatın yeni 
nümunələri və sosial gerçəklik (sosial-realizm) hərəkatı ilə dilə gətirilir.
Bu qədər müxtəlif nəsr üslubunda yazılmış əsərlərin eyni dönəmdə üzə 
çıxması, əsərlərdəki baş qəhrəmanların müharibə illərindən əvvəl yazılan əsərlərdən 
diqqət çəkəcək qədər fərqlilik göstərərək işçi sinfinə mənsub olması və əsərlərdə əsas 
qəhrəman olaraq üzə çıxması bu dövrü araşdırmağa əsas götürməyə icazə verir. 
Müharibə sonrasında meydana gələn dəyişimlər İngilis cəmiyyətində və təbii olaraq 
ədəbiyyatında da yeniliklərin qapısını aralamışdır. 1945-ci ildən 1960-cı ilə qədər, 
xüsusilə də 1950-ci illərdən sonra İngiltərənin bir çox təzadlarının mövcudluğunu 
söyləmək heç də səhv fikir olmazdı. İkinci Dünya Müharibəsindən sonra 1947-ci ildə 
ən önəmli müstəmləkələrdən olan Hindistan və Pakistan İmperatorluğunun ayrılaraq 
öz müstəqilliyini elan etməsi, “günəş batmayan ölkə” olaraq bilinən imperiyanın 
müharibədən qalib çıxmasına baxmayaraq müstəmləkələri üzərindəki gücünün 
azalmağa başladığını və İmperiyanın tənəzzülə uğradığını göstərdi. İngiltərə üçün 
siyasi sahədə yaşanan bu mənfi inkişaflar dünya dövlətlərinin gözündə ölkənin 
nüfuzunu sarsıtdığı kimi ölkənin içində də bu imperatorluğun vətəndaşı olmaqla 
öyünən, fəxr edən ingilislərə də öz əks təsirini göstərmişdir. Təbii ki, bu da 
vətəndaşının gözündə etibar, nüfuz itkisinin yaşanmasına səbəb olmuşdur. 

U
nderstanding Post-war British Society” başlıqlı “The arts, books, media and 
entertainments in Britain since 1945” adlı məqaləsində Britaniya mədəniyyətinə təsir 
edən faktorlardan danışan Artur Marvik (Arthur Marwick), Britaniyanın mədəniyyət 
içində “ən yaxşısını” əldə etmək üçün mübarizə apardığını və bu “yaxşının” 
Britaniya mədəniyyətində “qürur hissi” olduğunu söyləmişdir 
(4, s.179)

İkinci Dünya Müharibəsindən sonra ingilislər üçün torpaq və hakimiyyət 
itkisi, eyni zamanda öz ölkələri ilə əvvəlki kimi qürur duymamaqlarına səbəb 
olmuşdur. Con Ceyms Osbornun (John James Osborne) “Qəzəblə geriya bax” 
(“Lock back in anger”, 1956) pyesində, ingilis olmaqla artıq öyünə bilməyən Jimmy 
Porter bunu dərindən yaşayan ingilis xalqının təmsilçilərindən biridir. 


Filologiya məsələləri, № 2, 2021
– 385 –
1950-ci illər həm İngiltərə, həm də digər dünya ölkələri üçün siyasi, ictimai, 
iqtisadi vəziyyətin çox hərəkətli və dəyişkən olduğu illər idi. Bu vəziyyət təbii olaraq 
ədəbiyyat dünyasına öz təsirini göstərərək Con Osborn və onun davamçıları üçün 
yaradacaqları əsərlərə mövzu qaynağı olmuşdur. İkinci Dünya Müharibəsi və bu 
müharibənin özü ilə bərabərində gətirdiyi dəhşətli şiddəti, qəddarlığı görən, eyni 
zamanda müharibə sonrasında yaranan ictimai dəyişiklikləri yaşamağa başlayan 
insanlar, əsasən də sənayeləşmə və kapitalizmin də təsiri ilə yüzillərdir inandıqları 
dəyərləri, siyasi və dini inanclarını itirib həyatın qeyri-müəyyənlik və anlamsızlığını 
sorğulamağa başladılar. 1950-ci illər Avropa üçün olduğu qədər İngiltərə üçün də 
böhranlı illər demək idi.
İkinci Dünya Müharibəsindən sonra İngiltərənin siyasi və ictimai 
quruluşundakı sürətli dəyişim özünü hər sahədə göstərdi. Məsələn, “Təhsil haqqında 
qanun” ilə işçi sinfinə mənsub olan təbəqənin gedəbiləcəkləri yeni universitetlər 
(red-brick universities) quruldu. Bu əslində keçmişi çox qədimə söykənən Oksford 
(Oxford) ilə Kembric (Cambridge) universitetlərindən yaranan “Oxbridge” deyə 
adlandırılan axına qarşı əks reaksiya idi. 1945-ci ildə fəhlə partiyası hakimiyyəti ələ 
alaraq hər kəsin sosial və səhiyyə xidmətlərindən faydalanmasını təmin etdi 
(5)
.
1951-ci ildə Mühafizəkar hökümətin hakimiyyəti ələ alması və fəhlə partiyası ilə 
arasında çox da böyük bir fərqin olmamasının ölkədə böyük bir xəyal qırıqlığına 
səbəb oldu.
Budur, Con Osborn ictimai-siyasi vəziyyətin bu qədər pis olduğu bir vaxtda 
“Qəzəblə geriya bax” adlı pyesini qələmə aldı. Əsər 1956-cı ilin 8 may tarixində yeni 
yaradılan “English Stage Company” şirkətinin üçüncü əsəri olaraq “Royal Court” 
teatrında səhnəyə qoyuldu. İlk səhnə çıxışından sonra əsərlə bağlı olduqca hiddətli 
müzakirələr ortaya çıxdı. Bəzi tənqidçilər əsərə çox müsbət yanaşarkən, bəziləri də 
həm əsərdən, həm də Osbornun onlar üçün qələmə aldığı dünyadan nifrətlə 
danışırdılar 
(3)
.
Con Osbornun və onun davamçılarının maraqları həyat uğrunda mübarizə 
içində olan fəhlə sinfinə ya da daha alt təbəqəyə aid olan insanlara yönəlmişdi. 
Çılpaq səhnə dekorlarını və alt təbəqədən gələnlərin səhnədə danışdıqları xalq dili, 
orta sinifin teatrdakı hegemonluğuna bir zərbə vurdu. 
“Qəzəblə geriyə bax” əsəri yeni bir ictimai fikri səhnəyə gətirməklə yanaşı, 
“qəzəbli gənclər” ifadəsi olaraq ilk dəfə Leslie Paul tərəfindən 1951-ci ildə dərc 
etdirdiyi avtobioqrafik əsərinin əvvəllində işlənmişdir. Susan Rusinko adlı tənqidçi 
“Qəzəb ilə yeni dönəmin adını qoyan Osbornun qəhrəmanı Cimmi Porter, qəzəbi ilə 
qəzəbli teatrın əsasını qoydu” demişdir 
(7)

Şübhəsiz ki, yazıçının əsas mövzusunu ölkədəki ictimai sinif sistemini 
sorğulayan bu əsəri bu mövzuda yazılan əsərlərin ilki deyildir. Ondan əvvəl də 
Bernard Şou və Oskar 
U
ayld kimi yazıçılar da İngiltərə ictimai quruluşuna qarşı 
etdikləri tənqidlər üçün əsərlərini bir vasitə olaraq istifadə etmişlər. Oskar 
U
ayldın
“Dürüst olmağın vacibliyi” (“The İmportance of Being Earnest”) başlıqlı pyesi 


Filologiya məsələləri, № 2, 2021
– 386 –
materialist burjua dünyasına bir satiradır. Lakin nə Oskar 
U
ayld, nə də Bernard 
Şounun yaratdığı xarakterlərdən heç biri İngiltərədə yaşayan və məhəllə bazarında 
şirniyyat sataraq dolanışığını təmin edən, universitet məzunu Cimmy Porterin 
ümidsiz həyatı və acılarını, qəzəblə bəzənmiş o duyğusal səmimiyyətini canlandıra 
bilməmişdir. Cimmy Porter əsərdə “kiçik adam”ı canlandırır. Əsərdə bədbəxt, 
ümidsiz və xəyal qırıqlığı yaşamış və burjua əxlaqına qarşı gələn gənc bir nəslin 
rəsmi çəkilir.
Cimmi aşağı təbəqədən olan, universitet məzunu, ağıllı, qəzəbli və çox 
danışmağı sevən iyirmi beş yaşlarında gəncdir. İngiltərənin iç tərəflərində bir ütü 
stolunun, stul və kresloların təsvir olunduğu bir binanın tək otaqlı çardağında yaşayır. 
Alison isə üst təbəqədən olan bir ailənin qızıdır. Atası İngiltərənin müstəmləkəçilik 
dövründə Hindistanda polkovnik idi. Cimmi universitet məzunu olmasına 
baxmayaraq, dolanışığını təhsilsiz və gününün çoxunu onlarla keçirdən qapıbir 
qonşusu Kliff ilə yaxınlıqdakı bazarda şirniyyat sataraq təmin edir. Bununla yanaşı o, 
bir tərəfdən də nə vaxtsa profesional bir caz qrupu yaratmağının xəyalı və ümidiylə 
yaşayır.
Əsər yaz ayında bir bazar günü günortadan sonranı təsvir etməklə başlayır. 
Cimminin dostu Kliff ilə bir neçə qəzetə göz gəzdirdikdən sonra “Niyə bunu hər 
bazar günü edirəm?” deyə başladığı söhbəti, “Necə iyrənirəm bu bazar günlərindən? 
Həmişə monoton, həmişə cansıxıcıdır. Heç qabağa getməyimiz də yoxdur. Hər dəfə 
eyni mərasim; qəzetləri oxu, çayını iç, ütü işlərini gör. Bir-iki saat da ötürəndən 
sonra, yenə bir həftə keçdi. Gənclik əldən gedir, bilirsənmi?” 
(6, s.8) 
cümlələri ilə 
sona çatar.
Pyes o dövrün ənənəvi pyes quruluşunda yazılsa da, özündən əvvəl gələn və 
orta sinifin yaşam tərzini səhnəyə daşıyan pyeslərdən ən diqqətçəkən fərqi sujet xətti 
və adi bir adam olaraq xarakterizə olunan Cimminin çıxışlarıdır. Obrazlar arasındakı 
dialoqların çoxu baş qəhrəman Cimminin, ritorikalar ilə zəngin monoloqlarından 
ibarətdir. Bu ritorik çıxışlar tamaşaçılar üçün səhnədə gördükləri şiddətdən daha 
təsirlidir.
Con Osborn bu pyesi sinif qarşıdurması yaşayan evli bir cütlüyün həyatını əks 
etdirir. Cimminin çıxışları yenidir, çünki ironiya və parodiya ehtiva edən bu çıxışlar 
həm kritik bir perspektivi əks etdirir, həm də daxilən çəkilən əzablara göndərmə 
xarakterini daşıyır. Cimmi içindəki dəhşətli qəzəbi İngiltərədə insanlar arasında 
mövcud olan sinif bərabərsizliyindən, ənənəvi cəmiyyətdən və ən əsası həyat 
yoldaşının üst sinifə mənsub olan ailəsindən çıxardır. İçinə düşdüyü dağıdıcı çarxın 
təsirindən xilas ola bilməməsinə səbəb olan bu qəzəbli basqılar şübhəsiz ki, 
Cimminin özünü, həyat yoldaşını və evliliyini məhv edir. Əsərdə Cimmi ilə tanış 
olduğumuz ilk andan etibarən pyesin sonuna qədər qəzəbini əldən buraxmır. Alison 
və Kliffi ətraflarındakı dünyayı olduğu kimi qəbul etdikləri və ittiham etmədikləri 
üçün tənqid edərək çox ağır bir dillə günahlandırır. Qəzəbi şiddət həddinə çatır və 
hirsinin çoxunu dostlarına və Alisonun ailəsinə yönəldir.


Filologiya məsələləri, № 2, 2021
– 387 –
Osbornun demək olarkı bütün əsərlərinin mövzusu müharibədən sonrakı 
ingilis cəmiyyətidir. İngilis ədəbiyyatı yarım yüz ildir davam edən durğunluq və 
bəsitlikdən 1956-cı il 8 may tarixində “Qəzəblə geriyə bax” əsərinin “Royal Court” 
teatrında səhnə alması ilə yeni bir yola qədəm qoyur. Şübhəsiz ki, Con Osbornun 
daha sonrakı kariyerası üçün hər nə söylənirsə söylənsin, ilk pyesi olan “Qəzəblə 
geriyə bax” müharibə sonrası ingilis ədəbiyyatı üçün çox böyük həmlə hesab oluna 
bilərdi. Modern ingilis ədəbiyyatını incələyən hər kitab 8 may 1956-cı il tarixini 
“dönüm nöqtəsi” olaraq tarixcəsinə yazmışdır. Yazıçı ən vacib ilk həmlənı 
müvəffəqiyyətlə tamamlamasından sonra Con Arden (John Arden), Robert Bolt 
(Robert Bolt), Şela Delani (Sheila Delany), Harold Pinter, Arnold 
U
esker (Arnold 
W
esker) və digərləri bu hərəkatı davam etdirmişdir. Başqa bir deyimlə “Qəzəbli 
gənclər” hərəkatını tətikləyən və davam etməsini təmin edən Osborn olmuşdur. 
Siniflər arası uçurum ilə təpədən dırnağa bir-birindən qopmuş bir cəmiyyətdə, Con 
Osborn siniflərlə ən çox iç-içə olan və dəyişən sinfi quruluş ilə daha çox maraqlanan 
müəllif kimi görünür.
1950-ci illər ingilis cəmiyyətinin nə hər şeyi öz axarına buraxa bildiyi, nə də 
Cimmi Poter kimi problemlərin qarşısında dirənə bildiyi bir dövr idi. Yəni bu dövrdə 
İngiltərə xalqı nə şüurlu, nə də şüursuz olaraq vətəndaşlıq məsuliyyətlərini yerinə 
gətirə bilmirdi. Ölkənin hər keçən gün bir az daha pisə doğru gedən vəziyyətinə qarşı 
laqeyd qalmaq imkansızkən, içərisində yaşanan vəziyyət də şüurlu şəkildə heç bir 
şey etmək qeyri mümkün idi. Osbornun əsərlərinin qəhrəmanları öz dünyalarına 
çəkilmiş, yalnız və dahası bunun fərqində olan fərdlərdir. Cimminin ifadəsi ilə desək, 
yer üzündəki ən güclü canlılar ən yalnız görünənlərdir 
(6)

Fərdin bu çərçivədə özünü 
cəmiyyətdən kənarlaşdırması əsərin ən vacib sosial mövzularından biridir. Əsərlərdə 
xarakterlərin tez-tez istifadə etdikləri “yalnız qalmaq istəyirəm” cümləsi tək başına 
bu mövzunun önəmini vurğulamaq üçün yetərli olsa da əslində mövzunun önəmi, 
özümüzə sual verdiyimiz “yazıçının məqsədi nədir” sualının cavabında gizlidir. 
Cavab isə Osbornun oxucusunu insan varlığının təbiəti üzərində düşünməyə sövq 
etməsidir. Digərlərində fərqli olduğunun fərqində olduğu üçün Cimmi ətrafda 
gördüyü haqsızlığa qarşı qəzəblidir. Ancaq o, bunu dəyişdirə bilmir. Buna görə də 
çarəsiz, yalnız və məğlub edilmiş olaraq ümidsizlik içində sosial həyata duyduğu 
nifrətlə yalnızlığa təcrid olunmuşdur.
Cimmi savadlı və mədəni bir gənc olmasına baxmayaraq, inanılmaz dərəcədə 
çürümüş bir cəmiyyətlə qarşı-qarşıya qaldığından, nəsə etməyə çalışsa da heç cürə 
çıxış yolu tapa bilmir. Cimmi yaşadığı bu vəziyyətdən razı deyildir, ancaq onun 
başqa çarəsi də yoxdur. Qəzəbli olması isə əslində onun digərlərindən daha çox 
həssas və qayğıkeş bir fərd olduğunun göstərgəsidir. Cimmi Porter xarakteri ilə 
əslində Con Osborn cəmiyyətə qarşı yönələn qəzəbinin, hirsinin təbiətini ortaya 
qoyur.
Sinfi bərabərsizlik konsepsiyası Con Osbornun əsərlərinin ortaq özəlliyidir. 
Ancaq yazıçı bu məsələni daha çox “Qəzəblə geriyə bax” əsərində qabarıq şəkildə 


Filologiya məsələləri, № 2, 2021
– 388 –
vermişdirş 1957-ci ildə dahi Oxfordun yalnızca yüzdə on üçünü çalışan sinifdən 
gələn universitet tələbələri təşkil edərkən, Kembric universitetində bu vəziyyət 
yalnızca yüzdə doqquzdur. Onsuz da aldıqları təhsil də, aruladıqları mövqeyə 
gəlmələri üçün yetərli olmamaqdadır. Ənənəvi sinif zəkasına sahib bir cəmiyyətdə, 
Cimmi heç bir sinifə aid deyildir, yəni universitet təhsili almasına baxmayaraq üst 
sinif üzvü olan bir fərd ola bilməmişdir. Cimmi xarakterini nəslinin və sinfinin 
protesto simvolu olaraq Leslie Korinaya görə pyesdə “sinif anlayışı açar sözdür

(1).
Əsərin ilk pərdəsində hadisələr Cimmi və Alisonun İingiltərənin mərkəzində 
böyük bir qəsəbədə tək otaqdan ibarət evlərində cərəyan edir. Bu hissədə oxucular 
Cimmi Porter, üst təbəqədən olan həyat yoldaşı Alison və qonşuları Kliff ilə tanış 
olurlar. Sıxıcı bir bazar axşamında Cimmi ikiüzlü məmurlara, Alisonun təhsilinə, 
ailəsinə, dostlarına nəlayiq sözlərlə basqı edirdi. Bundan sonra Kliff ilə mübahisə 
apararkən Cimmi ütü stolunu aşırır və isti ütü Alisonun qolunu yandırır. Cimmi çıxıb 
getdikdən sonra, Alison Kliffə hamilə olduğunu, fəqət Cimmiyə bu haqda bəhs 
etməkdən qorxduğunu söyləyir. Cimmi geri qayıdan zaman, Alison aktrisa olan 
rəfiqəsi Helena Çarlzın işləri səbəbindən onlarla qalacağını öyrənir və yeni bir söz-
söhbət daha yaranır.
İkinci pərdədə isə Helena orta sinif əxlaqına və Cimmiyə qarşı olan nifrəti ilə 
cütlük arasındakı münasibətləri daha da pisləşdirir. Bundan sonra Alisonu Cimmiyi 
tərk edib ailəsinə geri dönməyə ikna edir. Ancaq Helena özü Cimminin evində qalır 
və pyesin ikinci pərdəsinin sonunda Alisonun yerinə almış görünür.
Üçüncü pərdənin əvvəllində Helena Alisonun yerində ütü ütüləyərkən təsvir 
olunur. Lakin Cimminin həyatındakı bu yeni vəziyyət uzun sürmür. Çünki Helena və 
Kliff evdən ayrılacaqlarını söyləyərkən Alison uşağını itirmiş vəziyyətdə Cimmiyə 
geri dönür. Əsər Alison və Cimminin yenidən birləşmələri ilə sona çatır.
Əslində əsər boyu Cimminin qəzəbi ümumiyyətlə bir nəfərə yönələrək 
başlayır və daha sonra geniş vüsət alaraq başqa sahələrə sıçrayır. Əsər boyunca bu 
hal həmişə belə davam edir. Məsələn, Alisonun həm özünə, həm də içində yaşadığı 
cəmiyyətə qarşı reaksiyasız və laqeyd davranışlarında görə Cimmi onu mühakimə 
edərkən, əslində Cimmi qəzəbi hakim sinfin idarəçilik sisteminə qarşı olan qəzəbi 
idi. Cimmi hələ 10 yaşlarında olarkən “sevgi, pislik və ölümün”, “qəzəb və 
çarəsizliyin” 
(6, s.47)
nə demək olduğunu İspaniya Vətəndaş Müharibəsindən geri 
qayıdan və gözlərinin önündə yoxluq üçündə ölən atası ilə istəyib də yaşamadığı 
münasibətdən öyrənmişdir. Cimmi həm fiziki, həm də mənəvi aclığını təmin edə 
biləcək bir ata ocağından məhrum böyümüşdür. Anası oğluna və müharibədən 
qayıdan ərinə lazımi diqqəti göstərməmiş və zamanının çoxunu Cimminin dili ilə 
desək, orta sinifdən “dəbə uyan, şık və cəlbedici insanlarla” dost olmağa çalışmaqla 
keçirir. Cimminin uşaqlığında yaşadığı bu travma onun böyüyüb evləndiyi zaman 
ondan məhrum edilmiş bu mühiti, yəni sevgi və anlayış üstündə qurulu olan nizam-
intizamı öz evində yaratmasına mane olacaqdır.


Filologiya məsələləri, № 2, 2021
– 389 –
Cimminin qəzəbi və tənqidləri əsərdə səhnə arxasındakı iki xəyali səs ilə çox 
təsirli bir şəkildə əks olunmaqdadır. Bunlardan biri kilsənin zəngidir, digəri 
Cimminin xüsusən də axşamları işdən evə qayıtdığında truba ilə ifa etdiyi cazdır. 
Kilsənin zəngi bu ailənin yaşadığı kiçik bir yaşayış sahəsindəki tək otağı öz əsarəti 
altına alarkən, cəmiyyətdə mühüm bir yer tutan kilsənin əslində isə bu ailənin 
sıxıntılarına qarşı duyarsızlığı əks olunmuşdur. Caz isə Cimmi səhnədə deyilkən belə 
onun səhnə üstündəki hökmünə işarət edir. Caz musiqisinin illərcə Amerikada 
köləlik utancı içində yaşamaq məcburiyyətinə məhkum olunduğunu və əzilən bir 
irqin özünəməxsus cavab reaksiyası olduğunu gözlər önünə gətirsək, cazın Cimmi 
xarakteri üçün hakim quruluşa qarşı olan reaksiyasının konkret göstərcisi olduğunu 
deyə bilərik.
Con Osborn “Qəzəblə geriyə bax” əsərində öz mənliyində hiss etdiyi 
problemlərin təsviri olaraq Cimmi Porter kimi bir xarakter yaratdı. Cəmiyyətin və 
yeni nəslin problemlərinə qarşı diqqətsiz qala bilməyən dramaturq, sosial 
ziddiyyətlərə qarşı hiss edilən qəzəbin səbəb olduğu gərginliyi əsərlərinin bütün 
sətirlərində əks etdirə bilmişdir. 
Ədəbiyyat
1.
E. Dyson, “Look Back in Anger”, Modern British Dramatists: A 
Collection of Critical Essays, Ed. John Russell Brown, (Englewood 
Cliffs, N. J.: Prentice-Hall, Inc, 1968), s. 60 
2.
BARNHART, J. E. (2005). Dostoevsky's Polyphonic Talent. Lanham: 
U
niversity Press of America 
3.
John Russell Taylor, Anger and After: A Guide to the New British 
Drama, (London: Penguin Books Ltd. Harmondsworth, Middlesex, 1963), 
s.153 
4.
HARRIS, C. (1994). “The Family in Post-war Britain”. 
U
nderstanding 
Post-war British Society. (eds. James Obelkevich ve Peter Catterall). 
London: Routledge. 
5.
Kenneth O. Morgan, Ed. The Oxford History of Britain, (Oxford: Oxford 
U
niversity Press, 1988), s. 641. 
6.
Osborne, John. Öfke: (Look Back In Anger) Oyun Üç Perde. Çevirenler: 
Ümit Tarakçı–Turgay Gönenç. İstanbul: Ataç Kitabevi, 1967 
7.
Taylor, John Rusell. Anger and After: A Guide to the New British Drama. 
London: Penguin Books Ltd. Harmondsworth, Middlesex, 1963. s. 15. 


Filologiya məsələləri, № 2, 2021
– 390 –
S.İbrahimova 
CON OSBORNUN “QƏZƏBLƏ GERİYƏ BAX” ƏSƏRINDƏ “KİÇİK 
ADAM” 
Xülasə 
İngilis dramaturqu Con Osborn sosial tənqidçilər və yazıçılar qrupu olan 
“Qəzəbli gənclər”in Britaniyalı ilk nümayəndəsidir. Con Osbornun “Qəzəblə geriyə 
bax” adlı üç pərdəli pyesi 1956-cı ildə qələmə alınmış və 1957-ci ildə nəşr 
olunmuşdur. Pyes iyirminci əsr Britaniya dramaturgiyasındф inqilabın əvvəllərində 
əhəmiyyətli rol oynayır.
“Qəzəblə geriyı bax” əsəri Cimmi Porter və Alison Porterin çardaqda 
yerləşən bir otaqlı mənzillərində başlayır. Pyesdəki hadisələr 1950-ci illərdə 
İngiltərənin heç də böyük olmayan qəsəbələrindən birində cərəyan edir. Kliff və 
Cimmi hər ikisi işçi sinfindən olmaqlarına baxmayaraq, Cimminin təhsili Kliffdən 
daha yüksək idi. Onlar birlikdə şirniyyat dükanı işlədirlər. Alison isə daha tanınmış 
bir ailədəndir və Cimminin buna qəzəbli olduğu əsərin lap əvvəlindən hiss olunur. 
Daha çox monoloqlarının təşkil etdiyi danışıqlarının tonu əsasən tənqidlərdən ibarət 
olan Cimminin həyatında hər şey onu narazı salır və o, özünü müharibədən sonrakı 
narazı və məyus,ətrafına baxıb doğru şey tapmayan gənc nəslin sözçüsü kimi 
qiymətləndirir. Cimmi Porter üçün özünü göründüyü və ya daxilindəki kimi göstərə 
biləcək heç bir səbəb yoxdur. Düşünmək üçün belə heç bir konstruktiv bir şey görə 
bilməyən Cimmi qəzəbli bir şəkildə dönüb geriyə keçmişə baxır.
S.IBRAHIMOVA 
“LITTLE MAN” IN JOHN OSBORN’S PLAY “LOOK BACK IN 
ANGER” 
SUMMARY 
The English playwright John Osborne was the first of Britain’s “Angry young 
men” – a group of social critics and writers. “Look back in Anger”, play in three acts 
by John Osborne, performed in 1956 and published in 1957. The play a significant 
role in the beginning of a revolution in twentieth century British drama. 
“Lock back in Anger” begins in the attic flat apartment of Jimmy Porter and 
Alison Porter. The setting is mid -1950’s small town England Jimmy and Alison 
share their apartment with Cliff. Cliff and Jimmy both come from a working class 
background, though Jimmy has had more education than Cliff. They are in business 
together running a sweet-stall. Alison comes from a more prominent family and it is 
clear from the beginning that Jimmy resent this fact. Everything in Jimmy’s life 
makes him dissatisfied and the tone of his conversation, which is mainly monolugue 


Filologiya məsələləri, № 2, 2021
– 391 –
is always on of railing and complaint the regards himself as the spokesman for the 
younger post-wor generation, the mouthpiece of protest for a dissatisfied and 
frustrated generation which looks around at the world and finds nothing right with it. 
For Jimmy Porter there is no cause to which he can give himself genuinely and he, 
moreover, himself or within. He is looking back angrily as he cannot see anything 
construvtive to think about.
С.ИБРАГИМОВА 
«МАЛЕНЬКИЙ ЧЕЛОВЕК» В ПЬЕСЕ ДЖОНА ОСБОРНА
«ОГЛЯНИСЬ ВО ГНЕВЕ» 
РЕЗЮМЕ 
Английский драматург Джон Осборн был первым из британских 
«рассерженные молодые люди» группы социальных писателей. «Оглянись во 
гневе» пьеса в трех действиях написанная в 1956 году и опубликованная в 1957 
году. Пьеса играют значительную роль в начале революции в британской 
драматург двадцатого века.
«Оглянись во гневе» начинается в мансардная квартира Джимми 
Портера и Элисон Портер. Действие пьесы происходит в небольшом городке 
Англии в середины 1950-х годов. Клифф и Джимми оба из рабочего класса, 
хотя у Джимми больше образования, чем у Клиффа. Они вместе занимаются 
бизнесом, управляя ларьком для сладостей. Элисон происходит из более 
известной семьи, и с самого начала было ясно, что Джимми возмущался этим 
фактом. Все в жизни Джимми делает его недовольным и тон его разговора, 
который в основном монолог, всегда на перилах и пожаловаться на самого себя 
как представитель для молодого послевоенного поколения, выразитель 
протеста для неудовлетворенных и расстроенного поколения который смотрит 
на мир и находит ничего правильного с этим. Для Джимми Портера нет 
причины, которой он мог бы искренне отдаться, а тем более - себе или 
внутреннему. Он сердито оглядывается, так как не видит ничего 
конструктивного, о чем можно было бы подумать. 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Rəyçi: Filologiya elmləri doktoru, professor 
Cəlil Nağıyev tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 392 –
RƏY
NAMİQ ƏHMƏDOV 
Bakı Dövlət Universiteti, 
Beynəlxalq Jurnalistika
və informasiya siyasəti
kafedrası (Zahid Xəlilov küçəsi, 23
). 
E-mail: tuqay59 @ mail.ru
RÜFƏT RÜSTƏMOVUN BƏDİİ YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ 
DƏYƏRLƏR VƏ HƏYATİ GERÇƏKLİKLƏRƏ SEVGİ
(“Köç” kitabı haqqında) 
Xülasə 
Məqalə Rüfət Rüstəmovun “Köç” adlı hekayələr toplusu haqqındadır. Müəllif 
kitabda toplanmış hekayələri həyat hekayələri adlandırır və yazır ki, bu əsərlər hər 
kəsin yaşadığı, şahidlik etdiyi həyatın bir parçsı olmaqla, ömrümüzün və taleyimizin 
gerçəkliyi olmaqla bizim reallıqlarımızdır. İstər bir döyüş səhnəsi, istər hər hansı bir 
mərasim olsun, yaxud kiminsə bir səfərə hazırlığı, yaxud məhəbbət ya məişət səhnəsi 
olsun - bütün bunlar həyatımızın tam bir şəkildə özüdür. Ona görə də bu hekayələri 
oxuduqca hər kəs burada öz həyatının və taleyinin bir parçasını tapır. Sanki “Köç” 
müəllifi bunları yazmamışdan öncə məsləhətləşdiyi insanlar sırasında, yaxud onunla 
bir kəndə böyüyən uşaqlardan biri də mən olmuşam. Hətta bu hekayələri oxuduqca 
hərdən mənə elə gəlib ki, mən də oxuduqlarımın iştirakçısıyam. Gözümün qarşısına 
orta məktəb, kənd həyatı, ilk görüşlər, tələbəlik illəri... daha nələr, daha nələr 
gəlməyib. 
“Köc”də toplanan hekayələr həm də daha yaxşı və xeyirxah insan ola 
bilməyimizin reseptləridir. Onları oxuyan hər bir insan sanki bu hekayələrdə özünü 
tapır və bundan sonra ona elə gəlir ki, o, özünün daxili mənəvi gücünü görə bildiyi 
üçün, bəşəri hisslərini hər kəslə paylaşa biləcək şəkildə çatdırmağa müvəffəq olduğu 
üçün özünə inamlıdır, azad və xoşbəxtdir.
Elmi ictimaiyyət filologiya elmləri doktoru, professor Rüfət Rüstəmovu yaxşı 
tanıyır.Onun zəhmətsevərliyi və yaradıcılıq enerjisi Türkologiya elminə bundan 
sonra da yeni-yeni töhvələr vəd edir. Amma vədlərdən fərqli olaraq, oxuculara 
təqdim olunan “Köç” hekayələr toplusu isə hər bir oxucusuna yaşamaq və xoşbəxt 
olmaq üçün böyük ümidlər bəxş etməkdədir. 
Açar sözlər:
Rüfət Rüstəmov, oxucu, elm, türkologiya, “Köç”, hekayə.


Filologiya məsələləri, № 2, 2021
– 393 –
Bəzilərinin məşhur fransız şairi Şarl Bodlerin, bəzilərinin də məşhur 
Dostoyevskinin adına yazdıqları “gözəllik dünyanı xilas edəcək” ifadəsi artıq xeyli 
vaxtdır ki, nəinki öz aktuallığını itirmir, əksinə bəzi məqamlarda da bu böyük 
deyimin az qala əsiri olursan. Amma “gözəllik” təşbehinin yanında sevgi, qeyrət, 
Vətən məfumlarını da görəndə xeyli dərəcədə rahat olursan. Düzü, son vaxtlar həm 
də yazıçı və publisist kimi tanıdığım Rüfət Rüstəmovun “Köç” adlı hekayələr 
toplusunu (5, 160 s.) vərəqlədikcədə bir daha bu dahiyanə deyimlə anladığım qədər 
baş-başa oldum. Ümumiyyətlə, dəyərli alimimiz, türkologiya sahəsində böyük 
xidmətləri olan Rüfət müəllimlə həmsöhbət olanda və ya kiminləsə onun haqqında 
danışanda belə istər-istəməz bu müqəddəs ifadələri onun həm görkəmi, həm də 
çoxlarına, o cümlədən doğmalarına belə örnək ola bilən, olduqca səmimi, xeyirxah 
və sadə həyatı ilə əlaqələndirirsən. Sanki indi də bu dəyər növbəsi onun bədii 
yaradıcılığına gəlib. 
Düzü, bu hekayələr toplusu ilə tanışlığım həyatımda ən münasib olmayan bir 
zamanla üst-üstə düşməkdə idi-həm işin çoxluğu, bir sıra səfərlərə hazırlıq, digər 
tərəfdən də geckmiş elmi işlə məşğul olmaq və imtahanlar... Yəni həyatdan, 
dünyadan, insanlardan tamamilə təcrid olunaraq özümü olduqca “ciddi” bildiyim bu 
işlərə sərf etdiyim bir zamanda. Və belə bir məqamda Rüfət müəllimin hekayələri 
ilə üzbəüz idim. Əslində mənə təqdim ediləndə də qarşımda hansısa bir öhdəlik-filan 
da olmamışdı-sadəcə vərəqləmək, nəyəsə diqqət ermək. Mən də bir az yorğunluqdan 
uzaqlaşmaq niyyəti ilə qeyri-ixtiyari onlara tərəf əl uzatdım. Maraqlıdır ki, elə ilk 
tanışlıqdanda bu hekayələr mənə qəribə hisslər yaşatdı. Düzü yaşadıqlarım, daha 
doğrusu mənə yaşatdırılanlar olduqca zəngin, həm də xeyrxah bir duyğunun inikası 
idi. Bir tərəfdən heyranlıq hissi, digər tərəfdən doğmalıq hissləri məni hansısa
ağlasığmaz və çox şirin bir dunyanın sakini etmişdi. 
Biz həyatdan, cəmiyyətdən geninə-boluna danışa bilərik, milli dəyərlərimizi, 
əxlaqi-mənəvi keyfiyyətlərimizi zamanın fövqünə də ucalda bilərik və nəhayət, 
Türkün böyüklüyü önündə milyon dəfə səcdə də edə bilərik. Amma Rüfət müəllimin 
hekayələrini oxuduqca bizi əhatə edənlərin böyüklüyünə və ululuğuna qəribə bir 
vurğunluq yarandı məndə. Digər tərəfdən başa düşə bilmirdim ki, necə ola bilər ki, 
hələ keçən əsrdən-tələbəlik illərindən tanıdığım Rüfət müəllimin bədii dünyasının 
zənginliklərini indiyə kimi niyə görə bilməmişəm?!
Beləcə bu hekayələrlə saat-saat, gün-gün yol getməyə--oxumağa başladım. 
Hər hekayə başladığım bu yolda sanki bir dayanacaq idi. Birinci, ikinci... onuncu 
dayanacaq...Hər dayanacaqdan sonra ürəyim çırpınmağa başlayır, sanki yeni bir 
həyat başlayırsan və anlayırsan ki, öz həyatı və yaradıcılığı ilə hər kəs bu dünyanın 
bir parçasıdır. Və bir az mücərrəd olsa da bu hekayələr bir daha göstərdi ki, hər 
birimizin istənilən an qarşılaşa biləcəyimiz həqiqətlər qədər də qanunauyğunluqlar 
var və hər birimiz bu diaqnozların əhatəsindəyik. İstər-istəməz yadıma unudulmaz 
müəllimimiz, böyük insan və milli yazıçı Mir Cəlalın tənqidci və ədəbiyyatşünas 
Elcin haqqında yazdığı “...bədii əsərin təhlilində çılpaq, sırf ictimai məzmun ilə 


Filologiya məsələləri, № 2, 2021
– 394 –
kifayətlənmək olmaz. Burda sənətkarlıq məsələlərinin təhlili öz ləyaqətli yerini 
tutmalıdır” (1, s.5) deyimi düşdü. O dəqiqə də anladım ki, məhz Rüfət müəllimin 
sənətkarlığı, peşəkarlıqla təqdim etdiyi yaşadığımız mühit və məkan eyniliyi bu 
hisslərin doğmalığını ortaya qoyur. Amma bir az qlobal baxanda uşaqlıq illərinin 
uzaq xatirəsi və bu kimi duyğular bir ingilis, fransız, italiyan üçün nə hisslər 
aşılayırsa, şübhəziz ki, bir azərbaycanlı üçün də bir o qədər doğma və əzizdir. Sadəcə 
həyat və yaşamaq qədər ülvi bu həqiqəti bəlkə də hər sətrində yaşadır bu hekayələr. 
Hekayələri oxuduğum zaman müəllifin onları necə sevərək və yaşayaraq yazdığını 
da anladım. Bu çox vacibdir. Əslində bu xüsusiyyət hekayələri doğmalaşdırır, daha 
asan və anlaşılan edir. Hekayələr tarixi aspektdə olsa belə müasir dünya ilə birbaşa 
əlaqəlidir və real həyati həqiqətlər üzərində qurulub. Ola bilsin ki, bu deyimi 
təsdiqləmək üçün “Çökə çüyü” (5, s.129-142), “Zarafat” (5, s.71-79), “Ruhlar da 
danışır”(5, s.64-70), “Ata heyfim gəldi”(5, s.106-111) və başqa hekayələrdən 
nümunələr də gətirim və bu barədə müəllifin verdiyi imkanlar o qədər genişdir ki, 
gətirəcəyim misallar da hər bir hekayəyə aid edilə bilər.
Hekayələrin məğzi və qayəsi haqqında danışmaq istərkən Rüfət muəllimin 
“Bu dağlardan bir Çahangir kecdi” kitabını xatırladım və həmin kitabın “Giriş” 
hissəsində diqqəti çəkən fəlsəfi amal yadıma düşdü: “İnsanın ən ali və əzəli 
hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, 
torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də 
Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda 
qəhrəmanlıqlar, fədəkarliqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna 
sevinməkdir” (4, s.34) söyləyən müəllif bu fəlsəfi, həm də həyati çağrışı indi yazdığı 
hekayələrdə də tam təsdiqini tapır. Həm də bu barədə danışan müəllif 
“...vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır 
olmaq...” fəlsəfəsinə, “vətənpərvərlik həm də Vətənin naminə can vermək, həm də 
Vətən naminə ölməkdir!” həqiqətinə bir mənəvi inam yaradır, həyatın qayəsini 
inandırıcı bir şəkildə ortaya qoyur. İstər “Köc”- kitabdakı hekayə nəzərdə tutulur (5. 
s.27-45) olsun, istər “Ayı əhvalatı” (5, s.86-94), yaxud “Ananı yaşadan bulaq”(5, s.8-
26)--hər bir hekayədə müəllif bu fəlsəfi ənənələrinə sadiqdir. 
Ola bilsin ki, bu hekayələr ilk baxışdan bir-birinə çox bənzəyir. Çünki 
qəhrəmanların adları müxtəlif olsa da hamısı, eləcə də həmin qəhrəmanların 
yaşadıqları, şahidi olduqları, iştirak etdikləri hadisələr, mənzərələr demək olar ki, hər 
gün görüb eşitdiyimiz hadisələrin az qala təkrarı təsirini bağışlayır. Tənqidçi Əhəd 
Hüsеynоv şаir Əli Kərimin «Üçüncü аtlı» аdlı pоеmаsı haqqında vaxtıilə yazırdı: 
“Müəllif təbiət qоynundа sаkit görünən, хаnəndənin, аşığın səsindən хəyаlа dаlаn, 
musiqinin bütün gözəlliklərinə dахilən məftun оlаn, аzərbаycаnlılаrın аçıq 
ürəkliliyinə, qоnаqpərəstliyinə, cəsurluğunа qəribə bir hеyrаnlıqlа bахаn" 
Lеrmоntоvu аncаq müşаhidəçi kimi göstərməmişdir (3, s.38). Yəni müəllifin özünün 
də vurğuladığı kimi, bu həyat hekayələri demək olar ki, hər kəsin yaşadığı, şahidlik 
etdiyi həyatın bir parçsı olmaqla, ömrümüzün və taleyimizin gerçəkliyi olmaqla, 


Filologiya məsələləri, № 2, 2021
– 395 –
bizim reallıqlarımızdır. İstər bir döyüş səhnəsi, istər hər hansı bir mərasim olsun, 
yaxud kiminsə bir səfərə hazırlığı, yaxud məhəbbət ya məişət səhnəsi olsun- bütün 
bunlar həyatımızın tam bir şəkildə özüdür. Ona görə də bu hekayələri oxuduqca, 
əminliklə deyə bilərəm ki, hər kəs öz həyatının və taleyinin bir parçasını tapır 
burada, eləcə də mən. Sanki müəllif bunları yazmamışdan öncə məsləhətləşdiyi 
insanlar sırasında, yaxud onunla bir kəndə böyüyən uşaqlardan biri də mən olmuşam. 
Hətta bu hekayələri oxuduqca hərdən mənə elə gəlib ki, mən də oxuduqlarımın 
iştirakçısıyam... Gözümün qarşısına orta məktəb, kənd həyatı, ilk görüşlər, tələbəlik 
illəri, daha nələr, daha nələr gəlməyib. 
Yazıçının böyük uğuru təkcə hadisələrin təsvirində yox, həm də xüsusi bir 
duyğu ilə təqdimat etmək məharətindədir. Əslində istənilən bir mənzərəni rəssam 
fırçasıyla və ya foto aparatla çəkib təqdim etmək olar. Amma peşəkarlıq onun kimin 
və necə çəkməyindədir. Hər kəsin qəbul edə biləcəyi təqdimatın bir adı var: 
peşəkarlıq! Təbii ki, indi haqqında danışdığım bu sənət nümunələrində də bu 
məqam, təkcə üstünlük təşkil etmir, həm də onun qayəsini peşəkarcasına ortaya 
qoyur. Bəlkə də buna görədir ki, söylənilənlərin həyatiliyini çox asanlıqla qəbul 
edirik. 
Bir də hərdən mənə elə gəlir ki, Rüfət müəllimin bu hekayələri həm də, daha 
yaxşı insan ola bilməyimizin reseptləridir. Onları oxuduğum zaman mənə elə gəlib 
ki, daxili mənəvi gücünü görə bildiyi üçün, hisslərini hər kəslə paylaşa biləcək 
şəkildə çatdırmağa müvəffəq olduğu üçün o, xeyli azad və xoşbəxtdir. Baxın nəvənin 
xoş duyğularını bölüşən, onun sakit və xoşbəxt dünyasında yaşayan müəllif həm də 
məsum bir uşaqdır: “mən yaxınlaşdıqca səslər çoxalırdı. Cingizin yeganə nəvəsi 
Fidanın səsi məni məftun etdi” (5, s.48). Yaxud “...bu quzular analarının yan-
yörəsində qaçışır, arada bir də qabaq ayaqlarının dizlərini yerə qoyaraq analarını 
əmirdilər. İlahi, nə gözəl mənzərədir! Dünyadan xəbərsiz bu varlıqların çıxardıqları 
oyunları insan seyr etdikcə bütün dərdi-qəmi unudur” (5, s.51). Bütün insanlar kimi 
onun da qəlbində qəm, kədər, nəşə, narahatlıq, nifrət və məhəbbət duyğuları vardır: 
“insan oğlu o gözəl günləri xatırlayanda kecmişini görür” (5, s.27). Yazdığı hər bir 
söz ona öz hisslərinin öhdəsindən gəlməklə yanaşı, eyni zamanda onları bölüşmək 
imkanı da yaradır. Bu hisslərin hər biri onun o anda nə söyləməyə çalışdığını və nələr 
hiss etdiyini göstərən fərqli və özünəməxsus keyfiyyətlərə malikdir: “Axıncı cayı elə 
bil gəlib-gedənlərə layla çalırdı. Onun çox möcüzəli səsi var idi” (5,s.43). Onun 
ehtiyac duyduğu şey heç də sadəcə hansısa bir yeni əsərinin müəllifi olmaq deyil, 
daha çox öz varlığının dərinliyindəki və ətrafındakı gözəlliyi, səmimiyyəti ortaya 
qoymaqdır: “Təbiətin kəndimizə verdiyi gözəllik məni məftun etmişdi. Hər tərəf bu 
qar kimi çox təmiz və pak idi” (s.48). Ruhun saflığından gələn bu gözəllik isə heç bir 
duruluqla müqayisə ediləsi deyil... 
Azərbaycanın xalq yazıçısı Мirzə İbrahimov “Mənəvi saflığa çağırış” 
məqaləsində yazırdı: “hər fərdin xoşbəxt güzəranı, xoş əhval ruhiyyəsi, səmərəli 
fəaliyyəti mütləq həm özünün mənəvi saflığı ilə, həm də başqa insanlara, onların nə 


Filologiya məsələləri, № 2, 2021
– 396 –
cür insan və vətəndaş olması ilə bağlıdır” (2,s.5). Təbii ki, bu dəyərli mənəvi 
prizmadan baxanda elmi ictimaiyyət professor Rüfət Rüstəmovu yaxşı tanıyır. Onun 
zəhmətsevərliyi və yaradıcılıq enerjisi türkologiya elminə bundan sonra da yeni-yeni 
töhvələr vəd edir. Amma vədlərdən fərqli olaraq, oxuculara təqdim olunan bu 
hekayələr toplusu isə hər bir oxucusuna yaşamaq və xoşbəxt olmaq üçün böyük 
ümidlər bəxş edir. 
İ S T İ F A D Ə E D İ L M İ Ş Ə D Ə B İ Y Y A T 
1.
Мir Cəlal. Tənqid və nəsr haqqında. Elçin.Tənqid və nəsr. Bakı, Günəş,1999, 
s.212 
2.
İbrahimov Мirzə. Mənəvi saflığa çağırış. Еlçin. Povestlər. Bakı, Gənclik, 
1979,s.5 
3.
Hüsеynоv Əhəd. Tənqid və ədəbi prоsеs. Bаkı, Nurlаn, 2009, s.78 
4.
Rüstəmov Rüfət. Bu dağlardan bir Çahangir kecdi. Bakı,“Elm və təhsil”, 
2015, 240 s. 
5.
Rüstəmov Rüfət. Köç. Bakı,“Elm və təhsil”, 2017 , 160 s. 
Redaksiyaya daxil olma tarixi: 21.02.2021.
Çapa qəbul olunma tarixi: 05.03.2021
Filologiya elmləri doktoru, professor Nəsir Əhmədli 
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 2, 2021
– 397 –
MÜNDƏRİCAT 
DİLÇİLİK 
NADİR MƏMMƏDLİ 
ONLAYN İŞGÜZAR KOMM
U
NİKASİYA VƏ
KOMPÜTER-İNTERNET DİSK
U
RS
U
.................................................................. 3 
VÜQAR QARADAĞLI 
HƏFS İLƏ VƏRŞ RƏVAYƏTLƏRİ ARASINDA LEKSİK-QRAMMATİK
SƏCİYYƏLİ FƏRQLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ (II HİSSƏ)........................ 15 
AFAQ RAMİZ qızı AĞAYEVA 
VERBAL NİTQ VƏ ON
U
N PRİNSİPLƏRİ 
(Texniki ali məktəblərdə “Azərbaycan dilində шşgüzar və akademik
kommunikasiya” fənni üçün nəzəri material)........................................................... 82 
GÜLŞƏN MEHDİYEVA 
HƏRBİ MƏZM
U
NL
U
MƏTNLƏR MƏTNİN 
NÖVLƏRİNDƏN BİRİ KİMİ .................................................................................. 90 
ŞAHNABAD CƏLİLOVA
DİLÇİLİKDƏ SİNTAQM ANLAYIŞI ..................................................................... 98 
АИДА МИРЗАЕВА 
СЕМАНТИЧЕСКАЯ КЛАССИ
Ф
ИКА
Ц
ИЯ АНГЛИ
Й
СКИ
Х
ЭТНОНИМОВ ......................................................................................................107 
МАХМУДОВА НИЛУФАР КАРАБЕКОВНА 
ЛЕКСИКО-СЕМАНТИЧЕСКИЕ СВО
Й
СТВА А
ББ
РЕВИАТУР.....................113 
АЛИЕВА ИРАДА 
ОСО
Б
ЕННОСТИ О
Б
УЧЕНИЯ ЧТЕНИЮ 
СТУДЕНТОВ-ИНОСТРАН
Ц
ЕВ НА НАЧАЛ
Ь
НОМ ЭТАПЕ .........................119 
HÜSEYNOVA NILUFƏR MAARIF QIZI 
XARICI DILLƏRIN TƏDRISINDƏ TƏTBIQ OL
U
NAN DIDAKTIK
OY
U
NLARIN MƏQSƏDI VƏ OY
U
N FƏALIYYƏTLƏRI ................................127 
HƏSƏNOVA FİRUZƏ 
ÜM
U
MTƏHSİL MƏKTƏBLƏRİNİN X-XI SİNİFLƏRİNİN AZƏRBAYCAN
DİLİ DƏRSLƏRİNDƏ TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİNİN
TƏDRİSİ ................................................................................................................136 
NƏRGİZ RƏCƏBOVA
AZƏRBAYCAN DİLİNDƏ “HƏYAT” KONSEPTİ
VƏ ON
U
N MİKROKONSEPTLƏRİ ....................................................................142 
ŞƏMSİ HÜSEYNOV
ORTA ÜM
U
MTƏHSİL MƏKTƏBLƏRİNDƏ SİNTAKSİS
TƏLİMİNİN TƏDRİSİNƏ DAİR ÜM
U
Mİ MƏSƏLƏLƏR................................148 


Filologiya məsələləri, № 2, 2021
– 398 –
VƏFA ABBASOVA 
“KOMM
U
NİKASİYA” VƏ “ÜNSİYYƏT” ANLAYIŞLARI.............................156 
ŞAHMALIYEVA NÜBAR ƏKRƏM QIZI 
ЛЕКСИЧЕСКИЕ 
З
АИМСТВОВАНИЯ В АНГЛИ
Й
СКОМ Я
ЗЫ
КЕ...............163 
NİGAR RAFAEL QIZI BƏŞIROVA 
PEC
U
LIARITIES OF THE INTERNATIONAL PHRASEOLOGICAL
U
NITS IN MODERN ENGLISH ..........................................................................171 
AMİD İSMAYILOV
DİL TƏLİMİNDƏ ÜM
U
MİLƏŞDİRMƏDƏ İTEQRASİYA MÜHÜM VASİTƏ KİMİ....179 
BUDAQOVA AYNUR MUXTAR QIZI
SƏLİMOVA SEVİNC QİSMƏT QIZI
TƏRCÜMƏ PROSESİ, BEYİN VƏ DİL ..............................................................187 
HÜSEYNOVA ÜLKƏR ELMAR
XVI ƏSR TƏRCÜMƏ ABİDƏSİ “ŞÜHƏDANAMƏ”DƏ HƏRBİ
TERMİNOLOJİ LEKSİKA....................................................................................195 
TÜNZALƏ MANAFOVA 
AZƏRBAYCAN DİLİNDƏ “ALLAH” KOMPONENTLİ FRAZEOLOJİ
VAHİDLƏRİN STR
U
KT
U
R-QRAMMATİK XÜS
U
SİYYƏTLƏRİ..................204 
AYNUR MIRƏLI QIZI RZAYEVA 
NƏSİMİ YARADICILI
Ğ
INDA MƏTNYARATMA VASİTƏLƏRİNİN
LİNQVİSTİK TƏHLİLİ.........................................................................................213 
ƏLƏKBƏROVA NƏRGIZ ŞAKIR
AZƏRBAYCANDA MAŞIN TƏRCÜMƏSI .......................................................220 
SƏLIMOVA ÜLKƏR BAHADIR QIZI 
MİR CƏLAL DİLİNİN LEKSİK-SEMANTİK XÜS
U
SİYYƏTLƏRİ .................229 
QARA MƏŞƏDIYEV 
AZƏRBAYCAN DILININ DIALEKT LEKSIKASINDA MƏIŞƏT
ƏŞYALARININ ADLARI ILƏ BA
Ğ
LI SÖZLƏR VƏ ONLARIN
ÜM
U
MTÜRK DILLƏRINƏ QARŞILIQLI INTEQRASIYASI...........................238 
PƏRVİZ XOSROV OĞLU XASPOLADLI 
AZƏRBAYCAN DİLİNİN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ DÜZƏLTMƏ
İSİMLƏRİN MORFOLOJİ GÖSTƏRİCİLƏRİNİN ÜM
U
MTÜRK
DİLLƏRİNƏ QARŞILIQLI İNTEQRASIYASI....................................................246 
ƏDƏBİYYATŞÜNASLIQ 
ELŞAD SƏFƏRLI 
“TÜRKANƏ SÖZ”ÜN MİSİLSİZ 
U
STADI .........................................................254 
SƏBİNƏ ƏHMƏDOVA 
AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNİN SPESİFİK
XÜS
U
SİYYƏTLƏRİ:ƏNƏNƏ VƏ NOVATORL
U
Q .........................................274 


Filologiya məsələləri, № 2, 2021
– 399 –
RASİM SALMAN OĞLU HÜSEYNOV 
ANADOL
U
TÜRK TƏSƏVVÜF ƏDƏBİYYATI (XIII-XIV ƏSRLƏR) ...........288 
NƏRMİN SADƏDDİNLİ 
BOZQ
U
RD XİLASKAR MİFOLOGEMİ .............................................................298 
İLHAM QAZIZADƏ 
XX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCAN DRAMAT
U
RGİYASINDA
YARANAN KOMEDİYALARIN SƏHNƏ TƏCƏSSÜMÜ (2-ci məqalə) ..........306 
AYTAC KƏRİMLİ
ÜM
U
MTƏHSİL MƏKTƏBLƏRİNİN ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ
SÖZÜN MƏCAZİ MƏNASININ TƏDRİSİ YOLLAR ........................................317 
CABBARZADƏ TURANƏ FAİQ QIZI 
İNTERTEKST
U
ALLIQ BƏDİİ MƏTNİN TƏRKİB HİSSƏSİ KİMİ 
( ANARIN “A
Ğ
QOÇ, QARA QOÇ” ROMANI ƏSASINDA) ............................323 
ƏLİZADƏ FATMA ABBAS QIZI 
“HƏYAT” QƏZETİ DÖVRÜNÜN İCTİMAİ DÜŞÜNCƏ
SALNAMƏSİDİR .................................................................................................331 
ŞÜKÜROVA MƏHBUBƏ 
BƏDİİ ƏSƏRLƏRİN KOMPOZİSİYASININ TƏDRİSİ YOLLARI..................340 
NƏRMİN VÜQAR QIZI HƏSƏNOVA 
C.MƏMMƏDQ
U
L
U
ZADƏNİN HƏYATI VƏ MƏKTƏBDARLIQ
FƏALIYYƏTİNİN TƏDRİSİ YOLLARI..............................................................345 
MƏRYƏM BAĞIRLI
İBN HAMDİS YARADICILI
Ğ
ININ JANR XÜS
U
SİYYƏTLƏRİ ......................353 
SELCAN QAFFARLI 
BABA BƏY ŞAKİR SATİRASININ TƏNQİD HƏDƏFLƏRİ ............................361 
FARİZ QASIMBƏYLİ 
MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILI
Ğ
INDA MƏHƏMMƏD
PEY
Ğ
ƏMBƏRƏ EHTİRAM ................................................................................369 
SƏDAQƏT ƏSGƏROVA, 
AŞIQ A
Ğ
ALAR MIKAYILOV
U
N YARADICILI
Ğ
I RƏNGARƏNGDIR .........377 
İBRAHİMOVA SƏLİQƏ VAQİF QIZI
CON OSBORN
U
N “QƏZƏBLƏ GERİYƏ BAX” ƏSƏRINDƏ
“KİÇİK ADAM” ....................................................................................................383 
RƏY
NAMİQ ƏHMƏDOV 
RÜFƏT RÜSTƏMOV
U
N BƏDİİ YARADICILI
Ğ
INDA
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ HƏYATİ GERÇƏKLİKLƏRƏ
SEVGİ (“Köç” kitabı haqqında) ..........................................................................392 


Filologiya məsələləri, № 2, 2021
– 400 –
«Elm vя тящсил» 
няшриййатынын директору: 
Filologiya elml
əri doktoru, 
профессор
Надир МЯММЯДЛИ 
Dizayn: Kamran İbrahimov 
Чапа имзаланмыш
05
. 03. 202

Шярти чап вяряги 25 Сифариш № 42
Каьыз форматы 60х84 1/8. Тираж 300

Jurnal “Elm və təhsil
няшриййат-полиграфийа” мцяссисясиндя 
haz
ır 
elektron n
üsxə əsasında 
чап олунмушдур. 
E-mail: elm. ve. tehsil@mail. ru 
Тел: 497-16-32; 050 -41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin