Fesil-11. indd


Azərbaycan Respublikas



Yüklə 6,57 Mb.
səhifə8/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
1995

Azərbaycan Respublikas İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya qoşulur.

1997

Kioto Protokolu qəbul olunur. Bu protokol sənayeləşmiş ölkələr üzərinə CO2 və digər istilikxana qazlarnn emissiyasnn azaldlmas istiqamətində hüquqi öhdəliklər qoyur.

2005

Kioto Protokolu qüvvəyə minir və protokola üzv dövlətlərin ilk görüşü Kanadann Monreal şəhərində keçirilir

2012

Rio da Jeneyro şəhərində BMT-nin Dayanql İnkişaf üzrə 3-cü Konfrans baş tutur. Konfransda qlobal Dayanql İnkişaf Məqsədlərinin qəbul olunmas əsas müzakirə mövzusu olur.

11.2.2 İqlim dəyişmələrinə qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıq


Bu günə olan məlumata əsasən artıq 194 ölkə və bir regional təşkilat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq Katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə).
Çərçivə Konvensiyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə tədbirlər planı öz əksini tapır. Konvensiyanın mətnində kənd təsərrüfatından sahilboyu ərazilərin mühafizəsinə, daşqın təhlükəsindən bərk tullantıların idarə olunmasına kimi müxtəlif sahələrdə iqlim dəyişmələrinin təsirinə hazır olmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır. Bu əməkdaşlığın əsas məqamlarından biri varlı ölkələr tərəfindən inkişaf etməkdə ölkələr, onların arasından iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas dövlətlər dəstək verilməsidir. Lakin inkişaf etmiş ölkələr Konvensiyanın yardımçılıq prinsipinə yetərincə diqqət ayırmırlar. Konvensiyanın Əlavə 2-nə daxil olan ölkələr (ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Avstraliya və s.) inkişaf etməkdə olan dövlətlərdə iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılmasında onlara texniki və maliyyə yardımı göstərməlidirlər. Lakin bu ölkələrin hökumətləri öz sərhədləri daxilində adaptasiya tədbirlərinə kifayət qədər sərmayə yatırmalarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə paralel sərmayə qoyuluşu həyata keçirmirlər. Beləliklə dünyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə potensialı inkişaf etmiş və ya çox zəif olan ölkələr blokları formalaşmaqdadır.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin