Fesil-11. indd


İqlim Dəyişmələri: təhlükənin ciddiliyi və dünya ölkələrinin “karbon izi”



Yüklə 6,57 Mb.
səhifə4/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   20
Şəkil 2. Qlobal İstiləşmə prosesinin sadə təsviri

11.1.3 İqlim Dəyişmələri: təhlükənin ciddiliyi və dünya ölkələrinin “karbon izi”


Orta qlobal temperatur dünyada iqlim vəziyyətinin dəyərləndirilməsi üçün ən çox istifadə edilən ölçü vahidinə çevrilmişdir. Bu ölçü vahidi bizə mühüm ismarıc göndərir. Biz artıq görürük ki, sənaye erasının başlanğıcından sonra qlobal orta temperatur 0,7°C artmışdır. Planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur. İqlim dəyişmələrinə məcburi uyğunlaşma (adaptasiya) vasitələri adi hala çevrilməkdədir. Məsələn, Afrikanın şərqində quraqlıq mövsümündə qadınlar su tapmaq üçün daha uzun məsafə qət etməyə vadar olur. Banqladeş və Vyetnam kimi ölkələrdə şiddətli qasırğa, sel və dəniz səviyyəsinin qalxması nəticəsində kiçik fermerlər daha çox məhsul itkisindən dəyən itkini aradan qaldırmaq məcburiyyətində qalır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qəbul olunmasında keçən 20 illik dövr ərzində atmosferdə istilikxana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət olaraq çox az nailiyyət əldə etmişik.
Bəs iqlim dəyişmələri hansı həddə təhlükəli hesab olunur? Bu suala cavab çox nisbidir. Qırğızıstanda kiçik fermer üçün təhlükəli hesab edilən təbiət hadisəsi, ABŞ-ın cənub ştatlarının birində yaşayan fermer üçün təhlükəli hesab edilməyə bilər. Lakin milyonlarla insan və eko-sistem ünsürü üçün dünya üçün təhlükə həddi artıq keçilmişdir. Gələcəkdə qlobal temperatur artımının məqbul həddinin müəyyənləşdirilməsi güc və məsuliyyət məfhumları ilə bağlı bir sıra suallar ortaya çıxarır. Bütün bunlara baxmayaraq iqlim dəyişmələrinin təsirinin azaldılması üçün uğurlu tədbirlərin icrası üçün temperaturun artım həddinin son məqbul həddi müəyyənləşdirilməlidir. İqlimşünaslar arasında bu istiqamət üzrə konsensus əldə olunmaq üzrədir və bir çox alim bu həddin 2°C olduğu qənaətindədir.
Qlobal orta temperatur həddində 2°C-dən artıq istiləşmə baş verəcəyi təqdirdə iqlim dəyişmələri risklərinin təhlükəsi kəskinləşəcəyi ehtimal olunur. Yuxarıda qeyd olunduğu kimi bunun üçün istilikxana qazlarının atmosferə tullantısının qarşısı alınmalıdır. Lakin inkişaf etmiş dövlətlər (ABŞ, Avropa İttifaqı ölkələri, Yaponiya və s.) öz ənənəvi inkişaf yollarında əl çəkmək niyyətində deyil. Eyni zamanda iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər (Çin, Hindistan, Braziliya və s.) isə onlardan tələb olunan ekoloji müdafiə prinsiplərinə məhəl qoymurlar. Bu dövlətlər ekoloji tarazlığın onların inkişafının ləngitməsi hesabına nail olunmasını qərb dövlətlərinin bir növ paxıllıq hissi ilə izah edir və dünya ictimaiyyətinin suverenlik prinsipinə hörmət etməyə çağırırlar. Nəticə olaraq qlobal karbon emissiyaları 2011-ci ildə 3% artaraq rekord 34 milyard tona1 çatmışdır ki, bunun də təxminən 78% Böyük 20-lik (G-20) ölkələrinin payına düşür (bax şəkil 3).

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin