Fesil-11. indd


Diaqram: Dayanıqlı iqtisadiyyat modeli



Yüklə 6,57 Mb.
səhifə14/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Diaqram: Dayanıqlı iqtisadiyyat modeli

Bu model ətraf mühit, iqtisadiyyat və sosial sahə arasındakı münasibətləri və dayanıqlı iqtisadiyyatın məhz bu üç sahənin kəsişməsində yerləşdiyini göstərir. Məsələn, yalnız iqtisadı və sosial amilləri nəzərə almaqla biz sosial ədaləti təmin edə bilərik, misal üçün, varlılar və yoxsullar hansısa resursu bərabər bölüşdürməklə sosial ədaləti təmin edə bilərlər; ancaq bu, ətraf mühitin dayanıqlığını təmin etməyə də bilər. Məsələn, Braziliya meşələrini istismar edərkən varlı beynəlxalq korporasiya gəlirlərin yerli əhali ilə bölüşdürülməsi məsələsində razılığa gələ bilər. Ancaq hətta bu “ədalətli” bölgü də eyni zamanda meşənin məhvinə gətirə bilər. Yaxud, ətraf mühitdən iqtisadi cəhətdən çox səmərəli istifadə oluna bilər, məsələn, elə yuxarıda çəkdiyimiz misalda korporasiya ən qabaqcıl texnologiya işlətməklə ən yüksək istifadə əmsalına nail ola bilər, yəni yüksək səmərəyə nail olar. Ancaq öz növbəsində sosial ədalət unudular. Dayanıqlı iqtisadiyyat isə o iqtisadiyyatdır ki, eyni zamanda həm iqtisadi səmərəni, həm sosial ədaləti, həm də ekoloji tarazlığı təmin etsin. Yaşıl iqtisadiyyat məhz belə iqtisadiyyatdır.
Burada qeyd etmək istərdik ki, BMT-nin baş katibi Ban ki-Moon 18 yanvar 2012-ci il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabidə keçirilmiş “Gələcək Dünya Enerji Sammit”indəki çıxışında 2012-ci ili “Dayanıqlı Enerji Hamı Üçün” ili elan etmişdir. Bu təşəbbüsdə o, dünya dövlətlərini 2030-cu ilədək dayanıqlı enerjinin payını iki dəfə artırmağa, enerji səmərəliyini isə yenə də iki dəfə yaxşılaşdırmağa çağırmışdır.

11.6 İqlim dəyişmələrinə uyğunlaşmanın çətinlikləri


Tanıdığın ən yoxsul insanı gözünün önünə gətir və sənin atacağın növbəti addımın ona xeyri dəyib-dəyməyəcəyi haqqında fikirləş!”- M. Qandi
11.6.1 İqlim dəyişmələrinə uyğunlaşma nədir?
İqlim dəyişmələri ilə mübarizənin iki əsas vasitə ilə aparmaq mümkündür:

  1. İqlim dəyişmələri təsirinin yumşaldılması (mitiqasiya). Bu mübarizə vasitəsindən iqlim dəyişmələrinin kökü olan istilikxana qazlarının atmosferə tullantısının azaldılmasına yönəlmiş tədbirlər durur.


  2. Yüklə 6,57 Mb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin