Fərdi mühafizə vasitələri. Tənəffüs üzvülərinin fərdi mühafizəsi


Zədələnmə ocaqlarına hərəkətin təminatı



Yüklə 61,46 Kb.
səhifə8/9
tarix22.06.2022
ölçüsü61,46 Kb.
#62057
1   2   3   4   5   6   7   8   9
mm 37-42, 59

Zədələnmə ocaqlarına hərəkətin təminatı
Obyekt dəstəsi zədələnmə ocağına MM qüvvələrinin ümumi kolonnasında, yaxud müstəqil olaraq hərəkət edir.
Obyekt dəstəsi zədələnmə ocağına hərəkət etmək üçün yürüş kolonnası şəklində düzülür. Kolonnanın düzülüş qaydası marşrutdakı və iş sahəsindəki vəziyyətdən asılı olaraq təyin edilir. Kolonnanın düzülüşünün mümkün variantlarından biri belədir: kəşfiyyat qrupu – hərəkəti təmin edən dəstə – əsas qüvvələr (I, II və III eşalon), ehtiyyat qüvvələri – texniki bağlanma.
MM dəstələrinin zədələnmə rayonlarına hərəkəti bu hərəkəti təmin etmək üçün təyin olunmuş dəstələr tərəfindən həyata keçirilir.
Hərəkəti təmin edən dəstə göstərilən marşrut üzrə hərəkət edərək:

  • yolların dağılmış hissələrini təmir edir;

  • yanan və dağılmış yerlərdən yan keçən yeni yollar salır;

  • maneələrdə keçidləri bərpa edir;

  • marşrutdakı yanğınları söndürür, yaxud lokallaşdırır;

  • dağılma təhlükəsi olan binaları sökür və ya bərkidir.

MM əhəmiyyətli yüklərin daşınmasının planlaşdırılması, təşkili və həyata keçirilməsinə aid tədbirlər kompleksi MM tədbirlərinin nəqliyyat təminatı adlanır. MM tədbirlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi qısa bir müddət ərzində böyük həcmdə yüklərin və böyük bir sayda insanların daşınmasını tələb edir.
Texniki təminat nəqliyyat vasitələrini və digər texnika növlərini daim saz və hazır vəziyyətdə saxlamaq məqsədilə təşkil edilir.
Texniki təminat təmir emalatxanaları, texniki xidmət stansiyaları, texniki xidmət dəstələri və təmir müəssisələri (təmir zavodları) və s. tərəfindən yerinə yetirilir.

Mühəndis təminatı xüsusi mühəndis işlərinin yerinə yetirilməsi, mexaniki vasitələrin istifadə olunması, su təchizatı məntəqələrinin təşkil olunması kimi işlərə aid tapşırıqların həll edilməsi məqsədilə həyata keçirilir.


Yüklə 61,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin