Fərdi mühafizə vasitələri. Tənəffüs üzvülərinin fərdi mühafizəsi


Təcridedici əleyhqazlar. Əlavə patron komplektləri



Yüklə 61,46 Kb.
səhifə2/9
tarix22.06.2022
ölçüsü61,46 Kb.
#62057
1   2   3   4   5   6   7   8   9
mm 37-42, 59

Təcridedici əleyhqazlar. Əlavə patron komplektləri.

Təcridedici əleyhqazlara İP-4, İP-5, İP-6 təcridedici əleyhqazlar, KİP-8 oksigenli-təcridedici əleyhqaz, AP-96M, FENZY (AERİS), «SCOTT» tənəffüs aparatları və s. aiddirlər.
İP-4 təcridedici nəfəs aparatı (təcridedici əleyhqaz) tənəffüs üzvlərinin, üzün və gözlərin havanın tərkibində olan istənilən zəhərli qarışıqlardan, onların qatılığından asılı olmayaraq, oksigen çatışmamazlığı və ya oksigen olmayan şəraitdə qorumaq üçündür.
İP-4 əleyhqazı yalnız quruda istifadə etmək üçündür.
İP-5 təcridedici nəfəs aparatı (təcridedici əleyhqaz) fərdi qəza-xilasetmə vəsaiti olub, suda batmış zirehli obyektlərdən çıxmaq, su altında yüngül işləri yerinə yetirmək, quruda oksigen çatışmamazlığı və ya oksigen olmayan şəraitdə tənəffüs üzvlərinin, üzün və gözlərin havanın tərkibində olan istənilən zəhərli qarışıqlardan qorumaq üçündür.
İP-4 əleyhqazından fərqli olaraq, İP-5 əleyhqazından həm quruda, həm də su altında istifadə etmək olar.
İP-4 və İP-5 təcridedici əleyhqazların iş prinsipi tənəffüs üzvlərinin ətraf mühitdən təcrid edilməsinə, tənəffüs zamanı buraxılan havanın karbon 4-oksiddən, su buxarlarından
Oksigen regenerativ patronda olan regenerativ maddənin nəfəsvermə zamanı buraxılan havanın tərkibində olan su buxarları və karbon 4-oksidlə reaksiyası nəticəsində alınır.
Təcridedici əlehqazlarda (regenerativ patronlarda) regenerativ maddə kimi əsasını natrium superoksid (NaO2) və ya kalium superoksid (KO2) təşkil edən qarışıqlardan istifadə olunur.
Regenerativ patronları dəyişməklə təcridedici əlehqazlarda 8 saat qalmaq olar.
Oksigenli-təcridedici əleyhqaz KİP-8 zərərli maddələr olan havada və oksigen çatışmamazlığı şəraitində tənəffüs üzvlərini mühafizə etmək üçündür.
KİP-8 oksigenli-təcridedici əleyhqazın mühafizə müddəti 2 saata qədərdir. Əleyhqazın tərkib hissəsi olan oksigen balonunda oksigenin miqdarı 200 litr olur. Oksigenlə doldurulmuş cihazın çəkisi 10 kq-dır.

Yüklə 61,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin