Fərdi mühafizə vasitələri. Tənəffüs üzvülərinin fərdi mühafizəsi



Yüklə 61,46 Kb.
səhifə3/9
tarix22.06.2022
ölçüsü61,46 Kb.
#62057
1   2   3   4   5   6   7   8   9
mm 37-42, 59

Əlavə patron komplektləri
QKTM-dən mühafizə üçün sənaye əleyhqazlarından savayı, süzücü əleyhqazlarla birlikdə tətbiq olunan DPQ-1, DPQ-3 əlavə patronlardan və KDP əlavə patron komplektindən də istifadə olunur.
KDP əlavə patron komplekti
KDP əlavə patron komplekti tənəffüs üzvlərini karbon 2-oksiddən və radioaktiv tozlardan qorumaq üçündür. KDP komplektinə DP-2 əlavə patronu, aerozola qarşı süzücü, aerozol əleyhinə süzücü üçün paket, birləşdirici borucuq və çanta daxildir.
DP-2 əlavə patronunun iş prinsipinin əsasını karbon 2-oksidin karbon 4-oksidə qədər oksidləşməsi təşkil edir.
Aerozol əleyhinə süzücü nəfəsalma zamanı havanı radioaktiv tozdan təmizləmək üçündür.
Əlavə patron DPQ-3 (DPQ-1)
Əleyhqazla (QP-5, QP-7 və s.) birlikdə tətbiq olunan DPQ-3 patronu tənəffüs üzvlərini qəza-kimyəvi təhlükəli maddələrdən (ammonyak, dimetilamin, xlor, hidrogen-sulfid, hidrogen-xlorid, tetraetilqurğuşun, etil-merkaptan, nitrobenzol, fenol, furfurol) qorumaq üçündür.
DPQ-1 patronu DPQ-3 patronu ilə eyni təyinata malikdir, lakin DPQ-3 patronundan fərqli olaraq, DPQ-1 patronu azot 4-oksid, metilxlorid, karbon 2-oksid və etilen-oksiddən mühafizə etmək qabiliyyətinə malikdir.
DPQ-1 patronunun daxilində iki şixta qatı – xüsüsi uducu və hopkalit qat, DPQ-3 patronunda isə, təkcə uducu qat olur.

  1. Dərinin fərdi mühafizə vasitələri

Dərinin fərdi mühafizə vasitələri (DFMV) dəri örtüyünü, paltarı, ayaqqabıları, şəxsi ləvazimatları ZM-dən, QKTM-dən, BA-dan, radioaktiv tozdan və qismən, nüvə partlayışının işıq şüalanmasından qorumaq üçündür.
DFMV mühafizə prinsiplərinə görə 2 növ olurlar: təcridedici və süzücü.
Təcridedici DFMV-lərə L-1 yüngül mühafizə kostyumu, OZK ümumqoşun mühafizə komplekti, mühafizə kombinezonu və mühafizə kostyumu, süzücü DFMV-lərə isə ZFO-58 süzücü mühafizə paltarı, OKZK ümumqoşun kompleks mühafizə kostyumu aiddirlər.
L-1 yüngül mühafizə kostyumu insanın dəri səthini, paltarını, ayaqqabılarını zəhərləyici, qəza-kimyəvi təhlükəli maddələrdən, radioaktiv tozlardan və bakterial vasitələrdən qorumaq üçündür. L-1 mühafizə kostyumunun dəstinə gödəkcə, şalvar, əlcəklər və çanta daxildir.
L-1 yüngül mühafizə kostyumu 3 ölçüdə buraxılır.
Ümumqoşun mühafizə komplekti (OZK) insanların bədəninin dəri örtüyünü, paltarını, ayaqqabılarını, ləvazimatlarını ZM-dən, QKTM-dən, radioaktiv tozlardan və bakterial vasitələrdən qorumaq üçündür.
Ümumqoşun mühafizə komplektinin tərkibinə mühafizə plaşı, mühafizə corabları və əlcəkləri, örtük daxildir. Mühafizə plaşı 5 ölçüdə hazırlanır: 1, 2, 3, 4, 5. Mühafizə plaşının ölçüsü insanın boyuna görə təyin edilir. Komplektə daxil olan yay əlcəkləri (BL-1M) 3 ölçüdə, qış əlcəkləri (BZ-1M) isə 2 ölçüdə hazırlanır.
Mühafizə kombinezonu bir-birinə birləşdirilmiş şalvardan və başlıqlı gödəkçədən ibarətdir. Mühafizə kombinezonu rezin sapoqlar, əlcəklər və şlemaltlığı ilə birlikdə tətbiq olunur. Kombinezon 3 ölçüdə buraxılır.
ZFO-58 süzücü mühafizə paltarı kombinezondan, kişilər üçün alt paltarından (tuman və köynək), iki cüt ayaq sarğısından (parça dolaq) və şlemaltlığından ibarətdir.
Bunlardan başqa, dəri örtüyünün mühafizə vasitəsi kimi, istehsalatda tətbiq edilən iş paltarları, gündəlik geyim kimi istifadə olunan plaşlar, sıx və qalın materiallardan hazırlanmış paltarlar, su keçirməyən örtüklər, rezin və dəri materiallardan hazırlanmış əlcəklər, uzunboğaz ayaqqabılar da tətbiq edilə bilər.


  1. Yüklə 61,46 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin