Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 8: Gənc ailənin çətinlikləri və onların aradan qaldırılması yolları  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 8: Gənc ailənin çətinlikləri və onların aradan qaldırılması yolları 
Plan
1. Gənclərin ailə həyatına hazırlanmasının vacibliyi 
2.Ailənin tərbiyə imkanları 
Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə 
alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer 
tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz 
əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata - ananın eyni 
dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz - söhbət və 
münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin 
formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir, ana başqa cür, 
nənə isə tamamilə fərqli yanaşır. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması 
uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması 
prosesini çətinləşdirir. 
Gənc nəslin yaş, fərdi və cins xüsusiyyətlərinin, tələbat və imkanlarının 
hesaba alınması sahəsində də ciddi nöqsanlar var. Məsələn, psixoloqlar 
müəyyənləşdirmişlər ki, 5 - 6 yaşında uşaqlar dil öyrənməyə çox həssas 
olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili öyrənə 
bilərlər. Lakin təəssüflə, bildirməliyik ki, ailələr çox zaman bu böyük 
imkandan səmərəli istifadə etmirlər. 
Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə 
çıxarılması sahəsində də ciddi nöqsanlara yol verilir. Onlar çox zaman 
uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika 
sahəsinə isə maraq yaratmırlar. 
Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi 
tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata - analar, hətta uşaqlar üçün 
"peşə seçəndə" belə onun "maddi cəhətdən sərfəli" olmasına diqqət 
yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması, mənəvi 
kasadlığı istər - istəməz uşaqların dünya, ailə, insan haqqında 
təsəvvürlərində əks olunur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da 
az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeksnəsək olması da 
diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti 
sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter 
daşıyır. 
Asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. 
Bu, bəzi hallarda valideynin iradəsindən asılı olmur. Həmin işdə məktəb, 
ictimai təşkilatlar ailənin köməyinə yetməyə borcludu. 


Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları - məktəbdən və 
ailədən gəzib - dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, 
küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların 
əxlaqı həddi - buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları 
arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir, 
məsləhəti ilə oturub dururlar. Həmin yeniyetmənin şəxsiyyətini 
müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir. 
Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi 
bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis 
nəticələnir. O, məktəbdən yayınır, siqaret çəkməyə, içki içməyə, 
yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır. 
Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti var: valideynlərlə uşaqlar 
arasında münasibətlər şəxsi - emosional xarakter daşıyır. Ana uşaqla 
hisslərin dili ilə danışır. Ata məhəbbəti də şirindi. Övladların qəlbini 
riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü də, zərifliyi də məhz 
buradadı. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa, 
hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Ancaq bir şərtlə: ata - 
ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm 
də sabahkı xoşbəxtliyinin rəhni olmalıdır. 
Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü 
göstərir: uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and 
içir, adi sözünə əməl edir, istəkləri həmin an yerinə yetirilir, bərkə-boşa 
salinmır, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır... 
Bir də xəbər tuturlar ki, uşağın iddiası yerə-görə sığmır. Artıq böyük 
oğlandı, lakin ailənin dərdi-səri ilə maraqlanmır, yalnız özü haqda 
fikirləşir. 
Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta 
valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da var. Onlarda 
belə bir fikir yaranır : "Madam ki, ona hər şeyə icazə verilir, mane olan, 
xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilərəm". 
Nəvaziş və qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən 
artıq əzizləndiyi zaman "çətin" olur. Uşağı tez-tez, özü də yersiz 
tərifləmək, onun pis əməllərini alqışlamaq lazım deyil. Təəccüblü odur 
ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yenə də uşağı 
həddindən artıq qayğı ilə bürüyürlər, çünki bu çox asan yoldur. Uşağı 
əzizləməyə nə var ki, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, 
ona dil öyrətmək və s. isə çox çətindir. Çünki bu valideyndən təkcə vaxt 
yox, həm də bilik, bacarıq, pedaqoji səriştə tələb edilir. Biz hər hansı bir 
qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla 


onun sadəcə başını qatırıq. Əslində isə onu başımızdan etmiş, öz 
ümidinə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq. 
Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyadə tələbkarlıq göstərir, 
cəzanın ədalətli olmasını gözləmirlər. Bir çox hallarda cəza müstəsna 
dərəcədə sərt xarakter daşıyır, uşağı qorxudur, onda inamsızlıq hissi 
yaradır. Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə 
uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət kimi 
yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa 
düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz. Uşağı döymək, 
onu təhqir etmək, ləyaqətini alçaltmaq, şəxsiyyətini tapdalamaq 
deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. 
Cəzanın müxtəlif növləri var. Onların bir çoxu ailə tərbiyəsində də bu və 
ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə 
olmalıdı. Həm də uşağı addımbaşı danlamaq, utandırmaq və ya 
hədələmək yaramaz. Düzgün əzalandırma valideyndən xüsusi məharət 
tələb edir. 
F. E. Dzerjinski vaxtilə yazırdı ki, çubuq onların bədənini ağrıda bilər. 
Əgər onların qəlbləri inciyirsə, əgər bu kötək uşaqları öz arzularına zidd 
olan tərzdə hərəkət etməyə vadar edirsə, o zaman müəyyən bir 
müddətdən sonra çubuq uşaqları öz zəifliyinin əsirinə çevirəcək, onların 
üzərinə əbədi əziyyət verən ağır bir daş kimi çökəcək və hər cür əzab-
əziyyətə dözməyə qadir olmayan ruhsuz, satqın, "vicdanlı" adamlara 
çevriləcək. 
Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir, sırtıq, kobud 
və qəzəbli olur. Fiziki cəza uşağın qəlbində zəriflik və həssaslığı məhv 
edir. Düzgün tərbiyə isə xoş rəftar və tələbkarlıqla yanaşı gedir. 
Tələbkarlıq - uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona 
etibar və hörmət zəminində olmalıdı. Valideyn ilk gündən öz uşağında 
düzgün adət və vərdişlər formalaşdıra bilibsə, uşaq bircə sərt baxışdan 
səhvini anlayacaq, yaxşı işi ilə "günahını" yumağa çalışacaqdır. Tutduğu 
əməllərə görə uşaqda elə söhbətlər aparılmalı, elə təsir göstərilməlidir ki, 
o həmin pis hərəkətin onun üzvü olduğu, kollektivə, valideynlərə, 
ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiyyətə nə kimi zərər 
vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli 
nəzarət etsin, yaşlıların xeyirxah məsləhətlərinə qulaq assın. Bunun üçün 
isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür 
etməlidir. 


A.S. Makarenko göstərir ki, bəzi ailələrdə bu məsələyə daim 
etinasızlıqla yanaşırlar: 
"Valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar və valideynlər ümid 
edirlər ki, hər şey öz-özünə qaydaya düşəcək. Belə valideynlərin nə 
aydın məqsədi, nə də müəyyən proqramı var. Əlbəttə belə hallarda 
tərbiyənin nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra 
təəccüb edirlər ki, nə üçün onların maraqları korlanıb? Nəyə nail olmaq 
istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən. 
Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir, 
məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayıb yeri 
zibilləyir və s. Ana isə üstəlik, irad tutan vətəndaşların, ictimaiyyətin 
"acığına" oğluna tapşırır ki, onlara fikir verməsin, dediklərini qulaq 
ardına vursun. 
Avtobusda yaşlı adamın ayaq üstündə durduğu halda uşağın özünü 
görməməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait 
yaratdıqda vəziyyət dözülməz olur. Valideyn, əvvəla, pedaqoji cəhətdən 
düzgün hərəkət etmir. İkincisi, öz övladına etinasızlıq, saymazlıq və 
laqeydlik kimi məni keyfiyyətlər aşılayır. 
İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin 
əhatəsində yaşayır. Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə 
etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. 
O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, 
ümumiyyətlə xalq üçün ağır yük çevrilməsin. 
Böyüməkdə olan nəslin tələbat - motivasiya sahəsinin, əxlaqi şüurunun 
və s. formalaşmasına xüsusi diqqət yetirilməlidi. Uşaq da özü haqqında 
aydın təsəvvür yaradılmalıdı. O, özünün müsbət və mənfi keyfiyyətlərini 
düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə 
məşğul olmalıdı. Bundan ötrü bir tərəfdən, uşağı ictimai münasibətlər 
sisteminə daha geniş cəlb etmək, ətrafdakı adamlarla onun ünsiyyətini 
dolğunlaşdırmaq, digər tərəfdən isə onun fəaliyyət sahəsini 
genişləndirmək zəruridir. 
A.S. Makarenko deyirdi: 
"Tərbiyə işinin əsl mahiyyəti... heç də sizin uşaqla təklikdə söhbət 
etmənizdən, uşağa müstəqim təsir göstərməyinizdən ibarət deyil, 
ailənizin, şəxsi və ictimai həyatınızın təşkilindən, aşağın həyatını təşkil 
etməkdən ibarətdir". 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin