Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 4: Şərqdə və Azərbaycanda sosial pedaqoji fikrin inkişaf tarixi  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   2   3   4   5   6   7   8   9   ...   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 4: Şərqdə və Azərbaycanda sosial pedaqoji fikrin inkişaf tarixi 
Plan: 
1. Yaxın və orta şərq mütəfəkkirlərinin sosial pedaqoji fikrin inkişafında 
xidmətləri 
2. Azərbaycanda sosial pedaqoji fikrin inkişafı 
Cəmiyyətin ayrı-ayrı inkişaf dövürlərində onun tərbiyə potensialının 
sosial pedaqoji ölçülərlə dəyərləndirilməsi sahəsində Azərbaycan 
pedaqoji fikrində öz əhəmiyyəti var.
Hələ ən qədim dövürlərdə uşaqların tərbiyəsində adət ənənələrin 
müstəsna rolu var idi. Əjdər Ağayev, Yusif Talıbov və başqa 
pedaqoqların müəyyən etdiyi təlim tərbiyə məsələlərini uşaqlara milli 
adət ənənlərdən istifadə edilərək mərasim dərsləri vasitəsilə gənclərə 
aşılanmalıdır. 
Uşaqlara ad qoymaq,oğlanlara qızlara at çapmaq, nizə oynatmaq 
vərdişlər aşılanmalıdır. Azərbaycan Ədəbiyyatının ən qədim möhtəşəm 
abidələrindən olan Kitabi Dədə Qorqud-da ailə münasibətləri ailə 
tərbiyəsinə dair mühüm fəlsəfi fikirlər öyüd nəsihətlər geniş yer tutur. 
Orta əsrlərdə Azərbaycan Ədəbiyyatının numayəndələrindən Qətran 
Təbrizi, Əbül Həsən, Bəhmən Yar, Əfsələtdin Xəqani, Nizami Gəncəvi, 
Nəsrddin Tusi, Məhəmməd Fizuli və.s elm və mədəniyyət xadimləri 
dövrün görkəmli pedaqoqları öz fikirləri və ideaları ilə Azərbaycanda 
sosial pedaqoji fikrin nə qədər zəngin olduğunu sübut etmişlər. 
Nəsrəddin Tusinin “ Əxlaqi-Nasiri” əsrində həya, ismət, gözəllik 
nəciblik və.s kimi müsbət əxlaqi keyfyyətlər əks olunur. 
XIX-əsrin sonu XX- əsrin əvvələrində Sosial pedaqogikada aşağıdakılar 
əsas məsələlər həlli önəm daşıyır. 
1. Xaqlın mədəni səviyyəsinin yüksəldilməsi 
2. Evsiz-eşiksiz uşaqlara qayğı 
3. Yeniyetməlik yaş dövründə cinəyatkarlıqla mübarizə 
Cəmiyyətdə sosial münasibətlərin həll edici səviyyədə vüsət tapması 
ona pedaqoji yanaşmanı zəruri edirdi.Digər tərəfdən isə təbii fəlakətlərin 
təsadüfü qəzalardan, terror və xəstəliklərdən ayrı-ayrı şəxslərin bir qrup 
insanların bədbəxtliyə düçar olması sosial bərpa işini aktuallaşdırdı və 
beləliklə pedaqoji elmlər sistemində sosial pedaqogika yaradıldı. 
Azərbaycan xalqının qədim irsində dastanlarında verilən öyüd 
nəsiyyətlər o vaxt gənc nəslin sosiallaşmasına gülü təsir etmişdir. 
1926-1935- ci illərdə məktəblərin sürətlə inkişafı oldu, elmlərin 
qarşılıqlı əlaqələri yarandı: təbiət elmləri, fəlsəfə sosial elmlər və.s 


qabacıl məktəb psixoloqları ilə yanaşı sosial pedaqoqlar da fəaliyyət 
göstərməyə başladılar. Vaxtı ilə çoxları şərəflə qeyd edirlər ki, bizim 
ölkəmizdə istehsalatda çalışan qadınların faiz sayı dünyada ən yüksək 
göstəricidir. 
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının məktəb və 
pedaqoji tarixinin müxtəlif dövürlərində maarifçilər məktəbəqədər yaşlı 
uşaqların tərbiyəsinə aid maraqlı fikirlər söyləmişlər. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin