Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 5:Şəxsiyyət və onun sosiallaşması prosesi  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   2   3   4   5   6   7   8   9   ...   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 5:Şəxsiyyət və onun sosiallaşması prosesi 
Plan
1. Şəxsiyyət və onun inkişafı 
2. Şəxsiyyətə təsir edən amillər 
Pedaqogika şəxsiyyəti tərbiyənin obyekti fəaliyyəti isə subyekti 
baxımdan öyrənir.Şəxsiyyətin inkişafında tərbiyənin mövqeyini onların 
qarşılıqlı əlaqələrini meydana çıxarır. Bütün bunlarla bərabər şəxsiyyət 
probleminə müxtəlif cəhətlərdən və mövqeylərdən yanaşılmış, xeyli 
ciddi əsərlər yazılmış və ardicil olaraq da bu sahə tətbiq edilməkdədir.
Şəxsiyyət dedikdə şüurlu fəaliyyət göstərən, sosial münasibətlərdə 
iştirak edən, yaxşı əməllər sahibi olan, ətraf aləmi yaxşıllaşdıran və ya 
bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə tutulur. Müasir 
pedaqogika və psixologiyada şəxsiyyət anlayışına birmənalı 
yanaşmamışlar. Tədqiqatçıların əksəriyyəti hesab edir ki,həyatı boyu 
formalaşan özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təəkkürü 
davranış təri, hissləri, ictimai münasibət və ünsiyyəti olan insan 
şəxsiyyət adlanır. Şəxsiyyət konkret insan olub, şüura malik, sosial 
inkişaf prosesində yaranan fərdilikdir. Geniş mənada sosial 
münasibətlərin və şüurlu fəaliyyətin subyekti olan fərd kimi başa 
düşülür. Dar mənada isə sistemli keyfiyyətlərə malik, ictimai 
münasibətlərə qoşulan, birgə fəaliyyət və ünsiyyətdə formalaşan 
şəxsiyyətdir. 
Şəxsiyyətin inkişafı. İnsanın inkişafı mürəkkəb davamedici mütərəqqi 
prosesin nəticəsidirki, bu zaman onun bioloji, psixi və sosial 
keyfiyyətləri dəyişir. Bu dəyişikliklər şəxsiyyətin formalaşması 
prosesində onun tərbiyəsi və təhsilinin təsiri ilə baş verir. Tərbiyə 
şəxsiyyətin inkişafına müəyyənedici təsir göstərir.O inansın fərdi ictimai 
varlıq kimi təşəkkülünün müəyyən edir. Uşaq müəyyən istedad və 
qabilliyətlərlə dünyaya gəlir, lakin onların necə pöhrələnəcəyi təbiət və 
mühitdən asılı olur.
Mühit. Bu uşağın yaşadığı dünyada, planet baş verən hadisələr, iqtisadi, 
kortəbii hadisələr, ölkədə , cəmiyyətdəki hadisələrdir. Bu şəhərdə
kənddə, ailədə baş verən hadisələrdir. Bu dini təsirlər, küçənin 
həmyaşıtdların, məktəb və məktbdənkənar müəssisələrin, klub və 
mərkəzlərin təsiridir. 
Muhitin təirinə məruz qalan insan fiziki əqli və mənəvi cəhətdən 
dəyişir. Bu prosesdə uşaq şəxsiyyət kimi təşəkkül tapır. 


Şəxsiyyətin inkişafına təsir edən amillər. Şəxsiyyət pedaqoji və psixoloji 
baxımdan müxtəlif xüsusiyyətlərlə, ilk növbədə ictimai 
fəallıq,motivlərin davamlı sistemi, şəxsi məna və münasibət 
kateqoriyaları ilə xarakterize olunur. Şəxsiyyətin inkişafına daxili və 
xarici amillərlə şərtlənilir: 
Daxili amillərə daxildir. Genetik, bioloji,fiziki, fizioloji amillər. Bu 
cəhətdən daxili amillər insanın şəxsi fəallığını, şəxsin marağını 
insanlarla ünsiyyət münasibətində özünü birləşdirir. 
Xarici amillərə daxildir. Fərdin müəyyən mədəniyyətə, sosial-iqtisadi 
sinifə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici amillər ictimai 
mühiti, kollektivi, ictimai qrupları, tərbiyəvi təsirləri də özündə 
birləşdirir. Şəxsiyyət insanın varlığının bir sıra keyfiyyət və vəziyyətinin 
təzahürü formasıdır.İnsan ümumi anlayışdır.
Şəxsiyyətin sosiallaşması. Şəxsiyyətin sosial təşəkkülü-insanın özünü 
şəxsiyyət kimi dərk etməsi prosesidir. Bu tərbiyə, təhsil və özünü 
tərbiyəsində baş verir. Şəxsiyyətin təşəkkülü ətraf mühitin, həyatında 
qarşılaşdığı ədalətin zülmün dərkidir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin