Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 9: Sosial tərbiyə işində məktəb və ailən qarşılıqlı əlaqəsi  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 9: Sosial tərbiyə işində məktəb və ailən qarşılıqlı əlaqəsi 
Plan: 
1. Məktəbin ailəyə köməyinin formaları 
2.Ailədə neqativ tərbiyə təsirləri və problemlər 
Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, 
qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını 
şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın 
ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin 
möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir. 
V.A.Suxomlinski qeyd edirdi ki, “Uşaqların əsas tərbiyə məktəbi ər və 
arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir”. Odur ki, ailədə 
tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anlamaqdır. Bu 
anlama və münasibət ailənin gələcək planlarını qurmaqda vacibdir. 
Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar 
ailənin qoşa qanadlarıdır. 
Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə 
münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik 
yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiyyətinin 
formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, 
idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol 
oynayır. Bu münasibətlər uşağın 
öz yerini
, ailədəki rolunu 
müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və 
bacarıqlarını inkişaf etdirməkdə önəmlidir. 
Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri 
tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda 
valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun 
əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalaşmasında və 
psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu 
münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd 
etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə 
yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili 
münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər 
buraxır. 


Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli 
iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlə-məsi, yaxud tez-
tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır düzələr” və s. bu kimi 
mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib 
çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların 
qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. 
Deməli, ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiyyətləri 
formalaşdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətin-likləri 
vaxtında dəf etməyə imkan yaradır. İntellektin inkişafı, yaradıcı 
bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik 
cəhətdən formalaşma, mədəniyyət və uşaqların fiziki sağlamlığı, onların 
xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideynlərdən asılı olmaqla 
ailə tərbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci tərbiyəçilər kimi 
uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir. 
Ailə tərbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə, 
birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin büruzə verilməsi, 
bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, yumor 
və zarafatlar, ənənələr, tərifləmələr, mükafatlandırma və s. ola bilər. 
Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi 
şəkildə həyata keçirilə bilər 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin