Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 74
 
 
amneziya-travma  və  ondan  əvvəlki  hadisələrin  müəyyən  müddət  ərzində  unudulmasına  deyilir. 
Anteroqrad  amneziya-travmadan  sonrakı  hadisələrin  bu  və  ya  başqa  müddət  ərzində  unudulmasına 
deyilir.  O,  bir  neçə  dəqiqədən  bir  neçə  günədək  ola  bilər.  Bəzən  amneziya  həm  travmadan  əvvəlki, 
həm də travmadan sonrakı dövrləri əhatə edə bilər. Buna retro-anteroqrad amneziya deyilir.  
2. YaddaĢın keyfiyyət pozuntularına yalançı xatirələr kriptomneziya, anekforiya,  
konfabulyasiya, psevdoreminisensiya aiddir. 
Kriptomneziya başqasının başına gələn hadisələri, onlara məzsus xidmətləri öz adına çıxmaqla 
xarakterizə olunan  yaddaş pozuntusudur. Keçmişdəki hadisələri təzə baş cvermiş hadisə kimi qələmə 
verirlər. Məlumatın mənbəyi və vaxtı unudulur.  
Anekforiya  yada  salmanın  çıtinləşməsi  ilə  xarakterizə  olunur.  Deyiləcək  sözün  əvvəlini  şəxsin 
yadına salan kimi hər şey yadına düşür. 
Psevdoreminisensiya  yalnış.  düzgün  olmayan,  yalançı  yaddaş  (xatırlamalar)  olub  hadisələrin 
vaxtının,  tarixinin  təhrif  edilməsi  ilə  xarakterizə  olunur.  Məsələn:  qardaşının  dostu  ilə  qarşılaşan  bir 
şəxs,  ona  qardaşının  üç  gün  dundan  əvvəl  böyük  müvəffəqiyyətlə  dissertasiya  müdafiə  etdiyini 
söyləyir.  Əslində  isə  qardaşı  altı  il  bundan  əvvəl  dissertasiya  müdafiə  etmişdir.  O,  beyin  şişlərində, 
alkoqol psixozlarında, travmatik, postinfeksion psixozlarda, mərkəzi sinir sisteminin sifilisində təsadüf 
olunur. 
Konfabulyasiya  heç  vaxt  baş  verməmiş  və  baş  verməsi  mümkün  olmayan  qeyri-real,  fantastik 
məzmunlu hadisələrin xatırlanmasına deyilir. Məsələn: 60 yaşlı bir xəstə şöbədə  yeni bir adam görən 
kimi keçmişdəki işlərindən söhbət açaraq deyərmiş ki, Bakı şəhərini 1930-cu ildə, yanvar ayının 1-dən 
2-nə  keçən  gecə  mən  saldırmışam.  Bu  pozuntu  beyin  sifilisində.  proqressiv  iflic  xəstəliyində  təsadüf 
olunur.  
 
Ġntellektin pozuntuları 
 
İntellekt  və  ya  əqli  qabiliyyət  yaddaşla  sıx  bağlı  olub,  ancaq  onun  əsasında  yaranır.  belə  ki, 
normal  yaddaş  intellekt  üçün  zəmin  hazırlayır.  İntellekt-bilik  və  təcrübələrin  cəmindən  ibarət  olub, 
yeni  mühakimələr  yaratmağa,  nəticələr  çıxarmağa,  biliklər  əldə  etməyə  imkan  verən  mürəkkəb 
anlayışdır.  O,  eyni  zamanda  fərdi  olub  hər  bir  şəxsin  müstəqil 
inkişafı  nəticəsində  yaranır.  İntellektin  səviyyəsi  şəxsin 
xasiyyətində, mədəniyyətində, davranışında, ümumiyyətlə  psixi 
fəaliyyətinin bütün formalarında özünü büruzə verir. İ.P.Pavlov 
intellekti  orqanizm  ilə  xarici  mühit  arasında  çoxcəhətli  əlaqə 
yaradan  əqli  sistem  adlandırmışdır.  İntellektin  təzahür 
formalarından  başlıcası  nitqdir.  Ona  görə  də  intellektin 
pozulması  -  ağıl  zəifliyi  (kəmağıllılıq)  özünü  ilk  növbədə. 
nitqdə göstərir.  
Ağıl zəifliyi üç qrupa bölünür:  
1) anadangəlmə ağıl zəifliyi-oliqofreniya;  
2) qazanılma ağıl zəifliyi-demensiya; 
3) yalançı ağıl zəifliyi-psevdodemensiya.  
Oliqofreniya  və  ya  anadangəlmə  ağıl  zəifgliyi 
etiologiyası  müxtəlif  olan  bir  çox  xəstəlikləri  əhatə  edir.  Ağlın  inkişaf  səviyyəsindən  asılı  olaraq 
oliqofreniyanın üç forması vardır:  
1)  idiotiya  -  ən  dərin  ağıl  zəifliyidir.  Belə  xəstədə  mühakimə  və  nitq  qabiliyyəti  olmur,  psixi 
fəaliyyət instinktlərlə məhdudlaşır. Bunlarda adətən, fiziki qüsurlar da gözə çarpır,  
mikrosefaliya və displastik bədən quruluşu olur; 
2) imbesillik orta səviyyəli ağıl zəifliyidir; 
3) debillik-oliqafreniyanın yüngül formasıdır.  
Belə  adamlarda  qavramanın,  diqqətin,  yaddaşın,  mücərrəd  təfəkkürün  qeyri-normallığı,  özünə 
qarşı  tənqidin  enməsi  tipik  əlamətlərdəndir.  Oliqofreniyanın  (yunanca  “kəmağıllılıq  deməkdir”) 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 75
 
 
ümumi  cəhəti psixikanın anadangəlmə və  ya  erkən  yaşlarda qazanılmış (3  yaşa qədər) kifayət qədər 
inkişaf etməməsi,  etiologiya və klinik  təzahürləri müxtəlif, qeyri proqredienit  patoloji halları özündə 
birləşdirməsidir.  İlk  dəfə  anadangəlmə  kəmağıllığı  Eskirol  təsvir  etmişdir.  Krepelin  1915-ci  ildə  bu 
terminlə  anadangəlmə  ağıl  zəifliyini  təsvir  etdi.  Beynəlxalq  təsnifat  2  meyarı  əsas  götürür:  intelektin 
çatışmazlığı  dərəcəsi  və  etioloji  faktor.  Etioloji  faktorlardan  irsi  (xromosomların  tam  dəyərli 
olmaması) amillər, bətindaxili dövrdə və erkən inkişaf mərhələsində dölə (uşağa) dəyən zərərli təsirlər, 
doğuş  travmaları  ayırd  edilir.  Xromosomların  tam  dəyərli  olmaması  nəticəsində  yaranan  kəmağıllıq 
fiziki  inkişaf  pozuntuları,  displastiklik,  zahiri  əlamətlərlə  birgə  təzahür  edir.  Belə  hallara  Daun 
xəstəliyi,  “pişik  səsi”  sindromu,  Şereşevski-Terner  sindromu  aiddir.  İrsi  patologiya  mübadilə 
proseslərinin  metabolik  və  ya  enzimopatik  (fenilketonuriya,  qalaktozemiya)  pozuntuları  ilə  əlaqədar 
olub  karbohidrat  mübadiləsini  nizamlayan  fermentlərin  çatışmazlığı  ilə  bağlıdır.  Belə  hallarda 
kəmağıllıqdan  başqa  qusma,  ishal,  qaraciyərin  sirrotik  dəyişiklikləri,  qıcolmalar  kimi  somatik 
əlamətlər  özünü  göstərir.  İrsi  -  ekzogen  kəmağıllığa  mikrosefaliya,  kraniostenos.  keritinizm  aiddir. 
Hamiləlik  zamanı  keçirilmiş  məxmərək  anadangəlmə  kəmağıllığa  və  bununla  yanaşı  eşitmə  və 
görmənin  pozuntularına  səbəb  ola  bilər.  Bətndaxili  və  postnatal  meningitlər,  doğum  zamanı 
asfiksiyalar və doğum travmaları psixoorqanik sindroma gətirib çıxarır. Anadangəlmə siflis, bətndaxili 
toksoplazmoz, yenidoğulmuşların hemolitik xəstəliyi  ana və uşağın immun konfliktinə (rezus-faktor) 
səbəb olur. Beləliklə, müxtəlif etioloji faktorlar müxtəlif dərəcəli kəmağıllıq törədir. Sxematik olaraq 
kəmağıllıq  debillik,  imbesillik  və  idiotiya-ağırlıq  dərəcəsinə  əsasən  təsnif  edilir.  Xəstəliklərin 
beynəlxalq  təsnifatı  10-cu  baxışa  (XBT-10)  istisnadan  əqli  inkişaf  əmsalı  fərdi  qaydada  əlavə 
əlverişsiz  şərtlər  (eşitmənin,  görmənin,  nitqin  pozuntuları)  və  somatik  faktor  nəzərə  alınmaqla 
standartlaşdırılmış məlumatlara əsasən müəyyən olunur.  
Yüngül kəmağıllıq uşağın psixi inkişafında ləngimə ilə təzahür edir. Onlar adətən gec oturmağa, 
gəzməyə, danışmağa başlayır. Lakin nitq vərdişləri ünsiyyət üçün kifayət edir. Özünə qulluq prosesləri, 
əmək  bərdişləri  pozulmamışdır.  Əsas  çətinliklər  təhsil  başlandıqdan  sonra  meydana  çıxır.  Oxu,  yazı 
çətin  mənimsənilir,  xüsusilə  təfəkkür  geri  qalır.  Yüngül  kəmağıllıq  zamanı  fərdi  məşğələlər, 
yüngülləşdirilmiş  proqramlı  məktəbdə  tədris  elementar  biliklərə  yiyələnməyə  imkan  verir.  Onlar 
ixtisaslaşmamış və yarıixtisaslaşmış fiziki əməyə qadir olurlar. Xüsusi məhsuldarlıq tələb olunmayan 
sosial-mədəni  sahədə  belə  şəxslər  kifayət  qədər  konpensasiya  olunurlar.  Fərdi  işdə  onlar  müəyyən 
müvəffəqiyyətlər qazana və adaptasiyaya nail ola bilirlər. Adətən belə adamlar ailə qurur, uşaq tərbiyə 
edir,  adi  həyat  tərzi  sürürlər.  Əgər  emosional  və  sosial  gerilik  özünü  qabarıq  şəkildə  biruzə  verərsə, 
ailə həyatında və ümumiyyətlə uyğunlaşmada çətinliklər mümkündür.  
Orta kəmağıllıq- Bu qrupa daxil olan şəxslərdə nitqin inkişafı, qavranılması və eləcə də ondan 
istifadə  imkanları  geri  qalır.  Özünə  qulluq  vərdişləri  kifayət  qədər  deyil.  Onlar  proqramı  və  tədris 
metodları kəmağıllar üçün uyğunlaşdırılmış yardımçı məktəblərdə təhsil ala bilirlər. belə şəxslər oxu, 
yazı,  sadə  hesab  əməliyyatlarını  mənimsəyə  bilirlər.  Nitqləri  kasad,  çox  vaxt  qüsurlu  olur.  Fiziki 
cəhətdən  sağlam  və  aktiv  olmaları  mümkündür.  Onları  nəzarət  altında  çətin  olmayan  işlərə 
öyrəşdirmək olur.  
Ağır  kəmağıllıq  -  Bu  formada  kəmağıllıq  tez-tez  displastiklik.  ətrafın  yöndəmsizliyi.  kəllənin 
anomaliyaları,  boyatmanın  düzgün  getməməsi  duyğu  orqanlarında  inkişaf  pozuntuları.  motorikanın 
pozuntuları, degenerasiyanın zahiri əlamətləri (qurdağızlılıq, dovşandodaqlılıq və s.), daxili orqanlarda 
anomaliyalar kimi fiziki qüsurlar, nitqin kasadlığı ilə birgə rast gəlinir. Mərkəzi sinir sisteminin inkişaf 
patologiyasını  göstərən  nevroloji  əlamətlər  nəzərə  çarpır.  Söz  ehtiyatı  çox  məhduddur.  Aqramatizm 
müşahidə  olunur,  bilik  ehtiyatı  və  maraq  dairəsi  kiçik  olur,  abstrakt  təfəkkür  inkişaf  etmir.  Onlar 
yardımçı məktəblərdə belə təhsil ala bilmirlər. 
Dərin  kəmağıllıq-  Bu  qrup  şəxslər  psixi  funksiyaların  tamamilə  yoxluğu  ilə  xarakterizə 
olunurlar.  Xəstələr  çox  vaxt  hərəkətsiz  və  ya  məhdud  hərəkətli  olurlar.  Sidik  ifrazı  və  defekasiya 
funksiyaları  pozulur,  xarici  aləmi  qavrama  çətinləşir  və  ya  zəif  deferensasiya  olunur.  Ətrafdakılara 
qarşı reaksiya enmiş, çox vaxt qeyri-adekvatdır. Emosiyalar fizioloji tələbatları ödəməklə məhdudlaşır, 
davranışları  ya  süst,  az  hərəkətli,  ya  da  aqressivdir  (dişləyir,  cırmaqlayırlar).  Meylləri  pozulmuşdur. 
(onanizmlə məşğul  olur.  ekstrementlərini  yeyeir  və s.) Kəmağıllığın  qarşısını almaq məqsədilə  tətbiq 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 76
 
 
olunan  ilkin  profilaktikaya  tibbi  genetik  konsultasiyalar,  mərkəzi  sinir  sisteminin  inkişaf 
anamaliyalarının prenatal diaqnostikası. postnatal infeksiyaların müalicəsi aiddir. 
İkincili  profilaktika  uşaqlarda  kəmağıllığın  erkən  aşkara  çıxarılması  və  xəstənin  müalicə  və 
reabilitasiyası üçün vaxtında tədbirlər görülməsindən ibarətdir. 
Qazanılma  ağıl  zəifliyi  və  ya  demensiya  mərkəzi  sinir  sistemində  gedən  patoloji  prosesin 
xarakterinə görə iki qrupa bölünür; 
a) qlobar (diffuz) ; 
b) lokunar (hissəvi) 
c) demensiya 
Qlobar  demensiya  zamanı  intellektual  qabiliyyətin  bütün  sahələri  pozulur,  şəxsiyyət  enir, 
özünətənqid itir. Lokunar demensiya zamanı isə şəxsi keyfiyyətindən əsas cəhətləri mühafizə olunur, 
əmək  qabiliyyəti,  özünütənqid  yüksək  dərəcədə  pozulmur.  Müxtəlif  xəstəliklərlə  əlaqədar  meydana 
çıxan  demensiya  zamanı  şəxsi  keyfiyyətlərin  kobud  şəkildə  dəyişməsini  nitqin,  baxışın,  hərəkətlərin 
durğunluğu,  təfəkkürün  müfəssəlliyi  mimikada  əks  olunan  donuqluq  və  s.  bu  kimi  əlamətlər  diqqəti 
cəlb edir. Ağıl zəifliyinin üçüncü forması psevdodemensiyadır. Bu sindrom bir sıra reaktiv hallarla (o 
cümlədən  psixozlarla)  əlaqədar  meydana  çıxır.  Müvəqqəti  xaraxter  daşıyır,  yəni  digər  ağıl 
zəifliklərindən fərqli olaraq davamlı olmur.  
 
Təəssürat emosional sfera pozuntuları 
 
Emosiyalar insan həyatının bütün sahələrini daima müşayiət edən, onun əxlaqi davranışına təsir 
göstərən  proses  olub  müxtəlif  qıcıqlara  qarşı  orqanizmin  mürəkkəb  psixofioloji  reaksiyasıdır. 
Emosiyaların  təsiri  altında  insan  ozünə  xoş  gələn  nə  varsa  ona  doğru  meyl  göstərir  və  əksinə 
xoşagəlməyən qıcıqlardan uzaqlaşmağa çalışır. İnsana daim çoxlu miqdarda müxtəlif xarici və daxili 
qıcıqlar  təsir  edir.  Qıcığın  xarakterindən  və  orqanizmin  vəziyyətindən  asılı  olaraq  müxtəlif  hisslər 
əmələ gəlir ki, bunlar da bütövlükdə əhvalı ruhiyyəni müəyyən edir. Sağlam adamda əhvalı - ruhiyyə 
gün  ərzində dəyişilə bilər. Emosional  halın  güclü və qısamüddətli  dəyişməsinə affekt  deyilir.  Affekt 
fizioloji  (normal)  və  pataloji  (qeyri  normal)  olmaqla  iki  formaya  bölünür.  Fizioloji  affekt  adekvat 
qıcıqlar nəticəsində yaranır, bu zaman düşüncə pozulmur, ona görə də şəxs içtimai təhlükəli hərəkətlər 
etmir, etsə də məsuliyyət daşıyır. Fizioloji affektin səbəbi bəd xəbər, məsul şəxs işdə işləyərkən kobud 
səhvə yol vermək, qiymətli bir şey itirmək, təhqirə məruz qalmaq və s. ola bilər. 
Pataloji  affekt  qeyri-adekvat  səbəblər  nəticəsində  yaranır,  düşüncə  pozulduğundan  şəxs  öz 
hərəkətlərinə nəzarət edə bilmir. Bu zaman şəxs ictimai təhlükəli hərəkət  edərsə, məsuliyyət daşımır. 
Mərkəzi  sinir  sisteminin  orqanik  xəstəliklərində,  psixopatlarda,  isteriya  nevrozu  olan  şəxslərdə 
müşahidə oluna bilər. 
Emosional halın dəyiĢməsini əks etdirən zahiri əlamətlərlə aĢağıdakılar aiddir:  
1. Mimiki reaksiyalar 
2. Hərəkət reaksiyaları 
3. Vegetativ reaksiyalar 
  Klinikada rast gəlinən emosiya pozuntularına aĢağıdakılar aiddir:  
1. Maniya – səbəbsiz olaraq əhvali-ruhiyyənin yüksəlməsi ilə təzahür edən hal olub, üç əlamətlə 
özünü biruzə verir:  
- Əhvalın yüksəlməsi; 
- Hərəkətlərin fəallığı; 
- Nitqin sürətlənməsi. (əsasən MDP-nin manikal fazasında və s rast gəlinir) .  
2.  Depressiya  -  səbəbsiz  olaraq  əhvali-ruhiyyənin  enməsi  olub,  üç  əlaməti  var:  a)  əhvalın 
enməsi; b) hərəkətlərin tormozlanması; v) nitqin tormozlanması. Depressiya zamanı əhvalın enməsi o 
qədər güclü ola bilər ki, hətta xəstə özünə sui-qəsd edə bilər.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 77
 
 
3.  Eyforiya  -  əhval  ruhiyyənin  az  hərəkətli,  laqeyd  və 
məzmunsuz  olaraq  yüksəlməsinə  deyilir.  Narkomanlarda,  alkoqol 
qəbul 
edən 
adamlarda, 
mərkəzi 
sinir 
sisteminin 
orqanik 
pozulmasında rast gəlinir.  
4.  Disforiya  -  əhval-ruhiyyənin  acıqlı,  kədərli,  hər  şeydən 
narazı  halda  enməsidir.  Epilepsiya,  kəllə  travması  keçirmiş 
alkoqoliklərdə olur. 
5. Emosional ləbillik - əhval ruhiyyənin səbəbsiz və asanlıqla 
dəyişməsinə deyilir.  
6. Emosional kövrəklik - emosional zəiflik əlaməti ilə özünü 
biruzə verən haldır (hipertoniya, ateroskleroz və s.) 
7.  Laqeydlik  -  yaxın  adamlara,  ətrafda  cərəyan  edən 
hadisələrə qarşı biganə olmaq əlamətinə deyilir. Lakin öz marağına, 
instinktiv tələblərinə laqeyd olmur.  
8.  Emosional  ambivalentlik  -  eyni  zamanda  iki  zidd  emosional  halın  olmasına  deyilir. 
Şizofreniyada olur.  
9. Emosional kütlük - laqeydlikdən ağır forma olub, xəstələrin marağı ancaq instinktiv tələbləri 
ətrafında toplanır. Şizofreniyanın son dövründə olur.  
10. Qorxu - həm nevrozlar, həm də psixozlar zamanı tez-tez rast gəlinən əlamətlərdəndir.  
11.  Həyəcan  -  həm  özünün,  həm  də  yaxın  adamlarının  əmin-amanlığının  pozulması  üçün  son 
dərəcə narahatlıq hissi keçirməklə diqqəti cəlb edir. Bir sıra hallarda qorxu hissi ilə birləşib, daha da 
mürəkkəbləşir. Qocalıqönü psixozlarda, nevrozlarda, reaktiv depresiyalarda olur.  
 
Ġradi sfera pozuntuları 
Qarşıya qoyulmuş məqsədə nail olmaq əzminə iradə deyilir. İnsan qarşısına hər hansı bir məqsəd 
qoyayarkən onu şüurlu surətdə təhlil edir. Motiv adlanan bu hadisə iradənin əsas cəhətidir.  
Ġradənin aĢağıdakı pozuntu formaları var:  
1. Ġradənin zəifləməsi – hipobuliya. Belə pozuntusu olan şəxslər asanlıqla kənar şəxslərin təsiri 
altına düşür. Psixopatlar, narkomanlar, alkoqoliklərdə daha çox olur.  
2. Ġradənin güclənməsi – hiperbuliya. Sağlam şəxslərdə fəaliyyətin faydalı olması ilə fərqlənir. 
Xəstələrdə  patoloji  məqsəd  daşıyır.  İradə  pozuntuları  özünü  hərəkətlərin  pozuntusunda  göstərir.  Belə 
pozuntulardan  biri  hərəkətlərin  ləngimıəsi  ilə  xarakterizə  olunan  fəaliyyətin  bütün  formalarına  qarşı 
marağın  sönməsidir.  Buna  abuluya  deyilir.  İradi  proseslər  həmçinin  insanın  davranışının  və 
meyillərinin  şüurlu  surətdə  tənzimlənməsini  də  əhatə  edir.  Psixi  xəstəliklər  zamanı  meyillərin  həm 
güclənməsi,  həm  də  zəifləməsi  baş  verə  bilər.  İradi  pozuntulardan  biri  də  impulsiv  meyillərdir  ki, 
bunlar da müxtəlif cür təzahür edir. Məsələn. piromaniya  –  yanğın  törətməyə meyl,  dromomaniya  – 
mənasız səyahətlərə, avaraçılığa meyl, impulsiv hərəkətlər – səbəbsiz, mənasız, qəfləti meydana çıxan 
hərəkətlərə meyl, Pluuşkin simptomu  – lazımsız, yararsız şeyləri toplamağa və saxlamağa meyl və s. 
İradə  pozuntularına  xəstənin  intihar  etməyə  meyli  olması,  yeməkdən  imtina,  neqativizm  (xəstə  ona 
göstərilən  bütün  təsirlərə  və  müraciətə  qarşı  səbəbsiz  müqavimət  göstərir),  mutuzm  (xəstə  danışmır, 
suallara cavab vermir) aiddir.  
Meyl pozuntularına həmçinin qidalanma və cinsi meyllərin pozulması da aiddir.  
 
Qidalanma meylinin pozulması 
1. Qidalanma meylinin zəifləməsi və ya tamamilə itməsi anoreksiya adlanır.  
2.  Qidalanma  meylinin  güclənməsi  polifagiya  (bulemiya)  yeməkdən  doymamaq  ilə  özünü 
göstərir.  
3.  Yeməyə  meylin  keyfiyyətcə  pozulması  zamanı  yeyilməsi  mümükün  olmayan  əşyaları  qəbul 
edir. Məsəslən: şüşə, torpaq, təbaşir və s. Nadir hallartda təsadüf edilən, ağır psixi xəstəliklərdə xəstə 
öz ifrazını qəbul edir. Kaprofaqiya – şizofreniyanın son dövründə, kəskin ağıl zəifliyi ilə yanaşı olur.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 78
 
 
Cinsi meylin pozuntuları 
1.  Cinsi  meylin  zəifləməsi-hiposeksuallıq  (depressiya.  şizofreniya,  nevrasteniya  və  s.  -də 
müşahidə olunur) .  
2.  Cinsi  meylin  güclənməsi  –  hiperseksuallıq  (beynin  bir  sıra  orqanik  pozuntularında,  manikal 
oyanmada müşahidə olunur)  
3.  Təhrif  olunmuş  cinsi  meyllər.  Bu  növ  pozuntulara  homoseksualizm  (eyni  cinsdən  olan 
şəxslərə seksual münasibət), zoofiliya (heyvanlarla cinsi əlaqə), pedofiliya (kiçik  yaşlı uşaqlara cinsi 
meyl),  sadizm  (portnyora  işgəncə  verməkdən  cinsi  zövq  almaq),  mazaxizm  (işgəncədən  cinsi  zövq 
almaq) və s. aiddir.  
Hərəki sfera pozuntuları 
Hərəki sferaya aid olan pozuntuların bir sıra formaları katatonik pozuntulara aid edilir.  
Katatoniya  təhrif  olumuş  iradi-hərəkət  pozuntusu  olub,  əsasən  şizofreniya  xəstəliyində,  bəzən 
isə  başqa  psixozlarda  (intoksikasion,  infeksion  psixozlarda)  rast  gəlinir.  Katatonik  əlamətlər  əzələ 
tonusunun yüksəlməsi, hərəkət aktivliyinin zəifləməsi fonunda meydana çıxır. Bu da, öz növbəsində, 
stereotipiya  (eyni  adlı  hərəkətlərin  təkrar  olunması)  neqativizm  əlamətləri  ilə,  bəzən  isə  impulsiv 
hərəkətlərlə özünü biruzə verir. Katatoniya əlamətləri ağır psixi hal olub patoloji prosesin ancaq beyin 
qabığında  deyil,  qabıqaltı  sahəyə  də  nüfuz  etməsini  göstərir.  Katatonik  pozuntular  zamanı  xəstənin 
hərəkətləri  öz  təbiiliyini  itirir,  başın,  gövdənin  və  ətrafların  hərəkətləri  bir-biri  ilə  uzlaşmır.  Üz 
əzələləri  sanki  donmuş,  emosional  ifadəsini  itirmiş  olur.  Bir  sıra  xarakteroloji  somatik  və  nevroloji 
əlamətlər qeyd olunur. Bədənin dəri örtüyü quru, sifətin dərisi isə tər və piy vəzilərinin fəaliyyətinin 
artması nəticəsində daim işıldayır. Tənəffüs səthi, nəbz vurğuları zəif olur. 
  Katatoniya əlamətlərinin formaları aĢağıdakılardır:  
1) Stupor (donuqluq) -tam hərəkətsizliklə xarakterizə olunan əlamətdir. Üç növü var: deppressiv, 
psixogen, katatonik. Depressiv stupor MDP-nin depressiv fazasında olur. Belə xəstələr hərəkət etmirlər, 
onları yedizdirmək belə lazım gəlir. Sifətləri qəmgin olur. Psixogen stuporda xəstə danışmır, hərəkət 
etmir,  ancaq  qıcıqlandırıcı  söhbət  etdikdə  reaksiya  verir  (ağlayır,  qızarır  və  s.).  Katatonik  stuporda 
bəzən əzələ tonusu enir, bəzən isə əzələ tonusu güclənir, (xəstənin vəziyyətini dəyişmək çətin olur).  
2) Mutizm-nitqin tormozlanmasıdır.  
3) Katalepsiya-və ya mumabənzər plastiklik. Xəstə ona verilən ən narahat vəziyyətdə belə donub 
qalır.  Məsələn:  qolları  qaldırılmış,  başı  yana  əyilmiş.  bir  ayağı  üstə  dayanan  xəstə  uzun  müddət  bu 
görkəmdə donub qalır.  
4)  Neqativizm-xəstə  ona  göstərilən  bütün  təsirlərə  və  müraciətə  qarşı  səbəbsiz  müqavimət 
göstərir. Müayinə zamanı həkim xəstəyə ayağa qalxmağı, dilini göstərməyi və s. təklif edərkən, xəstə 
bunları etmir (passiv naqativizm). Bəzən isə əzələlərini gərginləşdirərək ciddi müqavimət göstərir və 
ya təklif olunan hərəkətlərin əksini edir (aktiv neqavitizm) . Xəstə astadan deyilən (pıçıltı səslə) sözə 
əməl  edir,  ucadan  deyilən  eyni  məzmunlu  sözə  isə  cavab  vermir  (İ.P.Pavlov  əlaməti).  Xəstə  ancaq 
yazılı  müraciətə  cavab  verir,  şifahi  təkliflərə  isə  əməl  etmir.  (A.Q.İvanov-Smolenski  əlaməti). 
Manerlik və ya ədəbazlıq adlanan, davranış pozuntusu hesab edilən hal katatoniya zamanı tez-tez rast 
gəlinir.  Məsələn:  salam  verərkən  barmaqlarını  bükmək.  yataqda  uzanarkən  başını  bir  qıdər  aralı 
saxlamaq  (hava  balıncı  simptomu)  ,  yorğanı  başına  ataraq  palatada,  həyətdə  gəzişmək  (başörtüyü 
simptomu)  ,  yataqda  yorğanı  başına  çəkərək  yemək  qəbul  etmək  və  s.  Şizofreniya,  intoksikasiya, 
infeksiyalarda olur. Bir neçə saatdan aylarla davam edə bilər. Bu zaman xəstələr yeməkdən imtina edə 
bilər. (onları zondla yedizdirkəm lazım gəlir)  
Hərəki oyanma:  
1. Manikal oyanma zamanı xəstələr daim hərəkətli olur. Ancaq diqqətli olmadıqları üçün heç bir 
işi başa çatdırmırlar. Çox və tez-tez danışırlar. Sözlərin çoxunu buraxırlar, səsləri xırıltılı olur. Manikal 
depressiv psixozda rast gəlinir.  
2.  Katatonik  oyanma  zamanı  hərəkətlər  qəribə  olur.  Xaotik  hərəkətlər,  manevrlik  edir. 
Təlxəkvari hərəkətlər olur. 
3.  Hebefren  oyanma  zamanı  xəstələr  manevrlik  edir,  qeyri  təbii  pozalar  alır.  Bəzən  səbəbsiz 
gülür. aqressiv ola bilirlər. Mənasız boş-boş danışırlar.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 79
 
 
MÖVZU 9 
 
ĠNFEKSĠON, SOMATĠK, DOĞUġDAN SONRAKI PSĠXOZLAR. 
KLĠMAKTERĠK DÖVRDƏ PSĠXĠ FƏALĠYYƏTĠN POZULMASI 
 
Müxtəlif infeksiyaların təsiri nəticəsində meydana çıxan və psixi pozuntu əlamətləri ilə şərtlənən 
bu  qrup  xəstəliklərə  infeksion  psixozlar  deyilir.  Psixi  pozuntular  forması  və  ağırlıq  dərəcəsi, 
infeksiyanın  növü,  lokalizasiyası,  orqanizmin  reaktivliyi  və  digər  amillərlə  əlaqədardır.  Kəskin 
psixotik  hallar  beyin  hüceyrəlirındə  orqanik  dəyişikliklər  törətmirsə,  xəstəlik  psixi  qüsur  vermədən 
keçib  gedə  bilər.  Bir  sıra  hallarda,  məsələn,  ensefalitlərdə,  infeksiya  bilavasitə  beyin  hüceyrələrini 
zədələdiyi  üçün  geri  dönməz  orqanik  beyin  əlamətləri  meydana  çıxır.  Qızılca,  skarlatina,  səpgili  və 
qarın  yatalağı  zamanı  müşahidə  edilən  psixoz  halları  daha  kəskin  vəziyyəti  ilə  fərqlənir.  İnfeksion 
psixozların meydana çıxması üçün bir sıra amillərin zəruriyyətinin (irsiyyətin, orqanizmin. ilk növbədə 
sinir sisteminin həssaslığının, yaşın, immun sistemin) əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.  
Kəskin  infeksion  psixozlar  bu  və  ya  digər  infeksiyanın  törətdiyi  spesifik  əlamətlər  fonunda 
cərəyan  edir.  Psixotik  əlamətlərin  təzahür  etməsi  temperaturun  ən  yüksək  olduğu  dövrdə  və  ya 
normaya endiyi anda ola bilər. Bir çox hallarda psixi pozuntuların meydana çıxmasından əvvəl kəskin 
baş ağrıları, ümumi zəiflik, düşüncənin keyləşməsi və ya xarici qıcıqlara qarşı həssaslığın güclənməsi, 
yuxunun  pozulması  qeyd  edilir.  Bu  kimi  əlamətlərin  ardınca  psixozun  başlıca  sindromları,  müxtəlif 
dərinliyə  malik  düşüncə  pozuntuları,  deliriy,  amensiya,  çaşqınlıq,  sayıqlama  və  hallüsinasiyalar 
meydana  çıxır.  Əksər  hallarda  mühitə  bələdlik  kobud  pozulduğu  halda  özünə  bələdlik  saxlanılır. 
Hərəkətlərin fəallaşması, ümumi narahatlıq fonunda görmə və eşitmə hallüsinasiyaları, nitqin qırıqlığı 
tez-tez  rast  gəlinir.  Bəzi  hallarda  pareydolik  illüziyalar  da  təsadüf  edilir.  Belə  ki,  divarda  asılmış 
xalçanın naxışları, yaxud xəstənin diqqətini cəlb edən digər rəsmlər və cizgilər fonunda əcaib obrazlar, 
fantastik  səhnələr,  vəhşi  heyvanların  siuleti  qavranılır.  Qorxulu  məzmunlu  ullüzor  və  hallüsinator 
pozuntular  xarakter  əlamətlərdən  sayılır.  Hallüsinator  sayıqlama  sindromunun  meydana  çıxmasında 
müxtəlif orqnlarda yaranan ağrıların rolu qeyd olunmalıdır. Pnevmoniya zamanı köks qəfəsinin aşağı 
hissəsində zərbəvarı ağrılar müşahidə edilir. Bu zaman xəstələr ağciyərin parçalandığını, bədənlərinin 
hissələrə ayrıldığını söyləyirlər.  
Qrip və yatalaq xəstəlikləri zamanı meydana çıxan psixozlarda xəstə müxtəlif orqanlarının və ya 
bədən hissələrinin “ikiləşdiyini”deyir. Məsələn: “iki başı”, “iki ağzı”, “dörd əl və dörd ayağı”olduğunu 
söyləyir.  
Ağır keçən psixozlarda düşüncənin kəskin pozulması (deliriy, amentiv hal) , narahatlıq və qorxu 
əlamətləri  ilə  yanaşı  epilepsiyayabənzər  cəngolmalar  da  təsadüf  edilir.  Bəzən  meningial  oyanmalar 
zamanı  düşüncə  bir  o  qədər  də  pozulmur,  sorğu  zamanı  özünü  böyütmə  və  ya  müflüsləşmə 
sayıqlamaları aşkar edilir. Görmə-eşitmə hallüsinasiyaları adətən bir neçə gün davam edir. 
Səpgili  yatalaq  daha  tez  -  tez  pozuntulara  səbəb  olur.  Bu  zaman  maniakal  vəziyyət,  rəngarəng 
məzmunlu sayıqlama ideyaları, hallüsinasiyalar, illüziyalar müşahidə olunur. Temperaturun enməsi ilə 
bu əlamətlər tədricən çəkilir, lakin əlamətləri kimi bəzi sayıqlama fikirləri, sonra isə amentiv sindrom 
qeyd olunur.  
Bruselyoz  xəstəliyi  –  zamanı  bəzi  psixi  pozuntulara  rast  gəlinir.  Apatiya,  münasibət 
sayıqlamaları, deliriyoz tipli düşüncə pozuntusu, çaşqınlıq və s. əlamətlər daha tez-tez baş verir. Bəzi 
xəstələrdə  əllərdə  hiposteziya.  nitqin  tormazlanması,  absans  halı,  müxtəlif  düşüncə  pozuntuları  qeyd 
olunur. Xarakterik cəhətlərdən biri də bu əlamətlərin qısa müddət ərzində keçib getməsidir.  
Malyariya  psixozu  –  zamanı  temperatur  yüksəldikdə  başlıca  olaraq  deliriyoz  və  amentiv 
sindromlarla  özünü  göstərir.  Xəstəliyin  ağır  keçdiyi  hallarda  daim  dərin  düşüncə  pozuntusu-koma 
vəziyyət  yarana  bnilər.  Bu  zaman  qusma,  Ceyn-stoks  tipli  tənəffüs  qeyd  olunur.  Xəstəlik  ensefalitlə 
ağırlaşdıqda  epileptik  cəngolmalar,  xoreik  hərəkətlər  mümkündür.  malyariya  psixozunun  bir  çox 
təsadüfləri  Korsakov  amnestik  sindromunun  meydana  çıxması,  şəxsiyyətin  dəyişməsi  və  ağıl  zəifliyi 
ilə  nəticələnə  bilər.  Lakin  əksər  hallarda  yaddaşın  zəifləməsi,  tezyorulma.  subdepressiya  və 
ipoxondriya əlamətləri ilə müşayiət olunan asteniya baş verir.  

Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin