Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 68
 
 
 Affektiv  (affektogen)  illuziyalar  hissiyyatın  güclənməsi  fonunda  –  qorxu,  vahimə,  gərginlik 
zamanı təsadüf olunur. Xəstə küncdə, divardan asılmış paltonu evə girmiş oğruya, ağacın əyri budağını 
ona hücum etməyə hazırlaşan zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.  
Verbal  (latınca  verbalis  –  nitq,  söz  deməkdir)  illüziyalar  zamanı  xəstə  ətrafdakı  adamların 
söhbətlərini təhqir, söyüş və s. kimi qavrayır.  
Hallüsinasiya  (hallucinatio  –  latın  sözü  olub,  qarabasma,  sərsəmləmə  deməkdir)  .  Yəni 
obyektsiz  qavaramadır.  İllüziyalar  kimi  hallüsinasiyalar  da  duyğu  orqanlarına  müvafiq  olaraq  beş 
formada  təsadüf  edir  (görmə,  eşitmə,  qoxu,  dad  və  takdil  hallüsinasiyalar).  Hallüsinasiyalar 
xəstəlikdən  asılı  olaraq  (daha  çox  görmə,  eşitmə,  qoxu)  müxtəlif  ola  bilər.  Məsələn,  görmə 
hallüsinasiyaları kəskin infeksion xəstəliklərdə olur. Xəstə insan, heyvan və ya əcayib varlıqları görür. 
Hallüsinator obrazlar hərəkətsiz olur. Bəzən onlar hərəkət edir, əlvan,  yaxud solğun ola bilər. Bəzən 
xəstə  özü  də  həmin  səhnədə  iştirak  edir.  Eşitmə  hallüsinasiyaları  tez-tez  rast  gəlinir.  Xəstə  müxtəlif 
səslər  və  ya  insan  səsləri  eşidir.  Səslər  tanış  və  yad  ola  bilər.  İmperativ  (əmretmə)  hallüsinasiyalar 
zamanı  xəstələrə  müxtəlif  əmrlərlə  müəyyən  hərəkət  etməyə  məcbur  edirlər.  Qoxu  hallüsinasiyaları 
şizofreniyada daha çox rast gəlinir. Xəstə müxtəlif xoşagəlməz iylər hiss edir. Onlar ya burnunu sıxır, 
ya da burun deşiklərinə pambıq soxurlar. Xəstələrin hallüsinasiyalara münasibəti kritik və qeyri kritik 
ola bilər. Kritik münasibət zamanı onlar hallüsinasiyaları xəstəlik əlaməti kimi başa düşür. Bəzən onlar 
işləməyə  davam  edir  və  ətrafdakılardan  öz  hallüsinasiyalarını  gizlətməyə  çalışırlar.  Qeyri-kritik 
münasibət  zamanı  hallüsinator  səslər  real  qəbul  edilir.  Enteroseptiv  hallüsinasiyalar  zamanı  bədəndə 
müxtəlif xoşagəlməz hisslər olur (bədəndən elektrik cərəyanı keçməsi, xüsusi təzyiq). Hallüsinasiyalar 
hansı  duyğu  orqanına  aid  olmasından  asılı  olmayaraq  həqiqi  və  yalançı  olmaqla  iki  yerə  bölünür. 
Həqiqi  hallüsinasiyaların  obyekti  (hallüsinator  obraz)  orqanizmdən  kənar  mühitdə  yerləşmiş  olur. 
Məsələn,  ”səs”  divarın  arxasından,  küçədən,  qoxu  o  biri  otaqdan  gəlir  və  s.  Yalançı  hallüsinasiyalar 
(psevdahallüsinasiyalar) daha mürəkkəb xarakterli olub, təkcə qavramanı deyil, eyni zamanda təfəkkür 
sferasını  da  əhatə  edir.  Bu  zaman  hallüsinator  obraz  orqanizmin  özündə  yerləşir.  Beləki,  xəstə  səsi, 
qoxunu,  əcaib  heyvanı  bədəninin  daxilində  hiss  edir.  Yəni  onlar  öz  “daxili  qulağı”  ilə  eşidir,  daxili 
gözü”  ilə  görür.  Həqiqi  hallüsinasiyalar  alkaqol,  travmatik,  orqanik  psixozlarda  rast  gəlinir. 
Psevdohallüsinasiyalar 
Kandinski-klerambo 
sindromunda və şizofreniyada müşahidə olunur. 
Psixosensor  pozuntular  mərkəzi  sinir 
sistemində  sensor  sintez  prosesinin  pozulması 
nəticəsində meydana çıxır. 3 formada rast  gəlinir: 
1)  makrospiya  -  ətrafdakı  əşyaların,  ölçüsündən 
böyük  qavranılması;  2)  mikropsiya  -  əşyaların 
ölçüsündən kiçik qavranılması; 3) dismeqalopsiya 
–  cisimlər  həcmcə  deyil,  formaca  dəyişilmiş 
qavranılır. Xəstəyə elə gəlir ki, bütün bədəni və ya 
ayrı-ayrı  orqanları  mütənasib  şəkildə  böyüyüb. 
Mərkəzi  sinir  sisteminin  orqanik  xəstəliklərində 
və 
şizofreniyada  rast  gəlinən  psixosensor 
pozuntular  xeyli  müddət  davam  edə  bilər. 
Psixosenzor pozuntular ətrafındakım cisimlərə aid 
olarsa  buna  derealizasiya,  orqanizmin  öz 
hissələrinə aid olarsa depersonalizasiya adlanır.  
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 69
 
 
Təfəkkür pozuntuları 
 
Təfəkkür  –  ali  psixi  fəaliyyətin  insana  məxsus  bir  forması  olub  cisim  və  hadisələrdən,  onlar 
arsındakı  əlaqə  və  qanunauyğunluqlardan  əqli  nəticə  çıxarmaq  qabiliyyətinə  deyilir.  Təfəkkür 
prosesinin əsasını əqli qabilyyət (insana məxsus olan həyat 
təcrübəsi,  bilik  ehtiyatları)  təşkil  edir.  Təfəkkürün  ifadə 
forması nitq və yazıdır. 
Təfəkkür pozulması özünü iki formada göstərir  
1) Təfəkkürün kəmiyyətcə (formaca) pozulması.  
2) Təfəkkürün keyfiyyətcə (məzmunca) pozulması 
Təfəkkürün  kəmiyyət  pozuntularına  aşağıdakılar 
aiddir:  
1. Təfəkkürün sürətlənməsi, fikirlərin axını, sürətlə 
bir-birini  əvəz  etməsi  şəklində  təzahür  edir.  Nitq  itiləşmiş 
və  anlaşılmaz  olur.  Xəstələr  bəzən  sözləri  ardıcıl  ifadə 
etməkdə  çətinlik  çəkirlər.  Belə  hal,  manikal  depressiv 
psixozun (MDP) manikal fazası üçün xarakterikdir.  
2.  Təfəkkürün  ləngiməsi.  Bu  zaman  xəstələr 
çətinliklə  danışır.  fikirlər  sanki  tormozlanmış  olur.  Belə 
xəstələr  bütün  günü  danışmaya  bilər,  sanki  onların 
danışmağa  marağı  yoxdur.  MDP-nin  depressiv  fazasında, 
digər depressiyalarda, şizofreniya xəstəliyində rast gəlinir.  
3.  Təfəkkürün 
patoloji  müfəssəlliyi.  Nitqin 
(fikirlərin) ləngiməsi, eyni zamanda uzunçuluğu ilə diqqəti 
cəlb  edir.  Belə  pozuntusu  olan  şəxslər  bir  söhbətdən  digərinə  keçə  bilmir,  “yerində  sayır”.  Onlar 
söhbətin  əsas  məzmununu  lazımsız  fikirlərlə  doldurur,  belə  adamları  dinləmək  yorucu  olur. 
Epilepsiyada olur.  
4. Təfəkkürün (nitqin) qırıqlığı, fikirlərin dolaşıqlığı, əlaqəsizliyi, “söz yığımı”şəklində təzahür 
edir.  
5.  Autistik  təfəkkür real həyatdan uzaqlaşmaq, xəstənin daxili aləmi ilə (səhv təsəvvürləri ilə) 
bağlı, obyektiv təcrübəyə əsaslanmayan, dialektik izaha tabe olmayan təfəkkür formasıdır. Şizofreniya 
xəstəliyində autizm sindromu çərçıvəsində rast gəlinir.  
6. Rezonyorluq – boş mühakimələr, mənasız sözlərdən ibarət nitq formasında özünü göstərir.  
7.  Təfəkkürün  perseverasiyası.  Təfəkkürün  müfəssəliyindən  fərqli  olaraq  burada  xəstənin  öz 
cavablarını təkrar etməsi diqqəti cəlb edir.  
8.  Stereopit  təfəkkür.  Eyni  sözlərin  və  fikirlərin 
məcburi  təkrar  olunması  kimi  özünü  göstərir.  Bəzən  eyni 
hərəkətlərin təkrarı ilə birlikdə təzahür edir.  
9.  Məntiqsiz  təfəkkür.  Fikirlərin  məntiqsizliyi, 
bəzən  əlaqəsizliyi  ilə  xarakterizə  olunur.  Hadisələri  izah 
edərkən belə şəxslər nəinki səhv edir, mənasız, ziddiyyətli 
mülahizələr  yürüdür,  eyni  zamanda  ağla  sığmayan 
əhvalatlar danışırlar.  
10. 
Təfəkkürün 
ambivalentliyi  (qoşalaşması) 
xəstədə  eyni  vaxtda  bir-birinə  zidd  fikirlərin  meydana 
çıxmasıdır.  Məsələn:  xəstə  ona  vurulan  iynəni  ən  güclü 
müalicəvi təsirə malik dərman, həm də xərçəng xəstəliyinə 
səbəb olan maddə hesab edir.  
11.  Simvolik  təfəkkür.  Normal  mühakimələrin 
məntiqsiz,  mənasız  müəyyən  simvollarla  bağlı  olan 
mühakimələrlə əlaqələndirilmişdir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 70
 
 
12. Neologizm psixi pozuntu ilə əlaqədar meydana çıxan yeni sözlərə, ifadələrə deyilir. Xəstələr 
bu sözlərə xüsusi mənalar verir, sonralar isə (sağalarkən) onu unudurlar. 
  Təfəkkürün keyfiyyət pozuntularına aĢağıdakılar aiddir:  
1) sayıqlama ideyaları; 
2) sarışan hallar; 
3) yüksək qiymətli ideyalar.  
  Sayıqlama  ideyaları-psixi  xəstəliklərlə  əlaqədar,  əsassız  yaranan  və  həmin  şəxs  tərəfindən 
tənqidi münasibət bəslənilməyən əqli nəticələrə deyilir.  
  AĢağıdakı formaları var:  
1. Münasibət sayıqlamaları. Bu zaman xəstə elə hesab edirki, ətraf mühitdə olan hər şey onlarla 
müəyyən dərəcədə əlaqədardır. Xəstəyə elə gəlir ki, bütün tanışlar və yadlar ona mənalı surətdə baxır, 
pıçıldaşır, onu lağa qoyur və s.  
2.  Təqib  sayıqlamaları  zamanı  xəstələrə  elə  gəlir  ki,  bir  qrup  adamlar,  bəzən  isə  bir  nəfər 
naməlum şəxs “xüsusi tapşırığa” əsasən onu izləyir.  
3. Təsir sayıqlamalarında xəstə güman edir ki, ona müxtəlif vasıtələrlə, məsələn, hipnoz, rentgen 
və  lazer  şüaları  ilə  təsir  göstərirlər.  Onların  fikirlərini  çaşdırır,  hərəkətlərinə  mane  olur  və  ya  onu 
xəstələnməyə vadar edirlər.  
4.  Zəhərlənmə  sayıqlamalarında  xəstə  söyləyir  ki,  onu  zəhərləmək  istəyirlər,  yeməklərinə 
dərman tökürlıər. Belə xəstələr yeməkdən, dərmandan imtina edirlər.  
5. İpoxondrik sayıqlama. belə xəstələrə elə gəlir ki, onlar ağır xəstədirlər, bədənləri,  
orqanları parçalanır, çürüyür və s.  
6.  Özünü  böyütmə  sayıqlamaları  zamanı  xəstələr  özlərini  həddindən  artıq  gözəl,  qeyri  adi 
istedada malik şəxs hesab edir, olduqca dövlətli, güclü, bilikli olduqlarını söyləyirlər.  
7. Özünü təqsirləndirmə sayıqlamalarında xəstələrə elə gəlir ki, onların həyatı səhv hərəkətlərlə 
doludur, onlar cinayətkardır və s.  
  Bütün bu sayıqlama ideyaları bir neçə sayıqlama sindromlarını təĢkil edir:  
1)  paranoyal  sindrom  –  yanlış  ideyalara,  lakin  doğru  sübutlara  əsaslanır.  Təqib,  qısqanclıq, 
ipoxondrik sayıqlamalar və s. ibarətdir.  
2)  paranoid  sindrom  –  bu  sayıqlama  sistemsiz,  yalançı  ideyalara  əsaslanır.  Obrazlı  sayıqlama, 
eşitmə  hallüsinasiyaları,  həyəcan,  əhvali-ruhiyyənin  enməsi  ilə  xarakterizə  olunur.  Bir  variantı  da 
Kandinski-Klerambo  sindromudur,  (psevdohallüsinasiyalar.  təqib  və  təsir  sayıqlamaları,  psixi 
avtomatizmlər)  
3)  Parafren  sindrom  –  fantastik  məzmunlu  sistemləşmiş  sayıqlamalar  əhvali-ruhiyyənin 
dəyişkənliyi ilə birgə olur.  
  SarıĢan  hallar-  Şəxsin  iradəsindən  asılı  olmayaraq  meydana  çıxan,  lakin  xəstə  tərəfindən 
tənqidi  münasibət  bəslənilən  yersiz,  arzuolunmaz  fikirlərə,  xatırlamalara,  qorxulara,  hərəkətlərə  və 
meyllərə sarışan hallar (ideyalar) deyilir. Xəstələr sarışan ideyalar üzərində öz hakimiyyətini itirmirlər. 
İradənin köməyi ilə bu fikirləri özlərindən uzaqlaşdırmağa cəhd göstərirlər.  
  AĢağıdakı formaları var:  
1. Sarışan fikirlər-istənilmədən yaranan yersiz fikirlər.  
2. Sarışan şübhələr – daima öz hərəkətlərinin, nitqinin düzgün olmamasından şübhələnirlər.  
3.  sarışan  meyillər  –  mənasız,  təhlükəli,  ləyaqətsiz  bir  iş  görməyə  şiddətli  meylin  əmələ 
gəlməsidir.  
4.  Sarışan  hərəkətlər  -  qorxu  və  şübhələrdən  azad  olmaq  üçün  müəyyən  hərəkətlər  edir.  Bu 
sarışan rituallar adlanır.  
5. Sarışan xatırlamalar zamanı xəstə qorxulu, bəzən də mənasız hadisələri yadına salır.  
6. Sarışan qorxular və ya fobiyalar bir neçə formada ola bilər: oksifobiya-iti əşyadan qorxmaq, 
klaustrofobiya-qapalı  yerdən  qorxmaq,  akrofobiya-hündürlükdən  qorxmaq,  tonofobiya-ölümdən 
qorxmaq və s.  
  Yüksək  qiymətli  ideyalar-Real  varlığa  əsasən  əmələ  gələn,  böyük  emosional  gərginliklə 
müşayiət  olunan  və  düşüncədə  üstün  yer  tutan  səhv  mühakimələrə  yüksək  qiymətli  ideyalar  deyilir. 
Onları  sayıqlama  ideyalarından  ayıran  əsas  cəhət  real  hadisələrlə  əlaqədar  olmasıdır.  Müəyyən 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 71
 
 
haqsızlıqdan  incimiş  şəxs  onu  unuda  bilmir,  hadisəni  aramsız  təhlil  edir.  Bu  hissiyyat  onun 
düşüncəsuində  dominantlıq  təşkil  edir  və  intiqam  əhvali-ruhiyyəsi  yaradır.  Bu  psixopatlarda, 
şizofreniyada olur. Yüksək qiymətli  ideyalar sayıqlama ilə səhv  fikirlər  arasında  olan  vəziyyətlər  və 
patoloji hal sayılır.  
 
DüĢüncə pozuntuları 
 
Düşüncə  ali  sinir  fəaliyyətinin  ən  yüksək  forması  olub  real  varlığı  hər  tərəfli  əks  etdirir. 
DüĢüncənin kobud pozuntularını Ģərti olaraq iki qrupa bölmək olar:  
1.  DüĢüncənin  kəmiyyət  pozuntuları.  Burada  düşüncənin  keyləşməsindən  tam  itməsinədək 
təzahür  edən  sindromlar  (obnubilyasiya,  somnolensiya,  sopor  və  koma  halları  aiddir.  Bu  pozuntular 
üçün xarakterik cəhət psixopotoloji simptomların olmamasıdır. Düşüncənin keyləşməsi - qavramanın 
ləngiməsi  və  bununla  əlaqədar  xarici  aləmlə  əlaqənin  çətinləşməsi  ilə  xarakterizə  edilir.  Yalnız  ən 
güclü  qıcıqlara  qarşı  cavab  reaksiyası  mümkün  olur.  Orqanizmə  təsir  edən  qıcıqların  çox  hissəsi 
qavranılmır,  təhlil  olunmur  və  beləliklə  normal  psixi  fəaliyyət  pozulur.  Belə  hal  keçirən  xəstə,  süst, 
yuxulu görünür və mühitə qarşı bələdliyi pozulur. 
KeyləĢmə ağırlıq dərəcəsinə görə bir neçə formaya bölünür.  
1.  Obnubilyasiya  –  (latınca  ob-öndə.  qarşıda,  nubes-bulud,  duman  deməkdir)  keyləşmənin  ən 
yüngül  forması  olub  arabir  düşüncənin  pozularaq  yenidən  aydınlaşması  ilə  xarakterizə  olunur.  Bu 
zaman xəstə ətrafını sanki normal sezir. bəzi suallara düzgün cavab verir. Lakin elə həmin an dediyini 
unudur,  kiminlə  söhbət  etdiyini,  harada  olduğunu  bilmir.  Bu  hal,  adətən,  intoksikasiya  keçirən 
xəstələrdə müşahidə edilir. 
2.  Somnolensiya-yarıyuxulu  hal  kimi  təsvir  oluna 
bilər.  
3.  Sopor-əvvəl  təsvir  edilən  halların  inkişaf  edərək 
daha  da  ağırlaşması  kimi  və  ya  müstəqil  olaraq  birbaşa 
meydana  çıxa  bilər.  Xəstə  yuxulu  adamı  xatırladır.  Ətraf 
qıcıqlara  reaksiya  vermir,  qıcıq  gücləndikdə  isə  xaotik 
hərəkətlər edir.  
4.  Koma-düşüncənin  pozulmasının  ən  ağır  dərəcəsi 
olub  xarici  aləmlə  əlaqənin  tam  itməsi  və  bir  sıra  şərtsiz 
reflekslərin  (bəbəyin  işığa  reaksiyası,  ağrı  hissi)  sönməsi 
ilə  xarakterizə  olunur.  Bəbəklər  gen  əlir,  işığa  reaksiyası 
olmur. Xəstənin qan təzyiqi enir, tənəffüsü seyrək və dərin 
olur. Xəstə öz halından çıxdıqdan sonra tam amneziya olur.  
2.  DüĢüncənin  keyfiyyət  pozuntuları  zamanı  isə 
xəstədə  ətrafı  və  özünüdərketmənin  pozulması  ilə  yanaşı 
psixopatoloji 
əlamətlər  də  (illüziya,  hallüsinasiya, 
sayıqlamalar  və  s.)  meydana  çıxır.  Həmin  sindromlara  deliriy,  oneyroid,  alaqaranlıq  hal,  amneziya 
aiddir.  
Deliriy.  Bu  zaman  özünü  dərketmə  saxlanılır,  mühiti  dərketmə  pozulur.  Xəstələrin  xarıci 
görkəmi kəskin psixotik halın olmasını göstərir. Müxtəlif məzmunlu hallüsinasiyalar (xüsusən görmə), 
sayıqlamalar,  affektiv  əlamətlər  (qorxu,  təşviş)  müşahidə  olunur.  Göstərilən  bu  əlamətlər  tədricən 
inkişaf edir. Gün  ərzində xəstənin  vəziyyəti bir  neçə dəfə dəyişə bilər.  Deliriy  halının  şiddətlənməsi 
əksərən axşamlar qeyd olunur. Qorxu və təşviş keçirən xəstələr onlara “hücum edən” vəhşi heyvandan, 
əcayib  insanlardan  qorunmaq  üçün  hardasa  gizlənməyə  cəhd  göstərir.  Bəzən  isə  özlərini  pəncərədən 
atmağa  belə  “məcbur  olurlar”  xəstələrin  gözlənilməz  hərəkətlərinin  qarşısını  almaq  üçün  təcili 
tədbirlər  görülməlidir.  Öz  halından  çıxdıqdan  sonra  xəstələr  olmuş  hadisələrin  əksər  hissəsini 
unudurlar.  
Oneyroid.  (“oneiros”  sözündən  götürülüb  yunanca  yuxu  deməkdir).  Bu  zaman  özünə  bələdlik 
tam,  mühitə  bələdlik  isə  nisbətən  pozulur.  Xəstə  yuxulu  və  ya  xəyala  dalmış  adamı  xatırladır. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 72
 
 
Psevdohallüsinasiyaların  olması  xarakterik  əlamətlərdəndir.  İllüziyalar,  hallüsinasiyalar  yuxuya 
bənzərliyi ilə fərqlənir. Vaxtın düzgün dərk olunması pozulur, fantastik məzmunlu sayıqlamalar qeyd 
olunur.  Oneyroid  hal  keçirən  xəstələrin  daha  bir  xarakter  cəhəti,  özlərini  hallüsina  tor  obrazlar  kimi 
kənardan qavramalarıdır. Xəstələr bəzən özlərini yaşlarına uyğun olmayan tərzdə təqdim edir. Məsələn 
iyirmi yaşlı gənc özünü beli bükülmüş, saçı - saqqalı ağarmış qoca kimi qələmə verir. Bu hal həftələrlə 
davam  edə  bilər,  vəziyyətdən  çıxdıqda  öz  keçirdiyi  hissləri,  iztirabları  danışa  bilir.  Bu  pozğunluq 
şizofreniyada rast gəlinir.  
Amensiya. Düşüncənin dərin pozuntusu olub özünü və mühiti dərketmənin tam itməsi ilə diqqəti 
cəlb  edir.  Ağır  xəstəliklərlə:  beynin  infeksion  xəstəlikləri,  doğuşdan  sonrakı  sepsis,  intoksikasiyalar, 
nadir hallarda isə şizofreniya xəstəliyi ilə əlaqədar meydana çıxır. Onlar ətraf mühit ilə əşyalar arsında 
əlaqəni başa düşmürlər. Nitq əlaqəsiz, ətraf mühitin qavranılması qeyri obyektiv olduğu üçün xəstənin 
şikayətlərini  və  sayıqlama  fikirlərini  anlamaq  olmur.  Bəzən  xəstələr  həyəcanlı  olur,  lakin  yataqda 
qalırlar,  suallara  cavab  vermir.  Belə  hal  xəstəliyin  ağırlıq  dərəcəsindən  asılı  olaraq  həftələrlə  davam 
edə bilər. Öz halından çıxdıqdan sonra tam amneziya müşahidə olunur.  
DüĢüncənin  alaqaranlıq  halı  gözlənilmədən  meydana  çıxan,  özünəməxsus  kliniki  mənzərəsi 
olan  spesifik  pozuntudur.  belə  ki,  xarici  mühitdə  cərəyan  edən  hadisələrin,  əşyaların  və  şəxslərin 
əhval-ruhiyyəsinin,  davranışının,  xarici  görkəminin  bir  sıra  spesifik  cəhətləri  diqqəti  cəlb  edir. 
Alaqaranlıq  hal  zamanı  xəstələrin  hərəkətləri  (hətta  mürəkkəb  hərəkət  formaları)  öz  sərrastlığını 
saxlamış  olur.  Bir  sıra  hallarda  xəstələr  tez  bir  zamanda  ətraf  şəxslərin  diqqətini  cəlb  edir.  Eşitmə, 
görmə  illüziyaları,  hallüsinasiyalar,  qorxu  və  təşviş  hissi  olduqda  xəstəni  dərhal  təcrid  etmək, 
xəstəxanaya göndərmək lazımdır.  
DüĢüncənin alaqaranlıq vəziyyətinin bir neçə kliniki variantları vardır:  
a)  Ambulator  avtomatizmi  (latınca  ambulare-gəzmək,  azmaq  deməkdir).  Düşüncənin 
alaqaranlıq  halında  olan  şəxs  mənasız  gəzintilərə  meyl  göstərir.  Günlərlə  kənddən-kəndə,  müxtəlif 
şəhərlərə  “səyahət”edir.  Belə  hallarda  şəxsin  xarici  görkəmi,  adamlara  münasibəti  normal  xarakter 
daşıdığından heç kəsin diqqətini cəlb etmir. Öz halından çıxdıqdan sonra heç nə yadında qalmır. 
b)  Somnambuliya  -  (latınca  sonmuş-yuxu,  ambulare  isə  yuxarıda  qeyd  edildiyi  kimi  gəzmək 
deməkdir.  Xalq  arasında  ay  işığında  gəzmək,  “lunatizm”  adı  ilə  məlum  olan  bu  hal  uşaqlar, 
yeniyetmələr  arasında  daha  çox  təsadüf  edir.  Mərkəzi  sinir  sisteminin  üzvi  xəstəliklərində,  bəzən  isə 
tam sağlam adamlarda rast gəlinir. Gecə yarı, yuxuda olan adam yatağından qalxıb, həyətə çıxaraq tək 
başına gəzişməyə başlayır. Bəzən damın, hasarın, üfüqi vəziyyətdə olan şalbanın, nərdivanın üstü ilə 
yeriyir. Əksər hallarda özləri bəzən isə yaxın adamlarının köməyi ilə şəxs yatağına qaytarılır, yenidən 
yuxusunu davam etdirir. Səhər yuxudan ayılarkən olmuş hadisə haqqında heç nə yadında qalmır. 
c)  Fuqa  (latınca  fuqas-qaçmaq  deməkdir).  Düşüncənin  alaqaranlıq  pozulması  vəziyyətində 
xarakterizə olunan haldır. Belə pozuntu qəflətən başlayır, eləcə də qurtarır. Adətən bir neçə dəqiqədən 
artıq  çəkmir.  Xəstədən  səbəbini  soruşduqda  öz  hərəkətini  heç  nə  ilə  izah  edə  bilmir,  çünki  olmuş 
hadisəni  dərhal  unudur.  Düşüncənin  alaqaranlıq  halı epilepsiya xəstəliyində  (onun parkosizmlərindən 
biri  kimi),  beyinin  üzvi  xəstəliklərində,  travmalarında,  patoloji  sərxoşluq  zamanı  və  s.  hallarda  rast 
gəlinir.  
Depersonalizasiya, derealizasiya sindromu. Depersonalizasiya özünü dərk etmənin pozuntusu 
olub,  bu  zaman  şəxs  özünü  ikiləşmiş  kimi  təsəvvür  edir.  Uzunmüddətli  depersonalizasiya  zamanı 
xəstələr  hərəkətlərinin  onların  iradəsinə  tabe  olmadığını  məcburi,  avtomatik  hərəkətlər  etdiklərini 
söyləyirlər.  
Derealizasiya zamanı xəstələr mühitin yadlaşmasını, yəni ətrafdakı hadisələrin, obyektlərin, eyni 
zamanda  adamların  yadlaşmasını,  əvvəlkinə  bənzəmədiklərini  söyləyirlər.  Bəzən  xəstə  ilk  dəfə 
gördüyü hadisə və mənzərəni əvvəllər görüb bildiyi kimi qavrayır. Epizodik şəkildə təsadüf edən bu 
əlamət derealizasiyanın bir forması kimi qiymətləndirilir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 73
 
 
Diqqət pozuntuları 
 
Psixi  fəaliyyətin  (düşüncənin)  bu  və  ya  başqa  istiqamətə  yönəlməsi  və  hər  hansı  bir  obyekt 
üzərində cəmlənməsi prosesinə diqqət deyilir. Gündəlik həyatımızda, adətən diqqətimiz daha maraqlı, 
məzmunlu obyektlərə doğru yönəlir, normal sayılan bu hal qeyri-ixtiyari diqqət adlanır. İradənin gücü 
ilə diqqətin lazım olan obyektə yönəldilməsi isə ixtiyari diqqət adlanır.  
Psixi əsəb pozuntuları zamanı rast gəlinən diqqət pozuntularına aĢağıdakılar aiddir:  
1.  Diqqətin  davamsızlığı  –  uzun  müddət  diqqətin  müəyyən  hadisə  üzərində  cəmlənə 
bilməməsidir. Bu əlamət əhval-tihiyyənin  yüksək olduğu hallarda (məs: MDP-nin manikal fazasında) 
müşahidə olunur.  
2. Diqqətin ləngiməsi- psixi fəaliyyətin, ümumiyyətlə ləngiməsi hallarında (MDP –nin depressiv 
fazasında) qeyd edilir.  
3. Diqqətin durğunluğu_təfəkkürün və digər psixi funksiyaların durğunluğu fonun da rast gəlinən 
əlamətdir. Epilepsiya xəstəliyində tez-tez rast gəlinir.  
4.  Diqqətin  daralması-beynin 
orqanik 
xəstəliklərində,  xüsusən  beyin 
damarlarının 
ateresklerozunda olur.  
5. Diqqətin zəifləməsi-beynin orqanik pozuntuları ilə əlaqədar olan psixi xəstəliklərdə (epidemik 
ensefalit, kəllə travmalarında) rast gəlinir. 
Patoloji  diqqət  –  belə  pozuntu  zamanı  xəstə  heç  bir  əhəmiyyəti  olmayan.  lazımsız  obyektlərə 
xüsusi diqqət göstərir. Şizofreniya, intoksikasion psixozlarda rasrt gəlinir.  
 
YaddaĢ pozuntuları 
 
Yaddaş insana məxsus olan mühüm psixi proseslərdən biridir. Qazanılmış bilik ehtiyatlarını və 
həyat  təcrübəsini  beyində  saxlamaq  və  lazım  gəldikdə  ondan  istifadə  etmək  qabiliyyətinə  yaddaş 
deyilir.  
YaddaĢ bir-biri ilə əlaqədar olan üç tərkib hissəsindən ibarətdir:  
1. Persepsiya-yada salma 
2. Retensiya-yadda saxlama 
3. Reproduksiya-yadda canlandırma və ya nəql etmə. 
  YaddaĢ pozuntuları 2 qrupa bölünür:  
1. Yaddaşın kəmiyyət pozuntuları.  
2) Yaddaşın keyfiyyət pozuntuları.  
1. YaddaĢın kəmiyyət pozuntularına hipermneziya və hipomneziya aiddir.  
Hipermneziya  yaddaşın  gücləmnməsi  ilə 
xarakterizə  olunur.  MDP  -  nin  maniakal  fazasında, 
infeksion psixozlarda rast gəlinir.  
Hipomneziya 
yaddaşın 
zəifləməsinə 
(enməsinə)  deyilir.  İnsan  yaxşı  bildiyi  şeyləri 
çətinliklə  yada  salır.  Hipomneziya  başlıca  olaraq 
depressiyalarda,  qocalıq  psixozlarında,  beynin 
trvmatik  xəstəliklərində,  MDP-nin 
depressiya 
fazasında, bəzən isə nevrasteniya zamanı müşahidə 
olunur.  
Amneziya  yaddaşın  bu  və  ya  başqa  müddət 
ərzində  tamamilə  itməsidir.  Düşüncənin  pozulması 
ilə  müşayıət  olunan  bütün  hallarda  (koma,  sopor, 
düşüncənin alaqaranlıq, amentiv və deliriyoz halları, 
patoloji  sərxoşluq,  patoloji  affekt  və  s.)  tam 
amneziya  qeyd  olunur.  Travmanın  vaxtından  asılı 
olaraq  o,  bir  neçə  formaya  bölünür:  retroqrad 

Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin