FəNN: “Azrbaycan multikulturalizmi” Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm plan



Yüklə 61,74 Kb.
səhifə4/16
tarix25.03.2022
ölçüsü61,74 Kb.
#54200
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1648228720

Xristianlaşdırma siyasəti.

Azərbaycan torpaqlarınıözünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq vəəsas vasitə kimi götürdüyü xristian ele-mentini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristian-laşdırma siyasətini məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütlə-qiyyət yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya im-periyasının hakim dairələrinin fikrincəölkənin köklüəhalisi yadelli işğalla ba-rışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi dəİslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi.

Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinəçevirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti üçün şərait yaradır. Və işğalın ilk illə-rində fəaliyyət göstərən missioner cəmiyyətləri təkcə pravoslav deyil, ha-belə qeyri-pravoslav yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı ayrı nümayəndələri belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi üçün onların fəaliy-yətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 30-cu illərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel missioner cəmiyyətinin fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən qərarla razılaşmayan Bazel missionerləri, baron Q.V.Rozenə yazdıqları hesabatlarında bölgədə xristianlaşdırma siyasətinə toxunaraq, bildirmişdilər ki, onların cəmiyyətinin əsas məqsədi müsəlman-ları xristianlaşdırmaqdır. Və bunun üçün dəəsas vasitə olaraq Bibliyanın bölgədə təbliği və yayılması məqsədəuyğun hesab edilmişdir. Çünki onların fikrincə dinin və dini baxışların dəyişilməsi üçün “nəinki onilliklər, hətta əsr-lər gərəkdir”. Bu fikri əsas tutan Bazel missionerləri Rusiya rəsmi dairə-lərinin xristianlaşdırma siyasətində kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki, qısa bir zaman çərçivəsində göstərdikləri fəaliy-yət onlara belə bir gerçəkliyi aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklüəhalisi, azərbaycanlıları, xristianlaşdırmaq o qədər də asan deyil. Çünki əsrlərlə Azərbaycan xalqının mentalitetini, özünüdərkini müəyyən-ləşdirən İslam və ,,islam mədəniyyətini şüurlardan silmək mümkün deyil”. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul etməyərək 1837-ci ilin yayında onların fəaliyyətini dayandırmışdı.

Beləliklə, XlX əsrin ikinci otuzilliyində başlayaraq Rusiya imperiyasının Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda apardığı xristianlaşdırma siyasətində yeni istiqamət özünü göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian amilini sadəcə olaraq artırmaq məqsədini əsas götürdüyü uçun xristian dininin ayrı-ayrı konfes-siyalarınıxristianlaşdırma siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası bölgədə siyasi hakimiyyətini bərqərar etmək məqsədi ilə qeyri-pravoslav konfessiyaların, o cümlədən Bazel missi-onerlərinin fəaliyyətini məqsədəuyğun hesab etməyərək onları xristianlaşdırma siyasətindən uzaqlaşdırır və bu siyasətin ana xətti ortodoksal kilsə ilə bağlanılır.

Ölkədə məqsədyönlüşəkildə xristianlığı yaymaq konturları iləçıxış edən Rusiya, Qafqazda pravoslavlığı yayan “Osetin komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib, 1829-cu ildə“Qafqazda pravoslavlığı yayan cəmiyyəti” təsis edir. Və bu qurum 1860-cı ildə fəaliyyətə başlayır. Xristianlığıölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi-abidələrinin mövcud olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. “Qafqazda pravoslavlığı yayan cəmiy-yəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr tikilməyə başlayır və XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zor-xoş xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır və 1863-cü ildə Zaqatalada üsyan başlayır və bu üsyanın əsas səbəblərindən biri məhz xristi-anlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə Qafqaz Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıt-mağa icazə verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən Balakən kilsəsi bağlanılir. Beləliklə, Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasəti mütləqiyyətin göz-lədiyi nəticəni vermir və bunun əsas səbəbi Azərbaycan xalqının İslam dininə olan bağlılığı olur. Bununla belə mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma siyasətini davam etdirilir və bu konturda “Qafqazda pravoslavlığı yayan cəmiy-yət”öz xidmətini göstərir, ölkə quberniyalarında pravoslav kilsələri salınır. Xristian kilsələrinin sürətlə salınması, xüsusən Bakışəhərindəözünü daha qabarıq şəkildə göstərir. Burada xristian abidələrinin salınması rus xristian əhalinin etiqadıüçün şəraitin yaranması məqsədini də güdürdü. Belə ki, neft kapitalının sıçrayışlı inkişafışəhərdə demoqrafik “partlayış”a səbəbə olur. Və 1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakıəhalisi içərisində birinci yeri ruslar, 76.228 nə-fərlə, tutur. Bu ilin göstəricilərinə görəşəhərdə 17 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. Beləliklə, Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının Şərq mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi mərhələsi başlanmışdı.


Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin