FəNN: “Azrbaycan multikulturalizmi” Mövzu 4 : Etnik-milli müxtəliflik və multikulturalizm plan



Yüklə 61,74 Kb.
səhifə3/16
tarix25.03.2022
ölçüsü61,74 Kb.
#54200
1   2   3   4   5   6   7   8   9   ...   16
UNEC 1648228720

Azərbaycan tarixinin alman səhifələri

Köçürmə siyasəti aparan Rusiya, ölkəəhalisinin tərkibinə yeni etnoslar da gətirdi: almanları və rusları.

ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamət-lərindən biri işğal olunmuşəraziyə xristian etnosları köçürmək və xristian elementinin çəki yükünüölkəəhalisinin etno-konfessional nomenklatura-sında artırmaq idi. Yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbay-canın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları salınmış-dı. Alman-kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sa-hələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur.

Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr dəölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş, Azərbaycan tarixindəözünəməxsusu iz qoymuş, ölkədə multikultural mühitin inkişafına təsir gös-tərmişlər. 1899-cu ildə alman memarıİ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını yaxınlaşdırmışdır. Bu dövrdə Azərbay-canın multikultural ənənələrə yaxınlaşmasıözünü başqa sahələrdə də gös-tərmişdir. Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını tə-sis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının vəhdətini nümayiş et-dirmişdir.

İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus mövqeyindən yanaşan Romanovlar RusiyasıХХəsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər. XX əsrin əvvəllərindəölkəəhalisinin tərkibinə qatılan almanların sayı 15.990 nəfərə, çəki yükü isəölkəəhalisinin etnik nomenklaturasında 0,41 %-əçatmışdı.


Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin