Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə246/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   242   243   244   245   246   247   248   249   ...   252
980) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilir?
A) Bronxolitiklər 
B) Diuretiklər 
C) Uroseptiklər 
D) Qlukokortikosteroidlər 
E) Sitostatiklər 
Diuretiklər böyrəklərdə natrium ionların reabsorbsiyasını zəiflədərək suyun orqanizmdən xaric 
olmasını sürətləndirir və nəticədə arterial təzyiqi aşağı salır. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 260 
981) AÇF( adenozin çevirici fermentin ) inhibitorların hansı preparat aiddir?
A) Kaptopril 
B) Anaprilin 
C) İzoptin 
D) Valzartan 
E) Raunatin 
Kaptopril AÇF-in fermentativ təsirini zəiflətməklə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə 
tormozlayıcı təsir göstərir. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 257 
982) Antiaterosklerotik preparatı göstərin.
A) Nitronq 
B) Anaprilin 
C) Nitroqliserin 
D) Dibazol 
E) Simvastatin 
Simvastatin qan plazmasında aşağı və aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır, antiaterogen 
lipoproteinlərin və triqliseridlərin miqdarını isə bir qədər yüksəldir və nəticədə preparat 
aterosklerotik təsir göstərir. 


Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 265 
983) Antiaritmik preparatı göstərin.
A) Lidokain 
B) Nitroqliserin 
C) Dibazol 
D) Raunatin 
E) Papaverin 
Lidokain kardiologiyada aritmiyalar və taxikardiyalar zamanı tədbiq edilir. Aritmiya zamanı 2%-li 
məhlulundan 5-10 ml-lik qlükozanın izotonik məhlulunda vena daxilinə yeridilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 93 
984) Nitroqliserinin təsiri neçə dəqiqədən sonra başlayır?
A) 1-2 dəq. 
B) 35-40 dəq 
C) 10-15 dəq 
D) 15-20 dəq. 
E) 20-30 dəq. 
Nitroqliserinin təsiri olduqca tez (1-2 dəqiqədən sonra) güclü və qısamüddətli (20-30 dəq) ürəyin 
tac damarlarını, beyin qan damarlarını genəldir, saya əzələli orqanları tonusdan salır. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 125 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin