Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Astmatik status zamanı istifadə edilən preparat



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə245/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   241   242   243   244   245   246   247   248   ...   252
975) Astmatik status zamanı istifadə edilən preparat.
A) Salbutamol 
B) Berotek 
C) İntal 
D) Prednizolon 
E) Astmopent 
Ağır bronxial astma tutmaları zamanı (Astmatik status) prednizolon inyeksiya şəklində vena 
daxilinə 500 ml 5%-li qlükoza məhlulunda damcı üsulu ilə yeridilir. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 270 
976) Revmatizmin profilaktikası məqsədilə hansı preparat istifadə edilir?
A) Rifampisin 
B) Bisillin 
C) Tetrasiklin 
D) Oksasillin 
E) Gentamisin 
Bisillin I-V revmatizmdə, revmakarditdə əzələ daxilinə yeridilir. Bisillin V ayda 1 dəfə 1200000 
TV, Bisillin I isə həftədə bir dəfə 300000-600000 TV yeridilir. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 305 
977) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən AÇF(adenozin çevirici fermentin 
inhibitoru) preparatı göstərin.
A) Raunatin 
B) Penisillin 
C) Enalapril 
D) Bendazol(Dibazol) 
E) Papaverin 
Enalapril orqanizmdə hidrolizə uğrayaraq analaprilata çevrilir və bununla da AÇF-i blokada edir. 
Nəticədə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə tormozlayıcı təsir göstərir. Aldosteronun 
ifrazı zəifləyir və arterial təzyiq aşağı düşür 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 259 
978) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən angiotenzin- I reseptorların 
blokatoru hansıdır?
A) Valzartan 
B) Klofelin 
C) Kofein 
D) Furosimid 


E) Dibazol 
Valazartan qan damarlarını genişləndirir, aldosteronun ifrazını zəiflədir və nəticədə arterial təzyiqi 
aşağı salır. 
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 259 
979) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən kalsium ionlarının antaqonisti 
hansıdır?
A) Klofelin 
B) Rausedil 
C) Kaptopril 
D) Enalapril 
E) İzoptin 
İzoptin kalsium ionların ataqonistlərinin əsas nümayəndələrindən biridir. Preparat kalium ionların 
miokardda miqdarını artırır və arterial təzyiqi aşağı salır. 
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 129 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin