Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   2   3   4   5   6   7   8   9   10   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Hicab


 
                                                 
45
 Əbuzöhrə, Malik, s. 145. 
46
 Əsqəlani, Əl-isabət, VII kitab, s 432. 
47
 Buxari, Səhih, I kitab, s. 34. 
48
 Eyni qaynaq. 
49
 Eyni qaynaq.  
50
 Eyni qaynaq.  
 
66

Hicab 
 
 
“Hicab”ın lüğət mənası “pərdə” deməkdir.  İki kişini (erkəyi) bir-
birindən ayıran pərdə deməkdir. Qadınla kişini bir-birindən ayıran pərdə 
anlamında deyildir. Hicabın ortaya çıxışı 627-ci ilə aiddir. Bu ildə hicaba 
işarə edən  Əhzab surəsinin 53-cu ayəsi peyqəmbərə Tanrı  tərəfindən 
gəlmişdir.
1
  
"Ey möminlər sizə yemək izni verilmədən, dəvət edilmədən 
peyqəmbərin otağına girməyin. Peyqəmbərlə görüşməyi səbirsizliklə 
bəkləsəniz də, giriş üçün veriləcək izni gözləməlisiniz. Yemək yediyinizdən 
sonra oranı  tərk edin. Peyqəmbərlə söhbət etməyə başlamayın. Çünkü bu 
davranışınız peyqəmbəri incidir. Yalnız peyqəmbər bunu söyləməyə utanır. 
Tanrı isə doğru olanı bir başa söyləməkdən çəkinməz. Eləcə də peyqəmbərin 
qadınlarından bir şey istəyəcək olsanız, onu bir pərdənin, ya da bir ayrıcın 
arxasından istəyin. Bu şəkildə davranışınız həm sizin üçün həm də 
peyqəmbərin qadınları üçün ən doğru olandır. Peyqəmbərdən sonra onun 
qadınları ilə evlənməyi ağlınızdan keçirməyin. Belə bir istəyi ağlınızdan 
keçirmək Tanrı qatında ən böyük suç sayılmaqdadır."
2
  
Fəqihlər (islam bilimciləri) “Hicab ayəsinin endiriliş səbəbi” ibarəsini 
yazırlar. Bu ibarədən məqsəd,  əslində eyni zamanda baş vermiş iki ayrı 
içərikli hadisə olmuşdur. Bir tərəfdən, bu ayənin peyqəmbərə  gəlişi, fikir 
məzmunu olan Tanrının açınımıdır (vəhyidir) digər tərəfdən, “hicab” 
ayəsinin nüzulu obyektiv bir olaydır. Peyqəmbər özü ilə evdəki kişi arasına 
bir pərdə  çəkmişdir. “Hicab” ayəsi peyqəmbər üçün sakitliyi təmin etmək 
amacı ilə toy gecəsi endirilmişdir. Yəni toy gecəsi üçüncü şəxsin 
peyqəmbərin otağına gəlişini və girişini  əngəlləmək hədəfi ilə bu ayə 
gəlmişdir. Bu şəxs peyqəmbərin səhabilərindən biri olan Üns ibni Malik idi. 
Şahidi olduğu macəranı Üns ətraflı  şərh etmişdir. Bu hadisə müsəlman 
qadınların həyatını  dərindən etkilədiyi üçün Malikoğlu Ünsün söylədikləri 
çox önəmlidir. O zaman peyqəmbər yenicə evlənmişdi və səbirsizliklə yeni 
qadını Zeynəblə birlikdə olmaq istəyirdi. Nə zaman gəlib nə zaman 
gedəcəklərini bilməyən kiçik bir qrup adam gecənin yarısına baxmayaraq, 
hələ  də peyqəmbərin evində oturub söhbətləşirdilər. Söhbətlərin gedişi də 
onların bu tezliklə peyqəmbərin evini tərk etməyəcəklərini göstərirdi. 
Təbərinin yazdığına görə, “hicab” ayəsi nəzakətsiz davranışları ilə 
                                                 
1
 İbni Sə´d, Təbəqat, VIII kitab, s. 174. 
2
 Quran, Əhzab surəsi, 53-cü ayə. 
 
67

peyqəmbəri incidən bu kiçik qrupa Tanrının verdiyi cavab olmuşdur. Ünsün 
izahlarını Təbəri bu şəkildə anladır:  
“Peyqəmbər Cehşin qızı Zeynəblə evlənmişdi. Bəzi səhabiləri  şama 
dəvət etmək üçün mən görəvlənmişdim. Çox adam gəlmişdi. Onlar şam 
yedikdən sonra peyqəmbərin evini tərk etdilər. Mən peyqəmbərə dedim: Ey 
Tanrının elçisi bir çoxlarını dəvət etdim, artıq çağrılası kimsə qalmadı. Qısa 
bir sürədən sonra peyqəmbər dedi: Qonaqlığa artıq son ver. Qonaqlar 
getsinlər artıq. Zeynəb otağın küncündə oturmuşdu. O çox gözəl bir qadın 
idi. Gecə yarı olmuşdu. Üç nəfərdən başqa bütün qonaqlar peyqəmbərin 
evini tərk etmişdi. Bu üç nəfər öz söhbətlərinə davam edirdilər. Çox üzgün 
görünən peyqəmbər otağı  tərk edib Ayişənin otağına gedib onunla 
salamlaşdı. Ayişə peyqəmbərə dedi: "Yeni qadınınız necədir, gözəlmi?” 
Peyqəmbər bütün qadınlarının otaqlarına baş  çəkib yenə  də Zeynəbin 
otağına gəldi. Peyqəmbər gördü ki, o üç kişi hələ də getməmiş, söhbətlərinə 
davam edirlər. Peyqəmbər çox ədəbli və  səbirli idi. O, bir daha oranı  tərk 
edib Ayişənin otağına girdi. Daha sonra, tam olaraq xatırlaya bilmirəm, mən 
və ya bir başqası o üç kişinin getdiklərini peyqəmbərə bildirdik. O, Zeynəbin 
otağına geri döndü. Bir ayağını otağa qoyub digər ayağını qapının arxasında 
saxlayaraq özü ilə  mənim arama bir pərdə  çəkdi. Tam bu zaman “hicab” 
ayəsi peyqəmbərə Tanrı qatından endirildi.”
3
Təbəri bu rəvayətdə sanki bir-birinə qarışdırılmış “hicab” və “pərdə” 
qavramlarını  gətirmişdir. Gəlin bu rəvayətin incə yerlərinə bir daha nəzər 
salalım:  
1. Üns´ün dediyinə görə, peyqəmbər pərdəni çəkərkən, elə sözlər 
tələffüz etmiş ki, daha sonra Əhzab surəsinin 53-cü ayəsi kimi şəkillənmişdir 
və alimlər ona “Hicab” ayəsi adını vermişlər. Bu sözləri peyqəmbər pərdəni 
asarkən, zümzümə etmiş  və Üns də onu eşitmişdir. Tanrının peyqəmbərə 
göndərdiyi bu vəhy elə bir zamanda Məhəmmədə  gəlmiş ki, o, evdə ona 
mane olanlarla necə davranacağını bilmir. Quranın, peyqəmbərin gündəlik 
həyatı  və toplumun gündəlik ehtiyacları ilə  sıx  əlaqədə olan bir kitab 
olduğunu unutmamalıyıq. Bu ayə xüsusi bir şəraitdə bəlli bir problemə görə 
gəlmişdir.  
2. Peyqəmbər Cehş  qızı Zeynəblə evliliyini bir şölən  şəklində 
keçirirdi.  
3. Demək olar ki, Mədinənin bütün müsəlmanlarını peyqəmbər öz toy 
şöləninə çağırmışdı.  
                                                 
3
 Təbəri, Təfsir, Dar-ül Mərifət, XXII kitab, s. 26.  
 
68

4. Üç kişi istisna olmaqla bütün qonaqlar getmişlər. Üç nəfər 
peyqəmbərin öz yeni xanımı ilə bərabər olmasını düşünmür və söhbətlərini 
uzatmaqla peyqəmbərə mane olmaqdadırlar.  
5. Peyqəmbər  əsəbləşib həyətə  çıxır. Odaya döndüyündə yenə  də 
onların getmədiklərini görür və yenə oranı  tərk edib onların getmələrini 
bəkləyir.  
6. Bir daha geri döndüyündə Tanrı “hicab” ayəsini nazil edir.  
7. Peyqəmbər Tanrının göndərdiyi ayəni tələffüz edə-edə özü ilə Üns 
arasına pərdə çəkir.  
Təbəri “Hicab ayəsinin nüzulu” ilə bağlı peyqəmbərin o andakı əsəbi 
durumuna işarə etməmişdir. Peyqəmbərin gərgin və sinirli ruh halı bu ayənin 
gəlişini sürətləndirmişdir. Başqa bir deyişlə, bu silsilə hadisələrin sürəti, yəni 
peyqəmbərin  əsəbiliyi və Tanrının peyqəmbərin ruh halına olan təpkisi bu 
ayənin nüzulu ilə tamamlanmışdır. Bir çox hallarda peyqəmbərin bir 
vəziyətlə  məşğul olması  və eyni vəziyətlə bağlı ayənin gəlişi arasında qısa 
zaman ara olmuşdur. Ancaq hicab mövzusunda istisna bir durum ortaya 
çıxmışdır. Peyqəmbərin ağlında dolaşan mövzu ilə  vəhy arasındakı zaman 
arasız olmuşdur. Peyqəmbər çox dözümlü idi və heç bir zaman hadisələrə 
dərhal təpki göstərmirdi. Bir çətinliklə rastlandığında bütün gün fikirləşirdi. 
Bu üzdən də müsəlmanlar peyqəmbərdən dərhal cavab eşitməməyə 
alışmışdılar. Çox sərt ənənələri olan ərəb qəbilələri arasında doğru qərar verə 
bilmək üçün bu xüsusiyət peyqəmbəri daha da gücləndirirdi. Peyqəmbərin 
vəziyətini anladan tarixi kitablar onun çox vüqarlı  və  təmkinli olduğunda 
həmfikirdilər: 
"Peyqəmbər orta boylu idi. Nə çox uzun, nə  də çox qısa boylu idi. 
Qalın saçlı, qara gözlü, gülgün və gözəl görünümlü idi. Qalın saqqalı bütün 
sifətini örtmüşdü. Uzun qara saçları çiyinlərinə tökülürdü. Peyqəmbərin 
sifətində elə bir məlahət, cazibə  və gözəllik var idi ki, bir dəfə baxmaqla 
doymaq olmurdu. Onu görən və eşidən hər kəs etiraf edir ki, bu günə qədər 
onun kimi cazibəli və natiq birisinə rast gəlməyibdir.
4

Ən kiçik problemlərin həlli üçün dərhal qılınca əl atmağı çözüm kimi 
görən bir toplumda peyqəmbərin səbri və təmkini bir istisna təşkil edirdi. O, 
insanları cəlb etmək, onları səbrlə dinləmək üçün özəl metod gəlişdirmişdi. 
Hətta  əsəbi və  nəzakətsiz insanları da səbrlə dinləyirdi.  Əgər bütün bu 
özəllikləri öz şəxsiyətində birləşdirməsə idi, o zamankı  ərəb toplumu 
gerçəkliyində qalib gələ bilməzdi. Hələ  gənc yaşlarında ikən onun bu 
özəlləilkəri qəbilələrin ona güvənməsinə  səbəb olmuşdu. Qəbilələr 
arasındakı ixtilafların çözülməsi üçün ona müraciət edirdilər.  İndi belə bir 
                                                 
4
 Tabari, Mohammed, Sceau des prophetes, s. 337. 
 
69

soru ortaya çıxır: bu qədər səbrli və təmkinli insanın kiçik bir əsəbiliyi nədən 
islam məkanını ikiyə bölən bir qərarın ortaya çıxmasına səbəb olur? Tarixi 
şərait bu müəmmanı  kəşf etmək üçün bizə kömək edir. Hicrətin 5-ci ili 
keçən illərdən fərqli idi. Peyqəmbər üçün o il ən faciəvi il idi. Gəlin bir neçə 
il daha geri dönəlim. Peyqəmbər öz şəhrində əziyət edilir. Məkkəni tərk edib 
Mədinənin qəbilələrindən birinə  sığınmaq istəyir.  Şəhərli ilə  kəndlinin bir-
birinə qarışdığı  Mədinə bütün ərəblərin inancına, xüsusən zəngin 
məkkəlilərin inancına meydan oxuyan Məhəmmədə sığınacaq verə bilməzdi. 
Olaylara gerçəkçi bir məntiqlə baxalım. Peyqəmbərin böyük uğurlarının 
təməlində onun iradəsi və səbri dururdu. Kəbəni fəth etmək istərkən, məğlub 
olub Məkkədən gedərkən bilirdi ki, bir daha Məkkəyə dönməli və oranı fəth 
etməlidir. Məkkə əhalisi də bunun bilincində idi, bu üzdən də Məhəmmədin 
Məkkəyə dönüşünü  əngəlləməyə çalışırdılar. Bu səbəbdən də  Məhəmmədə 
sığınacaq verən hər kəs Məkkənin  ən iqtidarlı  qəbilələri ilə qarşı-qarşıya 
gəlməyi göz önündə bulundurmalı idi. Peyqəmbər özü Qüreyş qəbiləsindən 
idi. Ancaq Məhəmmədin davranışları Qüreyşin mənafeyini təhlükəyə 
soxmuşdur.  
Peyqəmbər bilirdi ki, Mədinə  əhalisi ondan hərbi qələbə 
bəkləməkdədir. Savaşlardakı  qələbə çox lazım və önəmli idi, çünkü 
mühacirlərdə özünə güvən duyğusunu gücləndirə bilərdi. Həm də bu qələbə 
“mədinəlilərə islama qatılmaqda yanılmırsınız” mesajını verə bilərdi. 
Hicrətin üçüncü ilində müsəlmanlar Ühüd savaşında məğlub olmuşdular. Bu 
məğlubiyət böyük bir durğunluq yaratmışdı ki, onun əsəri hicrətin 5-ci ilində 
də görünməkdədir. Hicrətin ikinci ilində Bədr savaşındakı qələbənin dadını 
dadan Məhəmmədin ordusu üçün Ühüd məğlubiyəti çox dərin mənfi təsir 
buraxmışdı. "Bədr savaşında müsəlman ordusunun miqdarı düşməninki ilə 
qiyasda çox az idi. Müsəlmanların sayı bu savaşda 314 nəfər idi. 83 nəfər 
məkkəli və 231 nəfər də mədinəli idi. Bu 231 nəfərin 61 nəfəri Us və 170 
nəfəri isə Xəzrəc qəbiləsindən idi."
5
 "Qarşı tərəfin ordusu, yəni məkkəlilərin 
sayı 950 nəfər idi. 100 nəfər atlı  və qalanları isə  dəvəli idilər."
6
  Bədr 
təpəsinin ətrafında savaş başladığında: 
Peyqəmbər və Əbubəkir xeyməyə (savaş meydanında qurulan alaçıq) 
daxil oldular. Bir daha diz çöküb ağlayaraq Tanrının qarşısında bu şəkildə 
dua etdilər: “Ey böyük Tanrı,  əgər bizimlə olan bu az sayıda müsəlmanlar 
məğlub olub qətl edilsələr, artıq sənin əmrlərini yerinə yetirəcək müsəlman 
qalmayacaqdır. Bütün möminlər gerçək dini unudacaqlar.”
7
 "Bu duadan 
sonra Tanrı 5000 gözə görünməz savaşçı  mələk müsəlmanların yardımına 
                                                 
5
 İbni Hişam, Səyərə, IX kitab, s. 364. 
6
 Tabari, Mohammed, Sceau des prophetes, s. 150. 
7
 Eyni qaynaq, s. 156. 
 
70

göndərdi."
8
 Ancaq peyqəmbər, sadəcə dua ilə yetinmədi. Bütün savaş 
taktikalarını  həyata keçirdi: düşmənin imkanları haqqında bilgi toplama, 
savaş gedən məntəqənin özəlliyini yaxşı tanıma, düşmən ordusundakı 
nüfuzlu şəxslərlə gizlin təmas kimi bütün metodlardan faydalanırdı.  
"Peyqəmbər uzunca dua etdikdən sonra xeymədən çıxdı. Müsəlman 
peyqəmbərin  ətrafına toplaşdılar. Peyqəmbər  əlində bir qılıncla öz 
ordusunun önündən keçir və onların hazırlıqlarını yoxlayırdı. Yoxlama 
zamanı Ənsara mənsub olan Süveyd ibni Qəziyə adında bir əsgər bir azcıq 
sıradan çıxmış və düzən pozuq görünürdü. Peyqəmbər əlindəki oxun çubuğu 
ilə onun qarnına vuraraq düzənə diqqət etməsini istədi."
9
 "Düşmən böyük 
itki verdi. 72 nəfər öldü və bir o qədər də əsir düşdü. Müsəlmanlardan isə, 
yalnız 14 nəfər ölmüşdü."
10
 Əsir düşənlərin çoxu aristokratlardan olduqları 
üçün onların qohumları  əsirlərin azadlıqları qarşısında çoxlu para və 
qiymətli əşya ödəməli idilər. Beləliklə, müsəlmanlar bolluca savaş qəniməti 
əldə etdilər.  
Bədr savaşındakı bu qələbə 13 ay sonra baş verən Ühüd savaşında 
təkrarlanmadı. Ühüd savaşında müsəlmanlar böyük düzənli bir ordu ilə 
qarşılaşdılar.
*
  
Müsəlmanların qarşısında məkkəlilərin 3000 silahlı  əsgərləri var idi. 
200 nəfər süvari, qalanları da dəvə minmişdilər. Ayrıca 700 nəfər də dəmir 
geyimli əsgər var idi. Onlar Mədinəyə tərəf hərəkət edib, şəhərin darvazasına 
çatdılar. Şəhərdən bir az kənarda dağın başında yerləşdilər.
11
  
Peyqəmbər çox sürətli bir şəkildə 1000 nəfər silahlı əsgərlə düşmənin 
önünü kəsməyə getdi ki, şəhərə girə bilməsinlər. Peyqəmbərin atından 
başqa, bu 1000 nəfərlik orduda sadəcə bircə at var idi. Düşmənin silah 
imkanları  və  hərtərəfli geniş hazırlığı qalib gələcəyini göstərirdi. 
Məkkəlilərin müsəlmanlar üzərinə belə sürətlə qalib gəlmələrinin səbəbləri 
bəlli idi: piyada olaraq savaşa qatılmış peyqəmbər müsəlmanların Mədinəyə 
tərəf fərar etdiklərini gördü. O, yanında bulunan nəfərlərini qum təpələrinin 
arxasında mərkəzləşdirib fərar edənlərin arxasınca səsləndi: “Ey mənim 
savaşçı səhabilərim, mən burdayam, Tanrı elçisi burdadır, hara qaçırsınız?” 
Fərar edənlər peyqəmbərin səsini eşitsələr də geri dönmədilər.
12
  
                                                 
8
 İbni Hişam, Səyərə, II kitab, s. 285. 
9
 Tabari, Mohammed, Sceau des prophetes, s. 154. 
10
 İbni Hişam, Səyərə, II kitab, s. 372. 
*
  Nədən Tanrı yenə  də gözə görünməz savaşçı  mələkləri müsəlmanların yardımına göndərməmiş? 
Müsəlmanların doğru taktik və savaş stratejisi uyqulayaraq qalib gəlmələrini gözə görünməz savaşçı 
mələklərin  qələbəsi kimi sunmaq batil inanışdan və cəhalətdən başqa bir şey ola bilməz. (tərcüməçi).  
11
 Tabari, Mohammed, Sceau des prophetes, s. 191. 
12
 Eyni qaynaq, s. 201. 
 
71

İslam tarixini araşdıran bir çox kitablarda bu savaşın ayrıntıları ilə 
ilgili geniş bilgi mövcuddur. O cümlədən bu kitablarda bu mövzu israrla 
vurğulanır ki, Ühüd savaşında müsəlmanların yağmalama duyğuları cihad 
duyğularını üstələmişdi.
13
 Müsəlmanların Mədinəyə dönüşü savaşın ən çətin 
evrəsi oldu. Bu savaşda 70 müsəlman öldürüldü. “Mədinədə elə bir ev yox 
idi ki, orada yas törəni olmasın. Peyqəmbər  şəhərə döndüyündə camidən 
ağlaşma səsləri yüksəlirdi. Peyqəmbər sordu: “Kimdir bu ağlayanlar?” 
Dedilər: Ağlaşanlar Ühüd savaşında ölən savaşçıların qadınları, bacıları  və 
analarıdır.”
14
  
Anlaşıldığı kimi, “Hicab” ayəsinin nazil olduğu hicrətin 5-ci ili 
müsəlmanlar açısından gerçəkdən faciəvi il idi. Ühüd məğlubiyətindən sonra 
peyqəmbər Bədr savaşının uğurunu xatirələrdə canlı tutmaq üçün ardıcıl 
olaraq hərbi heyyətlər oluşdururdu. Ancaq bütün çabalara rəğmən bu 
doğrultuda irəliləyiş  əldə edə bilmədi.  Ən kötüsü isə bu idi ki, o il ərəblər 
məkkəlilərin başçılığıyla Mədinəni mühasirə etməyə  gəlmişdilər.  Əhzab 
surəsində  işarə edilən hadisələrdən biri Mədinənin mühasirəsi məsələsidir. 
Bu savaş  Xəndək savaşı olaraq anılır. Savaşın belə adlanmasının səbəbi, 
düşmənin  şəhərə girişini  əngəlləmək üçün müsəlmanlar tərəfindən 
Mədinənin çevrəsinə  xəndək qazılması idi. İslami toplum hərbi baxımdan 
ciddi bunalımla qarşı-qarşıya idi. 630-cu ilin (Hicrətin 8-ci ili) baharına 
qədər bu durum davam etdi. Eyni ilin baharında müsəlmanlar düşmən 
üzərinə mütləq qələbəni qazanmış oldular. Bu zəfərdən sonra Məkkə  və 
Ərəbistan yarımadasının digər yerləri müsəlmanların  əlinə keçdi. 
Peyqəmbərin Zeynəblə evləndiyi gecədə baş verən hadisəyə bu çərçivədə 
baxılmalıdır. Yəni hərbi məğlubiyətlər və  şübhə  mərhələsi Mədinə 
sakinlərinin  əxlaqını  zəiflətmişdi.  İslamı araşdıranlar üçün Əhzab 
surəsindəki 53-cü ayə hicab məsələsinin təməlini təşkil etməkdədir. Daima 
da fiqh kitablarının bir bölümü “Hicab ayəsinin nüzuluna” həsr olunur. 
Hicab haqqında yalnız bu ayə mövcud deyil, digər ayələr də var, ancaq 
hicabla bağlı ilk olaraq Əhzab surəsinin 53-cü surəsi bilinməkdədir. Bu ayə 
üzərində dərin və hərtərəfli düşünürkən, belə nəticəyə varmaq olur ki, hələ 
ictimai münasibətlərdə heç bir təcrübəsi olmayan səhabilərə Tanrı etikanı 
öyrətmək istəmiş  və onlara izinsiz bir yerə girməyi yasaqlamışdır. Bu ayə 
müsəlmanları sosial ilişkilər baxımından eyitmək amacına xidmət etmişdir. 
Bu ayədən və toy gecəsi peyqəmbərin özəl həyatına mane olan səhabilərin 
davranışlarından da anlaşıldığı kimi, səhabilər etik münasibətlər haqqında 
heç bir təcrübəyə  və bilgiyə sahib olmamışlar. Bir evə  uğramanın və bir 
                                                 
13
 İbni Hişam, Səyərə, III kitab, s. 64 və 112. 
14
 Tabari, Mohammed, Sceau des prophetes, s. 209. 
 
72

şöləni tərk etmənin zamanlanması haqqında səhabilərin bilgiləri yoxmuş. 
Toplumsal ilişkilərin ötəsində ayənin son bölümü başqa önəmli bir mövzu 
üzərinə israr etməkdədir. Tanrı, peyqəmbərin vəfatından sonra onun eşləri 
ilə evlənməyi yasaqlamaışdır. “Hicab” ayəsi bu sözlərlə sona çatır: 
“Sizlərdən Kimsə peyqəmbərin vəfatından sonra onun qadınları ilə 
evlənməyi ağlından belə keçirməsin.  Şübhəsiz ki, belə bir fikrə düşməniz 
Tanrı qatında çox qorxunc sonuclar doğura bilər.” 
Təbəri bu mövzuyla ilgili daha ayrıntılı araşdırma aparmışdır. 
Peyqəmbər bir neçə  dəfə  bəzi kişilər tərəfindən təhdid edilmişdi ki, onun 
ölümündən sonra qadınları ilə evlənəcəklər. Bu münasibətlər toplum içində 
mövcud olan köklü problemlərin göstərgəsi idi. Belə anlaşılır ki, “Hicab” 
ayəsi səhabilərə etik davranışı öyrətməkdən başqa, toplumda yayqın olan 
bəzi böhranları da tərtibə salmaq istəmişdir. Burada belə bir sual ortaya 
çıxır: Bu ayənin nüzul
*
 səbəbini Zeynəbin toy gecəsi ilə  məhdudlaşdırmaq 
olarmı? Ya da tərsinə, ayənin endirilişi üçün başqa dəlillər də  ﻪﺋaramalıyıq? 
Örnəyin, tarixi şəraiti incələməliyikmi? Başlanqıcda din alimləri (fəqihlər) 
öz elmi gələnəklərində araşdırmanın miqyasının genişləməsinə  təşviq və 
təkid etmişlər. Örnəyin, “Əsbab-ül nüzul” (endiriliş  səbəbləri) kitabının 
müəllifi Seyvəti deyir: “Bir ayənin endirilişinə  səbəb olan macəra və 
hadisələri bilmədən onu anlamaq mümkün deyildir.”
15
 O, davam edir: 
“Şərhçilər adətən bir neçə etkəni (faktoru) ayələrin endiriliş səbəb kimi zikr 
edirlər.”
16
 Quranın təfsir və açıqlaması ilə bağlı mövcud olan təkliflərin, 
nəzərlərin, təfsirlərin çoxluğuna baxmayraq, mənim bildiyim qədəriylə, 
ayənin endiriliş  şərtlərini zaman, psixoloji analiz, sosial faktorlar 
məntiqindən yola çıxaraq incələyən dəyərləndirmələrə çox nadir hallarda 
rastlanmaq olur. Həm ayənin endiriliş  şərtini zikr edən Seyvəti, həm də 
ayəni təfsir edib və etdiyi araşdırmasının geniş miqyaslı olduğunu iddia edən 
Təbəri, yalnız tarixi hadisələri nəql etməklə yetinmilər. 30 cilddən ibarət 
olan “Təfsiri Təbəri” kitabı ayənin nüzulunun şəraitini ələ almaqdan əlavə, 
həm də sözlər üzərinə dilçilik təhlildən, elmi təfsirlərdən, bir də özünün 
aldığı sonuçlardan ibarətdir. Neçə yüz səhifədən oluşan Seyvəti´nin kitabı, 
əslində “Təfsiri Təbəri”nin özətindən ibarətdir. Ancaq olayları sosioloji, 
psixoloji, tarixi açıdan baxaraq incələyən bir yazılı əsər mövcud deyildir. Bir 
halda ki, çağımızda baş vermiş hadisələrin tərkibini bir bütün olaraq 
incələmədən, bu qarışıq ortamda doğru olanı  kəşf edə bilməyəcəyik. Bu 
üzdən də mövzu ilə bağlı  əlimizdə mövcud olan bütün bilgiləri 
                                                 
*
 Nüzul, ayələrin Tanrı qatından peyqımbərə endirilişi anlamındadır. Nüzul və nazil sözlərini olduğu kimi 
vermişəm, çünkü dini bir termin olaraq bilinməsində fayda var. (G.G) 
15
 
 ،توﺮﻴﺑ ،ﻢﻠﻌﻟا ءﺎﻴﺣﻻاراد ،لوﺰﻨﻟا بﺎﺒﺳا ﯽﻓ لﻮﻘﻌﻟا بﺎﺒﻟ
1984
 ص ،
13
.
 
16
 Eyni qaynaq, s. 15. 
 
73

dəyərləndirməli və özəlliklə “hicab” sözünü dilçilik açısından incələmək 
zorundayıq.  
“Hicab” sözü üç boyutlu bir qavramdır, ümumən də bu üç boyut bir-
biri ilə qarışmışdır. Bu qavramın birinci boyutu görmə içəriklidir, yəni 
görünən bir əşyanı görünür mühitdən uzaqlaşdırmaq və görünməz duruma 
gətirmək deməkdir. “Hücb” feli “gizlətmək” anlamındadır.  İkinci boyutu 
uzay (fəza) və ya məkan anlamındadır, yəni ayırmaq və ayırdıqdan sonra da 
sınırı bəlli etmək. Hicab qavramının üçüncü boyutu əxlaqi anlam daşıyır və 
məhrəmlər sahəsini ehtiva etməkdədir. Ərəb lüğətnaməsində yazılır: “Hücb” 
pərdə ilə gizlənmək deməkdir. Yəni bir məkanı ikiyə bölüb və ikiyə 
bölünmüş bu məkanın bir qisminin görünməsini başqaları üçün görünməz 
duruma gətirmək. Əgər hicab qavramının leksik mənasını diqqətlə incələsək, 
o zaman mövzu ilə bağlı geniş və aydın görüşə sahib olacağıq.  
Kəbə  bəkçisinin də “hicab” ləqəbi var idi. Lüğətnamədə yazılır ki, 
Bəniqəsa dedi: “Onlar Kəbənin hicabıdırlar, yəni Kəbənin qapısının açarı 
onlardadır və onlar məsuliyət daşıyırlar.” Hicab və ya pərdə arxasında 
oturmaq daha sonra xəlifələrin və  şahların kültürləri halına gəlmişdir. 
Xəlifələr və  şahlar saray işçilərinə görünməmək üçün pərdənin arxasında 
oturur və  pərdə arxasından insanlarla irtibat qururdular. Daha sonra da 
sarayda “pərdəçi” peşəsi gəlişdi. Pərdəçilər pərdə  işləri ilə  məşğul olur və 
şahla görüşmək istəyəni pərdənin arxasına qədər gətirib, aparırdılar. 
Görüşlər zamanı isə arada bir pərdə olurdu. Görüşçü, yalnız xəlifənin və ya 
padşahın səsini eşidirdi. İslami ensiklopediyada bu şəkildə yazılır: “Zahirən  
Hicazın ilk sakinləri üçün tanınmaz olan bu ənənəni Bəniüməyyə 
Sasanilərdən etkilənərək, islam kültürünə gətirmişlər.”
17
İndi bizim üçün qəribə görünən bu gələnək ilk dəfə  Əbusüfyanoğlu 
Müaviyə  tərəfindən tətbiq edilmişdir. Daha sonra Əndlüsdə, Afrikanın 
quzeyində  və Misirdə Fatimi sülaləsinin də uyquladığı (tətbiq etdiyi) bir 
gələnək oldu. Bu zaman artıq islamın ilk çağlarında bənzərinə heç 
rastlanmadığımız bir tərzdə  xəlifəliyə müqəddəslik də artırılmışdır: “Xəlifə 
varlığın canlı ruhu olaraq sayılırdı. Hətta xəlifəyə  səcdə  də edilirdi. Bu 
səbəbdən də onun gözlərdən və görünürlükdən uzaq olması gərəkirdi.”
18
  
Əgər irfan elmindəki hicabın semantikası olmasaydı, o yalnız 
əngəlləyici bir şey kimi görünərdi.  İrfan elminə görə, insan mənəviyatın 
sonsuz üfüqlərinə vara bilər. Bu baxımdan irfan elmində hicab, yalnız əngəl 
olaraq görülür. “İrfan elmində öz nəfsinə hakim ola bilməyənlər hicablı 
sayılırlar.  İrfanda hicablı insanın ruhu Tanrı  işığından məhrum edilmiş, 
                                                 
17
 İslam Ensiklopediyası, ikinci nəşr, “Hicab” məqaləsi. 
18
 Eyni qaynaq.  
 
74

qaranlıqlara batmışdır.  İrfan elmində hicablı insanın çevrəsini saran Tanrı 
işığı deyil, hicabdır.”
19
  
İrfan terminologiyasında hicablı  fərd maddiyatın içinə  qərq olmuş 
şəxsdir və irfan aşamalarını təcrübə edəcək istedaddan məhrumdur. Hicablı 
şəxs öz mənəvi imkanlarını realizə edəcək yetənəkdə deyildir və  həyatın, 
varlığın sirlərini idrak edə bilməyəcəkdir. Çünkü hicabları ortadan 
qaldırmaqla Tanrıya tərəf irəliləmək mümkün olur. Mənsur Həllac, hicabın 
insan irfanını məhdudlaşdırdığına, insan mənəviyatını həbs etdiyinə inanırdı.  
Həllaca görə, Tanrı, hicabın çevrələdiyi dar mühitdə deyil, hicabın 
ötəsindəki sonsuz uzaydadır. Tanrıya tərəf hərəkət etmək üçün hicabı 
sökəcək cəsarətimiz olmalıdır. “Gecənin qaranlığında yolunu azanın 
könlündə, yalnız səni (Tanrını) axtarmaq duyğusu olursa, işarələrdən başqa 
bəşər bir şey alqılamaz.”
20
 Arif üçün “kəşf” sözü “hicab” sözünün tam qarşı 
tərəfidir.
21
Anlaşıldığı üzrə,  Amerikanın burjua toplumundakı “etibar” və “suç” 
kimi qavramlar önəmli olduğu kimi, islam mədəniyətində  də hicab əsas 
qavramlardan biridir. Bu qavramı, sadəcə qadınların baş örtüsü səviyəsinə 
endirgəmək onun iç mənasını tamamı ilə boşaltmaq anlamında olmasa da, 
hər halda bu qavramı zəiflətməyə xidmət etməkdədir. Xüsusən Quranda da 
israrla söylənildiyi və Təbərinin də şərh etdiyi kimi, “Hicab” ayəsi iki kişini 
(iki erkəyi) bir-birindən ayırmaq amacı ilə endirilmişdir. Bu haqda macəranı 
təfərrüatı ilə keçən səhifələrdə tarixi qaynaqlara dayanaraq anlatdıq.  
“Hicab” qavramının linqvistik təhlilindən sonra Quranın mətninə 
döndüyümüzdə, hicabın mənfi məfhumunu kəşf etmiş oluruq. İrfandakı 
anlamına bənzər bir məfhumla qarşılaşırıq. Yəni hicab insanın Tanrıya 
qovuşmasını önləyən əngəl kimi ortaya çıxır. 
...Quranda yeddi dəfə hicaba  işarə edilməsinə baxmayaraq, onun əsas 
anlamı və gəlişmə sürəci ilə bağlı dəyərli bilgilər mövcuddur: Ümumiyətlə, 
Quranda hicab “ayıran” mənasındadır: “Həzrəti Məryəm hicab və ya 
pərdənin arxasında gizlənmişdi.”
22
 Eləcə  də başlanqıcda peyqəmbərin və 
möminlərin qadınlarına məxsus olan hicabdan (ayıran) söz edilmişdir.
*
 Cəza 
günündə möminlər günahkarlardan hicabla ayrılacaqlar.
**
  Şərhçilər  Ə´nam 
surəsinin 13-cü ayəsinə dayanaraq “Hicab” sözünü "divar" olaraq təfsir 
etmişlər. Eləcə  də hicab, seçkin bir insanın Tanrı  işığının  şüalarından 
                                                 
19
 Titus Burckhardt, introduction aux doctrines esoteriques de I` islam, Derry-livres, Paris, 1969.  
20
 Al- Hallaj, Diwan, Trans, Massignon, Le Seuil, Paris, 1981. 
21
 Al-Darqawi, letters d` un maitre sufi, trans. Titus Burckhardt, Arche, Milan, 1978. 
22
 Məryəm surəsi, 17-ci ayə.  
*
 Əhzab Surəsi, 32, 53. 
**
 Ə´raf surəsi, 46-ci ayə. 
 
75

qorunması anlamındadır.
23
  Bə´zən Quranda hicab qavramı Tanrının 
bəşərdən gizlənməsi və  bəşərin Tanrını dərk etməkdə  zəif olduğu anlamını 
içərir ki, bu da mənfi bir boyuta yüksəlmiş olur. Məsələn Fossələt surəsinin 
5-ci ayəsində  Təbərinin dediyinə görə, bütpərəst Qüreyş  qəbiləsinin 
Məhəmmədin tövhid görüşünü anlamaları üçün hicab əngəl oluşdurmuşdu. 
“Və dedilər: bizi dəvət etdiyin şeylərə bizim qəlbimiz örtülüdür. 
Qulaqlarımız onları duymaz olmuş. Və səninlə bizim aramızda bir hicab var. 
Nə etsən də biz duymaz, eşitməz olmuşuq.” Bu ayədə hicab insanın şüurunu 
kütləşdirən bir şeydir. Ayrıca bu surənin adı Fossələt´dir. Yəni “təfsir 
edilərək aydınlanmış ayələr.”
24
 Təbəri deyir ki, bu ayədə hicabdan məqsəd 
“İxtilaf törədən məzhəbi fərqliliklərdir.”
25
 Peyqəmbərlə ixtilafı olan Qüreyş 
qəbiləsi bütpərəst idi. Peyqəmbər onları bir olan Tanrını  pərəstiş etməyə 
çağırdığında “bütpərəstlərin peyqəmbərlə ixtilafları var idi. Bütpərəstlərin 
hicaba olan inancları  əslində onların məzhəblə bağlı  fərqli görüşləri idi.”
26
 
Hər kəsi hicab həddindən artıq kor etmişsə, bütpərəst olmuşdur. Neyşaburi 
kimi, bəzi din bilicilərinə görə, hicab bir növ tənbeh və cəzadır.  
Anlaşıldığı kimi, başlanqıcda da olumsuz anlamı olan hicab 
məsələsindən çağımızdakı yanlış anlamalar da heyrət doğurucudur. 
Çağımızda islami kimliyin rəmzi kimi görünən və müsəlman qadının vaz 
keçilməz kimliyi olaraq anlaşılan hicab bir zamanlar qarğanmış  və  mənəvi 
dəyərlərdən, ruhi yüksəklikdən məhrum edilmişliyin göstərgəsi olmuşdur.  
İşin çox ilginç yanı da budur ki, islam dünyası heç bir sahədə hicab 
mövzusunda olduğu qədər duyarlı deyildir. Quran, müsəlmanları oxumağa 
səslərkən, islam dünyasında oxumanın, elmlə  uğraşmanın çox düşük 
səviyədə olduğunu görürük, ancaq hər kəs qadının hicaba bürünməsini 
islami  əmr kimi bilir. İslamın digər  əmrlərinə bir o qədər də diqqət edən 
yoxdur. Son zamanlar islam dünyası  dərin iqtisadi böhran içində 
çabalamaqda ikən, xüsusən Livanda türlü-türlü luks kitablar islami 
dəyərlərlə bağlı yayınlanır və çox da ucuz satışa buraxılır. Islamın 
gələcəyindən narahat olan bir sürü “din alimi” bütün diqqətlərini qadının 
necə örtünməsinə yönəltmişlər. Bu kitablardan ən önəmlisi olan XI əsrdə 
yaşamış  sərt mühafizəkarlığı ilə tanınan  İbni Cüzi´nin “Ehkam-ül Nisa” 
(Qadınlarla bağlı hökmlər)  əsəridir. Bu kitablarda israrla deyilir ki, 
“Qadınlarınıza nəsihət edin evdən dışarı çıxmasınlar.”, “Evdarlığın qadınlar 
üçün faydaları”, “Kişilərin qadınları görməməsinin müsbət tərəflərini 
doğrulayan tarixi sənədlər.” Belə nəzərə gəlir ki, o zaman qadınların camaat 
                                                 
23
 İslam Ensiklopediyası, ikinci nəşr, “Hicab” məqaləsi. 
24
 Pickthall, The meaning of the Glorious Koran, P. 340.  
25
 Təbəri, XXIV kitab, s. 92. 
26
 Eyni qaynaq.  
 
76

namazına qatılmaları məxfi hərəkət imiş. İbni Cüzi bu haqda çox qəribə bir 
hədis rəvayət edir: “Peyqəmbərin qadınları gecə yarısı gizlincə camiyə girib 
özlərini təpədən dırnağa qədər örtərək, namazlarını  qılırmışlar. Dan yeri 
sökülmədən də camini tərk edirmişlər"
27
 Yazar rəvayət etdiyi bu hədisin 
silsilə qaynaqlarını göstərməmişdir. Ən mühafizəkar və quru məzhəb yanlısı 
olan İbni Cuzi bu kitabında “Qadınların sünnəti”
28
 (qadınların da kişilər kimi 
cinsi alətlərinin kəsilməsi) başlıqlı bir məqaləsi var. İslamla heç bir əlaqəsi 
olmayan bu törə qadınlara zorla sırınmış və VII əsrin Ərəbistanında da belə 
bir törə olmamışdır. Yazar öz kitabının 67-ci bölümündə  “ərin öz arvadını 
döyməsini məsələhət bilir.”
29
 Bütün bu kimi kitabların ard-arda 
yayınlanmasının “qadın azadlığından danışanlarla necə mübarizə aparmaq 
olar?” sualına verilən cavabdır.  
Bu kitablarda “Əgər qadının saçlarından yalnızca bir tel hicabın 
dışında qalsa, onun namazı batil olarmı?” kimi suallar sorulur və  sərt 
cavablar verilir. Bunların qadın anlayışları budur və islam adı altında 
qadınları  əsarətdə saxlamağa çalışırlar. Bu kitablarda qadınlar doğuşdan 
günahkar və günah qaynaqları olaraq göstərilir. Qadınların hədsiz şəhvət və 
seks ehtiyacları haqqında bolluca danışılır.  
Hicab məsələsinin doğuşunu tarixi bir şəraitdə  və zamanın axışı 
içərisində  təhlil etdiyimizdə  məntiqi sonuçlara çatmaq mümkündür. Nədən 
XX  əsrin sonlarında müsəlmanlar Qərb mədəniyətinin qarşısında qadını 
aydınlatmaq, ona insani haq tanımaq yerinə onu bütün ictimai həyatdan 
məhrum etmənin fəlsəfəsini yazırlar və bu mövzuda da islamdan sui-istifadə 
edir, saxta hədisləri qaynaq olaraq göstərirlər.  
“Hicabın nüzulu” başlanqıcdan ikimənalı olmuşdur. Onun obyektiv 
tərəfi bu idi ki, peyqəmbər özü ilə Üns ibni Malik arasına pərdə  çəkir. 
Mənəvi boyutu isə bundan ibarətdir ki, bu ayə Tanrı tərəfindən peyqəmbərə 
göndərilir. Peyqəmbər özü ilə evində olan bircə kişi arasına pərdə çəkərkən 
bu ayə endirilir. Buxarinin rəvayətlərinin birində Üns macəranı bu şəkildə 
şərh edir: “Qonaqlar oranı  tərk etdikdən sonra peyqəmbər gedib bir daha 
otağa geri döndü və bir pərdə çəkdi” sonra artırır: “Mən onunla eyni otaqda 
olanda O, hicab ayəsini zümzümə etməyə başladı.”
30
 Buxari də bu rəvayətdə 
Təbəri kimi hicab qavramını bir məkanın iki qismə bölünməsi kimi anlayır. 
Pərdə ilə bölünmüş  məkanın bir tərəfində peyqəmbər, digər tərəfində Üns 
mövcuddur. Beləliklə, peyqəmbərin çəkdiyi pərdə bir məkanı iki qismə 
ayırır: Pərdənin iç tərəfi və ya peyqəmbərə xas olan dünya və özəl yaşayış, 
                                                 
27
 İbni Cüzi, Ehkam-ül Nisa, Əlməktəb-ül Əsriyət, Beyrut, 1980, s. 200. 
28
 Eyni qaynaq, s. 144. 
29
 Eyni qaynaq, s. 330. 
30
 Buxari, Səhih, III kitab, s. 254. 
 
77

pərdənin dış  tərəfi, yəni ictimai həyat. Bu hadisəyə göstərilən təpki 
heyrətamizdir. Çünkü peyqəmbər çox rahatlıqla xalqdan onun evinə vaxtsiz 
gəlməməyi istəyə bilərdi və  hər kəs tərəfindən sevildiyi üçün peyqəmbərin 
bu istəyinə bütün müsəlmanlar uyardılar. Həm ayə, həm də ayə üzərinə olan 
təfsirlər göstərir ki, müsəlmanlar heç bir təşrifat ortada olmadan 
peyqəmbərin görüşünə gedirmişlər. Peyqəmbərin evinə get-gəl etmək üçün 
heç bir maneə yox imiş. Ayrıca peyqəmbərin özəl həyatı ilə sosial həyatı 
arasında bir sınır da mövcud deyilmiş. Daha doğrusu, xüsusi məkanla 
(peyqəmbərin evi və qadınlarının otaqları) ümumi məkan (müsəlmanların 
toplandığı  və namaz qıldıqları cami) arasında fərq yox imiş. Tanrı bu iki 
məkanın ayrı olmasına iradə etdiyi üçün “Hicab” ayəsini göndərir.  
Hicab məsələsinin sosial, dilçilik, tarixi və  məzhəbi gerçəkliyini 
aydınlığa qovuşdurmağa çalışdıq.  İndi belə bir sual sormanın zamanıdır: 
özəl həyata bu qədər dəyər verən peyqəmbər necə yaşamışdır? Şəhər əhalisi 
ilə, dostları ilə  və qadınları ilə necə ilişkidə olmuşdur? Bütün bu 
münasibətlər hansı mənəvi bir fəzada gerçəkləşirmiş? 
 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin