Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   2   3   4   5   6   7   8   9   ...   14

Ön söz 
 
 
 Bir 
çox 
Mərakeşlı baqqallar kimi, ictimai rəyin nümayəndəsi 
olan məhəlləmizin baqqalından soruşdum: “Müsəlmanların lideri qadın ola 
bilərmi?” Baqqal şaşqınlıq içində bağırdı: “Aman, aman, aman, Allah, 
aman! Sən nə danışırsan?” O adam elə heyrətləndi ki, az qala mənə 
verməkdə olduğu altı yumurtanı əlindən yerə salıb qıracaqdı. 
Zeytun alan başqa bir müştəri dodaqaltı söyləndi: “Allah bizi elə bir 
zamanın bəlalarından qorusun” və bu suala nifrətini də bildirmək üçün yerə 
tüpürmək istədi. Ancaq dükan sahibi təmizliklə bağlı ona xəbərdarlıq etdi.  
Daha çox qəzet köşklərində gördüyüm başqa müştəri, müəllim,  əlində 
aldığı nanəni tutaraq daha çox önəmli saydığı bir hədisi peyqəmbərdən nəql 
etdi: “İşlərini və aqibətlərini qadınlara tapşıranlar heç vaxt xoşbəxt ola 
bilməzlər.” Hər tərəfi sükut bürüdü. Ortaya peyqəmbərdən bir hədis 
qoyulmuşdu və başqa cür danışmaq artıq mümkün deyildi. Bu hədisin 
məntiqindən yola çıxaraq başqa cür danışanlar hər zaman şiddətə  məruz 
qalmışlar. Bu hədis, islamı erkəkmərkəzli bir din olaraq düşünənlərin, qadın 
haqlarına sayqısız davrananların  əlində  əzici, məhvedici dəlil olmuşdur. 
İslam aləmində peyqəmbərə aid hədislər  əhəmiyətsiz deyillər. Hədislər   
peyqəmbərin davranış  və düçüncəsi ilə bağlı  ən gözəçarpıcı örnəklərdi. 
Hədislər Qurandan sonra doğrunu yanlışdan, halalı haramdan ayırd etmək 
üçün ikinci qaynaq olaraq bilinməkdədir.  
Artıq heçnə söyləmədən ehtiyatla dükanı  tərk etdim. Heç bir 
xoşgörüyə açıq olmayan, daşlaşmış  və  əsrlər boyu siyasətin xidmətində 
durmuş bu zehniyətə qarşı nə deyə bilərdim? 
Susqun, bitkin və  əsəbi idim. Birdən-birə hiss etdim ki, modern 
dünyanın  kütləsini yönləndirən və peyqəmbərə aid olduğu söylənən bu 
hədisi qaynaqları ilə tanımaq, bilmək üçün içimdə dərin bir istək yaranmış.  
Mərakeşin son seçkilərinə  qısa bir baxış bu “önyarğını” 
dəstəkləməkdədir. Mərakeşin anayasası qadınlara seçib-seçilmək haqqı 
tanısa da, gerçək sosial durum  göstərir ki, qadınlara yalnız seçmək haqqı 
 
11

tanınmışdır, seçilmək yox. 1977-ci il məclis seçkilərində 6,5 milyon 
seçmənlərin 3 milyonu qadın olmağına baxmayaraq, 8 qadın namizəd 
olmuşdur. Bu 8 qadın adayın (namizədin) heç biri məclisə girə bilmədilər. 
Məclisin açılışında da məclis işçisi olaraq bir tək qadın belə görünmürdü. 
Kişilər sanki çayxanada oturarcasına öz yerlərində oturdular. 6 il sonra 
1983-cü ildə 307 nəfər qadın bələdiyə seçimlərində aday olmağa cürət etdi. 
Demək olar ki, təqribən bütün 3,5 milyon qadın seçkilərdə  iştirak etdi. 
Ancaq yalnız 36 qadın 65502 kişi qarşısında adaylığını qoydu.  
Bütün bunlara səbəb islam dünyasında yayğın olan yarğılardır. Seçici 
qadınlar özləri də inanmişlar ki, qadına güvənmək olmaz, qadın 
seçilməməlidir. Əsrlər boyunca qadını aşağılama, yarımçıq yaradışlı görmə 
öz dərin təsirini buraxmışdır. Bu hadisələri kökündən və ətraflı araşdırmağı 
hiss etdim. Azad dünyada, Qərbdə qadınların toplumun bütün qatlarında 
iştirak etmələri təbii göründüyü halda, niyə islam ölkələrində qadın həyatına 
bu qədər basqı vardır? Qadınların həyatı üzərinə tətbiq edilən bu basqı məni 
dini qaynaqları araşdırmağa sövq etdi. Bu qaynaqlar hər kəsin  əldə edə 
biləcəyi  əsərlərdir. Lakin bu tarixi və dini qaynaqlar üzərində araşdırma 
aparmağa heç kim ehtiyac duymamışdır. 
Əlbəttə, etiraf etmək lazımdır ki, dini ədəbiyat haqqında araşdırma 
aparmaq asan iş deyildir. Araşdırmanın  əvəlində saysız başgicəlləndirici 
kitablara rastlanılır. Ona görə  də sadə araşdırmaçının  bir müsəlman din 
alimi qədər bu işlə  məşğul ola bilməməsinin səbəblərini anlamaq 
mümkündür. Buxarinin “Səhih” məcmuəsi dörd cilddən və bir qısa 
müqəddimədən ibarətdir.
*
  
Bu gün təqribən 1100 il bundan öncə hazırlanmış bir mətni 
açıqlamasız anlamaq sadə araşdırmaçı üçün çox çətindir. Çünkü hər bir 
hədisi nəql edən  şəxsin xüsusiyətını, həyat  şərtlərini və  hədəfini bilmək 
olduqca zəruridir. Heyif ki, saxta hədislərin sayı mötəbər hədislərdən daha 
çox olmuşdur. Buxari hər bir hədis tədqiqatı ilə bağlı məlumat verir. Sadəcə 
bir nəfərin rəvayət etdiyini qəbul etmir. Eyni hədislə bağlı onlarla 
rəvayətçinin söylədiklərini araşdırır. Buxarinin nəql etdiyi rəvayətləri anlaya 
bilməmiz üçün hədis rəvayətləri və rəvayətçilərin iştirak etdikləri savaşlar və 
ya ictimai hadisələr haqqında bilgi sahibi olmaq gərəkir. Yalnız bu şəkildə 
hədislərin obyektiv zəmini bizə aydın olur. Xəta etməmək üçün çox dəqiq 
olmaq gərəkir. Rəvayətlərin haqqında ən kiçik səhv aylarca vaxtımızın tələf 
olmasına və yanlış nəticə çıxarmağa səbəb ola bilər.  
                                                 
*
 Buxarinin kitabının dəqiq adı belədir: ﻪﻣﺎﻳا و ﻪﻨﻨﺳ و ﷲا لﻮﺳر رﻮﻣا ﻦﻣ ﺮﺼﺘﺨﻤﻟا ﺢﻴﺤﺼﻟا ﯼﺪﻨﺴﻟا ﻊﻣﺎﺠﻟا ،ﯼرﺎﺨﺑ (Buxari 
“Peyqəmbərin əməlləri, illəri və günləri haqda ətraflı müxtəsər doğru sənədlər”). 
 
12

Bu iş üçün öncə  şəhərin fiqhindən (din bilginindən) sual sormaq 
lazımdır. Örf və dini gələnəyə görə, Quran və hədislərin qaynağı haqda sual 
sorulursa, onlar cavab vermək məcburiyətindədirlər. Peyqəmbərin 
söylədiyinə görə, elmin bəhrəsindən hər kəs faydalanmalıdır. Mən də bu işi 
etdim. Bəzi fəqihlər (islamın hüquq sisteminin bilginləri) IX əsrdə yaşamış 
Əsqəlaninin “Fəth-ül Bari” kitabını qaynaq göstərdilər. İbn-Həcər Əsqəlani, 
Şafei fiqhinin ünlülərindəndir. Onun “Fəth-ül Bari” kitabı Buxarinin “Səhih” 
əsəri üzərinə yazılmış şərhdir. “Fəth-ül bari” 17 cilddən ibarətdir. Kitabın bu 
qədər uzun olması  bə´zən  ən ciddi araşdırmaçını da xəyal qırıqlığına 
uğradıb, dəqiqləşdirmə  işini, tədqiqatı yarımçıq buraxa bilər. Uzun bir 
araşdırmadan sonra “İşlərini və aqibətlərini qadınlara tapşıranlar heç bir 
zaman mutlu ola bilməzlər” hədisini “Fəth-ül Bari”nin 13-cü cildində 
buldum. Əsqəlani bu hədisi Buxaridən almışdır. Buxari isə hədisin doğru və 
ya yanlış olması ilə bağlı uzun tədqiqat etdikdən sonra onu mötəbər hədislər 
tərkibinə yerləşdirmişdir. Buxarinin “Səhih”i XII əsr müddətində ən etibarlı 
qaynaqlardan biri kimi sayılmışdır. Qadınları siyasətdən və ictimai işlərdən 
məhrum etmək istəyənlər bu hədisi daima gündəmdə saxlamağa çalışmışlar. 
Bu hədis üzərində o qədər təbliğat edilmiş ki, İslam Dünyasında hər kəs onu 
əzbərləmişdir. Gündəlik siyasi və ictimai həyatdan qadınları  dışlamanın  ən 
tutarlı  sənədi kimi bu hədis üzərinə  təfsirlər, açıqlamalar da etmişlər. Bu 
hədisi Hənbəli məzhəbinin təsisçisi Əhməd İbni-Hənbə də nəql etmişdir.  
Bu hədis o qədər önəmlidir ki, onu nəzərə almadan islamda qadın 
haqları ilə ilgili olaraq danışmaq qeyri mümkündür. Daha doğrusu, demək 
olar ki, bu hədis hər yerdə, hər zaman görünmüşdür, görünməkdədir. Örnək 
olaraq Fuad Əbdülmünim 1976-cı ildə yayınladığı  “İslamda bərabərlik 
üsulu” adlı  əsərində bu hədisə işarə etmişdir. Müəllif IX əsrdən günümüzə 
qədər bu hədisə dayanaraq islamda qadının siyasi yeri mövzusundakı bütün 
dartışmalara bu kitabda yer vermişdir. Heç bir tənqidi yanaşma metodundan 
faydalanmayaraq “İslamda bərabərlik üsulu və qadın məsələsi” başlıqlı 
bölümdə bu hədislə bağlı bütün söylənənləri tam olaraq qəbul etmişdir.  
Son zamanlar Məhəmməd  Ərafa adlı bir yazar “İslamda qadın 
haqları” adlı kitabında yazır ki, qadının nəinki heç bir haqqı yoxdur, siyasi 
tarixdə  də onun yeri olmamışdır: “İslamın başlanqıcında qadınlara böyük 
haqq tanınmışdır. Hətta bəzi hallarda qadın və kişi tam bərabər statusa sahib 
olmuşlar. Bütün bunlara baxmayaraq müsəlman qadınların siyasi planda heç 
bir rolu olmamışdır. Peyqəmbərin canişinini təyin etmək üçün təşkil edilən 
Səqife-i Bənisaidə toplantısında hətta tək bir qadın belə iştirak etməmişdir. 
Digər sonrakı üç xəlifənin seçimində qadınların iştirakı ilə bağlı heç bir 
sənəd yoxdur. Islamın bütün siyasi tarixində siyasi qərarların verilməsində 
 
13

stratejik planların müəyyən edilməsində qadınların qəti  şəkildə rolları 
olmamışdır.
1
” 
Bu müəllif nədən Hz. Ayişənin rolunu görmək istəməmişdir? Ayişə 
dönəmin hakimi olan Əbutaliboğlu Əliyə qarşı silahlı mübarizəyə rəhbərlik 
etmişdir. Ərafa öz araşdırmasında yalnız islamın ilk 10 illiyini nəzərə aldığı 
üçün Ayişənin siyasi tarixdəki yerini görməmiş, görmək istəməmişdir. Bu da 
əlbəttə ki, elmi bir araşdırma üçün qüsur oluşdurmaqdadır. Peyqəmbər 
hicrətin 10-cu ilində  Səfər ayının 28-də  vəfat etmişdir. O zaman Ayişə 18 
yaşındadır. Ayişə 42 yaşında  Əbutaliboğlu  Əli ilə savaşmışdır. Savaşın da 
səbəbi iqtidarın məşruiyət (legetimlik) məsələsi idi. Ayişəyə görə,  Əlinin 
iqtidarı məşru (legetim) deyildi. Çünkü Əli, Osmanın qatillərini məhkəməyə 
sövq etmək yerinə təltif etmişdir və onlara dövlətin müxtəlif məqamlarında 
vəzifə vermişdir. Bunun adı siyasət deyil bəs nədir? Yəni Ayişə siyasətlə 
uğraşmış, yoxsa uğraşmamışdır?  İnsanları zamanın hakiminə, xəlifəsinə 
qarşı təşkilatlandırmaq, etiraza və silahlı savaşa qaldırmaq bir başa siyasətlə 
məşğul olmaq deyilmi?  
Əslində ilk iki xəlifənin siyasi həyatında da Ayişənin  əsas rolu 
olmuşdur. Üçüncü xəlifə olan Osmanın siyasi qətiətsizliyinə qarşı da Ayişə 
etiraz etmişdir. Osmanın iqtidarının təməllərini sökən də  əslində Ayişə 
olmuşdur. Osmana qarşı etiraz və iç savaş başladığı zaman Ayişə ən nüfuzlu 
tərəfdarlarının etirazına baxmayaraq Mədinədən Məkkəyə getmişdir. 
Müxalifət ordusunun rəhbərliyini öz üzərinə alan Ayişə, 4-cü xəlifə 
Əbutaliboğlu  Əlinin də iqtidardan uzaqlaşmasına  şərait yaratmışdır. 
Müsəlman tarixçılər siyasətə qadın adı girməsin deyə, Ayişə ilə  Əli 
arasındakı silahlı qarşıdurmanı “Cəməl” savaşı adlandırmışlar. Nə var ki, bu 
savaşda Ayişə “Cəməl” adında bir dəvəyə minmişdi. Ancaq dəvəyə minən 
yalnız Ayişə olmamışdır ki. O zamankı savaşlarda ən çox dəvə və at istifadə 
edilirdi. Bu savaşı  cəməl olaraq adlandırmaq qadının adının siyasi tarixə 
keçməsini əngəlləmək amacına xidmət etmişdir. Doğru olan budur ki, Ayişə 
və  Əli arasında siyasi baxış ziddiyəti var idi, Ayişə öz siyasi 
düşüncələrindən vaz keçəcək sadə və kor-koranə itaət edəcək qadın deyildi. 
O, aktiv bir siyasətçi idi. Ona görə  də Ayişənin adını islamın siyasi 
tarixindən silmək mümkün deyildir. Məhəmməd  Ərafa öz kitabında yazır: 
“Bu doğrudur ki, Ayişə  Əbutaliboğlu  Əliyə qarşı savaşmışdır. Ancaq 
peyqəmbərin qadınlarından hər hansı birinin fərdi davranışı örnək kimi 
qəbul edilə bilməz. Bu hadisə qadınların siyasətə qatılmaları üçün məşru 
zəmin oluşdura bilməz. Mövcud verilərə görə, Tanrının və onun elçisinin rəy 
                                                 
1
 
ﻦﺑ ﷲاﺪﺒﻋ ﻦﺑ ﺪﻤﺤﻣ
 ،ﯽﻣﻼﺳﻻا ﺐﺘﮑﻤﻟا ،مﻼﺳﻻا ﯽﻓ ﻩﺮﻤﻟا قﻮﻘﺣ ،ﺎﻓاﺮﻋ نﺎﻤﻴﻠﺳ 
1980
 ص ،
149
 (Ərafa,  “İslamda qadın 
haqları”, 1980, s. 149). 
 
14

və  nəzəri bu haqda açıqca ortadadır. Ayrıca unutmamalıyıq ki, Tanrı 
elçisinin ən seçkin yaxınları və digər qadınları Ayişənin əməllərini məhkum 
etmişlər və Ayişənin də öz əməlindən peşman olduğu söylənilir. Bu 
səbəbdən də Ayişə  təcrübəsini öz islami baxışımızın  əsası kimi anlamaq 
lazım deyil. Çünkü bu, islamın ilkələrinə  (əsaslarına) qarşı bidət (revizion) 
sayılar.”
2
Bidət, islamda günah və sünnətə qarşı açıqca təcavüzdür. Səid Əfqani 
adında başqa müasir bir tarixçi Ayişə ilə bağlı 10 il araşdırma yapmışdır. Bu 
araşdırmadan da məqsədi modernizmin başlanqıcından bəri ortaya atılan 
qadın haqları  məsələsinə islam fəlsəfəsindən baxaraq aydınlıq gətirmək 
olmuşdur. Səid  Əfqani ilk dəfə olaraq 1946-cı ildə Ayişənin həyatı 
haqqındakı araşdırmalarını “Ayişə  və siyasət” adlı kitabda yayınlatmışdır. 
Kitabın adı zatən müəllifin hədəfi ilə bağlı bilgi verməkdədir. Səid  Əfqani 
Ayişə haqqında digər 2 önəmli  əsər çap etmişdir. Bu iki əsərdən yalnız 
əlyazma nüsxəsi mövcuddur. Birinci əsər təkziblərdən və düzəltmələrdən 
ibarətdir. Ayişəyə görə, bir çox xəbərlər peyqəmbərin dostları  və yaxınları 
tərəfindən yanlış rəvayət edilmişdir.
3
  
Ikinci kitab isə Zəhəbinin  “Seyri elam-ül Nəbila”
*
 əsəridir. Zəhəbinin 
bu  əsərinin bir bölümü Ayişənin həyatına aiddir. Əfqani bu kitabı 
hazırlarkən, tarixçilərin Ayişə haqqında söylədiklərini qeydsiz-şərtsiz qəbul 
edir və belə  qərara gəlir ki, qadın siyasətə müdaxilə etməməlidir. Onun 
görüşünə görə qadın və siyasət uyğunsuz tərkibdir. Bu üzdən də qadınların 
siyasətə girməsini  əngəlləmək üçün Ayişə uyğun bir örnək kimi göstərilir. 
Çünkü Ayişə öz əməlləri ilə  (Əli ilə savaşması ilə) isbat etmiş ki, “qadın 
siyasətlə  məşğul olmaq üçün yaradılmamışdır.”
4
 Burada Ayişə ilə  Əlinin 
savaşmasında Ayişənin fitnə  çıxardığı vurğulanır.  Əfqaniyə görə, 
“Müsəlmanların qanı töküldü, minlərcə peyqəmbərin  ən yaxın adamları 
öldürüldü..., kafirlərə qarşı müxtəlif savaşlarda qəhrəman olan bir çox insan 
və alimlər öldürüldü.”
5
 Bütün bunların hamısının Ayişənin siyasətə 
girməsinə bağlamağa çalışmışlar. Ayişə, sadəcə “Cəməl” savaşının 
səbəbkarı kimi göstərilmir, həm də islamı sünni və şiə cəbhəsinə parçalayan 
amil kimi göstərilir: 
“Cəməl savaşında 15 min nəfər bir neçə saatın  ərzində öldülər... 
Nəhrivan, Siffeyn və digər savaşlarda müsəlmanlar bir-birinə  qılınc 
                                                 
2
 Eyni qaynaq, s. 150. 
3
 Səid Əfqani, “Ayişə vəl-siyasət”, 1971 
 توﺮﻴﺑ ،ﺮﮑﻔﻟاراد ،ﺖﺳﺎﻴﺴﻟا و ﻪﺸﺋﺎﻋ ،ﯽﻣﺎﻐﻓا ﺪﻴﻌﺳ
1971
 
*
 ،توﺮﻴﺑ ﺮﮑﻔﻟاراد
1969
  
ﻴﺳ
ﻼﺒﻨﻟا مﻼﻋا ﺮ  
4
 Eyni qaynaq ,s. 321. 
5
 Eyni qaynaq, s. 142. 
 
15

çəkdilər... Öncə biz sanırdıq ki, Tanrı müsəlmanlara birlik duyğusu 
bağışlamış və ürəklərini nifrətdən arındırmışdır.”
6
  
Əfqaniyə görə, əgər Ayişə müsəlmanların siyasi işlərinə qarışmasaydı, 
“Müsəlman tarixi barışa, tərəqqiyə  və  səadətə doğru irəliləyərdilər.”
7
 
Əfqaniyə görə, Tanrı Ayişə örnəyini göstərməklə müsəlmanlara ibrət dərsi 
vermək istəmişdir: “Qadını Tanrı yalnız doğurmaq, nəsl artırmaq və ev işləri 
ilə  uğraşmaq üçün yaratmışdır. Tanrı bizə gerçək həyatdan bir örnək 
göstərərək, heç vaxt unutmayacağımız bir dərs vermişdir.”
8
  Əfqani davam 
edir: “Cəməl savaşı müsəlmanların tarixində dərs alınması gərəkən yaxşı bir 
örnəkdir..., hər zaman müsəlmanların hafizəsində bu tarixi hadisə bir örnək 
olaraq yaşayacaqdır. Xüsusən başqa millətlərdən kor-koranə  təqlid edərək, 
qadın haqlarından danışan müsəlmanlara dərhal Ayişə örnəyini xatırlatmaq 
lazımdır. Bu gün tarixi hafizəmiz hər zamankından daha artıq bizi duyarlı 
tutmalı  və daima xatırlatmalıdır ki, gör necə  də islamın başlanqıcında 
qadının siyasətə müdaxiləsi ilə islamiyət böyük məğlubiyətə  və  zərərə 
uğramışdır! Biz müsəlmanlar baş vermiş hadisəni təkrarlamamalıyıq. 
Yenidən qan tökməyə  və viranəliklər törətməyə ehtiyac yoxdur... Ayişə 
örnəyi tarixi xatirələrdə öz canlılığını qoruyarkən, nədən bir daha eyni xətanı 
etməliyik? Eyni xətanı etməmək üçün bir yol var, o da modern dünyanın 
basqılarına, qadın azadlığı  təbliğatlarını etməsinə baxmayaraq müsəlman 
qadınların siyasətə qatılmaları əngəllənməlidir.”
9
 Gələcək nəsl üçün zəngin 
təcrübələrlə dolu olan Ayişənin həyatı  Əfqani tərəfindən bu şəkildə 
dəyərləndirilir. Əfqani, Ayişənin həyatı üzərinə yazdığı bu kitabını 1971-ci 
ildə Beyrutda yayınladı.  
Ancaq  Əfqani müsəlmanların hansı tarixi qaynaqlarına dayanaraq, 
Ayişəni qan tökmənin, fitnə  və  fəsadın örnəyi kimi göstərməsini qeyd 
etməmişdir. Həm də o Ayişə ki, öz çağdaşlarının söylədiklərinə görə, o 
zamankı kişilərin və qadınların içərisində bənzəri olmamışdır. Onun dühası 
bütün çağdaşları  tərəfindən təsdiqlənmişdir. Ayrıca  Əfqani hansı din 
aliminin araşdırmalarına dayanaraq Ayişəni islam tarixində (o zamandan 
günümüzə  qədər) tökülən bütün qanların və fitnələrin səbəbkarı kimi 
anladır? Daha önəmli olan sual budur ki, hansı tarixi məna ona bu şəkildə 
ümumi dəyərləndirmə yapmağa izin vermiş  və Ayişə hadisəsini bütün 
qadınlara örnək göstərərək, milyonlarca müsəlman qadının siyasi haqdan 
məhrum etməyə fətva vermişdir? O, bir tarixçi və mütəxəssis olaraq islamın 
                                                 
6
 Eyni qaynaq, s. 348. 
7
 Eyni qaynaq, s. 348. 
8
 Eyni qaynaq, s. 342. 
9
 Eyni qaynaq, s. 246. 
 
16

hansı tarixi sənədləri  əsasında qadınları siyasi hüquqdan məhrum edir və 
onların vəzifəsini, ancaq evdarlıq, mətbəx işləri olaraq müəyyən edir? 
Əfqani islamın böyük tarixçilərindən, xüsusən mötəbər tarixi qaynaq 
olaraq bilinən “Tarix-i Təbəri”dən faydalanmışdır. Məşhur araşdırmaçı olan 
Təbərinin doğruluğuna şübhə edilə bilməz. O, bütün tarixçilərə örnək olacaq 
tarix bilimcisidir. 13 cilddən ibarət olan “Tarix-i Təbəri” gerçəkdən də 
islamın başlanqıc dönəmləri haqqında bilgi əldə etmək istəyənlər üçün 
güvənilir qaynaqdır. Təbəri öz əsərinin 5-ci səhifəsində israrla vurğulayır ki, 
bu əsər onun 30 min səhifədən ibarət olan təfsir kitabına əlavədir ki, hamısı 
bir yerdə 30 cild oluşdurmaqdadır. Anlaşıldığı kimi, bu əsərdən qaynaq kimi 
faydalanmaq istəyənlərin nə qədər ağır zəhmətə qatlaşmaları göz önündədir. 
Ancaq bu mövzunu dəqiqliyi ilə bilmə ehtiyacı məni “Səyərə” (peyqəmbərin 
həyatı) kitabının müəllifi olan İbn-i Hişam, “Yüksək mərtəbələr”
10
 kitabını 
yazan  İbn-i Səid, “Səhabi” (Məhəmməd peyqəmbərlə ünsiyətdə olan 
insanlar)  əsərinin yazarı olan Əsqəlani, Buxari və  Nəsai kimi şəxsiyətlərin 
araşdırmalarını oxumağa məcbur etdi. Bütün bu kitab oxumalar qadına olan 
güvənsizliyin səbəblərini ifşa etmək amacı ilə olmuşdur.  Elə bir güvənsizlik 
ki, hətta XX əsrin sonlarında da müsəlman qadınlar onunla qarşı-
qarşıyadırlar. Məhəmməd peyqəmbər tarixin tanınmış  şəxsiyətlərindən 
biridir. Ayrıca onun haqqında ayrıntılı bilgi də mövcuddur. Onun 
savaşlardakı  rəhbərliyi, qadınları ilə davranışı  və bu kimi özəl yaşamı ilə 
ilgili geniş bilgi var. Hətta hansı yeməklərdən xoşlandığı, nələrin onu 
güldürüb və nələrin incitdiyi haqda da bilgi mövcuddur.  
İnsanlara dini təlimatın uşaqlıq çağından verildiyi müsəlman bir 
ölkədə peyqəmbərin şəxsiyətinin təhrif edilməsi doğru deyildir. Əfqani iddia 
edir ki, peyqəmbər qadınları siyasi həyatdan məhrum etmiş  və onların 
yaşamlarını ancaq ev işləri ilə  məhdudlaşdırmışdır.  Əfqani bu iddiası ilə 
haqqında geniş bilgiyə sahib olduğumuz Məhəmməd peyqəmbərin ərdəminə 
(şəxsiyətinə) açıqca sayqısızlıq etmişdir. Burada bu soru ortaya çıxır ki, 
məzhəbi mətnlərə hansı  həddə  qədər hörmətsizlik etmək olar? İslam 
tarixində dini mətnlərdən yalnız sui-istifadə edilməmiş, həm də bu sui-
istifadə etmə  əməli toplumlarda siyasi iqtidarların tarixi özəlliyinə 
çevrilmişdir. Birinci Hicri əsrindən sonra məzhəb siyasi iqtidarlara 
məşruiyət hazırlayan vasitəyə dönüşmüşdür. Siyasi iqtidarlar və iqtisadi 
amillər saxta hədislərin düzəldilməsində israr etmişlər. Çünkü yalnız bu 
yolla öz əməllərinə  bəraət qazandıra bilmişlər. Məzhəbi söyləm siyasi 
təzyiqlərin nəticəsində saxta hədislər  şəklində  təzahür etmişdir. Bu saxta 
hədislər iqtidar sahiblərinin mənafeyini qorumaq üçün çox uyğun bir 
                                                 
10
 ﯼﺮﺒﮐ تﺎﻘﺒﻃ 
 
17

dayanağa və vasitəyə çevrildi. Beləliklə də peyqəmbər adına ədalətsizliyə və 
zülmə  bəraət qazandırmaq islam tarixinin özəlliyinə dönüşdü.  İctimai 
ədalətdən danışan peyqəmbər, ədalətsizliyin, zülmün yayqınlaşması üçün bir 
vasitə oldu. Bu üzdən də islamın ilk çağlarında bəzi alimlər hədislərin 
araşdırılmasına önəm verdilər.  Bu amacla İmam Hənbəli bir çox hədisi 
mahiyətləri etibarı ilə araşdırdı. Bu hədislərin tam əksəriyətinin saxta və 
dəyərsiz olduğunu duyurdu. Örnək olaraq, “Peyqəmbər sonsuz bir kişiyə 
tövsiyə etdi ki, yumurta və soğan yesin”, “Mömin bolluca şirin  şey 
yeməlidir”, “Gözəl üzə baxmaq ibadətdir”
11
 kimi bu hədisinlərin tam saxta 
olduğunu isbatladı.  
Buxari də IX əsrdə “Hədis elmi”nin araşdırılma metodu ilə  uğraşan 
alimlərdən birisi olmuşdur. Buxari, hədis elminin təhqiqi üçün rical elmini 
(şəxsiyətşünaslıq elmini) gəlişdirir. Yəni hədisi rəvayət edən  şəxslərin ruh 
hallarını, zamanlarını, bulunduqları ictimai statuslarını tədqiq edirdi.  
Bilirəm ki, keçmiş  əsrlərə  səfər etmək xətərsiz olmayacaqdır. Kimsə 
tarixin sirr və  rəmzlərini nuş etmək üçün tarixin axar çayına dala bilməz. 
Tarixə  səfər etmə, tarixin dərinliyinə girmə müqəddəsləşdirilmiş  və tarixin 
hafizəsinə buraxılmış  rəmzlərin təqdiqini hədəfləməkdədir. Jean Genet 
deyir: “Yasaqlanmış, qutsallaşdırılmış sir və  rəmzlərin araşdırılması 
təhlükəlidir.”  
Bu gün özəlliklə qadınlarla bağlı olaraq tarixin hafizəsini araşdırmaq 
diqqətlə nəzarət altına alınır. Belə bir tarix səfərinə çıxmaq üçün hər zaman 
viza hazır olmur. Tərsinə, nə  qədər din xadimləri yol üstündə yol kəsənlər 
kimi durmuşlar. Tarixi gerçəkləri araşdırma caduya bənzəyir ki, xüsusən 
indiki zamana ani olaraq təsir göstərir. Bu iş isə ölmüş zamana, canlı hüzuru 
olmayan, indilikdə vücudları bulunmayanların səssiz zamanlarına müdaxilə 
ilə mümkün olur. Bu ölü, tarixin arşivinə tapşırılmış zamandan yaşanılan 
zamanın axışı doğrultusunda o bilgilərdən həm sui-istifadə, həm də doğru 
istifadə etmək mümkündür. Yuxuya dalmış keçmiş zaman indiki zamanı 
oyada bilər. Bu, xatirənin özəlliyidir. Cadugərlər və din adamları bunu yaxşı 
bilirlər. Lakin bu bilgilərdən indiki zamanı  hərəkətləndirmək üçün deyil, 
hərəkətsizləşdirmək, indiki zamanı durğunlaşdırmaq üçün istifadə 
etməkdədirlər.  
Xatirələrin səyahətinə  çıxmaq elə bir yoldur ki, yasaq edilməmişdir, 
lakin bu təhlükəli yola az adam səfərə çıxmışdır. Çünkü kəşf edilməmiş bir 
sürü hadisələr bu xatirələrin dərinliklərindədir. Bu səfərə  çıxmaq mənim 
üçün bir suç sayıla bilərmi? Quran bizə israrla söyləmirmi ki, “Oxuyun!”? 
Ancaq bu günə  qədər siyasətlə qüdsiyyətin bir-birinə qarışdığı  mətnləri 
                                                 
11
 
ﺐﻠﺣ ،ﺔﻴﻣﻼﺳﻻا عﻮﺒﻄﻤﻟا ﺔﺒﺘﮑﻣ ،ﻒﻴﻌﻀﻟاو ﺢﻴﺤﺼﻟا ﯽﻓ ﻒﻴﻨﻤﻟا رﺎﻨﻤﻟا ،ﻪﻳزﻮﺠﻟا ﻢﻴﻗ ﻦﺑ ﯽﻠﺒﻨﺣ مﺎﻣا
 ،
1982
 ص 
213
 
 
 
18

oxumağa kimsə  cəsarət etmişmi? O mətnlər ki, uzun zamanların keçişi 
nəticəsində elə bir-birinə girmişlər ki, nəyin nə olduğunu sezmək çox çətin 
bir işə dönüşmüşdür. Din adamları  və siyasətçilər, sadəcə yaşadığımız 
zamanı deyil, keçmiş zamanı da kontrol və nəzarət altına almışlar. Keçmiş 
zamanların dərinliklərindəki doğruları  çətin  əziyətlərə qatlanıb kəşf etməyi 
də yasaqlamışlar. Keçmiş zamanlarda nələrlə ilgilənəcəyimizi onlar təyin 
edirlər. Onların din anlayışı bizim üçün din tarixini və din gerçəklərini təşkil 
edir. Tarixin hafizəsinə onlar tərəfindən müdaxilə edilir. Tarixin hafizəsi 
onlar tərəfindən nəzarət altına alnır. Onlar tarixə hafizə  təyin edirlər. Bu 
təyin edilmiş hafizənin dışına çıxmaq isə yasaqlanır.  
Ancaq tarixin gerçək hafizəsi və xatirələri bizə anladır ki, Ərəbistanın 
qumsal çöllərində  aşiq bir peyqəmbər öz qəbiləsi ilə  fərqli bir dillə 
danışmışdır. Bu xatirələr bilinməzliklər haqqında danışan peyqəmbərlə bağlı 
bizə  məlumat verir. O, bərabərlik və zülmün olmadığı ictimai bir ortamın 
oluşmasını istəmişdir. O, Ərəbistanın  ən təkəbbürlü, vəhşi, zalim 
aristokrasisi ilə qarşı-qarşıya gəlmişdir.  
Əlinizdə bulunan bu kitab tarixi bir əsər deyildir. Tarix hər zaman 
bəlli bir qrupun dili olmuşdur. Tarix qızıl cildli kitablara sıxışdırılmış  və 
məzhəbi mərasimlər üçün hazırlanmış  rəsmi rəvayətlərdən ibarətdir. Bu 
kitabın hədəfi insana enerji bağışlayan yuxular kimi, xatirələri yeniləmək 
rəvayətidir. Gerçək xatirələrin uçuşduğu bir fəzaya doğru uçuşdur. 
Zamanların  əngəlləri ortadan qaldırılır və hadisələr yavaş-yavaş bir-birinə 
qarışır.  
Bu kitab zamanları yarıb və geriyə doğru hərəkət edən bir gəmiyə 
bənzəyir. Hicrətin başladığı zamana doğru hərəkətdir. O zaman ki, 
peyqəmbər həm aşiq, həm də rəhbər olmuşdur. O zaman ki, məscidləri açıq 
və azad mühitə çevirən peyqəmbərin istəyi üzərinə qadınlar da bu açıq 
mühitdə fikirlərini sərbəstcə söyləyə bilirdilər. Qadın və kişi arasında tam 
bərabərlik hüququ yarınmışdı. Bu üzdən də  gəlin zamanların pərdəsini 
qaldırıb və bir yerdə o zamana doğru səfər edəlim! Ancaq izin verin öncə 
pərdələri və hicabları qaldıralım! Çünkü bizim müasirlərimiz keçmiş zamanı 
bu pərdələrin, hicabların arxasında gizlədərək indiki zamanı  zəiflətmək 
istəyirlər.  
 
 
                                                                    Fatimə Mernissi 
 
 
 
 
 
19

 
 
 
 
 
 
 
 
 

 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin