Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   2   3   4   5   6   7   8   9   ...   14

Müsəlman və zaman 
 
 
Romantizm dönəminin gəncləri Avropada əziyət çəkdikləri kimi 
müsəlmanlar da mövcud vəziyyətdən əziyyət çəkirlər. Yalnız ortada bir fərq 
var. Avropa gəncləri öz zamanlarının çətinlikləri ilə rastlanaraq həyatdan 
bezirdilər, ancaq müsəlmanlar çətinliklərlə rastlandıqları zaman ölüm 
arzulayırlar. Problem olmayan başqa bir məkanda olmaq istəyir və  dərhal 
keçmişə  sığınmağı  ağıllarında canlandırırlar. Müsəlmanlar çətinliklərlə 
qarşı-qarşıya gəlməmək üçün toplumdan qaçışın hər növünə  əl atırlar. 
Müsəlmanlarda tarixə  sığınmaq üçün bəhanə axtarmaq adət və alışqanlıq 
halına gəlmişdir. Xətibi deyir: “Tarixi hafizə, genişləyən bir sahədir” və 
“Evrənsəl (cahanşümul) düşüncənin bütün tapşırdıqlarını tarixi hafizə 
özündə saxlayır, yeni fikir və davranış  kəşf etmək üçün zaman və  məkan 
miqyasından necə istifadə etməyi öyrənir. Həyatın dərinliklərindən 
qaynaqlanan təcrübələri birikdirir və bütüm bunları da təvazökarlıqla və 
digər bu kimi ən təsirli metodlarla etmiş olur.”
12
 Ancaq dünyası  təhqir 
olunmuş, siyasətçiləri keçmişin röyalarına dalan, əfsanələrlə qürur duyan 
müsəlmanları təvazökarlığa çağırmanın heç bir anlamı yoxdur.  
Cabiri deyir: “Ərəb oxucuları  və müxatibləri daha çox keçmişə 
güvənirlər. Bu yolla da məhrum olduqları gücün yerini keçmişdən təskinlik 
alaraq doldurmaq istəyirlər.” Ona görə də Cabirinin “əski mətnləri əzəmətli, 
möhtəşəm göstərmək istəyənlər xülyalar içindədir” kimi ifadəsi  İslam 
dünyasında müsbət qarşılanmamışdır. Cabiri “Biz və mirasımız” adlı 
kitabında deyir: “Onlar bu vəsilə ilə  xəyal aləmində öz istəklərinə 
                                                 
12
 Abd al-Kabir Khatibi, “Les Arabes entre la post-modernite et la modernite”, paper delivered at the 
Tüentied Anniversary Meeting of the Middle East Studies Association of North America, Boston, 20-23 
November, 1986. 
 
20

qovuşurlar. Müsəlman adam elmi, tərəqqini, bilgəliyi indiki zamanda deyil, 
keçmişdə arayır. Başqa bir deyişlə, müsəlman adam indiki zamanda olan 
problemlərin cavabını keçmişdə axtarır, yaşadığı zamanda deyil. İndiki 
zamanda məhrum olduğu iqtidarı, bilgəliyi yanlış anladıldığı, yanlış anladığı 
keçmiş əfsanələrlə əldə etmək istəyir.”
13
  
Cabiri öz kitabında  ərəb ağlının  şəkillənmə sürəcini çox incəliklə 
araşdırır və isbat edir ki, “əcdadlarımızdan bizə ən böyük miras olaraq qalan 
doğruları  təhrif etməkdir. Bizdə bu bir adət halına gəlmişdir. Yazara görə 
senzura islam tarixinin danılmaz bir özəlliyi olmuşdur. Bu sezunra və 
təhriflərin həyata keçməsində siyasət və  məzhəb elə  əl-ələ verib, bir yerdə 
çalışmışlar ki, insan ağlını qaranlıqlara gömmüşlər. Əcdadlarımızdan bizə ən 
böyük miras olaraq qalan təhrif və senzura, ağlın işləyiş mexanizmini 
çökərtmişdir.”
14
 Cabiri əsrimizin önəmli bir müəmmasını çözmüşdür. Yəni 
məzhəb və din xadimlərinin bütün senzura və  təhriflərdəki rollarını ifşa 
etmişdir. Cabiri bir neçə tarixi örnək göstərərək, bu önəmli hadisəni 
isbatlamışdır ki, islam dünyasında indiki zamanın sorunlarını, çətinliklərini, 
qutsallaşdırılmış keçmiş zamana inanaraq çözmə  tərk edilməsi zor olan bir 
alışqanlıq, xəstəlik halına gəlmişdir. Cabiriyə görə  tədvin  əsri ilə (dini 
mətnlərin hazırlanıb kitablaşdırıldığı əsr) eyni zamanda senzura və təhrif də 
İslam ölkələrində yayqınlaşmışdır. “ Bu əsr 134-cü hicri (IX əsr) tarixindən 
başlayır. Abbasi xəlifələrinin əmrləri üzərinə islam alimləri bütün hədisləri 
(peyqəmbərdən qaldığı söylənən sözlər, davranış  və digər sənədələr) 
toplamağa başlayırlar. Fiqh (məzhəbi bilgilər) və  təfsir (Quranı açıqlama) 
elmini gəlişdirirlər.”
15
 Bu iş, xüsusən Abbasi xəlifəsi Mənsur tərəfindən 
geniş miqyasda yürüdülür. Cansız, ruhsuz keçmişə meyllənmək nədən 
müsəlman toplumların belə  şiddətli istəklərinə dönüşmüşdür? Bir halda ki, 
günümüzün  ən önəmli ehtiyacı keçmişə yönəlik deyil, gələcəklə bağlı 
planlar hazırlamaqdır. Nədən müsəlman toplumların ağlını “gələcəyi 
keçmişin xatirələri quracaqmış” düşüncəsi sarıb sökməkdədir? Qərb dünyası 
gələcəyin həyəcanı ilə yaşarkən, nədən islam aləmi keçmişin uyuşdurucu 
nostaljisi içərisində duyğulanıb durmaqdadır?  
Sergi Moscovich, Qərb dünyasındakı transformasionları dünya 
mədəniyətinin altyapısı (strukturu) olaraq dəyərləndirir. Elə bir mədəniyət 
ki, bütün ölkələr onu qəbul etmək zorundadırlar. Qərb mədəniyəti 
eyniləşdirmə metodu ilə başqa mədəniyətləri sıradan çıxarıb, tarixin arşivinə 
göndərir: “Keçən  əsrdə baş verənlərə  qısa bir nəzər salsaq, Qərb 
mədəniyətinin həqiqətən də çağın  ən üstün mədəniyəti olduğunu 
                                                 
13
 
 ،ﯼرﺎﺒﺠﻟا ﺪﺑﺎﻋ ﺪﻤﺤﻣ
"
ﻦﺤﻧ
ثاﺮﺘﻟاو 
"
 ص  ،توﺮﻴﺑ ،ﻪﻌﻴﻠﻄﻟارادو ءﺎﻀﻴﺒﻟاراﺪﻟا ،ﯽﺑﺮﻌﻟا ﯽﻓﺎﻘﺜﻟا ﺰﮐﺮﻤﻟا ،
22
 ،
1980
ﯼدﻼﻴﻣ 
 
14
 
 ج ،توﺮﻴﺑ ،ﯽﺑﺮﻌﻟا ﻞﻘﻌﻟا ﻦﻳﻮﮑﺗ
1
 ،
1984
 ج ؛
2
 ،
1986
ﻮﻤه ،ﯼدﻼﻴﻣ 
 
15
 Eyni qaynaq. 
 
21

anlayacağıq. Çünkü modernizm zamana önəm verən ilk mədəniyətdir. 
Xüsusən  əşya və fenomenləri ölçmə baxımından Qərb mədəniyətinin 
alternativi yoxdur. İş, məsafə  və tarix kimi fenomenləri zaman əsasında 
ölçülür. Hər  şey zamana uyğunluq  əsasında ölçülür. Bunun da adı uzayın 
(fəzanın) zamana uyğunluğudur.”
16
  
Sənayeləşmə ötəsi səviyəyə yüksəlmiş olan Qərb toplumu bütün 
kültürlərə öz istiqamətlərində hərəkət etməyi önərir və çağın gəlişim ritmi ilə 
onları bir məxrəcə  gətirməyi planlayır. Beləliklə, çağdaş  mədəniyət öz 
üstünlüyünü və öz iradəsini dünyada tətbiq edir. Ordularla başqa ölkələri 
işğal edib sömürmə dönəmi bitmişdir. Sömürgəşilik bu əsrdə teknoloji 
vasitəsi ilə gerçəkləşir. Qol saatını biləklərində daşıyaraq keçmişin 
“ehtişamı” haqqında danışan iki ərəb fərqində deyillər ki, biləklərindəki 
zaman ölçüsü olan o kiçik teknoloji onların bütün “düşüncə!”lərini rədd edir. 
Anlamırlar ki, saatın səsi onların uydurduqları və sonra da heyranı olduqları 
tarixdən gəlmir, o səs çağdaş dünyanın səsidir. Çağdaş dünyanın səsi islam 
dünyasında eşidilməz olmuşdur. Hadisələri zamana uyğun duruma gətirmə 
siyasi coğrafiyanı  dəyərsizləşdirən amillərdən biridir. Bir millətin siyasi və 
iqtisadi qüdrətinin  əsasını  təşkil edən coğrafiyanın kontrolu öz yerini 
zamanın kontroluna buraxmışdır.  Əslində zamanı kontrol etmək, zamanın 
nələr tələb etdiyini anlayıb ona görə davranmaq iqtidarın təməlini təşkil 
etməkdədir. Örnəyin, yerin altında petrolun olması zənginliyə səbəb olmur, 
ancaq bazarlama əməlinin sürətini kontrol edərək, dünya bazarına çıxış 
zənginlik gətirir. Ona görə də artıq iqtisadi iqtidarın güclənməsi üçün siyasi 
coğrafiyalar öz etkinliklərini itirmişlər. Örnəyin çoxuluslu şirkətlərin iqtisadi 
və ticari fəaliyətləri heç bir sınır və siyasi coğrafiya tanımamaqdadır. Milli 
sınırlar get-gedə öz dəyərlərini itirməkdədir. Güvənlik məsələsi bir ölkənin 
sadəcə öz iç işi olmaqdan çıxmışdır. Bu mövzu həm də çoxuluslu şirkətləri 
də ilgiləndirməkdədir. Uluslararası  zənginliklərin qoruyucuları  sərmayənin 
dolaşdığı bütün yolları  və  mərkəzləri dünyada güvənli görmək istəyirlər. 
Anlaşıldığı  kimi, iqtidarın qaynaqları dəyişilmişdir. “İqtidar qonusu qoyulan 
sərmayələrdən və  nəzərdə tutulan projələrdən qaynaqlanır. Bu projelər də 
dəyişkəndir. Çünkü ürətim (istehsal), ticarətin həcmi və tükətim kimi 
faktorlar bu projəni daima öz təsiri altında saxlayır.”
17
 Bizi öz nəzarəti 
altında saxlayan modern imperializm artıq  əskidən olduğu kimi başqa 
ölkələri işğal etmək istəmir. Modern imperializm, hətta iqtisadi də deyildir, 
o, hesablama və  dəyərləndirmə metoduna dayanmışdır. “Düşməni 
vətənindən dəf et!” şüarları ilə bizi mübarizəyə çağıran milli marşların artıq 
                                                 
16
 Serge Moscovici, “Le temps et I`espace social”, interview in L`Espace et le temps aujourd`hui, Editions 
du Seuil, Paris, 1983, p. 262. 
17
 Eyni qaynaq, s. 264. 
 
22

önəmi qalmamışdır. Düşmən kiçik bir hesab makinasına, bilgisayara yerləşib 
beyinlərimizə girir. Çoxuluslu şirkətlər öz zövqlərini müxtəlif yollarla bizə 
təlqin edirlər. Biz bütün həyatımızda onların düzənlədiyi kredi, 
sərmayəyatırma, ürətim kimi qavramlardan istifadə edirik. Amerika, islam 
ölkələrini çökərtmək üçün onları işğal etməyə ehtiyac duymur. Vetnam ona 
uğur gətirməyən bir təcrübə oldu. Artıq çoxuluslu şirkətlərin sərmayəsi, 
təbliğatı, Uluslararası Pul Sandığı  (İnternational Money Fond) kimi dev 
imkanlar Qərbin  əlində istila vasitələrinə dönüşmüşdür. Qərb öz inkişafına 
adət etmiş, alışmışdır və indiki zamanı  gələcəkdəki planlarına görə 
yönləndirir. Biz isə  ağlımızda tarix heyranlığını daşıyaraq Qərbə  təslim 
olmaq məcburiyətindəyik.  Ən çox da özümüzə bu şəkildə  təskinlik veririk 
ki, “İslam doğru uyqulansa idi, belə olmazdıq!” O zaman belə bir sual ortaya 
çıxır: islam nə zaman doğru uyqulanacaq. İslamın doğru uyqulanması üçün 
ancaq onun gətiricisi olan peyqəmbər həyatda olmalıdır, başqa cür qəti 
şəkildə mümkün deyildir. İslam tam doğru olaraq uyqulansa da o, bir 
teknoloji yöntəmi deyildir, din bir əxlaq və vicdan sahəsidir. Dinə  də  əqli 
olaraq yanaşılmadığında yaradıcı  əxlaq çökər, islam ölkələrində çökdüyü 
kimi. Çünkü əxlaq sadəcə ibadətdən ibarət deyildir. İslamın verdiyi mesaja 
görə ən böyük ibadət elmlə məşğul olmaqdır. Elm və teknoloji əqli bilgilərin 
nəticəsidir, dini açıqlamaların deyil. Bizim də  Qərb ölkələri kimi inkişaf 
əhval-ruhiyəsinə uyum sağlaya bilməmiz üçün, ancaq bir yol var: zehnimizi 
tarixin  əsarətindən qurtarıb, indiki zamanda yaşama texnikasını öyrənib və 
keçmişə doğru deyil, gələcəyə doğru yönəlmək.  
Zamanın ox işarətinin yönü gələcəyi göstərməlidir, keçmişi deyil. 
Qərbdə zamanın ox işarəsi gələcəyə  tərəf yönəlmişkən, islam Şərqində 
keçmişə doğru istiqamətlənmişdir. Zaman irəliyə doğru hərəkətdədir və uzay 
(kosmos) gəmiləri planetlər arasında irtibatlar qurmağa çalışmaqdadırlar. 
İndiki zamanı tanımaq, tanımlamaq və dəyərləndirmək mümkündür.  
İndiki zamanın bu qədər sürətlə irəliləməsi qarşısında bizim təpkimiz 
(reaksionumuz) nədən ibarətdir? Şübhəli bir davranışla, kədərli, yaralıcasına 
və tam uşaqcasına öz “kökümüzə” ruhsuz keçmişə dönmək istəyirik. 
Ərazilərində bir zamanlar günəşin batmadığı imperatorluqlarımızla iftixar 
edirik. Əcdadlarımız, istifadə edə biləcəyimiz qaynaq olaraq bizə lazım ola 
bilərlər, ancaq onlar indiki zamana daşınsalar, günəşin doğuşunu əngəllər və 
bizim röyalarımızı kabusa dönüşdürərlər. Xatirəni və ya tarixi hafizəni, 
yalnız müsəlmanlar yanlış qullanmırlar, qərblilər də bu məsələdən  əziyət 
çəkirlər: “On il sürən bunalım (böhran) nəticəsində durğunlaşan fransızlar 
dəyərləndirmələrini  əski xəyali gözəllikləri anımsamaqla başladılar. 
Sonunda belə  nəticəyə  gəldilər ki, kabus və xülyalar dünyasında 
yaşayırmışlar. XIX əsrdən miras qalan soyluların paltarlarını, kəndlilərin 
 
23

həyat  şəklini müqəddəsləşdirmə kimi davranışların hamısı gericiliyin 
göstərgəsi idi”
18
  İndi tam yerində olar ki, Marshal McLuhan`ın “Kim 
olduğunu unutmuş olan” adam haqqındakı hekayəsini xatırlayalım:  
“...Siz kimsiniz? 
Cavab verir: İndi kim olduğumu dəqiq olaraq bilmirəm. Ancaq səhər 
yuxudan oyandığımda kim olduğumu bilirdim. Amma inanıram ki, yuxudan 
oyandığımdan bu ana qədər bir neçə dəfə dəyişmişəm.” 
Müsəlmanların və  qərblilərin zaman haqqındakı görüş  fərqlilikləri 
dəyişim və transformasion haqqındakından daha dərindir. Zamanın işarə 
oxunun istiqaməti ilə bağlı olan əndişələr bizi sarsıtmışdır. Çünkü bu 
istiqamət ölümə tərəf yönəlmişdir. Baxmayaraq ki, gələcəkdə hər kəs ölüm 
təcrübəsini yaşamalıdır, ancaq biz müsəmanlar ölmədən öncə ölüm 
duyğusunu, cənnət-cəhənnəm xəyallarını içimizdə daşımaqdayıq. Ölüm 
duyğusunu ağlımızda daşımağımız bizi gələcəyə deyil, keçmişə bağlayır. 
Keçmişdə  cənnət və  cəhənnəm haqqındakı söyləmlər müsəlmanların 
xatirindən bir an da olsa unudulmur. Öz ruhuna bu duyğuları yerləşdirmiş 
olan insan, əlbəttə ki, gələcəyə doğru cəsarətlə və əqli bir planla hərəkət edə 
bilməz. Belə bir insan öz yerində  hərəkət etmədən durub və keçmişin 
yuxularını görər. Öz yerində duranların hay-küyləri yol gedənlərdən, 
yürüyənlərdən daha və daha çox olur. Müsəlman ölkələrində bu qədər səs-
küy varkən, Qərb səssiz-küysüz gələcəyə doğru əzmlə yürüməkdədir. Elə bir 
gələcək ki, oradada yaradıcılıq mümkündür, insan haqları, fərd və qadın 
haqları toplumun dərinliklərində özünə yerə edir.  
Modern Qərbin müvəffəqiyətinin səbəbi ölümdən və keçmişə heyran 
olmaqdan qaçışda saxlıdır. Bu özü-özlüyündə insanın yaradıcılıq gücünün 
qurtuluşuna səbəb olmaqdadır. Müsəlman dünyasında insan tarixin 
əsarətindən qurtulmamışdır.  İslam tarix dünyasında tarix bilgi sahəsi 
olmaqdan daha çox bugünkü həyatımızı yönləndirən bir faktordur. Bu 
səbəbdən yaşayan insan öz ağlından istifadə edə bilmir. Tarixdə isə  fərd 
haqları olmamışdır, məzhəblərin, iqtidarların, inancların haqqı olmuşdur. 
İnsan haqqı, siyasi iqtidarın qulluğunda olan məzhəb haqqına fəda 
edilmişdir. Belə bir tarixin basqısı altında əzilən müsəlman insan təbii ölümü 
gəlmədən öncə ölmək istəyir. Tarixin basqısı altında  əzilən insan həyatın 
necə bir nemət olduğunu dərk edə bilmir, tarix buna mane olur. Bu səbəbdən 
də ölüm arzulayır, ölüb canını qurtarmaq istəyir. Ölüm bir qurtuluş kimi 
görünür tarixin basqısı altında  əzilən müsəlman üçün. Əlbəttə ki, belə bir 
insan nə bir demokratik bir ölkə qura bilər, nə  də qadın haqlarına sayqı 
göstərər. Onu həyata bağlyacaq ünsürləri tarix onun ağlından çıxarmışdır. 
                                                 
18
 Jean- Pierre Rioux, “A la recherche de la memoire”, Penelope, no. 12, 1985.  
 
24

Ağlında bir Allah qorxusu var, bir də cənnət arzusu. Müsəlmanın ibadəti də 
bu qorxunun və arzunun kəsişdiyi yerdə gerçəkləşir. Bu mənəvi məkanda isə 
yaradıcılıq yoxdur, zor və diktatorluq var. Bizim və qərblilərin arasında olan 
fərq həyata və keçmişə olan münasibətdə özünü göstərir. Qərblilər, keçmişlə 
ilgilənməyi bir növ xobbi, məşğuliyət, stressatma və bilgilənmə vasitəsi kimi 
anlayırlar. Müsəlman isə ciddi bir israrla tarixdən bir vəzifə  və  nəzəriyə 
çıxarmağa çalışır. Müsəlmanların öz əcdadlarına və onların görüşlərinə sıxca 
sarılmaları cərəyan edən diriliyi, indiki zamanlılığı unutdurur. İndiki zaman 
keçmişin mütləq uzantısı olduğu üçün nə bir dəyişikliyə imkan olur, nə də 
tərəqqiyə.  İndiki zaman möhkəm zəncirlərlə keçmişə bağlanmış olur. Bir 
halda ki, əsl qurtuluş bu zəncirlərin qırılmasındadır. Qərb bu zəncirləri 
qırmışdır.  
Cabiri, özünə  məxsus incəlik və hövsələ ilə anladır ki, biz 
müsəlmanların keçmişə xəstə adam kimi baxışımız, tarixi doğru-dürüst, elmi 
şəkildə anlamamağımızı da önləyir. Bundan əlavə, sarıldığımız keçmişin 
sehrkar bir duaya bənzədiyini anlamalıyıq ki, həddindən artıq indiki zamanın 
problemlərini tarixə bağlayır, məsələlərin həlli üçün keçmişdə çözüm arayır: 
“Müasir  ərəb oxucusu öz zəif varlığı ilə çox sürətlə  hərəkətdə olan çağa 
uyum sağlamaqdan əziyət çəkir, çəkinir. Problemləri çozmək üçün çağda öz 
varlığımıza etiraf etmək, çağa uyum sağlamaq yerinə xürafata sığınırıq.”
19
 
Keçmişin heyranı olmaq, keçmişə yapışıb qalmaq müsəlmanların  əsas 
özəlliklərindən biridir. Bu durum, tarixdəki bir çox dəyərlərin səbəd-nəticə 
fəlsəfəsindən yola çıxaraq analız edilməsini də  əngəlləmiş olur. Cabiri, 
israrla xatirladır ki, “əski mətnləri anlaya bilməmiz üçün indiki zamanın 
dərinliklərinə enməliyik. Bu mətnləri anlaya bilmək üçün, mətnlərin 
yazıldığı zamanlardan uzaqlaşıb, indiki zamanda kök salmalı, 
bulunduğumuz zamanla mətnlərin oluşduğu zamanların arasındakı 
məsafənin və ayrıca bulunduğumuz zamanın ehtiyaclarının da fərqində 
olmalıyıq.  Əks təqdirdə içində bulunduğumuz zamanın sorunlarını  əski 
mətnlərə yükləyərək, o mətnlərdən yardım və qurtuluş bəkləməli olacağıq ki, 
bu, həm  əski mətnlərin doğru dərkini önləyəcək, həm də içində 
bulunduğumuz zamanın problemləri çözülməmiş olaraq qalacaqdır.”
20
Artıq “biz müsəlmanlar”dan məqsədimin nə olduğunu anlatma zamanı 
gəlmişdir.  İslamdan məqsəd fərdi və  şəxsi seçim məsələsi deyildir. 
“Müsəlman”dan məqsəd müsəlman topluluğa mənsub anlamındadır ki, bu 
şəkli ilə  fərdi ağıl ikinci planda yer almaqdadır. Marksist, maoist və ya 
sekular olmaq milli və  məzhəbi dəyərləri inkar mənasında deyildir. 
                                                 
19
 
 ،ﯼﺮﺑﺎﺟ
"
ثاﺮﺗاو ﻦﺤﻧ
"
 ص ،
22
 
20
 Eyni qaynaq, eyni səhifə. 
 
25

Müsəlman toplumuna mənsub bir marksist də o toplumun dəyərlərinin 
dışında deyildir. Müsəlman olmaq mədəni bir mövzu, milli bir kimlik 
məsələsidir. Sol cərəyanların müsəlman ölkələrində  məğlubiyətlərinin  əsas 
səbəblərindən biri bu olmuşdur ki, etiqad və  şəxsi seçim olaraq islam 
anlayışı ilə kültür və rəsmi məzhəb olan islamı bir-birinə qarışdırmışdılar.  
XII əsrin mətnləri əsasında günümüzdə cəmiyətin yarısını təşkil edən 
qadınları siyasi haqdan məhrum edən təfsirlərə tanıq olmaqdayıq. Belə bir 
durumda demokrasinin islam ölkələrində  həyata keçməsi mümkünmü? 
Mümkün deyildir. Çünkü demokrasi insan haqlarını cinsi ayrım qoymadan 
savunmaqdadır. Demokrasini inkar etməklə toplumun problemlərini necə 
həll etmək mümkündür? Kimlik söyləmini oluşduran üç ayrı mövzu olan 
qadın, zaman və iqtidar  məsələsini necə bir-birinə bağlamaq mümkündür? 
Ən önəmli sual budur ki, keçmişi idealizə edən yazarların və 
araşdırmaçıların qadınları siyasi hüquqdan məhrum etmə istəkləri  əsrdən 
əsrə necə ötürülmüşdür? Bu suallara cavab verərkən,  Əfğani kimilərin dini 
kimliyi qorumaq adı ilə qadınları siyasi-ictimai haqdan məhrum etmə 
təlaşları anlaşılır.  
Bir diktatorun zülmünə dayanan totalitar dövlətlərin zamanı keçmişdir 
artıq. Böyük qüdrətlər tərəfindən tanınmaqda maraqlı olan yeni islami 
dövlətlər uluslararası  səhnədə zahir oldular. Bu yeni hökumətlər BMT-nin 
insan haqları  bəyaniyəsini imzalamağa can atdılar. Bu vəsilə ilə  də 
anayasanın ruhunu təşkil edən  “azadlığa” hörmətlərini elan etdilər. bu 
islami hökumətlər böyük və modern dövlətlərin yazdıqları insan haqları 
bəyaniyəsinə imza atdıqları üçün öz anayasalarında qadınlara da haq 
tanımaq məcburiyətində qaldılar.  Əslində BMT-nin məramnaməsinə 
dayanaraq islam ölkələri bir rönesans gerçəkləşdirməli və cinsi ayrı-seçkiliyi 
ortadan qaldırılmalı, həyata və ictimai hadisələrə kişi mərkəzli 
yanaşmalarına son verməli idilər. Çünkü modern və güclü dövlətlərin basqısı 
nəticəsində islam ölkələri qadınlara da vətəndaşlıq haqqı tanıma 
məcburiyətində buraxıldılar. Qərbin bu basqısı  nəticəsində qara çadralar 
altında bədbəxt həyat sürən, erkəklərin ləzzət qaynaqları sayılan qadınların 
həyatına bir təkan verildi. İslam dünyasında heç bir iradəsi, ictimai, mədəni 
və siyasi hüququ olmayan qadınların qurtuluşu üçün Qərbin aydınlatıcı 
mədəniyəti yol açdı. Bizim əski və ənənəvi kimliyimiz heç bir zaman insanı 
bir fərd olaraq rəsmiyətə tanımamış, fərdi haqlara sayqı göstərməmişdir. 
İslam kültüründə  fəlsəfi baxımdan ümumiyətlə  fərd deyə bir məfhum 
yoxdur.
21
  Gələnəksəl (ənənəvi) islam tarixi, cəmiyətin istəklərinə tam, 
                                                 
21
 
 ،ﻞﻴﻠﻣوأ ﯽﻠﻋ
"
ﺮﻄﻔﻟا
ﻟا ﻪﻟﺎﺣ و ﻩ
ﻩدﺎﻋ ﻻ ﻪﻟوﺎﺤﻣوأ ،ﻪﻌﻴﺒﻄ
ﯽﻋﺎﻤﺘﺟﻻا مﺎﻈﻨﻠﻟ رﺎﺒﺘﻋا 
"
 ،ﯽﺑﺮﻌﻟا ﯽﻔﻠﻘﺜﻟاﺰﮐﺮﻤﻟا ،ﻪﻴﻨﻃﻮﻟا ﻪﻟوﺪﻟا و ﻪﻴﺣﻼﺻﻻا ،
 ،ﺎﮑﻧﻼﺑازﺎﮐ
1985
 ﺺﺻ 
31
 
 
26

itaətkar və mütii (submissive) olan fərd tərbiyə etmişdir. Fərd, müstəqil bir 
varlıq kimi islam kültüründə  qəbul edilməmişdir. Bu əxlaq sistemində 
fərdiyət təşviq edilməmiş, önü kəsilmişdir. Hər növ fərdi təşəbbüs bidət (dini 
revizionizm) sayılaraq “mürtədlik”, “kafirlik”lə damğalanmış  və  məhv 
edilmişdir. Bütün fərdi təşəbbüslər, dünyanı azad bir fərd olaraq anlamağa 
çalışmaq islama qarşı macəra olaraq anlaşılmış, anlatılmışdır. Fərdi 
azadlıqlar, Fərd olaraq Tanrını  dərketmə istəkləri və çalışmaları  məzhəblə 
siyasətin ortaqlığı, iradə birliyi nəticəsində boğulmuş, susdurulmuşdur. 
Ənənəvi islam hökumətləri, dini iqtidar təhlükəyə girməsin deyə, hər növ 
fərdiyətçiliyi məhv etmişdir. Fərdlə tanrı arasına siyasətin xidmətində 
bulunan islam anlayışı girmişdir. Ənənəvi islam hökumətləri fərdi, azadlığı 
olmayan, öz iradəsinə sahib olmayan bir şəbəh və kölgə kimi tərbiyə 
etmişdir. Bu səbəbdən də siyasi islam tarixində fərdi azadlıq, fərd və insan 
haqlarına rast gəlmək mümkün deyildir. İnsan haqları yerinə islam haqları 
olmuşdur. Islam isə siyasətin qulluğunda durduğu üçün, əslində yalnız bir 
haqq anlayışı olmuşdur: iqtidar haqqı. Tanrı da bu haqqın qoruyucusu kimi 
göstərildiyi üçün siyasi iqtidarlar məşruiyətlərini, yasallıqlarını Tanrı olaraq 
göstərmişlər. Xilafət də bir siyasi fəlsəfə olaraq islam tarixinə bu şəkildə 
girmişdir. Xəlifə, Tanrının yer özündəki tam təmsilçisi olduğu üçün 
insanların namuslarına da müdaxilə etmə haqqından bərxurdar olmuşlar. 
Beləliklə, hər növ fərdiyət Tanrıya və yalava (peyqəmbərə) qarşı üsyan 
olaraq dəyərləndirilmiş və düşünən insanların başını bədənindən ayırmışlar. 
İslam ölkələrində fundamental hərəkətlər iqtidarın qaynağını millət deyil, 
tarix olaraq göstərirlər.  İslamın ilk başlarındakı hadisələri bu günün 
məşruiyəti (legetimliyi) şəklində tanıtmaqdadırlar. Maraqlı olan da budur ki, 
müsəlman fundamentalistlər bu gün uğruna deyil, keçmiş uğruna öldürürlər, 
ölürlər. Onlar gerçək həyatda yaşayan nəslin iradəsini heç sayırlar. Yaşayan 
nəslin nə düşündüyü onlar üçün maraqlı deyil. Nədən? Çünkü hər  şeyin 
Tanrı  əlində olduğuna inanırlar. Bir kərəliyinə  və  həmişəlik olaraq yerə 
endirilmiş, Məhəmməd peyqəmbərə verilmiş Tanrı iradəsi mütləqdir və 
bütün zamanların qanunudur!
22
 Qadınların siyasi haqları ilə bağlı olaraq 
həddindən artıq şişirdilmiş mübahisələr məzhəb tərəfindən ortaya atılmışdır. 
Bu siyasi haqq qadınlara məzhəb tərəfindən deyil, qeyri-məzhəbi görüşlər və 
qurumlar tərəfindən tanınmışdır.  İslam ölkələri də  əməl etməsələr, həyata 
keçirməsələr belə,  ən azından güclü və modern dövlətlər qarşısında bir 
öhdəlik kimi bunu qəbul etmişlər. Başqa bir deyişlə, qadın haqlarını ortaya 
qoymaq, iqtidarın dəyişim və transformasionu doğrultusunda insanlara 
ayrıca qaynaq da göstərməkdədir. Toplumun içində çarşafların, türbanın 
                                                 
22
 ﻞﺼﻓ
5
 ص 
151
.  

 
ﻪﻴﻨﻃﻮﻟا ﻪﻟوﺪﻟا و ﻪﻴﻠﻣﺎﮑﺘﻟا ﻪﮐﺮﺤﻟا
"
 
 
27

arxasındakı qaranlıqlara sürgün edilmiş, varlığı  və düşüncəsi  qaranlıqlara 
gömülmüş, düşünmə haqqı  və iradəsi  əlindən alınmış qadınlar siyasi 
mövzularda özlərinə məxsus yer edə bilərlər. İnsan varlığına səbəbiyət verən 
qadın, islam tarixində, islam dünyasında köləliyin və kor-koranə itaətin 
örnəyi kimi tanınmışdır, tanınmaqdadır. Ayrıca bu mütiliyin davam 
etməsindən yana olan erkəkmərkəzli din anlayışı  çox məmnun görünür. 
Lakin elə bu səbəbdən də  Şərqlə  Qərb arasında böyük bir uçurum var və 
qarşıdurma ortaya çıxmışdır: demokrasi və qadın-kişi bərabərliyi.  Şərq 
qadınla kişinin bərabər hüquqa sahib olmasını öz dini dünyagörüşünə qəbul 
etdirə bilmir. Qərb isə Şərqi zorlayır ki, bunu mütləqa qəbul etməlisən. Qərb 
mədəniyəti elmlə, fəlsəfə ilə, bilgi ilə iç-içə olan siyasi iradəsini Şərqə diktə 
etməyə çalışır.  Şərqdəki dini iqtidarlar isə gerçək həyatda tətbiq etməsələr 
də, kağız üstündə bunu qəbul etmək məcburiyətində qalırlar.  Şərqdə dini 
iqtidarların təlqin etdikləri kimi, qadınların qurtuluşu tarixə  fərar etməkdə, 
tarixə  sığınmaqda deyil, indiki zamanın dərinliklərinə enmiş  və  gələcək 
yönümlü olan Qərb mədəniyətindədir.  İnsan haqları  bəyaniyəsinin ilk 
maddəsi “İnsanlar azad doğulmuşlar, bərabər hüquq və hörmətdən 
bərxurdardırlar” deməkdədir. Bu, özü-özlüyündə cinsi ədalətsizliyə qarşı 
insan ağlının kəşf etdiyi ədalət anlaıyışıdır. Qadın-kişi bərabərliyi ilə bağlı 
müxtəlif mübahisələr 1880-ci ildə Qasım  Əmin adında bir yazarın “Qadın 
azadlığı” kitabını nəşr etdiyi zamana qayıdır. Modern proseslərin gəlişməsi 
və milli sınırları ortadan qaldırması ilə istər-istəməz qadın haqları 
modernizmin bir fenomeni kimi gündəmə  gəlirdi. Modernizmin qadını 
tarixin qaranlıqlarından çıxarıb yaşanılan zamana gətirmə istəyinə qarşı 
dinçilərin etirazları demokratik olmayan, fanatik bir şəkildə ortaya çıxdı. 
Qadınların yazıb-oxumaq imkanından faydalanmaları  və bunun nəticəsi 
olaraq zamanın axışı içərisində özünün insan olduğunu anlaması  Qərb 
mədəniyətinin  Şərqə  gətirdiyi nemətlərdən birisi olmuşdur. Qadınlar yeni 
ictimai mövqelərinə yüksəldikləri zaman, yalnız kişilərin inhisarında olan iş 
bölümünü, tarixi, erkəkmərkəzli ailə sistemini və toplumsal statusları sual 
altına aparmağa başladılar.  
Erkəklərin xoşlandıqları keçmişə  və  ənənələrə qayıdış  şüarı  hər  şeyi 
indiki zamana və  gələcəyə görə deyil, keçmişin çürük dəyərlərinə görə 
tərbiyə etməyə aparan yoldur. Heç kimi, özəlliklə qadınları razı salmayacaq 
erkəkmərkəzli bir istəkdir. Bu istək yenə də qadınları əskimiş, içi boşalmış 
dəyərlərin və  əxlaq anlayışının  əsiri etmək istəyir. Bu istək qadınları 
qazandıqları çağdaş statuslarını buraxıb və təkrar tarixin qaranlıqlarında və 
çarşabların altında sürgün etməyə zorlamaqdadır. Maraqlı olan budur ki, bu 
şüarın əsil islamın bağrından qaynaqlandığını iddia etməkdədirlər. Bir halda 
ki, Məhəmməd peyqəmbər XII əsrdə verdiyi mesajın daha inqilabi olduğu 
 
28

bilinməkdədir. Məhəmməd peyqəmbərin verdiyi bu bərabərlik mesajına görə 
Məkkənin aristokratları onu sürgün etdilər.  
Bu səbəbdən də keçmişə doğru bir səfər etmək zəruridir. Bu səfərin 
zərurəti, həccin müsəlmanlar üçün vacib olduğu üçün deyildir. Keçmişi 
araşdırmaq amacı ilə zəruridir. Bu araşdırma əsatirlərin və “müqəddəs” dini 
əmrlərin basqısı və nəzarəti altında gerçəkləşməməlidir. 
 
 
 
II 
 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin