Fakültə: Energetika, elektrotexnika və avtomatika Kafedra



Yüklə 369,4 Kb.
səhifə3/4
tarix12.10.2022
ölçüsü369,4 Kb.
#64926
1   2   3   4
Elektromexaniki cihazların ölçmə mexanizmləri

Qalvonometrlər.

Çox kiçik cərəyan və gərginliklərin ölçülməsi üçün yüksək həssaslığa malik maqnitoelelktrik cihazları qalvonometrlər adlanır. Qalvanometrləri çox vaxt dövrədə cərəyan olmadığını qeyd etmək üçün sıfır – indikatorlar kimi istifadə edirlər. Qalvanometrləri dərəcələmir, onların dəqiqlik sinfi göstərilmir, yalnız metroloji xarakteristika kimi cərəyana və gərginliyə həssaslığı əsas götürülür.


Çərçivəsinin bərkidilmə üsuluna görə (şəkil 7) tərpənən çərçivəli, dartqılı və asqılı qalvonometrlər buraxılır. Tərpənən çərçivəli qalvonometrin həssaslığı məhdud, asqılı qalvanometr xüsusilə həssas qalvanometrdir. Dartqı və asqılar xüsusi ərintidən hazırlanmış çox nazik lent və ya saplardır. Müasir qalvanometrlər cərəyanı 10-5 ... 10-12 A və gərginliyi 10-4 V intervalda ölçməyə imkan verir.



Şəkil 7. Qalvanometrlərin çərçivəsinin bərkidilmə üsulları: a-tərpənən çərçivəli, b-dartqılı, v-asqılı




Elektromaqnit sistemli cihazlar.

Elektromaqnit sistemli cihazların iş prinsipi tərpənən ferromaqnit nüvəli hərəkətsiz dolağın yaratdığı cərəyanın maqnit sahəsi ilə qarşılıqlı təsirinə əsaslanır. Elektromaqnit sistemli mexanizmin bir konstruksiyası 8-ci şəkildə verilir. Burada 1-dolaq, 2 – nüvə, 3- hava sakitləşdiricisi, 4- spiral yaydır. Cihaz işə salındıqda dolağın maqnit sahəsinin təsirindən nüvə dolağın daxilinə çəkilir. Cihazın tərpənən hissəsi fırlanma momentinin yayların yaratdığı əks təsir momenti ilə tarazlaşanadək dönür. Dolaqdan I cərəyanı keçərkən yaranan fırlanma momenti



burada L - dolağın induktivliyi, a - tərpənən hissənin dönmə bucağıdır.





Şəkil 8. Elektromaqnit sistemli cihazın quruluşu


Fırlanma və əks –təsir momentlərinin bərabərliyi şərtindən alarıq:





Əgər dolaqla cərəyan axırsa i(t) t = Ιm sinω , onda vaxta görə ortalama aparmaq lazımdır:



Əgər nəzərə alsaq ki, cərəyanın orta kvadratik qiyməti





Yuxarıdaki ifadədən belə çıxır ki, dəyişən cərəyan dövrəsində ölçmələrdə cihazın dönmə bucağı cərəyanın istiqamətindən asılı deyil və cərəyanın orta kvadratik qiyməti ilə mütənasibdir. Buna görə də elektromaqnit cihazlar eyni zamanda sabit və dəyişən cərəyan dövrələrində ölçmələr aparmaq üçün yararlıdırlar.


Bu cihazların üstünlüklərinə konstruksiyasının sadəliyi, yüklənmələrə davamlı olması, cihazın dərəcələnmə imkanını göstərmək olar. Çatışmayan cəhət kimi çox enerji tələbatı, yüksək olmayan dəqiqliyini , az həssas olmasını maqnit sahələrinin güclü təsiri göstərilə bilər. Sənayedə elektromaqnit ampermetrləri 200A və voltmetrlər 500V-dək ölçmə həddində buraxılır.
Ölçmə hədlərini genişləndirmək üçün bu cihazlarda da şuntlar, əlavə müqavimətlər istifadə olunur. Elektromaqnit sistemli cihazlar əsasən sənaye tezlikli dəyişən cərəyan qurğularında lövhə ampermetr və voltmetrləri kimi tətbiq edilirlər. Lövhə cihazlarının dəqiqlik sinifləri 1,5 və 2,5 olur. Bəzi hallarda onları yüksək tezliklərdə istifadə edirlər: ampermetrləri 8000 Hs-ə,voltmetrləri 400 Hs-ə qədər. Laboratoriya şəraitində ölçmələr üçün dəqiqlik sinifləri 0,5 və 1,0 olan gəzdirilən cihazlar da buraxılır.



Yüklə 369,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin