Fakültə: Energetika, elektrotexnika və avtomatika Kafedra


Maqnitoelektrik sistemli cihazlar



Yüklə 369,4 Kb.
səhifə2/4
tarix12.10.2022
ölçüsü369,4 Kb.
#64926
1   2   3   4
Elektromexaniki cihazların ölçmə mexanizmləri

Maqnitoelektrik sistemli cihazlar.

Maqnitoelektrik sistemli cihazlarda fırladıcı moment sabit maqnit sahəsinin cərəyan axan çərçivə (dolaq) ilə qarşılıqlı əlaqəsi hesabına yaranır. Ölçmə mexanizmi konstruktiv olaraq hərəkət edən maqnitli çubuq yaxud çərçivə ilə yerinə yetirilə bilər. Şəkil 3– də çərçivə hərəkət edən mexanizmli cihazın konstruksiyası göstərilmişdir. Mexanizmin maqnit sistemi sabit maqnit qütblü ucluqları olan maqnit naqili və hərəkətsiz nüvədən ibarətdir. Qütblü ucluqlar və nüvə arasındakı boşluqda güclü radial maqnit sahəsi yaradılır. Burada yerləşən düzbucaq çərçivə mis və ya alüminium məftilə dolanmış və yarımoxlar 5 arasında bərkidilmişdir. Spiral yaylar 6 əks təsir momenti yaratmaq və ölçülən cərəyanı çərçivəyə vermək üçündür. Çərçivəyə göstərici 7 ilə sərt bərkidilmişdir. Hərəkət edən hissələrin balansını saxlamaq üçün yerdəyişən yüklər 8 nəzərdə tutulmuşdur.


Şəkil 4 – də cihazın maqnit sistemi arasında yerləşmiş çərçivə təsvir edilmişdir. Elektrik cərəyanı I,  uzunluğunda naqildən keçdikdə, B induksiyalı maqnit sahəsində naqilə F qüvvəsi təsir göstərir.

Şəkil 3. Maqnitoelektrik sistemli cihazın quruluşu



Şəkil 4. Maqnit sahəsində olan cərəyanlı çərçivə

F = ΙΒ ⋅sin(Β,Ι),


burada (Β,Ι) -cərəyanın istiqaməti və maqnit induksiya vektoru arasındakı bucaqdır, (Β,Ι) =900 olduğu hal üçün F = İΒ olur. Onda W dolaqlı çərçivəyə təsir edən fırlanma momenti





burada b-çərçivənin eni, S- sahəsidir.

Mütənasiblik əmsalı



burada SI - maqnitoelektrik cihazın gərginliyə həssaslığıdır.

Maqnitoelektrik sistemli cihazların hərəkət sistemi müəyyən ətalətə malikdir və buna görə də ancaq sabit cərəyan və gərginliyin ölçülməsi üçün istifadə edilir. Dəyişən cərəyan dövrələrini ölçmək üçün dəyişən cərəyanı sabit cərəyana çevirmək lazımdır.


Analoq elektromexaniki cihazlar qrupunda maqnitoelektrik sistemli cihazlar daha dəqiq və həssas hesab olunurlar. Şkalasının bərabərliyi, az enerji işlətməsi də bu cihazların üstünlükləri sırasına daxildir.
Lakin maqnitoelektrik ampermetr və voltmetrlərin ölçmə diapazonu məhduddur. Bu vəzifə ampermetrə paralel olaraq əlavə müqavimət (şunt) qoşulması ilə yerinə yetirilir (şəkil 5). Şuntun müqavimət Rş cihazın çərçivəsinin müqavimətindən Rc az olmalıdır:

Rş=Rc/(n-1),


burada n=I/IA

Kiçik cərəyan şiddətlərini (bir neçə on amper) ölçmək üçün cihazlara daxili şuntlar quraşdırılır. Böyük cərəyanları (bir neçə min amper) ölçdükdə xarici şuntlar qoyulur.


Voltmetrin ölçmə hədlərini genişləndirmək üçün çərçivənin müqavimətinə ardıcıl olaraq əlavə müqavimət Rə (şəkil 6) qoyulur. Bu müqavimət cihazın çərçivəsində gərginliyin düşməsini məhdudlaşdırır.
Əgər U gərginliyini ölçmək lazımsa, ölçmənin yuxarı həddi Uy isə əlavə müqavimətin qiyməti belə tapılır:

Rə=Rc(n-1),


buradan n=U/Uy


Əlavə müqavimətlər voltmetrin daxilində (600V – a qədər) və ya xaricində (600......1500 V-a qədər) quraşdırılır.



Şəkil 5. Ampermetrin ölçmə hədlərinin genişləndirilməsi





Şəkil 6. Voltmetrin ölçmə hədlərinin genişləndirilməsi



Yüklə 369,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin