Fakültə: Energetika, elektrotexnika və avtomatika Kafedra



Yüklə 369,4 Kb.
səhifə4/4
tarix12.10.2022
ölçüsü369,4 Kb.
#64926
1   2   3   4
Elektromexaniki cihazların ölçmə mexanizmləri

Termoelektrik cihazları.

Bu cihazlar əsasən yüksək tezlik diapazonunda cərəyanları ölçmək üçün istifadə edilir. Termoelektrik cihazı termoelektrik dəyişdiricisi və maqnitoelektrik sistemli cihazdan ibarətdir. Sadə termodəyişdiricidə I ölçülən cərəyan axan qızdırıcı H termocütün TC ucu a ilə istilik əlaqəsində olur. Qızdırıcı yüksək xüsusi müqaviməti olan nazik məftildən (nixrom, manqanin) hazırlanır. Cərəyan keçdikdə kontakt yeri t1 temperaturadək qızır, soyuq ucluq b isə ətraf mühitin temperaturunda t0 qalır. İstilik rejimi müəyyənləşəndən sonra qızdırıcının ayırdığı və ətraf mühitə səpilən istilik gücləri bərabərdir. Nəzərə alsaq ki,





Şəkil 9. Termoelektrik dəyişdirici


burada am-ətraf mühitə qızdırıcıdan istilikvermə əmsalı, S-qızdırıcının sahəsi, θ - termocütün ətraf mühitə nəzərən ifrat qızması ( θ= t 1− t0), R0 – qızdırıcının müqavimətidir. Onda



Termocütün işçi ucluğu θ qədər qızdıqda dövrədə termoelektrik qüvvəsi yaranır:


Ε = Κθ ,

burada K- mütənasiblik əmsalıdır.
Beləliklə, ölçülən cərəyan keçidikdə maqnitoelektrik cihazın dövrəsində I sabit cərəyanı yaranır. Bu cərəyan ölçülən cərəyanın orta kvadratik qiyməti ilə mütənasibdir.
IA=E/RV

burada RV -maqnitoelektrik cihazın müqavimətidir.


Termoelektrik cihazlar dəyişən cərəyanın orta kvadratik qiymətini ölçür və onun şkalası kvadratik dərəcələnir. Bu cihazların termoelektrik dəyişdiriciləri əlaqəli (şəkil 9, a) və əlaqəsiz (şəkil 9, b) olurlar. Cihazlar əsasən ampermetr kimi istifadə olunurlar.


Termoelektrik cihazların üstünlüklərinə ölçülən cərəyana həssaslığı, tezliklərin geniş diapazonu, hər hansı formalı cərəyanın orta kvadratik qiymətlərinin ölçülməsi imkanları aid edilir. Çatışmayan cəhətlər kimi şkalasının qeyri-bərabərliyi, ətraf mühitin böyük təsiri, termodəyişdiricilərin böyük ətaləti, yüklənmələrə həssaslığını göstərmək olar. Təyinatında asılı olaraq termoelektrik cihazları 1mA-dən 50A-dək ölçmə hədlərinə, 1,0-dən 2,5-dək dəqiqlik siniflərinə və 45 Hs-dən 100....500 MHs –dək tezlik diapazonuna malik olurlar.
Yüklə 369,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin