36
variantları istiqamətində addımlar atmağa çağırırıq. Lakin o da
aydın və birmənalı qəbul edilməlidir ki, münaqişənin həllinin
təməl prinsipi Azərbaycanın ərazi bütövlüyü, məcburi
köçkünlərin doğma yaşayış yerlərinə qaytarılması olmalıdır.
Biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi təcavüz və
soyqırımının dünya dövlətlərinin parlamentləri, beynəlxalq
təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq.
Həm də bu zaman erməni şovinist millətçilərindən fərqli olaraq
bundan siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq
üçün faydalanmaq istəmirik. Bizim maddi sərvətlərimiz kifayət
qədərdir. Odur ki, biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf
etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və
soyqırımı siyasəti həyata keçirənlərin tanınmasını və ifşa
olunmasını istəyirik. Düşünürük ki, indiki zamanda digər
xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmək tarixi
anaxronizmdir və bu hərəkət həmin xalqın özünə ciddi fəlakət
gətirən bir bəladır.
II aparıcı: İndi ermənilər özlərini məzlum millət kimi qələmə
vermək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətinə
yanlış məlumat verməkdən usanmırlar. Halbuki tarixi sənədlər,
araşdırmalar göründüyü kimi, bunun tam əksini sübut edir.
Bizim yolumuz düzgün, amallarımız, məqsədlərimiz saf və
təmizdir. Biz xalqımızın tarixini, dünəninin və bu günün
həqiqətlərini hamının daha yaxşı bilməsinə və qəbul etməsinə
çalışmalıyıq. Bunun üçün Azərbaycan hökuməti, bütün
vətəndaşlarımız, xarici ölkədəki azərbaycanlı icmaları səylərini
birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli
tədbirlər görməlidirlər. Bir daha soyqırımı qurbanlarının əziz
xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyir,
xalqımıza ümummili vəzifələrimizin həlli yolunda uğurlar
arzulayırıq.
Dostları ilə paylaş: